Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-38/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi X7 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və 28 yanvar 2023-cü il tarixdə vəfat etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində X2 adına olan, Şahid məxsus etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius (Hibrid) Minik» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi ilə Hüseyn Seyidzadə küçəsi istiqamətində hərəkətdə olarkən, Hüseyn Seyidzadə küçəsi 179V saylı ünvanın qarşısına düşən yol hissəsinə çatdıqda avtomobili tam dayanma həddinə çaldırıb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərini pozaraq geriyə hərəkətin qadağan edildiyi piyada keçidində idarə etdiyi avtomobili Mircəlal küçəsi istiqamətində 5-7 km/saat sürətlə geriyə dorğu hərəkət etdirməklə yolu piyada keçidinin üzəri ilə onun hərəkət istiqamətinə nəzərən soldan sağa keçən piyada X9 idarə etdiyi avtomobilin arxa hissəsi ilə vurub ehtiyatsızlıqdan iərərçəkmiş şəxsin beyin toxumasının sol gicgah-təpə payının əzilməsi, baş beyinin sol alın-təpə-gicgah, onsə payında yumşaq qişalara, beyin toxumasına və mədəciklərə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sol təpə-gicgah nahiyyəsinin subdural hematoması, sol alın-təpə-gicgah və ənsə nahiyyəsində yumşaq toxumalar altına qansızmalar, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq nahiyəsinin qançırı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə məhkəmə iclaısnda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, A1, A, B1, B, C1, C, D1, D, C1E, CE kateqoriyalı, BD000865 nömrəli sürücülük vəsiqəsi vardır. Açıq yaşıl metallik rəngli, «Toyota Prius (Hibrid) Minik» markalı, 77 DP' 194 dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında Şahid məxsus olmuşdur. 22 iyul 2022-ci il tarixdə qeyd olunan avtomobili idarə etmək üçün Şahid tərəfindən ona etibarnamə verilmişdir. Həmin tarixdən etibarən avtomobili hadisə baş verən günə qədər idarə edib taksi fəaliyyəti ilə məşğul olmuşlur. Demək olar ki, hər gün taksi fəaliyyəti ilə məşğul olmuş və hər gün avtomobili sahibi olan E.Bələdova 30 (otuz) manat pul ödəmişdir. 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində etibarnamə əsasında idarə etdiyim «Toyota Prius (Hibrid) Minik» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman Bakı şəhəri, Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ilə 4-cü Mikrorayon dairəsi istiqamətində hərəkətdə olmuşdur. Müştəri sifarişi «Bolt» şirkəti vasitəsi ilə verdiyindən məbil telefonunda olan xəritə vasitəsi ilə sifarişçinin olduğu yerə getmişdir. ünvan 1 ünvanının qarşısına çatdıqda orada yolun hərəkət hissəsincə piyada keçidi olmuşdur. Piyada keçidini keçdikdən sonra xəritədə görmüşdür ki, taksi sifarişi verən şəxs piyada keçidinə çatmamış sağ ara məhlədə yerləşən yaşayış binasında onu gözləyir. Sifarişçinin dayandığı məhləyə gedən ara yolu keçdiyindən avtomobili yolun hərəkət hissəsində saxlayıb avtomobili təxminən 5-7 km saat sürətlə arxaya hərəkət etdirmişdir. Piyada keçidinin üzərinə çatdıqda hiss etmişdir ki, avtomobil nəyəsə toxunmuşdur. Dərhal avtomobili saxlayıb aşağı düşüb avtomobilin arxa tərəfinə keçmişdir. Bu zaman görmüşdür ki, bir nəfər kişi cinsli şəxs, yəni piyadaçı təxminən avtomobilin arxa tərəfindən 2-3 metr aralıda uzanmış vəziyyətdədir. Bilmişdir ki, idarə etdiyi avtomobili arxa-arxaya hərəkət etdirərkən həmin vaxtı piyada keçidi vasitəsi ilə hərəkət istiqamətinə görə yolun sol tərəfindən sağ tərəfinə keçən sonradan adını bildiyi X9 idarə etdiyi avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə həmin şəxs yıxılıb xəsarət almışdır. F.l Qasımova yaxınlaşdıqda görmüşdür ki, o, uzanmış vəziyyətdədir, başından xəsarət almışdır, yolun asfalt örtüyündə qan ləkələri vardır. X21 Yardım Siansiyasma zəng vuraraq bu barədə xəbər vermişdir. Lakin TTYS-nın gec gəldiyini görərək, F.Qasımova kömək edib ayağa qaldırmış və avtomobilə əyləşdirmişdir. İdarə etdiyi avtomobillə Fazil Qasımovu 1 saylı X20 çatdırmış və orada həkimlərə təhvil vermişdir. Orada dayanıb polis əməkdaşlarının gəlməsini gözləmiş, bir müddət sonra xəstəxanaya polis əməkdaşları gəlmişlər, onlara özünü təqdim edib yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Xəstəxanadan hadisə yerinə gəlmişlər, hadisə yerində polis əməkdaşlarına hadisənin harada baş verdiyini göstərmişdir. Göstərilən tibbi yardımlara baxmayaraq piyada F.Qasımov 24 avqust 2022-ci il tarixdə saat 16 radələrində müalicə aldığı 1 saylı X17 ölmüşdür. Həmçinin Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsi tibbi yardım göstərərək xəstaxanaya aparmasını, ölmüş zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini, onlarla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, iş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, 11 yanvar 2023-cü il tarixli məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs F.O.Qasımovun hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin olmamasını, onunla barışdığını və bunları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, açıq yaşıl metallik rəngli, «Toyota Prius (Hibrid) Minik» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsusdur. Həmin avtomobili X22 verdi oğlundan almış, lakin maddi çətinliyi ilə əlaqədar olaraq avtomobili öz adına keçirməmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Zauru 2022-ci ilin iyul ayından tanıyr. Həmin ərəfədə Zaur xatırlamadığı tanışları vasitəsi ilə onunla mobil telefonla əlaqə saxlayıb görüşmüşdür. Zaurla görüşdükdə ona məxsus «Toyota Prius (Hibrid) Minik» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxmış və avtomobil xoşuna gəlmişdir. Zaur ona avtomobillə şəxsi işlərini görəcəyini, hərdən isə taksi fəaliyyəti ilə məşğul olacağını demişdir. Aralarındakı danışığa əsasən Zaur ona gündəlik olaraq 30 (otuz) manat pul ödəyəcəkdir. 22 iyul 2022ci il tarixdə Zaura avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Hadisə gününə qədər də aralarında heç bir problem olmamış, Zauru peşəkar sürücü kimi tanımışdır. 22 avqust 2022-ci il tarixdə saat 17 radələrində Zaur mobil telefon vasitəsi ilə ona zəng vuraraq bildirmişdir ki, bir neçə saat bundan əvvəl Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi ilə 4-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olarkən piyada vurmuş, daha sonra xəstəni 1 saylı X20 çatdırmışdır. Bir neçə gün keçdikdən sonra Zaur onunla yenidən əlaqə saxlayaraq bildirmişdir ki, avtomobillə yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış piyada müalicə aldığı xəstəxanada vəfat etmişdir. Cinayət işinin 146-147-ci vərəqələrində olan 15 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 180-181-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 29-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən 05 dekabr 2020-ci il tarixdə verilmiş AE seriyalı 225921 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2030cu il tarixədək qüvvədə olan A1,A,B1,B,C1,C,D1,D,C1E,CE dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 14-cü vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 22 avqust 2022-ci il tarixli, 2/19905 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 30-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 15 noyabr 2021-ci il tarixdə verilmiş AZ seriyalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2007-ci il, «Toyota Prius» markalı, **-DF-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X3r. Cinayət işinin 32-ci vərəqəsində olan X6 tərəfindən verilmiş etibarnamədən görünür ki, Azərbaycan Respublikası ərazisində 22 iyul 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan 30 avqust 2022-ci il maddi sübüt kimi tanımaq haqqında qəraradan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “Toyota Prius (Hibrid) Minik” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. Cinayət işinin 40-cı vərəqəsində olan 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, F.O.Qasımov zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 43-cü vərəqəsində olan 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs F.O.Qasımovun atası Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 104-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 noyabr 2022-ci il tarixli 8/3062 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan materiallara əsasən, Toyota Prius markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. Cinayət işinin 105-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 59-63-cü vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi Birliyinin 24 sentyabr 2022-ci il tarixli 94 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, F.O.Qasımovun meyitində beyin toxumasının sol gicgah-təpə payının əzilməsi, baş beyinin sol alın-təpə-gicgah, ənsə payında yumşaq qişalara, beyin toxumasına və mədəciklərə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sol təpə-gicgah nahiyyəsinin subdural hematoması, sol alın-təpə-gicgah və ənsə nahiyyəsində yumşaq toxumalar altına qansızmalar, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq nahiyyəsinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. F.O.Qasımovun meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının F.O.Qasımovu vurması nəticərində əmələ gələ bilərdilər. F.O.Qasımovun ölümünə başın küt travması ilə əlaqədar olaraq beyin toxumasının sol gicgah-təpə payının əzilməsi, baş beyin toxumasına, qişalarına və mədəcikləriııə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sol təpə-gicgalı nahiyyəsinin subdural hematoması nəticəsində inkişaf edən baş beyin öderni olmuşdur. F.O.Qasımovun ölümü xx.xx.2022-ci il tarixdə saat 15:00-də Bakı Baş Şəhər X18 PHŞ-də baş vermişdir. F.O.Qasımovun meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatsı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda qatılığı -0,5% olmuşdur və bu da F.O.Qasımovun sağlağında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 90-91-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin 113-121-ci vərəqələrində olan 14 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini ifşa edən özünün, zərəçəkmiş şəxsin hüququi varisinin ifadəsi, yol-nəqliyyat hadisəsi yerinə baxış, nəqliyyat vasitəsinə baxış keçirilməsini, ifadənin yerində yoxlanması, hadisəni özündə əks etdirən 01 ədəd CD disk və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digət materiallar sübut növü olaraq qiymətləndirilərək cinayət işi materiallarına əlavə olunmuş və iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid qaytarılmışdır. Cinayət işinin 95-ci vərəqəsində olan 01 noyabr 2022-ci il tarixli CD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, görüntülərə əsasən təqdim edilmiş 01 ədəd CD diskdə əks olunmuş 02 ədəd görüntü vardır. Həmin görüntülərinin birincisində 23 saniyəlik görüntü vardır. Görüntüdən gö:iinür ki, qeydə alınmış görüntülər ünvan 2 ünvanını əks etdirir. Qeydə alınmış görüntünün 6-cı saniyəsində 1 nəfər kişinin piyada keçidikdən keçən vaxtı zərbə təsiri nəticəsində yıxıldığı əks olunur. Təqdim olunan video görüntünün ikincisində 41 saniyəlik görüntü vardır. Görüntüdən görünür ki, X4 rayonu H.Seyidzadə küçəsi ilə hərəkət edib piyada keçidinə daxil olub yolun əks istiqamətinə, yəni H.Seyidzadə küçəsi 179 V ünvanına keçmək istəyərkən görüntünün 22-ci maniyəsində “Toyota Prius” markalı avtomobil arxa-arxaya hərəkət edərkən onu vurur. X16 yerə yıxılır. Ətrafda olan şəxslər hadisə yerinə yığışır, həmçinin avtomobilini sürücüsü Təqsirləndirilən şəxs da piyadanın yanına yaxınlaşdığı əks olunur. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs F.O.Qasımovun hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin 18 yanvar 2023-cü il tarixli, PHŞ-6-61/3-19/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:14-də “Beyindaxili qansızma” diaqnozu ilə həmin xəstəxananın “X5 Şöbəsi”nə daxil olmuş və hal-hazırda həmin şöbədə xəstənin müalicəsi davam edir. Cinayət işinin materiallarına əlavə edilmiş 07 fevral 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirikən şəxs Təqsirləndirilən şəxs anası X10 təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınmışdır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs hüquqi varisi A.O.İbrahimova oğlunun 28 yanvar 2023-cü il tarixdə ölməsini bildirərək Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən təqdim etdiyi ərizəsini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqsirləndirilən şəxsin hüquqi varisi A.O.İbarahimovanın ərizəsini və cinayət işinin materiallarını ararşdıraraq hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin hüquqi varisi A.O.İbrahimovanın ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə Mingəçevir şəhər xəstəxanasında beyin insiltundan komaya düşərək rəhmətə getmişdir. Həmçinin zərərçəkmişin hüquqi varisinə tərəflərindən 9.000 (doqquz min) manat ödəməklə barışıq əldə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və Şahid məxsus “Toyota Prius” markalı, **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat dövlətə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs M.Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut kimi tanınmış və Şahid məxsus “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə 85 (səksən beş) manat təşkil edən ekspertiza xərci dövlətə aid edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Universal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Universal Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-38/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-38/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver