Məhkəmə qərarları › İş №1(006)-395/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-395/2021

11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-395/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Tovuz rayonu, Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 İnqilab oğluna, sonuncunu “Socar” şirkətinə yeni tikililərdə fəhlə qismində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 08 iyun 2019-cu il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar metrostansiyası”nın yanında yerləşən “Qarabağ” adlı çayxanada 500 manat və 10 iyun 2019-cu il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar metrostansiyası”nın qarşısında yerləşən yerüstü körpünün altında 400 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 900 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Şahid1 “X2”nda tibb bacısı vəzifəsinə işə düzəldəcəyinə dair sonuncunun oğlu Zərərçəkmiş şəxs4 yalan vəd verib aldadaraq, bu adla 22 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Bakı Dəmir Yolu Xəstəxanası”nda 1000 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1, sonuncunu “X2”nda tibb bacısı vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 01 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı Dəmiryolu Xəstəxanasında 1000 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evinin yanındakı torpaq sahəsinin hasara alınması üçün müvafiq icra hakimiyyəti orqanından icazə alınmasında köməklik edəcəyinə dair Zərərçəkmiş şəxs1 yalan vəd verib aldadaraq, bu adla 18 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Səməd Vurğun bağı”nın qarşısında 3000 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin yay aylarında ortaq tanışları vasitəsilə Zərərçəkmiş şəxs1 tanımışdır. Zərərçəkmiş şəxs1 Dəmiryolu xəstəxanasında tibb bacısı işləmiş, həmin zaman özü bina tikintilərində çalışmışdır. İntizarın vasitəsilə onun bir neçə iş yoldaşını, qonşusunu və ya rəfiqələrini də tanımışdır. İntizarın vasitəsilə tanıdığı şəxslərdən biri də Tünzalə xanım olmuşdur. Tünzalə xanım da tibb bacısı olmuş, onun həyat yoldaşı Zərərçəkmiş şəxs3 da özünə iş axtarmış, bu barədə Tünzalə İntizara demişdir. İntizar da ona bu barədə demiş, həmin zamanlar özünün maddi cəhətdən sıxıntıları olduğundan Telmana iş tapmasında köməklik edəcəyini, bu işdən özünün də qazanc əldə edəcəyini düşünmüşdür. Telmanla 08.06.2019-cu il tarixdə, saat 12:00-da Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında görüşmüş, onu “SOCAR”a işə düzəldəcəyini demiş, Telmandan burada 500 manat pul almış, ona vəd verərək, “Socar” şirkətinə işə düzələn zaman onun imtahan mərhələsində işinə kömək edəcəyini və yaxın zamanda onun əmrinin çıxacağını demişdir. O, “SOCAR” şirkətində tanış adam tapacağını və ondan bu barədə xahiş edərək, tapdığı tanışın xahişini yerə salmayacağını, bununla Zərərçəkmiş şəxs3 işlə təmin edəcəyini düşünmüşdür. Telmandan əldə etdiyi qazanc pulun isə özünə qalacağını düşünmüşdür. 10.06.2019-cu il tarixdə, saat 15:00-da Zərərçəkmiş şəxs3la yenidən 20 Yanvar dairəsi yaxınlığında görüşmüş, Telman burada ona əlavə 100 manat da pul vermişdir O, Telmana yenə vəd verərək yaxın zamanda onun əmrinin çıxacağını demiş, bu pulun bir hissəsinin qarşılığında Zərərçəkmiş şəxs3 üçün bir sıra tikinti alətləri almışdır. Belə ki, Zərərçəkmiş şəxs3 1 ədəd drel, 1 ədəd laqonda və 1 ədəd makina almış, lakin daha sonra başqa alternativ iş təklifləri öyrənmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 üçün Ağ şəhər yaşayış kompleksində iş yeri tapmış, bu barədə Telmana demiş, Telman isə buna da etiraz etməmişdir. 1 ay burada işləmiş, lakin maaş ala bilməmişdir. Bundan sonra Telman heç bir işi istəməmiş və ondan verdiyi 600 manat pulu geri istəməyə başlamışdır. Həmin zamanlar maddi sıxıntıları olduğu üçün pulu Telmana qaytara bilməmiş, həmçinin Telmanın ona verdiyi 600 manat pulun 300 manatına onun üçün tikinti alətləri almış, qalan 300 manat pulu isə öz maddi ehtiyaclarına xərcləmişdir. X5 dəymiş zərəri tam olaraq ödəmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 kömək etmək istədiyini görən Zərərçəkmiş şəxs1 ona çox inanmağa başlamasını görmüşdür. İntizar rəfiqələrinə onun barəsində danışmış, bundan sonra rəfiqəsi Şahid1 da Neftçilər Xəstəxanasına tibb bacısı vəzifəsinə işə düzəlmək istədiyini İntizara demiş, İntizar da ona bu barədə demişdir. O, yenidən maddi cəhətdən sıxıntılarının olmasını nəzərə alıb qazanc əldə etmək istəmiş, lakin bundan sonra Şahid1 bir miqdar pul alıb Neftçilər xəstəxanasının baş həkiminə yaxınlaşıb ona bu barədə xahiş etməyi düşünmüşdür. Özünə çox inanmış, kimdənsə nəsə xahiş etsə heç kimin ona yox deməyəcəyini düşünmüş, bu səbəbdən Leyladan İntizar vasitəsilə 1.000 manat pul istəmişdir. Leylanın oğlu Zərərçəkmiş şəxs4 onunla 23.08.2019-cu il tarixdə, saat 11:00-da Dəmiryolu xəstəxanasında görüşmüş, burada Zərərçəkmiş şəxs4 ona 1.000 manat pul vermiş, bu barədə kağız parçasına yazılı qeyd də etmişdir. Zahir onun şəxsiyyət vəsiqəsinin şəklini də çəkmiş, bundan sonra Zahirə vəd verərək, anası Şahid1 yaxın zamanda Neftçilər xəstəxanasına işə düzələcəyini demişdir. Lakin daha sonra verdiyi vədə əməl edə bilməmişdir. Belə ki, şəxsi problemləri olduğu üçün Şahid1 işi ilə maraqlana bilməmiş, daha sonra isə Şahid1 və Zərərçəkmiş şəxs4 ilə əlaqəsi kəsilmiş, onlardan aldığı 1.000 manat puldan isə heç bir məbləği onlara qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 həmin ərəfələrdə artıq həm rəfiqəsinin həyat yoldaşı olan Zərərçəkmiş şəxs3, həm də digər rəfiqəsi olan Şahid1 iş tapmasında köməklik etdiyini gördüyündən özü də Neftçilər Xəstəxanasında işə düzəlmək istəmişdir. O, eyni qaydada Şahid1, Zərərçəkmiş şəxs4 dediyi sözləri İntizara da demiş, İntizar ona çox inanmışdır. O, İntizara vəd verərək, onun da işini yaxın günlərdə düzəldəcəyini demişdir. Lakin daha sonra verdiyi vədə əməl edə bilməmişdir. Belə ki, şəxsi problemləri olduğu üçün Zərərçəkmiş şəxs1 işi ilə maraqlana bilməmiş, daha sonra isə Zərərçəkmiş şəxs1 ilə əlaqəsi kəsilmişdir. Bir müddət sonra İntizarın barəsində polis orqanlarına şikayət etdiyini öyrənmiş, lakin səhhəti ilə və iş rejimi ilə əlaqədar polis orqanlarına gedə bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs1 aldığı pulu da geri qaytarmışdır. Bundan başqa, İntizarın həmin ərəfələrdə qonşusu olan Zərərçəkmiş şəxs2 da köməklik edə biləcəyini demişdir. Belə ki, həmin ərəfələrdə Zərərçəkmiş şəxs2 yaşadığı Hövsan qəsəbəsində yerləşən torpaq sahəsini hasara almaq istəmiş, İntizar Yeganəyə onun barəsində danışıb hər yerdə tanışının olmasını demişdir. Yeganə də ona inanmış, bundan sonra İntizar bu barədə ona demiş, daha sonra o, yenə də özünə güvənib Yeganəyə kömək etmək qərarına gəlmişdir. Lakin daha sonra icra hakimiyyəti nümayəndələrinə xahiş edərək, bir neçə ərizə yazacağını və bu işə razılıq alacağını düşünmüşdür. Bunun qarşılığında isə əziyyət haqqı olaraq Zərərçəkmiş şəxs2 3.000 manat pul istəmişdir. Daha sonra Yeganə və onun həyat yoldaşı onunla razılaşmış, onlar 18.08.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun parkının yanında görüşmüş, buraya Yeganə həyat yoldaşı və oğlu ilə gəlmişdir. Yeganə və həyat yoldaşı ona burada 3.000 manat pul vermiş, o da burada vəd verərək, icra hakimiyyəti vasitəsilə onlara kömək edəcəyini və onlara məxsus olan torpaq sahəsinin hasarlaşmasına və sənədləşməsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə veriləcəyini demişdir. Onlar da inanmış, lakin daha sonra verdiyi vədə əməl edə bilməmişdir. Belə ki, şəxsi problemləri olduğu üçün Zərərçəkmiş şəxs2 işi ilə maraqlana bilməmişdir. Daha sonra əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş zərəri ödədiyini, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə barışmasını və onların ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, evinin yanında olan zibilxananı hasara alıb oranı abadlaşdırmaq istəsə də, icra hakimiyyətindən buna icazə verilməmişdir. Yaxın qonşusu İntizar onların yaşadığı evə gələrək həyat yoldaşı Təqsirləndirilən şəxs Bakı Şəhər İcra Hakimiyyətində işlədiyini və sonuncunun bu barədə onlara köməklik edə biləcəyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə birlikdə onların evinə gəlmiş, Təqsirləndirilən şəxs ona torpağın sənədləşdirilməsi ilə bağlı lazımi icazəni ala biləcəyini demişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsində ev tikdirmək üçün 5.000 manat, hasar çəkdirmək üçün isə 3.000 manat lazım olduğunu bildirmişdir. O, pulun kimə çatacağını soruşmuş, Təqsirləndirilən şəxs isə demişdir ki, “Nə sən soruş, nə də mən deyim”. Bundan sonra Təqsirləndirilən şəxs ona zəng edərək, lazımi icazəni aldığını, pulu gətirməsini və Bakı şəhər İcra Hakimiyyətinə gəlməyini bildirmiş, o isə 28 May metrostansiyasına gələ biləcəyini demişdir. 2019-cu ilin avqust ayında Səməd Vurğun bağında oğlu Şahid2 və həyat yoldaşı Şahid3 yanında 3.000 manat pulu Fikrətə vermişdir. Lakin Fikrət verdiyi vədə əməl etməyərək onu aldatmışdır. O, Təqsirləndirilən şəxs verdiyi 3000 manat pulu faizə götürmüş, bu səbəbdən 3000 manat da əlavə faiz ödəməli olmuşdur. Təqsirləndirilən şəxs ondan aldığı 3.000 manat pulu geri qaytarsa da, faizə görə ödədiyi 3000 manat pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, o əvvəllər rəfiqəsi olan “Aytən” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü “Socar” şirkətinin Kübrə zavodunda sahə rəisi kimi təqdim etmişdir. Fikrət də onun Dəmiryolu Xəstəxanasında tibb bacısı işlədiyini bilmişdir. Aralarında olan söhbət əsnasında Fikrət ondan nə qədər əmək haqqı aldığını soruşmuş, Fikrətə cavab olaraq 129 manat əməkhaqqı aldığını demişdir, bundan sonra Fikrət ona “səni Neftçilər xəstəxanasına tibb bacısı vəzifəsinə düzəldə bilərəm, orada isə 450 manat əmək haqqı alacaqsan” deyə bildirmiş, onun bu təklifi ilə razılaşmış, Fikrət ona "Socar”da işlədiyini dediyi üçün ona inanmış və ona həqiqətən də kömək edə biləcəyini düşünmüşdür. Həmin işin müqabilində 1000 manat pul lazım olduğunu Fikrət ona bildirmiş, onunla razılaşdıqdan sonra Beynalxalq Banka yaxınlaşaraq əmək haqqı kartı ilə bankdan kredit müqaviləsi ilə 1000 manat pul götürüb 01.08.2019-cu il tarixdə Dəmiryolu xəstəxanasının Fizioterapiya şöbəsində həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona Hövsan qəsəbəsinin İcra Nümayəndəsinin onun tanışı olmasını demiş, bundan sonra o yaşadığı ünvanda qonşusu olan Yeganənin həyətinə hasar çəkdirə bilmədiyini xatırlamış, Yeganəyə kömək etmək məqsədi ilə Təqsirləndirilən şəxs onunla tanış etmişdir. 18.08.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ondan xəbərsiz Yeganədən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun bağının qarşısında 3000 manat pul almasını eşitmişdir. Fikrət onun torpaq sahəsinə İcra Nümayəndəliyindən icazə alması üçün bu pulu almış, daha sonra əvvəllər onunla birlikdə işləyən Tünzalə adlı iş yoldaşı da ondan Fikrətin həyat yoldaşı Telmanı “Socar” da fəhlə kimi işə düzəltməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla bu barədə danışdıqda Telmanı da işə düzəldə biləcəyini demişdir. Fikrət daha sonra Telmanla tanış olub ondan ümumilkdə 1000 manat pul almış, Fikrətin Telmandan həmin 1000 manat pulun 500 manatını Dəmiryolu xəstəxanasının həyətində, sonuncu 500 manatı isə 2019-cu ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu 29 PB-nin ərazisində verməsini eşitmişdir. Bu söhbətləri eşidən onunla birlikdə Bakı Dəmiryolu xəstəxanasında tibb bacısı işləyən Şahid1 Təqsirləndirilən şəxs onu da Neftçilər xəstəxanasına tibb bacısı vəzifəsinə işə düzəltməsini ondan xahiş etmişdir. Şahid1 onkoloji xəstə olduğu və ona yazığı gəldiyi üçün Təqsirləndirilən şəxs bu barədə xahiş etmiş, Təqsirləndirilən şəxs onunla razılaşdıqdan sonra Dəmiryolu xəstəxanasında Şahid1 oğlu Təqsirləndirilən şəxs 22.07.2019-cu il tarixdə 1000 manat pul vermişdir. Həmin pulun verilməsində də iştirak etməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs onları aldatdığını başa düşmüşdür. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, onun anası Şahid1 Dəmiryolu xəstəxanasında tibb bacısı işləyir. Anası ilə eyni xəstəxanada işləyən tibb bacısı İntizar adlı qadın anasına Fikrət adlı tanışının olmasını, Fikrətin onu Neftçilər xəstəxanasına işə düzəldəcəyini və əmək haqqının 450 manat olacağını, əgər istəsə Fikrətin anasını da həmin xəstəxanaya düzəldə biləcəyini demişdir. Anası bu barədə evdə danışan zaman ona razılıq vermiş, az vaxt keçəndən sonra anası ona Fikrətin onu işə düzəltmək üçün 1.000 manat pul istədiyini demişdir. 22.07.2019-cu il tarixdə anasıyla birlikdə Dəmiryolu xəstəxanasına gəlmiş, Fikrət də ora gəlmişdir. Fikrətlə bir qədər söhbət etmiş, Fikrət onu burada inandırmış, ona narahat olmamasını, yaxın müddətdə anasının Neftçilər xəstəxanasına tibb bacısı kimi işə düzələcəyini demişdir. Xəstəxananın göz şöbəsində kabinetlərin birində 1.000 manat pulu Təqsirləndirilən şəxs vermiş və Fikrətdən şəxsiyyətini təsdiq edən sənədi göstərməsini xahiş etmişdir. Fikrət üzərində olan şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuş, özünə məxsus mobil telefonla Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş, bundan sonra Təqsirləndirilən şəxs ondan pulu alması barədə bir kağız yazmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs kağız parçasına ondan 1.000 manat pul alması barədə qeydlər apararaq həmin kağıza öz imzasını çəkərək pulu aldığı tarixi, yəni, 22.07.2019-cu il tarixini qeyd etmiş, həmin kağız parçasını götürüb özündə saxlamışdır. Bundan sonra anası Şahid1 və o, Təqsirləndirilən şəxsla əlaqə saxlamaq istəsələr də, onun telefon zənglərinə cavab verməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində əlavə olaraq, anasının iştirakı ilə 1.000 manat pulu 22.07.2019-cu il tarixdə Bakı dəmir yolu xəstəxanasının göz şöbəsində Təqsirləndirilən şəxs verməsini, ondan 1.000 manat pul alması barədə kağız parçası yazıb, öz imzasını çəkərək pulu aldığı tarixi, yəni 22.07.2019-cu il tarixini qeyd etdiyini bildirmişdir. Daha sonra ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə ələ keçirdiyi 1000 manat pulun hamısını geri qaytardığını, hazırda Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, həyat yoldaşı Tünzalənin keçmiş iş yoldaşı Zərərçəkmiş şəxs1 yoldaşı ilə söhbət edərkən tanışı Təqsirləndirilən şəxs “SOCAR” şirkətində işlədiyini, bir sıra vəzifəli şəxslərlə yaxşı münasibətinin olduğunu demiş, bundan sonra yoldaşı Fikrətin onu həmin şirkətdə işə düzəltməsini xahiş etmişdir. Səhəri gün Zərərçəkmiş şəxs1 onun əvvəllər istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub Fikrətin mobil nömrəsini ona vermiş, həmin nömrə ilə əlaqə saxlamış, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ona işin problem olmadığını, onu “SOCAR” şirkətinə işə düzəldə biləcəyini, həmin işdə əmək haqqının 850 manat olacağını demişdir. Fikrət bunun müqabilində ondan 1.000 manat pul istəmiş, pulu olmadığı üçün Fikrətdən bir qədər möhlət istəmişdir. 08.06.2019-cu il tarixdə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb ona pulun 500 manatını düzəldə bildiyini, qalan 500 manatını isə 1-2 günə düzəldəcəyini demiş, Fikrət onunla razılaşmışdır. Həmin gün saat 14 radələrində Fikrətlə 20 yanvar metrostansiyasının yanında yerləşən “Qarabağ” adlı çayxanada görüşmüş və Fikrətə 500 manat pulu, diplomunun və şəxsiyyət vəsiqəsinin surətlərini vermişdir. Aradan 2 gün keçmiş, 10.06.2019-cu il tarixdə yenə Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq onunla saat 14 radələrində 20 yanvar metrostansiyasının yanında körpünün altında görüşmüş və Fikrətə təkrarən 400 manat pul vermiş, Fikrət ona, narahat olmamasını, yaxın günlərdə işin öz həllini tapacağını demişdir. Aradan bir-neçə gün keçdikdən sonra Fikrətlə əlaqə saxlamağa çalışsa da, Fikrət telefonlara cavab verməmiş, telefonu söndürərək əlaqəni kəsmiş, bundan sonra Fikrətin onu aldadaraq 1.000 manat pulunu ələ keçirməsini başa düşmüşdür. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 istintaqa verdiyi əlavə ifadəsində Təqsirləndirilən şəxs ondan ümumilikdə 900 manat pul alaraq ona yalandan vəd verməsini, ona yalandan “Socar” şirkətində işə düzələcəyini bildirməsini, lakin daha sonra verdiyi vədə əməl etməyərək ona qarşı dələduzluq etməsini və onun 900 manat pulunu etibarından sui istifadə edərək ələ keçirməsini, ona “Socar” şirkətində yeni tikililərə fəhlə qismində işə düzələcəyini dediyini, ilkin ifadəsində bu pulun miqdarının 1.000 manat olmasını bildirsə də, bu məbləğin yanlış qeyd olunmasını, Təqsirləndirilən şəxsla Nəsimi RPİ MSY-də üzləşəndən sonra bu pulun miqdarının 900 manat olmasını xatırlamasını, Təqsirləndirilən şəxs onu işə düzəltməsi məqsədilə 08.06.2019-cu il tarixdə 20 Yanvar metrosu yaxınlığında 500 manat, 10.06.2019-cu il tarixdə yenidən 20 Yanvar metrosu yaxınlığında 400 manat pul verməsini bildirmişdir. Daha sonra ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə ələ keçirdiyi 900 manat pulun hamısını geri qaytardığını, hazırda Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, evlərinin yanında olan zibilxananı hasara alıb oranı abadlaşdırmaq istəsələr də, icra hakimiyyətindən buna icazə verilməmişdir. Qonşuları Zərərçəkmiş şəxs1 2019-cu ilin avqust ayında anası Yeganəyə tanışı Təqsirləndirilən şəxs Bakı Şəhər İcra Hakimiyyətində işlədiyini, 3000 manat müqabilində onlara köməklik edə biləcəyini demişdir. Aralarında razılığa gəldikdən sonra anası Zərərçəkmiş şəxs2 3000 manat pulu onun və atası Şahid3 iştirakı ilə şəxsən Təqsirləndirilən şəxs torpaq sahəsinin hasarlanmasına köməklik etməsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun parkında 28 may küçəsi ilə Puşkin küçələrinin kəsişməsi tərəfdə yerləşən işıqforun yanında vermişdir. Ümumilikdə anası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 3000 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə gətirməklə verdiyi vədə əməl etməmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər Mənzil Kommunal Birliyində işlədiyi müddətdə Təqsirləndirilən şəxs tanımışdır. Fikrətlə dostluğu 1986-ci ildən etibarən olmuş, bir neçə ay sonra Fikrət bir neçə şəxsin ondan polis orqanlarına şikayət etməsini ona demişdir. Belə ki, onda olan məlumata görə Fikrət bir neçə qadından pul alaraq onları işə düzəldəcəyinə vəd vermiş, lakin daha sonra verdiyi vədə əməl etməmişdir. Fikrət bir neçə nəfər qadından ümumilikdə təxminən 6.000 manat pul almışdır. Lakin heç birinə verdiyi vədə əməl etməmişdir. Bundan sonra Fikrət ona polisin çağırışlarına getməyə utandığını, ona müəyyən miqdarda pul verəcəyini, bu pulları polis əməkdaşlarına verməsini xahiş etmişdir. Polis əməkdaşları da bu pulları həmin qadınlara verəcəklərini demiş, bundan sonra Fikrətin ona 2020-ci ilin dekabr ayının əvvəllərində 200 manat pul vermiş, 07.12.2020-ci il tarixdə Fikrətin ona verdiyi 200 manat pulu polis əməkdaşlarına təhvil vermişdir. Bir neçə ay sonra, yəni, 2021-ci ilin fevral ayının əvvəllərində Fikrət yenidən ona 400 manat pul vermiş, bundan sonra bu 400 manat pulu da 03.02.2021-ci il tarixdə polis əməkdaşlarına təhvil vermişdir. Pul məbləğlərini ona Fikrətin yanında oğlu İbrahim və ya Fikrət özü vermiş, bundan sonraki proseslər barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, evinin yanında olan zibilxananı hasara alıb oranı abadlaşdırmaq istəsə də, icra hakimiyyətindən buna icazə verilməmişdir. Qonşusu Zərərçəkmiş şəxs1 2019-cu ilin avqust ayında yoldaşı Yeganəyə, onun tanışı Təqsirləndirilən şəxs Bakı Şəhər İcra Hakimiyyətində işlədiyini, onlara köməklik edə biləcəyini demişdir. Yoldaşı ona bu xəbəri dedikdə onunla razılaşmış və yoldaşına etibarlı adamdırsa etiraz etmədiyini demişdir. Zərərçəkmiş şəxs1 və özünün tanışı kimi təqdim etdiyi Təqsirləndirilən şəxs onlara gəlmiş, bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs, Bakı şəhər İcra Hakimiyyətində işlədiyini və tanışlarının köməkliyi ilə torpaq sahəsinə hasar çəkilməsinə köməklik edə biləcəyini və bunun müqabilində onlardan 3.000 manat pul istədiyini demişdir. Onunla razılaşdıqdan sonra 1-7 günə pulu düzəldib verəcəklərini bildirmiş, həmin günün səhəri Təqsirləndirilən şəxs onun yoldaşına zəng edərək torpaq sahəsinin icra hakimiyyəti tərəfindən lazer aparatı ilə ölçüləcəyini və sənədlərin hazırlanacağını deyib pulu axşama hazır etmələrini istəmişdir. 18 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs yoldaşına zəng edərək Bakı şəhər İcra Hakimiyyətinə gəlməyini və dediyi 3.000 manat pulu gətirmələrini istəmişdir. Fikrətə icra hakimiyyətinə gələ bilməyəcəklərini deyib Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun bağına gəlməsini xahiş etmişlər. 18 avqust 2019-cu il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs2 və oğlu Şahid2la özlərinə məxsus “Mercedes” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun bağına gəlmiş, avtomobili bağın kənarında 28 may küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs piyada oraya gələrək heykəlin yanında onlarla görüşmüş və bir qədər söhbət etdikdən sonra Fikrət onların avtomobilinə əyləşmiş, yoldaşı Təqsirləndirilən şəxs işlərini həll etməsi, yəni, icra hakimiyyətindən icazə alması üçün 3.000 manat pul vermişdir. Həmin gündən sonra dəfələrlə onunla telefon əlaqəsi saxlayıb işin nə yerdə olduğunu soruşsalar da, Fikrət hər dəfə bir bəhanə gətirmişdir. Təqsirləndirilən şəxs günlərin birində yoldaşına zəng edərək hazırda Hövsan qəsəbəsində dəmir yolunda olduğunu və torpaq sahəsində olan zibil qutularının götürülməsi məsələsini danışdığını demiş, yoldaşıyla birlikdə Hövsan dəmir yolu idarəsinə getmiş və Fikrətdən pulu geri istəmişlər. Fikrətin yenidən müxtəlif bəhanələr gətirdiyi görüb onu yoldaşıyla birlikdə 30-cu PB-nə aparıb hadisə barədə ərizə ilə müraciət etmişlər. Təqsirləndirilən şəxs orada onlardan torpaq sahəsinə hasar çəkilməsinə görə icazə almaq məqsədi ilə 3.000 manat pul almasını təsdiq etmiş, sonradan həmin materialı ərazi aidiyyəti üzrə Nəsimi rayonu 22-ci polis şöbəsinə göndərmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, onunla bir xəstəxanada işləyən Zərərçəkmiş şəxs1 ona tanışı Təqsirləndirilən şəxs onu Neftçilər xəstəxanasında tibb bacısı vəzifəsinə işə düzəldə biləcəyini və yaxın günlərdə bu xəstəxanadan çıxıb gedəcəyini demişdir. İntizardan Neftçilər xəstəxanasında nə qədər əmək haqqı alacağını soruşduqda o, 450 manat pul alacağını demişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs haradan tanımasını və etibarlı adam olub-olmadığını soruşduqda İntizar ona Fikrətin etibarlı adam olmasını və onun yaxın tanışı olmasını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Neftçilər xəstəxanasında tibb bacısı vəzifəsinə düzəlmək istədiyini bildirmiş, İntizar onu Təqsirləndirilən şəxsla tanış etmiş, Təqsirləndirilən şəxs onu da ora işə düzəldəcəyi barədə vəd vermiş və 1.000 manat əvəzində onu da işə düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs 22.07.2019-cu il tarixdə Bakı Dəmiryolu xəstəxanasına gəlmiş, həmin vaxt oğlu Zərərçəkmiş şəxs4 da orada olmuş, pulu oğlu Zahir gətirmişdir. X7 bir qədər söhbət etmiş, Fikrət oğlunu inandırmış, narahat olmamasını, yaxın müddətdə onu Neftçilər xəstəxanasına tibb bacısı kimi işə düzəldəcəyini demişdir. Xəstəxananın göz şöbəsində kabinetlərin birində oğlu Zahir özü ilə gətirdiyi 1.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Fikrət də öz növbəsində üzərində olan şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuş, oğlu Zahir özünə məxsus mobil telefonla Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş, bundan sonra Təqsirləndirilən şəxs kağız parçasına Zahirdən 1.000 manat pul alması barədə qeydlər apararaq həmin kağıza öz imzasını çəkərək pulu aldığı tarixi, yəni 22.07.2019-cu il tarixini qeyd etmişdir. Zahir həmin kağız parçasını götürüb özündə saxlamış, bundan sonra Təqsirləndirilən şəxsla əlaqə saxlamaq istəsələr də onun telefonlarına cavab verməmişdir. 19.09.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 onun yanına gələrək, Fikrətin onlardan 1.000 manat pulu aldıqdan bir neçə gün sonra ondan da işə düzəlmək adlı ilə 1.000 manat pul almasını, həmçinin İntizarın bu pulu bankdan kreditlə götürməsini, indi Fikrəti tapa bilmədiyindən DİN-nin 102 xidmətinə zəng edib şikayət etmək istədiyini demişdir. Onunla razılaşmayıb, bir az da gözləməli olmasını, ola bilsin ki, Fikrətin gətirib pullarını geri qaytaracağını demişdir. Daha sonra Zərərçəkmiş şəxs1 özü 102 xidmətinə zəng edərək müraciət etmiş, bundan sonra o da DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş, 19.09.2019-cu il tarixdə DİN-nə müraciət etdikdən sonra DYNPİ-nə 27.09.2019-cu il tarixdə verdiyi izahatında Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirsə də, onkoloji xəstə olduğu üçün əsəbləşmək istəməmiş, bu səbəbdən Fikrətin pulu qaytaracağını zənn etdiyinə görə ondan şikayət etmək istəməmişdir. Lakin Təqsirləndirilən şəxs oğlu Zahirdən aldığı pulu indiyədək geri qaytarmamışdır. 27.09.2019-cu il tarixli izahatında Təqsirləndirilən şəxs pulu 28.08.2019-cu il tarixdə verdiyini bildirsə də, ilkin izahat verərkən tarixi düzgün demədiyini, 1.000 manat pulu oğlu Zərərçəkmiş şəxs4 22.07.2019-cu il tarixdə Bakı dəmir yolu xəstəxanasının göz şöbəsində Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 07 aprel 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 23:15 radələrində Sumqayıt şəhəri 26-cı məhəllədə saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir (İİ cild, i.v.45); - Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSYdən azad edilmişdir (İİ cild, i.v.121-123); - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.124-125); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27.03.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 30.06.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.2-ci maddəsi ilə təqsirli bilinərək ona 05 il azadlıqdan məhrum etmə, 03 il şərti sınaq müddəti cəza növləri tətbiq edilmişdir (İİ cild, i.v.32-33); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq orqanına verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə ələ keçirdiyi 1000 manat pulun hamısını geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur (İİ cild, i.v.148); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən ibtidai istintaq orqanına verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə ələ keçirdiyi 900 manat pulun hamısını geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur (İİ cild, i.v.167); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 tərəfindən ibtidai istintaq orqanına verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə ələ keçirdiyi 1000 manat pulun hamısını geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur (İİ cild, i.v.170); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq orqanına verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə ələ keçirdiyi 3000 manat pulun hamısını geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur (İİ cild, i.v.172). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.01.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Qeyd edilən Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədi ilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdən 08 aprel 2021-ci il tarixədək, yəni 02 gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdən 08 aprel 2021-ci il tarixədək, yəni 02 gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar