Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-388/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil X6, “Ekol” Vəkil Bürosunun vəkilləri X9, X7 və X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 29, mənzil 207 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.1994-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" ASC-də xətt baxıcısı işləyən, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, Sambo idman növü üzrə məşqçi işləyən, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 06 may 2023-cü il tarixdə saat 00:45 radələrində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 5 ünvanda yerləşən “Salxım” kafesində olan zaman digər masada əyləşmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs4 qol güləşi etməsi və sonuncunun məğlub olması səbəbindən Zərərçəkmiş şəxs1 ilə aralarında səbəbsiz yerə sözlü mübahisə yaradıb Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, Zərərçəkmiş şəxs1kı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan ilkin olaraq Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 zor təbiq edib qəsdən üz nahiyəsindən yumruqla zərbə vuraraq köynəyindən tutub sonuncunu itələməklə oturduğu divana yıxdıqdan sonra o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 zor tətbiq edib qəsdən yumruq və təpik zərbələri ilə sonuncunun baş və üz nahiyələrinə zərbələr vurmaqla yanaşı kafedə olan stulu silah qismində istifadə edib qəsdən Zərərçəkmiş şəxs1 baş nahiyəsindən və stolun üzərində olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 150 manat dəyərində “İphone XR” markalı mobil telefona vurub özgənin əmlakını zədələmiş, Təqsirləndirilən şəxs4 isə stolun üzərində olan boşqabı silah qismində istifadə edib qəsdən Zərərçəkmiş şəxs1 baş nahiyəsindən vuraraq bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 sağ göz qapaqlarının və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sağ gicgah nahiyəsinin qançır-şişkinliyini və üst dodağın selikli qişasının səthi yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirdikdən sonra o, hadisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 zor tətbiq edib baş nahiyəsinə qəsdən yumruq zərbəsi vuraraq sonuncuya fiziki ağrı yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində tanışları Tural, Nəriman və Elgünlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 89 ünvanında yerləşən «Salxım» adlı kafeyə getmişlər. Kafenin zalına daxil olub künc tərəfdə yerləşən masada əyləşib pivə içkisi sifariş vermişlər. Həmin vaxt kafedə anket məlumatlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1 tanışı ilə masaların birində əyləşib pivə içkisi içirmişlər. Onu da qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs1 və onun masasında əyləşmiş şəxsi tanımır, onlarla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən saat 00:45 dəqiqədə Zərərçəkmiş şəxs1 öz əyləşdiyi masadan onu səsləyərək idmançı olmağını soruşmuş, o da cavab olaraq onun içkili olduğunu düşünüb idmançı olmadığını bildirmişdir. Ətraf ona bildirmişdir ki, istəsə onunla qol gücü yarışı edə biləcəyini bildirmişdir. Bundan sonra o, əyləşdiyi masadan durub Ətrafın masasına yaxınlaşmış və bu barədə aralarında sərt söhbətlər yaranmışdır. Bu zaman tanışı Tural, Nəriman və Elgün onun yanına gəlmişlər. Onlarda onun Ətrafla aralarında olan söhbətə qoşulub söhbət etməyə başlamışlar. Həmin vaxt tanışı Tural Ətrafla onun əyləşdiyi masada qol gücü yarışı etməyə razılıq vermişdir. Ətrafla Tural qol gücü yarışı edərkən Ətraf Turalı qol gücü yarışında udmuşdur. Bundan sonra Ətraf lovğalanaraq kinayəli şəkildə «görürsünüzdə mənim gücümü» deyərək onlara söz demişdir. Onlar hamısı idmançı olduqları üçün Ətrafın sözü onların xoşlarına gəlməmişdir. Bu zaman Nəriman anidən Ətrafın sifət nahiyəsinə yumruqla 1 dəfə yumruqla vurmuş, bundan sonra Nəriman, Tural və o özü Ətrafın üzərinə hücum edib yumruq zərbələri ilə onu vurmuşlar. Zərbənin təsirindən həmin şəxs müqavimətini itirərək əyləşdiyi divana yıxılmışdır. Bundan sonra o özü, Tural və Nəriman həmin şəxsin başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirdmişlər. Elgün də həmin vaxt həmin şəxsin qarın nahiyəsinə təpiklə zərbə endirmişdir. Həmçinin Elgün kafeni işlədən şəxsin və döyülən şəxsin yanındakı şəxsin onları aralaşdırmaq istədiyini görüb onları əli ilə itələmişdir. Həmin vaxt orada olan Ətarfın tanışı, kafenin adminstartoru onların aralarına girib Ətrafı vurmaqlarına imkan verməmişlər. O Ətrafdan ayırılıb kənarda dayanmış, bu zaman Ətrafın yenə ayağa durub əsəbi halda onların ünvanlarına kinayəli sözlər danışdığını eşidib təkrar Ətrafın üzərinə hücum edib yumruqla onun sifət nahiyəsindən vurmuş və zərbənin təsirindən Ətraf yerə yıxılmışdır. Həmin vaxt tanışları Tural və Nəriman da Ətrafı yumruq və təpiklə vurmağa başlamışlar. Ətrafı divana uzanmış vəziyyətdə yumruqla vurarkən elə zənn etmişdir ki, Ətraf onların ünvanlarına söyüş söymüşdür. Bu səbəbdən kafedə olan stulu əli ilə götürüb Ətrafın baş nahiyəsinə vurmuşdur. Həmçinin həmin vaxt Tural masanın üzərindəki boşqabı götürüb Ətrafın başına vurmuşdur. Bu zaman Ətrafın yanında olan tanışı onları ayıran zaman həmin şəxsin də başından bir dəfə yumruqla vurmuş və gödəkçəsini götürüb tanışları Elgün, Tural və Nəriman ilə birlikdə kafedən çıxmışdır. Kafedən çıxdıqdan sonra hərələri öz evlərinə getmişlər. Hadisənin səhəri günü eşitmişdir ki, Zərərçəkmiş şəxs1 onların barələrində Nəsimi RPİ-nin 21-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa, o, bildirmişdir ki, hadisə konkret olaraq xx.xx.2023-cü il tarixdə, saat 00:45 radələrində ünvan 5 ünvanda yerləşən «Salxım» kafesində baş vermişdir. Dava-dalaşın yaranmasına əsaslı səbəbin olmadığını bildirmişdir. Sərxoş vəziyyətdə olduqları üçün Ətrafın hərəkətləri onlara xoş təsir bağışlamadığı üçün dava olmuşdur. Sərxoş və əsəbi vəziyyətdə olduğu üçün Ətrafın dostunu vurmuşdur. Ətrafın dostu həmin vaxtı onları ayırmağa çalışmışdır. Daha sonra özünü qismən təqsirli bilməsini, törətdiyi cinayəti səmimi etiraf etməsini, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq dərəcəli idmançı olmasını, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi və “X5 Cəmiyyəti” (GİZ) birgə həyata keçirdiyi “HÜQUQ VƏ MƏN” Layihəsinin fəal iştirakçısı olmasını və sertifikat almasını, Mülki Müdafiə Qoşunlarının “Hərbi hissədə döyüş və ictimai-siyasi hazırlığında” fəal iştirakına, xidmətdə fərqləndiyinə görə fəxri fərmanla təltif olunmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Digər Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində qardaşı Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 89 ünvanında yerləşən «Salxım» adlı kafeyə getmişlər. O həmin kafeyə tanışı Təqsirləndirilən şəxs1 ilə bir dəfə gəlib əyləşmişdir. Kafenin zalına daxil olub künc tərəfdə yerləşən masada əyləşib pivə içkisi sifariş vermişlər. Həmin vaxt kafedə anket məlumatlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1 tanışı ilə masaların birində əyləşib pivə içkisi içirmişlər. O Zərərçəkmiş şəxs1 və onun masasında əyləşmiş şəxsi tanımır, onlarla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən saat 00:45 dəqiqədə Zərərçəkmiş şəxs1 öz əyləşdiyi masadan tanışı Təqsirləndirilən şəxs1 səslənərək onun idmançı olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 cavab olaraq Zərərçəkmiş şəxs1 içkili olduğunu düşünüb idmançı olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin vaxt Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əgər istəsə onunla qol gücü yarışı edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs1 onlarla əyləşdiyi masadan durub Zərərçəkmiş şəxs1 masasına yaxınlaşaraq söhbət etməyə başlamışlar. Daha sonra onlar da əyləşdikləri masadan qalxıb onlara yaxınlaşmışlar. Həmin vaxt o, özü Zərərçəkmiş şəxs1 “əgər sənin qolunda güc varsa gəl qol gücünü mənimlə et” bildirmiş, Zərərçəkmiş şəxs1 da onunla razılaşmış və onlar qol gücü yarışı edərkən sonuncu qol gücü yarışında onu udmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs1 lovğalanaraq kinayəli şəkildə «görürsünüzdə mənim gücümü» deyərək onlara söz demişdir. Onlar hamısı idmançı olduqları üçün Zərərçəkmiş şəxs1 sözü onların xoşlarına gəlməmiş, ailəsi və yaxınları haqqında nalayiq söyüşlər söymüşdür. Bu zaman qardaşı Təqsirləndirilən şəxs2 anidən Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla 1 dəfə vurmuş, bundan sonra o özü və tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 üzərinə hücum edib yumruq zərbələri ilə onu vurmuşlar. Zərbənin təsirindən həmin şəxs müqavimətini itirərək əyləşdiyi divana yıxılmışdır. Burdan sonra o özü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin şəxsin başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirmişlər. Təqsirləndirilən şəxs3 də həmin vaxt həmin şəxsin qarın nahiyəsinə təpiklə zərbə endirmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 kafeni işlədən şəxsin və döyülən şəxsin yanındakı şəxsin onları aralaşdırmaq istədiyini görüb onları eli ilə itələmişdir. Dava zamanı Təqsirləndirilən şəxs1 masanın yanındakı stolu götürərək həmin şəxsin başına vurmuşdur. Həmçinin o da masanın üzərindəki boşqabı götürüb həmin şəxsin başına vurmuşdur. Həmin şəxs əlləri ilə başını tutaraq özünü qoruyurmuş. Sonra onlar ondan aralaşaraq kənara çəkilmişlər. Həmin şəxs bir təhər ayağa qalxmışdır. Bunu görən Təqsirləndirilən şəxs1 onun sifət nahiyəsinə yenidən yumruqla zərbə vurmuşdur. Zərbənin nəticəsindən o, müqavimətini itirmiş və oturduğu masadan tutmuşdur. Sonra özü ona arxa tərəfdən yaxınlaşaraq başına yumruqla zərbələr endirməyə başlamışdır. Həmçinin qardaşı Təqsirləndirilən şəxs2 da onu yumruqla vururmuş. Həmin vaxt Təqsirləndirilən şəxs1 orada onları aralaşdırmaq istəyən şəxsin başına yumruqla zərbə endirmişdir. Onlar ondan aralaşan zaman həmin şəxsin burunundan qan açıldığını və əynindəki köynəyin cırıldığını görmüşdür. Onlar bunu və həm də kafe sahibinin polisə məlumat verdiyini görüb qorxduqları üçün kafedən çıxaraq qaçmışlar. Onlar oradan qaçaraq S.Vurğun küçəsindəki Göy Məscidin yanına gəlmişlər. Orada taksi sifariş verib hərələri öz evlərinə getmişlər. Səhəri gün onların dördünü də Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. Həmin şəxs də polis bölməsində olmuşdur. O, hadisənin xx.xx.2023-cü il tarixdə saat 00:45 radələrində ünvan 5 ünvanda yerləşən “Salxım” kafesində baş vermişdir. Hadisə təxminən 15-20 dəqiqə ərzində baş vermişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Boks üzrə X12, Avropa Çempionatının mükafatçısı, X4, 5 qat böyüklər arasında Azərbaycan Çempionatının Qalibi, İdman ustası olmasını, Böyük İpəkyolu 2011-ci ildə keçirilən 4-cü Beynəlxalq boks turnirində diplomla mükafatlandırılması, Beynəlxalq turnir iştirakında diplom almasını, Dünya Kuboku mükafat sertfikatçısı olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində qardaşı Təqsirləndirilən şəxs4, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 89 ünvanında yerləşən «Salxım» adlı kafeyə getmişlər. O ilk dəfə idi ki, həmin kafeyə gedirmiş. Kafenin zalına daxil olub künc tərəfdə yerləşən masada əyləşib pivə içkisi sifariş vermişlər. Həmin vaxt kafedə anket məlumatlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1 tanışı ilə masaların birində əyləşib pivə içkisi içirmişlər. O, Zərərçəkmiş şəxs1 və onun masasında əyləşmiş şəxsi tanımır, onlarla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən saat 00:45 dəqiqədə Zərərçəkmiş şəxs1 öz əyləşdiyi masadan tanışı Təqsirləndirilən şəxs1 səslənərək onun idmançı olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 cavab olaraq Zərərçəkmiş şəxs1 içkili olduğunu düşünüb idmançı olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin vaxt Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əgər istəsən onunla qol gücü yarışı edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs1 onlarla əyləşdiyi masadan durub Zərərçəkmiş şəxs1 masasına yaxınlaşaraq söhbət etməyə başlamışlar. Daha sonra onlar da əyləşdikləri masadan qalxıb onlara yaxınlaşmışlar. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “əgər sənin qolunda güc varsa gəl qol gücünü mənimlə et”, Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs4 sözü ilə razılaşmış və onlar qol gücü yarışı edərkən Zərərçəkmiş şəxs1 qol gücü yarışında Təqsirləndirilən şəxs4 udmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs1 lovğalanaraq kinayəli şəkildə «görürsünüzdə mənim gücümü» deyərək onlara söz demişdir. Onlar hamısı idmançı olduqları üçün Zərərçəkmiş şəxs1 sözü onların xoşlarına gəlməmişdir. Bu zaman o, özü Zərərçəkmiş şəxs1 sözündən əsəbləşib onun sifət nahiyəsinə yumruqla 1 dəfə vurmuş, bunun ardınca Təqsirləndirilən şəxs1 onun sifətinə yumruqla zərbə endirmişdir. Zərbənin təsirindən həmin şəxs müqavimətini itirərək əyləşdiyi divana yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və o həmin şəxsin başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 həmin şəxsin qarın nahiyəsinə təpiklə zərbə endirmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 kafeni işlədən şəxsin və döyülən şəxsin yanındakı şəxsin onları aralaşdırmaq istədiyini görüb onları əli ilə itələmişdir. Dava zamanı Təqsirləndirilən şəxs1 masanın yanındakı stulu götürərək həmin şəxsin başına vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs4 da masanın üzərindəki boşqabı götürüb həmin şəxsin başına vurmuşdur. Həmin şəxs əlləri ilə başını tutaraq özünü qoruyurmuş. Sonra onlar ondan aralaşaraq kənara çəkilmişlər. Həmin şəxs bir təhər ayağa qalxmışdır. Bunu görən Təqsirləndirilən şəxs1 onun sifət nahiyəsinə yenidən yumruqla zərbə vurmuşdur. Zərbənin nəticəsindən o müqavimətini itirmiş və oturduğu masadan tutmuşdur. Sonra Təqsirləndirilən şəxs4 ona arxa tərəfdən yaxınlaşaraq başına yumruqla zərbələr endirməyə başlamışdır. Həmçinin o, da onu yumruqla vururmuş. Həmin vaxtı Təqsirləndirilən şəxs1 orada onları aralaşdırmaq istəyən şəxsin başına yumruqla zərbə endirmişdir. Onlar ondan aralaşan zaman həmin şəxsin burunundan qan açıldığını və əynindəki köynəyin cırıldığını görmüşdür. Onlar bunu və həm də kafe sahibinin polisə məlumat verdiyini görüb qorxduqları üçün kafedən çıxaraq qaçmışlar. Onlar oradan qaçaraq S.Vurğun küçəsindəki Göy Məscidin yanına gəlmişlər. Orada taksi sifariş verib hərələri öz evlərinə getmişlər. Səhəri gün onların dördünü də Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. Həmin şəxs də polis bölməsində olmuşdur. O, həmçinin ifadəsində bildirmişdir ki, hadisə konkret olaraq xx.xx.2023-cü il tarixdə saat 00:45 radələrində ünvan 5 ünvanda yerləşən “Salxım” kafesində baş vermişdir. Hadisə təxminən 15-20 dəqiqə ərzində baş vermişdir. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Azərbaycan Cüdo Federasiyasinın üzvü, Dünya Çempionu, Beynəlxalq Avropa və 6 qat Azərbaycan yarışlarının çempionu, idman ustası olmasını, “Təhsil” Respublika İdman Məərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman – Şahmat Məktəbi Publik Hüquqi Şəxsidə xx.xx.2018-ci il tarixdən sambo bölməsində məşqçi-müəllim vəzifəsində çalışmasını və barəsində müsbət xasiyyətnaməni nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 Nəsimi rayonu, Azadlıq prospekti 89 saylı ünvanda yerləşən “Salxım” kafesinə piyada getmişlər. Kafeyə daxil olub salonda sağ tərəfdə sonuncu masada əyləşmişlər. İçəri daxil olan zaman içəridə kiminsə olub-olmamasına fikir verməmişdir. Masaya oturduqdan sonra masaya yaxınlaşan ofisianta hərələrinə bir bokal pivə və pivə məzələri sifariş vermişlər. Onlar sifarişləri gəldikdən sonra pivə içməyə başlamışlar. Onlar pivə içə-içə bir-biriləri ilə söhbət edirmişlər. O masada divar tərəfdə oturmuşdur. Arxa tərəfi salona tərəf imiş. Onun sağında Təqsirləndirilən şəxs2 oturmuşdur. Onunla üzbəüz Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs4 sağ tərəfində isə Təqsirləndirilən şəxs1 oturmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs1 ayağa qalxaraq Təqsirləndirilən şəxs2 ilə bir-biriləri arasında göstəriş üçün idman hərəkətləri etməyə başlamışlar. Həmin vaxtı onlardan arxa tərəfdə oturmuş 2 nəfər pivə içən şəxslərdən biri üzərində bənövşəyi rəngli qısaqol köynək olan şəxs Təqsirləndirilən şəxs1 idmançı olub-olmamaqları barədə sual vermiş sonuncu da cavab olaraq “hə, idmançıyıq” deyib onların masasına yaxınlaşaraq nə lazım olduğunu soruşmuşdur. Həmin şəxs Təqsirləndirilən şəxs1 qol güləşi etmək istədiyini demişdir. Sonuncu cavab olaraq qol güləşi etmək istəmədiyini demişdir. Həmin vaxtı həmin şəxs aralarında qol güləşi etmək istəyənin olub-olmaması barədə sual etmişdir. Bunu eşidən Təqsirləndirilən şəxs4 masadan qalxaraq Təqsirləndirilən şəxs1 yanına, həmin şəxsin yanına getmişdir. Təqsirləndirilən şəxs4 ilə həmin şəxs öz aralarında qol güləşi edirmişlər. Bunlar qol güləşi edən zaman hamısı həmin şəxsə buranın qol güləşi yeri olmadığını və bura istirahət etməyə gəldiklərini deyirmişlər. Həmin şəxs inadla qol güləşi edəcəyini deyirmiş. Həmin vaxtı Təqsirləndirilən şəxs4 qol güləşində uduzmuşdur. Bu vaxt həmin şəxs onlara “stola belə yaxınlaşmazlar, mərifətiniz qabiliyyətiniz olsun” demişdir. Bunu görən Təqsirləndirilən şəxs1 həmin şəxslə mübahisə etməyə başlamışdır. Onlar hamısı həmin şəxslə mübahisə etməyə başlamışlar. Onlar ona nəyə görə belə dediyini deyirmişlər. Onlar söhbət edə-edə hamısı onların masalarına getmişlər. Həmin şəxs onlara “oturun masanızda” demişdir. Onlar fikirləşmişlər ki, o, onların masalarında əyləşmək istəyir. Lakin belə olmamış, o onların masalarında oturmamışdır. Onlar da onun oturmadığını görüb onunla ayaqüstü söhbət etməyə başlamışlar. Yenidən mübahisə edə-edə həmin şəxsin əyləşdiyi masaya qayıtmışlar. Orada həmin şəxsin yanındakı digər tanımadıqları şəxsdə mübahisəyə ehtiyac olmadığını deyirmiş. Onlar mübahisə edən zaman həmin şəxs onların ünvanlarına nalayiq söyüş söymüşdür. Bunu görən Təqsirləndirilən şəxs2 həmin şəxsə yumruqla zərbə endirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs1 onun sifətinə yumruqla zərbə endirmişdir. Zərbənin təsirindən həmin şəxs müqavimətini itirərək əyləşdiyi divana yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 həmin şəxsin başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirirmişlər. O da bunu görərək arxayınlaşmış və həmin şəxsin qarın nahiyəsinə təpiklə zərbə endirmişdir. Həmçinin kafeni işlədən şəxsin və döyülən şəxsin yanındakı şəxsin onları aralaşdırmaq istədiyini görüb onları əli ilə itələmişdir. Çünki bunda məqsədi həmin şəxsi rahat döyə bilmələri imiş. Dava zamanı Təqsirləndirilən şəxs1 masanın yanındakı stolu götürərək həmin şəxsin başına vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs4 da masanın üzərindəki boşqabı götürüb həmin şəxsin başına vurmuşdur. Həmin şəxs əlləri ilə başını tutaraq özünü qoruyurmuş. Sonra onlar ondan aralaşaraq kənara çəkilmişlər. Həmin şəxs bir təhər ayağa qalxmışdır. Bunu görən Təqsirləndirilən şəxs1 onun sifət nahiyəsinə yenidən yumruqla zərbə vurmuşdur. Zərbənin nəticəsindən o müqavimətini itirmiş və oturduğu masadan tutmuşdur. Sonra Təqsirləndirilən şəxs4 ona arxa tərəfdən yaxınlaşaraq başına yumruqla zərbələr endirməyə başlamışdır. Həmçinin onun qardaşı Təqsirləndirilən şəxs2 da onu yumruqla vururmuş, Təqsirləndirilən şəxs1 orada onları aralaşdırmaq istəyən şəxsin başına yumruqla zərbə endirmişdir. Onlar ondan aralaşan zaman həmin şəxsin burunundan qan açıldığını və əynindəki köynəyin cırıldığını görmüşdür. Onlar bunu və həm də kafe sahibinin polisə məlumat verdiyini görüb qorxduqları üçün kafedən çıxaraq qaçmışlar. Onlar oradan qaçaraq S.Vurğun küçəsindəki Göy Məscidin yanına gəlmişlər. Orada taksi sifariş verib hərələri öz evlərinə getmişlər. Səhəri gün onların dördünü də Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etdilər. Həmin şəxs də polis bölməsində olmuşdur. O, həmçinin ifadəsində göstərmişdir ki, mübahisənin başlanılması üçün böyük bir səbəb olmamışdır. Sadəcə sərxoş vəziyyətdə olduqları üçün dava olmuşdur. Hadisə konkret olaraq ünvan 5 ünvanda yerləşən “Salxım” kafesində baş vermişdir. Hadisə təxminən 15-20 dəqiqə ərzində baş vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş vermiş, hadisə zamanı o, zərərçəkmiş şəxsin birinin dostlarının vurduğunu düşünüb onun qollarından tutaraq sol tərəfə itələmişdir. Daha sonra əməlindən səmimi peşman olmasını, özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, xx.xx.2022-ci il tarixdə Laçın rayonu itiqamətində aparılmış döyüşlərdə iştirak etməsini, həmçinin 769 hömrəli HH Qərargah rəisi HH komandirinin müavininin onun ailəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli təşəkkür məktubunun olmasını, kəşviyatçı kimi həmin tarixdə “Fəxri Fərmanla” təltif olunmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli olmaları özlərinin qismən etirafları ilə yanaşı, zərəçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, CD-R diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı heçnə xatırlamır, çünki həmin vaxt o, spirtli içkinin təsiri altında olmuş və bu barədə yalnız video materialına baxdıqdan sonra məlumatlı olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2lə “Salxım” kafesinə daxil olmuş və kafenin salonunda sol tərəfdə əyləşmişlər. O içəri daxil olan zaman içəridə kiminsə olub-olmamasına fikir verməmişdir. O, Zərərçəkmiş şəxs2 5 dəqiqəlik telefonla danışıb gələcəyini demişdir. O “Salxım” kafesinə mütəmadi olaraq gedir. O mobil telefonla danışdıqdan təxminən 5-10 dəqiqə sonra yenidən Zərərçəkmiş şəxs2 yanına qayıtmışdır. O, Zərərçəkmiş şəxs2 yanına qayıdıb masada əyləşən zaman sağ tərəfdə sonuncu masada 4 nəfər tanımadıqları şəxsin pivə içdiklərini görmüşdür. Onlar onlara fikir vermədən pivələrini içib söhbətlərini edirmişlər. Digər sonuncu masada əyləşən 4 nəfər şəxs də pivələrini içib söhbətlərini edirmişlər. Saat təxminən 01:00 radələrində sonuncu masada əyləşmiş 4 nəfər şəxsdən qara şalvarlı, ağ köynəkli 25-26 yaşlı cavan oğlan ayağa qalxıb masanın kənarına keçmişlər. Həmin vaxtı ağ köynəkli oğlan onların masaya salam verərək tanış olub-olmadıqlarını soruşmuşdur. O da ona cavab olaraq tanış olmadıqlarını demişdir. Əyləşdiyi masada Zərərçəkmiş şəxs2 arxası onlara tərəf imiş. O isə onlarla üzbəüz oturmuşdur. Onları görürmüş. Sonuncu masadakı digər qara köynəkli şəxs masadan qalxıb salondan çölə çıxmışdır. Həmin vaxtı ağ köynəkli şəxslə digər qara köynəkli üzü saqqalı şəxs bir-birilərinə idman hərəkətləri etməyə başlamışlar. Onlar bu hərəkətləri edən zaman masada bir nəfər əynində ağ-qara köynəkli olan oğlan oturub onlara baxırmış. Təxminən 2 dəqiqə sonra çölə çıxmış qara köynəkli oğlan yenidən gəlib öz masalarında oturmuşdur. Həmin vaxtı onlar öz alarında qol gücü ilə bağlı söhbət edirmişlər. O da idman həvəskarı olduğu üçün ağ köynəkli şəxsə qol gücü etməyi təklif etmişdir. O ona yaxınlaşaraq nə dediyini ondan dəqiqləşdirmək istəmişdir. O da onunla qol güləşdirmək istədiyini demişdir. Onunla söhbət edən zaman sonuncu masadakı ağ köynəkli şəxsin sağ tərəfində oturmuş qara köynəkli üzü saqqalı şəxs masadan qalxıb onların masalarına yaxınlaşmışdır. O masaya çatan kimi onunla qol güləşi edəcəyini demişdir. O qara köynəkli üzü saqqalı oğlanla qol güləşi etməyə başlamışdır. Qol güləşi zamanı o onun qolunu masanın üzərinə vuraraq qazanmışdır. Bunu görən ağ köynəkli oğlan ona qolunu düz tutmadığını və onun qazanmadığını deyərək ona sərt şəkildə irad bildirmişdir. Sonra sonuncu masadakı digər ağ-qara köynəkli və digər qara köynəkli şəxs onların masalarına yaxınlaşmışlar. Ağ köynəkli şəxs ona irad bildirirək onunla mübahisə etməyə başlamışdır. O ağ köynəkli şəxslə söhbət edirmiş, çünki mübahisə etmək istəmirmiş. Bunu görən ağ köynəkli şəxsin yanındakı digər 3 nəfər şəxs onunla mübahisə etməyə başlamışdır. Onlar mübahisə edə-edə onların masasına tərəf getmişlər. O onların masasında olan zaman onların dördünə də demişdir ki, “mübahisə etmək lazım deyil, sizdə yerinizdə əyləşin bizdə buraya istirahət etməyə gəlmişik”. Lakin onlar buna məhəl qoymayaraq onunla mübahisə etməyə davam edirmişlər. Dostu Zərərçəkmiş şəxs2 də onları sakitləşdirməyə çalışırmış. Onların masasında 5 dəqiqə söhbət edəndən sonra yenidən öz masalarına qayıtmışlar. Onlar da onların arxalarınca onların masalarına gələrək mübahisəyə davam etmişlər. Mübahisə zamanı ağ köynəkli şəxs onu əli ilə itələyərək oturduğu divana yıxmışdır. O buna görə çox əsəbiləşmişdir. Ayağa qalxaraq onu nəyə görə yıxdığını soruşmuşdur. Lakin onlar dördü də onunla mübahisə etməyə davam edirmişlər. Zərərçəkmiş şəxs2 onların aralarına girərək onları ayırmağa çalışırmış. Söhbət zamanı onunla qol güləşi edən şəxs ona yaxınlaşaraq onu qucaqlayıb söhbətə davam etəməyə başlamışdır. O onunla söhbət edən zaman ağ köynəkli şəxs onu əl-qolu ilə hərəkətlər edərək onu təhdid edirmiş. O ona “Səni vuraram, ayağa qalxa bilməzsən” deyirmiş. O ağ köynəkli şəxslə mübahisə edən zaman sağ tərəfindən ona yaxınlaşan ağqara köynəkli şəxs anidən onun sifətinin sağ nahiyəsinə sol əli ilə yumruq zərbəsi endirmişdir. Yumruq zərbəsinin təsirindən o müqavimətini itirərək oturduğu divana yıxılmışdır. O yıxılan zaman onların dördü də onun üzərinə hücum çəkərək onun baş nahiyəsinə dayanmadan yumruq zərbələri endirməyə başlamışlar. O da bunu görüb əlləri ilə başını tutmuşdur. Bunda məqsədi özünü və sifətini qorumaq imiş. Onlar dayanmadan onun qarın və baş nahiyəsinə yumruqla zərbələr endirirmişlər. Hadisə davam edən zaman o anidən əlini üzündən çəkmişdir. Həmin vaxt ağ köynəkli şəxs masanın yanındakı stolu götürərək onun başına vurmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs2 və “Salxım” kafesinin administratoru onu onların əlindən almağa çalışırmışlar. Lakin onlar dayanmadan onu vururmuşlar. O zərbələrin təsirindən nə baş verdiyini başa düşə bilmirmiş. Zərərçəkmiş şəxs2 və administrator onları bir təhər ondan aralaşdırmışlar. O bir təhər ayağa qaxan zaman ağ köynəkli şəxsin atdığı stolun onun mobil telefonunun üzərinə düşdüyünü görmüşdür. O stolu götürmək istəyərkən ağ köynəkli şəxs yenidən onun üzərinə hücum çəkərək onun baş nahiyəsinə yumruqla zərbələr vurmağa başlamışdır. Sonra o qol güləşi etdiyi qara köynəkli şəxs masanın üzərindəki boşqabı götürüb onun başına vurmuşdur. Sonra onlar onun üzərindən qalxaraq kənara çəkilmişlər. O yenə də bir təhər ayağa qalıb dostu Zərərçəkmiş şəxs2 tərəf getmək istəmişdir. Bunu görən ağ köynəkli oğlan təkrar onun ağız nahiyəsinə yumurqla zərbə vurmuşdur. O zərbənin təsirindən yerə yıxılmışdır. Yerə yıxılan kimi onunla qol güləşdirən oğlan onun üzərinə çıxaraq dayanmadan başına yumruq zərbələri endirməyə başlamışdır. Həmin arada ağ-qara köynəkli şəxs də onun başına yumruq zərbəsi endirmişdir. Onlar yenədə ondan aralaşdıqdan sonra o ayağa qalxmışdır. Onun ayağa qalxdığını görən ağ köynəkli oğlan təkrar onun sifətinə yumruq vurmuşdur. O vurduqdan sonra o əli ilə oturduğu divandan tutmuşdur. Divandan tutan zaman ağ-qara köynəkli şəxs ona arxa tərəfdən yaxınlaşıb onun başına dayanmadan yumruqla zərbələr vurmağa başlamışdır. O dayandıqdan sonra onunla qol güləşdirən şəxs onun başına yumruq vurmuşdur. Həmin vaxt aralığında ağ köynəkli şəxs onun dostu Zərərçəkmiş şəxs2 başına yumruqla zərbə endirmişdir. Daha sonra onlar dördü də kafedən çıxıb qaçmışlar. O onlar qaçdıqdan sonra ayağa qalxıb özünə fikir vermişdir. Həmin vaxtı onun burnundan qan axırmış. Həmçinin geyindiyi bənövşəyi rəngli köynəyin cırılmış vəziyyətdə olduğunu görmüşdür. Dostu Zərərçəkmiş şəxs2 ona köməklik etməyə başlamışdır. Sonra ona hadisənin şahidləri olmuş ofisiant və administrator yaxınlaşmışlar. Bundan əlavə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, ona dəyən maddi və mənəvi ziyan ödənilmişdir. Hadisə ilə bağlı heç bir şey xatırlamır, bu barədə yalnız video materialına baxdıqdan sonra məlumatlı olmuşdur. Hadisəni onun təşəbbüsü ilə başlanmasından utanır, bu hadisə baş verməli deyildi. Təqsirləndirilən şəxslərlə barışmışdır və ona dəyən ziyanı ödəmələri nəzərə alaraq cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1la “Salxım” kafesinə daxil olmuş və kafenin salonunda sol tərəfdə əyləşmişlər. O içəri daxil olan zaman içəridə kiminsə olub-olmamasına fikir verməmişdir. Masaya əyləşdikdən sonra onlar 2 bokal pivə və pivə məzələri sifariş etmişlər. Zərərçəkmiş şəxs1 ona 5 dəqiqəlik telefonla danışıb gələcəyini demişdir. Zərərçəkmiş şəxs1 təxminən 5-10 dəqiqə sonra onun yanına qayıtmışdır. Onlar pivə içən vaxtı onun arxa tərəfində salonun axırında sonuncu masada 4 nəfər tanımadığı şəxsin pivə içdiklərini görmüşdür. Onlar onlara fikir vermədən pivələrini içib söhbətlərini edirmişlər. Digər sonuncu masada əyləşən 4 nəfər şəxs də pivələrini içib söhbətlərini edirmişlər. Saat təxminən 01:00 radələrində sonuncu masada əyləşmiş 4 nəfər şəxsdən qara şalvarlı, ağ köynəkli 25-26 yaşlı cavan oğlan ayağa qalxıb masanın kənarına keçmişdir. Həmin vaxtı ağ köynəkli oğlan onların masasına salam verərək tanış olub-olmadıqlarını soruşmuşdur. Zərərçəkmiş şəxs1 da ona cavab olaraq tanış olmadıqlarını demişdir. Əyləşdiyi masada onun arxası onlara tərəf imiş. Zərərçəkmiş şəxs1 isə onlarla üzbəüz oturmuşdur. Sonuncu masadakı digər qara köynəkli şəxs masadan qalxıb salondan çölə çıxmışdır. Həmin vaxtı ağ köynəkli şəxslə digər qara köynəkli üzü saqqalı şəxs bir-birilərinə idman hərəkətləri etməyə başlamışlar. Onlar bu hərəkətləri edən zaman masada bir nəfər əynində ağ-qara köynəkli olan oğlan oturub onlara baxırmış. Təxminən 2 dəqiqə sonra çölə çıxmış qara köynəkli oğlan yenidən gəlib öz masalarında oturmuşdur. Həmin vaxtı onlar öz alarında qol gücü ilə bağlı söhbət edirmişlər. Həmin vaxtı Zərərçəkmiş şəxs1 idman həvəskarı olduğu üçün ağ köynəkli şəxsə qol gücü etməyi təklif etmişdir. O Zərərçəkmiş şəxs1 yaxınlaşaraq nə dediyini dəqiqləşdirmək istəmişdir. Zərərçəkmiş şəxs1 da onunla qol güləşdirmək istədiyini demişdir. Onunla söhbət edən zaman sonuncu masadakı ağ köynəkli şəxsin sağ tərəfində oturmuş qara köynəkli üzü saqqalı şəxs masadan qalxıb onların masalarına yaxınlaşmışdır. O masaya çatan kimi Zərərçəkmiş şəxs1 ilə qol güləşi edəcəyini demişdir. Zərərçəkmiş şəxs1 qara köynəkli üzü saqqalı oğlanla qol güləşi etməyə başlamışdır. Qol güləşi zamanı Zərərçəkmiş şəxs1 onun qolunu masanın üzərinə vuraraq qazanmışdır. Bunu görən ağ köynəkli oğlan Zərərçəkmiş şəxs1 qolunu düz tutmadığını və onun qazanmadığını deyərək ona sərt şəkildə irad bildirmişdir. Sonra sonuncu masadakı digər ağ-qara köynəkli və digər qara köynəkli şəxs onların masalarına yaxınlaşmışlar. Ağ köynəkli şəxs Zərərçəkmiş şəxs1 irad bildirirək mübahisə etməyə başlamışdır. Zərərçəkmiş şəxs1 ağ köynəkli şəxslə söhbət edirmiş, çünki mübahisə etmək istəmirmiş. Bunu görən ağ köynəkli şəxsin yanındakı digər 3 nəfər şəxs Zərərçəkmiş şəxs1 ilə mübahisə etməyə başlamışdır. Onlar mübahisə edə-edə şəxslərin masasına tərəf getmişlər. O da onları sakitləşdirməyə çalışırmış. Onların masasında 5 dəqiqə söhbət edəndən sonra yenidən öz masalarına qayıtmışlar. Onlar da onların arxasınca onların masalarına gələrək mübahisəyə davam etmişlər. Mübahisə zamanı ağ köynəkli şəxs Zərərçəkmiş şəxs1 əli ilə itələyərək oturduğu divana yıxmışdır. O onların aralarına girərək onları ayırmağa çalışırmış. Zərərçəkmiş şəxs1 ağ köynəkli şəxslə mübahisə edən zaman ağ-qara köynəkli şəxs anidən Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyəsinə sol eli ilə yumruq zərbəsi endirmişdir. Yumruq zərbəsinin təsirindən Zərərçəkmiş şəxs1 müqavimətini itirərək oturduğu divana yıxılmışdır. O yıxılan zaman onların dördü de Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkərək onun baş nahiyəsinə dayanmadan yumruq zərbələri endirməyə başlamışlar. Həmin vaxt ağ köynəkli şəxs masanın yanındakı stolu götürərək Zərərçəkmiş şəxs1 başına vurmuşdur. Sonra Zərərçəkmiş şəxs1 qol güləşi etdiyi qara köynəkli şəxs masanın üzərindəki boşqabı götürüb onun başına vurmuşdur. Onlar dördü də Zərərçəkmiş şəxs1 başına zərbələr endirirmişlər. Həmin vaxt aralığında ağ köynəkli şəxs onun özünün başına yumruqla zərbə endirmişdir. Daha sonra onlar dördü də kafedən çıxıb qaçmışlar. O Zərərçəkmiş şəxs1 köməklik etməyə başlamışdır. Bundan əlavə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır. Ona heç bir maddi və mənəvi ziyan vurulmamışdır. Heç kimdən şikayət və tələbi yoxdur və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 89 ünvanında yerləşən «Salxım» adlı kafedə ofisiant işləyir. xx.xx.2023-cü il tarixdə işlədiyi kafeyə getmişdir. Həmin gün saat 23:00 radələrində kafeyə iki nəfər şəxs gəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 00:3-da kafeyə 4 nəfər müştəri gəlmiş, həmin şəxslər mütəmadi olmasa da ara bir hallarda işlədiyi kafeyə gəlib pivə sifariş verirmişlər. Həmin 4 nəfər şəxs kafeyə daxil olub zalın baş tərəfində küncdəki masada əyləşmişlər. O sifariş qəbul etdiyi üçün müştərilərin yanında deyilmiş. Təxminən 10 dəqiqə sonra kafeyə daxil olanda kafeyə gələn iki nəfər müştəridən bir nəfəri digər nəfər müştərilər ilə qol gücü edirmişlər. Artıq saat 00:45 radələri olarmış. Bu zaman onların arasında mübahisə düşmüşdür. Mübahisə zamanı 4 nəfər olan şəxs bir nəfərin ünvanına ucadan nalayiq söyüşlər söyüb onu vurmağa başlamışdır. Bütün bu hadisələr onun gözünün qarşısında baş verirmiş. Lakin o, cürət edib onların arasına girib ayıra bilməmişdir. Kafedə adminstrator işləyən Şahid2 onların arasına girib onları sakitləşdirmək istəsə də bu mümkün olmamışdır. Eləcə də döyülən müştərinin yanında olan tanışı da onları sakitləşdirmək istəsə də həmin 4 nəfər şəxs çox aqresiv halda davadalaş edirmişlər. Həmin vaxt ağ rəngli qısa qol geyinən oğlan stolu götürüb döyülən müştərinin başına vurmuşdur. Bir anlıq sakitləşib geriyə çəkilmişlər. Lakin döyülən şəxs ayağa qalxan zaman yenidən onu döyməyə başlamışlar. O artıq həmin 4 nəfər şəxsin hərəkətlərinə son qoymadıqlarını görüb DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Həmin şəxslər polis çağırıldığını eşidib kafedən çıxıb getmişlər. Bundan sonra işlədiyi kafeyə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirib çıxıb getmişlər. Həmin gün bölmədə izahat verən zaman ona məlum olmuşdur ki, kafedə döyülən şəxs Zərərçəkmiş şəxs1dur, dava dalaş edən 4 nəfər şəxs isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3dir. Dava-dalaşdan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 kafeyə gəlməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin fevral ayının 1-dən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 89 ünvanında yerləşən «Salxım» adlı kafedə administrator işləyir. xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində kafeyə iki nəfər şəxs gəlmişdir. Daha sonra kafedə ofisiant işləyən Şahid1 onların sifarişi əsasında əlavə olaraq 2 dəfə də pivə içkisi aparıb onlara vermişdir. Artıq xx.xx.2023-cü il tarixdə, saat saat 00:30-da kafeyə 4 nəfər müştəri gəlmiş, zalın baş tərəfində küncdəki masada əyləşmişlər. Təxminən 10 dəqiqə sonra kafeyə daxil olanda kafeyə gələn iki nəfər müştəridən bir nəfəri digər nəfər müştərilər ilə qol gücü edirmişlər. Artıq saat 00:45 radələri olarmış. Bu zaman onların arasında mübahisə düşmüşdür. Mübahisə zamanı 4 nəfər olan şəxs bir nəfərin ünvanına ucadan nalayiq söyüşlər söyüb onu vurmağa başlamışlar. Bütün bu hadisələr onun gözünün qarşısında baş verirmiş. O onların arasına girib onları sakitləşdirmək istəsə də bu mümkün olmamışdır. Eləcə də döyülən müştərinin yanında olan tanışı da onları sakitləşdirmək istəsə də həmin 4 nəfər şəxs çox aqresiv halda dava-dalaş edirmişlər. Həmin vaxt ağ rəngli qısa qol geyinən oğlan stolu götürüb döyülən müştərinin başına vurmuşdur. Bir anlıq sakitləşib geriyə çəkilmişlər. Lakin döyülən şəxs ayağa qalxan zaman yenidən onu döyməyə başlamışlar. Kafenin ofisiantı Şahid1 artıq həmin 4 nəfər şəxsin hərəkətlərinə son qoymadıqlarını görüb DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Həmin şəxslər polis çağırıldığını eşidib kafedən çıxıb getmişlər. Bundan sonra işlədiyi kafeyə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirib çıxıb getmişlər. Dava-dalaşdan sonra adları sonradan ona məlum olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 kafeyə gəlməmişlər. Şahid2 bildirmişdir ki, hadisə zamanı istifadə olunmuş boşqab və stol sındığı üçün onları zibil qutusuna atmışdır. Cinayət işinin 1-ci cild 132-133-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 2-ci cild 1-5-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-265/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 39-42-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)- 265/2023 saylı qərarı ilə müəyyən edilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Cinayət işinin 2-ci cild 60-64-cü vərəqələrində olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərarı ləğv edilmiş, sonuncu barəsində Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri qüvvədə saxlanılmış və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cild 244-246-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 105-106-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 2-ci cild 11-15-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-262/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 47-50-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)- 262/2023 saylı qərarı ilə müəyyən edilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Cinayət işinin 2-ci cild 66-69-cu vərəqələrində olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri tətbiq edilmiş və o, məhkəmə zalından dərhal həbs edilmiş və həbsdə saxlamanın müddəti istintaq müddətinin sonuna, yəni xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 247-249-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 160-161-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 2-ci cild 6-10-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-264/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 43-46-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)- 264/2023 saylı qərarı ilə müəyyən edilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Cinayət işinin 2-ci cild 250-252-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ev dustalığında saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 79-80-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 2-ci cild 21-24-cü vərəqələrində olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X.V.Bağırzadənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 15-16-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 3-cü cild 33-35-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri, digər Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri və digər Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 80-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 600 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - sağ göz qapaqlarının və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır- şişkinlik halında əzilməsi, sağ gicgah nahiyəsinin qançır-şişkinliyini və üst dodağın selikli qişasının səthi yarası küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdı. Cinayət işinin 2-ci cild 83-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 881 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. Cinayət işinin 2-ci cild 170-188-ci vərəqələrində olan xx.xx.2015-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə yetkinlik yaşına çatmayan X14 məxsus 01 ədəd istifadə olunmuş “İphone XR” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin 2-ci cild 14-cü vərəqəsində olan CD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntüdə kafedə sağ tərəfdə sol masada 2 nəfər və sağ tərəfdə sonuncu masada 4 nəfər şəxs əyləşir. Sonuncu masada əyləşmiş 4 nəfər şəxsdən qara şalvarlı, ağ köynəkli 25-26 yaşlı cavan oğlan ayağa qalxıb masanın kənarına keçir, həmin vaxtı sağ tərəfdə sol masada əyləşən ağ köynəkli oğlan digərlərindən nəisə soruşur. Sonuncu masadakı digər qara köynəkli şəxs masadan qalxıb salondan çölə çıxır, həmin vaxtı ağ köynəkli şəxslə digər qara köynəkli üzü saqqalı şəxs bir-birilərinə idman hərəkətləri etməyə başlayır. Bu zaman soldakı masada əyləşən ağ köynəkli oğlan onlara nəisə işarə edir, həmin oğlanlar soldakı masaya yaxınlaşaraq onunla qol güləşdirirlər. Sonra aralarında sərt şəkildə bir birlərinə nəisə dedikləri müşahidə edilir. Sonra sonuncu masadakı digər ağ-qara köynəkli və digər qara köynəkli şəxs onların masalarına yaxınlaşmışlar. Ağ köynəkli şəxs mübahisə etməyə başlayır, lakin digər şəxslər mübahisə etmək istəməsi hərəkətlərindən müşahidə edilir. Sonra mübahisə dahada gərginləşir və masasında 5 dəqiqə söhbət edəndən sonra 4 nəfər yenidən öz masalarına qayıdırlar. Sonra ağ köynəkli şəxs yenidən dörd nəfərin yanına qayıdır və nəisə izah etməyə çalışır. Mübahisə davam edərək ağ köynəkli oğlanı qısnıyaraq sol masanın yanına itəliyirlər, və o divana yıxılır. O qalxaraq yenidən hərarətlə nəisə bildirir bu zaman onunla qol güləşi edən şəxs ona yaxınlaşaraq onu qucaqlayıb nəisə deyir. Zərərçəkmiş şəxs1 ağ köynəkli şəxslə mübahisə edən zaman sağ tərəfindən ona yaxınlaşan ağ-qara köynəkli şəxs anidən onun sifətinin sağ nahiyəsinə sol əli ilə yumruq zərbəsi endirir. Yumruq zərbəsinin təsirindən Zərərçəkmiş şəxs1 müqavimətini itirərək oturduğu divana yıxılır. Sonuncu yıxılan zaman onların dördü də onun üzərinə hücum çəkərək onun baş nahiyəsinə dayanmadan yumruq zərbələri endirməyə başlayır və dayanmadan onun qarın və baş nahiyəsinə yumruqla zərbələr endirirlər. Hadisə zamanı ağ köynəkli şəxs masanın yanındakı stolu götürərək onun başına vurur. Həmin vaxtı digər Zərərçəkmiş şəxs2 və “Salxım” kafesinin administratoru onu onların əlindən almağa çalışır. Lakin həmin 4 nəfər şəxs dayanmadan Zərərçəkmiş şəxs1 vurur. Sonuncu bir təhər ayağa qaxan zaman stolu götürmək istəyərkən ağ köynəkli şəxs yenidən onun üzərinə hücum çəkərək onun baş nahiyəsinə yumruqla zərbələr vurmağa başlayır, qol güləşi etdiyi qara köynəkli şəxs masanın üzərindəki boşqabı götürüb Zərərçəkmiş şəxs1 başına vurur. Bundan sonra onlar Zərərçəkmiş şəxs1 üzərindən qalxaraq kənara çəkilir. O yenə də bir təhər ayağa qalıb dostu Zərərçəkmiş şəxs2 tərəf gedərkən bunu görən ağ köynəkli oğlan təkrar onun ağız nahiyəsinə yumurqla zərbə vurur, sonuncu zərbənin təsirindən yerə yıxılır. Zərərçəkmiş şəxs1 yerə yıxılan kimi onunla qol güləşdirən oğlan onun üzərinə çıxaraq dayanmadan başına yumruq zərbələri endirir, həmin arada ağ-qara köynəkli şəxs də onun başına yumruq zərbəsi endirir. Bundan sonra onlar yenədə ondan aralaşdıqdan sonra o ayağa qalxır, bu zaman ağ köynəkli oğlan təkrar onun sifətinə yumruq vurur, o, divana tutunan zaman ağ-qara köynəkli şəxs ona arxa tərəfdən yaxınlaşıb onun başına dayanmadan yumruqla zərbələr vurur. O dayandıqdan sonra onunla qol güləşdirən şəxs onun başına yumruq vurur. Daha sonra həmin 4 nəfər şəxs kafedən çıxıb qaçırlar. Zərərçəkmiş şəxs1 ayağa qalxır, həmin vaxt onun burnundan qan açıldığı və yerə töküldüyü, üzərində olan köynəyin cırıldığı müşahidə olunur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, ona dəyən maddi və mənəvi ziyan ödənilmişdir. Hadisə ilə bağlı heç bir şey xatırlamır, bu barədə yalnız video materialına baxdıqdan sonra məlumatlı olmuşdur. Hadisəni onun təşəbbüsü ilə başlanmasından utanır, bu hadisə baş verməli deyildi. Təqsirləndirilən şəxslərlə barışmışdır və ona dəyən ziyanı ödəmələri nəzərə alaraq cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır. Ona heç bir maddi və mənəvi ziyan vurulmamışdır. Heç kimdən şikayət və tələbi yoxdur və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının xx.xx.2023-cü il tarixli Fəxri Fərmanından görünür ki, əsgər Təqsirləndirilən şəxs1 hərbi hissənin döyüş və ictimai-siyasi hazırlığında fəal iştirakına, yüksən nizam-intizamına, hərbi işi vicdanla öyrəndiyinə, xidmətdə fərqləndiyinə və əldə etdiyi nailiyyətlər görə təltif olunmuşdur. Cinayət işinə əlavə edilmiş “AHİM” İctimai Birliyinin sertifikatının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi və “X5 Cəmiyyəti” “GİZ” birgə həyata keçirdiyi “Hüquq və Mən” layihəsi çərçivəsində təşkil olunan hüquqi təlimlərdə iştirak etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissə tərəfindən verilmiş xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayınadək Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı, səliqəli, verilən tapşırıqları layiqincə yerinə yetirən bir hərbi qulluqçu kimi göstərmişdir. Cinayət işinə əlavə edilmiş X19 Növləri Federasiyası tərəfindən verilmiş çempion diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs1 30.11-xx.xx.2017-ci il tarixlərdə keçirilən yarışlarda 2-ci yerin qalibi olmuşdur. Cinayət işinə əlavə edilmiş diplomlardan görünür ki, Təqsirləndirilən şəxs4 Boks üzrə X12, Avropa Çempionatının mükafatçısı, X4, 5 qat böyüklər arasında Azərbaycan Çempionatının Qalibi, İdman ustasıdır, Böyük İpəkyolu 2011-ci ildə keçirilən 4-cü Beynəlxalq boks turnirində diplomla mükafatlandırılmış, Beynəlxalq turnir iştirakında diplom almış, Dünya Kuboku mükafat sertfikatçısı olmuşdur. Cinayət işinə əlavə edilmiş X13 İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 işlədiyi yer üzrə müsbət xarakterizə edilir. Cinayət işinə əlavə edilmiş diplomlardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Cüdo Federasiyasinın üzvü, Dünya Çempionu, Beynəlxalq Avropa və 6 qat Azərbaycan yarışlarının çempionu, idman ustası olmasını, “Təhsil” Respublika İdman Məərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman – Şahmat Məktəbi Publik Hüquqi Şəxsidə xx.xx.2018-ci il tarixdən sambo bölməsində məşqçi-müəllim vəzifəsində çalışmışdır. Cinayət işinə əlavə edilmiş Elm və Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi” PHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 91 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 işlədiyi yer üzrə müsbət xarakterizə edilir. Cinayət işinə əlavə edilmiş SX№ ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə Laçın rayonu istiqamətində düşmən təxribatının qarşısının alınmasında iştirak etmişdir. Cinayət işinə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Fəxri Fərmandan və eyni tarixli təşəkkür məktubundan görünür ki, kəşfiyyatçı Təqsirləndirilən şəxs3 “Novruz Bayramı” münasibəti ilə döyüş hazırlığında qoşun xidmətinin təşkilində və nizam intizamda əldə etdiyi nəaliyyətlərə görə təltif olunmuş və təşəkkür məktubu almışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onların məhkəmə baxışı zamanı və istintaq dövründə verdiyi ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, CD-R diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə qərəzli hərəkətləri silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən cinayətləri törətmələri,digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən cinayətləri törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə tövsif olunmalı və onlar həmin maddələrin sanksiyası həddində cəzalanmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən bir qrup şəxs tərəfindən və ya təkrar törədildilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməldən səmimi peşman olmasını, özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq dərəcəli idmançı olmasını, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi və “X5 Cəmiyyəti” (GİZ) birgə həyata keçirdiyi “HÜQUQ VƏ MƏN” Layihəsinin fəal iştirakçısı olmasını və sertifikat almasını, Mülki Müdafiə Qoşunlarının “Hərbi hissədə döyüş və ictimai-siyasi hazırlığında” fəal iştirakına, xidmətdə fərqləndiyinə görə fəxri fərmanla təltif olunmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti səmimi etiraf etməsini, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq dərəcəli idmançı olmasını, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi və “X5 Cəmiyyəti” (GİZ) birgə həyata keçirdiyi “HÜQUQ VƏ MƏN” Layihəsinin fəal iştirakçısı olmasını və sertifikat almasını, Mülki Müdafiə Qoşunlarının “Hərbi hissədə döyüş və ictimai-siyasi hazırlığında” fəal iştirakına, xidmətdə fərqləndiyinə görə fəxri fərmanla təltif olunmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq hesab edir ki, sonuncu ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sonuncunun üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya idarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin idarəyə həvalə edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə digər Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törətdiyi əməldən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Boks üzrə X12, Avropa Çempionatının mükafatçısı, X4, 5 qat böyüklər arasında Azərbaycan Çempionatının Qalibi, İdman ustası olmasını, Böyük İpəkyolu 2011ci ildə keçirilən 4-cü Beynəlxalq boks turnirində diplomla mükafatlandırılması, Beynəlxalq turnir iştirakında diplom almasını, Dünya Kuboku mükafat sertfikatçısı olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs4 şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti səmimi etiraf etməsini, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Boks üzrə X12, Avropa Çempionatının mükafatçısı, X4, 5 qat böyüklər arasında Azərbaycan Çempionatının Qalibi, İdman ustası olmasını, Böyük İpəkyolu 2011-ci ildə keçirilən 4-cü Beynəlxalq boks turnirində diplomla mükafatlandırılması, Beynəlxalq turnir iştirakında diplom almasını, Dünya Kuboku mükafat sertfikatçısı olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq hesab edir ki, sonuncu ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sonuncunun üzərinə yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin idarəyə həvalə edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Azərbaycan Cüdo Federasiyasinın üzvü, Dünya Çempionu, Beynəlxalq Avropa və 6 qat Azərbaycan yarışlarının çempionu, idman ustası olmasını, “Təhsil” Respublika İdman Məərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman – Şahmat Məktəbi Publik Hüquqi Şəxsidə xx.xx.2018-ci il tarixdən sambo bölməsində məşqçimüəllim vəzifəsində çalışmasını və barəsində müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarı nəzərə alınmalıdır. Belə ki, həmin Qərara əsasən məhkəmələrə tövsiyyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırda Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni törətdiyi əməldən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Azərbaycan Cüdo Federasiyasinın üzvü, Dünya Çempionu, Beynəlxalq Avropa və 6 qat Azərbaycan yarışlarının çempionu, idman ustası olmasını, “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman – Şahmat Məktəbi Publik Hüquqi Şəxsidə xx.xx.2018-ci il tarixdən sambo bölməsində məşqçi-müəllim vəzifəsində çalışmasını və barəsində müsbət xasiyyətnaməni, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 15 may 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək həbsdə, 09 iyun 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı, ümumilikdə 04 (dörd) ay 12 (on iki) gün müddətinin 01 (bir) günü 02 (iki) günü Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət sonuncunun yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini, dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmçinin Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə islasında Təqsirləndirilən şəxs3 ifadəsində özünü qismən təqsirli bilərək bildirmişdir ki, həmin hadisə zamanı o, zərərçəkmiş şəxslərə hər hansı zərbə vurmamış və xəsarət yetirməmişdir, sadəcə dava zamanı zərərçəkmiş şəxsin birini dostlarını vurduğunu düşünüb onun qollarından tutaraq sol tərəfə itələmişdir. Məhkəm isə məhkəməyədək istintaq dövründə Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş ifadələri tədqiq edərək müəyyən etmişdir ki, sonuncunun ilkin ifadəsində ümumiyyətlə o və dostları mübahisə etmədən zərərçəkmiş şəxslərlə yalnız söz mübahisəsi edib və bundan narahat olduqları üçün hadisə yerindən uzaqlaşmışlar (İ cild, i/v 21-22), xx.xx.2023-cü il tarixdə verdiyi izahatında, həmin tarixli şübhəli və xx.xx.2023, xx.xx.2023cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokollarda o, eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirmələrini görərək arxayınlaşmış və sonuncunun qarın nahiyəsinə təpiklə zərbə endirmiş, həmçinin kafeni işlədən şəxsin və döyülən şəxsin yanındakı şəxsin onları aralaşdırmaq istədiyini görüb onları əli ilə itələmiş, çünki bunda məqsədi həmin şəxsi rahat döyə bilmələri olmuşdur(İ cild, i/v 35-37, 64-66, 88-91, 188-191, İİ cild, i/v 164- 167). Həmçinin xx.xx.2023-cü il tarixli CD-R diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 divana yıxıldıqdan sonra qarın nahiyəsinə yumruqla zərbə yetirən şəxsin o olduğunu bildirir və həmin protokolu imzalayır (İ cild, i/v 192). Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törətdiyi əməldən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, xx.xx.2022-ci il tarixdə Laçın rayonu itiqamətində aparılmış döyüşlərdə iştirak etməsini, həmçinin 769 hömrəli HH Qərargah rəisi HH komandirinin müavininin onun ailəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli təşəkkür məktubunun olmasını, kəşviyatçı kimi həmin tarixdə “Fəxri Fərmanla” təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Hazırda Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni törətdiyi əməldən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ona qarşı hər-hansı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, xx.xx.2022-ci il tarixdə Laçın rayonu itiqamətində aparılmış döyüşlərdə iştirak etməsini, həmçinin 769 hömrəli HH Qərargah rəisi HH komandirinin müavininin onun ailəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli təşəkkür məktubunun olmasını, kəşviyatçı kimi həmin tarixdə “Fəxri Fərmanla” təltif olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 15 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət sonuncunun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini, dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “İphone XR” markalı mobil telefon Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkilləri T.R.Əmənova, T.A.Qarayevə və R.B.Atakişiyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yeri üzrə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 may 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək həbsdə, 09 iyun 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı, ümumilikdə 04 (dörd) ay 12 (on iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 15 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış “İphone XR” markalı mobil telefon Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-388/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-388/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver