Məhkəmə qərarları › İş №1(006)-385/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-385/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-385/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 06.11.1977-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 1RHHJJW), Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 17, mənzil 07-də qeydiyyatda olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 Araz Furqan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, X7 onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsində torpaq sahəsi almış, orada ev tikintisi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən də müvafiq icazəsi mövcuddur. Lakin A.Musayev aldığı icazənin ziddinə onun yaşadığı ərazidə fərdi yaşayış evi deyil, hündürmərtəbəli ev tikmək istəmiş, bu isə küçədə kommunal xətlərin sıradan çıxmasına, hərəkət məhdudiyyətinin yaranmasına gətirib çıxaracağından onun və digər sakinlər üçün qəbuledilməzdir. Məsələ ilə bağlı ərazidə yaşayan bəzi sakinlərlə birlikdə müxtəlif dövlət orqanlarına müraciət edib qanunsuz tikintinin dayandırılmasını tələb etmiş, kütləvi informasiya vasitələrində çıxışlar etməklə problemi ictimailəşdirməyə çalışmışlar. 02.06.2021-ci il tarixdə, saat 17 radələrində Araz Musayev “facebook” sosial şəbəkəsi vasitəsilə canlı yayıma qoşularaq guya ondan hədə-qorxu ilə 100.000 manat pul tələb etməsi barədə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, onu nüfuzdan salan məlumatları yaymış, bu barədə çıxışı “Xəzər” və “Baku” TV-də nümayiş olunmuşdur. Buna görə də X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında ittiham hökmünün çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasın onların iştirakı olmadan keçirilməsi mümkün hesab etmişdir. Eyni zamanda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 vəkili X5 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və daxil olmuş ərizəni nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayəti vermiş şəxs şikayətdən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar