Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-392/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fəhlə işləyən, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olmaqla Ucar rayonu Pirkənd kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Qanununun 10-cu maddəsinin Vİİİ hissəsinə əsasən müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyataxtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunmasının qadağan olunması, həmin Qanunun 10-cu maddəsinin İX hissəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aid olması, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılmasının yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilinməsi, bununla bağlı xüsusi icazənin alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 18.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nin 2.1-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in 13-cü hissəsində müəyyən edilmiş sənədlərin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilməsinin zəruri olmasına baxmayaraq, qeyd edilən qaydada xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə, istintaqa məlum olmayan mənbədən və şəxslərdən 2023-cü il tarixdə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən müxtəlif texniki vasitələri, o cümlədən, dəyəri 430 manat təşkil edən gizli səsötürücü funksiyaya malik, «M5» və «Azercell» mikromobil cihazları vasitəsilə idarə edilən, naqilli, KH K-102 markalı, E321827 nömrəli mikro qulaqcıq olan, ümumilikdə 430 (dörd yüz otuz) manat dəyərində 1 adda 1 ədəd texniki vasitəni satış məqsədi ilə sifariş edib, vahid niyyətlə satış məqsədilə istintaqa məlum olmayan mənbədən və şəxslərdən əldə edərək, “İnstaqram” sosial şəbəkəsində idarə etdiyi “mikroqulaqliq” internet səhifəsində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən həmin texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə qeyd olunan tarixdə elanlar yerləşdirməklə, 2023-cü ilin mart ayında “mikroqulaqliq” internet səhifəsində qeyd olunan həmin satış elanı üzrə 1 ədəd gizli səsötürücü funksiyaya malik, «M5» və «Azercell» mikromobil cihazları vasitəsilə ilə idarə edilən, naqilli, KH K-102 markalı, E321827 nömrəli mikro qulaqcığın alınması ilə bağlı internet səhifəsində yerləşdirdiyi özünün şəxsi istifadəsində olan ***-***- **-** saylı telefon nömrəsinə zəng edərək müraciət etmiş Şahid aralarında olan danışıq əsasında 1 ədəd gizli səsötürücü funksiyaya malik, həmin markalı və nömrəli mikro qulaqcığın 430 manat məbləğində pula satılmasına dair sonuncunun razılığını alıb, qeyd olunan tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 May” metrostansiyasının çıxışında Şahidla görüşərək sonuncudan 430 (dörd yüz otuz) manat məbləğində pul vəsaitini nağd qaydada əldə edib, texniki vasitəni sonuncuya təqdim etməklə, ümumilikdə 430 (dörd yüz otuz) manat dəyərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən 1 adda 1 ədəd texniki vasitəni vahid niyyətlə Şahid satmışdır. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü il tarixdə “İnstaqram” sosial şəbəkəsində “mikroqulaqliq” veb internet səhifəsini hazırda xatırlamadığı şəxsdən alaraq orada gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan müxtəlif texniki vasitələrin, qurğuların satışını həyata keçirtmişdir. Həmin səhifədə özünün vaxtilə istifadə etdiyi ***-***-**-** saylı nömrəni yazmışdır. Həmin gizli texniki qurğuları əvvəllər hazırda adlarını xatırlamadığı tanışlarından alaraq burada satışını həyata keçirtmişdir. Daha sonra instaqram sosial şəbəkəsi vasitəsi ilə hazırda adlarını bilmədiyi müxtəlif şəxslərə satsa da, satdığı məhsullar çox olmamışdır. O, əsas gizlilik xüsusiyyəti olan mikroqulaqcıq (nauşnik) xüsusi texniki vasitə satmışdır. Adını sonradan bildiyi Şahid təxminən 2023-cü ilin mart ayında tanımışdır. Belə ki, Şahid “İnstaqram” sosial şəbəkəsinə baxan zaman onun “mikroqulaqliq” veb səhifəsini görmüş, həmin səhifədə gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin satışı ilə bağlı elanları görmüş və ona gizli qaydada səs ötürücü olan naqilli mikroqulaqcıq elanı ilə bağlı həmin səhifədə yerləşdirdiyi istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Nəbi öz istifadəsində olan ***- ***-**-** nömrəsi ilə zəng etmişdir. O da telefon danışığı zamanı özünü olduğu kimi, Təqsirləndirilən şəxs kimi təqdim edərək qeyd olunan qurğunu 430 manata sata biləcəyini bildirmişdir. Şahidla qeyd olunan qiymətə razılaşmışlar. Bundan sonra o, 2023-cü ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu, 28 may Metrostansiyasının çıxışında Şahidla görüşmüş, görüş zamanı Şahid 430 manat pulu ona vermiş, o da pulu qəbul edərək maraqlandığı qurğunu Nəbiyə təqdim edərək necə işlədəcəyini izah etmişdir. Bundan sonra Şahidla əlaqə saxlamamışdır. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu bildirərək barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında tanımışdır. Belə ki, o, 2023-cü ilin aprel ayının 2-də qrup üzrə dövlət imtahanına giriş zamanı qapıda duran mühafizəçilər tərəfindən yoxlanılarkən üzərindən “İnstaqram” sosial şəbəkəsində olan “mikroqulaqliq” səhifəsindən aldığı gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitə olan mikroqulaqcıq aşkarlanmışdır. Bundan sonra onu dövlət imtahanından kənarlaşdırmışlar və ondan qeyd olunan gizli texniki vasitə olan qurğunu götürmüşlər və ona X8 yaxınlaşmağını xahiş etmişlər. Dövlət imtahanına zəif hazırlaşdığı üçün belə bir qurğudan istifadə etmək qərarına gəlmişdir. O da bundan sonra X8 yaxınlaşmış, orada onu qəbul edərək çağıracaqlarını demişlər. Bir müddət sonra isə DTX tərəfindən çağırılmış, izahatını almışlar. Daha sonra isə 2024-cü ilin təxminən aprel ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət edilmiş və izahatını almışlar. Həmin izahatını bir daha təsdiq edərək bildirmək istəyir ki, 2023-cü ilin təxminən mart ayında “İnstaqram” sosial şəbəkəsində öz profili ilə internetdə olan məlumatlara baxan zaman qarşına “mikroqulaqliq” veb səhifəsi çıxmış, həmin səhifəyə daxil olan zaman gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin satışı ilə bağlı elanların yerləşdirildiyini görmüşdür. Həmin vaxt satılan cihazların gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulduğunu bilməmişdir. Satılan məhsullara baxan zaman gizli qaydada səsötürücü olan naqilli mikro qulaqcıq elanını görmüş, bu məhsul marağını çəkmişdir və bununla maraqlanmışdır, həmin səhifədə olan ***-***-**-** mobil nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayaraq danışmışdır. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ona qeyd olunan qurğunu 430 manata sata biləcəyini bildirmiş, o da həmin qiymətə həmin şəxslə razılaşmışdır. Bundan sonra həmin günü (tarixi konkret olaraq xatırlamır) Bakı şəhəri, Nəsimi rayonu, “28 May” metrostansiyasının çıxışında Təqsirləndirilən şəxslə görüşmüş, Fərid tək olmuş, görüş zamanı 430 manat pulu Fəridə vermişdir, sonuncu da pulu qəbul edərək maraqlandığı qurğunu ona təqdim etmişdir, neçə işlədəcəyini izah etmişdir. Daha sonra ifadəsində də dediyi kimi imtahan verən zaman başına bu iş gəlmiş və qurğu aşkarlanaraq üzərindən götürülmüşdür. O, daha sonra Təqsirləndirilən şəxslə əlaqə saxlamamış və həmin şəxsdən, eləcə də kimsədən heç bir gizli texniki vasitə olan qurğu almamışdır. O, bu hadisə ilə rastlaşdıqdan sonra, gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin satışının qadağan olunduğunu öyrənmişdir. Həmin vaxta qədər belə bir qurğuların ölkə ərazisinə gətirilməsi, istifadə edilməsi, satışı ilə məşğul olunmasının qadağan olunmasından məlumatı olmamışdır (i/v 74-77). İş materiallarında olan Binəqədi rayon məhkəməsinin 02 may 2024-cü il tarixli, 5(001)-694/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, X4, X1, X7 və X5 barəsində qərar qəbul edildiyi gündən, yəni 02 may 2024-cü il tarixdən başlayaraq 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə verilmiş təqdimat təmin edilmişdir (i/v 34-36). İş materiallarında olan “baxış keçirilməsi haqqında” 21 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə “İnstaqram” sosial şəbəkəsində fəaliyyət göstərən “mikroqulaqliq” səhifəsinə 21 may 2024cü il tarixdə baxış keçirilmişdir. Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olmaqla Ucar rayonu, Pirkənd kəndində yaşayan Təqsirləndirilən şəxs özünün də iştirakı ilə istifadəsində olan “Samsung” markalı telefon vasitəsi ilə internet resurslarından istifadə etməklə “İnstaqram” sosial şəbəkəsində istifadə etdiyi “mikroqulaqliq” səhifəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsində idarə etdiyi “mikroqulaqliq” alış-veriş ticarət səhifəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin səhifə 2016-cı il tarixdə yaradılmışdır, hazırda 974 izləyəcisi vardır. Həmin səhifədə 72 paylaşım edilmişdir. Səhifənin yuxarı bölməsində “İmtahan stresine son mikronauşniklər **********”, “mikronauşniklərin satışı”, “1 il mağaza zəmanəti” yazıları yazılmış, ünvan olaraq “Memar Əcəmi metrosu, MC donaldsın yanı” göstərilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 2023-cü il tarixdə “İnstaqram” sosial şəbəkəsində “mikroqulaqliq” veb internet səhifəsini almış, həmin səhifədə özünün vaxtilə istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsini yazmışdır. O, “mikroqulaqliq” veb səhifəsində yazdığı, istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng edən Şahid 2023-cü ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu, 28 may Metrostansiyasının çıxışında görüşərək sonuncuya 430 manat pul müqabilində 1 ədəd gizli səsötürücü funksiyaya malik, «M5» və «Azercell» mikromobil cihazları vasitəsilə ilə idarə edilən, naqilli, KH K-102 markalı, E321827 nömrəli mikro qulaqcıq satmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən “İnstaqram” sosial şəbəkəsində idarə edilən “mikroqulaqliq” səhifəsinin mühüm məlumatları, qeyd olunan xüsusi texniki vasitələrin satışı barədə yerləşdirilmiş elanların əks olunduğu səhifələr kompyuter vasitəsi ilə print-çap edilərək baxış protokoluna əlavə edilmişdir (i/v 89-95). İş materiallarında olan 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 147-148). İş materiallarında olan 20 iyun 2024-cü il tarixli elektron prokurorluq informasiya sistemi məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur (i/v 150). İş materiallarında olan Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Qaraməmmədli Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən xasiyyətnamə və arayışdan görünür ki, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (i/v 151-152). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, 1 ədəd gizli səsötürücü funksiyaya malik, «M5» və «Azercell» mikromobil cihazları vasitəsilə ilə idarə edilən, naqilli, KH K-102 markalı, E321827 nömrəli mikro qulaqcıq maddi sübut hesab edilmiş və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat Təminatı şöbəsinə saxlanılması, həmçinin “İnstagram” sosial şəbəkəsində aparılmış yazışmaların, “İnstagram” sosial şəbəkəsində fəaliyyət göstərən “mikroqulaqlıq”, “Mikroqulaqciq_ecemi_2022” və “mikro_mausnik_ecemi_ucuz” səhifələrindən əldə edilmiş məlumatların maddi sübut kimi tanınması və cinayət işi materaillarına əlavə edilməsi qərara alınmışdır (i/v 153-180). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə: Bu Qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyataxtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır (Vİİİ hissə); Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir. Əməliyyataxtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər (İX hissə); Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (X hissə). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli Qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xususi texniki vasitətlərin növlərinin Siyahısı”na akustik məlumatların gizli alınması və qeydi üçün xüsusi texniki vasitələr; telefon danışıqlarına gizli qulaq asılması üçün xüsusi texniki vasitələr; texniki rabitə kanallarından informasiyanın gizli alınması və qeydi üçün xüsusi texniki vasitələr; poçt bildirişləri və göndərişlərinə gizli nəzarət üçün xüsusi texniki vasitələr; gizli qulaqasma qurğularını və məxfi məlumatların radiotexniki (o cümlədən mexaniki) sızma kanallarını aşkar etmək üçün xüsusi texniki vasitələr; şüalanma mənbələrinə istiqaməti və onların yerini təyin edən xüsusi texniki vasitələr; müxtəlif növ siqnalların texniki təhlil və təhqiqi üçün istifadə olunan xüsusi və digər texniki vasitələr; gizli radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapozonlu radioqəbuledici qurğular; gizli vüzual müşahidə və sənədləşdirmə üçün xüsusi texniki vasitələr; əşyaların və sənədlərin gizli tədqiqi (təhqiqi) üçün xüsusi texniki vasitələr; binalara (otaqlara), nəqliyyat vasitələrinə və digər obyektlərə daxil olunması və onların müayinəsi üçün xüsusi texniki vasitələr; müxtəlif tikinti konstruksiyalarında xüsusi məqsədli mikrafonları, videokameraları, foto və optik cihazları quraşdırmaq üçün istifadə olunan xüsusi texniki vasitələr; nəqliyyat vasitələrinin və digər obyektlərin yerdəyişməsinə gizli nəzarət üçün xüsusi texniki vasitələr; informasiyanın saxlanılması, işlənilməsi və ötürülməsi üçün istifadə olunan texniki vasitələrdən informasiyanın çıxarılması (dəyişdirilməsi və məhv edilməsi) üçün xüsusi texniki vasitələr; şəxsiyyətin gizli eyniləşdirilməsi (identifikasiya) üçün xüsusi texniki vasitələr aiddirlər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 12-ci bəndinə görə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin dövriyyəsinə xüsusi icazə verən - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətidir (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən texniki vasitələrin belə icazə olmadan əldə edib satışını həyata keçirmişdir. Bu hərəkətləri ilə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Həmin əməlin törədilməsini Təqsirləndirilən şəxs məhkəmədə etiraf etmiş, həmçinin məhkəmədə tədqiq olunmuş əməliyyat-axtarış fəaliyyətinin gedişi nəticəsində əldə olunmuş materiallar və digər mötəbər dəlillərlə, bu cinayətin onun tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd gizli səsötürücü funksiyaya malik, «M5» və «Azercell» mikromobil cihazları vasitəsilə ilə idarə edilən, naqilli, KH K-102 markalı, E321827 nömrəli mikro qulaqcıq Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq dövlət nəfinə xüsusi müsadirə olunmaqla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin istifadəsində saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “İnstagram” sosial şəbəkəsində aparılmış yazışmaların, “İnstagram” sosial şəbəkəsində fəaliyyət göstərən “mikroqulaqlıq”, “Mikroqulaqciq_ecemi_2022” və “mikro_mausnik_ecemi_ucuz” səhifələrindən əldə edilmiş məlumatların cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X6 32 (otuz iki) saat üçün nəzərdə tutulan 192 (yüz doxsan iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Qaraməmmədli kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd gizli səsötürücü funksiyaya malik, «M5» və «Azercell» mikromobil cihazları vasitəsilə ilə idarə edilən, naqilli, KH K-102 markalı, E321827 nömrəli mikro qulaqcıq Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq dövlət nəfinə xüsusi müsadirə olunmaqla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin istifadəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “İnstagram” sosial şəbəkəsində aparılmış yazışmaların, “İnstagram” sosial şəbəkəsində fəaliyyət göstərən “mikroqulaqlıq”, “Mikroqulaqciq_ecemi_2022” və “mikro_mausnik_ecemi_ucuz” səhifələrindən əldə edilmiş məlumatların cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-392/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-392/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver