Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-387/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Beyləqan rayonunun İ Şahsevən kəndində anadan olmuş, evli, azərbaycanlı, AR vətəndaşı, orta təhsilli, taksi sürücüsü işləyən, məhkumluğu olmayan. Beyləqan rayonu, Əmirzeyidli kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib 5000 manat pul müqabilində sonuncunun adının hərbi qulluqçuların mənzil təminatı üzrə siyahısında önə çəkilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 25 sentyabr 2024-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti 96 ünvanının qarşısında Zərərçəkmiş şəxs 5000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir il olar ki, «AAHM 2002 məzunları» WhatsApp qrupunda tanış olmuş, onunla mehriban və səmimi münasibətləri yaranmışdır. Uzun müddət kirayədə yaşaması, himayəsində azyaşlı övladlarının olması səbəbindən maddi çətinlik ucbatından pula ehtiyacı yarandığından milli ordu sıralarından təxris olmuş tanışı Zərərçəkmiş şəxs hərbi quluqçuların mənzil təminatı üzrə siyahıda olduğunu bilərək guya mənzil təminatı şöbəsində tanışının olduğu və 5.000 manat qarşılığında həmin tanışının vasitəsilə onun adının siyahıda önə çəkilməsi, 2025-ci ilin yanvar ayına kimi 4 otaqlı mənzillə təmin olunmasına köməklik edəcəyinə yalandan vəd verərərk 25 sentyabr 2024-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 96 ünvanın qarşısında ondan 5000 manat məbləğində pul almışdır. Həmin məbləğdə pulu özünün şəxsi məsrəflərinə xərcləmiş və hər dəfə Məmməd ev barədə soruşduqda ona yaxın günlərdə evin veriləcəyi, hətta özünün guya hərbi qulluqçu olaraq ona verildiyi Xocasən qəsəbəsindəki yeni tikilinin orta girişində özü ilə qonşuluqda ev veriləcəyinə inandırmışdır. İbtidai istintaq zamanı həmin puldan 1000 manat və məhkəmə istintaqı zamanı isə qalan məbləği zərər çəkmiş şəxsə geri qaytarmışdır. Daha sonra törətdiyi əməldən peşman olmasını və dəymiş zərəri ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 1995-ci ilə qədər Bakı şəhəri, Səbail rayonunda yerləşən 190 nömrəli orta məktəbdə oxumuşdur. Həmin ildən 1998-ci il tarixədək orta təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir. 1998-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2002-ci il tarixdə həmin məktəbin Raket artilleriyası silahlarının “İstismarı və Təmiri” ixtisasını bitirmişdir. 2002-2023-cii illərdə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində təlimləşdirmə kursu keçmiş, 2002-2007-ci illərdə Ağcabədi rayonu N nömrəli hərbi hissədə, 2007-2011-ci illərdə Beyləqan rayonu N nömrəli hərbi hissədə, 2011-2016cı illərdə Tovuz rayonu N nömrəli hərbi hissədə düşmənlə birbaşa təmas xəttində 13 il xidmət etmişdir. 2016-2024-cü illərdə N nömrəli hərbi hissənin (hərbi nümayəndəlik) komandiri (rəisi) vəzifəsində xidmət etmiş, 2024-cü ilin yanvar ayının 7-də Ordu sıralarından ehtiyata buraxılmışdır. Polkovnik-leytenant hərbi rütbəsində İ dərəcəli məxfiçilik dərəcəsinə malikdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90-100 illiyi (1918-2008-2018)” Yubiley Medalı, “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli Medalları ilə təltif edilmişdir. Hərbi qulluqçuların mənzil təminatı üzrə siyahıda 2018-ci il ildən olmalı olduğu halda 2024-cü ildə qeydiyyata götürülmüşdür. Azərbaycan Ali Hərbi Məktəbin məzunu olduğundan, eyni ilin məzunları olan «WhatsApp» sosial şəbəkədə «AAHM2002 məzunları» adlı qrupun üzvüdür. Həmin qruda Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla xoş ünsiyyəti yaranmışdır. Onunla danışan zaman Təqsirləndirilən şəxs mənzil təminatı üzrə tərtib edilmiş siyahı üzrə adların önə çəkilməsi məsələsi ilə məşğul olduğunu demişdir. Həmin vaxt ona mənzil şəraiti ilə bağlı probleminin olmasını, özünün də mənzil təminatı üzrə olan siyahıda adının olmasını ona bildirmişdir. Təqsirləndirilən şəxs bu məsələ ilə bağlı ona köməklik edə biləcəyini bildirərək məsələnin həlli üçün, yəni siyahıda önə çəkilməyi üçün sənədlərini və 5000 manat pulu ondan istəmiş və onu öz buraxılışlarının siyahısına yazdırması üçün guya “Xüsusi şöbənin rəisinə verəcəyini” demişdir. Onun dediyi şərtlərlə razılaşaraq xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 96 ünvanının qarşısında ilk dəfə Təqsirləndirilən şəxsla görüşmüş və 5.000 manat pulu bankomatdan bir neçə dəfəyə məxaric edərək ona vermişdir. Görüş zamanı Təqsirləndirilən şəxs bir daha onu əmin etmişdir ki, tanışlarının vasitəsi ilə mənzil təminatı üzrə tərtib edilmiş siyahı üzrə adının önə çəkilməsi məsələsi ilə bağlı ona köməklik edəcəkdir. Hətta Təqsirləndirilən şəxs ona bildirmişdir ki, özü də həmin siyahı üzrə Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən 7 saylı binada yaşayır və ona köməklik etdikdən sonra onu da məhz həmin binada özünün qonşuluğunda olan mənzillə təmin etdirəcəkdir. Bundan sonra Təqsirləndirilən şəxsla dəfələrlə telefon əlaqəsi saxlamış və o, vəd verdiyi məsələ ilə məşğul olduğunu, hətta siyahı üzrə adının 87-ci sıraya yazıldığını demişdir. Onunla dəfələrlə bu məzmunda danışıqlar aparmış, «WhatsApp» yazışmalarında 5000 manat məbləğində pulu almasını inkar etməmişdir. Bir müddət əvvəl internet şəbəkəsində olan sayt vasitəsi ilə siyahıda olan mənzil növbəsi ilə maraqlandıqda həmin siyahı üzrə 3365-ci sırada olduğu ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək aldatdığını anlayıb bu barədə şikayət etmək qərarına gəlmişdir. Daha sonra ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.74-75); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.98-99); - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” və “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin X2 azad edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.109-110); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.130-131); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.133-134); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin MSY-ə təhvil verilmişdir (i.v.138); - “Cinayət işi üzrə icraatın təzələnməsi, icraata qəbul olunması haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v.140-141); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və saxlandığı MSYdən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən azad edimişdir (i.v.155-156); - “Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır (i.v.160-161); - “Cinayət təqibi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir (i.v.165-166); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 96 ünvanının qarşısıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.41-45); - “CD diskə və sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən hərbi qulluqçuların mənzil təminatı üzrə siyahıda adının önə çəkilməsi və mənzillə təmin ediləcəyini vəd verib aldatmaqla 5.000 manat məbləğində pulunu alıb ələ keçirməsini təsdiq edən, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 2024-cü ilin sentyabr ayında aparılmış “WhatsApp” yazışmaların, eləcə də Təqsirləndirilən şəxs tərəfindən vəd verdiyi evlə bağlı Zərərçəkmiş şəxs ona göndərilməsini istədiyi özünə və ailə üzvlərinə aid sənədlərin, həmçinin Təqsirləndirilən şəxs verilmiş 5.000 manat pulun 25.09.24-cü il tarixdə saat 10:37-10:39 dəqiqə ərzində kart hesabından “Milliön" Elektron aparatı vasitəsilə hər dəfə 1000 manat olmaqla 5 dəfəyə 5.000 manat məbləğində pulun məxaric edilməsini təsdiq edən, “A4” formatlı vərəqlərə köçürülmüş sənədlərin kserosurətləri, aralarında aparılmış telefon danışıqlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs neçə otaq istəməsini soruşması, mənzillə bağlı danışıq apardığı şəxsə pulun çatdırılmalı olduğu, həmin şəxsə onun üçün 4 otaq deməsi, Məmməd üçün Xocasəndə, üzü parka baxan, orta, qəşəng binadan özünün yaşadığı mənzillə qonşuluğa düşməsini həll edəcəyi, ilin yekununa kimi bu işin yekunlaşmasını, 5.000 manatın Məmməd tərəfindən onun kart hesabına göndərilməsini istəməsi, çekini özündə saxlaması, həmin pulu müəllimin kartına göndərəcəyi, yanvarın 10-dan 15-nə Məmmədə evin veriləcəyi barədə vədləri, eləcə də 5.000 manatın bank kartından məxaric olunduğunu təsdiq edən kifayət qədər faktların olduğu təsdiq olunmuşdur (i.v.84-85); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə söyləmiş və sonuncu tərəfindən hərbi qulluqçuların mənzil təminatı üzrə siyahıda adının önə çəkilməsi və mənzillə təmin ediləcəyini vəd verib aldatmaqla 5.000 manat məbləğində pulunu alıb ələ keçirdiyini təsdiq etmişdir (i.v.95-97); - “Maddi ziyanın ödənilməsi haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməsi üçün 1000 (bir min) manat məbləğində pul Nəsimi RPİ-nin İŞ-nə təqdim edilmişdir (i.v.154); - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hərbi qulluqçuların mənzil təminatı üzrə siyahıda adının önə çəkilməsi və mənzillə təmin ediləcəyini vəd verib aldatmaqla 5.000 manat məbləğində pulunu alıb ələ keçirməsini təsdiq edən, zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 2024-cü ilin sentyabr ayında aparılmış “WhathApp”yazışmalarının, eləcə də Təqsirləndirilən şəxs tərəfindən vəd verdiyi evlə bağlı Zərərçəkmiş şəxs ona göndərilməsini istədiyi özünə və ailə üzvlərinə aid sənədlərin, həmçinin Təqsirləndirilən şəxs verilmiş 5.000 manat pulun 25.09.24-cü il tarixdə saat 10:37-10:39 dəqiqə ərzində kart hesabından “MilliÖn” Elektron aparatı vasitəsilə hər dəfə 1000 manat olmaqla 5 dəfəyə 5.000 manat məbləğində pulun məxaric edilməsini təsdiq edən, “A4” formatlı vərəqlərə köçürülmüş 18 vərəqədən ibarət sənədlərin kserosurətləri, həmçinin həmin faktı təsdiq edən aralarında aparılmış telefon danışıqlarının köçürüldüyü 01 ədəd CD disk iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış, 18 vərəqədən ibarət A4 vərəqə üzərinə fotokopiya edilmiş sənədlərin surətləri, həmçinin 01 ədəd CD disk istintaq materiallarında saxlanılmışdır (i.v.169-178); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Cəfərov X1 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Beyləqan rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli 01/2015 il nömrəli arayışına əsasən təyin olunmuş cəzanı çəkib qurtarmışdır. Bakı şəhəri Binəqədi RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir (i.v.115-116); - “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı İlkin İsmayılovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (i.v.118- 121); - Qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixində 1.500 manat, xx.xx.2025-ci il tarixində 500 manat, xx.xx.2025-ci il tarixində 500 manat ödənilmişdir (i.v.85). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə və zərər çəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunun tələbindən də göründüyü kimi Təqsirləndirilən şəxs əvvəl bir dəfə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edildiyi üçün hazırkı halda onun zərər çəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad olunmasına imkan vermir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını, dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsnın əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət 16 (on altı) gün islah işləri cəzasına bərabər tutulmalı, 16 (on altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 18 vərəqədən ibarət A4 vərəqə üzərinə fotokopiya edilmiş sənədlərin surətləri, həmçinin 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 396 (üç yüz doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 44, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət 16 (on altı) gün islah işləri cəzasına bərabər tutularaq, həmin müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 18 vərəqədən ibarət A4 vərəqə üzərinə fotokopiya edilmiş sənədlərin surətləri, həmçinin 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 396 (üç yüz doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-387/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-387/2025
20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver