Məhkəmə qərarları › İş №1(006)-395/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-395/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-395/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,433 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməlliyat-axtarış tədbirləri nəticəsində 23 yanvar 2025-ci il tarixdə saat 17:40-da ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,433 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o uzun müddətdir psixotrop maddə istifadə edir. 23 yanvar 2025-ci il tarixdə “Papanin” adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata 1 bükümdə psixotrop maddə “metamfetamin” almışdır. Həmin gün saat 17:40-da ünvan 3 ünvanın qarşısında olan zaman ona 2 nəfər şəxs yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra ondan anket məlumatlarını soruşmuşlar. O, öz anket məlumatlarını polis əməkdaşlarına bildirmişdir. Həmin vaxt narkotik vasitərin təsiri altında olduğundan özünü təqdim edə bilməyib şübhəli aparmağa başlamışdır. Polis əməkdaşları ona barəsində daxil olmuş məlumatla bağlı keçirilən əməliyyat-axtarış tədbiri barədə məlumat verdikdən sonra o, səmimi olaraq üzərində psixotrop maddə metamfetamin olmasını deyərək, polis əməkdaşları tərəfindən aparılan videoçəkiliş zamanı əynində olan idman şalvarının cibində saxladığı 1 bükümdə metamfetamini könüllü olaraq təqdim etmişdir. Onun təqdim etdiyi 1 bükümdə psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları onu Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə dəvət etmişlər. İfadəsinin sonunda “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını, cinayət məsuliyyətindən azad edilməsini və bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 23 yanvar 2025-ci il tarixdə “Nahid” adlı şəxsin narkotik vasitələr vo psixotrop maddələr əldə edərək özündə saxlaması və qəbul etməsi barədə əməlliyat məlumatı daxil olduğu üçün əməliyyat yolu ilə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olmuş məlumat barədə polis şöbəsinin rəisinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs ətrafında əməlliyat-axtarış tədbirlərinin keçiriliməsinə dair qərar qəbul edilmiş, onun rəhbərliyi ilə əməlliyat müvəkkili Orxan Rəhimlidən ibarət olan əməliyyat qrupu təşkil olunmuşdur. Bu məqsədlə keçirilmiş əməlliyat axtarış tədbirləri nəticəsində 23 yanvar 2025-ci il tarixdə saat 17:40 radələrində ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs müəyyən edib saxlamışlar və xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs anket məlumatlarını yerində dəqiqləşdirdikdən sonra daxil olmuş ənəliyyat məlumatı ilə bağlı keçirilən tədbirin mahiyyətini sonuncuya izah etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilən digər əşya və ya predmet varsa özü könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli idman şalvarının yan cibindən 1 bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanarkən digər qanunsuz əşya və ya predmet müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barədə soruşulduqda sonuncu izah etmişdir ki, həmin bükümdəki maddə psixotrop maddə olan metamfetamindir, həmin metamfetamini özünün istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminə oxşar maddə zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Həmin vaxt Nahidin saxlanılması, üstünün yoxlanılması prosesi mobil telefon vasitəsi ilə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 20-ci PŞ-nə dəvət etmişlər və orada protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılması və yerində üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntülər bir ədəd DVD diskə köçürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsi barədə şöbə rəhbərliyinə məruzə edilmiş, araşdırmanın davam etdirilməsi şöbənin təhqiqatçısına həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, Orxan Rəhimli və onun iştirakı ilə təqdim edilmiş bir ədəd zərfdə olan maddəyə, həmçinin DVD diskə baxış keçirilmiş və protokol tərdib edilmişdir. Protokol iştirakçılara oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkili X6 da Şahid ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 23 yanvar 2025-ci ıl tarixli əməliyyat-axtarış tədbirini keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan görünür ki, 23 yanvar 2025-ci il tarixdə saat 17:40 dəqiqədə ünvan 5 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə o, əynində olan tünd boz rəngli idman şalvarının yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin maddə qablaşdırılaraq götürülmüşdür. (i/v 8-9) İş materiallarında olan 23 yanvar 2025-ci il tarixli təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 23 yanvar 2025-ci il tarixdə saat 17:40 dəqiqədə Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 5 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırıldığı ağ rəngli zərfə və keçirilmiş əməliyyat-axtarış tədbirinin videoyazısının olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı təqdim edilmiş zərfdə 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlənin olması, DVD diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar olunması məlum olmuş, həmin psixotrop maddə metamfetaminə bənzər kütlə yenidən qablaşdırılaraq möhürlənmişdir. (i/v 14) İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2025-ci il tarixli 6/353 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan - bir ədəd bükümdə təmiz çəkisi 0,433 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i/v 43-45) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 451 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 89-90) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, çəkisi 0,433 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və qalıq hissəsinin Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. (i/v 92-96) İş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i/v 27) İş materiallarında olan “vəsatətin müdafiə olunmasından imtina olunması haqqında” 25 yanvar 2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə olunmasından imtina edilmişdir. (i/v 74-75) İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 76) İş materiallarında olan “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir. (i/v 113) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 81) Məhkəməyə təqdim olunmuş AA6329865 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X3 adlı bir uşağı vardır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etməklə, amnistiya aktının tətbiq edilməklə barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 1.16-cı bəndinə əsasən Bu Qərar qüvvəyə mindiyi günədək öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. (“Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” 24 fevral 1994-cü il tarixli, 793 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir.) 7-ci hissəsinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər (CM-in 234.1-ci maddəsi nəzərdə tutulmamışdır); 7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145-ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60cı, 65-ci və 191-1-ci maddələrlə məhkum olunmuş şəxslər; 7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər; 7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər; 7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər; 7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər. 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19-cu hissəsi və 19.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət, Cinayət- Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən amnistiya bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Məhkəmə amnistiya aktının tətbiqi ilə bağlı nəzərə alınmalı hallar üzrə məlumatları nəzərdən keçirib müəyyən edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlər mövcud deyildir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Saxlanc yerində saxlanılan, ilkin çəkisi 0,433 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,383 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 51 iş saatı üçün 561 (beş yüz altmış bir) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344-349, 356, 358 və 384-385-ci maddələrini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.12, 1.16, 5.1-ci bəndləri, 6, 7, 10 və 19-cu hissələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altında vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat miqdarında ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Saxlanc yerində saxlanılan, ilkin çəkisi 0,433 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,383 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 51 iş saatı üçün 561 (beş yüz altmış bir) manat məbləğində pul köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar