Məhkəmə qərarları › İş №1(006)-394/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-394/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-394/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Məhkəmə iclasının katibi: X4, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: Əliyeva Sevinc Sarif qızı Əliyeva Sevinc Sarif qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əliyeva Sevinc Sarif qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 şəhərndə yaşayır və fərdi əməklə məşğul olur. Barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs Əliyeva Sevinc Sarif qızı sosial şəbəkələrdə, bir sıra internet resurslarında onu və ailə üzvlərinə qarşı əsassız iddialarla çıxış edir, onu dələduzluq cinayətində ittiham edir, X3 və valideynlərinin ünvanına təhqiramiz söyüşlər yazaraq onları təhqir edir, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, təhqir edən, həqiqətə uyğun olmayan məlumatlar yayır, onu şərləyərək külli miqdarda pulunu alacağı ilə, hansı yolla olur olsun həbs etdiricəyi ilə hədələyir. Əliyeva Sevinc Sarif qızı AR DİN-nin 102 xidmətinə müraciət edərək və sonradan ərizə ilə Nəsimi RPİ-nin 19-cu Polis bölməsinə müraciət edərək təxminən 2023cü ilin sentyabr ayının əvvəllərindən guya X5 maldarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 30.000 manat pul və 15.000 manat dəyərində olan qızıl-zinət əşyalarının ünvan 1 ünvanında verdiyini, lakin guya vədinə əməl etməyib ony aldatmağını göstərmişdir. Sevinc Əliyevanı 4 ildən çoxdur ki, tanıyır, onunla birlikdə Xırdalan şəhərində, Bakı şəhərində 4-cü mikrorayonda və daha sonra isə Bakı şəhəri Nəsimi rayonu ərazisində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında birlikdə kirayədə yaşamış, həmin zamanlar müxtəlif yerlərdə ticarətlə məşğul olmuş, bütün kirayə pullarını, evin dolanışıq pullarını X6 ödəmiş və yaxın münasibətləri olduğundan 4 ildə Sevinc Əliyevaya külli məbləğdə pul xərcləmişdir. Lazım olanda Sevincdən borc pul da almış və yenə də onun borcunu qısa müddətdə artıqlaması ilə qaytarmışdır. Qeyd olunan müraciət Nəsimi RPİ-nin 19-cu Polis şöbəsində qeydə alınaraq ilkin araşdırma aparılmış və qanuni qərar qəbul edilməsindən ötrü toplanmış material Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Nəsimi RPİ-nin İstintaq Şöbəsində toplanmış material üzrə araşdırma aparılmış, onun və Sevinc Əliyevanın izahatları alınmış, digər araşdırmalar aparılmış, əməlində cinayət tərkibi olmadığına görə 13 fevral 2024-cü il tarixdə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Şübhan Zeynalov tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.2, 85., 207.5.2 və 212.1-ci maddələrinin tələblərinə əsasən barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X1 Sevinc Sarif qızının müxtəlif qanunsuz hərəkətlərini görüb ondan ayrılmaq qərarına gəlmişdir. Bunu görən Sevinc Əliyeva ona və ailəsinə şər, böhtan ataraq, məni həbs etdirməklə və şantaj edəcəyi ilə hədələməyə başladı. Belə ki, guya X3 ondan külli miqdarda pul və qızıl əşyaları alaraq qaytarmamağı barədə Bakı şəhəri Nəsmi RPİ-nə və Respublikanın müxtəlif yüksək instansiyalarına müraciətlər etməyə başladı. Ona görə də, Sevinc Əliyevanın şər və böhtanından özünün və ailə üzvlərinin yaxa qurtarmalarından ötrü ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyim, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1988-ci ildə anadan olmuş, hazırda Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ev 9 mənzil 36-da yaşayan, subay, Əliyeva Sevinc Sarif qızının Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həmin maddələrlə ittiham hökmü çıxarılması, ittiham olunduğu maddələrin sanksiyası həddində cəzalandırılması xahiş olunmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 onun və valideynlərinin Əliyeva Sevinc Sarif qızı tərəfindən “Tiktok” sosial platformasında təhqir olunduğunu və böhtan xarakterli məlumatların yayıldığını qeyd edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əliyeva Sevinc Sarif qızı bildirdi ki, xüsusi ittiham qaydasında verilmiş şikayəti qəbul etmir, özü Bərdə rayonu ərazisində yaşayır, Nəsimi rayonu ərazisində əvvəllər yaşamışdır, xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə görünür ki, xüsusi ittiham qaydasında şikayət “Tiktok” sosial şəbəkəsində yayılmış məlumatlarla əlaqədar olmuşdur. Buna görə də hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin sosial şəbəkələrin hüquqi ünvanı və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin qeydiyyat üzrə yaşayış ünvanıdır. Sosial şəbəkələrin hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə isə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Belə olduğu təqdirdə “Tiktok” sosial şəbəkəsinin hüquqi ünvanı xaricdə yerləşir, Azərbaycan Respublikası ərazisində yerləşmir. Ona görə də hazırkı şikayətə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarında olan elektron çıxarışa əsasən Əliyeva Sevinc Sarif qızının yaşayış və qeydiyyat ünvanı ünvan 2 və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Belə olduğu təqdirdə, CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də CPM-nin 300.1.4-cü maddəsindəki qərardır. Belə ki, CPM-nin 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. CPM-nin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin CPM-nin 302.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. CPM-nin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300, 302-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əliyeva Sevinc Sarif qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar