Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-376/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, məhkumluğu olmayan, Biləsuvar rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 aprel 2023-cü il tarixdə, saat 12:30 radələrində ünvan 2 ünvanında yerləşən “Muğan" parkında olarkən digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə parkda işıq dirəyinin altına qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus içərisində cərəyan qidalandırıcısı ilə birlikdə 1000 manat dəyərində “X2 F15” markalı “FX516P” modelli notbuk, 15 manat dəyərində “Redmi” markalı qulaqlıq, 30 manat dəyərində “Mi band” markalı qol saatı, 2 manat dəyərində kompüter siçanı olan 10 manat dəyərində çantanı və Zərərçəkmiş şəxs2 məxsus içərisində cərəyan qidalandırıcısı ilə birlikdə 1000 manat dəyərində “X2 F15” markalı “FX506L" modelli 01 ədəd noutbuk və 2 manat dəyərində 01 ədəd kompüter siçanı olan 10 manat dəyərində çantanı gizli olaraq talamaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 1057 manat, Zərərçəkmiş şəxs2 isə 1012 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Nəsimi rayonu, 28 May ərazisində piyada hərəkət edən zaman Muğan bağının yaxınlığında yerdə gözünə sahibsiz 2 ədəd çanta sataşmışdır. O, ətrafda hər hansı bir şəxsin onu görmədiyindən əmin olduqdan sonra həmin çantalara yaxınlaşmış və onları götürüb oradan uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra çantaları açıb içərisində nə olduğuna baxmışdır. Çantaların hər birinin içərisində noutbuklar, kompyuter siçanları və adapterlər olmuşdur. Çantanın birinin içərisində isə əlavə olaraq bir ədəd saat və bir ədəd qulaqcığın olduğunu görmüşdür. Digər çantada isə əlavə olaraq dərs dəftərləri olmuşdur. Saatın necə işlədiyindən baş aça bilməmiş və oyuncaq olduğunu zənn etmişdir. Qulaqcıq və dəftərlərlə birlikdə saatı bir çantanın içərisinə yığıb 28 May metrosu ərazisində məişət tullantıları toplanan zibil qabına tullamışdır. Komputerləri, komputerin siçanlarını və adapterlərini isə digər çantaya yığıb yükünü azaltmışdır. Çantanı götürüb uzaqlaşdıqdan sonra tanışı Qabilə zəng vurmuş və ona iki ədəd içərisində noutbuk olan çantasının olduğunu və həmin noutbukları satmaq istədiyini demişdir. Bundan sonra Qabillə görüşərək onunla birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi ünvanına yollanmışdır. Qabil onun adını bilmədiyi bir şəxsə yaxınlaşmış və noutbukları həmin şəxsə satacağını söyləmişdir. Qabillə həmin şəxs bir qədər danışdıqdan sonra Qabil 2 ədəd noutbuku çanta ilə birlikdə 280 manata həmin şəxsə satmışdır. Daha sonra onlar pulu götürüb şəhərə qayıtmış və həmin pulla spirtli içki alıb içmişdirlər. Daha sonra törətdiyi əməldən peşman olmasını, azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadəsi, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində oxuduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən çıxıb qrup yoldaşları ilə birgə ünvan 2 ünvanında yerləşən “Muğan” parkına gəlmiş, özünə məxsus içərisində 01 ədəd 2000 manat dəyərində “Asus” markalı kompüter, 01 ədəd 10 manat dəyərində kompüter siçanı, 01 ədəd 60 manat dəyərində “Mi Band” markalı elektron saat, 01 ədəd 30 manat dəyərində “Redmi” markalı naqilsiz qulaqcıq və kompüterin adapter olmaqla kompüter çantasını parkda yerə qoymuş və dostları ilə birgə voleybol oynamışdır. Təxminən 1 saat oynadıqdan sonra çantanı qoyduğu yerə yaxınlaşdıqda onun orada olmadığını görmüşdür. Ətrafı bir qədər axtardıqdan sonra çantanı tapa bilməmiş və çantanın içərisindəki əşyalarla birgə oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə bağlı o, DİN-in 102 Zəng Xidməti Mərkəzinə müraciət etmiş və baş vermiş hadisəni polis əməkdaşlarına bildirmişdir. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 oğlunun ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində oxuduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən çıxıb qrup yoldaşları ilə birgə ünvan 2 ünvanında yerləşən “Muğan” parkına gəlmiş, özünə məxsus içərisində 01 ədəd 2000 manat dəyərində “Asus” markalı kompüter, dərs dəftərləri, 01 ədəd 10 manat dəyərində kompüter siçanı və kompüterin adapter olmaqla kompüter çantasını yerə qoymuş və dostları ilə birgə təxminən 1 saat voleybol oynamışlar. Oyunu bitirdikdən sonra o, çantanı qoyduğu yerə yaxınlaşmış, lakin onun orada olmadığını görmüşdür. Ətrafı bir qədər axtardıqdan sonra çantanın oğurlandığını aşkar etmişdir. Bununla bağlı o, DİN-in 102 Zəng Xidməti Mərkəzinə müraciət etmiş və polis əməkdaşlarına baş vermiş hadisəni danışmışdır. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı Biləsuvar rayonundan tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək 02 ədəd noutbuk oğurladığını və onları satmaq istədiyini bildirmişdir. O bununla bağlı bir neçə nəfərə zəng etmişdir. Onlar həmin noutbukları şəhərin mərkəzindən kənarda bir yerdə satmalı olduqlarının daha məqsədəuyğun olacağı qərarına gəlmişlər və bir yerdə Ələt qəsəbəsinə yollanmışlar. Sonra o, cəzaçəkmə müəssisəsində tanış olduğu Şahid2 zəng edərək Ələtə gəldiyini və görüşməli olduqlarını demişdir. Görüş zamanı Şahid1 Şahid2 borcu olduğuna görə özünə məxsus 02 ədəd noutbuku dəyərindən ucuz qiymətə satdığını bildirmiş və onları ala biləcək tanışının olub-olmadığını soruşmuşdur. O, ilkin qiymət olaraq 500 manat desə də, bir qədər söhbətdən sonra 280 manata razılaşmışlar. Şahid2 həmin noutbukların hər hansı bir probleminin (oğurluq olması, xarab olması və s.) olduğunu soruşduqda o, noutbukların özünə məxsus olduğunu və heç bir probleminin olmadığını bildirmişdir. Beləliklə, o noutbukları 280 manata satmış və Təqsirləndirilən şəxsla şəhərə qayıdıb spirtli içki qəbul etmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Şahid1 cəzaçəkmə müəssisəsində olan zaman tanımış və elə həmin zamandan da dostluq münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixdə Şahid1 onunla telefon əlaqəsi saxlayaraq Ələtə gəldiyini və görüşməli olduqlarını demişdir. Görüş zamanı Şahid1 borcu olduğuna görə özünə məxsus 02 ədəd noutbuku satdığını, onların hər hansı bir probleminin (oğurluq olması, yararsız olması və s.) olmadığını ona bildirmişdir. İlk olaraq Şahid1 500 manat təklif etsə də, lakin sonda 280 manatla razılaşmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (i.v. 41); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.94); - “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v.109-110); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək dayandırılmışdır (i.v.103); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4244 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş istifadədə olmuş 01 ədəd “X2 F15” markalı “FX516P” modelli cərəyan qidalandırıcısı ilə birlikdə noutbukun qiyməti 1000 manat, istifadədə olmuş 01 ədəd “X2” markalı “FX506L” cərəyan qidalandırıcısı ilə birlikdə noutbukun qiyməti 1000 manat, istifadədə olmuş 01 ədəd kompüter çantasının qiyməti 10 manat, 02 ədəd istifadədə olmuş kompüter siçanının 01 ədədinin qiyməti 2 manat olmaqla, ümumilikdə 4 manat, təqdim edilməmiş “Redmi” markalı qulaqcığın 01 ədədinin nəzəri hesablama yolu ilə orta bazar qiyməti 15 manat, 01 ədəd kompüter çantasının nəzəri hesablama yolu ilə orta bazar qiyməti 10 manat, “Mi Band” markalı qol saatının 01 ədədinin nəzəri hesablama yolu ilə orta bazar qiyməti 30 manat müəyyən edilmişdir. Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş 04 adda malların 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2014.0 manat, təqdim edilməmiş 03 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 55,0 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. (i.v.127.130); - “Cinayət işinin təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi təzələnərək icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir (i.v.131); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Muğan” parkından kompüter çantalarını hansı qaydada oğurladığını hadisə yerində əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir (i.v. 156); - “Maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “X2 F15” markalı “FX516P” modelli cərəyan qidalandırıcısı ilə birlikdə noutbuk, 01 ədəd kompüter siçanı, 01 ədəd kompüter çantası, eləcə də, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “X2 F15” markalı “FX506L” modelli cərəyan qidalandırıcısı ilə birlikdə noutbuk, 01 ədəd kompüter siçanı maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahiblərinə verilmişdir (i.v.162-164); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli, 9/4244 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, onlara dair tərtib edilmiş protokollar, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi və digər istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu üçün iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “X2 F15” markalı “FX516P” modelli cərəyan qidalandırıcısı ilə birlikdə noutbuk, 01 ədəd kompüter siçanı, 01 ədəd kompüter çantası, eləcə də, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “X2 F15” markalı “FX506L” modelli cərəyan qidalandırıcısı ilə birlikdə noutbuk, 01 ədəd kompüter siçanı maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə geri verilmişdir (i.v.168-177); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin xx.xx.1997ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmış, xx.xx.1998-ci il tarixdə Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən 07 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir (i.v.125-126); - “Azemis” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009 il təvəllüdlü bir azyaşlı övladı var; - Məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir; - Məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf edərək peşman olmasını, dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, dəymiş zərərin ödənilməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və bir azyaşlı övladının olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “X2 F15” markalı “FX516P” modelli cərəyan qidalandırıcısı ilə birlikdə noutbuk, 01 ədəd kompüter siçanı, 01 ədəd kompüter çantası, eləcə də, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “X2 F15” markalı “FX506L” modelli cərəyan qidalandırıcısı ilə birlikdə noutbuk, 01 ədəd kompüter siçanının Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs İbrahm oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 02 (iki) gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırıılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “X2 F15” markalı “FX516P” modelli cərəyan qidalandırıcısı ilə birlikdə noutbuk, 01 ədəd kompüter siçanı, 01 ədəd kompüter çantası, eləcə də, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “X2 F15” markalı “FX506L” modelli cərəyan qidalandırıcısı ilə birlikdə noutbuk, 01 ədəd kompüter siçanının Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-376/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-376/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver