Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-39/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Temur Yaqubov küçəsi, döngə 2, ev 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etmişdir. Belə ki, o, 31 mart 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə piyada hərəkətdə olan zaman həmin küçənin 941 saylı ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus 5243-7544-4019-6341 nömrəli bank kartını tapıb həmin bank kartının üzərində sonuncuya aid məlumatlar əks olunduğu halda onu sahibinə və ya hüquq mühafizə orqanlarına təhvil vermək əvəzinə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartından vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün saat 14:24-də «Salam market» adlı mağazadan 33 manat, saat 14:31-də «Al market» mağazasından 42 manat, saat 14:34-dən saat 14:35-dək «Bakı Mehman market» adlı mağazadan 71 manat, saat 14:42-dən saat 14:44-dək «Araz market» adlı mağazadan 84 manat, saat 14:49-dan saat 14:51-dək «Baku Mammadovmagaza» adlı mağazadan 86 manat, saat 14:58-də “Tam Store” adlı mağazadan 21 manat, saat 15:02-dən saat 15:14dək «Oba market» adlı mağazadan 126 manat, saat 15:36-da «X7» adlı mağazadan 42 manat, saat 15:39-da «Dokta Aptek» adlı aptekdən 14 manat, saat 15:44-dən saat 15:50dək «Azercell İmcom» adlı mağazadan 328 manat, saat 16:39-dan saat 16:51-dək «X5» adlı mağazadan 171 manat 65 qəpik, saat 16:56-dan saat 17:08-dək «Bakı Fame Mall» adlı mağazadan 175 manat, saat 17:14-də «Forte Fashion» adlı mağazadan 71 manat 80 qəpik, saat 17:20-də «X6» adlı mağazadan 25 manat 45 qəpik və sonuncu dəfə saat 18:12-dən saat 18:19-dək ünvan 1 ünvanda yerləşən «Buta Univermaq» adlı mağazadan 132 manat 80 qəpik məbləğində təmassız ödəniş vasitəsilə alış-veriş etməklə, bank kartında olan pulları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1423 manat 70 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə piyada hərəkətdə olarkən yerdə "xxxx"a məxsus bank kartının olduğunu görmüş və həmin bank kartını götürüb cibinə qoymuşdur. O həmin vaxt bank kartında əgər pul olarsa, həmin bank kartı vasitəsilə evinə alış-veriş edəcəyini düşünmüşdür. Bundan sonra Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ərzaq mağazasına getmiş və orada həmin bank kartından istifadə edərək “Xline” siqareti almış və bank kartında pul olduğunu başa düşmüşdür. Həmin vaxt bank kartı ilə 100 manatdan artıq alış-veriş etdiyi təqdirdə ondan bank kartının şifrəsi tələb olunduğunu bildiyi üçün 100 manat civarında alış-verış etməyi planlaşdırmışdır. Bundan sonra Bakı şəhərinin müxtəlif rayonlarında, sonuncu dəfə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən mağazadan evinə ərzaq bazarlığı, övladlarına pal-paltar almışdır. Həmin bank kartı vasitəsilə təxminən 1423 manata yaxın alış-veriş etmişdir. Sonuncu alışverişini Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə unvannda yerləşən «Buta Univermaq» adlı mağazadan etmişdir. 02 aprel 2024-cü il tarixdə isə onu Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə dəvət etmişlər və o da polis şöbəsinə gəlmişdir. Polis şöbəsində başqa şəxsin bank kartı vasitəsilə alış-veriş etməyi məlum olmuş və o hər şeyi etiraf etmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır, lakin maddi imkanı olmadığı üçün dəymiş zərəri tam ödəyə bilmir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq, himayəsində üç uşağının olduğunu və yaşlarının müvafiq olaraq 10 yaş, 7 yaş və 3 yaş olduğunu, kartdan ərzaq məhsulları və pal-paltar almaq üçün istifadə etdiyini, həmçinin özünə 3 manatlıq bir siqaret aldığını, kənar adamlara heç nə almadığını, həyat yoldaşına heç nə almasa da, uşaqlarına pal-paltar aldığını, hər ay 150 manat ödəniş etmək imkanının olduğunu, məktəbdə payız sessiyası ilə bağlı çəkiliş olduğuna görə uşaqların paltarı olmadığına görə cinayət əməlini törətdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 31 mart 2024-cü il tarixdə saat 18:40-da DİN «102» xidmətinə zəng vurub şikayət etmişdir. Belə ki, 31 mart 2024-cü il tarixdə saat 12 radələrındə dərman almaq uçun Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən «Jasmin» adlı aptekə gedərək orada 5 manatlıq dərman almış, dərmanın ödənişini isə özünə məxsus "xxxx" ASC-yə aid bank kartı ilə etmişdir O, aptekdən çıxdıqdan sonra özünə məxsus avtomobilə əyləşmiş və həmin yerdən uzaqlaşmışdır. Həmin gun saat 18 radələrındə bank kartından Bakı şəhərinin müxtəlif ərazilərindən alışveriş edildiyini aşkar etmiş və dərhal bu barədə DİN «102» xidmətinə məlumat vermişdir. Həmçinin bankla əlaqə saxlayıb kartını bloklatdırmışdır. Bundan sonra ona məxsus bank kartından naməlum şəxs tərəfindən 1423 manat alış-veriş olunduğu məlum olmuşdur. Daha sonra bankda olarkən oğurlanmış bank kartı tamamilə ləğv olunmuş və ona başqa bank kartı verilmişdir. Daha sonra polis əməkdaşları ona oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildirmişdir. Lakin müstəntiq tərəfindən ona 250 manat təqdim olunsa da, dəymiş ziyanın qalan hissəsi ödənilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmədiyindən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Müslum oğlu 15 ildir onun qeyri-rəsmi həyat yoldaşıdır və himayələrində üç övladları vardır. 31 mart 2024-cü il tarixdə saat 13 radələrındə Ramil yaşadıqları evə gəlib dostunun kredit kartını ona verdiyini və həmin kredit kartı ilə alış-veriş edə biləcəklərini bildirmişdir. O, Ramildən hansı dostunun kredit kartını verdiyini soruşduqda Ramil həmin dostunu tanımadığını və narahat olmamağını bildirmişdir. O da Ramilə inanmış və onlar Bakı şəhərinin müxtəlif rayonlarında, sonuncu dəfə isə Bakı şəhəri Nəsimi rayonı ərazisində yerləşən mağazalardan evə ərzaq bazarlığı və övladlarına palpaltar almışlar. Həmin bank kartı vasitəsilə təxminən 1423 manata yaxın alış-veriş etmişlər. Sonuncu alış-verişlərini Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-cı məhəllə unvannda yerləşən «Buta Univermaq» adlı mağazadan etmişlər. 02 aprel 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə dəvət olunduqdan sonra ona sonuncunun həmin kredit kartını yerdən tapması məlum olmuşdur. İş materiallarında olan 02 aprel 2024-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir (i/v 1). İş materiallarına əlavə olunmuş 01 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs bank kartını itirdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 941 saylı unvarda yerləşən «Jasmin» adlı aptekin qarşısıdır (i/v 8-9). İş materiallarına əlavə edilmiş “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, təqdim olunmuş çıxarışın "xxxx" ASC-yə aid bank kartı olması müəyyən edilir, çıxarışa baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus bank kartı ilə 31 mart 2024cü il tarixdə saat 14:24-də «Salam market» adlı mağazada 33 manat, 31 mart 2024-cü il tarixdə saat 14:31-də “Aİ market” adlı mağazada 42 manat, 31 mart 2024-cü il tarixdə saat 14:34-dən saat 14:35-dək «Bakı Mehman market» adlı mağazada 71 manat, 31 mart 2024-cü il tarixdə saat 14:42-dən saat 14:44-dək «Araz market» adlı mağazada 84 manat, 31 mart 2024-cü il tarixdə saat 14:49-dan saat 14:51-dək «Baku Mammadovmagaza» adlı mağazada 86 manat, 31 mart 2024-cü il tarixdə saat 14:58-də «Tam Store» adlı mağazada 21 manat, 31 mart 2024-cü il tarixdə saat 15:02-dən saat 15:14-dək «Oba market» adlı mağazada 126 manat, 31 mart 2024-cü il tarixdə saat 15:36-da “X7” adlı mağazada 42 manat, 31 mart 2024-cü il tarixdə saat 15:39-da «Dokta Aptek» adlı aptekdən 14 manat, 31 mart 2024-cü il tarixdə saat 15:44-dən saat 15:50-dək «Azercell lmcom» adlı mağazada 328 manat, 31 marl 2024-cü il tarixdə saat 16:39-dan saat 16:51-dək «X5» adlı mağazada 171.65 manat, 31 mart 2024-cü il tarixdə saat 16:56-dan saat 17:08-dək «Bakı Fame Mall» adlı mağazada 175 manat, 31 mart 2024-cü il tarixdə saat 17:14-də “Forte Fashion” adlı mağazada 71,80 manat, 31 mart 2024-cü il tarixdə saat 17:20-də «X6» adlı mağazada 25,45 manat, 31 mart 2024-cü il tarixdə saat 18:12-dən saat 18:19-dək «Buta Univermaq» adlı mağazada 132,80 manat, ümumilikdə 1423 manat 70 qəpik məbləğində alış-veriş edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs baxışda qeyd olunan məbləğdə bank kartından alış-veriş edilməsini təsdiq etmiş və həmin alış-verişin bank kartı vasitəsilə olunduğunu bildirmişdir (i/v 80). İş materiallarına əlavə edilmiş “Görüntüyə baxış keçirilməsi haqqında” 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu “Buta Univermaq” mağazasında quraşdırılmış müşahidə kameralarının qeydə alındığı görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adına olan bank kartı ilə sözügedən mağazadan alı-veriş edərək getməsi görünür. Bundan əlavə, görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs mağazadan ərzaq məhsulları alması və ödənişi Zərərçəkmiş şəxs məxsus bank kartı vasitəsilə etməsi görünmüşdür (i/v 12). İş materiallarına əlavə olunmuş “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 34). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 04 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 71-72). İş materiallarında olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 73-74). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2007-ci il tarixdə Binəqədi rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07 mart 2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 19 noyabr 2009-cü il tarixdə Yasamal rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30 noyabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 25 dekabr 2019-cu il tarixdə Binəqədi rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19 avqust 2020-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 03 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 67.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və 02 il 01 ay azadlıqdan məhrum etmə cəzası saxlanmış, 24 iyul 2023-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş və 20 sentyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (i/v 95-97, 99-109). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 250 manat ödəniş edildiyini bildirmişdir (i/v 110). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə içərisində hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk maddi sübut kimi tanınmış və həmin diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır (i/v 111-119). İş materiallarına məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 aprel 2014-cü il təvəllüdlü X1, 03 aprel 2017-ci il təvəllüdlü X4 və 02 iyul 2021-ci il təvəllüdlü X2 adlı üç yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan edilməsi, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və Qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-16416/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərəçəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək, səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini və himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə görə cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 19 mart 2025-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-407/2024 saylı, 01 avqust 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş və 05 avqust 2024-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 51 (əlli bir) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 19 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-39/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-39/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver