Məhkəmə qərarları › İş №1(006)-376/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-376/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-376/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1982-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Salyan rayon məhkəməsinin 04 avqust 2020-ci il tarixli qərarı ilə 10 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxx 1986-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında bməhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 dekabr 2020-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanda yerləşən “Sevimli Dad” marketin qarşısında Zərərçəkmiş şəxs1 saxladığı “Hyundai”markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda “Samsung A50” markalı mobil telefonu görüb avtomobilin qapılarının açıq olmasından istifadə edərək avtomobilə yaxınlaşıb qapısını açmaqla avtomobilin salonunda olan Zərərçəkmiş şəxs1 məxsus içərisində 3 manat danışıq balansı olan 5 manat dəyərində ***-***-**-** saylı nömrə altında işləyən 200 manat dəyərində «Samsung A50» markalı mobil telefonu gizli olaraq talayıb, hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 208 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 dekabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 4 ünvanda yerləşən “Bolmart” marketin yanında Zərərçəkmiş şəxs2 saxladığı “Mercedes Sprinter” markalı 99-YZ-34S dövlət qeydiyyat nişanlı avtomobilin salonunda “Samsung A7” markalı mobil telefonu görüb avtomobilin qapılarının açıq olmasından istifadə edərək avtomobilə yaxınlaşıb qapısını açmaqla avtomobilin salonunda olan Zərərçəkmiş şəxs2 məxsus içərisində 2 manat danışıq balansı olan 5 manat dəyərində ***-***-**-** saylı nömrə altında işləyən 150 manat dəyərində «Samsung A7» markalı mobil telefonu gizli olaraq talayıb, hadisə yerindən uzaqlaşmada Zərərçəkmiş şəxs2 ümumilikdə 157 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsində avtomobil yolunun kənarında Zərərçəkmiş şəxs3 saxladığı “Vaz-2107” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda təzə halda mobil telefonları görüb aralarında vəzifə bölgüsü apardıqdan sonra Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə ona məlumat vermək məqsədilə kənarda dayanıb müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə avtomobilə yaxınlaşıb özündə olan istintaqa məlum olmayan cib bıçağı ilə avtomobilin qabaq sol qapısını açaraq avtomobilin arxa oturacağında olan Zərərçəkmiş şəxs3 məxsus 03 ədəd hər birinin dəyəri 280 manat olmaqla cəmi 840 manat dəyərində «Samsung A51» markalı mobil telefonları və 01 ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 305 manat dəyərində “Redmi” markalı mobil telefonu gizli olaraq talayıb, hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 1145 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsində avtomobil yolunun kənarında Zərərçəkmiş şəxs3 saxladığı “Vaz-2107” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda təzə halda mobil telefonları görüb aralarında vəzifə bölgüsü apardıqdan sonra o, kənar şəxsin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 məlumat vermək məqsədilə kənarda dayanıb müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə avtomobilə yaxınlaşıb özündə olan istintaqa məlum olmayan cib bıçağı ilə avtomobilin qabaq sol qapısını açaraq avtomobilin arxa oturacağında olan Zərərçəkmiş şəxs3 məxsus 03 ədəd hər birinin dəyəri 280 manat olmaqla cəmi 840 manat dəyərində «Samsung A51» markalı mobil telefonları və 01 ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 305 manat dəyərində “Redmi” markalı mobil telefonu gizli olaraq talayıb, hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 1145 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq etdiyinə görə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 04.08.2020-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə 10 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 02.12.2020-ci il tarixdə təxminən saat 10:00 radələrində kirayədə yaşadığı ünvan 5 ünvanından çıxaraq 28 may metrostansiyası istiqamətində hərəkət etməyə başlamışdır. O, piyada Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində yerləşən “Sevimli Dad” adlı marketin qarşısından keçərkən orada yolun kənarında dayanmış «Hyundai H72» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobildən düşərək göstərilən marketə ərzaq məhsulları vermək üçün girdiyini və avtomobilin qapısını bağlamadığını görmüşdür. O, avtomobilə yaxınlaşıb sürücü tərəfdən olan qapının pəncərəsindən avtomobilin salonuna baxarkən salonun iki oturacağının arasında olan əyləc dəstəyinin yanında bir ədəd mobil telefon olduğunu görmüş və oğurlamaq qərarına gəlmişdir. O, ətrafa nəzər salıb həmin yerdən heç kimin keçmədiyini və onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin qapısını açaraq salonda olan əyləc dəstəyinin yanındakı mobil telefonu götürərək cibinə qoymuş və cəld həmin yerdən uzaqlaşmışdır. O, həmin yerdən kirayədə yaşadığı ünvan 6 ünvanına gəlmiş və yaşadığı evdə oğurluq yolu ilə əldə etdiyi telefona baxanda bir ədəd “Samsung A50” markalı mobil telefon olduğunu görmüşdür. Bundan sonra qeydiyyatda olduğu Cəlilabad rayonuna gedərək orada «Cəlilabad bazarı» deyilən yerdə oğurluq yolu ilə əldə etdiyi «Samsung A50» markalı mobil telefon aparatını 100 manata tanımadığı şəxsə satmış, əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 08.12.2020-ci il tarixdə təxminən saat 16:00 radələrində kirayədə yaşadığı ünvan 6 ünvanından çıxaraq 28 may metrostansiyası istiqamətində hərəkət etməyə başlamışdır. Piyada Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən “Bolmarket” adlanan marketin qarşısından keçərkən orada yolun kənarında dayanmış «Mersedes İspirentr» markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının şüşəsinin aşağı olduğunu görmüş və avtomobilə yaxınlaşıb sürücü tərəfdən olan qapının pəncərəsindən avtomobilin salonuna baxarkən salonun sükanın yanında bir ədəd mobil telefon olduğunu görmüş və oğurlamaq qərarına gəlmişdir. O, ətrafa nəzər salıb həmin yerdən heç kimin keçmədiyini və onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin qapısını açaraq salonda olan sükanın yanındakı mobil telefonu götürərək cibinə qoymuş və cəld həmin yerdən uzaqlaşmışdır. O, oradan kirayədə yaşadığı ünvan 6 ünvanına gəlmiş və yaşadığı evdə oğurluq yolu ilə əldə etdiyi telefona baxanda bir ədəd “Samsung A7” markalı mobil telefon olduğunu görmüşdür. Bundan sonra qeydiyyatda olduğu Cəlilabad rayonuna gedərək orada «Cəlilabad bazarı» deyilən yerdə oğurluq yolu ilə əldə etdiyi «Samsung A7» markalı mobil telefon aparatını 80 manata tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Daha sonra 09.01.2021-ci il tarixdə təxminən saat 15:00 radələrində qardaşı Təqsirləndirilən şəxs2la kirayədə yaşadıqları ünvan 6 ünvanından çıxaraq 28 may metrostansiyası istiqamətində hərəkət etməyə başlamışlar. Onlar piyada Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsində “28 Mall” ticarət mərkəzinin arxa hissəsinə çatdıqda orada yolun kənarında dayanmış «Vaz 2107» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçərkən avtomobilin arxa oturacağının üzərində bir neçə ədəd təzə mobil telefonların olduğunu görmüşdür. O, qardaşı Mircəlala bu barədə bildirərək həmin mobil telefonları oğurlamaq istədiyini bildirmişdir. Bunun üçün qardaşı Mircəlala ətrafa nəzər salıb əgər gələn olarsa ona xəbər etməsini bildirmişdir. Bundan sonra nəzər salıb həmin yerdən heç kimin keçmədiyini və onu heç kimin görmədiyinə əmin olduqdan sonra cibindən özünə məxsus meyvə doğramaq üçün balaca cib bıçağını çıxararaq avtomobilə sürücü tərəfdən ön qapısına yaxınlaşmış və əlindəki bıçağı qapının kilidinə salaraq bir neçə dəfə burmaqla avtomobilin qapısını açmışdır. Bundan sonra tez avtomobilin salonundan arxa oturacağın üzərindən 4 ədəd təzə mobil telefonları götürüb avtomobilin qapısını bağlayaraq qardaşı Mircəlalla birlikdə oradan uzaqlaşmışdır. Onlar oradan kirayədə yaşadıqları ünvan 6 ünvanına getmişlər. Yaşadıqları evdə onlar telefonlara baxanda 03 ədəd “Samsung A51” və 1 ədəd “Redmi” markalı mobil telefon aparatlarının olduğunu görmüşlər. Həmin günün səhərisi qardaşı Mircəlalla birlikdə 20 Yanvar metrostansiyası yaxınlığına getmişlər ki, həmin mobil telefonları orada olan telefon dükanlarından birinə satsınlar. Lakin 20 Yanvar metrostansiyasının yaxınlığına çatanda yolda əvvəllər tanıdığı Heydər adlı tanışı ilə rastlaşmışlar. Söhbət əsnasında Heydərə bildirmşdir ki, onda 4 ədəd mobil telefon aparatları vardır və onları satmaq istəyir. Heydər mobil telefon aparatlarına baxdıqdan sonra onlar həmin telefonları biri 200 manat olmaqla ümumilikdə 800 manata razılaşmışlar. Həmin günü 4 ədəd mobil telefonları Heydər adlı tanışına 800 manata satmışdır. Həmin vaxt onun yanında qardaşı Mircəlal da olmuşdur. Bundan sonra cinayət yolu ilə əldə eldikləri pulları öz ehtiyaclarına xərcləmişlər. O, 02.12.2020-ci il tarixdə və 08.12.2020-ci il tarixdə törətdiyi oğurluq cinayət hadisəsini tək etmiş, 09.01.2021-ci il tarixdə törətdiyi cinayəti isə qardaşı Təqsirləndirilən şəxs2 ilə törətmişdir. Cinayət yolu ilə əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi cinayət əməllərini etiraf edərək peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 09.01.2021-ci il tarixdə təxminən saat 15:00 radələrində qardaşı Təqsirləndirilən şəxs1la kirayədə yaşadıqları ünvan 6 ünvanından çıxaraq 28 may metrostansiyası istiqamətində hərəkət etməyə başlamışlar. Onlar piyada Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsində “28 Mall” ticarət mərkəzinin arxa hissəsinə çatdıqda orada yolun kənarında dayanmış «Vaz 2107» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçərkən qardaşı Aqil ona bildirmişdir ki, avtomobilin arxa oturacağının üzərində bir neçə ədəd təzə mobil telefonlar vardır və həmin mobil telefonları oğurlamaq istədiyini, ona isə kənarda dayanaraq əgər adam gələrsə xəbər verməyini bildirmişdir. Ona görə də o, kənarda dayanıb ətrafa baxmağa başlamış, qardaşı Aqil isə cibindən özünə məxsus meyvə doğramaq üçün balaca cib bıçağını çıxararaq avtomobilə sürücü tərəfdən ön qapısına yaxınlaşmış və əlindəki bıçağı qapının kilidinə salaraq bir neçə dəfə burmaqla avtomobilin qapısını açmışdır. Bundan sonra Aqil avtomobilin salonundan arxa oturacağın üzərindən 4 ədəd təzə mobil telefonları götürüb avtomobilin qapısını bağlayaraq birlikdə oradan uzaqlaşmışlar. Onlar oradan kirayədə yaşadıqları ünvan 6 ünvanına getmişlər. Yaşadıqları evdə onlar telefonlara baxanda 03 ədəd “Samsung A51” və 1 ədəd “Redmi” markalı mobil telefon aparatlarının olduğunu görmüşlər. Həmin günün səhərisi qardaşı Aqil ilə birlikdə 20 Yanvar metrostansiyası yaxınlığına getmişlər ki, həmin mobil telefonları orada olan telefon dükanlarından birinə satsınlar. Lakin 20 Yanvar metrostansiyasının yaxınlığına çatanda yolda qardaşı Aqilin tanışı Heydər adlı şəxslə rastlaşmışlar. Söhbət əsnasında Aqil Heydərə bildirmişdir ki, onlarda satılıq 4 ədəd mobil telefon aparatları vardır. Heydər mobil telefon aparatlarına baxdıqdan sonra həmin telefonları biri 200 manat olmaqla ümumilikdə 800 manata razılaşmışlar və həmin telefonları Heydərə 800 manata satmışlar. Bundan sonra əldə etdikləri pulları öz ehtiyaclarına xərcləmişlər. Hazırda törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hal-hazırda «Milla» şirkətində sürücü işləyir. 02.12.2020-ci il tarixdə saat 10 radələrində işlədiyi şirkətə məxsus Hyundai H72 markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 7 ünvanında yerləşən «Sevimli Dad» marketə şirkətin məhsulunu verərkən özünə məxsus hazırda dəyəri 300 manat olan Samsung A50 markalı mobil telefonunu avtomobilin salonunda sağ və sol oturacaqların arasında qoyub qapını bağlamadan marketə daxil olmuşdur. Marketə məhsulu verib avtomaşına geri dönərkən qeyd etdiyi mobil telefonunun oğurlandığını aşkar etmişdir. Sonra bu barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Mobil telefonun dəyəri 300 manat olmuş, üzərində olan ***-***-**-** mobil nömrəsinin dəyəri 5 manat, həmin nömrənin balansında isə 3 manat pul olmuşdur. Halhazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tamamilə ödənilmişdir, onunla barışmışdır, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı olduğu üçün yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 09.01.2021-ci il tarixdə saat 14:00 radələrində idarə etdiyi Vaz 2107 markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsində “28 Mall” ticarət mərkəzinin arxa hissəsinə getmiş və avtomobili yolun sol kənarında saxlamış, yaxınlıqdakı “Vest Telecom” mağazasından 4 ədəd mobil telefon almış və telefonları avtomobilə qoyaraq oradan uzaqlaşmışdır. Təxminən saat 16:00 radələrində avtomobilə qayıtmış və naməlum şəxs (şəxslər) tərəfindən avtomobilin arxa oturacağının üzərində olan hər biri 495 manat dəyərində olan 3 ədəd “Samsung A51” və dəyəri 305 manat olan 1 ədəd “Redmi” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişdir. Avtomobilin qapılarını bağlamış, hətta bağladığından əmin olmaq üçün əli ilə yoxlamışdır. Həmin telefonlar yeni olmuş, heç istifadə olunmamış, GSM nömrə qoyulmamışdır. Hər biri 495 manat dəyərində olan 3 ədəd “Samsung A51” və dəyəri 305 manat olan 1 ədəd “Redmi” markalı mobil telefonu oğurlanaraq ümumilikdə ona 1790 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş maddi ziyan təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmişdir, onlara qarşı heç bir iddia və maddi tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq onlar barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəmənin baxış iclaslarında iştirak etməmiş və məhkəmə tərəfindən onun iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs2 iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən X4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 08.12.2020-ci il tarixdə saat 17 radələrində idarə etdiyi Mersedes Sprinter markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı «Freş Acake» şirkətinə məxsus avtomaşınla ünvan 8 ünvanda yerləşən «Bolmart» marketə həmin şirkətin məhsulunu verərkən özünə məxsus dəyəri 200 manat olan Samsung A7 markalı mobil telefonunu avtomaşının salonunda sükanın yanında qoymuş, məhsulu marketə verib qayıtdıqdan sonra ona məxsus qeyd olunan mobil telefonunun oğurlandığını aşkar etmişdir. Sonra bununla bağlı Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Mobil telefonun dəyəri 200 manat olmuş, üzərində olan ***-***- **-** mobil nömrəsinin dəyəri 5 manat, həmin nömrənin balansında isə 2 manat pul olmuşdur (i/v 193-195). İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 02 dekabr 2020-ci il tarixli protokolundan görünür ki, hadisə yeri ünvan 7 ünvanıdır (i/v 6-8). İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 08 dekabr 2020-ci il tarixli protokolundan görünür ki, hadisə yeri ünvan 9 ünvanıdır (i/v 32-34). İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 09 yanvar 2021-ci il tarixli protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsindəki avtomobil yolunun bir istiqamətli yolun sol zolaq hissəsidir (i/v 57- 59). İş materiallarına əlavə olunmuş baxış keçirilməsi haqqında 23 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə bir ədəd videofayl vardır. Həmin videolayl açıldıqda müəyyən edilmişdir ki, görüntüdə 09 yanvar 2021-ci il tarixdə saat 15:16-da Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi ilə 2 nəfər şəxs yolun kənarı ilə səki ilə hərəkət edir, həmin şəxslər Zərərçəkmiş şəxs3 məxsus Vaz-2107 markalı avtomobilin yanından keçib bir neçə metr hərəkət etdikdən sonra ağacın yanında dayanıb söhbət edirlər, daha sonra şəxslərdən biri Vaz-2107 markalı avtomobilə yaxınlaşır, digər şəxs isə ağacın yanında durmaqla ətrafa baxır, avtomobilə yaxınlaşan şəxs ətrafa göz gəzdirdikdən sonra üzərindən çıxardığı əşya ilə avtomobilin qarşı sol qapısını açır və cəld avtomobilə daxil olub oradan hansısa əşyaları götürüb digər şəxsin yanına yaxınlaşır və həmin əşyalardan həmin şəxsə verir və hər iki şəxs gəldikləri istiqamətdə qayıtmağa başlayırlar. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, görüntüdə əks olunan iki nəfər şəxsdən biri özüdür, digəri isə qardaşı Təqsirləndirilən şəxs2dur. İfadəsində göstərdiyi kimi Vaz- 2107 markalı avtomobilin arxa oturacaqlarında bir neçə ədəd mobil telefon gördükdən sonra qardaşı ilə həmin mobil telefonları oğurlamaq qərarına gəlmişlər. Buna görə qardaşı ətrafa nəzarət etməyə başlamış, özü isə avtomobilə yaxınlaşıb cib bıçağı ilə avtomobilin qapısını açıb arxa oturacaqda olan 4 ədəd təzə mobil telefonları götürüb qardaşının yanına gəlir və sonra birlikdə hadisə yerindən uzaqlaşırlar (i/v 131-132). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 may 2021-ci il tarixli, 9/2557 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə və internet saytlarının məlumatlarına əsasən ekspertizaya təqdim edilməyən tədqiq edilən mobil telefonların hazırki işlənmiş vəziyyətdə 09 yanvar 2021-ci il tarixə istismar müddətini, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını, mənəvi və fiziki köhnəlməsini nəzərə alaraq işlənmiştelefonların respublikadaxili orta bazar pərakəndə satış qiymətləri aşağıdakı kimi müəyyən edilir: (i/v 224-227). - 3 ədəd «Samsung A51» markalı mobil telefonlar 840 manat; - bir ədəd «Samsung A50» markalı mobil telefon 200 manat; - bir ədəd «Samsung A7» markalı mobil telefon 150 manat. - bir ədəd «Samsung A10» markalı mobil telefon 150 manat. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin 19.02.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1 və 333.2-ci maddələri ilə təqsirli bilinərək 01 il N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmaqla həmin cəza 01 il sınaq müddəti cəzası ilə əvəz edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Cəlilabad rayon məhkəməsinin 09.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 Cəlilabad rayon məhkəməsinin 22.02.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin qərarı ilə 11 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakı şəhər Səbail rayon məhkəməsinin 08.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il N ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 04.08.2020-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə 10 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuşdur (i/v 211-213). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (i/v 214-215). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 23 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 4(006)-95/2021 saylı qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir ((i/v 100-101, 172-175). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 23 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 4(006)-96/2021 saylı qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir (i/v 123-124, 176-179). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 may 2021-ci il tarixli, 4(006)-199/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddətinin uzadılması barədə Nəsimi rayon prokurorunun verdiyi təqdimatdan imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 may 2021-ci il tarixli, 4(006)-200/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlama müddətinin uzadılması barədə Nəsimi rayon prokurorunun verdiyi təqdimatdan imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən 22.06.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, hal-hazırda onun barəsində heç bir tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı olduğu üçün yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs3 29.06.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün onlara qarşı heç bir iddia və maddi tələbi yoxdur. Gələcəkdə də bu işlə bağlı heç bir şikayəti olmayacaqdır. Təqsirləndirilən şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 30 mart 2007-ci il təvəllüdlü X5 və 16 mart 2009-cu il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayəti etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayətləri etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə, Təqsirləndirilən şəxs2 isə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Salyan rayon məhkəməsinin 04.08.2020-ci il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs1 Salyan rayon məhkəməsinin 04.08.2020-ci il tarixli qərarı cəzadan şərti azad olunduğu müddət ərzində qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Salyan rayon məhkəməsinin 04.08.2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin qərarla çəkilməmiş qalan 10 ay 17 gün cəza müddəti hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində «həbs» qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılmalı, təqsirləndirilən şəxslərdən məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 və X1 vəkil işlədikləri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra 1(006)-376/2021 saylı, 10.06.2021-cu il tarixli qərara əsasən 17.06.2021-ci il tarixdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkilləri X8 və X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X8 və X1 vəkil işlədikləri Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində olaraq 02 (iki) il, 09 (doqquz) ay, 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 Salyan rayon məhkəməsinin 04.08.2020-ci il tarixli qərarı ilə təyin edilmiş vaxtından əvvəl şərti azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 10 (on) ay, 17 (on yeddi) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 05 (beş) ay, 26 (iyirmi altı) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində "başqa yerə getməmək haqqında iltizam "qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 və X1 vəkil işlədikləri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 120 (yüz iyirmi) manat olmaqla ümumilkdə 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar