Məhkəmə qərarları › İş №1(006)-373/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-373/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-373/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Saatlı rayonu, Qara Nuru Ərazi Dairəsi, Qara Nuru kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda gündəlik kirayə evlərdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli oiaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 aprel 2024-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanının qarşısına gəlib, orada saxlanılmış “Mercedes Vito” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin içərisində və ətrafında digər şəxslərin olmamasından istifadə edərək yerdən götürdüyü istintaqla müəyyən edilməyən dəmir alətlə avtomobilin sağ yan şüşəsini sındırıb salondan X1 məxsus içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 02 ədəd 4 GB həcmli yaddaş kartları, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd 16 GB həcmli yaddaş kartları, hər birinin qiyməti 6 manat olmaqla ümumilikdə 36 manat dəyərində 06 ədəd istifadə olunmamış mobil nömrələr, 01 ədəd 05 manat dəyərində mobil telefonların cərəyan doldurulması üçün nəzərdə tutulmuş kabeli, 01 ədəd 300 manat dəyərində 128 GB həcmli “X5 8 Pro” markalı mobil telefon və 300 manat nağd pul olan 10 manat dəyərində çantanı gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərər çəkmiş şəxs İlham Niftəliyevə ümumilikdə 731 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 aprel 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 70 ünvanının qarşısına gəlib ətrafda digər şəxslərin olmadığından istifadə edərək orada saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 1200 manat dəyərində “Trinx” markalı velosipedi gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 aprel 2024-cü il tarixdə günorta vaxtı “Mercedes Vito” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin içərisində çanta olduğunu görmüş, çantanın ağzı açıq olmuş və içərisində kartlar olduğunu görmüş, lakin kartları götürməmiş, sadəcə avtomobilin ön oturacağının üzərində çantanın yanında olan “X5 8 Pro” markalı mobil telefonu götürmüşdür. Çantanı və içərisində olan digər əşyaları götürməmiş, həmçinin çantada pul da görməmişdir. Sonra götürdüyü telefonu 100 manata satmış və pulun 80 manatını Saatlı rayonunda yaşayan ailə üzvlərinə göndərmişdir. Bundan başqa, həmin gün axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 70 ünvanının qarşısında “Trinx” markalı velosiped olduğunu görmüş və həmin velosipedi oğurlamışdır. Velosipedi 50 manata satmış və 40 manatını yenə rayona göndərmişdir. Daha sonra velosipedi və telefonu satdığı yeri polis əməkdaşlarına demiş və velosiped zərər çəkmiş şəxsə qaytarılmışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə verdiyi izahatında sadəcə telefonu və velosipedi oğurladığını etiraf etmiş, digər əşyaları oğurlamadığını bildirmişdir. Onu polis şöbəsində döymüş və digər əşyaları da götürdüyünü etiraf etməsini tələb etmişlər. O, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə izahatına imza etmiş, digər sənədlərə imza etməmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, vurulmuş zərərin bir qisminin ödənildiyini, bir zərər çəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 16 aprel 2024-cü il tarixdə, saat 13 radələrindən 15 radələrinədək olan müddət ərzində ünvan 3 ünvanının qarşısında saxladığı, etibarnamə ilə idarə etdiyi “Mercedes Vito” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin sağ yan şüşəsini naməlum şəxs və ya şəxslər sındıraraq salondan içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, qeyd edilən avtomobilə aid qeydiyyat şəhadətnaməsi, "xxxx" ASC-nə məxsus plastik bank kartı, "xxxx" ASC-yə məxsus plastik bank kartı, "xxxx" ASCyə məxsus “Leobank” adlı plastik bank kartı, "xxxx" ASC-yə məxsus plastik bank kartı, 02 ədəd, hər birinin dəyəri 10 manat olan 4 GB həcmli yaddaş kartları, 02 ədəd, hər birinin dəyəri 30 manat olan 16 GB həcmli yaddaş kartları, hər birinin dəyəri 06 manat olan 06 ədəd boş mobil nömrələr, 01 ədəd, 05 manat dəyərində olan USB kabeli, 01 ədəd, 300 manat dəyərində, 128 GB həcmli, yaşıl rəngli “X5 8 Pro” markalı mobil telefon və 300 manat nəğd pul olan 10 manat dəyərində olan çantanı oğurlamışdır O, baş vermiş hadisəni həmin gün yəni, 16 aprel 2024-cü il tarixdə avtomobilin yanına gəldikdə bilmiş və bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 731 (yeddi yüz otuz bir) manat ziyan dəymişdir. Çanta və içərisində olan əşyalar ona qaytarılsa da, telefon və pul ona qaytarılmamış, həmçinin avtomobilə vurulmuş ziyan ödənilməmişdir. Daha sonra ona dəymiş zərərin qismən ödənildiyini nəzərə alaraq təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 16 aprel 2024-cü il tarixdə oğlu Şahid saçını kəsdirmək üçün Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 70 ünvanında fəaliyyət göstərən bərbərxanaya getmişdir. Həmin vaxt o, “Trinx” markalı velosipedi bərbərxananın qarşısında saxlamış və salonda olduğu bir saat ərzində velosiped nəzarətsiz qalmışdır. Həmin gün, yəni 16 aprel 2024-cü il tarixdə saat 21 radələrində oğlunu bərbərxanadan götürdükdə velosipedinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş və baş vermiş hadisə barədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə məlumat vermişdir. O, “Trinx” markalı velosipedi 2024-cü ilin fevral ayında 1200 manata almışdır. Beləliklə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1200 (min iki yüz) manat ziyan dəymişdir. Daha sonra zərər çəkmiş şəxs ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid yetkinlik yaşına çatmayan Şahid ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, 16 aprel 2024-cü il tarixdə saçını kəsdirmək üçün Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 70 ünvanında fəaliyyət göstərən bərbərxanaya getmiş və həmin vaxt “Trinx” markalı velosipedini bərbərxananın qarşısında saxlamışdır. Salonda olduğu bir saat ərzində velosiped nəzarətsiz qalmışdır. Həmin gün, yəni 16 aprel 2024-cü il tarixdə saat 21 radələrində anası bərbərxanaya gəlmişdir. O, bərbərxanadan çıxdıqda velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş və baş vermiş hadisə barədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə məlumat vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1- 2); - “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.99); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.144-148); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə hadisənin baş verdiyi ünvan 3 ünvanının qarşısında olan “Mercedes Vito” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərək müvafiq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.10- 19); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə hadisənin baş verdiyi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 70 ünvanının qarşısından “Trinx” markalı velosipedin oğurlandığı yerə baxış keçirilərək müvafiq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.37-44); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 17 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi cinayət hadisəsinin baş verdiyi yerdə, yəni ünvan 3 ünvanın və ünvan 4toşəkillər çıxarılaraq protokola əlavə edilmişdir (i.v.83-86); - “Videogörüntüyə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanının qarşısında olan “Mercedes Vito” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilə bir nəfər qara geyimli şəxs yaxınlaşır. Tərtib edilmiş “video görüntü ilə tanış etmə haqqında” 17 aprel 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs qeyd edilən şəxsin özü olduğunu təsdiq etmişdir (i.v.26-28); - “Videogörüntüyə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə fəaliyyət göstərən “Spar” adlı marketin kassasına qara şalvarda, qara gödəkçədə, qarabəniz, arıq bədən quruluşlu şəxs yaxınlaşaraq sıra gözləyir. Satıcı həmin şəxsə siqaret qutusu təqdim edir. Həmin şəxs kartla təmassız ödəniş edir. Tərtib edilmiş “video görüntü ilə tanış etmə haqqında” 17 aprel 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs qeyd edilən şəxsin özü olduğunu təsdiq etmişdir (i.v.29-31); - “Əşyanın könüllü təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Əhmədov X3 İlham Habil oğluna məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, “Mercedes Vito” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini, "xxxx"na məxsus plastik bank kartını, "xxxx" ASC-yə məxsus plastik bank kartını, "xxxx" ASC-yə məxsus “Leobank” adlı plastik bank kartını, "xxxx" ASC-yə məxsus plastik bank kartını, 06 ədəd boş mobil nömrələri, 01 ədəd qara rəngli çantanı və “Trinx” markalı velosipedi könüllü olaraq təqdim etmişdir (i.v.50); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/4054 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd “Trinx" markalı “M600 pro” modelli velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti 550 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.175-177); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, “Mercedes Vito” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, "xxxx" ASCyə məxsus plastik bank kartı, "xxxx" ASC-yə məxsus plastik bank kartı, "xxxx" ASC-yə məxsus “Leobank” adlı plastik bank kartı, "xxxx" ASC-yə məxsus plastik bank kartı, 06 ədəd boş mobil nömrələr, 01 ədəd qara rəngli çanta və “Trinx” markalı velosiped maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxslərə geri qaytarılmış, 02 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.202-212); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Saatlı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəriməni tam ödəmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 04 il 06 aya endirilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CMnin 177.1, 66.1, 66.3, 66.5-ci maddələri xaric edilmiş, xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş CM-nin 177.2.2-ci maddəsi CM-nin 177.1-ci maddəsinə tövsüf edilərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2016-cı il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəza 03 il 03 aya endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli X2 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş (i.v.181-184); - Məhkəmə iclasında cinayət hadisəsinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 3 ünvanının qarşısında olan “Mercedes Vito” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilə bir nəfər qara geyimli şəxs yaxınlaşır. Təqsirləndirilən şəxs qeyd edilən şəxsin özü olduğunu təsdiq etmişdir; - Məhkəmə iclasında cinayət hadisəsinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə fəaliyyət göstərən “Spar” adlı marketin kassasına qara şalvarda, qara gödəkçədə, qarabəniz, arıq bədən quruluşlu şəxs yaxınlaşaraq sıra gözləyir. Satıcı həmin şəxsə siqaret qutusu təqdim edir. Həmin şəxs kartla təmassız ödəniş edir. Təqsirləndirilən şəxs qeyd edilən şəxsin özü olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi isə həmin əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Vito” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan əl çantasından Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini, 01 ədəd "xxxx" ASC-nə məxsus plastik bank kartını, 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartını, 01 ədəd “Unibank" ASC-yə məxsus “Leobank” adlı plastik bank kartını, 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartını, 04 ədəd yaddaş kartını (flaşkart), 06 ədəd mobil nömrəni, 01 ədəd USB kabelini və 300 manat nağd pulu oğurlamaması barədə vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin və şahid ifadələri, həmçinin işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, vurulmuş ziyanın qismən ödənilməsini, bir zərər çəkmiş şəxslə barışmasını və həmin zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlindən peşman olmasını, vurulmuş ziyanın qismən ödənilməsini, bir zərər çəkmiş şəxslə barışmasını və həmin zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, “Mercedes Vito” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin, "xxxx" ASC-yə məxsus plastik bank kartının, "xxxx" ASC-yə məxsus plastik bank kartının, "xxxx" ASC-yə məxsus “Leobank” adlı plastik bank kartının, "xxxx" ASC-yə məxsus plastik bank kartının, 06 ədəd boş mobil nömrələrin, 01 ədəd qara rəngli çantanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və “Trinx” markalı velosipedin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, “Mercedes Vito” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin, "xxxx" ASC-yə məxsus plastik bank kartının, "xxxx" ASC-yə məxsus plastik bank kartının, "xxxx" ASC-yə məxsus “Leobank” adlı plastik bank kartının, "xxxx" ASC-yə məxsus plastik bank kartının, 06 ədəd boş mobil nömrələrin, 01 ədəd qara rəngli çantanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və “Trinx” markalı velosipedin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar