Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-387/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, ev 21B-də qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 0,632 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyun 2024-cü il tarixdə saat 10:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2Pİnin 19-cu PŞ-nin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,632 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. Əvvəllər dəfələrlə məhkum olunmuş və sonuncu dəfə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. O, 12 iyun 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri ərazisində “Xutor” adlanan yerdə olan zaman adını və anket məlumatlarını bilmədiyi, sadəcə üzdən tanıdığı şəxsə yaxınlaşaraq ona şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin satmasını xahiş etmiş, həmin şəxs də etiraz etmədən 18 manat pul müqabilində ona 01 ədəd bükümdə psixotrop maddə metamfetamin satmışdır. O, həmin 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə əynindəki cins şalvarın sağ yan cibinə qoyub üzərində saxlamış, həmin tarixdə təxminən saat 10:30 radələrində yaşadığı evin yaxınlığında, yəni Nəsimi rayonu 20 Yanvar küçəsi 19 B ünvanın qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və özünü təqdim etməsini xahiş etmişlər. O, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra, polis əməkdaşları onun qanunsuz olaraq nakotik vasitələr əldə etməkdə, üzərində saxlamaqla daşımaqda və istifadə etməkdə şübhəli olduğunu deyərək onu Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 19-cu PŞ-nin inzibati binasına getmiş, daha sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, nədə şübhəli olduğu bildirilmişdir. O, orta məktəbi rus sektorunda oxuduğuna görə Polis şöbəsində əvvəlcə təhqiqatçı tərəfindən tərcüməçi dəvət olunmuş, bundan sonra ona vəkillər siyahısı təqdim olunmuş və hüquqlarının müdafiə edilməsi üçün istədiyi vəkili seçməsi təklif olunmuşdur. O isə ərizə yazaraq maddi imkanı olmadığını bildirmiş və istənilən bir vəkilin dövlət hesabına onun müdafiəçisi qismində dəvət edilməsini xahiş etmişdir. Bundan sonra onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi Polis şöbəsinə dəvət olunmuşdur. Müdafiəçinin iştirakı təmin olunduqdan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman videoçəkiliş aparılması üçün Polis şöbəsinə mütəxəssis dəvət olunmuşdur. Beləliklə, ona hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçinin, mütəxəssisin, tərcüməçinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt o, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin nədən ibarət olması və haradan əldə etməsi barədə təhqiqatçı tərəfindən ona suallar verilən zaman səmimi etiraf edərək, təqdim etdiyi həmin 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 12 iyun 2024-cü il tarixdə “Xutor” adlanan yerdən öz şəxsi istifadəsi üçün 18 manata aldığını bildirmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 12 iyun 2024-cü il tarixdə “Roman” adlı şəxsin ünvan 5 ünvanında narkotik vasitələr əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə əməliyyat məlumatı daxil olmuş, keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra həmin məlumat Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili Seymur İsmayılov tərəfindən raportla 19-cu Polis şöbəsinin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri Seymur İsmayılov və üzvü o olmaqla qərar qəbul olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri Seymur İsmayılov və üzvü ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 10:30-da Seymur İsmayılovla birlikdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Nəsimi rayonu 20 Yanvar küçəsi 19 B saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələr əldə etməkdə, istifadə etməkdə, üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs dəvət edib Polis şöbəsinə aparmışlar. Polis şöbəsinə getdikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı Elvin Qənizadə tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosundan vəkil dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxsın üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin aparılmasının videoçəkilişini təmin etmək üçün mütəxəssis dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin, tərcüməçinin, mütəxəssisin, onun və Seymur İsmayılovun iştirakı ilə təhqiqatçı Elvin Qənizadə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Elvin Qənizadə tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin nədən ibarət olması və haradan əldə etməsi barədə təhqiqatçı tərəfindən suallar verildikdə, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 12 iyun 2024-cü il tarixdə “Xutor” adlanan yerdən öz şəxsi istifadəsi üçün 18 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. (i/v 38-39, 118-122). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Elvin Qənizadə tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili X2 və əməliyyat müvəkkili X5, mütəxəssis X6, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, həmin tarixdə saat 12:00 dəqiqədən saat 12:35 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin, tərcüməçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngli sqaret kağızında olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə sual edilmiş, sonuncu üzərində başqa hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməsi bildirildikdə, sonuncu həmin bükümdə narkotik maddə olduğunu, həmin maddəni Xutor adlanan yerdə tanımadığı şəxsdən 18 manata öz istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan sonra həmin qızılı rəngli siqaret kağızına bükülü ağ rəngli kristal formasında olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi iştirakçılara bildirilmişdir. Daha sonra içərisində psixotrop maddəyə bənzər maddə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş “187” nömrəli möhürü ilə möhürlənmiş və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən PŞ-nə aparılan zaman və PŞ-də olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılığın olmadığını bildirmişdir. Protokol tərtib olunması üçün video çəkliş müvəqqəti olaraq dayandırılmışdır. Şəxsi axtarış və götürmə otaqda süni işıqlandırma şəraitində aparılmışdır. Tərtib olunmuş protokol iştirakçılara və şübhəli şəxs Təqsirləndirilən şəxs ucadan oxunmuş, tərtib olunmuş protokola dair hər hansı bir şikayət və ya vəsatət daxil olmamış və protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video çəkilişin əks olunduğu 01 ədəd DVD diski protokola əlavə edilmişdir. (i/v 61-64). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı xx.xx.2024-cü il tarixli, şəxsi axtarış və götürmə haqqında barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/3245 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 187” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,632 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i/v 71-74). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i/v 123-124). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 noyabr 2021 -ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. (i/v 135-137). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4260 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 150-151). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,632 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və qalıq qalan – 0,582 qramının saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (i/v 154-162). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təqdim edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, ilkin çəkisi 0,632 qram olmuş və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,582 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-387/2024 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təqdim edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yuyeviçə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Yuyeviçdən 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ümumi təmiz çəkisi 0,632 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,582 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-387/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-387/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver