Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-388/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxin nümayəndəsi Müdafiəçi, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1994-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti məşğul olan, Cəlilabad rayonu Ocağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlağına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 12 dekabr 2023-cü il tarixdə saat 10:04 dəqiqədə yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Nəsimi rayonu Azər Əliyev küçəsində geriyə hərəkət etdirən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin geriyə hərəkətinə icazə verilən şərtlərinə (təhlükəsiz manevr etməklə hərəkətin digər iştirakçılarına mane yaratmamaq, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etmək) əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi avtomobilin arxa hissəsi ilə yolu qarşı tərəfə piyada keçmək istəyən Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun baş beyinin əzilməsi, sol gicgah nahiyəsinin kəskin lövhəvari subdural hematoması, travmatik subaraxnoidal qansızma, sağ gicgah və sağ təpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, sağ təbil pərdəsinin travmatik zədələnməsi ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində “Toyota Prius” markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin vaxt Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi ilə hərəkətdə olarkən ona sifariş verildiyinə görə etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarına yaxın saxlayaraq telefonda olan proqram vasitəsi ilə ona verilən müştərini götürmək üçün iki tərəfli olan yolda geriyə hərəkət etdirərkən, avtomobilin sağ güzgüsünə baxmış, lakin sonradan sol güzgüyə baxmadığına görə avtomobilin arxa hissəsinin nəyəsə toxunduğunu hiss etmişdir. O, hadisə zamanı avtomobili təxminən 7-10 km\saat sürətlə idarə etmişdir. Bundan sonra, avtomobili saxlayaraq düşdükdə avtomobilin arxa hissəsi ilə piyada yolu keçən tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi bir qadının qışqırmasını görmüş, həmin xanıma yaxınlaşmış və xanımı avtomobilinin sol arxa hissəsi ilə vurduğunu başa düşmüşdür. Zərərçəkmiş şəxs aldığı zərbədən yerə yıxıldığından yaxınlıqda olan şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək 1 saylı şəhər Kliniki Xəstəxanasına aparmış və orada həkimlər Zərərçəkmiş şəxs müalicəyə götürmüşlər. Onu bir müddət xəstəxanada saxladıqdan sonra Zərərçəkmiş şəxs yaxınları xəstəxanaya gəlmiş, buna görə də təhlükəsizlik səbəbindən onu xəstəxanadan çıxartmışlar. Bundan sonra, o, Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinə getmiş və orada hadisə barədə ətraflı izahat vermişdir. O, zərərçəkmiş şəxslə əlaqə saxlamaq üçün müstəntiqdən əlaqə nömrəsi götürərək telefonla əlaqə saxlasa da, ona kişi cinsindən olan bir şəxs zərərçəkmiş şəxsin yaxını olduğunu bildirərək ona hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan sonra, o, müxtəlif nömrələrdən istifadə etməklə zərərçəkmiş şəxslə əlaqə saxlamağa çalışmış, lakin əlaqə saxlaya bilməmişdir. Onun zərərçəkmiş şəxsə dəymiş ziyanı birdəfəlik ödəmək imkanı yoxdur. İfadəsinin sonunda himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxıraq mağazaya piyada getmək üçün avtomobillərin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuş Bakı şəhəri Nəsimi rayonu Azər Əliyev küçəsini keçmək üçün avtomobil yolunun kənarında dayanaraq avtomobil gəlib-gəlmədiyinə baxmış, həmin vaxt “Toyota Prius” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobil X9 küçəsi ilə kəsişməsinə doğru hərəkət etdikdən sonra yolun boş olduğuna əmin olduğundan avtomobil yolunu keçərkən, həmin vaxt yolu geriyə istiqamətdə hərəkətdə olan sonradan bildiyi “Toyota Prius” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobil onun sol tərəfindən zərblə vurmuş, aldığı zərbədən yerə asfaltın üzərinə çırpılaraq başı asfalta dəymişdir. Bundan sonra həmin avtomobilin sürücüsü onu 1 saylı şəhər Kliniki Xəstəxanasına aparmış, orada müayinə olunduqdan sonra isə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilmişdir. Respublika Neyrocərrahiyyə xəstəxanasında stasionar müalicə aldıqdan sonra, “Medera Hospital”a yerləşdirilmişdir. Həmin hospitalda müalicə aldıqdan sonra ambulator müalicəsinin davam etdirilməsi üçün evə buraxılmışdır. Onu vuran “Toyota Prius” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən 1 saylı X6 çatdırılmış, ondan sonra Respublika Neyrocərrahiyyə xəstəxanasında stasionar müalicə almış, sonra isə “Medera Hospital”da müalicə aldıqdan sonra xx.xx.2024-cü tarixdə evə buraxılmışdır. Hal-hazırda aldığı xəsarətlərlə bağlı bədənində ağrıları var və müalicələri davam etdirilir. Yol-nəqliyyat hadisəsinin səbəbkarı olan “Toyota Prius” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü hal-hazıradək onunla maraqlanmayaraq xəsarət almasına etinasız yanaşmışdır. Baş vermiş hadisə nəticəsində ona 8,788 manat maddi ziyan dəymişdir (i/v 119-120). Şahid xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etdiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini tədiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 12 dekabr 2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş şəkillərdən və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Nəsimi rayonu Azər Əliyev küçəsində geriyə hərəkət etdirən zaman avtomobilin arxa hissəsi ilə yolu qarşı tərəfə piyada keçmək istəyən Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuşdur. (i/v 5-10). İş materiallarında olan “Təqdim edilmiş diskə baxış keçirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Baxış keçirilən 01 ədəd diski “HP” markalı kompyuterə quraşdırmış, kompyuterin monitorunda 1 fayl vardır. Video 1 saylı fayl kamera görüntüsünü özündə əks etdirir, xx.xx.2023-cü il tarixli 3:56 saniyədən 10:05:50 saniyəyə qədər olan görüntü olmaqla, fayl 1 dəqiqə 54 saniyə müddətindədir. Həmin görüntüdə xx.xx.2023-cü il tarixdə üzərində “Uber” taksi yazılmış “Toyota Prius” markalı, gümüşü rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi ilə hərəkət edir, bu zaman yolu bir hissəsindən digər hissəsinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs yolu keçmək üçün sağa və sola baxır, yolu təhlükəsiz keçmək üçün yolda avtomobil olmadığına əmin olduqdan sonra üzərində “Uber” taksi yazılmış “Toyota Prius” markalı, gümüşü rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşında hərəkət etdikdən sonra piyada Almaz Babayeva yolu keçərkən üzərində “Uber” taksi yazılmış “Toyota Prius” markalı, gümüşü rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşın qəfildən dayanaraq, avtomobilin geriyə hərəkəti zamanı avtomobilin arxa hissəsi ilə yolu piyad keçən Zərərçəkmiş şəxs vurur, toqquşma baş verən kimi üzərində “Uber” taksi yazılmış “Toyota Prius” markalı, gümüşü rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa stop işıqları yanır, avtomobil dərhal dayanır, avtomobildə sükan arxasında əyləşmiş sürücü Təqsirləndirilən şəxs avtomobildən düşərək, dərhal yaxınlıqda olan şəxslərin köməkliyi ilə toqquşma zamanı xəsarət almış piyada Zərərçəkmiş şəxs üzərində “Uber” taksi yazılmış “Toyota Prius” markalı, gümüşü rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağına əyləşdirərək, avtomobili Nəsimi rayonu, Həsən Əliyev küçəsinə doğru hərəkət etdirdiyi görünür. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində “Uber” taksi yazılmış “Toyota Prius” markalı, gümüşü rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşını onun idarə etdiyini, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində idarə etdiyi üzərində “Uber” taksi yazılmış “Toyota Prius” markalı, gümüşü rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Azər Əliyev küçəsi ilə müştəri götürmək üçün avtomobili geriyə hərəkət etdirərkən ehtiyatsızılıqdan avtomobilin arxa hissəsi ilə piyada Zərərçəkmiş şəxs vurduğunu, almış olduğu zərbədən piyada Zərərçəkmiş şəxs yerə yıxılaraq xəsarət aldığını bildirdi. Baxış xidməti iş otağında aparılmaqla protokol xidməti iş otağında olan «HP» markalı kompyuter vasitəsilə tərtib edilməklə əlavə və qeyd daxil olmadığından tərtib edilmiş protokol çap edilmişdir (i/v 45). İş materiallarında olan sürücülük vəsiqəsinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən və yol vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixə kimi etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. "Meritech” MMC tərəfindən Təqsirləndirilən şəxs tərəfindən "Toyota Prius" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi məqsədi ilə 1002 nömrəli yol vərəqəsi verilmişdir (i/v 19-23). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» X7 məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 215 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlər - baş beyinin əzilməsi, sol gicgah nahiyəsinin kəskin lövhəvari subdural hematoması, travmatik subaraxnoidal qansızma, sağ gicgah və sağ təpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, sağ təbil pərdəsinin travmatik zədələnməsi bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Babayeva llhamə Almaz qızının bədənində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının piyada qismində olan Zərərçəkmiş şəxs vurması nəticəsində törənə bilmələri mümkündür. (i/v 47-50). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/458 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Toyota Prius markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i/v 109-111). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 112). İş materiallarında olan qəbzdən görünür ki, “Toyota Prius” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ağabala Cəfərov tərəfindən Şahid təhvil verilmişdir (i/v 35). İş materiallarında olan 18 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və Şahid saxlanılması üçün qaytarılması nəzərə alınmışdır. (i/v 163-170). İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 156-157). Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Bundan başqa məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 15000 (on beş min) manat və mənəvi zərərin əvəzi qismində 10000 (on min) manat, dövlət rüsumu 165 (yüz altmış beş) manat olmaqla, ümumilikdə 25165 (iyirmi beş min yüz altmış beş) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası qismən təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı və məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən olunur ki, Zərərçəkmiş şəxs baş vermiş hadisəsi zamanı 6017,56 (altı min on yeddi manat əlli altı qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən əsasən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 6017,56 (altı min on yeddi manat əlli altı qəpik) manat pul vəsaitinin onun xeyrinə tutulması hissəsində mülki iddiası əsaslıdır və təmin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İrəli sürülmüş mənəvi zərər tələbi ilə bağlı qeyd etmək zəruridir ki, Zərərçəkmiş şəxs baş vermiş hadisənin təsirindən gərginlik, əsəb və stress keçirmişdir. Qeyd edilənlərin yekunu olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın əvəzi qismində 6017,56 (altı min on yeddi manat əlli altı qəpik) manat və mənəvi zərərin əvəzi qismində 1000 (on min) manat və ödənilmiş 165 manat dövlət rüsumu, cəmi 7182,96 (yeddi min yüz səksən iki manat doxsan altı qəpik) məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 85 (səksən beş) manat ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-388/2024 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən 25 iyul 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 44 (qırx dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddia qismən qismən təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 6017,56 (altı min on yeddi manat əlli altı qəpik) manat və mənəvi ziyana görə 1000 (min) manat və ödənilmiş 165 manat dövlət rüsumu, cəmi 7182,96 (yeddi min yüz səksən iki manat doxsan altı qəpik) pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-388/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-388/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver