Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-387/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Əizadə oğlunun iştirakları ilə xx.xx.1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev 04-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əizadə oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Əizadə oğlu özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 18 mart 2021-ci il tarixdə, saat 02:30 radələrində tanışı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən meyvə-tərəvəz satışı xidməti ilə məşğul olan mağazanın giriş qapısının nasaz olmasından istifadə edərək içəriyə qanunsuz daxil olub oradan 1 kiloqramının qiyməti 11 manat təşkil edən 82,50 manat dəyərində 7,5 kiloqram çəkidə «Zaqatala» növündə olan qoz ləpəsini, 1 kiloqramının qiyməti 9 manat təşkil edən 90 manat dəyərində 10 kiloqram çəkidə «Ukranya» növündə olan qoz ləpəsini, 1 kiloqramının qiyməti 15 manat təşkil edən 45 manat dəyərində 3 kiloqram çəkidə qovrulmuş fındıq ləpəsini, 1 kiloqramının qiyməti 16 manat təşkil edən 144 manat dəyərində 9 kiloqram çəkidə «Zaqatala» növündə olan fındıq ləpəsini, 1 kiloqramı 15 manat təşkil edən 105 manat dəyərində 7 kiloqram çəkidə «Qax» növündə olan fındıq ləpəsini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 466,50 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutunun Xəstəlik tarixindən ******* saylı ölüm epikrizi və Ölüm haqqında tibbi şəhadətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs Əizadə oğlu “ağciyərlərin iki tərəfli pnevmoniyası” diaqnozu ilə 19-21 iyun 2021-ci il tarixlərində həmin müəssisədə stasionar müalicədə olmuş, iyun ayının 21-i, saat 04:50-də orada kəskin ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. Məhkəmənin hazırlıq iclası dövründə Təqsirləndirilən şəxs Əizadə oğlu öldüyündən və müəyyən edilmiş prosessual müddət ərzində onun hüquqi varisi qismində tanınması barədə müvafiq istək daxil olmadığından, eyni zamanda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında müdafiəçinin razılığı olduğundan, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Qeyd olunan Məcəllənin 106-1.4-cü maddəsinə görə ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Qeyd olunanlarla yanaşı Təqsirləndirilən şəxs Əizadə oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən qüvvədən düşmüş sayılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 300-cü və 305-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Əizadə oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs Əizadə oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-387/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-387/2021
06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver