Məhkəmə qərarları › İş №1(006)-392/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-392/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-392/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanında yerləşən Mərkəzi Hərbi Hospitalın yaxınlığında hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək həmin vaxt yolun hərəkət hissəsində dayanan “Kia Sportage” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması nəticəsində ehtiyatsılızqdan avtomobilində müştəri qismində əyləşən Zərərçəkmiş şəxs sağ almacıq sümüyünün sınığı ilə müşayiət olunan sağ gözaltı almacıq və burun nahiyyələrinin dəri altı hemotoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığa Az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmaqla yol- nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində Azərbaycan Universitetinin qarşısından Yasamal rayonu, Bünyadzadə küçəsinə getmək üçün Bolt şirkətindən sifariş qəbul etmişdir. Daha sonra etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin ünvandan 2 nəfər qadın müştərini götürüb Yasamal rayonuna sifariş edilən ünvana yola düşmüşlər. Həmin vaxt Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindən üzü Hərbi Hospital istiqamətinə doğru hərəkətdə olarkən bir anlıq ehtiyatsızlıq edib avtomaşının idarəetməsini itirmiş və həmin anda idarə etdiyi avtomaşının ön sağ hissəsi ilə yolun sağ kənarında park edilmiş “Kia” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol hissəsindən dəymişdir. Toqquşma nəticəsində zərbədən “Kia” markalı avtomobil qarşısında dayanmış “QAZ 3110” markalı avtomaşının arxa hissəsinə toqquşaraq zəncirvari qəza baş vermişdir. Hadisə nəticəsində avtomaşınında onun arxasında oturan qadın sərnişinin burnu qanamışdır. Arxada sağ tərəfdən oturan qadın müştəriyə isə heç bir şey olmamışdır. O, həmin səmişinlərn səhhətinin necə olduğunu sual etmiş, hər iki şəxs ciddi xəsarətlərinin olmamasını bildirmiş və evə getmək istədiklərini vurğulamışlar. Bundan sonra burnu qanayan xanım əl-üzünü kafedə su ilə yuduqdan sonra hər ikisini digər “BMW” markalı avtomaşınla evlərinə yola salmışdır. Zərərçəkmiş şəxs yaşadığı ünvana çatdıran şəxs də yenidən hadisə yerinə qayıtmış və İlahənin səhhətinin yaxşı olduğunu ona bildirmişdir. Baş vermiş hadisə yerinə BDYPİ-nin əməkdaşları gələrək ilkin sənədləşmə işlərini aparmışdır. O, Zərərçəkmiş şəxs xəsarət almasını yalnız Nəsimi RPİ-yə dəvət olunarkən bilmişdir. Hadisə yerində Zərərçəkmiş şəxs burnundan yüngül qan gəlmiş, lakin görünən ciddi xəsarəti olmamışdır. O, avtomaşını təxminən 30 km saat sürət ilə idarə etmişdir. Hadisə yolun döngəli hissəsində baş verdiyi üçün hadisənin qarşısını almaqdan ötrü əyləcdən istifadə etməklə sola tərəf dönmək istəsə də, məsafə az olduğundan toqquşma qaçılmaz olmuşdur. Sonda Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində təhsil aldığı Azərbaycan Universitetinin qarşısından Yasamal rayonu, Bünyadzadə küçəsində yaşadığı ünvana getmək üçün tələbə yoldaşı Afaq ilə birlikdə “Bolt” taksi şirkətindən taksi sifariş etmişdir. Sifarişə uyğun olaraq “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşın göstərilən ünvana gəlmişdir. Həmin taksi avtomaşını ilə ünvana gedərkən Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində Hərbi Hospitalın yaxınlığından keçən zaman avtomobil yol kənarında dayanmış vəziyyətdə olan (sonradan bildiyinə görə Kia markalı və Qaz 3110 markalı avtomaşınlara) toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində sifət nahiyyəsi avtomobilin ön oturacağının boyunluğuna dəymiş və nəticədə üz və alın nahiyyəsindən xəsarət almışdır. Hadisə yerində ona tanımadığı şəxslər köməklik edib onu digər taksi avtomaşını ilə yaşadığı ünvana yola salmışlar. Hadisə yerində o, özündə olmamışdır. Yaşadığı ünvana gəldikdən senra şiddətli ağrılarının olduğu üçün təcili yardım çağırıb 1 saylı KTM-nə müraciət etmişdir. Bundan sonra isə Neyrocərrahiyə xəstəxanasına müraciət edib həkim müayinələrindən keçdikdə məlum olmuşdur ki, sağ almacıq sümüyü sınmışdır. Hazırda müalicəsi ev şəraitində davam edir. O, avtomobildə arxa sol oturacaqda əyləşmişdir, hadisənin hansı şəraitdə baş verməsini xatırlamır. Onunla birlikdə avtomobildə olan rəfiqəsinin xəsarət almamışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində təhsil aldığı Azərbaycan Universitetinin qarşısından Yasamal rayonu, Xiyabani küçəsinə yaşadığı ünvana getmək üçün tələbə yoldaşı ilahə ilə birlikdə "Bolt" taksi şirkətindən taksi sifariş elmişlər. Sifarişə uyğun olaraq "Toyota Prius" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşın gəlmişdir. Həmin taksi avtomaşını ilə ünvana gedərkən Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində Hərbi Hospitalın yaxınlığından keçən zaman avtomobil yol kənarında dayanmış vəziyyətdə olan (sonradan bildiyinə görə “Kia” markah və Qaz 311C markalı avtomaşınlara) toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində tələbə yoldaşı İlahənin sifət nahiyyəsi avtomobilin ön oturacağının boyunluğuna dəymiş və nəticədə sonuncu müxtəlif xəsarətlər almışdır. Hadisə yerində İlahəyə tanımadığı şəxs köməklik göstərərək digər taksi avtomaşını ilə yaşadıqları ünvana yola salmışlar. O, sonradan İlahədən eşitmişdir ki, sonuncu xəsarətlər almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “QAZ 3129” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili həmişə olduğu kimi Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində işlədiyi qəssabxananın qarşısında saxlamışdır. Həmin gün saat təxminən 16 radələrində qəssabxanada olan zaman toqquşma səsi eşitmiş və çölə çıxmışdır. Çolə çıxdıqdan sonra ona məlum olmuşdur ki, “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü idarəetməni itirərərək avtomaşının ön sağ hissəsi ilə yolun kənarında dayanmış “KİA Sportage” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş həmin avtomobil isə ona məxsus avtmobil ilə toqquşmuşdur. Hadisə nəticəsində ona ümumilikdə təxminən 700 manat civarında maddi ziyan vurulmuşdur sığorta şirkətindən isə 500 manat pul almışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən Mərkəzi Hərbi Hospitalın yaxınlığıdır (i.v. 6-10); xx.xx.2024-cü il tarixli, 2/27521 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs aylq olduğu müəyyən edilmişdir (i.v. 25); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli, 768 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət sağ almacıq sümüyünün sınığı ilə müşayiət olunan sağ gözaltı-almacıq və burun nahiyələrinin dərialtı heınatoması bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, onun tibbi yardım üçün X2 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür (i.v. 33-35); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 46); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2024-cü il tarixli, 8/2380 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 50-51); “Təsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad olunması haqqında” 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və o, saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 101); “Sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, qərarın təviri hissəsində göstərilənlərə əsasən “Toyota Prius” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət işi üzrə maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır (i.v. 137-144); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut qismində tanınmış - “Toyota Prius” minik markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan – “Toyota Prius” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar