Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-380/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə vahid niyyətlə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 26 mart 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 6 saylı X4 inzibati binasında görüşləri zamanı xəstəxananın baş həkimi Şahid1 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Prezidentinin X1 şöbəsinin müdiri qismində təqdim edərək qərar qəbul etmək səlahiyyətinə malik səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə, yəni rəhbəri olduğu X4 əməkdaşlarının qanunsuz hərəkətləri barədə daxil olmuş cinayət xarakterli şikayətlərin və gizli videoyazıların ictimailəşdirilməməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 yalandan bildirdikdən sonra sonuncunun həmin məbləğin yüksək olması və aşağı salınması barədə təklifindən sonra 7.000 (yeddi min) manat verilməsi barədə razılığını almaqla onunla sövdələşib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin adla 2 aprel 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Mirəsədulla Mirqasımov 1 ünvanında yerləşən 1 saylı X10 həyətində Şahid1 2.000 (iki min) manat, eyni niyyətlə 5 aprel 2021-ci il tarixdə həmin ünvanda 5.000 (beş min) manat olmaqla, ümumilikdə vahid niyyətlə cəmi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini alıb həmin vaxt üzərində olan guya ki yaddaşında Şahid1 rəhbəri olduğu xəstəxananın əməkdaşlarının qanunsuz hərəkətləri barədə videoyazılar olan “flash" kartı sonuncunun qarşısında məhv etməklə inandırıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə şəxsən birbaşa yolla maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxsin - dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli, Cinayət Məcəlləsinin 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 05 yanvar 2021-ci il tarixdə “Pressdent.az” xəbər portalına müraciət edərək portalın direktoru Şahid2 işə qəbul olunmaq istəyini bildirmiş, Şahid2 də ona heç bir etiraz etməyərək portalda ictimai əlaqələr şöbəsinə müdir vəzifəsinə işə qəbul etmiş, həmçinin ona portala aid olan 3 saylı vəsiqəni də təqdim etmişdir. İlk bir neçə gün işə getsə də, sonradan səhhəti ilə əlaqədar işə gedə bilmədiyindən 23 yanvar 2021-ci il tarixdə işdən azad olunmuş və portaldan ona zəng edərək bu barədə məlumat verilmiş, həmçinin xidməti vəsiqəni gətirərək təhvil verməyi tələb etsələr də, vaxtı olmadığından onların tələblərini yerinə yetirə bilməmiş və vəsiqəni portala apararaq təhvil verməmişdir. 2021-ci ilin mart ayında maddi cəhətdən ağır çətinliklər olduğu üçün pula ehtiyacı olduğundan və xeyli müddət iş axtarsa da, nəticəsiz qaldığından 6 saylı X2 məlumat lövhəsindən baş həkimi Şahid1 ***-***-**-** olan mobil telefon nömrəsini götürərək özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən həmin mobil nömrəyə 24 mart 2021-ci il tarixdə zəng etmiş, Şahid1 telefona cavab verəndə ona özünü “Pressdent.az" mətbuat xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi təqdim edərək onunla görüşmək istədiyini demişdir. Şahid1 da heç bir etirazının olmadığını bildirərək hazırda qeyri-iş günü olduğu üçün iş yerində olmadığını, 26 mart 2021-ci il tarixdə iş yerində olacağını bildirib həmin vaxt gəlməyini xahiş etmişdir. 26 mart 2021-ci il tarixdə, saat 12 radələrində ünvan 3 ünvanında yerləşən 6 saylı X8 getmiş, orada onu baş həkim Şahid1 xidməti otağında qəbul etmiş, orada da bir daha özünü Pressdent.az mətbuat xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi təqdim edib həmin vaxt üzərində olan “Pressdent.az” xəbər portalına aid təhvil vermədiyi xidməti vəsiqəni göstərmişdir. Danışıqları zamanı Şahid1 xəstəxanadan 4 sayda şikayət olduğunu, bundan başqa 2 sayda da xəstəxananın əməkdaşları tərəfindən pul istənilməsi barədə videoyazılar olduğunu demişdir. Şahid1 şikayətlərin və videoyazıların təqdim olunmasını xahiş etsə də, hazırda bunun mümkünsüz olduğunu deyib veriləcək pul müqabilində ona köməklik edə biləcəyini və həmin şikayətləri baxılmamış saxlaya və videoyazıları məhv edə biləcəyini demişdir. Həmçinin, alınacaq pulun tabe olduğu xəbər portalının rəhbərliyində olan vəzifəli şəxslərinə çatdıracağını bildirmişdir. Bütün bu məsələlərin həlli üçün isə 12.000 manat pul istəsə də, Naibə həmin məbləğin böyük olduğunu bildirdiyi üçün 7.000 manat məbləğində pul verməsi barədə razılığa gəlmişlər. Naibə ona bir qədər fikirləşəcəyini və ona məlumat verəcəyini bildirdikdən sonra razılaşıb otaqdan ayrılmışdır. Bundan sonra mobil telefon ilə əlaqə saxlayaraq razılıq əsasında 2 aprel 2021-ci il tarixdə, saat 17 radələrində 1 saylı X10 həyətində görüşmüşlər, orada Şahid1 ona ilkin olaraq 2.000 manat məbləğində pul düzəltdiyini bildirərək təqdim etmiş və o da həmin pulu ondan qəbul etmiş, qalan pulu isə bir neçə günə verə biləcəyini deməsindən sonra razılaşıb ayrılmışlar. 2.000 manat pulu Şahid1 aldıqdan sonra şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra isə razılıq əsasında 5 aprel 2021-ci il tarixdə, saat 18 radələrində yenə də 1 saylı X10 həyətində görüşmüşlər, görüş zamanı Şahid1 əvvəlcədən razılaşdıqları pulun qalan 5.000 manat olan hissəsini gətirdiyini bildirib sayaraq ona təqdim etmiş və həmin pul məbləğini qəbul etdikdən sonra guya ki Şahid1 rəhbəri olduğu xəstəxananın əməkdaşlarının qanunsuz hərəkətləri barədə videoyazılar olan yaddaş kartını onun qarşısında məhv etməklə inandırmış, əslində isə həmin yaddaş kartının yaddaşı boş olmuş, hər hansı bir məlumat olmamışdır. Bundan sonra Şahid1 ilə sağollaşıb ayrılmışdır. Ayrıldıqdan sonra isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə keçirilmiş baxış zamanı həmin 5.000 manat pul məbləği üzərindən aşkar edilərək götürülmüşdür. O, Şahid1 aldığı pulu özü üçün istəyərək aldadıb almış, həmin vaxt hər hansı bir xəbər portalının və ya dövlət qurumunun əməkdaşı olmamış, həmin puldan isə hər hansı bir vəzifəli şəxsə təqdim etməmiş və ya ondan istənilməmişdir. O, özünü “Pressdent.az” xəbər portalının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi təqdim edərək ümumilikdə 7.000 manat pul almış, heç bir vaxt özünü Şahid1 Azərbaycan Respublikası Prezidentinin X1 şöbəsinin müdiri qismində təqdim etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək ilk dəfə cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olduğunu, evin tək uşağı olmasını və əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin avqust ayından 6 saylı X6 baş həkimi vəzifəsində çalışır. 23 mart 2021-ci il tarixdə, saat 14 radələrində istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə ***-***- **-** saylı mobil telefon nömrəsindən zəng gəlmiş, telefon zənginə cavab vermiş, qarşı tərəf özünü Azərbaycan Respublikası Prezidentinin X1 şöbəsinin müdiri kimi təqdim edərək adının Ziyad olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Səbəbini soruşduqda isə iş ilə əlaqədar görüşmək və bəzi problemli məsələləri onunla danışmaq istədiyini bildirmişdir. Həmin gün qeyri-iş günü olduğundan xəstəxanada olmadığını, 26 mart 2021-ci il tarixdə iş yerində olacağını demiş və Ziyad adlı şəxs də heç bir problem olmadığını, qeyd olunan vaxt onun iş yerinə gələcəyini bildirərək sağollaşmışdır. 26 mart 2021-ci il tarixdə, saat 12 radələrində ünvan 3 ünvanında yerləşən 6 saylı X5 xidməti otağında olarkən qəbuluna Ziyad adlı şəxsin gəldiyini və onunla görüşmək istədiyini bildirmişlər. Həmin şəxsi qəbul etmiş, həmin şəxs özünü yenə də Azərbaycan Respublikası Prezidentinin X1 şöbəsinin müdiri Təqsirləndirilən şəxs kimi təqdim edərək xidməti vəsiqə göstərmiş, xidməti vəsiqənin yazılarını uzaqdan tutduğu üçün oxuya bilməmiş və onun davranışından, səliqəli şəkildə geyinməsinə inanaraq həqiqətən də qeyd etdiyi qurumun əməkdaşı olduğunu düşünürək əyləşməyi xahiş etmişdir. Danışıqlar zamanı Təqsirləndirilən şəxs ona xəstəxanadan 8 sayda şikayət olduğunu, bundan başqa 2 sayda da xəstəxananın əməkdaşları tərəfindən pul istənilməsi barədə videoyazılar olduğunu demişdir. Həmin şikayətlərin və videoyazıların təqdim olunmasını xahiş etsə də, Təqsirləndirilən şəxs hazırda bunun mümkünsüz olduğunu bildirərək veriləcək pul müqabilində ona köməklik edə biləcəyini və həmin şikayətləri baxılmamış saxlaya biləcəyini və videoyazıları məhv edə biləcəyini demişdir. Həmçinin, alınacaq pulu tabe olduğu vəzifəli şəxslərə çatdıracağını desə də, həmin vəzifəli şəxslərin kimliyi barədə hər hansı bir məlumat verməmişdir. Bütün bu məsələlərin həlli üçün isə Təqsirləndirilən şəxs əvvəlcə 12.000 manat pul istəsə də, həmin məbləğin verilməsinə maddi cəhətdən imkanının çatmayacağını dedikdən sonra razılığa əsasən ona 7.000 manat məbləğində pul verəcəyinə çalışacağını, bir qədər fikirləşəcəyini və ona dəqiq məlumat verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan xəbər gözlədiyini söyləyərək onunla sağollaşıb otağından ayrılmışdır. O, həmin şəxsin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işləyib-işləmədiyini maraqlanmaq məqsədi ilə dövlət orqanına müraciət etmiş, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs nəzarətə götürülmüş, 7000 manat pulu da DTX-nın əməkdaşları Təqsirləndirilən şəxs təqdim etmək üçün ona vermişlər. Daha sonra mobil telefon ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs tələb olunan pulun müəyyən qismini düzəltdiyini bildirib razılıq əsasında 2 aprel 2021-ci il tarixdə, saat 17 radələrində 1 saylı X10 həyətində görüşmüş, orada ona ilkin olaraq 2.000 manat məbləğində pul düzəltdiyini bildirib təqdim etmiş və Təqsirləndirilən şəxs də həmin pulu ondan qəbul etmiş, qalan pulu isə bir neçə günə verə biləcəyini demişdir. 5 aprel 2021-ci il tarixdə, saat 18 radələrində qalan 5.000 manatı yenə də 1 saylı X10 həyətində görüşərək Təqsirləndirilən şəxs şəxsən təqdim etmiş və ondan həmin pul məbləğini qəbul etdikdən sonra guya ki yaddaşında rəhbəri olduğu xəstəxananın əməkdaşlarının qanunsuz hərəkətləri barədə videoyazılar olan “flash” kartı qarşısında məhv edərək daha heç bir problemin olmadığını dedikdən sonra sağollaşaraq ayrılmışlar. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ildə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməklə "Pressdent.az” xəbər portalı təsis edilmişdir. Xəbər portalında 4 nəfər şəxs çalışır. Xəbər portalının özünə aid olan internet saytı fəaliyyət göstərir. Portalın əsas funksiyası ölkə gündəmində baş verən və digər redaksiya, mətbuat və ya televiziya, radio və portallarda yayımlanan məlumatları, hadisələri internet saytında yerləşdirməklə, həmçinin ayrı-ayrı dövlət qurumları, vəzifəli şəxslər, mədəniyyət, incəsənət, elm xadimləri tərəfindən təqdim olunan məqalələrin yayımlanması və s. işlərdən ibarətdir. Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının əvvələrində portala müraciət edərək işləmək istədiyini bildirmişdir. Onun müraciətinə baxaraq ilkin vaxtda ictimai əsaslarla, ödəniş olmadan onu işə qəbul etmiş və ona ictimai əlaqələr şöbəsinin müdiri vəzifəsini həvalə etmişdir. Həmçinin ona xəbər portalının möhürü və imzası olan xidməti vəsiqə də təqdim etmişdir. İşə qəbul olunduqdan sonra ilk günlərdə Təqsirləndirilən şəxs işə gələrək əməkdaşlıq etsə də, sonrakı günlərdə onunla əlaqə saxlamaqlarına baxmayaraq zənglərə cavab verməmiş və işə gəlməmişdir. Həmçinin ona təqdim olunan vəsiqəni də təhvil verməmişdir. Buna görə də məcbur qalaraq 23 yanvar 2021-ci il tarixdə onu işdən azad etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi və ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs Prezident Adminstrasiyasının şöbə müdiri vəzifəsində işləyən şəxs kimi özünü təqdim edərək xəbər portalı tərəfindən ona təqdim olunan xidməti vəsiqədən istifadə edərək 2021-ci ilin aprel ayında 6 nömrəli X7 baş həkimi Şahid1 guya xəstəxananın işçilərinin qanunazidd əməllərindən edilmiş şikayətlərin həll edilməsi adı ilə 7000 manat pul tələb edərək alması barədə baş verənlərdən heç bir məlumatı yoxdur, bununla bağlı onun və portalın digər şəxsləri tərəfindən hər hansı bir tapşırıq və ya göstəriş verilməmiş, ümumiyyətlə həmin tarixlərdə xəbər portalı ilə Təqsirləndirilən şəxs heç bir əlaqəsi olmamışdır. İş materiallarında olan: - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 05 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respubliksı CM-in 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.47-48); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 aprel 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.102-107); - Pul vəsaitinin təqdim edilməsi barədə 5 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 saylı X4 baş həkimi Şahid1 pul tələb etməsi barədə sonuncunun müraciətinə əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Şahid1 50 (əlli) ədəd 100 (yüz) manat nominallı olan A73023561, A79818142, A42102912, C79459883, D16101365, C52913146, B01880960, D18181410, C47140831, A83544940, A21204077, A87984332, C75419301, A30344351, C58349860, A25127844, A87471261, A75280543, A32382194, C49339965, A77312124, C37149757, A25188103, C39218217, A38438462, C35785520, C56591886, B09808411, A25135717, C35772278, D19279499, A11787791, D20908772, C53981499, A98922524, A98838862, A40766468, A22125052, A64448497, A00158418, C91446141, C22323389, A70703054, A25318640, B03106076, A79913510, A73241065, B07832153, A98946100, B10942683 seriya və nömrəli pul əskinasları təqdim edilmişdir (İ cild, i.v.15-26); - Baxış keçirilməsi haqqında 05 aprel 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edildi: baxış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İnzibati binasın 515 nömrəli xidməti otağında keçirildi. Baxış iştirakçısı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs pencəyinin ciblərində olan “Samsung” markalı mobil telefonu, “Hyundai Sonata” markalı, ** ZE *** dövlət nömrəli avtomaşına aid açarları, qırmızı rəngli özünə məxsus “Pressdent.az” xəbər portalı, ictimai əlaqələr şöbəsinin müdiri sözləri yazılmış xidməti vəsiqəni, "xxxx" ASC-yə məxsus üzərində “**********221370” “Təqsirləndirilən şəxs” qeyd olunmuş visa plastik kartı və 5000 (beş min) manat pul vəsaitini könüllü təqdim etdi. Təqdim edilən pul vəsaiti 50 ədəd 100 manatlıq əskinaslar təşkil edir, əskinasların üzərinə xüsusi işıqlandırıcı vasitə ilə baxdıqda “Rüşvət 2021” sözləri həkk olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, həmin pul vəsaitini 6 saylı X7 baş həkimi Şahid1 qanunsuz tələb etməklə 05.04.2021-ci il tarixdə 1 saylı X11 həyətində almışdır (İ cild, i.v.27-28); - Cinayət işinin materiallarında olan və məhkəmə iclasında nümayiş etdirilmiş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, diskdə 02.04.2021-ci il və 05.04.2021-ci il tarixlərdə pulun verilməsinə dair 2 ədəd ayrı-ayrı videogörüntülər var. Diskdə olan "05042021_gizli” adlı görüntülərə daxil olduqda müəyyən edilir ki, istintaq materiallarına əsasən görüntülərdəki şəxs Təqsirləndirilən şəxs, görüntülərdə üzü görünməyən şəxs isə Şahid1dır. Söhbət zamanı çəkilişin 02:34-cü dəqiqədən başlayaraq Təqsirləndirilən şəxs “Bizim sözümüzü, şəxsən mənim sözümü heç bir qurum yerə sala bilməz, onun həddi deyil, siz də mənim sözümü yerə salmadız” sözlərini, daha sonra isə 03:17-ci dəqiqədən başlayaraq Şahid1 “harada işləyirsiz” sualına “Prezidentin mətbuat xidmətində” sözlərini deyir, 04:39-cu dəqiqədə Şahid1 2.000 manat pul əskinaslarını Təqsirləndirilən şəxs təqdim edir. Daha sonra 05:02-ci dəqiqədə Şahid1 Təqsirləndirilən şəxs “amma hardasa işim düşəndə mənim arxamda yenə də dayanacaqsan, Prezident aparatının İctimai Əlaqələr idarəsi elə-belə idarə deyil” sözlərinə Təqsirləndirilən şəxs adi qaydada qarşılayaraq heç bir etiraz, irad bildirmir. Daha sonra isə Şahid1 qalan pulu sonra təqdim edəcəyi barədə razılaşaraq sağollaşırlar. Diskdə olan "05042021_gizli” adlı görüntülərə daxil olduqda müəyyən edilir ki, istintaq materiallarına əsasən görüntülərdəki şəxs Təqsirləndirilən şəxs, görüntülərdə üzü görünməyən şəxs isə Şahid1dır. Söhbət zamanı çəkilişin 04:45-ci dəqiqəsində Şahid1 Təqsirləndirilən şəxs "Siz dediniz orda şöbə rəisisiniz?” sualına Təqsirləndirilən şəxs "şöbə müdiri” cavabını verir, 06:00-cı dəqiqədən başlayaraq isə Təqsirləndirilən şəxs pencəyinin iç cibində olan hissəsindən 1 ədəd yaddaş kartını çıxararaq sındırıb yaxınlıqda olan zibil qutusuna atır, 07-ci dəqiqədən başlayaraq isə Şahid1 5.000 manat pul əskinaslarını sayaraq Təqsirləndirilən şəxs təqdim edərək "halal xoşun" sözlərini deyir, Təqsirləndirilən şəxs isə cavabında "yox mənim deyil, mənlik deyil” sözlərini deyir, Şahid1 isə cavabında “kimə çatacaqsa halal xoşu olsun" sözlərini işlədir, daha sonra isə sağollaşaraq ayrılırlar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizasının 16 may 2021-ci il tarixli, 5/473 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 50 ədəd A73023561, A79818142, A42102912, C79459883, D16101365, C52913146, B01880960, D18181410, C47140831, A83544940, A21204077, A87984332, C75419301, A30344351, C58349860, A25127844, A87471261, A75280543, A32382194, C49339965, A77312124, C37149757, A25188103, C39218217, A38438462, C35785520, C56591886, B09808411, A25135717, C35772278, D19279499, A11787791, D20908772, C53981499, A98922524, A98838862, A40766468, A22125052, A64448497, A00158418, C91446141, C22323389, A70703054, A25318640, B03106076, A79913510, A73241065, B07832153, A98946100, B10942683 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. Həmin pul əskinaslarından B10942683, A98946100, B07832153, A73241065, A79913510, B03106076, A25318540, A70703054, C22323389, C91446141 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində ultra bənövşəyi işıqda görünən "Rüşvət 2021” yazıları müəyyən edildi. Aparılmış tədqiqatın dəyəri 61,52 manat təşkil edir (İ cild, i.v.146-149); - “Baxış keçirilməsi haqqında” 24 may 2021-ci il tarixli protokoldan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci tarixli telefon danışıqlarına dair məlumatların götürülməsi barədə qərarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında olan məlumatlar götürülmüşdür. Həmin məlumatlara əsasən, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə ilə Şahid1 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə arasında 23.03.2021-ci il tarixdə 80 saniyə, 26.03.2021-ci il tarixdə 23, 14, 24 saniyə, 02.04.2021-ci il tarixdə 18, 47, 20, 23 saniyə, 05.04.2021-ci il tarixdə 17 saniyə telefon danışıqları olmuşdur (İ cild, i.v.143-149); - “Pressdent.az” xəbər portalının direktoru Şahid2 tərəfindən verilmiş 05.01.2021-ci il tarixli 4 saylı və 23.01.2021-ci il tarixli 12 saylı Əmrlərdən görünür ki, Təqsirləndirilən şəxs 5 yanvar 2021-ci il tarixdən həmin xəbər portalının redaksiyasında ictimai əlaqələr şöbəsinə müdir (ictimai əsaslarla) vəzifəsinə təyin edilmiş, 23 yanvar 2021-ci il tarixdə redaksiyanın daxili nizam-intizam qaydalarını pozduğuna görə tutduğu vəzifədən azad edilmişdir (İ cild, i.v.118-119); - "Pressdent.az” xəbər portalı tərəfindən verilmiş 003 saylı vəsiqədən görünür ki, xəbər portalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mətbuat Nəşrlərinin Dövlət Reyestrində 3550 nömrə ilə qeydiyyata alınmaqla Təqsirləndirilən şəxs "İctimai Əlaqələr şöbəsinin müdiri" vəzifəsində işləməsi qeyd olunmuş, vəsiqə xəbər portalının təsisçisi Şahid2 tərəfindən imzalanaraq xəbər portalının möhürü ilə təsdiq edilmişdir (İ cild, i.v.39); - “Sübutların qiymətləndirilməsi haqqında” 24.05.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə 05 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı götürülmüş 10 ədəd C91446141, C22323389, A70703054, A25318640, B03106076, A79913510, A73241065, B07832153, A98946100, B10942683 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi "Pressdent.az” xəbər portalı tərəfindən verilmiş 003 saylı vəsiqə, Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd “CD" disk 24 may 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, pul əskinasları saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığına verilmişdir. (İ cild, i.v.151- 162); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27.04.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (İ cild, i.v.131). - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 27.10.2004-ci il təvəllüdlü iki və 09.02.2014-cü il təvəllüdlü bir yetkinlik yaşına çatmayan övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, CD disklərdə olan videogörüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə dələduzluq etmə, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü qismən, yəni Cinayət Məcəlləsinin 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilməməsinə dair ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini qismən etiraf etməsini və himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Hazırkı cinayətlərə görə cəzanın həddini müəyyən edərkən məhkəmə aşağıdakıları nəzərə alır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 05 aprel 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına olan “Pressdent.az” xəbər portalı tərəfindən verilmiş 003 saylı vəsiqə, Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, cinayət işi üzrə maddi sübut kimi tanınmış 10 ədəd C91446141, C22323389, A70703054, A25318640, B03106076, A79913510, A73241065, B07832153, A98946100, B10942683 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığında saxlanması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 61,52 (altmış bir manat, əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə, Cinayət Məcəlləsinin 310cu maddəsi ilə 01 (bir) il müddətə və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına olan “Pressdent.az” xəbər portalı tərəfindən verilmiş 003 saylı vəsiqə, Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 10 ədəd C91446141, C22323389, A70703054, A25318640, B03106076, A79913510, A73241065, B07832153, A98946100, B10942683 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığında saxlanması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 61,52 (altmış bir manat, əlli iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-380/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-380/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver