Məhkəmə qərarları › İş №1(006)-389/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-389/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-389/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 20 may 2023cü il tarixdə saat 22:48-də Bakı şəhəri. Nəsimi rayonu, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yerləşən istirahət parkında olarkən oradakı skamyada oturan Zərərçəkmiş şəxsQuli Zərərçəkmiş şəxs yanında əyləşib səmimi ünsiyyət quraraq təbii ehtiyacını ödəmək üçün yaxınlıqda tualet axtaran Zərərçəkmiş şəxs parkın içərisindəki otluq sahədən istifadə etməsim tövsiyə etdikdən sonra sonuncunun onun göstərdiyi yerdə təbii ehtiyacını ödədiyi zaman Zərərçəkmiş şəxs şalvarının arxa cibindən içərisində 3988 manat nağd pul, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər biri 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 02 ədəd bank kartı, 01 ədəd 2 manat dəyərində «Bakı Kart» gediş kartı olan 20 manat dəyərində pul kisəsini və zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 18 manat dəyərində telefon qoburuna qoyulmuş içərisində 100 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 2800 manat dəyərində «iphone13» markalı mobil telefonunu açıq talayaraq Zərərçəkmiş şəxs Quliyevin əmlakının geri qaytarması tələbinə məhəl qoymayaraq əmlaka əlçatanlığını təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 6948 manat məbləğində ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 180.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 may 2023-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri Xəzər rayonundan şəhərə gələrək dənizkənarı parkda bir qədər gəzdikdən sonra təxminən saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına parkın yanına tərəf gəlmişdir ki, oradan 21 nömrəli marşuruta minib Xəzər rayonuna bacısının evinə getsin. Yolunun üstündə olan Tofiq Quliyev parkına çatanda yorulduğuna görə orada olan skamyaların birində əyləşib dincini almışdır. Bu zaman təxminən 25-30 yaşlarında bir nəfər oğlanın, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin qonşu skamyada əyləşdiyini görmüşdür. Məmədəli onun siqaret çəkdiyini görərək yaxınlaşıb alıqşan istəmiş və o, üstündə olan alışqanı Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs siqaretini yandırıb onun yanında skamyaya əyləşmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs sərxoş olmasını hiss etmişdir. Zərərçəkmiş şəxs əslən Masallı rayonundan olmasını, burada oturub tanışını gözlədiyini bildirmişdir. O, da Masallı rayonundan olduğunu demiş, söhbət zamanı Zərərçəkmiş şəxs onun Masallı rayonundan tanıdığı hörmətli şəxslərin adlarını çəkərək onlarla tanış olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs sərxoş olduğuna görə hərəkətlərini ölçüb-biçə bilməmiş, parkdan keçib gedən adamlara söz atmışdır. Buna görə də o, bir neçə dəfə Zərərçəkmiş şəxs intizama dəvət etmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki. tanışına «konum» atıb, tanışı artıq bura yaxınlaşır. Zərərçəkmiş şəxs ondan mobil telefon nömrəsini istədiyinə görə 050 ***-**-** saylı mobil telefon nömrəsini ona vermişdir. Zərərçəkmiş şəxs demişdir ki, ona zəng vursun ki, nömrə onun telefonuna düşsün. O, Zərərçəkmiş şəxs hazırda dəqiq xatırlamadığı nömrəsini öz telefonunda yığıb ona zəng vurmuşdur. Bir qədər sonra onlar skamyadan durub yolun konarına tərəf gəlməyə başlamışlar. O, Zərərçəkmiş şəxs hərəkətlərindən onun cinsi azlıq nümayəndəsi olmasını hiss etdiyinə görə ona irad tutmuşdur ki, sən bir az əvvəl hörmətli kişilərin adını çəkib onlarla tanış olduğunu dedin, lakin hiss edirəm ki. sən düz yolun yolçusuna oxşamırsan. Zərərçəkmiş şəxs hirsləndiyinə görə onun hiss etmədiyi vəziyyətdə əynindəki şalvarın arxa sağ cibindən yarısı bayırada qalmış qara rəngli dəri materialdan olan pul qabısını götürmüş, sonra onunla sağollaşıb Səməd Vurğun parkına tərəf gəlməyə başlamışdır. Yolu keçəndən sonra yadına düşmüşdür ki bir qədər əvvəl öz mobil telefon nömrəsini Zərərçəkmiş şəxs vermişdir, Zərərçəkmiş şəxs onun pul qabısını götürdüyünü biləndən sonra həmin nömrə ilə onu tapa bilər və ya şikayət edər. Buna görə də Zərərçəkmiş şəxs yanına qayıdıb gəlmiş və sonuncunun qaranlıqda pulqabısını axtardığını görmüşdür. Zərərçəkmiş şəxs yaxınlaşıb nə axtardığını soruşmuş, o, pul qabını itirdiyini bildirdikdə, məsləhət görmüşdür ki, telefonunun işığını yerə salaraq axtarış aparsın. Zərərçəkmiş şəxs şalvarının sol qabaq cibindən mobil telefonunu çıxarıb ekranın işığını yerə salmaqla pulqabısını axtarmaqda davam edərkən mobil telefonu Zərərçəkmiş şəxs əlindən alaraq geriyə dönüb qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs də onun ardıyca qaçaraq onu təqib etmişdir. Lakin o, fiziki cəhətdən güclü olduğuna, həmçinin Zərərçəkmiş şəxs sərxoş olduğuna görə ona çata bilməmişdir. O, iti qaçışla 2-3 kilometr qaçaraq Zərərçəkmiş şəxs gəlmədiyinə tam əmin olduqdan sonra onun əlindən aldığı mobil telefonu açmaq istəmişdir ki, öz telefon nömrəsini oradan silsin. Lakin telefonun ekranı kiliddə olduğu üçün onu aça bilməmişdir. Buna görə də telefonu daş hasara vuraraq qırmış və iki hissəyə ayıraraq hissələrini qaranlıqda atmışdır. Bundan sonra Zərərçəkmiş şəxs cibindən götürdüyü pulqabını açıb içərisinə baxarkən oradan 2 ədəd 5-lik və 2 ədəd 1 manatlıqdan ibarət olan 12 manat pul, 2 ədəd bank kartı, 1 ədəd «Bakı» kartı, 1 ədəd tələbə bileti tapmışdır. 12 manat pulu götürüb cibinə qoymuş, bank kartlarından biri təzə olduğuna görə içərisində pul olmasını ehtimal edərək götürmüş, digər bank kart və tələbə biletini isə qıraraq qaranlıqda dəmir yolu xətti keçən yerə atmışdır. Pul qabını isə irəlidə olan zibilliyə atmışdır. Bundan sonra qədər piyada hərəkət edərək «Xətai» metrostansiyasına gəlmiş, qatara minərək «28 May» merostansiyasına gəlib oradan «Əhmədli» metrostansiyasına gələrək orada taksiyə minib Xəzər rayonuna gəlmişdir. Orada pivə alıb içmiş və sonra bacısının evinə getmişdir. Lakin etdiyi hərəkətlər barədə nə bacısına və nə də ki. ailə üzvlərinə heç bir söz deməmişdir. 21 may 2023-cü il tarixdə Xəzər rayonu Gəncə prospektində yerləşən «Panoram Spar» marketə gələrək Zərərçəkmiş şəxs kartı ilə pivə almaq istəmiş, lakin kartın balansında pivə almağa pul olmadığına görə 70 qəpiyə saqqız almışdır. Kartda pul olmadığını biləndən sonra isə marketdən küçəyə çıxandan sonra kartı qırıb hissələrə ayıraraq küçəyə atmışdır. Sonradan polis əməkdaşları onu 22-ci polis şöbəsinə dəvət etmişlər, ona hadisənin kamera görüntülərini göstərdikdən sonra o, törətdiyi əməli etiraf etmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışmasını və sonunucun ona qarşı şikayətinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, DVD diskdə olan videogörüntülə və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 may 2023-cü il tarixdə təxminən saat 20:00 radələrində tanışları ilə «28 May» metrostansiyasının yaxınılında yerləşən kafedə oturub yeyib-içərkən təxminən 300-400 qram araq qəbul etmiş və buna görə sərxoş vəziyyətdə olmuşdur. Təxminən saat 22:00 radələrində kafedən çıxaraq yaxınlığında yerlşən Tofiq Quliyev adına istirahət parkına gəlmişdir ki, orada bir az hava alsın. Parkda olan skamyaya əyləşərək tanışı Ruslanla telefonla danışmağa başlamşdır. Bu zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs gəlib onun yanında skamyada əyləşmişdir. O, Ruslanla danışıb razılaşmışdır ki, Ruslan parka gəlib onu götürüb gedəcəkdir. Sonra o. nişanlısına zəng edərək danışmağa başlamışdır. Nazim onun sağ tərəfində əyləşdiyinə görə onun telefonla olan danışıqlarını eşitmişdir. O, nişanlısı ilə danışıb qurtarandan sonra Nazim ona «xoşbəxt olasan» demiş, cavabında ona təşəkkür etmişdir. Bundan sonra onların arasında ünsiyyət yaranmış və Təqsirləndirilən şəxs ondan haralı olduğunu soruşanda əslən Masallı rayonundan olduğunu bildirmişdir. Nazim də əslinin Masallı rayonundan olmasını demişdir. Təqsirləndirilən şəxslə həmyerli çıxdığına görə ona «Sədərək» bazarında işlədiyini, pərdə alveri ilə məşğul olduğunu demişdir. Bundan sonra onlar bir-birinə mobil telefon nömrələrini vermişlər. Bir qədər sonra təbii ehtiyacını yüngül formada təmin etməyi gəldiyinə görə Təqsirləndirilən şəxs yaxınlıqda harada ayaqyolu olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs buralarda ayaqyolu olmadığını bildirib, parkda olan kolluğa tərəf keçib erada təbii ehtiyacını ödəyə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs ona parkın kolluq tərəfi göstərərək ora getməsini məshələt görüdüyündən o, həmin istiqamətə getmişdir. Təqsirləndirilən şəxs ona «gəl bura» deyərək qabağa keçmiş və kolluqda yer göstərmişdir. O, həmin yerə keçərək üzü kolluq, yəni ağaclar tərəfə dayanmışdır. Bu zaman ona məxsus pul kisəsi və üzərində 050 ***-**-** nömrəsi olan «İphone 13» markalı mobil telefonu əynində olan açıq mavi rəngli cins şalvarının sağ arxa cibində olmuşdur. O, təbii ehtiyacını təmin etmək istəyərkən qəfildən Təqsirləndirilən şəxs şalvarının sağ arxa cibindən pul kisəsini və «İphone 13» markalı mobil telefonunu götürərək parkın yerləşdiyi küçədə əks tərəfə qaçmağa başlamışdır. O, bunu görən kimi cəld Nazimin arxası ilə qaçmağa başlamışdır. Nazim «Oyal» mağazasının yanından məhəlləyə dönərək qaçmaqla gözdən itmişdir. Həmin vaxt onun üstündə 010 ***-**-** nömrəsi ilə işləyən «Samsung A71» markalı mobil telefonu olduğundan həmin telefonla tanışı Ruslana zəng vuraraq hadisəni ona danışmışdır. Ruslan ona məsləhət görmüşdür ki, Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vurub məlumat versin. Bundan sonra o, həmin xidmətə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər keçəndən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, baş vermiş hadisəni şifahi olaraq polis əməkdaşlarına bildirmişdir. Daha sonra isə 22-ci polis şöbəsinə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Aparılan araşdırma zamanı hadisəni törətmiş şəxsin adının Təqsirləndirilən şəxs olmasını polis şöbəsində olan zaman bilmişdir. Daha sonra, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmamasını bildirmişdir. Cinayət işinin 1-ci cild 48-ci vərəqəsində olan 24 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 91-95-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 26 may 2023-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 may 2023cu il tarixdən, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 213-215-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün həddində, yəni 13 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 16-17-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 149-152-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 16 iyun 2023-cü il tarixli, 9/4326 saylı ekspertiza rəyindən 01 ədəd «lphone13» markalı, göy rəngli, 128 GB yaddaş tutumlu, **********86245 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parmetrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1250,00 manat, 01 ədəd 050-228/-04-94 GSM nömrə 4,00 manat müəyyən edilir. Təhqiqata təqdim edilmiş bir ədəd şəffaf rəngli mobil telefon üçün nəzərdə tutulmuş qoburun istifadədə olmasını nəzərə almaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 1 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 150-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 161-166-cı vərəqələrində olan 10 avqust 2023-cu il tarixli sübutların qiymətləndirilməsi haqqlnda qərardan görünür ki, 01 ədəd telefon qoburu, həmçinin 23 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilərkən qeyd edilən yerdən tapılaraq götürülmüş 01 ədəd bank kartı və 01 ədəd tələbə bileti qırıntıları cinayət işi üzrə maddi sübut kimi tanınmış, 1 ədəd telefon qoburu məhkəmənin yekun hökmünədək saxlanması üçün Nəsimi RPl-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd bank kartı və 01 ədəd tələbə bileti qırıntıları cinayət işi materiallarında saxlanılmış, hadisənin qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 1-ci cild 125-127-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu, yəni 3-cü dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində narkoloji məcburi müaliucə təyin edilərək ərazi üzrə narkoloji dispanserə qeydiyyata alınmış xx.xx.2018-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli hökmündən cinayətin residivinə dair müddəa xaric edilərək ümumi rejim çəzaçəkmə müəssisəsinə keçirilmiş və 21 yanvar 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cild 134-146-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 23 may 2023-cü tarixdə qeydə alınmışdır. TŞ-132 saylı kameranın görüntüsündən görünür ki, 20 may 2023-cü il tarixdə saat 22:48-də başında tünd rəngli kepka papaq, əynində tünd rəngli gödəkçə olan şəxs Dilarə Əliyeva küçəsini Tofiq Quliyev adına park istiqamətindən yolun əks tərəfinə iti qaçışla və çəpinə qaçaraq keçir, bu zaman onun arxası ilə əynində açıq rəngli, qısaqol idman köynəyi olan digər şəxs qaçır. İrəlidə olan şəxs Dilarə Əliyeva küçəsi ilə üzü Səməd Vurğun parkı istiqamətində qaçır, arxadan gələn şəxs də həmin istiqamətdə hərəkətdə olmaqla onu təqib edir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə irəlidə qaçan şəxs odur, arxası ilə qaçan şəxs isə Zərərçəkmiş şəxsdir. Həmin görüntülər onun Zərərçəkmiş şəxs məxsus mobil telefon və pul qabını ələ keçirdikdən sonra hadisə yerindən qaçaraq uzaqlaşır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 180.2.5-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 180.2.5-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışmasını və sonunucun ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu, yəni 3-cü dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 yanvar 2023-cü il tarixdə cəzasının sonu ilə azad azad olunmasına baxmayaraq, iki il keçmədən 20 may 2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 180.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 24 may 2023-cu il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin saxlanc yerində saxlanılan və Zərərçəkmiş şəxs məxsus 01 ədəd telefon qoburu, 01 ədəd bank kartı və 01 ədəd tələbə bileti sonuncuya qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili E.X.Məmmədzadəyə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin saxlanc yerində saxlanılan və Zərərçəkmiş şəxs məxsus 01 ədəd telefon qoburu, 01 ədəd bank kartı və 01 ədəd tələbə bileti sonuncuya qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar