Məhkəmə qərarları › İş №1(006)-385/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-385/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-385/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, onun nümayəndəsi və vəkili Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2, onun nümayəndəsi və vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, X9 tərəfindən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, X6 04 fevral 2025-ci il saat 17:14 radələrində özünə məxsus, rəsmi qaydada təsdiq olunmuş instagram səhifəsində (https://www.instaqram.com/aytac.vidadiqizi/) onun barəsində video müraciət hazırlayaraq bildirmişdir ki: “Əvvəla salam. Bir sənətçi mənim haqqımda bəzi mənfi rəylər yazıb. İstəyərdim ona cavab verim burdan. Soruşmuşunuz ki, siz kimsiz? Mən bu elin qızıyam. Ürəyi sevgi ilə, söz ilə, bəstələrlə dolu olan, genetik kodlarını Qarabağın Laçın oylağından alan aşıq Əhmədin nəticəsi və sənətkar Vidadi Bərdəlinin övladıyam. Siz isə o insansınız, o sənətçisiniz ki, ilk dəfə elə erməni mahnısı ilə tanındız. Erməni mahnısını təbliğ elədiz. Ermənilərin ən sevdiyi mahnıları oxuyursuz. Bilirsiz indi eləbir zəmanəyə gəlib çıxmışıq ki, hamının hərşeydən çox yaxşı xəbəri var. Mənim Anarlada çox yaxşı dostluğum var. Anar Mədətovu burdan salamlayıram. Ona zəng vurdum telefonumu açmadı ama bir çoxlarına zəng vurdum. (2) Sənin haqqında elə şeylər bilirəmki, danışaram və səndə çox peşman olarsan bu yazını yazdığın üçün. Sən mənim sənətim haqqımda danışacaq ən axırıncı bir insansan və mən birşeyidə deyimki, mən yaxşı bilirəm ki sənin feyk (saxta) hesabların var. Yəqin unutmusan orda tələm-tələsik yazmısan, unutmusan feyk hesabından mənə yazmağa, girib pryamoy risk eliyib mənə öz səhifəndən yazmısan. Əzizim sən mənim haqqımda danışa bilməzsən. Sənin ixtiyarın buna yoxdur. Çünki mənim sənətim, yetəri qədər praktikam var. Mən 18 ildir bu sənətdəyəm. Mən öz sözümü, öz səviyyəmi, öz mahnılarıma diqqət eliyən sənətçiyəm. Bunu hərkəs bilir. Musiqiçilərimizdə bilir. Mən ömür boyu, məndə atamda toylara gedəndə, konsertlərə gedəndə hər zaman yanımızda gedən musiqiçilərə... (3) mənim qanımda dolaşır. Onu ürəydən. milli ruhda təqdim edirəm və bununlada fəxr edirəm. Sizin bunu anlamağınız üçün ilk öncə öz dilini, öz millətini və musiqisini xalis halda sevmək, onu elə təqdim etmək lazımdır ki, sonra içinizdə baş verən o paxıllıq tüğyanıkı vare onu yatızdırmaq lazımıydı. Yadıvızda saxlıyın onu boş yerə deməyiblər sel qayadan ancaq çör-çöpü aparar." Bundan sonra X8 04 fevral 2025-ci il tarixdə, saat 17:14 radələrində həmin video müraciətin şərh hissəsində: “@aytac.vidadiqizi (Aytac Vidadiqızını işarələyərək) menim gozelin menim ürəyidə sənətidə gözəl Aytacım, ruh əkizim səni сох gözəl tanıyan insan kimi bilirəm ki sən hələm hələm ürək edib bele bir video çəkməzdin. Və düzdə etdin çəkdin! Səni dəstəkləyirəm! Çox düz demisen nə demisənsə o maşennikin haqqında! O QATİX, TƏRBİYƏSİZ Mənimdə gələtimi nece illər öncədən bir çox yerdə edib. Studiyada və ümumi dostlar içində! Onun əlinnən məndə yigmişam çoxdandi. Məndə gərək onu çoxdan qulagini burub onu biyabir edərdim! Birincisi Sabir hələ getsin o XARİC oxumagini düzəltsin və ritmə düşməyi öyrənsin ritmi düzəltsin onnan sonra danışsın sənin sənətin haaqda. Guya bu bommba oxuyandi! Kişinin oglu guya stılnıy rus dılınde mahnılar oxuyur (gülmək işarəsi) DUMİKYANA qulağ asmagdan başı açilmir. Yaxşi ki Anar Mədətov var sen bır balaca bu xalqa tanındıneee, O olmasaydı sen heç kim idin! Qızlın Feyk profilləri var bır necə dənə, ordan camaata yazır və xarici sımkart nomrəlerınninen camaata yazır məzələnir camaatla! Mənim özümədə yazmişdi!!! Deyəsən o alfonsun yadınnan cixibeee Moskvadada illər oncə negeder Şəmkirli iş adamlarina pullar alib atdigi! Bizim Azerbaycanli iş adamlarina, nə tez unutdun ay Sabirçik (gülmək işarəsi) Bütün Şəhərnən adı bir idiyee camaatın səslərini paroduya edib pullar alırdı. Yadınnan cixibeee onun atanşik, cındır, alfons papa r...a vaxtlari! Hələ mənnəndə borca pul istəyib bır defe neçə illər bunnan öncə, məndə verməmişdim.(yəygin ona gorə indi dalımca danışır pis qiz olmuşam ona 300 manata görə (gülmək işarəsi)) AGİLLİ olsun dilini bir yerinə soxsun! Yoxsaki açaram məndə sandigi tokarəm pambigi! Yaxşi ki Emin kimi geyrətlı mərd ogullarimiz var ki dəstək olur oz millətinə kımhyyınnen aslı olmayaraq, yazıq ne bılsınkı bu nə tipdə adamdı. Sabir kimi PASKUDALARinda şansi gətirdi prosta vessalam. Qaldi ki oxumağa isə, O ümumiyyətlə “O” hərfinin adını çəkməsin!” şərhlərini yazmışdır. Daha sonra S.Nəsirova fav4 love adlı istifadəçini işarələyərək: “ay mən deyən Sabiridə Moskvada yaxşi taniyirlarre sən narahat olma!!! Ay afirist burda feyk profillerden ozünnen gic gic şeylər uydurub yalanddam mənə bic bic agziva gələni yazmayee. Sabir sen uje bilmirsənki nəyə əl atasanki vəziyyətdən cixasan (gülmək işarəsi) cammati gah oyredib, gah özü feyklərdən yazir, gah oz tanişarinan azgina gələni yazirsan yandıgınnanü Allaha :apşirmisham səni Sən demiş hami bilir kimim kim olduğunu! 300 manatdig paparoza (gülmək işarəsi) deyesün karaokelerde sülənməylərin yadındanı cıxıbee. Vppx şey danişaram amma ki adamda biraz abir həya yaxşi şeydi! Ona görədə sox dilivi bir yerivə yoxsa gəlub Etada sənin özüç dilivu soxduraram hamimin içimdə bir yerivə! Şou biznəsə sən bir yarasa kimi həlmisən! İş verən! Atanşik! Camaatim haqqina girən! Sən hələ get öz muzikamtlariva pullarini haqlarini düzgün böl ver somra burda məmə yalanndam osturaga basib qurma qurub lələ yax ok!?? Yoxsa sənol sənlə varamhaa mən! Sənə sənin əsil kim olduguvu yadiva salaram! Agilli ol. Sən het öz götünnən mugayət ol hələ! Məni səhv saıça evindəkilərle dilinizini soxun dinməz yerinizə!” şərhlərini yazmışdır. İşin faktiki hallarından göründüyü kimi, barəsində şikayət verilən şəxs X8 İntagram sosial şəbəkəsində mənim (S.Əhmədov) haqqımda:

1. Çox düz demisen nə demisənsə o maşennikin haqqında!

2. O QATİX, TƏRBİYƏSİZ Mənimdə gələtimi nece illər öncədən bir çox yerdə edib

3. Məndə gərək onu çoxdan qulagini burub onu biyabir edərdim!

4. Birincisi Sabir hələ getsin o XARİC oxumagini düzəltsiin və ritmə düşməyi öyrənsin ritmi düzəltsin onnan sonra danışsın sənin sənətin haaqda.

5. Guya bu bommba oxuyandi! Kişinin oglu guya stılnıy rus dılınde mahnılar oxuyur (gülmək işarəsi) DUMİKYANA qulağ asmagdan başı açilmir.

6. Yaxşi ki Anar Mədətov var sen bır balaca bu xalqa tanındıneee, O olmasaydı sen heç kim ıdın!

7. Qızhn Feyk profilləri var bır necə dənə, ordan camaata yazır və xarici sımkart nomrəlerınninen camaata yazır məzələnir camaatla! Mənim özümədə yazmişdi!!!

8. Deyəsən o alfonsun yadınnan cixibeee Moskvadada illər oncə negeder Şəmkirli iş adamlarina pullar alib atdigi! Bizim Azerbaycanli iş adamlarina, nə tez unutdun ay Sabirçik

9. Bütün Şəhərnən adı bir idiyee camaatin səslərini paroduya edib pullar alırdı. Yadınnan cixibeee onun atanşik, cındır, alfons papa r...a vaxtları! 10.Hələ mənnəndə borca pul istəyib bır defe neçə illər bunnan öncə, məndə verməmişdim.(yəygin ona gorə indi dalımca danışır pis qiz olmuşam ona 300 manata görə 11.AGİLLİ olsun dilini bir yerinə soxsun! Yoxsaki açaram məndə sandigi tokarəm pambigi! 12.Sabir kimi PASKUDALARinda şansi gətirdi prosta vessalam. Qaldi ki oxumağa isə, O ümumiyyətlə “O” hərfinin adını çəkməsin!”

13. ay mən deyən Sabiridə Moskvada yaxşi taniyirlarre sən narahat olma!!! Ay afirist burda feyk profillerden czünnen gic gic şeylər uydurub yalanddam mənə bic bic agziva gələni yazmayee. Sabir sen uje bilmirsənki nəyə əl atasanki vəziyyətdən cixasan (gülmək işarəsi) cammati gah oyredib, gah özü feyklərdən yazir, gah oz tanişarinan azgina gələni yazirsan yandıgınnanü

14. 300 manatdig paparoza (gülmək işarəsi) deyesün karaokelerde sülənməylərin yadındam cıxıbee. Vppx şey danişaram amma ki adamda biraz abir həya yaxşi şoydi! Ona görədə sox dilivi bir yerivə yoxsa gəlub Etada sənin özüç dilivu soxduraram hamimin içimdə bir yerivə!

15. Şou biznəsə sən bir yarasa kimi həlmisən! İş verən! Atanşik! Camaatim haqqina girən! Sən hələ get öz muzikamtlariva pullarini haqlarini düzgün böl ver somra burda məmə yalanndam osturaga basib qurma qurub lələ yax ok!?? Yoxsa sənol sənlə varamhaa mən! Sənə sənin əsil kim olduguvu yadiva salaram! Agilli ol.

16. Sən het öz götünnən mugayət ol hələ! Məni səhv saıça evindəkilərlə dilinizini soxun dinməz yerinizə!” S.Nəsirova tərəfindən yuxarıda deyilən ifadələrdə xüsusilə qeyd edilən: 'o maşennik”, “O QATİX TƏRBİYƏSİZ”, “Mənimdə gələtimi nece illər öncədən bir çox yerdə edib”, “gərək onu çoxdan qulağını burub onu biyabır edərdim!”, “Birincisi Sabir hələ getsin o XARİC oxumağını düzəltsin və ritmə düşməyi öyrənsin, ritmi düzəltsin onnan sonra danışsın”, “Guya bu bomba oxuyandı!” “Kişinin oğlu guya stilniy rus dilində mahnılar oxuyur” “DUMİKYANA qulaq asmaqdan başı açılmır.” “Yaxşı ki Anar Mədətov var sən bir balaca bu xalqa tanındıneee” “O olmasaydı sən heç kim idin!” “Gizlin Feyk profilləri var bir neçə dənə, ordan camaata yazır və xarici simkart nömrələrindən camaata yazır məzələnir camaatla! Mənim özümədə yazmışdı!” “o alfons” “Şəmkirli iş adamlarına pullar alıb atdığı! Bizim azərbaycanları iş adamlarına nə tez unutdun ay Sabirçik” “Bütün şəhərnən adı bir idiyee” “camaatın səslərini parodiya edib pullar alırdı.” “atanşik, cındır, alfons papa r...a” “mənnəndə borca pul istəyib bir dəfə yəqin ona gorə indi dalımca danışır” “Ağıllı olsun dilini bir yerinə soxsun!" ‘açaram məndə sandığı tökərəm pambığı!” “Sabir kimi PASKUDALAR” “Qaldı ki oxumağa isə, O ümumiyyətlə “O” hərfinin adını çəkməsin!” “Ay afirist” “feyk profillerden ozünnen gic gic şeylər uydurub yalandan mənə bic bic agziva gələni yazmayee” “Sabir sen uje bilmirsənki nəyə əl atasanki vəziyyətdən çıxasan” “cammati gah öyrədib, gah özü feyklərdən yazır” “300 manatlıq paparoza” “deyəsən karaokelərdə sülənməklərin yadından çıxıbee” “adamda biraz abır həya yaxşı şeydi” “sox dilini bir yerinə yoxsa gəlib sənin özüm dilini soxduraram hamının içində bir yerinə!” “Şou biznesə sən bir yarasa kimi gəlmisən” “İş verən! Atanşik!” “Camaatın haqqına girən!” Sən hələ get öz muzikantlarina pullarını haqlarını düzgün böl ver sonra burda mənə yalandan osturağa basıb qurma qurub ləkə yax ok!?? Yoxsa sənol sənlə varamhaa mən!” “Sənə sənin əsl kim olduğunu yadına salaram! Ağıllı ol” “Sən get öz götünnən muğayət ol hələ!” “Məni səhv salma evindəkilərlə dilinizini soxun dinməz yerinizə kimi təhqir və böhtan xarakterli ifadələr işlətmişdir. Bununla da, barəsində şikayət verilən şəxs S.Nəsirova onu dələduzluqda, hədə-qorxu ilə pul tələb etməkdə, saxta profillər açmaqla təhqir etməkdə ittiham edərək qəsdən böhtan atmış, şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumat yaymış və şərəf və ləyaqətimi nalayiq formada alçaltmaqla onu təhqir etmiş, onun işgüzar nüfuzuna və ləyaqətinə ziyan vurmuşdur. Qeyd edilənlərin açıq şəkildə və geniş kütlə qarşısında yayılması həmçinin onun əsəb, stres və mənəvi iztirablar keçirməyinə səbəb olmuşdur. Göstərilənlərə əsasən X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməklə, barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və onun nümayəndəsi (vəkili) Müdafiəçi ayrı-ayrılıqda şikayət ərizəsində göstərilənləri müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun nümayəndəsi (vəkili) Nümayəndə ayrı-ayrılıqda xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən şikayət vermiş şəxs törədilmiş cinayət barədə məlumatları, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsini, onun harada, nə vaxt və necə törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğunu, o cümlədən maddi ziyanın məbləğini göstərməli olduğu halda, buna tam olaraq əməl etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 293.3.3-cü maddəsinə əsasən şikayət vermiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi ((şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi) barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayətdə qeyri-müəyyənliyə yol verərək şikayətin giriş hissəsində iki şəxsin adını qeyd etməklə, hər iki şəxsin onun barəsində “instagram” sosial şəbəkəsində paylaşım etdiyini qeyd etsə də, həmin şəxslərdən yalnız X8 barəsində məlumatları göstərməklə şikayətin davamında X5 qarşı itiham irəli sürmüş, bununla da şikayətdə qeyri-müəyyənliyə yol verərək qeyd edilən maddənin tələblərini pozmuşdur. Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayət vermiş şəxs şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməli olduğu halda, qaydasında şikayət vermiş şəxs X1 Sima Seylan qızı tərəfindən CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsini qeyd etsə də, cinayətin törədilmə hallarını təsdiq edən müvafiq sübutları (şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi yer göstərməli olduğu halda, şikayət vermiş şəxs X9 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə həmin məlumatı qeyd etməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətləri subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilə bilər. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir başa qəsdlə törədilmiş hesab edilir. Belə ki, xüsusi ittihamçı X9, X2 onun şərəf və ləyaqətini alçaltdığınl, qəsdən onu nüfuzdan salan saxta məlumatları sosial şəbəkədə yayımlamasına dair ittiham irəli sürsə də, lakin şikayətin iş materialları və şikayətin əsasını təşkil edən “instagram” sosial şəbəkəsindən götürülmüş fotoşəkillərdə qeyd olunmuş yazılar nəzərdən keçirilən zaman yazılarda sadəcə “Sabir” adı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin adının eynilik təşkil etməsindən başqa, həmin fotoşəkillərdə olan yazılarda məhz X4 şərəf və ləyaqətini alçaldılmasını faktlar nöqteyi-nəzərindən müəyyən etmək mümkün olmamışdır. Bu məqamda məhkəmə xüsusilə qeyd edir ki, şikayətçi məhkəməyə şikayət ərizəsində göstərdiyi xüsusatların yəni, “instagram” sosial şəbəkəsində paylaşılan həmin məlumatların X8 tərəfindən yerləşdirilməsi, paylaşılan yazılarda məhz X3 bəhs edilməsi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, məhkəməyə təqdim edilmiş fotoşəkillərdə olan yazıların “simanesirova” adlı profildən paylaşılması görünsə də, məhkəmə araşdırması zamanı “simanesirova” adlı profilin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş X5 məxsus olmasını, həmçinin yazıların məhz X8 tərəfindən yazılmasını faktlar nöqteyi-nəzərindən müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nəlayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nəlayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-i ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayətin əsasını təşkil edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X9 tərəfindən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar