Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-389/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, müdafiəçi – «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Yevlax rayonu, ünvan 2əsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1, sonuncunun X20ni və arvadı Mərcan Əhmədovam guya Çexiya Respublikasında, həmçinin Quba rayonunda təşkil olunacaq şahmat turnirlərinə aparacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 2024-cü ilin iyun ayının istintaqla dəqiq müəyyən edilməyən günündə ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 ümumilikdə 5010 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X9, sonuncunun övladı X3 guya Çexiya Respublikasında, həmçinin Gədəbəy və Quba rayonlarında təşkil olunacaq şahmat turnirlərinə aparacağına dair yalan vədlər verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin may ayının istintaqla dəqiq müəyyən edilməyən müxtəlif vaxtlarında Seyran Məmmədovadan ümumilikdə 910 manat nağd pul, 19 may 2024-cü il tarixdə saat 11:29-da Seyran Məmmədovanın Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 4 ünvanında quraşdırılmış ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 4169-7388-7007-9419 nömrəli bank kartına göndərdiyi 100 manat, 02 iyun 2024-cü il tarixdə saat 11:40-da Seyran Məmmədovanın mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan 4169-7388-7007-9419 nömrəli bank kartının hesabına göndərdiyi 200 manat, 10 iyun 2024-cü il tarixdə saat 13:40-da mobil bank tətbiqi vasitəsilə həmin bank kartının hesabına göndərdiyi 220 manat, 01 iyul 2024-cü il tarixdə saat 09:26-da mobil bank tətbiqi vasitəsilə həmin bank kartının hesabına göndərdiyi 400 manat və 2024-cü ilin iyul ayında Seyran Məmmədovanın Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 4 saylı ünvanda quraşdırılmış ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 4169-7388-7007-9419 nömrəli bank kartının hesabına göndərdiyi 150 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Seyran Məmmədovaya ümumilikdə 1980 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi qaydada şahmat müəllimi kimi fəaliyyət göstərir. 2024-cü ilin mart ayında Şahmat turnirlərinin birində Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs1 qızı X10 şahmat müəllimi kimi fərdi qaydada fəaliyyət göstərib dərs başına 25 (iyirmi beş) manat pul almışdır. Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanında Sadəgül Əfəndiyə şahmat dərsi deyərkən həmin şəxsin evinə gələn 2011-ci il təvəllüdlü X2 yaxşı şahmat oynadığını görüb Zərərçəkmiş şəxs1 bu uşağa da dərs deyə biləcəyini bildirmişdir. Eminin valideyni X12 onunla aylıq 100 (bir yüz) manat ödəməklə övladına dərs deməyinə razılaşmışdır. 2024-cü ilin təxminən may-iyun aylarında o, Zərərçəkmiş şəxs1 qızı X17 Respublikasında keçiriləcək şahmat turnirinə apara biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşdıqda müxtəlif vaxtlarda hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 bilet pulu, viza pulu və orada qalmaq pulu üçün ümumilikdə 4260 (dörd min iki yüz altmış) manat pulu almışdır. Bundan əlavə o, Zərərçəkmiş şəxs1 müxtəlif vədlər verməklə, yəni övladını Quba rayonundakı şahmat turnirinə aparmaq, debut almaq və sairə vədlərə ondan 750 (yeddi yüz əlli) manat da almışdır. Zərərçəkmiş şəxs1 aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin əməlindən çox peşmandır və Zərərçəkmiş şəxs1aya vurduğu ziyanı tam ödəmişdir. Bundan başqa, ona Seyran Məmmədova da övladını Çexiyada keçiriləcək şahmat turnirinə göndərmək istədiyini bildirmişdir. O, Seyran Məmmədovaya övladını Çexiyada həyata keçiriləcək turnirə aparacağını vəd edərək ondan bu məqsədlə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 1500 (bir min beş yüz) manat pul almışdır. Lakin o, Seyran Məmmədovadan da əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. Həmçinin Quba rayonunda təşkil ediləcək şahmat turnirində iştirak etmək üçün Seyran Məmmədovadan isə 300 (üç yüz) manat pul almışdır. Həmin turnirə də gedə bilməmiş və pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Seyran Məmmədova və Zərərçəkmiş şəxs1 ondan pullarını geri tələb etdikdə o, həmin şəxslərə pullarını tezliklə geri ödəyəcəyini bildirsə də sonradan pulu ödəyə bilməmişdir. O, maddi ehtiyaclarını ödəmək məqsədilə bu əməlləri törətmişdir. Həmin pulları isə öz ehtiyacları üçün xərcləmişdir. Seyran Məmmədova sonuncu dəfə 2024-cü ilin iyul ayında 150 manat pulu kart hesabına göndərmişdir. Həmin pulu 2024-cü ilin iyul ayında ona məxsus Kapital banka aid 4169-7388-7007-9419 nömrəli bank kartına göndərmişdir. Zərərçəkmiş şəxs1 sonuncu dəfə ona 2024-cü ilin iyun ayında yaşadığı ünvan 4 ünvanın qarşısında pul vermişdir. O, tutulmaqdan qorxmuşdur, bu səbəbdən də çağırışlara gəlməmişdir. Vurduğu maddi ziyanları tam olaraq ödəyə bilməməyi səbəbindən tutulacağını düşünmüşdür. O, həmin pulları öz maddi ehtiyacları üçün xərcləmişdir. O, onları Şəmkir rayonunda keçirilən turnirə, Bakı şəhərində keçirilən müxtəlif turnirlərə aparmışdır. Lakin Quba turniri, Gədəbəy turniri və Çexiya Respublikasında olan turnirə onları aparmamışdır. Bu turnirlər heç bir zaman təşkil olunmamışdır. O, bu turnirlərin həyata keçiriləcəyini bildirərək X12 və X6 aldadaraq onların pullarını ələ keçirmişdir. Həmin zamanlarda pula ehtiyacı olduğu üçün bu əməlləri törətmişdir. Əldə etdiyi pulları da qeyd etdiyi kimi öz ehtiyacları üçün xərcləmişdir. Sonuncu dəfə X11 aldadaraq özünə məxsus “Kapital bank"a aid 4169-7388- 7007-9419 nömrəli bank kartına 150 (yüz əlli) manat pul göndərməsinə nail olmuşdur. Həmin pulu hansı ünvandan göndərməsi barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 ona bütün pulları yaşadığı ünvan 5 ünvanda o, Zərərçəkmiş şəxs1 pul almamışdır. Zərərçəkmiş şəxs1 bütün pulları ona əlbəəl olaraq vermişdir. Lakin Zərərçəkmiş şəxs1 sonra Seyran Məmmədovadan pul almışdır. Yəni sonuncu dəfə Seyran Məmmədovanı aldadaraq pulunu ələ keçirmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, X14 və ailəsini təxminən 1 ildir ki, övladı X2 getdiyi şahmat turnirləri nəticəsində tanımışdır. Sadəgül də onun övladı kimi şahmat turnirlərinə qatılmış və bu zaman Sadəgül və onun ailəsi ilə tanışlıqları yaranmışdır. 2024-cü ilin mart ayında övladı X2 və Sadəgül Əfəndi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Ərəb-fars dili” liseyində həyata keçirilən turnirdə iştirak edərkən övladı orada özünü şahmat müəllimi kimi tanıdan və Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Ağ top” şahmat dərnəyində şahmat müəllimi işlədiyini bildirən Təqsirləndirilən şəxsla tanış olmuşdur və bu barədə də evə gəldikdə ona məlumat vermişdir. Bundan sonra övladı Emin Zərərçəkmiş şəxs1 yaşadığı ünvana Zərərçəkmiş şəxs1 qızı Sadəgüllə şahmat oynamaq üçün getdikdə Təqsirləndirilən şəxs övladının oyunu görmüş və ona zəng edərək övladına fərdi qaydada dərs demək istədiyini bildirmişdir. Bu zaman o, övladının Təqsirləndirilən şəxs bir müəllim kimi bəyəndiyini bildiyi üçün Farizlə razılaşmışdır. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs Sadəgülü avropaya şahmat turnirlərinə aparmasını övladı Emin ona bildirmiş və özünün də avropa turnirlərinə getmək istədiyini demişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs zəng edərək övladının da avropa turnirinə getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona heç bir problem olmadığını bildirmiş və onun imkanı yaxşı olmadığı üçün endirim edərək ümumilikdə 1500 (min beş yüz) manata övladını avropa turnirinə apara biləcəyini bildirmişdir. O, isə həmin pulu hissə-hissə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs tam olaraq vermişdir. Belə ki, o, bu məqsədlə yaşadığı ünvan 6 ünvanından Təqsirləndirilən şəxs 4169-7388-7007- 9419 nömrəli Kapital banka aid bank Kartına xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2024-cü il tarixdə saat 13:40-da 220 (iki yüz iyirmi) manat, xx.xx.2024-cü il tarixdə saat 09:26-da isə 400 (dörd yüz) manat göndərmişdir. 2024-cü ilin may ayında isə Fariz övladını ünvan 7 ünvanın qarşısında 300 (üç yüz) manat, Gədəbəy turnirinə aparmaq üçün isə 30 (otuz) manat da almış, lakin vədinə əməl etməyərək övladını bu turnirlərə aparmamışdır. Həmin ərəfələrdə o hələ aldadıldığını anlamamışdan övladı Təqsirləndirilən şəxsla Şəmkir turnirində olarkən, yəni 2024-cü il iyul ayının ortalarında gecə saat 23 radələrində Fariz ona zəng edərək qaldıqları oteldə problem olduğunu və övladını oteldən çıxarmamaq üçün 250-300 manat pul lazım olduğunu bildirmişdir. O, da narahat olub gecə ilə 150 (yüz əlli) manat borc taparaq övladı üçün yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsindən yerləşən ödəniş terminalı vasitəsilə Farizin ona göndərdiyi kart hesabına göndərmişdir. Bundan sonra övladı ona zəng edərək çox sağol demiş və göndərdiyi pulla kabab yeməyə getdiklərini bildirmişdir. Bunlardan sonra artıq onda aldadıldığına dair şübhələr daha da güclənmişdir. Bundan sonra o, Quba, Gədəbəy və avropa turnirlərilə bağlı maraqlandıqda ümumiyyətlə belə turnirlərin təşkil edilmədiyini öyrənmiş, aldadıldığını anlamış və Farizdən pulunu geri ödəməsini tələb etmişdir. Fariz isə onu aldatdığını, pulu geri ödəyə bilməyəcəyini, hara istəyirsə şikayət edə biləcəyini, dövlət orqanlarının uzağı onu 50 (aili) manat cərimə edəcəyini bildirmişdir. O, da bu səbəbdən hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Bundan əlavə olaraq o, övladı Eminin bir dəfəlik dərs ödənişini Farizə əvvəlcədən ödəmiş, lakin Fariz həmin dərsi keçmədən yoxa çıxmışdır. Ona Təqsirləndirilən şəxs əlbəəl olaraq 2024-cü ilin may ayının müxtəlif günlərində 910 manat vermiş, bank kartına isə 1070 manat göndərmişdir. Ona ümumilikdə 1980 (min doqquz yüz səksən) manat maddi ziyan dəymişdir. Vermiş olduğu məlumatı çeklərlə və bank kartının şəkli ilə təsdiq edə bilər və həmin sənədlərin surətlərini istintaq orqanına təqdim edə bilər. Hazırda “whatsapp” yazışmaları, audio səs yazılarına malik olmadığı üçün onları təqdim edə bilmir. O, sonuncu ödənişi Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 4 saylı ünvanda yerləşən kapital bank ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus 4169-7388-7007-9419 nömrəli Kapital banka aid bank kartına 150 manat olmaqla ödəmişdir. Lakin həmin ödənişin qəbzini özündə saxlaya bilməmişdir. Buna baxmayaraq o, Təqsirləndirilən şəxs qeyd etdiyi bank kartına eyni ödəniş terminalından xx.xx.2024-cü il tarixdə saat 11:29-da ********** nömrəli qəbz ilə 100 manat, öz yaşadığı ünvandan mobil tətbiq vasitəsilə xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 220 manat, xx.xx.2025-ci il tarixdə isə 400 manat göndərmişdir. Bu ödənişlərin qəbzləri onda vardır. Buna baxmayaraq dəqiq olaraq sonuncu ödənişi 150 manat olmaqla Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 4 saylı ünvanda yerləşən kapital bank ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus 4169-7388-7007-9419 nömrəli bank kartına göndərmişdir. Sonda zərər çəkmiş şəxs X12 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun 2014-cü il təvəllüdlü qızı X14 şahmat stolüstü idman növü ilə məşğul olduğundan o, qızı ilə bir çox müxtəlif ünvanlarda təşkil edilən şahmat turnirlərinə getmişdir. X20 2024-cü ilin mart ayında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Ərəb-fars dili” liseyində həyata keçirilən turnirdə iştirak edərkən orada iştirakçı olan bir çox uşaqların valideynləri ilə kənarda dayanıb söhbət etmişdir. Həmin əsnada o, özünü şahmat müəllimi kimi tanıdan və Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Ağ top” şahmat dərnəyində şahmat müəllimi işlədiyini bildirən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxsla biraz söhbət etdikdən sonra o, Farizlə övladına şahmat dərsi keçməsində razılaşmışdır. Bundan sonra o, Farizə aylıq ödəniş etməyə, Fariz isə onun yaşadığı ünvanda qızına fərdi dərs deməyə başlamışdır. Bu müddətdə qızının şahmat oyun yoldaşı 2011-ci il təvəllüdlü X7 onlarda olarkən Fariz Emini görmüş və Eminə də dərs demək istədiyini bildirmişdir. Bu zaman Fariz Eminin valideyni X9 zəng edərək şahmat müəllimi olduğunu, onlarda olarkən Eminin oyununu gördüyünü və Eminə fərdi dərs demək istədiyini bildirmiş, daha sonra X13 da öz aralarında fərdi dərs deyilməsinə dair razılaşmışlar. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs ona övladı Sadəgülü avropaya şahmat turnirlərinə aparmaq istədiyini bildirmişdir. O, Farizlə razılaşdıqda Fariz onun yoldaşı Mərcan Əhmədova və övladı Sadəgülü avropa turnirinə aparmaq üçün 2024-cü ilin iyun ayında yaşadığı ünvan 4 ünvanın qarşısında 4260 (dörd min iki yüz altmış) manat, Quba turniri, debut almaq və sairə adlarla aldadıb ondan 750 (yeddi yüz əlli) manat tələb etmişdir. O, isə həmin pulu Farz Əhmədova tam olaraq vermişdir. Bundan başqa telefonu düzəltdirmək üçün məndən yaşadığı ünvan 4 ünvanın 140 (bir yüz qırx) manat da almışdır. Daha sonra o maraqlandıqda ümumiyyətlə belə turnirlərin təşkil edilmədiyini öyrənmiş, aldadıldığım anlamış və Farizdən pulunu geri ödəməsini tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona səsli ismarıc göndərərək onu aldatdığını və pulunu geri ödəyəcəyini bildirmiş, lakin bugünədək ona heç bir məbləğdə pul ödəməmişdir. Təqsirləndirilən şəxs onu aldatdığı kimi eyni üsülla X11 da aldatmış və Seyran Məmmədovanın ümumilikdə 1980 (min doqquz yüz səksən) manat pulunu ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 5150 (beş min beş) manat maddi ziyan dəymişdir. Vermiş olduğu məlumatı “whatsapp” yazışmaları, audio səs yazıları və çeklərlə təsdiq edə bilər və həmir sənədlərin surətlərini istintaq orqanına təqdim edə bilər. O, həmin zaman ümumi məbləği düzgün hesablaya bilməmişdir. 140 manatı Farizə telefonunu düzəltməsi üçün öz yaşadığı evdə borc olaraq vermişdir. Ona dəymiş maddi ziyan 5150 manatdır. O, Farizə turnirlərdə iştirak üçün sonuncu ödənişi 2024-cü ilin iyun ayında yaşadığı ünvan 4 ünvanında vermişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlama və icraata qəbul etmə haqqında” 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X4 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 01); “baxış keçirilməsi haqqında" 05 okyabr 2024-cü il tarixli protokoldan görünür ki, sonuncu hadisə yeri ünvan 10 ünvanda yerləşən "xxxx" filialının qarşısıdır (i.v. 9-13); Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinərək qazancından 15% tutulmaqla 06 ay islah işləri cəzasına məhkum olunmuşdur (i.v. 20-21); “axtarışda olan şəxsin tutulması barədə" 16 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2024-cü il tarixdə, saat 23:00 radələrində saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılmışdır (i.v. 25); “zərər çəkmiş şəxs kimi tanınma haqqında” 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X12 zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 45-46); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******9419 nömrəli karta 100 manat köçürülmüşdür (i.v. 56); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******9419 nömrəli karta 200 manat köçürülmüşdür (i.v. 56); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******9419 nömrəli karta 220 manat köçürülmüşdür (i.v. 56); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******9419 nömrəli karta 400 manat köçürülmüşdür (i.v. 56); “baxış keçirmə və maddi sübutun götürülməsi haqqında" 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında zərərçəkmiş şəxs X8 təqdim etdiyi Təqsirləndirilən şəxs bank kartına göndərdiyi pulların qəbzləri və Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid 4169-7388-7007-9419 nömrəli bank kartının foto şəklinə baxış keçirilmişdir. Baxış zamanı qeyd edilən məlumatlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülərək cinayət işi materiallarına əlavə olunmaqla saxlanılmışdır (i.v. 57); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 58-59); “təqdim etmə və götürmə barədə” 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, X9 təqdim edilməsi üçün 800 manat pul sayılaraq götürülmüşdür (i.v. 73); “qətimkan tədbiri seçmə barədə” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 79-80); “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 91-92); “zərər çəkmiş şəxs kimi tanınma haqqında” 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 93-94); “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (i.v. 112-113); “qətimkan tədbirinin qüvvədə saxlanılması barədə” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır (i.v. 122); “qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 128); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 130); “axtarışda olan şəxsin tutulması barədə” 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30-da 19cu Polis Şöbəsinə aparılmışdır (i.v. 77); “cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 132); “pul vəsaitinin depozit hesaba keçirilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X9 ödənilməsi üçün İstintaq orqanına təqdim edilmiş pul vəsaiti gələcəkdə Seyran Məmmədovaya ödənilməsi üçün Bakı şəhəri, Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabına keçirilməsi qərara alınmışdır (i.v. 134-135); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 137); xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X1 1980 manat köçürülmüşdür (i.v. 138); “cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” 29 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 139); “qətimkan tədbirinin dəyişdirilməsi barədə” 29 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir (i.v. 144-145); “Sübutların qiymətləndirilməsi haqqında” 31 mart 2025-ci il tarixli qərardan görünür ki, X8 vermiş olduğu ifadəsinə əlavə etdiyi qəbzlərin və Təqsirləndirilən şəxs məxsus, Kapital banka aid 4169-7388-7007-9419 nömrəli bank kartının foto şəkilləri iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır (i.v. 148-156); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş X8 notarial qaydada təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, X9 dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 19516 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın 25%-i olan 1750 (bir min yeddi yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən eyni əməllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışmasını və zərər çəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 39 (otuz doqquz) iş saatına görə 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. “UNİVERSAL” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 39 (otuz doqquz) iş saatına görə 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “UNİVERSAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-389/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-389/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver