Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-378/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının üdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 30 oktyabr 2020-ci il tarixdə, saat 14 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra» markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə Bakıxanov küçəsi istiqamətində 20-30 km/saat sürətlə hərəkətdə olarkən Mirəli Qaşqay küçəsi 45 saylı ünvanın qarşısına çatdıqda, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində göstərilən, sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələbinə riayət etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, ala bilməyib, yolu onun hərəkət istiqamətinə nəzərən soldan sağa keçən 2013-cü il təvəllüdlü piyada X2 avtomobilinin sol yan hissəsi ilə vuraraq nəticədə ehtiyatsızlıqdan sonuncuya sağ qamış sümüyünün aşağı 1/3-nin yerdəyişmiş sınığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmaya aid bədən xəsarəti yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 30 oktyabr 2020-ci il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanından “Elmlər Akademiyası” metrostansiyasına sifariş almış, bu səbəbdən Koveriçkin küçəsi istiqamətində hərəkət etmişdir. Müştərini müəyyən olunmuş ərazidən götürüb Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən “Gömrük İdarəsinin” qarşısından asta sürətlə hərəkətdə olan zaman yolun sol tərəfində dayanmış avtomobillərin arasından qaçaraq yola çıxan bir nəfər azyaşlı oğlan avtomobilin sol ön qapısına çırpılaraq asfalta yıxılmışdır. O, dərhal avtomobili sağa verərək saxlamış və avtomobildən düşərək azyaşlıya öz köməkliyini etmişdir. Hadisə yerinə ətrafdakı şəxslər də gəlmişdir. Bir neçə dəqiqədən sonra həmin xəsarət alan, yəni sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs anası da hadisə yerinə gəlmişdir. O, həmin ərazidə zərərçəkmişin anasına 103 zəng xidmətinə zəng edərək məlumat verməklərini və uşağa tibbi yardım göstərməsini təkidlə bildirsə də, sonradan ad və soyadını bildiyi Şahid2 söhbəti böyütməməyi bildirmişdir. O, öz təkidi ilə həmin uşağı, öz idarə etdiyi avtomobil ilə yaxınlıqda yerləşən Travmatologiya İnstitutuna aparmışdır. Hadisə vaxtı avtomobilində olan müştəri heç bir xəsarət almamış, tələsdiyi üçün başqa avtomobilə minərək oradan kənarlaşmışdır. Xəstəxanada müayinə zamanı xəsarət alan Zərərçəkmiş şəxs sağ ayağında sınıq xəsarəti olması məlum olmuşdur. Həkimlər sonuncunu müayinə etdikdən sonra ayağını gipsə qoyub evə buraxmışlar. Daha sonra o, dəfələrlə xəsarət alan şəxsi evində ziyarət etmişdir. Həmin vaxt uşağın atası və babası ilə tanış olmuş, xəsarət alan şəxsi müayinə olunması üçün 10 gündən bir həkimə aparmışdır. Evinə gedən zaman Zərərçəkmiş şəxs üçün bazarlıq etmiş, həkimə gedən zaman bütün xərclərini özü qarşılamışdır. Həmin hadisə ehtiyatsızlıq nəticəsində baş vermiş, yəni xəsarət alan şəxs yola anidən çıxaraq avtomobilin ön qapısına çırpılmışdır. Hadisə zamanı onun avtomobili saz vəziyyətdə olmuşdur. Həmin zaman avtomobili təxminən 20-30 km/saat sürətlə idarə etmişdir. Xəsarət alan şəxsin atası Şahid1 ona zəng edərək görüş təyin etmiş və həmin görüş zamanı sonuncu ondan uşağın xəsarətinə görə 1500 manat pul tələb etmişdir. O, Şahid1 həmin pulu verə bilməyəcəyini bildirmiş və sonuncu həmin pulun verilməyəcəyi təqdirdə polisə şikayət edəcəyini ona bildirmişdir. O, həmin söhbətə qədər xəsarət alan şəxsin müalicəsini və müayinəsini öz vəsaiti hesabına etmişdir. Həmin xərclər təxminən 600-700 manat civarında olmuşdur. Hal-hazırda zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid2 məhkəmənin baxış iclaslarında iştirak etməmiş və məhkəmə tərəfindən onun iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid2 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 30 oktyabr 2020-ci il tarixdə, saat 14 radələrində anası ilə mağazaya getmişlər. Mağazada olarkən anası ilə alış-veriş etmişlər və anası kassaya yaxınlaşıb aldığı ərzaqların pulunu ödəyən zaman o, çölə çıxmışdır ki, yolu keçib evlərinə getsin. Yolu soldan-sağa keçən zaman qəfildən yolun sol tərəfindən gələn avtomobil onun sağ ayağından vurmuş və o, yerə yıxılmışdır. Həmin vaxt ayağından dəhşətli ağrı hiss etmişdir. Sonra yanına anası və onu avtomobillə vuran tanımadığı şəxs gəlmiş və onu xəstəxanaya aparmışlar. Xəstəxanada o, müalicə almağa başlamışdır. Həmin vaxt ayağına qips qoyulmuş və o, evinə buraxılmışdır. Evdə müalicə aldığı dövr ərzində ayağında ağrılar qaldığından anası və atası onu vuran sürücü ilə əlaqə saxlayıb onu xəstəxanaya aparmağı demişlər. Lakin həmin sürücü onu təkrar xəstəxanaya aparmamış, buna görə anası və atası şikayət etmişlər. Həmin maşın onu yolun öz hərəkət istiqamətində vurmuşdur. Həmin avtomobilin sürətinin nə qədər olmasını bilmir. O, avtomobil yolunu asta qaçışla keçmişdir (i/v 64-67). Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid2 və Şahid1 məhkəmə iclaslarına gəlməmişlər, onların məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən şahidlər Şahid2 və Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahidlər Şahid2 və Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 30 oktyabr 2020-ci il tarixdə 7 yaşlı oğlu Zərərçəkmiş şəxs ilə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində “Araz” marketin yaxınlığında mağazadan saat 14 radələrində alışveriş etmişlər. O, mağazada pulu ödəyən zaman oğlu Rüstəm mağazadan ondan tez çıxmışdır. O, həmin mağazada pulu ödədikdən sonra çıxmış və oğlu Rüstəmin yerə yıxıldığını görmüşdür. Dərhal oğlunun yanına yaxınlaşmış və ona məlum olmuşdur ki, oğlu Rüstəm yolu keçən zaman Mirəli Qaşqay küçəsi ilə üzü Bakıxanov küçəsi istiqamətində hərəkətdə olan “Opel” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlunu vuraraq xəsarət yetirmişdir. Hadisə nəticəsində oğlu Rüstəmin sağ ayağı sınmışdır. Adını sonradan bildiyi sürücü Tofiqin köməkliyi ilə onlar Travmatologiya İnstitutuna getmişlər və orada oğluna ilkin tibbi yardım güslərilmişdir. Bu barədə həyat yoldaşı Nicata məlumat vermiş, bir neçə dəqiqədən sonra Nicat xəstəxanaya gəlmişdir. Hadisəni törədən sürücü Tofiq adlı şəxs oğlunu ehtiyatsızlıq nəticəsində idarə etdiyi avtomobil ilə vuraraq xəsarət yetirdiyini etiraf etmiş və həyat yoldaşı Nicatdan xahiş etmişdir ki, bu barədə şikayətçi olmasınlar, oğlunun bütün müayinə və müalicə xərclərini öz üzərinə götürəcək. Onlar da Tofiqə inanıb şikayət etməyəcəklərini bildirmişlər. Bu səbəbdən də Travmatologiya İnistitutunda azyaşlı uşağının yıxılaraq xəsarət alması barədə məlumat vermişlər. Bir müddət keçməsinə baxmayaraq oğlu Zərərçəkmiş şəxs ayağı sağalmamışdır. Həyat yoldaşı Tofiq ilə əlaqə saxlayaraq uşağın xəstəxanaya aparılaraq yenidən müayinə olunmasının vacib olduğunu bildirsə də, Tofiq müxtəlif bəhanələr gətirərək oğlunu həkim müayinəsinə aparmaqdan boyun qaçırtmışdır. Sonuncu dəfə isə həyat yoldaşı Tofiqlə telefonla əlaqə saxladıqda sonuncu ümumiyyətlə oğlunun xəstəxana xərclərini ödəməsindən imtina etmiş və bu səbəbdən onlar Tofiq barəsində DİN-in «102» zəng xidmətinə baş vermiş hadisə barədə məlumat vermişlər. Tofiq adlı şəxs Rüstəmin ayağını gipsə qoydurmuş, 3 dəfə rentgenə aparmış və 50 manat pul vermişdir. Bundan başqa hansısa bir köməklik etməmişdir (i/v 68- 70). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 qeyd etdiyi xüsusatları Şahid1 da ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bir daha təsdiq etmişdir (71- 73). İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Həmin küçənin yol örtüyü asfaltbeton olmaqla yol iki tərəfli hərəkət üçün tənzimlənmişdir. Yolun eni 8 metrdir, yol quru səthə malik olmaqla sürət həddi 60 km\saatdır. Yolda hərəkət yol nişanları ilə tənzimlənmişdir (i/v 4-10). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» X8 sağlamlığa zərər vurmanın təyininə dair 03.03.2021-ci il tarixli, 86 saylı rəyindən görünür ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş sağ qamış sümüyünün aşağı 1/3-nin yerdəyişmiş sınığı kimi xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının Zərərçəkmiş şəxs vurması nəticəsində əmələ gələ bildərdi (i/v 37-38). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 19 mart 2021-ci il tarixli, 8/552 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən «Opel Astra» markalı, 99-ST- 497 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i/v 43-45). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 109-110). İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, «Opel Astra» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 olmaqla, sonuncu tərəfindən qeyd olunan avtomobilin idarə olunması 15 aprel 2023-cü il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir (i/v 21). İş materiallarına əlavə olunmuş “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 15 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 104-105). İş materiallarında olan 20 may 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hadisənin izlərini saxladığından iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir (i/v 111-118). İş materiallarında olan 18 may 2021-ci il tarixli Nəsimi rayon Polis İdarəsinin DYPŞnin inzibati təcrübə üzrə baş inspektoru Vüsal Məmmədov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs AC 381233 nömrəli, «B» dərəcəli sürücülük vəsiqəsi vardır və sürücülük hüququndan məhrum olunmamışdır (i/v 108). Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələb yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ondan 100 (yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-378/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərara əsasən 21 iyun 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-378/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-378/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver