Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-382/2025 24.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 15:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 60 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,588 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 fevral 2025-ci il tarixdə saat 13:15-də ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 bükülmdə təmiz çəkisi 0,588 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 28 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat raportla rəhbərliyə məruzə olunduqdan sonra şöbənin əməliyyat müvəkkilləri Ülvi Musayev və Xəyal İmaməliyevdən ibarət əməliyyat qrupu yaradılmış və xx.xx.2025-ci il tarixdə saat 13:15-də ünvan 3 ünvanında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs onlar tərəfindən saxlanılmışdır. Həmin vaxt fasiləsiz video çəkiliş vasitəsi ilə həmin şəxsə özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşya və predmetin olub-olmaması və olduğu təqdirdə təqdim etməsi təklif olunduqdan sonra sonuncu əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə ağ rəngli narkotik vasitəyə bənzər maddəni könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və qanunsuz hər hansı başqa perdmet və ya əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan və nə üçün əldə etməsi soruşulmuş, sonuncu həmin maddənin “patı” olduğunu və şəxsi istifadəsi üçün “papanin” adlanan ərazidən tanımadığı şəxsdən aldığını və üzərində saxladığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs aşkar olunmuş maddə qablaşdırılmış və möhürləndikdən sonra Nəsimi RPİ-nin 20-ci PŞ-yə dəvət olunmuş və polis şöbəsində təhqiqatçının iştirakı ilə və fasiləsiz video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla təqdim olunan zərf açılmış və baxış keçirilmiş və aşkar olunmuş kütlənin hansı şəraitdə əldə etməsi soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin maddənin “patı” olduğunu və tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 18 manata “papanin” adlanan ərazidən aldığını və əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoyduğunu və piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra həmin maddə yeni zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra zərf iştirakçılar tərəfindən imzalanaraq protokol tərtib edilmiş və həmin protokol ucadan oxunaraq işdə iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Daxil olan əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olmasına dair olsa da, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs qeyd olunan maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili X3 da Şahid ilə eyni məzmunlu ifadə verərək, onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili X8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 28 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsində xidməti vəzifələrini yerinə yetirərkən Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görmüşlər. Dərhal digər əməliyyat müvəkkilləri Şahid və Xəyal İmaməliyevlə birlikdə Əsgər Mizrəquliyevə yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrdən istifadə edib-etməməsi barədə sorğu-sual etmişlər. Həmin vaxt fasiləsiz video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşya və predmetin olub-olmaması və olduğu təqdirdə təqdim etməsi təklif olunduqdan sonra sonuncu əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə ağ rəngli narkotik vasitəyə bənzər maddəni könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və qanunsuz hər hansı başqa predmet və ya əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan və nə üçün əldə etməsi soruşulmuş, sonuncu həmin maddənin “patı” olduğunu və şəxsi istifadəsi üçün “papanin” adlanan ərazidən tanımadığı şəxsdən aldığını və üzərində saxladığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs aşkar olunmuş maddə qablaşdırılmış və möhürləndikdən sonra Nəsimi RPİ-nin 20-ci PŞ-yə dəvət olunmuş və polis şöbəsində təhqiqatçının iştirakı ilə və fasiləsiz video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla təqdim olunan zərf açılmış və baxış keçirilmiş və aşkar olunmuş kütləni hansı şəraitdə əldə etməsi soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin maddənin “patı” olduğunu və tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 18 manata “papanin” adlanan ərazidən aldığını və əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoyduğunu və piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra həmin maddə yeni zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra zərf iştirakçılar tərəfindən imzalanaraq protokol tərtib edilmiş və həmin protokol ucadan oxunaraq işdə iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 fevral 2025-ci il tarixdə, saat 23:10 radələrində “20 Yanvar” adlanan ərazidə post-patrul xidməti əməkdaşları onu saxlamış və şöbəyə getməli olduğunu bildirmişlər. O post-patrul xidməti əməkdaşları tərəfindən şöbəyə təhvil verildikdən sonra onun yanına iş üzrə şahid qismində tanınmış əməliyyat müvəkkilləri gəlmişdir. Həmin şəxslər ona narkotik vasitələrdən istifadə etməsi və üzərində daşıması barədə izahat verməsini tələb etmişdir. O ilkin olaraq razılıq verməsə də, polis əməkdaşları onu döyərək hətta qabırğasını belə əzmişlər. Onun səhhətində problemlər yarandığından şöbəyə təcili tibbi yardım gəlmiş və ona tibbi yardım göstərilmişdir. Sonradan təzyiqlərdən qorxduğu üçün polis əməkdaşlarının ondan tələb etdiyi formada izahat vermişdir. O 28 fevral 2025-ci il tarixdə günorta saatlarında polis əməkdaşları tərəfindən şöbədən çıxarılaraq ittiham üzrə qeyd edilən ünvana aparılmışdır. Orada ona verilmiş metamfetaminin ona məxsus olması barədə ifadə verməsi tələb olunmuş və videoçəkiliş zamanı da qeyd olunan formada ifadə vermişdir. Halbuki, həmin vaxt onun üzərində psixotrop maddə olmamışdır. O saxlanılan zaman üzərində mobil telefon olsa da, polis əməkdaşları onun mobil telefonunu sındırmışlar. Göründüyü kimi, onun 28 fevral 2025-ci il tarixdə ittiham üzrə qeyd olunan ünvanda olması mümkün olsa da, həmin ünvana polis əməkdaşları ilə birlikdə çəkilişin aparılması və polis əməkdaşlarının tələb etdiyi formada izahat verməsi məqsədilə aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, onun barəsində bəraət hökmünün verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cinayət işinin 44-cü səhifəsində öz əksini tapmış 28 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə saat 14:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 28 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına 13:15 radələrində başlanılmış, 13:20-də isə başa çatmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılmamışdan əvvəl sonuncuya təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddəyə bənzər kütləni təqdim etmiş və hüquq və vəzifələri izah olunmaqla kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar olunaraq götürülməsi, zərflərdə qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin zərflərin iştirakçılar tərəfindən imza edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddənin psixotrop maddə (patı) metamfetamin olduğunu, həmin maddənin istifadəçisi olduğunu, aşkar edilən maddəni polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl tanımadığı şəxsdən 18 manata öz istifadəsi üçün alıb üzərində saxladığını bildirdiyi müəyyən edilmişdir. Qeyd olunan protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və şahidlər Xəyal İmaməliyev və Ülvi Musayev tərəfindən imzalanmışdır. Protokol tərtibi 13:30-da başlanmış, 13:50-də qurtarmışdır (i/v 10-11). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 28 fevral 2025-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 28 fevral 2025-ci il tarixdə əşyaya baxış keçirilməsinə 13:50 radələrində başlanılmış, 13:55-də isə başa çatmışdır. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən 01 bükümdə, şəffaf rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra aşkar olunan maddə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra bir ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan şəffaf rəngli kristalşəkilli psixotrop maddəyə bənzər maddənin aşkar olunması, Əsgər Mirzəqulyevin ondan şəffaf kristalşəkilli psixotrop vasitəyə bənzər maddənin aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Qeyd olunan protokol Təqsirləndirilən şəxs və əməliyyat müvəkkilləri Şahid, Xəyal İmaməliyev və Ülvi Musayev tərəfindən imzalanmışdır. Protokol tərtibi 14:00-da başlanmış, 14:20-də qurtarmışdır (i/v 16). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 28 fevral 2025-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunmuş 01 mart 2025-ci il tarixli, 6/911 nömrəli ekspert rəyindən görünür ki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,588 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i/v 70-72). İş materiallarında olan "Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02 mart 2025-ci il tarixli qərardan və “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” 02 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i/v 111-113, 114-115). İş materiallarına əlavə edilmiş “Maddi sübut kimi tanıma haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,588 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,538 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır (i/v 120-121). İş materiallarında olan DİN BƏSİİ tərəfindən təqdim edilmiş 10 mart 2025-ci il tarixli tələbnaməyə cavabdan, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmündən və Xətai rayon məhkəməsinin 03 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, qəti olaraq 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin 03 iyun 2024-cü il tarixli qərarına əsasən 02 ay vaxtından əvvəl şərti azad olunmuş və 03 avqust 2024-cü il tarixdə cəzası bitmişdir (i/v 123-126, 127-135, 136-139). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 dair xx.xx.2025-ci il tarixli, 1195 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu göstərilmişdir (i/v 148-149). İş materiallarına əlavə edilmiş Nəsimi rayon məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “TƏBİB” X10 “Respublika Təcili və X4 Mərkəzi” X10 tərəfindən məhkəməyə ünvanlanmış 02 dekabr 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 28 fevral 2025-ci il tarixdə saat 01:51-də “103” xidmətinə Nəsimi rayonu 20-ci PB-nin naməlum şəxsin adına “qolunda ağrı” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Nəsimi TTTYS bölməsinin həkimi Fəridə Məmmədova icra edərək, xəstə Təqsirləndirilən şəxs “Ətraflarda ağrı” diaqnozu qoymuş və ilkin tibbi yardım göstərmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi rayon məhkəməsinin sorğusuna cavab olaraq Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən məhkəməyə göndərilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından çıxarılmış surətlərdən görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmə vaxtı 28 fevral 2025-ci il tarixdə, saat 13:35 göstərilmiş, lakin 28 fevral 2025-ci il tarixdə rəqəmlərdən “8” rəqəmi üzərində qaralama edilərək düzəliş edilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan edilməsi, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və Qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-54433/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək axtarış elan olunmuş, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Beləliklə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli üzrə, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Əvvəla, cinayət işinin materialları ilkin olaraq tədqiq edilərkən ittihamda göstərilən halların həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaranmışdır. Buna əsas olan ilkin məqam təqsirləndirilən şəxsin ittihamda göstərilən halların əksinə olaraq onun 28 fevral 2025-ci il tarixdə saat 01:51 radələrində Nəsimi RPİ 20-ci PŞ-nə gətirilməsi, gecə boyunca həmin şöbədə saxlanılması, yalnız həmin gün günorta saat 13:15 radələrində müvafiq sənədləşdirmə aparılmaqla üzərində videoçəkilişlə axtarış aparılması əsas olmuşdur. Belə ki, Nəsimi rayon məhkəməsinin sorğusuna cavab olaraq “TƏBİB” Respublika TTTYM X10indən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əsasən 28 fevral 2025-ci il tarixdə Nəsimi RPİ 20-ci PŞ-nə saat 01:51 radələrində Təqsirləndirilən şəxs adına çağırış daxil olması və ona müvafiq tibbi yardımın göstərilməsi müəyyən edilmişdir. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əsasən şəxsin üzərində müvafiq istintaq hərəkəti həmin gün saat 13:15 radələrində başlanılmışdır. Halbuki, Nəsimi rayon məhkəməsinin sorğusuna cavab olaraq Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən məhkəməyə göndərilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından çıxarılmış surətlərdən görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə, saat 01:51-də polis şöbəsində olması barədə hər hansı qeyd aparılmamış və ya aparılmış qeydlərə düzəlişlər edilərək təqsirləndirilən şəxsin guya 28 fevral 2025-ci il tarixdə saat 13:15 radələrində saxlanılması göstərilmişdır. Bu da öz növbəsində şəxsin üzərinə protokolda qeyd olunan saatda şəxsi axtarışın keçirilməsini və qeyd olunan müddət ərzində şəxsin üzərində narkotik vasitənin qalması ehtimalını şübhə altına qoymuş olur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə üstünün yoxlanılması arasında uzun müddətin (daha dəqiq 11 saat 30 dəqiqədən az olmayaraq) keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal psixotrop maddənin olub-olmaması halının yoxlanılmaması, doqquz saatdan artıq vaxt ərzində şübhəli şəxsin şöbədə otaqların birində tək olmasını, qolunda qandalın olmamasını və səhhətində problem yarandığı üçün ona tibbi yardımın göstərilməsini nəzərə alaraq, həmin psixotrop maddənin onun üzərində olması ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmuş olsaydı belə, onu atması üçün kifayət qədər imkanının olması açıqaşkardır. Bundan başqa, qeyd olunmalıdır ki, Nəsimi rayon məhkəməsinin sorğusuna cavab olaraq Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən məhkəməyə göndərilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından çıxarılmış surətlərdən görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmə vaxtı 28 fevral 2025-ci il tarixdə, saat 13:35 göstərilmiş, lakin 28 fevral 2025-ci il tarixdə rəqəmlərdən “8” rəqəmi üzərində qaralama edilərək düzəliş edilməsi müəyyən edilmişdir. Qeyd olunan hal isə Təqsirləndirilən şəxs hansı tarixdə saxlanılması barədə əsaslı şübhələr yaradır. Belə ki, “8” rəqəmi üzərində düzəliş edilməsi məhz Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdən əvvəlki tarixlərdə saxlanılmasına əsaslı şübhələr yaradır. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid və X3 göstərmişlər ki, Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat raportla rəhbərliyə məruzə olunduqdan sonra şöbənin əməliyyat müvəkkilləri Şahid, Ülvi Musayev və Xəyal İmaməliyevdən ibarət əməliyyat qrupu yaradılmış və xx.xx.2025-ci il tarixdə saat 13:15-də ünvan 3 ünvanına əvvəlcədən alınmış məlumat əsasında getmişlər. Lakin məhkəmə istintaqı zamanı ifadə vermiş X8 fərqli ifadə verərək 28 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsində xidməti vəzifələrini yerinə yetirərkən Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını gördükdən sonra dərhal digər əməliyyat müvəkkilləri Şahid və Xəyal İmaməliyevlə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrdən istifadə edib-etməməsi barədə sorğu-sual etdiklərini bildirmişlər. Göründüyü kimi, şahid ifadələri arasında Təqsirləndirilən şəxs saxlanılmasını iddia etdikləri hissəsində ziddiyyətlər mövcuddur. Belə ki, Şahid və X3 əməliyyat-axtarış tədbirləri və əməliyyat qrupunun yaradılmasını bildirərək Əsgər Mizrəquliyevə yaxınlaşdıqlarını bildirsələr də, şahid X8 xidməti vəzifələrini yerinə yetirərkən Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görərək sonuncuya yaxınlaşdıqlarını bildirmişdir. Qeyd olunan ziddiyyətin aradan qaldırılmasına dair isə şahid ifadələri arasında hər hansı uyğunluq müəyyən edilməmişdir. AR-sı CPM-nin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, ittihamın əsası olan şübhəli şəxsin tutulması, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokolları qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı sübutlarla inkar edildiyindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin və reallığı əks etdirməyən şahid ifadələrinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələr mötəbər sayılmalı və qəbul edilməlidir. Onun ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə reallığı əks etdirməmiş, təzyiq altında verilmişdir. Belə ki, təqsirləndirilən şəxsin uzun müddət ərzində, yəni 28 fevral 2025-ci il tarixdə saat 01:51-dən müdafiəçisiz polisin nəzarəti altında olduğu halda sonradan ibtidai araşdırmada verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Eyni Məcəllənin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. AR-sı CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan məhkəmə, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş "həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Maddi sübut olan psixotrop maddə metamfetaminin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra bu psixotrop maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0,538 qram olan psixotrop maddə metamfetaminin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməli və ondan məhkəmə xərcləri tutulmamalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-382/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 56 (əlli altı) iş saatı üçün 616 (altı yüz on altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbayçan Respublikası Çinayət Prosessual Məçəlləsinin 39.2, 42.1.4, 42.2.4, 61, 62, 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra psixotrop maddənin (ekspertiza tədqiqatından sonra qalıq qalan 0,538 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin) əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 0,538 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 56 (əlli altı) iş saatı üçün 616 (altı yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-382/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-382/2025
24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver