Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-38/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, tərcüməçi X2, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs yol hərəkətinin digər iştirakçısı kimi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs yol hərəkətinin digər iştirakçısı kimi idarə etdiyi Şahid2 icarə əsasında işlətdiyi kafeyə məxsus, işlənmiş, saz vəziyyətdə olan, iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan “Honda Dio” markalı mopedlə xx xxxx 2018-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvan 2 hərəkətdə olan zaman R.Behbudov küçəsi, 53 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin, yəni, piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetafor vasitəsi ilə nizamlanmadığı halda sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmaqla piyadaya yol verməsi kimi tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun həmin tələblərinə əməl etməyərək yol hərəkəti qaydalarını pozmuş, həmin vaxt piyada səkisindən piyada keçidinə daxil olan piyada- Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxsnm ehtiyatsızlıqdan sağ gicgah sümüyünün kəllə əsasına keçən xətli sınığı, baş beyinin sağ gicgah nahiyəsinin epidural hemotoması, baş beyinin sol alın payının əzilməsi, başın ənsə nahiyəsinin, sağ qulaq seyvanının, sağ baldırın əzilmiş-cırılmış yara.arı ilə müşayiət olunan, həyat üçün təhlükəli olan ağır dərəcəli xəsarətlər almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində yerləşən “Köz plus” kafesində işləmiş, onun işi kafe sahibinin ona təqdim etdiyi “Honda Dio” markalı mopedlə sifarişləri müxtəlif ünvanlara çatdıqmaqdan ibarət olmuşdur. Həmin mopedin sürəti 50 km/saat-a kimi olmuş və mopedin həcmi 50 kvadrat metrdən az olmuşdur. Həmin növ mopedlər üçün hər hansı bir sürücülük vəsiqəsi tələb də olunmur. Belə ki, onun həmin vaxtlar sürücülük vəsiqəsi belə olmamış, hazırda da onun sürücülük vəsiqəsi yoxdur. Həmin mühərrikin həcmi 50 kvadrat metrdən az olduğu üçün mopedi idarə etmək üçün hər hansı bir xüsusi icazə tələb olunmamışdır. Belə ki, xx xxxx 2018-ci il tarixdə, saat 10 radələrində işlədiyi kafedən sifarişləri götürərək, mopedlə sifarişləri göstərilmiş ünvanlara çatdırmağa getmişdir. ünvan 3 ünvan 2 soldan 4-cü zolaq ilə hərəkətdə olan zaman təxminən ondan 50 metr məsafədə həmin 4-cü zolaq ilə qarşısında “Daewoo” markalı sərnişin avtobusu hərəkət edirmiş. Həmin hərəkət yolu 4 zolaqdan ibarətdir. Həmin vaxt soldan birinci, ikinci və üçüncü hərəkət zolaqlarında avtomobillərin sıxlığı olduğu üçün həmin zolaqlarda tıxac olmuşdur. O, hərəkətdə olarkən yolun üzü yuxarı hissəsinə baxan zaman görmüş ki, “Daewoo” markalı sərnişin avtobusu elə 4-cü zolaqda piyada keçidə təxminən 10 metr qalmış avtobusu saxladı. Qeyd etmiş ki, o, avtobusa elə həmin zolaqda, yəni 4-cü zolaqda yaxınlaşan zaman görmüş ki, avtobus həb də dayanmış vəziyyətdədir. Bu zaman o, sifarişi gecikdirməmək üçün bilə-bilə yol hərəkəti qaydalarını pozaraq, yəni daha dəqiq, nəqliyyat vasitəsinin sağından ötmə əməliyyatı etməyə başlamışdır və avtobusun arxa hissəsindən sürət həddini də biraz artıraraq ötmə əməliyyatını həyata keçirməyə başlayaraq “Daewoo” markalı sərnişin avtobusun sağ yan tərəfinə keçmişdir. Bu zaman o, sifarişi çatdırmaq üçün çox tələsdiyindən sərnişin avtobusunun qapılarının açıq olub-olmamasına belə diqqət etməmişdir. Həmçinin çox tələsdiyi üçün o, sərnişin avtobusuna yaxın məsafədə mopedi idarə edirmiş. O, sərnişin avtobusunun orta hissəsinə çatan zaman sürət həddini biraz da artırmışdır. Lakin çox tələsik olduğundan avtobusa mopedi çox yaxın sürürmüş ki, avtobusu asanlıqla ötüb keçə bilsin. O, ötmə əməliyyatı edərkən heç kəsi görməmiş, anidən bir qadın qarşısına çıxdıqda istəmiş ki, mopedi söndürsün, lakin mopedin sürəti olduğu üçün mopedi saxlaya bilməmiş və piyada keçidinə daxil olan qadın sərnişini idarə etdiyi mopedlə vurmuşdur, qadın zərbədən dərhal yerə yıxılmış və o da mopedlə birlikdə təxminən bir neçə metr getdikdən sonra idarəetməni itirib yerə yıxılmışdır və moped orada olan işıq dirəyinə dəymişdir. Həmin vaxt özünü çox pis hiss etdiyinə görə ətrafda olan şəxslər onu yerdən qaldırmışlar və səkidə əyləşdirmişlər. Həmin vaxt yadındadır ki, mopedlə vurduğu qadına da ətrafdan keçən şəxslər yardım edirmişlər. Daha sonra hadisə yerinə X17 Stansiyasına məxsus avtomobil gəlmiş və həmin qadınla onu bir X17 stansiyasına məxsus avtomobildə 1 saylı X14 aparmışlar. Orada onun xəsarəti ağır olmadığından ona həkimlər təxminən 40-45 dəqiqə tibbi yardım göstərdikdən sonra bildirmişlər ki, sərbəst gedə bilər. Həkimlər onu sərbəst buraxdıqdan sonra hadisə nəticəsində xəsarət alan qadın əməliyyat otağında qalmışdır. O, həmin qadının adını soruşmuş və ona həmin qadının adının “Olqa” olduğunu bildirmişlər. Bundan sonra o, xəstəxananın içərisində hadisə nəticəsində xəsarət alan qadının həyat yoldaşı “Ernest” adlı şəxsi tapmış və ona özü barədə məlumat verərək, bildirmiş ki, o da bu xəstəxanada müalicə almış və hazırda gedir ki, bir-neçə saat sonra müdiri ilə birlikdə gəlib xəstəxana xərclərini ödəsin. “Ernest” ona etiraz etməmiş və heç bir narahatçılığın olmadığını bildirmişdir. Hadisə barədə o, dərhal müdirə məlumat vermiş və müdir öz tanışını xəstəxanaya göndərmişdir. Müdirin tanışı onunla birlikdə xəstəxanaya gələrək, orada “Olqanın” xəstəxana xərcini, yəni 400 (dörd yüz) manatı ödəmişdir. Bundan sonra “Olqanın” həyat yoldaşı Ernest ilə söhbət etmiş və ona 1000 (min) manat pul ödəmiş ki, gələcəkdə də müalicəsini davam etsinlər. “Ernest” heç bir narazıçılıq etməmiş və onlara təşəkkür etmişdir, hadisə ilə əlaqədar heç bir şikayətinin olmadığını bildirmişdir. Həmçinin, törətmiş olduğu yol nəqliyyat hadisəsi zamanı, xx xxxx 2018-ci il tarixdə saat 10 radələrində ünvan 4 ünvanından ünvan 2 olan yolda piyada keçidinin üzərində baş vermiş, hadisə zamanı hava yağışlı olmamış, hava isti olmuş və asfalt örtüyünün üstü quru olmuşdur. Hadisə zamanı idarə etdiyi moped texniki cəhətdən tam saz vəziyyətdə olmuş, çünki özünün də mopedlərdən anlayışı vardır. Bundan başqa, idarə etdiyi mopedlə vuraraq xəsarət yetirdiyi qadın bir metr belə məsafə qət etməyibmiş. Qadın asfalt üzərində olan piyada keçidinə yenicə daxil olmuşdu ki, o, idarə etdiyi mopedlə həmin qadını vurmuş və həmin qadın da aldığı zərbədən dərhal yerə yıxılmışdır. O, idarə etdiyi mopeddə heç bir yük və digər şəxs olmamışdır. Mopedin yük hissəsində bir ədəd dönər və bir ədəd Coca Cola içkisi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, gənc olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülərlə və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o xx xxxx 2018-ci il tarixdə, saat 10 radələrində şəxsi işlərini görmək məqsədilə ümumi istifadədə olan sərnişin avtobusu ilə hərəkət edirmiş, avtobus ünvan 3 ünvan 2 hərəkət edən zaman o, düşmək istədiyini bildirmiş, həmin yol 4 zolaqlı, bir istiqamətli hərəkət yolu olduğunu və o, sonuncu, yəni dördüncü zolaqda, piyada səkisinin yaxınlığında avtobusdan düşdüyünü bildirmişdir. Düşdüyü yer ilə piyada keçidi arasında təxminən 10 metrə yaxın məsafə olduğunu qeyd etmişdir. O, avtobusdan düşdükdən sonra piyada səkisi ilə hərəkət edərək asfaltda hərəkət zolağı üzərində olan piyada keçidinə tərəf getməyə başlamış, asfaltda hərəkət zolağı üzərində olan piyada keçidinə ayağını yenicə qoyduqda anidən onu nəsə vurmuşdur. O, piyada keçidi üzərində maksimum 0,5 metr məsafə ancaq gedibmiş. Həmin məsafə də onun 1 addımı edir. Ona zərbə çox ağır formada dəydiyindən zərbənin təsirindən yerə yıxılmış və başı el arasında bardur deyilən səkinin kənarına dəymişdir. Bundan başqa o, bildirmiş ki, həmin gün o, yolun qarşı tərəfinə keçərək gözəllik salonuna getmək istəyirmiş, çünki 2 gün sonra, yəni 28 iyul tarixdə öz ad günüdür. Daha sonra, yerə yıxılanda şok vəziyyətinə düşmüş və sadəcə olaraq həmin vaxt mobil telefonunu çıxardaraq həyat yoldaşı Ernestə zəng vuraraq zədələndiyini, ayağa durub gəzə bilmədiyini bildirmişdir. Ernest ondan nə baş verdiyini soruşduqda isə olanları xatırlaya bilmədiyini qeyd etmişdir. Sonradan isə onu X17 maşını ilə xəstəxanaya aparmışlar və onu müayinə, rentgen etmişlər və onun ağrıları kəskinləşdiyi üçün o ağrılardan huşunu itirmiş və iki gündən sonra reanimasiya şöbəsində ayılmışdır və gözünü açanda artıq özünü xəstəxanada olduğunu anlamışdır. O, ayıldıqdan çox sonra yıxıldığını, onu həmin vaxt piyada keçidinə ayağını qoyub bir addım atdığı vaxt düşdüyü avtobusun sağ tərəfindən sürətlə hərəkət edib ötmə əməliyyatı edən moped vurduğunu və həmin mopredin sürücüsünün adı da Hüseyn olduğunu bilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində ona maddi ziyan dəymiş, ona məxsus “Samsung Galaxy” markalı telefon və “İpad Apple 3” zədələnmiş və yararsız hala düşmüşdür. Həmçinin qızıl sırğasını itirmişdir. Hadisə yerində həmin itirilən əşyaların uçotunu vəziyyəti nəzərə alaraq heç kim aparmamış və itirilmiş əşyaları o, sonradan aşkar etmişdir. Bundan başqa, xəstəxanada olduğu vaxtda və sonra müalicə aldığından işə gedə bilməmiş və həmin dövr üzrə gəlirindən məhrum olmuşdur. Göstərilənləri nəzərə alaraq ona dəymiş maddi zərərə görə 1.000 manat və mənəvi zərərə görə 2.000 manat ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2018-ci il tarixdə, saat 10 radələrində o, şəhərdə, daha dəqiq Sahil metrostansiyası yaxınlığında olan zaman ona həyat yoldaşı Olqa telefonla bir neçə dəfə zəng vuraraq narahat səslə xəsarət almağı barədə məlumat vermiş, o, Olqadan hansı şəraitdə xəsarət almasını maraqlanan zaman “nə baş verdiyini tam olaraq xatırlamır, sadəcə olaraq xəsarət aldığını” demiş, bu zaman o, Olqanın harada olduğunu maraqlanan zaman ona xadimə işlədiyi Nəsimi rayonu, Şövqiyar Abdullayev 26 ünvanına gedən yol tərəfdə olduğunu bildirmişdir. Bu məlumatı aldıqdan sonra dərhal etibarnamə əsasında idarə etdiyi “Hundai Elantra” markalı, Az-**-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtonobilinə əyləşib Olqanın dediyi ünvana tərəf getməyə başlamış, həmin küçədə Olqanı tapa bilmədiyi üçün aşağı küçəyə tərəf dönmüş və X1bağı ilə R.Behbudov küçəsi ilə hərəkət etməyə başlamış, həmin küçədə, yəni Nəsimi rayonu, R.Behbudov küçəsi 53 saylı ünvana yaxınlaşanda Olqanı mopedin vurduğunu, mopedin onu vurması nəticəsində yerə yıxıldığını və başından xəsarət aldığını görmüşdür. O, artıq həmin ünvanda olan zaman oradakı insanların da dediyindən tam müəyyən etmiş ki, Olqa piyada keçidinə təxminən 10 metr çalmış avtobusdan soldan dördüncü, yəni sağdan birinci zolaqda düşmüş və yolun piyada səkisinə keçərək üzü yuxarı piyada keçidinə tərəf getməyə başlamış və piyada keçidinə daxil olub ayağını piyada keçidinə bir addım atmış, onu sürətlə gələn moped vuraraq xəsarət yetirmişdir. Olqa və onu idarə etdiyi moped ilə vurmuş şəxs isə, hər ikisi həmin vaxt oraya yaxınlaşmış X17 avtomobilinin içərisində olmuşlar. Həmin vaxt həmçinin bir ədəd moped də aşmış vəziyyətdə yolun kənarında dayanmışdır. O da X17 avtomobilinin arxası ilə öz avtomobilini sürmüş və 1 saylı X15 daxil olmuşdur. Orada ona həyat yoldaşı Olqanın idarə etdiyi mopedlə vuraraq xəsarət yetirmiş şəxs Təqsirləndirilən şəxs olduğu məıum olmuşdur. Olqanı dərhal vəziyyəti ağır olduğuna görə əməliyyata almış, təxminən yarım saat sonra isə Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərib X7 azad etmişlər. Xəstəxanada olan zaman Təqsirləndirilən şəxs və onun işlədiyi iş yerinin müdriyyəti ona yaxınlaşmış və onlara necə köməklik edə biləcəklərini soruşmuşlar. Olqa xəstəxanaya yerləşdirildikdən 2 gün sonra özünə gəlmiş və ona görə də onu reanimasiya şöbəsinə yerləşdirimişlər. Həmin gündən təxminən 2 gün sonra Təqsirləndirilən şəxs və onun işlədiyi iş yerinin müdiriyyəti ona yaxınlaşmış və sonradan alınacaq dərmanlara görə ona pul vermişlər, lakin hazırda həmin pulun təxminən nə qədər olduğunu xatırlaya bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o özü əvvəllər, yəni xx.xx.2017-ci il tarixdə ünvan 6 saylı ünvanda yerləşən kafeni işlətməyə başlamış və rəsmi olaraq VÖEN alaraq vergi orqanlarında qeydiyyatdan keçmişdir. Bildirir ki, həmin obyekt fəaliyyətə başladıqdan sonra o, tanımadığı şəxslərdən saz vəziyyətdə olan, işlənmiş, yəni ikinci əl mopedlər maraqlanmağa başlamış və qabaqcadan bildirmişdir ki, həmin mopedlərin mühərrik həcmi 50 kvadrat metrdən az olmalıdır. Çünki əgər o, mühərrikin həcmi 50 kvadrat metrdən çox olan moped alsaydı, məcburi şəkildə hər bir mopedə görə həmin mopedi sürmək üçün verdiyi şəxsə etibarnamə verməli imiş. Onu da qeyd etmiş ki, kafedə işləməyə gələn paketçilər daimi olaraq işləmirlər. Ona görə də o, məcbur olub mühərrikin həcmi 50sm3-dan az olan “Honda Dio” markalı mopedlər almağa başlamışdır. Təxminən 2018-ci ilin iyun ayının ortalarında kafeyə paketçi kimi işləməyə bir nəfər Hüseyn adlı şəxs yaxınlaşmış və işə ehtiyacı olduğunu bildirib onu işə götürməsini xahiş etmişdir. Onun da Hüseyn adlı şəxsə yazığı gəlib onu paketçi kimi işə qəbul etmişdir. Bildirmişdir ki, xx xxxx 2018-ci il tarixdə işdə olan şəxslər onunla əlaqə saxlayaraq kafenin paketçisi Hüseyn adlı şəxs ünvan 7 saylı ünvanda piyada səkisindən piyada keçidinə daxil olmuş qadını idarə etdiyi “Honda Dio” markalı mopedlə vuraraq xəsarət yetirmiş, həmçinin özü də yüngül də olsa xəsarət almışdır. O, bundan sonra kafedə olanlardan maraqlanan zaman ona həmin Hüseyn adlı şəxs – Təqsirləndirilən şəxs onun mopedlə vurduğu qadın isə Zərərçəkmiş şəxsdır. Bundan sonra o, kafenin işçilərinə tapşırmış ki, Olqa xanımın yanına, 1 saylı X14 gedib onun vəziyyəti ilə maraqlansın və nəsə köməklik lazım olubolmadığını maraqlansınlar, sonradan o, bilmiş ki, Olqa xanımın xəsarəti ağırdır. Sonradan o, təxminən 1.400 manata yaxın pul vermiş ki, Olqa xanımın tibbi yardımına və dərmanları üçün ona versinlər və öyrənmiş ki, həmin pulu Olqa xanıma deyil, onun həyat yoldaşı Ernestə vermişlər. O, bir daha bildirmiş ki, hazırda Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə idarə etdiyi mopedin markası “Honda Dio” olmuşdur. Həmçinin həmin mopedin mühərrikinin həcminin 50 kvadrat metrdən az olduğunu dəqiq xatırlayır. Çünki həmin mopedi Təqsirləndirilən şəxs verən zaman ona hər hansı bir etibarnamə verməmiş, eyni zamanda həmin mopedləri alan zaman heç bir sənədləşmə aparılmamışdır. O, həmçinin onu da bildirmiş ki, baş vermiş hadisənin səhərisi gün, o, Hüseynin idarə etdiyi mopeddə müəyyən zədələr olduğundan onu ucuz qiymətə tanımadığı şəxsə satmışdır. Bundan başqa, sonradan 2018-ci ilin noyabr ayında isə ünvan 6 saylı ünvanda yerləşən kafeni icarəyə götürdüyü şəxsə təhvil vermiş və sonradan bilmiş ki, həmin obyektin sahibi kafeni artıq başqa bir şəxsə icarəyə vermişdir. Artıq həmin yeri işlətmədiyinə görə tanımadığı şəxslərdən saz vəziyyətdə işlənmiş şəkildə aldığı mühərrikinin həcmi 50sm3-dan az olan mopedlərin qalanını da tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə saat 10 radələrində Hüseyn ona zəng edərək, ünvana sifariş apardığı zaman idarə etdiyi mopedlə bir nəfər qadını vurararaq, xəsarət yetirdiyini həmçinin hadisə nəticəsində özü də xəsarət aldığını bildirmiş və ondan 1 saylı X14 gəlməsini xahiş etdikdə o, Hüseynin maddi durumunun zəif olmasını və ətrafında ona kömək edəcək şəxslərin olmamasını nəzərə alaraq və ona yazığı gəldiyinə görə 1 saylı X14 getmişdir. Orada o və Hüseyn xəsarət alan qadının Ernest adlı həyat yoldaşı ilə danışmış, ona Hüseyn hadisənin ehtiyyatsızlıqdan baş verməsini bildirərək üzr istəmişdir. Həmin vaxt xəsarət almış qadın həkim müayinəsi altında olmuş, buna görə də onlar onun həyat yoldaşı ilə söhbət etmişlər. O, həmin şəxsə öz mobil telefon nömrəsini vermiş, çünki Hüseynin öz istifadəsində olan mobil telefon nömrəsi olmamış, Ernestlə söhbət edən zaman ona bildirmişdir ki, Təqsirləndirilən şəxs maddi durumu çox zəifdir və buna görə də xəstəxana xərclərinə Hüseynin əvəzinə o, kömək edəcəkdir. Həmin vaxt Ernest onlara heç bir narahatçılıq olmadığını və onların xəstəxana xərclərinə kömək etdiyi təqdirdə onların hadisə ilə əlaqədar heç bir şikayətləri olmayacağını bildirmişdir. Həmin gün o, Ernestə 400 manat xəstəxana xərci ödəmiş və əlavə olaraq bir neçə gün sonra 1.000 manat da pul vermiş ki, gələcəkdə müalicələrinə xərcləsinlər. Bundan sonra Təqsirləndirilən şəxs da artıq “Köz plus" kafesində işləmədiyinə görə onunla əlaqəsi kəsilmiş və hadisə ilə əlaqədar başqa heç bir məlumatı olmamışdır. Bundan başqa, o, bildirmiş ki, Hüseynin idarə etdiyi həmin mopedin üzərində o, dövlət qeydiyyat nişanı görməmiş, həmin mopedin iş həcmi aşağı olduğuna görə ona dövlət qeydiyyat nişanları tələb edilmirmiş. Həmçinin, hadisə xx xxxx 2018-ci il tarixdə, saat 10 radələrində baş vermişdir. Təqsirləndirilən şəxs sözlərinə görə hadisə ünvan 4 ünvanından ünvan 2 olan yolda piyada keçidinin üzərində baş vermişdir. Cinayət işinin 1-ci cild 70-ci vərəqəsində olan xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. Cinayət işinin 1-ci cild 65-66-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli ********* nömrəli cinayət işi üzrə icraatın ********* nömrəli cinayət işi üzrə icraatla eyni icraatda birləşdirilməsi və əməlin tövsif olunması haqqında qərardan görünür ki, 1. Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət təqibi üzrə icraat müstəntiq N.N.Omarovun Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət təqibi üzrə eyni icraatda birləşdirilmiş və cinayət təqibi ********* nömrəli cinayət işi altında istintaq olunmuşdur. 2. ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci və 177.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cild 101-103-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə elan edilmiş ittihamın dəyişdirilməsi və yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs H.M.Solatnova Azərbaycan Respublikası CM-nin 177.1 və 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilmiş, ona Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cild 62-63-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 213-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin axtarışa elan edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cild 215-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1 maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cild 222-223-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 235-236-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işinin 2-ci cild 52-53-cü vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin axtarışa elan edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində Azərbaycan Respublikası CM-nin 177.1 və 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 2-ci cild 55-56-cı vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1 və 263.1-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1 və 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cild 80-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. Cinayət işinin 2-ci cild 113-114-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işinin 2-ci cildində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin 2-ci cildində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cildində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin 2-ci cildində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cildində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 2-ci cildində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cildində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 2-ci cildində olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi X6 xx xxxxxx 2018ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs baş beynin sol alın payı əzilmiş, sağ qapalı nahiyədə epidural hematoma diaqnozundan xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək X11 müalicə almışdır. Cinayət işinin 1-ci cild 104-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Təcrübi və Tədris Birliyinin xx xxxx 2019-cu il tarixli, 143 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ gicah sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beynin sağ gicgah nahiyəsinin epidural hematoması, baş beynin sol alın payının əzilməsi, başın ənsə nahiyəsinin, sağ qulaq seyvanının, sağ baldırın əzilmiş-cırılmış yaraları, bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X9 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2018-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 2-ci cild 71-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspetizasının xx xxxxx 2021-ci il tarixli, 9/325 saylı ekspert rəyindən görünür ki, faktiki ortada olmayan, ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmuş, 1 ədəd “Samsung A40” markalı **********82320 və **********82328 İMEİ kodlu mobil telefonun satıı üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə alaraq, nəzəri hesablama yolu ilə 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 300,0 manat müəyyən olunur. Cinayət işinin 2-ci cild 74-77-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspetizasının xx xxx 2020-ci il tarixli, 8/364 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 72 və 75-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat və 70 (yetmiş) manat cəmi 120 (bir yüz iyirmi) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 239-240-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və X4 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X12 Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X16 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və cinayət işində olan digər materiallar ilə onun yol hərəkətinin digər iştirakçısı kimi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən xx xxx 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından görünür ki, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamış və ona istinad edilən əməli tam etiraf etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğu müəyyən edilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki cinayət hadisəsinin baş verdiyi xx xxxx 2018-ci il tarixdən hökmun çıxarıldığı xx xxxxxx 2021-ci il tarixdək 02 (iki) il 06 (altı) ay 14 (on dörd) gün keçmişdir. Həmçinin cinayət işinin materialları ilə müəyyən olunur ki, cinayət işinin istintaq müddəti 03 (üç) ay 24 (iyirmi dörd) gün Azərbaycan Respublikasının CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni ((02 (iki) ay 25 (iyirmi beş) gün)), məhkəmədən isə xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək ((29 (iyirmi doqquz) gün)). Göründüyü kimi, hazırki cinayət hadisəsinin baş verdiyi tarixdən iki ildən artıq, yəni 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) gün keçmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. xx xxx 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsinə əsasən sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olduqda – iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsə ittiham olunan həmin Məcəllənin 267.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, həmin əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Eyni zamanda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur - cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, Məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia tam təmin olunaraq maddi zərərə görə 1.000 (bir min) manat və mənəvi zərərə görə (iki min) manat, ümumilikdə 3.000 (üç min) manat məbləğində pul vəsaiti mülki cavabdeh – Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı - Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Q.H.Cavadova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 43-cü, 44-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 istintaq orqanında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia təmin edilsin, vurulmuş maddi zərərə görə 1.000 (bir min) manat və mənəvi zərərə görə 2.000 (iki min) manat, ümumilikdə 3.000 (üç min) manat məbləğində pul vəsaiti mülki cavabdeh – Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı - Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-38/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-38/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver