Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-386/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Salyan rayonu, Kürqaraqaşlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada kompüter ustası işləyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi, nömrəsiz evdə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq vahid niyyətlə satış məqsədilə əldə etməklə vahid niyyətlə satmışdır. Belə ki, o, «Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 728-İQ nömrəli Qanununun 10-cu maddəsinin Vİİİ hissəsinə əsasən müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunmasının qadağan olunması, həmin Qanunun 10-cu maddəsinin İX hissəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aid olması, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılmasının yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilinməsi, bununla bağlı xüsusi icazənin alınması üçün "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Qanununun 18.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın 2.1-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2006-cı il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər"in 13-cü hissəsində müəyyən edilmiş sənədlərin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilməsinin zəruri olmasına baxmayaraq, qeyd edilən qaydada xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə istifadəsində olan "xxxx" ASC-yə məxsus ‘‘4169********3628” nömrəli "BirKart Umico” kartından istifadə etməklə “Elektron ünvan ” email ünvanı ilə “www.aliexpress.com” onlayn alış-veriş internet platformasında qeydiyyatdan keçərək 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayınadək olan müddətdə cinayət tərkibi yaratmayan məişət əşyalarını, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən müxtəlif texniki vasitələri, o cümlədən, həmin dövrün rəsmi məzənnəsi ilə dəyəri 59,65 manat təşkil edən 35,09 ABŞ dolları məbləğində 1 ədəd Çin istehsallı, qara rəngli (32GB yaddaş) "Full HD 1080P X2 Camera Watch” - gizli kiçik kamera quraşdırılmış qol saatı, həmin dövrün rəsmi məzənnəsi ilə dəyəri 33,66 manat təşkil edən 19,80 ABŞ dolları məbləğində 1 ədəd Çin istehsallı, qara rəngli "Wifi Mini camera FULL HD 4K video camcorder shirt button small P2P/AP” - gizli kiçik kamera quraşdırılmış düymə kamera, həmin dövrün rəsmi məzənnəsi ilə hər birinin dəyəri ayrı-ayrılıqda 59,33 manat təşkil edən hər biri 34.90 ABŞ dolları məbləğində 2 ədəd Çin istehsallı, qara rəngli “1080P HD X1 Cam Camera” - gizli kiçik kamera quraşdırılmış 2 ədəd eynək, ümumilikdə 211,97 manat dəyərində 3 adda 4 ədəd texniki vasitəni satış məqsədi ilə sifariş edib beynəlxalq poçt göndərişləri yolu ilə özünə göndərilməsinə və Salyan rayonu, Heydər Əliyev prospekti 94 ünvanında yerləşən Salyan Rayon Mərkəzi Poçt şöbəsində və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçə 248 ünvanında yerləşən ünvan ından 2022-ci ilin aprel ayınadək olan müddətdə həmin bağlamaları götürüb vahid niyyətlə satış məqsədilə əldə edərək Salyan rayonu, Kürqaraqaşlı kəndində və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yaşadığı mənzillərdə saxlamış, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən həmin texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə həmin texniki vasitələr barədə məlumatları istifadəsində olan +99***-***-**-** saylı mobil nömrəsi ilə internet üzərindən “İnstagram” sosial şəbəkəsində qeydiyyatdan keçərək yaratdığı özünə məxsus “spy.sale” səhifəsində ayrı-ayrı alıcılara satış üçün elan qismində yerləşdirməklə, həmin satış səhifəsi üzrə 2021ci ilin noyabr ayında özünə 1 ədəd Çin istehsallı, qara rəngli (32GB yaddaş) “Full HD 1080P X2 Camera Watch” - gizli kiçik kamera quraşdırılmış qol saatının alınması ilə bağlı “spy.sale” səhifəsində müraciət etmiş istintaqla müəyyən edilməyən şəxsə qeyd edilən malın 240 manat məbləğində pula satılmasına dair razılığını alıb, həmin şəxs tərəfindən qeyd edilən məbləğin 2021-ci ilin noyabr və dekabr ayında özünə aid "xxxx" ASC-yə məxsus “4169********3628” nömrəli “BirKart Umico” kartına köçürülməsinə nail olub, Bakı şəhərinə istintaqa məlum olmayan taksi vasitəsi ilə həmin texniki vasitəni qeyd olunan şəxsə göndərməklə, eyni niyyətlə, həmin satış səhifəsi üzrə 2022-ci ilin fevral ayında özünə 1 ədəd Çin istehsallı, qara rəngli “Wifi Mini camera FULL HD 4K video camcorder shirt button small P2P/AP” - gizli kiçik kamera quraşdırılmış düymə kameranın alınması ilə bağlı “spy.sale” səhifəsində müraciət etmiş istintaqla müəyyən edilməyən şəxsə qeyd edilən malın 230 manat məbləğində pula satılmasına dair razılığını alıb, sonuncu tərəfindən qeyd edilən məbləğin 2022-ci ilin fevral və mart ayında özünə aid “Kapital bank“ ASC-yə məxsus “4169********3628” nömrəli “BirKart Umico“ kartına köçürülməsinə nail olub, Bakı şəhərinə istintaqa məlum olmayan taksi vasitəsi ilə texniki vasitəni qeyd olunan şəxsə göndərməklə, eyni niyyətlə, həmin satış səhifəsi üzrə 2022-ci ilin aprel ayında müxtəlif vaxtlarda özünə 2 ədəd Çin istehsallı, qara rəngli “1080P HD X1 Cam Camera" gizli kiçik kamera quraşdırılmış 2 ədəd eynəyin alınması ilə bağlı “spy.sale” səhifəsində müraciət etmiş Şahid qeyd edilən malın hər birini 245 manat olmaqla, cəmi 490 manat məbləğində pula satılmasına dair razılığını alıb, sonuncu tərəfindən qeyd edilən məbləğin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Bizim Market”də quraşdırılmış “Milliön" ödəmə terminalı vasitəsi ilə özünə aid “Kapital bank ASCyə məxsus “4169********3628” nömrəli “BirKart Umico“ kartına köçürülməsinə nail olub, 2022-ci ilin may ayında texniki vasitə olan 1-ci eynəyi Bakı şəhəri, 28 may metrostansiyasının yaxınlığında yerləşən Qış parkının yanında Şahid şəxsən təqdim etməklə, 2022-ci ilin iyun ayında texniki vasitə olan 2-ci eynəyi istintaqa məlum olmayan taksi vasitəsilə Bakı şəhəri, 28 may metrostansiyasının yaxınlığında yerləşən Qış parkının yaxınlığında Şahid göndərməklə, ümumilikdə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən 3 adda 4 ədəd texniki vasitəni vahid niyyətlə cəmi 960 (doqquz yüz altmış) manata həmin şəxslərə satmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi, nömrəsiz evdə kirayədə yaşayır. 2014-cü il tarixdən Salyan rayonundan Bakı şəhərinə köçərək fərdi qaydada kompüter ustası kimi işləyir. 2021-ci ilin iyul ayında “İnstagram” sosial şəbəkəsində “spy.sale” səhifəsini yaratmışdır. Həmin səhifəni yaratmaqda məqsədi icazəsi qadağan edilməmiş müxtəlif texnoloji məhsulların reklam edilməsi, satışının həyata keçirilməsi və bundan gəlir əldə edilməsi olmuşdur. Səhifəni yaratdıqdan sonra həmin səhifədə həm kişi, həm xanımlar üçün geyim əşyaları, xanımlar üçün bəzək əşyaları, mobil telefonlar üçün nəzərdə tutulmuş adapter və bu kimi digər xüsusi texnikaları “ALİEXPRESS.COM” online alış-veriş saytından sifariş etmişdir. Belə ki, “Elektron ünvan ” email ünvanı ilə «ALİEXPRESS.COM” online alış-veriş saytında öz adına hesab (parol - Money666) açmış, həmin hesab vasitəsi ilə dediyi kimi qeyd olunan məhsulları sifariş etmişdir. Daha sonra “İnstagram” sosial şəbəkəsində yaratdığı “Tajirgah” səhifəsində qeydiyyatdan keçərək sifariş etdiyi məhsulları elanlar yerləşdirməklə müştərilərə müxtəlif qiymətlərə satmış və təhvil vermişdir. Eyni zamanda bundan başqa “İnstagram” sosial şəbəkəsində yaratdığı “spy.sale” səhifəsində gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tulmuş xüsusi texniki vasitələrin, üzərində gizli balaca kiçik ölçülü kameralar quraşdırılmış müxtəlif əşyaların (qol saatı, düymə və eynək) satışını da həyata keçirtmişdir. Həmin vaxt gizli kamera quraşdırılmış qeyd etdiyi bu əşyaların satışının cinayət əməli olmasını bilməmişdir. Həmin malların ölkəyə gətirilməsinin qadağan olmasını o, yeni öyrənmişdir. Həmin gizli kameraların satışını həyata keirməyi ilə əlaqədar yalnız internetdə “spy.sale” səhifəsində elan vermiş və müxtəlif müştərilərə müxtəlif qiymətlərə satmışdır. Belə ki, həmin qeyd etdiyi gizli kamera quraşdırılmış gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş əşyaları - xüsusi texniki vasitələri internet vasitəsi ilə “ALİEXPRESS.COM” online alış-veriş saytından müxtəlif məbləğə 2021-ci il tarixdə aldığı, özünə məxsus "xxxx"a aid “4169 7385 0997 3628” nömrəli, son istifadə müddəti 05/24 olan kart vasitəsi ilə online internet qaydada öz adına sifariş etmiş, sirafişlərini Azərbaycan Respublikası ərazisində, yəni Salyan Rayon Mərkəzi Poçt şöbəsində və Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 53 saylı poçt şöbəsində qəbul etmişdir. Şəxsiyyət vəsiqəsini təqdim edərək sifariş edilən malın qablaşdırma ölçüsünə uyğun olaraq rüsum ödəyərək poçt şöbəsindən götürmüşdür. Bundan sonra “İnstagram” sosial şəbəkəsində “spy.sale” səhifəsində gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrlə bağlı müvafiq elanlar yerləşdirərək öz adına sənədləşdirilmiş +99***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə satışını həyata keçirmişdir. Həmin qadağan olunmuş əşyalar Çin istehsalı olmaqla həmin ölkədən gətirilmişdir. Həmin mallar gömrükdən yoxlanılaraq ölkəyə daxil olmuşdur. 2021-ci ilin noyabr ayından bu vaxta kimi cəmi 4 gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş texniki vasitə olan əşyanı, yəni üzərində kiçik kamera yerləşdirilmiş əşyalar sifariş vermişdir. 1-ci sifarişi 2021-ci ilin noyabr ayının 10-da olmuşdur, belə ki, 01 ədəd üzərində gizli kamera quraşdırılmış qol saatını müştərinin istəyi ilə həmin “ALİEXPRESS.COM” saytı vasitəsi ilə sifariş vermiş, həmin qol saatının satış qiyməti 35.09 ABŞ dolları, çatdırılma isə 10,53 ABŞ dolları olmuşdur, sifarişinə görə isə 1 ABŞ dolları da ona endirim edilmişdir. Cəmi isə sifarişi 44,62 ABŞ dolları təşkil etmişdir. Beləcə, həmin əşyanı təxminən 80 manata ölkə ərazisinə gətirmişdir. Sifarişdən öncə bu qadağan olunmuş əşya barədə “spy.sale” səhifəsində elan yerləşdirmişdir. Həmin qol saatı barədə olan elanı “ALİEXPRESS.COM” saytından olduğu kimi köçürərək öz “spy.sale” səhifəsində satışı barədə elan vermişdir. Bundan sonra səhifəsinin mesaj bölməsində yazmış bir nəfər kişi cinsindən olan, hal-hazırda xatırlamadığı şəxsə qol saatını qeyd etdiyi saytdan sifariş etməklə gətirdib 2021-ci ilin dekabr ayında 240 manata satmışdır. Həmin əşyanı Salyan Rayon Mərkəzi Poçt şöbəsində təxminən 2 manat rüsum ödəməklə qəbul etmiş və Salyan rayonundakı evinə gətirmişdir. Daha sonra isə tanımadığı taksi ilə Bakı şəhərinə müştəriyə həmin qol saatını göndərmişdir. Taksinin həmin vaxt telefon nömrəsini alaraq müştəriyə əlaqə saxlaması üçün səhifəsinin mesaj bölməsində yazıb vermişdir. Həmin qadağan olunmuş əşyanı alan şəxsin hazırda ad, soyadını, telefon nömrəsini, eyni zamanda taksi sürücüsünü də xatırlamır. O, müştəri ilə telefon əlaqəsi saxlamamışdır. Sifarişi çatdırdıqdan sonra isə səhifəsində mesaj bölməsində yazışmanı silmişdir. Müştəri ona sifarişdən öncə 240 manat pulun yarısını - 120 manatı 2021-ci ilin noyabr ayında hissəhissə “4169 7385 0997 3628” nömrəli, son istifadə müddəti 05/24 olan "xxxx"a məxsus kart hesabına köçürmüşdür. 2021-ci ilin dekabr ayında məhsul müştəriyə çatdırıldıqdan sonra yerdə qalan 120 manat pulu da eyni qaydada hissə-hissə 2021 -ci ilin dekabr ayında onun kartına köçürülmüşdür. Lakin pulun kartına konkret köçürülmə tarixlərini xatırlamır. 2ci sifarişi 2022-ci ilin fevral ayının 4-də olmuşdur. Həmin vaxt 01 ədəd üzərində gizli kamera quraşdırılmış düymə kameranı “ALİEXPRESS.COM” saytı vasitəsi ilə sifariş vermiş, həmin əşyanın satış qiyməti 19.80 ABŞ dolları, çatdırılma isə 3,67 ABŞ dolları olmuşdur. Sifarişinə görə isə ona endirim edilmiş, cəmi sifarişi 21,91 ABŞ dolları təşkil etmişdir. O, həmin tarixdə digər sifarişlər də (qadağan edilməyən məhsullar) etmişdir. Beləcə, qeyd etdiyi düymə kameranı təxminən 37-38 manata ölkə ərazisinə gətirmişdir. Sifarişdən öncə “İnstagram” sosial şəbəkəsində “spy.sale” səhifəsində həmin əşya barədə elan yerləşdirmişdir. Həmin əşya - düymə kamera barədə olan elanı “ALİEXPRESS.COM” saytından olduğu kimi köçürərək öz “spy.sale” səhifəsində satışı barədə elan vermişdir. Bundan sonra səhifəsinin mesaj bölməsində yazmış bir nəfər kişi cinsindən olan, halhazırda xatırlamadığı şəxsə düymə kameranı qeyd etdiyi saytdan sifariş etməklə gətirdib 230 manata satmışdır. Həmin əşyanı da Salyan Rayon Mərkəzi Poçt şöbəsində təxminən 2 manat rüsum ödəməklə qəbul etmiş və Salyan rayonundakı evinə gətirmişdir. Həmin əşyanı tanımadığı taksi ilə Bakının Maştağa kəndinə müştəriyə göndərmişdir. Düymə kameranı həmin şəxsə qeyd etdiyi kimi 2021-ci ilin mart ayında 230 manata satmışdır. Həmin şəxsin də ad, soyadını, telefon nömrəsini hazırda xatırlamır. Taksinin həmin vaxt telefon nömrəsini alaraq müştəriyə əlaqə saxlaması üçün səhifəsinin mesaj bölməsində yazıb vermişdir. O, həmin müştəri ilə də telefon əlaqəsi saxlamamışdır. Sifarişi çatdırdıqdan sonra isə səhifəsində mesaj bölməsində müştəri ilə olan yazışmanı silmişdir. Müştəri ona sifarişdən öncə 230 manat pulun təxminən yarısını hissə-hissə 2022-ci ilin fevral ayında “4169 7385 0997 3628” nömrəli, son istifadə müddəti 05/24 olan "xxxx"a məxsus kart hesabına köçürmüşdür. 2022-ci ilin mart ayında məhsul müştəriyə çatdırıldıqdan sonra yerdə qalan pul da eyni qaydada hissə-hissə mart ayında onun kartına köçürülmüşdür. Lakin pulun kartına konkret köçürülmə tarixlərini xatırlamır. 3-cü sifarişi isə gizli kamera quraşdırılmış 02 ədəd eynək (eynək kamera) olmuşdur. Həmin əşyaları “ALİEXPRESS.COM” saytı vasitəsi ilə 2022-ci ilin aprel ayının əvvəllərində, müxtəlif vaxtlarda sifariş etmişdir. Həmin eynəyin bir ədədinin satış qiyməti 34.90 ABŞ dolları, çatdırılma isə 2,34 ABŞ dolları olmuşdur, cəmi sifarişi isə 37,24 ABŞ dolları təşkil etmişdir. Beləcə, qeyd etdiyi eynək kameranın bir ədədini təxminən 63-64 manata ölkə ərazisinə gətirmişdir. Sifarişlər də müxtəlif vaxtlarda gəlmiş, “İnstagram” sosial şəbəkəsində “spy.sale” səhifəsində həmin eynəklər barədə elan yerləşdirmişdir. “ALİEXPRESS.COM” saytında eynəklər barədə olan elanı olduğu kimi köçürərək öz “spy.sale” səhifəsində satışı barədə elan vermişdir. 2022-ci ilin may ayında 01 ədəd eynəyi Salyan Rayon Mərkəzi poçt şöbəsində təxminən 2 manat dövlət rüsumu ödəməklə qəbul edib Salyan rayonundakı evinə gətirmişdir. 2022-ci ilin təxminən iyun ayında isə 2-ci eynəyi Bakı şəhəri, Binəqədi rayonu 53 saylı poçt şöbəsində təxminən 2 manat dövlət rüsumu ödəməklə qəbul etmiş və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən kirayədə yaşadığı evə gətirmişdir. Həmin eynəkləri “İnstagram” sosial şəbəkəsində fəaliyyət göstərən ona məxsus “spy.sale” səhifəsinə elanı görərək əvvəlcədən yazmış olan bir nəfər kişi cinsindən olan şəxsə cəmi 490 manata satmışdır. Belə ki, eynəyin birini 2022-ci ilin mayın 27-də, digərini isə 2022-ci ilin iyunun 8-də çatdırmışdır. 1-ci eynəyi (qadağa olunmuş əşyanı) Bakı səhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında yerləşən Qış parkının yanında müştəri ilə şəxsən görüşərək vermişdir. 2-ci eynək kameranı isə “Bolt” taksi sifariş edərək eyni ünvana, Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında yerləşən Qış parkının yanına müştəriyə göndərmişdir. Həmin şəxsin ad, soyadını xatırlamır. Qeyd etdiyi bu 4 qadağan olunmuş əşyanı müştərilərə çatdırdıqdan sonra, əşyaları satmağı ilə bağlı onlarla “spy.sale” səhifəsində apardığı yazışmaları silmişdir. 3-cü sifarişində 02 ədəd eynək satdığı müştəri ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsapp” proqramı vasitəsi ilə də danışmış, yazışmalar aparmışdır. Lakin həmin yazışmaları da telefonundan silmişdir. “İnstagram” sosial şəbəkəsində “spy.sale” səhifəsində qeyd olunan 4 əşya barədə yerləşdirdiyi elanlar durur. Hər 4 qadağan olunmuş əşya müştərilər tərəfindən əvvəlcədən səhifəsinə yazılaraq sifariş verilmiş, o da bundan sonra tamah məqsədi ilə həmin əşyaları qeyd etdiyi kimi internet vasitəsi ilə online qaydada sifariş edib kartından ödənişi etməklə ölkəyə gətirdib müştərilərə çatdırmışdır. Daha sonra əməlini səmimi etiraf edərək peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 302.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “İnstaqram” sosial şəbəkəsində “safakhanov” profili vardır, həmin profil vasitəsi ilə “İnstagram” sosial şəbəkəsindən istifadə edir. 2022-ci ilin mart ayında (tarixi dəqiq olaraq xatırlamır) “İnstaqram” sosial şəbəkəsində qeyd etdiyi profili ilə internet məlumatlarına, səhifələrə baxarkən, “spy.sale” səhifəsi qarşısına çıxmış və həmin səhifədə gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin, üzərində gizli balaca kiçik ölçülü kameralar quraşdırılmış müxtəlif əşyaların (saat, eynək və qol saatı və sair əşyalar) satışının həyata keçirilməsi və çatdırılması barədə elanları görmüşdür. Bundan sonra həmin səhifəyə yazaraq səhifəni işlədən şəxsin Təqsirləndirilən şəxs olduğunu, əlaqə nömrəsinin +99***-***-**-** olduğunu öyrənmişdir. Həmin şəxs ona məlumat olaraq kiçik ölçülü gizli kameralar quraşdırılmış müxtəlif əşyaların satışını həyata keçirdiyini, sifariş verərsə, məhsulun ona müəyyən vaxt çərçivəsində çatdırıldığını bildirmişdir. O da bundan sonra gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin satışının qadağan olunduğunu bildiyi üçün bu barədə könüllü olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məlumat vermişdir. Müraciətindən sonra Baş İdarənin əməkdaşları tərəfindən müəyyən tədbirlər görülmüş, həmin əməkdaşların nəzarəti altında o, istifadəsində olan ***-***-**-** saylı telefonla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefonla “Whatsapp” proqramı vasitəsi ilə 2022-ci ilin aprel ayının 6-dan başlayaraq 2022-ci ilin iyun ayının əvvəllərinə kimi mesajlaşmalar həyata keçirtmişdir. Belə ki, gizli kamera quraşdırılmış eynəklərin (eynək kamera) “spy.sale” səhifəsində elanını gördüyü üçün həmin elanın şəklini, eynəyin də şəklini çəkərək “Whatsapp” proqramında Təqsirləndirilən şəxs göndərmiş, 2 ədəd eynək istədiyini qeyd etmişdir. Ramil də “ALİEXPRESS.COM” saytı vasitəsi ilə həmin eynəkləri sifariş edəcəyini bildirmiş, cəmi 490 manat pul ödəyəcəyini demişdir. Ramil 2022-ci ilin aprel ayının 6-da “Whatsapp” proqramında özünə məxsus "xxxx"a aid “4169 7385 0997 3628” nömrəli, son istifadə müddəti 05/24 olan kartın şəklini ona göndərmişdir. O da 2022-ci ilin aprel ayının 9-da 490 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Bizim Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə həmin karta göndərmiş, Ramil də pulu qəbul etdiyini ona demişdir. Bundan sonra eynəyin birini 2022-ci ilin mayın 27-də, digərini isə 2022-ci ilin iyunun 8-də qəbul etmişdir. Belə ki, 1-ci eynəyi (qadağa olunmuş əşyanı) Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında yerləşən Qış parkının yanında Ramil ilə şəxsən görüşərək təhvil almışdır. İlk dəfə Ramili həmin vaxt canlı olaraq görmüşdür. 2-ci eynək kameranı isə Ramil “Bolt” taksi vasitəsi ilə ona, iş yerinin yerləşdiyi ünvana - Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında yerləşən Qış parkının yanına çatdırmışdır. O, taksidən eynəyi qəbul etmişdir. Hazırda həmin taksi sürücüsünü xatırlamır. Eynəklərini qəbul etdikdən sonra bu barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına məlumat vermiş, eynəkləri də təqdim etmişdir. O, Ramillə “Whatsapp” proqramında çoxsaylı yazışmalar həyata keçirtmiş, ondan şübhələnməməsi üçün yeni məhsulların sifarişi və qiymətləri ilə də maraqlanmışdır, hamısı yazışmalarda vardır, həmin “Whatsapp” yazışmaların sürətlərini ifadəsinə əlavə etmişdir. İş materiallarında olan: - “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən, bir mərətbəli binada yaşayan Təqsirləndirilən şəxs da iştirakı ilə yaşadığı qeyd olunan iki otaqdan ibarət mənzilə baxış keçirilmişdir. Baxış zamanı “Sony” markalı rəqəmsal tipli video kamera ilə video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs faktiki yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən evinə baxış və bu kimi prosessual hərəkətlərin keçirilməsi üçün ona Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı təqdim edilmiş, ona gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələri satıb-satmamasını, müsbət halda həmin texniki vasitələri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cavab olaraq hal-hazırda texniki vasitələrin olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbəli, iki otaqlı mənzilə daxil olunaraq özünün də iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı otaqlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir sübut aşkar edilməmişdir. Bununla belə, uşaq otağından, otağa giriş qapısından sol divarda olan masanın üzərində bir ədəd qara rəngli “Compag” markalı noutbuk iş üçün əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılmaqla götürülmüşdür (l cild, i.v.152-153); - “Diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı diskdə cəmi 01 ədəd “5326” saylı qovluğun olduğu, həmin qovluğun içərisində 14 ədəd faylın - “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “08.04”, “xx.xx.2021”, “xx.xx.2022”, “xx.xx.2022", “xx.xx.2021”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2021”, “26.05.202”, “xx.xx.2021”, “xx.xx.2022” başlıqlı fayllarının olduğu müəyyən edilmişdir. Qeyd olunan “xx.xx.2022" faylda 50 fotoşəkil, “xx.xx.2022" faylda 42 fotoşəkil, “xx.xx.2022” faylda 15 fotoşəkil, “08.04” faylda 28 fotoşəkil, “xx.xx.2021” faylda 12 fotoşəkil, “xx.xx.2022” faylda 28 fotoşəkil, “xx.xx.2022” faylda 32 fotoşəkil, “xx.xx.2021” faylda 14 fotoşəkil, “xx.xx.2022” faylda 27 fotoşəkil, “xx.xx.2022” faylda 42 fotoşəkil, “xx.xx.2021” faylda 12 fotoşəkil, “xx.xx.2021” faylda 12 fotoşəkil, “xx.xx.2021” faylda 12 fotoşəkil, “xx.xx.2022” faylda isə 28 fotoşəkil vardır. Həmin faylarda yerləşdirilmiş fotoşəkillərə baxış keçirilən zaman hər bir faylda faylın başlıq tarixinə uyğun olaraq həmin tarixlərdə Təqsirləndirilən şəxs tərəfindən bankomatlardan pul vəsaitinin nağdlaşdırıldığı müəyyən edilmişdir. Fotoşəkillərdə bankomatın qarşısında pul vəsaiti çıxardan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmçinin, baxışda iştirak edən Təqsirləndirilən şəxs da hər bir fayl üzrə fotoşəkillərə baxaraq bankomatın qarşısında pul vəsaiti çıxardan şəxsin, yəni fotoşəkillərdə düşən şəxsin özü olduğunu təsdiq edərək bildirmişdir ki, göstərilən, qeyd olunan tarixlərdə özünə məxsus, "xxxx" ASC-yə aid olan, “4169 7385 0997 3628” nömrəli, son istifadə müddəti 05/24 olan “Birkart Umico” kartı vasitəsi ilə müxtəlif bankomatlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini nağdlaşdıraraq çıxartmışdır (l cild, i.v.162-163); - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş, həmin bankın müştərisi Təqsirləndirilən şəxs “4169 7385 0997 3628” nömrəli kart hesabının xx.xx.2021xx.xx.2022-ci illəri əhatə edən “Birkart Umico” kartı üzrə çıxarışlarından görünür ki, qeyd olunan kart hesabından 10 noyabr 2021-ci il tarixdə «ALİEXPRESS» saytı üçün 44,62 ABŞ dolları məbləğində əməliyyat icra edilmiş, hesabın valyutasında 76,26 AZN pul vəsaiti kartdan məxaric edilmişdir. 04 fevral 2022-ci il tarixdə isə «ALİEXPRESS» saytı üçün 69,47 ABŞ dolları məbləğində əməliyyat icra edilmiş, hesabın valyutasında 118,45 AZN pul vəsaiti kartdan məxaric edilmişdir. Həmin tarixdə «ALİEXPRESS» saytı üçün 21,56 ABŞ dolları məbləğində əməliyyat icra edilmiş, hesabın valyutasında 36,76 AZN pul vəsati kartdan məxaric edilmişdir. Həmin tarixdə «ALİEXPRESS» saytı üçün 140,25 ABŞ dolları məbləğində əməliyyat icra edilmiş, hesabın valyutasında 239,13 AZN pul vəsaiti kartdan məxaric edilmişdir (l cild, i.v.36-127); - 01 ədəd terminal ödəniş qəbzinin sürətindən görünür ki, 09 aprel 2022-ci il tarixdə saat 13:29-da Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Bizim Market”də yerləşdirilmiş “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “4169 7385 0997 3628” nömrəli debet kartın “********************” hesab nömrəsinə 490 manat pul vəsaiti köçürülmüşdür (l cild, i.v.32); - “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus 01 ədəd qara rəngli “Compag” markalı noutbuka baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin noutbuk vasitəsi ilə Təqsirləndirilən şəxs «ALİEXPRESS» alış-veriş internet platformasında “mailto:tajirgah@gmail.comElektron ünvan ” email ünvanı ilə və "Money666" parolu ilə qeydiyyatdan keçmiş, hesab yaratmış, cinayət tərkibi yaratmayan məişət əşyalarını, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən müxtəlif texniki vasitələri sifariş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs «ALİEXPRESS» alış-veriş internet platformasında qeydiyyatdan keçməklə 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayınadək gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən, satış qiyməti 35.09 ABŞ dolları təşkil edən Çin istehsallı, qara rəngli (32GB yaddaş) “Full HD 1080P X2 Camera Watch” gizli kiçik kamera quraşdırılmış qol saatı, hər birinin satış qiyməti 34.90 ABŞ dolları təşkil edən Çin istehsallı, qara rəngli “1080P HD X1 Cam Camera” - gizli kiçik kamera quraşdırılmış 2 ədəd eynək (müxtəlif vaxtlarda), satış qiyməti 19,80 ABŞ dolları təşkil edən Çin istehsallı, qara rəngli “Wifi Mini camera FULL HD 4K video camcorder shirt button small P2P/AP” - gizli kiçik kamera quraşdırılmış düymə kamera, ümumilikdə 04 ədəd 03 adda texniki vasitəni satış məqsədi ilə sifariş etdiyi müəyyən olunmuşdur. Baxış zamanı həmin qeyd olunan 04 ədəd xüsusi texniki vasitənin sifariş edilməsini təsdiq edən «ALİEXPRESS» alış-veriş internet platformasındakı səhifələr kompüter vasitəsi ilə printçap edilərək baxış protokoluna əlavə edilmişdir. Təqsirləndirilən şəxs “ALİEXPRESS'' alışveriş internet platformasında hesabına baxış keçirilən zaman həmçinin, çoxlu sayda həm kişi, həm xanımlar üçün geyim əşyaları, xanımlar üçün bəzək əşyaları, mobil telefonlar üçün nəzərdə tutulmuş adapter, USB naqilləri, maşın diaqnostikası üçün nəzərdə tutulmuş müxtəlif əşyalar, smart saatlar, adi saatlar, üz maskaları və bu kimi digər komuflaj olunmuş xüsusi texnikaların, o cümlədən sekshop alətləri (pompa, süni penis protes, vibrator və sair) bu kimi məhsulların sifariş edildiyi aşkar edilmişdir (l cild, i.v.165-172); - “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsində yaratdığı “Tajirgah” alış-veriş ticarət səhifəsinə (səhifənin parolu - Nuray666) baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin səhifə 2016-cı il tarixdə yaradılmışdır, hazırda 14.4B izləyicisi vardır. Həmin səhifədə 12,9B paylaşım edilmişdir. 2016-cı il tarixdən 2022-ci ilin aprel ayının 23-nə kimi həmin səhifədə çoxlu sayda həm kişi, həm xanımlar üçün geyim əşyaları, xanımlar üçün müxtəlif növ zinət-bəzək əşyaları, uşaq oyuncaqları, idman alətləri, işıq fənərləri, mobil telefonlar üçün nəzərdə tutulmuş adapter, USB naqilləri, maşın diaqnostikası üçün nəzərdə tutulmuş müxtəlif əşyalar, smart saatlar, adi saatlar, qulaqcıqlar, eynəklər, xanımlar üçün lazer aparatı, elektron qıfıllar, müxtəlif növ çantalar, kosmetik əşyalar, üz maskaları və bu kimi digər xüsusi texnikaların satışı ilə bağlı şəkilli elanların və videoroliklərin yerləşdirildiyi müəyyən edilmişdir. Səhifənin mesaj bölməsində qeyd olunan müxtəlif növ məhsulların sifarişi ilə əlaqədar müxtəlif insanlar tərəfindən yazılmış mesajlardan başqa, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir yazışma müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs "İnstaqram" sosial şəbəkəsində yaratdığı “spy.sale” alış-veriş ticarət səhifəsinə (səhifənin parolu - Rg**********) baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin səhifə 2021-ci ilin iyul ayında yaradılmışdır, hazırda 1.511 izləyicisi vardır. Həmin səhifədə 110 paylaşım edilmişdir. 2021-cı ilin iyul ayından 2022-ci ilin iyun ayının 5-nə kimi həmin səhifədə çoxlu sayda gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən müxtəlif texniki vasitələrin, eləcə də cinayət tərkibi yaratmayan, müxtəlif növ kameraların satışı ilə bağlı şəkilli elanların və videoroliklərin yerləşdirildiyi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs satış elanlarının içərisindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən, satış qiyməti 35.09 ABŞ dolları təşkil edən Çin istehsallı, qara rəngli (32GB yaddaş) “Full HD 1080P X2 Camera Watch”, Çin istehsallı, “X3 Watch” markalı qol saatı (adapteri ilə birlikdə), satış qiyməti 34.90 ABŞ dolları təşkil edən Çin istehsallı, qara rəngli “1080P HD X1 Cam Camera” eynək, satış qiyməıti 19,80 ABŞ dolları təşkil edən Çin istehsallı, qara rəngli “Wifi Mini camera FULL HD 4K video camcorder shirt button small P2P/AP” düymə kamera, ümumilikdə 4 ədəd texniki vasitəninin satış məqsədi ilə yerləşdirdiyi elanı (2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayınadək) göstərərək bildirmişdir ki, yalnız qeyd olunan 04 ədəd texniki vasitənin «ALİEXPRESS» alış-veriş internet platformasında sifarişini edərək “spy.sale” səhifəsində satışını həyata keçirtmişdir. Səhifənin mesaj bölməsində qeyd olunan məhsulların sifarişi ilə əlaqədar müştərilər tərəfindən ona yazılmış bütün mesajları sifarişi çatdırandan sonra silmişdir (l cild, i.v.173-190); - “Whatsapp” proqramı vasitəsi ilə aparılmış yazışmaların surətindən görünür ki, “Whatsapp” proqramı vasitəsi ilə aparılmış yazışmalar Təqsirləndirilən şəxs ilə Şahid arasında aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefonun “Whatsapp” proqramında həmin mesajları Şahid istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə yazmışdır. Şahid Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının 6-da yazmışdır, gizli kamera quraşdırılmış eynək barədə “İnstaqram” sosial şəbəkəsində “spy.sale” səhifəsində yerləşdirilmiş elanın şəklini Ramilə göndərmiş, həmin məhsulu sifariş etmişdir, məhsulun gəlmə vaxtı, ödənişi barədə maraqlanmışdır. Ramil də öz növbəsində Şahid yazaraq məhsulu sifariş edə biləcəyini, ödənişin kartdan-karta və ya “milliön” aparatı ilə edilə biləcəyini demiş, özünə məxsus “4169 7385 0997 3628” nömrəli, son istifadə müddəti 05/24 olan "xxxx"a məxsus kartın şəklini Səfaya göndərmiş, “milliön” ödəmə terminalı vasitəsi ilə pulu karta köçürtməyin prosedurunu izah etmişdir. Təqsirləndirilən şəxs onun aldanılacağı, pulunun ələ keçiriləcəyi barədə narahatçılığını görüb inanmasını, məhsulu tam etibarlı şəkildə çatdıracağını bildirmiş, əlaqə nömrəsini, səhifəsinin bəlli olduğunu qeyd etmişdir. Eyni zamanda Ramil şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun şəkillərini də ona inanması üçün Səfaya göndərmişdir. Səfa da 2022-ci ilin aprel ayının 9-da iki ədəd eynəyə görə ona 490 manat pul köçürtmüşdür, bu barədə qəbzi də göndərmişdir. Daha sonrakı yazışmalarda Şahid eynəklərin gəlib-gəlməməsi barədə məlumatlar soruşmuş, Ramil də narahat olmamasını, sifarişlər gələn kimi çatdırılacağını bildirmişdir. Bundan sonra Səfa mesajlardan göründüyü kimi Ramilə 2022-ci ilin may ayında olduğu ünvanın yerini göndərmişdir, Ramil də onunla dediyi ünvanda şəxsən görüşərək 1-ci gəlmiş kamera quraşdırılmış eynəyi təqdim etmişdir. Daha sonra isə Səfa artıq digər başqa xüsusi texniki vasitə olan kamera quraşdırılmış əşyalarla maraqlanmışdır, Ramil də bu barədə məlumatlar verərək şəkillər atmışdır. Təqsirləndirilən şəxs 2-ci gizli kamerası olan eynəyi isə 2022-ci ilin iyun ayırda taksi sifariş edərək Şahid çatdırmışdır. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsindən 14 iyul 2022-ci il tarixli xidməti məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı nəzarət qaydasında mal alma əməliyyat tədbiri nəticəsində əldə edilmiş, üzərində gizli kamera quraşdırılmış eynəyin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə olubolmamasına dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizliy Xidmətinə ünvanlanmış sorğuya əsasən, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2022-ci il tarixli, 24/1675 nömrəli məktubla müvafiq cavab göndərilmişdir. Həmin məktubda, qeyd olunan kameralı eynəyin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə kimi istifadə edilə biləcəyi və “Mülki dövriyyəsinin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci bəndinə əsasən “Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr”ə aid edildiyi bildirilmişdir. Həmçinin, qeyd olunan xidməti məktuba əlavə edilmiş, Təqsirləndirilən şəxs “ALİEXPRESS.COM” Online alış-veriş saytında açdığı hesabında gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin sifariş edilməsi barədə əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs «ALİEXPRESS» alışveriş internet platformasında qeydiyyatdan keçməklə 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayınadək gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş, satış qiyməti 35.09 ABŞ dolları təşkil edən Çin istehsallı, qara rəngli (32GB yaddaş) “Full HD 1080P X2 Camera Watch” - gizli kiçik kamera quraşdırılmış qol saatı, hər birinin satış qiyməti 34.90 ABŞ dolları təşkil edən Çin istehsallı, qara rəngli “1080P HD X1 Cam Camera” - gizli kiçik kamera quraşdırılmış 2 ədəd eynək, satış qiyməti 19,80 ABŞ dolları təşkil edən Çin istehsallı, qara rəngli “Wifi Mini camera FULL HD 4K video camcorder shırt button small P2P/AP” - gizli kiçik kamera quraşdırılmış düymə kamera, ümumilikdə 4 ədəd 3 adda texniki vasitəni satış məqsədi ilə qeyd olunan «ALİEXPRESS» saytından sifariş etmiş, daha sonra texniki vasitələri poçt şöbəsindən götürməklə müştərilərə satmışdır (l cild, i.v.249-268); - “Valyuta kursuna baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının fəaliyyət göstərən “https://www.cbar.az” rəsmi internet saytına baxış keçirilmiş, baxış zamanı 2021-ci ilin noyabr və dekabr aylarında, eləcə də 2022-ci ilin fevral və mart aylarında 01 ABŞ dollarının 1.70 Azərbaycan manatı təşkil etdiyi müəyyən edilmişdir (ll cild, i.v.9); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (ll cild, i.v.64-66); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/819-9/5112 №-li ekspert rəyinə əsasən təqdim edilmiş iki ədəd qara rəngli kamera ilə təchiz olunmuş eynəklər video və foto çəkiliş aparılması üçün nəzərdə tutulmuş cihazlardırlar, təqdim edilmiş iki ədəd qara rəngli kamera ilə təchiz olunmuş eynəklər hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdırlar. Ekspertiza tədqiqatına təqdim olunmuş qara rəngli kamera ilə təchiz olunmuş eynəyin internet saytları məlumatlarına əsasən 01 ədədinin orta qiyməti təxminən 78,00 manat, 02 ədədinin qiyməti isə 156,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir (ll cild, i.v.72-74); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, baxış və götürmə aparılması zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd “CD” disk, "xxxx" ASC tərəfindən təqdim edilmiş 01 ədəd “CD” disk “İnstagram” sosial şəbəkəsi və “Whatsapp” proqramından əldə edilmiş yazışma mətnləri, “ALİEXPRESS” alış-veriş internet platformasında “Elektron ünvan email ünvanı ilə yaradılmış hesabdan, eyni zamanda “İnstagram” sosial şəbəkəsində fəaliyyət göstərən “Tajirgah” və “spy.sale” səhifələrindən əldə edilmiş mühüm məlumatların əks olunduğu sənədlər və protokollara əlavə edilmiş şəkillər, pul vəsaitinin köçürülməsini təsdiq edən 01 ədəd terminal ödəniş qəbzi, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid bank hesabından çıxarışlar maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmiş və gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə - 2 ədəd gizli kamera quraşdırılmış eynək maddi sübut hesab edilərək Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat Təminatı İdarəsində saxlanılmışdır (ll cild i.v.13-31); - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himəyəsində xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı var (ll cildd, i.v.3); - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin 29 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (ll cild, i.v.69); Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə əsasən Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə - iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 302.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, baxış və götürmə aparılması zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd “CD” disk, "xxxx" ASC tərəfindən təqdim edilmiş 01 ədəd “CD” disk, “İnstagram” sosial şəbəkəsi və “Whatsapp” proqramından əldə edilmiş yazışma mətnləri, “ALİEXPRESS” alış-veriş internet platformasında “Elektron ünvan email ünvanı ilə yaradılmış hesabdan, eyni zamanda “İnstagram” sosial şəbəkəsində fəaliyyət göstərən “Tajirgah” və “spy.sale” səhifələrindən əldə edilmiş mühüm məlumatların əks olunduğu sənədlər və protokollara əlavə edilmiş şəkillər, pul vəsaitinin köçürülməsini təsdiq edən 01 ədəd terminal ödəniş qəbzi, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid bank hesabından çıxarışlar maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat Təminatı İdarəsində saxlanılan iş üzrə maddi sübut gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə - 2 ədəd gizli kamera quraşdırılmış eynək hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil verilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat Təminatı İdarəsində saxlanılan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə - 02 ədəd gizli kamera quraşdırılmış eynək hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk, “İnstagram” sosial şəbəkəsi və “Whatsapp” proqramından əldə edilmiş yazışma mətnləri, “ALİEXPRESS” alış-veriş internet platformasında “Elektron ünvan email ünvanı ilə yaradılmış hesabdan, eyni zamanda “İnstagram” sosial şəbəkəsində fəaliyyət göstərən “Tajirgah” və “spy.sale” səhifələrindən əldə edilmiş mühüm məlumatların əks olunduğu sənədlər və protokollara əlavə edilmiş şəkillər, pul vəsaitinin köçürülməsini təsdiq edən 01 ədəd terminal ödəniş qəbzi, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid bank hesabından çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-386/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-386/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver