Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-385/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 mart 2024-cü il tarixdə saat 15 radələrində kənar şəxslərin olmadığı şəraitdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanının giriş qapısına fiziki güc tətbiq etməklə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub evin giriş qapısı ilə üzbəüz otaqdakı paltar dolabında asılmış gödəkçənin sol qolunun iç hissəsinə tikilmiş parça torbanın içərisindən 17000 manat pulu, həmin dolabda olan şalvarın cibindən 300 manat pulu və pul kisəsindən 1200 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 18500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3 və 1772.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında kirayə yaşayır. Tikintidə fəhlə işləyir, səhhətində problemlər olduğuna görə xx.xx.2024-cü il tarixdə işə getməmiş, həmin tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 179, mənzil 14-də kirayə yaşayan, yuxarı qonşusu, həm də həmyerlisi Zərərçəkmiş şəxs evdə olub-olmamasını müəyyən etmək üçün mənzilin dəmirdən olan qapısını döymüş, cavab verən olmamış, sonra isə qapını dəstəyindən tutaraq dartmış, qapı açılmış, o, içəridən Əlifağanı səsləmiş, cavab gəlməmiş, o içəri daxil olmuş, içəridə ətrafa göz gəzdirdikdə kimsənin olmadığına əmin olduqdan sonra Əlifağanın ara sıra yaşadığı mənzildə pulunun olduğunu deməsi yadına düşmüş, onun da banklara borcu olduğuna görə Zərərçəkmiş şəxs sözügedən mənzilindən pulu axtararaq tapıb, oğurlamaq qərarına gəlmişdir. O, mənzilin giriş qapısı ilə üzbəüz olan otağa daxil olmuş, həmin otaqda olan paltar dolabını axtarmağa başlamış, bu vaxt paltar dolabında asılqandan asılmış gödəkçənin sol qolunda əlinə nəsə dəymiş, içərisinə baxanda parça torbanın gödəkçənin qolunun içərisində olduğunu görmüş, həmin parça torbanı götürərək içərisinə baxmış və içərisində pul olduğunu görmüş, torbanı şalvarının cibinə qoyaraq, mənzili tərk edərək, özünün ünvan 2 ünvanında kirayə yaşadığı mənzilinə qayıtmışdır. Kirayə yaşadığı mənzildə oğurladığı parça torbanın içərisində olan pulu çıxarmış, torbanın içində 2 ədəd rezinlə bağlanmış 100, 200 və 500 manatlıq əskinaslarda pullar olmuşdur. O, pulları saymış, birinci rezində 10.500 manat, digər rezində 6.800 manat olmaqla ümümilikdə 17.300 manat pul olduğunu müəyyən etmişdir. Bundan sonra oğurladığı pulu ondan aşkar olunmaması üçün həmin pulu Sumqayıt şəhərində yaşayan tanışı Rəhimə saxlamağa vermək qərarına gəlmiş, parça torbanı AF-MALL ticarət mərkəzinin yaxınlığında zibil qutusuna atmış, pulu isə Rəhimə saxlamağa vermək üçün Sumqayıt şəhərinə getmişdir. Rəhim ondan nə pul olduğunu soruşanda ona öz pulunun olduğunu demişdir. Bundan sonra yenidən Bakıya qayıtmış, kirayə yaşadığı mənzilə gəlmiş, 5 dəqiqə keçdikdən sonra təxminən saat 22:30-da oğurluq etdiyi mənzildə kirayə yaşayan Əlifağanın anası gəlmiş, bir neçə dəqiqə sonra isə həyətə çıxaraq, mənzildən oğurluq olduğunu bildirmişdir. Ondan şübhələnməmələri üçün Zərərçəkmiş şəxs “Whatsapp”-da yazaraq, onun kirayə yaşadığı mənzilindən oğurluq edildiyini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 179, mənzil 14 ünvanına gəlmiş, mənzilə daxil olduqdan sonra oğurluq olduğunu bilmiş və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. O, oğurluq etməyi planlaşdırmamış, pula ehtiyacı olduğundan oğurluq etmişdir. Mənzildən ümumilikdə 18500 manat pul oğurlamışdır. Oğurladığı pulu Şahid2 saxlamağa verərkən pulu oğurladığını ona bildirməmişdir. Sonradan oğurladığı pulu zərərçəkmiş şəxsə qaytarmışdır. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində yaşlı valideynləri və bacısının uşaqlarının olduğunu və onlara baxdığını bildirərək, məhkəmədən həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 179, mənzil 14 ünvanında anası ilə birlikdə kirayə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində həmyerlisi Təbriz ona yazaraq onun kirayə yaşadıqları ünvanda oğurluq olduğunu bildirmiş, o isə əvvəlcə ona inanmamış, sonra isə anası Şahid1 ilə əlaqə saxlamış və həqiqətən də kirayə yaşadıqları evdən 18.500 manat pulun oğurlandığını bilmişdir. O, işdən icazə alaraq kirayə yaşadıqları mənzilə gəlmiş, mənzilin giriş qapısı ilə üzbəüz otaqda olan paltar dolabında asılqandan asılmış gödəkçənin sol qolunun içərisinə parça torbanın içərisində 02 ədəd olmaqla biri rezinlə bağlanmış 13.000 manat, digəridə rezinlə bağlanmış 4.000 manat pul, həmin dolabda paltarların arxasında pul qabında olan 1.200 manat pul və anasının şalvarının cibində olan ona məxsus 300 manat olmaqla ümumilikdə 18.500 manat pul oğurlanmışdır. Həmin pullar 100, 200 və 500 manatlıq əskinaslarda olmuşdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə və Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 179, mənzil 14 ünvanında 26 mart 2024-cü il tarixdə saat 12:30 ilə 22:30 aralarında baş vermişdir. Kirayə yaşadığı mənzilin giriş qapısı açılaraq oğurluq olunduğundan, bununla bağlı ona maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs onun qohumu və dostudur, hazırda oğurlanmış 18500 manat məbləğində pul qaytarıldığı üçün onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında övladı Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, işdən evə qayıdarkən mənzilin dəmirdən olan qapısının kilidlinin olmadığını görmüş, mənzildə oğurluq olmasından şübhələnərək mənzilə daxil olmuş, mənzilin giriş qapısı ilə üzbəüz olan otaqda dolabın içərisində asılmış gödəkçənin qoluna bənd etdiyi parça torbanın içərisində olan pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 179, mənzil 14 ünvanında 1-ci mərtəbədə kirayə yaşayan həmyerliləri Təqsirləndirilən şəxs mənzildən oğurluq olduğunu bildirmiş, sonuncu isə ona pulun yerində olub-olmamasına diqqətlə baxmasını, oğlunun götürə biləcəyi ehtimalının olmasını demişdir. Sonra isə Təbriz onun oğlu Əlifağaya zəng etmiş, mənzildən 18.500 manat pulun oğurlandığını bildirmiş, daha sonra sonuncu xəbəri dəqiqləşdirmək üçün onunla əlaqə saxlamış və həqiqətən də pulun oğurlandığını ona bildirmişdir. Daha sonra Əlifağa evə gəlmiş, 18.500 manat pulun yerində olmadığını və oğurlandığını gördükdən sonra, oğurluq olması barədə DİN-nin 102 xidmətinə və Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 3-4 il əvvəl eyni şirkətdə işləmiş, həmin dövrdən aralarında dostluq münasibətləri yaranmışdır. xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Təbriz ona zəng edərək, ondan kömək istəmiş, Neftçala rayonuna gedəcəyini, traktor alacağını, bunun üçün pul topladığını, lakin digər şəxslərlə bir evdə kirayədə yaşadığı üçün pulu onda saxlamaq istəmiş, o isə etiraz etməmişdir. Həmin vaxt Təbriz ünvan 4 ünvanının qarşısında olmuş, ondan düşməsini istəmiş, yaşadığı ünvanın qarşısında görüşüb pulu almış və ona rayona gedəndə gəlib götürəcəyini bildirmiş, o isə heç bir sual vermədən pulu götürmüş və evə getmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Təbriz onun yaşadığı evə gələrək pulu istəmiş, o isə saxladığı pulu Təbrizə vermişdir. Bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Təbriz traktor almaq üçün yığdığını bildirərək ona verdiyi pul Bakı şəhərində kirayədə yaşadığı ünvanın yaxınlığında həmkəndlisinin evindən oğurlanmışdır. Təbrizin verdiyi pulun hardan əldə etməsi barədə heç bir məlumatı olmamış, məbləğin 18.000 manat olduğunu demişdir. İş materiallarına əlavə olunmuş 27 mart 2024-cü il tarixli hadisə yerinə müayinə keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 179, 14 saylı mənzildə baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək əlavə edilmişdir (i/v 8-10). İş materiallarına əlavə olunmuş tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 35). İş materiallarına əlavə olunmuş “təqdim edilmiş sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sübut əhəmiyyəti kəsb edə biləcək 17300 manat məbləğində pul vəsaiti təqdim edən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Elman Ağayevin, hal şahidləri X3 və X1 iştirakları ilə müstəntiq Ağabala Cəfərov tərəfindən götürülmüşdür (i/v 51-53). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Fərid Dadaşovun 30 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 84-85). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Nəsimi rayon Polis idarəsinin rəisi Mirnebət Mirbabayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ünvan 1 ünvanından oğurlanmış ona məxsus 18500 manat pul Təqsirləndirilən şəxs tərəfindən ona qaytarıldığından sonuncuya qarşı şikayət, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır (i/v 81). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 30 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 86). İş materiallarında olan “maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi” haqqında qərardan görünür ki, 100, 200 və 500 manatlıq əskisanlardan ibarət ümumilikdə 17.300 manat məbləğində pul vəsaiti maddi sübut kimi tanınmış və pulların sahibi Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır (i/v 96-99). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-4268/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 179 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar müayinə zamanı götürülmüş əl izləri məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, yararlı olan əl izlərində 03 ədədi Təqsirləndirilən şəxs sol əlinin şəhadət və çeçələ barmaqlarının, 02 ədədi isə Əliağa Abiyevin sol əlinin adsız (02 dəfə) barmaqlarının əksi ilə eynilik təşkil etmiş, digər eynilik aşkar edilməmişdir (i/v 106). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 124). İş materiallarında olan qətimkan tədbirinin dəyişdirilməsi haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə dəyişdirilsin (i/v 119). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, DİN Kriminalistika Tədqiqatlar İdarəsinin 01 aprel 2024-cü il tarixli, 3- 13-11/2-4268/2024 nömrəli məktubu ilə təqdim edilmiş əl barmaq izləri və təqsirləndirilən şəxsin təqdim etdiyi 17.300 manat pulun maddi sübut kimi tanınması, əl barmaq izlərinin iş materiallarında saxlanılması, 17.300 manat pulun isə zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır (i/v 126-133). İlkin olaraq məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı Neftçala rayonu, Yuxarı Qaramanlı kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Neftçala rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, iş üzrə maddi sübut olan əl-barmaq izlərinin cinayət işinin materiallarında saxlanılması, 17300 manat pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-385/2024 saylı, 22 iyul 2024-cü il tarixli qərara əsasən 30 iyul 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Yuxarı Qaramanlı kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Neftçala rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan əl-barmaq izlərinin cinayət işinin materiallarında saxlanılması, 17300 manat pulun isə zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-385/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-385/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver