Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-375/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Masallı rayonu, Tüklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Masallı rayonu, Tüklə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19.05.2021-ci il tarixdə, saat 00:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 25, mənzil 21 ünvanında tanışı Aslanlı Xoşqədəm Əliyar qızı ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu əl zərbələri ilə vuraraq ona başın alın nahiyəsinin dərialtı hematoması, sağ gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayət olunan qançır-şişkinliyi, üst dodağın sağ yarısının selikli qişasına qansızma, sağ yanaq və burunüstü nahiyələrin qançırları, sol saidin və sol əlin sıyrıqları ilə müşayət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bir müddət, Şahid1 İrəvan oğlunu isə hardasa on beş gün əvvəl “Troya” adlı klubda tanımış, sonuncu ilə qısa müddətdə aralarında yaxın münasibət yaranmışdır. Lakin Xoşqədəmin də Kənanla yaxın münasibət qurmağa çalışdığını müşahidə etdiyindən ona dəfələrlə bu barədə iradını bildirmişdir. 18.05.2021-ci il tarixdə, axşam saatlarında o, “Troya” adlı klubda olan zaman Kənan dostları Elvin və Aqillə birlikdə kluba gəlmişdir. O, Kənanı və dostlarını görüb yanlarına gedərək onlarla eyni masada əyləşmişdir. Bu vaxt klubdakı yan masalardan birində əyləşən Xoşqədəm onları gördükdə yerindən qalxıb çölə çıxmışdır. Aqil Xoşqədəmin bu hərəkətini görüb onun qısqanclıq etdiyini başa düşmüş və onu sakitləşdirsin deyə ardınca getmişdir. Bir müddət sonra o, Elvin və Kənan ilə birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 25, mənzil 21-ə getmişlər. 19.05.2021-ci il tarixdə, saat 00:15 radələrində mənzilə daxil olduqda Xoşqədəmin Aqillə qonaq otağındakı masa arxasında əyləşib söhbət etdiklərini görmüşdür. O, Xoşqədəmdən buraya nə səbəbə gəldiyini soruşanda, sonuncu onu Aqilin onu dəvət etdiyini bildirmişdir. Elə bu anda o, qısqanclıq hissinə qapılıb əsəbləşərək Xoşqədəmin qolundan tutmuş, onu otaqdakı divana yıxıb əl zərbələri ilə bir neçə dəfə onun baş və üz nahiyələrindən vurmaqla sonuncunu döymüşdür. Aqil və Elvin onları ayırmış, Xoşqədəm dərhal mənzildən qaçaraq çıxıb getmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Kənan Kərimli ilə təsadüfən “Troya” adlı klubda tanımış və aralarında dostluq münasibəti yaranmışdır. Bu ərəfələrdə “Nərmin” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs da tanımışdır. Rasimə Kənanla yaxın münasibət qurmaq istədiyindən sonuncu ilə onun dostluğunu qısqanmağa başlamışdır. 18.05.2021-ci il tarixdə, axşam saatlarında “Troya” adlı klubda olarkən Kənan dostları Aqil və Elvinlə oraya gəlmişdir. Bu vaxt klubda olan Rasimə də onların yanına getmişdir. O isə ayrıca əyləşdiyi masadan qalxıb klubdan çıxmışdır. Bundan sonra Aqil Kənanı qısqanıb klubu tərk etdiyini düşünərək onun ardınca gəlmişdir. Aqil ona yaxınlaşanda sonuncuya onu səhv başa düşdüyünü, Kənanı qısqanmadığını demişdir. Aqil onu Kənan və Elvinlə bərabər kirayə yaşadığı evə dəvət etmişdir. O da razılaşıb Elvinlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 25, mənzil 21-ə getmişdir. Aqillə evdə oturub bir qədər söhbət etdikdən sonra Kənan, Rasimə və Elvin də oraya gəlmişdir. Rasimə onu mənzildə gördükdə nə səbəbə oraya gəldiyini soruşmuş, o da onu Aqilin dəvət etdiyini demişdir. Bu zaman Rasimə əsəbləşib onu qısqanaraq mübahisə etməyə başlamış, əyləşdikləri masanın üzərindəki stəkanı götürüb onu sol qolundan vurmuşdur. Daha sonra Rasimə onu mənzildəki divanın üzərinə yıxaraq əli ilə başından və üz nahiyəsindən ona vurmaqla döyüb xəsarət yetirmişdir. Elvin və Aqil onları ayırmışdır. Hadisə zamanı Rasiməyə heç bir xəsarət yetirməmişdir. Hazırda onlar barışmış, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Nəsimi rayon şöbəsinin 31.05.2021-ci il tarixli, 365 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – başın alın nahiyəsinin dərialtı hematoması, sağ gözaltı nahiyənin həmin gözün ağıl qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, üst dodağın sağ yarısının selikli qişasına qansızma, sağ yanaq və burunüstü nahiyələrin qançırları, sol saidin və sol əlin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən 19.05.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (İ cild, i.v.28-29); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27.05.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.26). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-375/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-375/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver