Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-385/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Ağdam rayonu, Ağdam şəhəri, T.İsmayılov küçəsi, ev 22, mənzil 05-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 38-də yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə, saat 23:06da etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti istiqamətindən “Qələbə” dairəsi istiqamətində 93,6 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin (Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir) və İİ hissəsinin 1-ci bəndinin (Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər) riayət etməməklə ünvan 1 ünvana tərəf avtomobili həmin sürətlə idarə etməyi davam etdirib istintaqa məlum olmayan “Kamaz” markalı yük avtomobilini ötməyə çalışarkən, həmin yolu “Kamaz” markalı avtomobilinin önündən sağdan sola keçən - xx xxx 2005-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin sol yan hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan sonuncunun koma halı və travmatik şoku ilə müşayiət olunan baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sağ təpə payının subdural hematoması, burun sümüyünün sınıqları, hər iki baldır sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sağ təpə-ənsə nahiyəsinin qançır-şişkinliyi, alın, burun nahiyələrinin, sağ əlin ovuc səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları və hər iki baldırın qançırları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmənin hazırlıq iclasında tərəflər təqsirləndirilən şəxsin məhkəməyə verilməsini, iş üzrə məhkəmə baxışının təyin olunmasını xahiş etdilər. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat dövründə aşağıdakı qanun pozuntularına yol verilmiş və onların da məhkəmədə aradan qaldırılması mümkün deyil. Belə ki, cinayət işinin materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 255 saylı rəyinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – koma halı və travmatik şok ilə müşayiət olunan baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sağ təpə payının subdural hematoması, burun sümüyünün sınıqları, hər iki baldır sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sağ təpəənsə nahiyəsinin qançır-şişkinliyi, alın, burun nahiyələrinin, sağ əlin ovuc səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları və hər iki baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Z.R.Salmanovanın bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər (İ cild, i.v.57-59); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin Komisyon Ekspertizalar şöbəsinin xx.xx.2022-ci il tarixli, KEŞ-434 saylı rəyinə görə 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu “Müştərək travma. QKBT. Baş beynin əzilməsi. Koma. Hər iki baldır sümüklərinin qapalı qəlpəli sınığı” ilə əlaqədar o hal-hazırda vegetativ komatoz haldadır. Zərərçəkmiş şəxs hal-hazırda stasionar müalicədə olmaqla onun vəziyyəti ağır stabil kimi qiymətləndirilir. Zərərçəkmiş şəxs hal-hazırki sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərətlərinin aparılması mümkün deyildir (İ cild, i.v.197-201). • “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” və “Qanuni nümayəndə təyin edilməsi haqqında” 21 aprel və 30 avqust 2022-ci il tarixli qərarlara əsasən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs qismində, anası Qanuni nümayəndə isə onun qanuni nümayəndəsi qismində tanınmışdır (İ cild, i.v.83, 86, 211); • C02170841 saylı pasportdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuşdur (İ cild, i.v.99); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(006)- 418/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır (İİ cild, i.v.23-32). İş materiallarından aydın olur ki, ibtidai araşdırma zamanı qəbul edilmiş 21 aprel 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığı üçün anası Qanuni nümayəndə onun qanuni nümayəndəsi qismində tanınmışdır. Bununla belə, xx.xx.2023-cü il tarixdə zərər çəkmiş şəxs artıq yetkinlik yaşına çatdığından onun anasının bu statusda qanuni nümayəndə qismində iştirakına xitam verilməli idi. Çünki, qanunvericiliyin tələblərinə əsasən yetkinlik yaşına çatmamış zərər çəkmiş şəxs cinayət prosesi üzrə icraat həyata keçirilərkən yetkinlik yaşına çatmışdırsa, o, tam cinayət-prosessual fəaliyyət qabiliyyətli şəxs hesab edilir. Bununla belə, cinayət təqibi üzrə icraat gedişində şəxsin hüquqi statusunda onun fəaliyyət qabiliyyətinə təsir edən dəyişiklik olarsa, onda həmin şəxs icraatın sonrakı hissəsində avtomatik olaraq dəyişilmiş fəaliyyət qabiliyyətinə uyğun olaraq iştirak etməlidir. İşdə olan ekspert rəyindən görünür ki, vegetativ komatoz halında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs stasionar müalicədə olmaqla onun vəziyyəti ağır stabil kimi qiymətləndirilir, sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərətlərinin aparılması mümkün deyil. Qanunvericiliyin tələblərinə əsasən artıq cinayət prosesinin müvafiq iştirakçısı kimi tanınmış şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs olduğunun aşkar edilməsi bir sıra hüquqi nəticələr doğurur. Belə ki, zərər çəkmiş şəxs cinayət prosesində bu qismdə tanındıqdan sonra onun fəaliyyət qabiliyyətinin olmadığı aşkar edildikdə, cinayət prosesini həyata keçirən orqan belə şəxsin qanuni nümayəndəsinin cinayət prosesinə cəlb edilməsi üçün tədbirlər görməyə borcludur. Qanunvericilik cinayət-prosessual qaydada fəaliyyət qabiliyyətinin olmamasını 2 amillə əlaqələndirir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 100.2-ci maddəsi). Birincisi, hüquqi amil - şəxsin Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, ikincisi isə yaş amili - şəxsin 14 yaşına çatmaması. Cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısı Cinayət- Prosessual Məcəlləsinə uyğun olaraq öz hüquq və vəzifələrini müstəqil həyata keçirə bilməzlər. Onların hüquqlarını cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və həcmdə həmin şəxslərin qanuni nümayəndələri həyata keçirirlər (Cinayət- Prosessual Məcəlləsinin 100.7-ci maddəsi). Lakin, ibtidai istintaq zamanı qanunvericilin tələblərinə riayət edilməmiş, yetkinlik yaşına çatmış zərər çəkmiş şəxsin qanuni nümayəndəsini iştirakına xitam verilməmiş, daha sonra zərər çəkmiş şəxsin sağlamlıq durumu ilə əlaqədar verilmiş ekspert rəyində onunla istintaq hərətlərinin aparılmasının mümkün olmadığının qeyd olunmasına baxmayaraq, o, cinayət-prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməmiş və bu statusda ona qanuni nümayəndə təyin edilməmişdir. Bununla da cinayətprosessual fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni nümayəndəsinin məhkəməyədək icraat materialları ilə tanış etmə qaydası da pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə görə: • Cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür (428.2-ci maddə); • Ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya əqli gerilik nəticəsində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmayan zərər çəkmiş şəxsi, mülki iddiaçını, şübhəli və ya təqsirləndirilən şəxsi, yaxud mülki cavabdehi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edə bilər. Məhkəmə öz hüquqlarını və vəzifələrini yenidən müstəqil həyata keçirmək qabiliyyəti əldə etmiş göstərilən şəxsin cinayət-prosessual fəaliyyət qabiliyyətini bərpa edir (100.3-cü maddə); • Cinayət prosesini həyata keçirən orqan öz qərarı ilə müvafiq olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynlərindən, övladlığa götürənlərdən, qəyyumlardan, yaxud himayəçilərdən yalnız birini onun qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxır (101.2-ci maddə); • Məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulmasına yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır (303.3.8-ci maddə); • Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır (306.1-ci maddə). Beləliklə, məhkəmə yuxarıda sadalanlara əsasən hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-385/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-385/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver