Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-396/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkilləri X1 və X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Astara rayonu, Kijəbə qəsəbəsi Ə/D, Ojakəran kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, X8 prospektində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2. və 177.2.3-cü maddələri ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, ünvan 1 küçəsi, 71 inzibati bina ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar olaraq binaya daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, binaya daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə gizli olaraq özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə 15 mart 2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 38 ürvanında yerləşən “Univerium” tələbə şəhərciyinin giriş qapısının qıfılını sındırma üsulu ilə açaraq oraya qanunsuz daxil olub şəhərciyin həyətində velosipedlərin saxlanılması üçün nəzərdə tutulmuş yerdən həmin gün saat 05:47-də ilkin olaraq Zərərçəkmiş şəxs2 məxsus “Vista” markalı velosiped, götürüb qeyd edilən əmlakdan istifadə etmək, üzərində istədiyi kimi sərəncam vermək üçün real imkanı təmin etmək məqsədilə giriş qapısının çöl hissəsində saxladıqdan sonra, həmin gün saat 05:58-də yenidən həmin yerə qayıdıb Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 550 manat dəyərində “BMW” markalı velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 15 mart 2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 38 ünvanında yerləşən “Univerium” tələbə şəhərciyinin qarşısına gəldikdən sonra aralarında olan rolların bölgüsünə əsasən Vüqar əvvəlcədən onun tərəfindən giriş qapısının yanına qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 240 manat dəyərində “Vista” markalı velosipedi, o isə əvvəlcədən qıfılını sındırma üsulu ilə açdığı giriş qapısından oraya qanunsuz daxil olub həmin gün saat 06:48-də velosipedlərin saxlanılması üçün nəzərdə tutulmuş yerdən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 280 manat dəyərində “Crolan Alman” markalı velosipedi gizli olaraq talayıb hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 və H.A.Yusubluya maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 mart 2022-ci il tarixdə səhər saat 05-06 radələrində Vüqar onun yanına gəlib yuxudan oyatmış, bir ədəd velosipedi oğurladığını bildirərək, yenidən 2 ədəd velosipedin oğurlamaq üçün birlikdə getməyini istəmişdir. Həmçinin, Vüqarl birlikdə velosipedləri oğurlamağa gedəcəyi təqdirdə həmin velosipedləri birlikdə sataraq pulunu da böləcəklərini bildirmişdir. Bundan sonra o, Vüqar ilə razılaşmışdır. Evdən çıxmamışdan əvvəl evin giriş qapısının yanında 01 ədəd velosipedin olduğunu görmüş, bundan sonra o, Vüqarla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən tələbə yataqxanasına taksi ilə getmişdirlər. Həmin yerin girişində o, 1 ədəd velosipedin olduğunu görmüş və Vüqar ona həmin velosipedi götürüb evə aparmağını istəmiş, o, da bunu etmişdir. Daha sonra törətdiyi əməli etiraf etdiyini zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddialarının olmalarını, nəzərə alınmağını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri ərazisində ucuz evlərdə kirayə yaşayır və Təqsirləndirilən şəxs1də oradan tanıyır. Ramal onun əvvəllər kirayə yaşadığı ünvanın həyətində digər otaqda kirayə yaşamışdır. 15 mart 2022-ci il tarixdə səhər saat 05-06 radələrində Ramal onun yanına gəlib yuxudan oyatmış, bir ədəd velosipedi oğurladığını bildirərək, yenidən 2 ədəd velosipedin oğurlamaq üçün birlikdə getməyini istəmişdir. Həmçinin, Ramal birlikdə velosipedləri oğurlamağa gedəcəyi təqdirdə həmin velosipedləri birlikdə sataraq pulunu da böləcəklərini bildirmişdir. Bundan sonra o, Ramal ilə razılaşmışdır. Evdən çıxmamışdan əvvəl evin giriş qapısının yanında 01 ədəd velosipedin olduğunu görmüşdür. Bundan sonra o, Ramalla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən tələbə yataqxanasına taksi ilə getmişdirlər. Həmin yerin girişində o, 1 ədəd velosipedin olduğunu görmüşdür. Ramal ona həmin velosipedi götürüb evə aparmağını istəmişdir, o həmin velosipedi haradan əldə etdiyini soruşduqda, Ramal ona həmin velosipedi də əvvəlki yerdən oğurladığını qeyd etmiş və yenidən Ramal özü içəri daxil olmuşdur. Bundan sonra o həmin velosipedi götürüb kirayə yaşadığı evə qayıtmışdır. Evdə olan zaman isə Ramal evə yenidən 01 ədəd velosipedi gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, digər Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsi yalandır, onun həmin cinayətlərin törədilməsində birbaşa təqsiri vardır. Həmçinin Ramal velosipedlərdən birini oğurladıqdan sonra digərlərini oğuramaq üçün onunla birlikdə getmiş və hərəsi bir velosipedi götürmüşlər. Daha sonra törətdiyi əməli etiraf etdiyini zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmadığını nəzərə alınmağını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etiraf edici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 7 aydır ki, ünvan 2 ünvanda yerləşən “Univerium” tələbə yataqxanasında mühafizəçi vəzifəsində çalışır, hər dəfə işdən sonra iş yoldaşları ilə birlikdə velosipedlə idman etmək məqsədilə yürüşə çıxırlar. Təxminən 8 ay əvvəl 1050 manata aldığı “BMW” markalı velosipedi o, həmin yataqxanada saxlayır. Velosipedlərin saxlanılması üçün yataqxanada xüsusi yer vardır ki, yataqxananın müdiriyyəti velosipedləri orada saxlamağa icazə verir. İş yoldaşlar ilə birlikdə özlərinə məxsus velosipedləri xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yürüşdən sonra orada saxlamışdırlar. Həmin gün Ruslan və Hüseyn adlı iş yoldaşları ilə birlikdə gecə növbəsində olmuşdurlar. O, iş yoldaşları ilə birlikdə yataqxanada velosipedlər üçün ayrılmış yerdə özlərinə məxsus velosipedləri yanbayan saxlamış və işlərinin başına keçmişdirlər. Onun və iş yoldaşlarının vəzifəsi yataqxana binasının mühafizə edilməsindən ibarətdir. Onlar hər iki saatdan bir bir-birilərini dəyişib yataqxanaya və yataqxananın ətrafına baxış keçirirlər. Gecə növbəsində olduqları müddət ərzində onlar velosipedlər üçün ayrılmış yerə nəzarət etməmişdirlər, çünki, oradan oğurluq olunacağını düşünməmişdirlər. Həmin yer yataqxananın ərazisinə giriş hissəsində yerləşir və düşünə bilməzdilər ki, kimsə cürət edib oradan daxil olub oğurluq etsin. xx.xx.2022-ci il tarixdə növbəni təhvil verdikdən sonra Ruslan və Hüseynlə birlikdə “Dədə Qorqud” parkında velosiped sürmək qərarına gəlmişdirlər. Onlar velosipedləri götürməyə getdikdə orada olmadığını müəyyən etmişdirlər. Onlar yenə də, velosipedlərin oğurlandığını düşünməmişdirlər, bu səbəbdən də digər mühafizəçilərdən velosipedləri görüb-görmədiklərini sorğu sual etmişdirlər. Onlar bu barədə xidmət rəisinə məlumat vermişdirlər və təhlükəsizlik kameralarına baxılmışdır. Kameralara baxıldıqda yataqxananın ərazisindən velosipedlərin oğurlanmasını xidmət rəisi bildirmişdir. Həmçinin, tələbə yataqxanasının həyətinin arxa girişi olan qapının qıfılının da sındırılmasının yəni ki, qıfıl şəklində olan dəmirin kəsilməsinin şahidi olmuşdurlar. Oğurluq nəticəsində ona 1050 manat maddi ziyan dəymişdir. Ona məxsus olan velosiped “BMW” markalı, 26 Ram ölçülüdür, yataqxanaya ancaq tələbələrin və səlahiyyətli şəxslərin giriş-çıxışına icazə verilir, başqa şəxslərin giriş-çıxışına icazə verilmir. Həmçinin, o, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən ona məxsus olan “BMW” markalı velosipedin maddi dəyərinin 550 manat olmasına hər hansı etirazının olmamasını da bildirmişdir. Bundan əlavə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin tam ödənilməsini, hazırda təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını, ona görə də həmin halların nəzərə almasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, artıq 1 ildir ki, ünvan 2 ünvanda yerləşən “Univerium” tələbə yataqxanasında nəzarətçi vəzifəsində çalışır. Hər dəfə işdən sonra iş yoldaşları ilə birlikdə velosipedlə idman etmək məqsədilə yürüşə çıxırlar. Təxminən 9 ay əvvəl 850 manata aldığı “Crolan Alman” markalı velosipedi o, həmin yataqxanada saxlayır. Velosipedlərin saxlanılması üçün yataqxanada xüsusi yer vardır ki, yataqxananın müdiriyyəti velosipedləri orada saxlamağa icazə verir. İş yoldaşlar ilə birlikdə özlərinə məxsus velosipedləri xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yürüşdən sonra orada saxlamışdırlar. Həmin gün, yəni ki, xx.xx.2022-ei il tarixdə Cəlil və Ruslan adlı iş yoldaşları ilə birlikdə gecə növbəsində olmuşdurlar. O, iş yoldaşları ilə birlikdə yataqxanada velosipedlər üçün ayrılmış yerdə özlərinə məxsus velosipedləri yanbayan saxlamış və işlərinin başına keçmişdirlər. Onun və iş yoldaşlarının vəzifəsi yataqxana binasının mühafizə edilməsindən ibarətdir. Orlar hər iki saatdan bir bir-birilərini dəyişib yataqxanaya və yataqxananın ətrafına baxış keçirirlər. Gecə növbəsində olduqları müddət ərzində onlar velosipedlər üçün ayrılmış yerə nəzarət etməmişdirlər, çünki, oradan oğurluq olunacağını düşünməmişdirlər. Həmin yer yataqxananın ərazisinə giriş hissəsində yerləşir və düşünə bilməzdilər ki, kimsə cürət edib oradan daxil olub oğurluq etsin. xx.xx.2022-ci il tarixdə növbəni təhvil verdikdən sonra Cəlil və Ruslanla birlikdə “Dədə Qorqud” parkında velosiped sürmək qərarına gəlmişdirlər. Onlar velosipedləri götürməyə getdikdə orada olmadığını müəyyən etmişdirlər. Onlar yenə də, velosipedlərin oğurlandığını düşünməmişdirlər, bu səbəbdən də digər mühafizəçilərdən velosipedləri görübgörmədiklərini sorğu sual etmişdirlər. Onlar bu barədə xidmət rəisinə məlumat vermişdirlər və təhlükəsizlik kameralarına baxılmışdır. Kameralara baxıldıqda yataqxananın ərazisindən velosipedlərin oğurlanmasını xidmət rəisi bildirmişdir. Həmçinin, tələbə yataqxanasının həyətinin arxa girişi olan qapının qıfılının da sındırılmasının yəni ki, qıfıl şəklində olan dəmirin kəsilməsinin şahidi olmuşdurlar. Oğurluq nəticəsində ona 850 manat maddi ziyan dəymişdir. Ona məxsus olan velosiped “Crolan Alman” markalı, 26 Ram ölçülüdür, yataqxanaya ancaq tələbələrin və səlahiyyətli şəxslərin giriş-çıxışına icazə verilir, başqa şəxslərin giriş-çıxışına icazə verilmir. Həmçinin, o, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən ona məxsus olan “Crolan Alman” markalı velosipedin maddi dəyərinin 280 manat olmasına hər hansı etirazının olmamasını da bildirmişdir. Bundan əlavə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin tam ödənilməsini, hazırda hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını, ona görə də həmin halların nəzərə almasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, artıq 2 ildir ki, ünvan 2 ünvanda yerləşən “Univerium” tələbə yataqxanasında mühafizəçi vəzifəsində çalışır. Hər dəfə işdən sonra iş yoldaşları ilə birlikdə velosipedlə idman etmək məqsədilə yürüşə çıxır. Təxminən 6 ay əvvəl 670 manata aldığı “Vista” markalı velosipedi o, həmin yataqxanada saxlayır. Velosipedlərin saxlanılması üçün yataqxanada xüsusi yer vardır ki, yataqxananın müdiriyyəti velosipedləri orada saxlamağa icazə verir. İş yoldaşlar ilə birlikdə özlərinə məxsus velosipedləri xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yürüşdən sonra orada saxlamışdırlar. Həmin gün, yəni ki, xx.xx.2022-ci il tarixdə Cəlil və Hüseyn adlı iş yoldaşları ilə birlikdə gecə növbəsində olmuşdurlar. O, iş yoldaşları ilə birlikdə yataqxanada velosipedlər üçün ayrılmış yerdə özlərinə məxsus velosipedləri yanbayan saxlamış və işlərinin başına keçmişdirlər. Onun və iş yoldaşlarının vəzifəsi yataqxana binasının mühafizə edilməsindən ibarətdir. Onlar hər iki saatdan bir bir-birilərini dəyişib yataqxanaya və yataqxananın ətrafına baxış keçirirlər. Gecə növbəsində olduqları müddət ərzində onlar velosipedlər üçün ayrılmış yerə nəzarət etməmişdirlər, çünki, oradan oğurluq olunacağını düşünməmişdirlər. Həmin yer yataqxananın ərazisinə giriş hissəsində yerləşir və düşünə bilməzdilər ki, kimsə cürət edib oradan daxil olub oğurluq etsin. xx.xx.2022-ci il tarixdə növbəni təhvil verdikdən sonra Cəlil və Hüseynlə birlikdə “Dədə Qorqud” parkında velosiped sürmək qərarına gəlmişdirlər. Onlar velosipedləri götürməyə getdikdə orada olmadığını müəyyən etmişdirlər. Onlar yenə də, velosipedlərin oğurlandığını düşünməmişdirlər, bu səbəbdən də digər mühafizəçilərdən velosipedləri görübgörmədiklərini sorğu sual etmişdirlər. Onlar bu barədə xidmət rəisinə məlumat vermişdirlər və təhlükəsizlik kameralarına baxılmışdır. Kameralara baxıldıqda yataqxananın ərazisindən velosipedlərin oğurlanmasını xidmət rəisi bildirmişdir. Həmçinin, tələbə yataqxanasının həyətinin arxa girişi olan qapının qıfılının da sındırılmasının yəni ki, qıfıl şəklində olan dəmirin kəsilməsinin şahidi olmuşdurlar. Oğurluq nəticəsində ona 670 manat maddi ziyan dəymişdir. Ona məxsus olan velosiped “Vista'’ markalı, 26 Ram ölçülüdür, yataqxanaya ancaq tələbələrin və səlahiyyətli şəxslərin giriş-çıxışına icazə verilir, başqa şəxslərin giriş-çıxışına icazə verilmir. Həmçinin, o, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəy nə əsasən ona məxsus olan “Vista” markalı velosipedin maddi dəyərinin 240 manat olmasına hər hansı etirazının olmamasını da bildirmişdir. Bundan əlavə cinayət işinin 2-ci cild 248-ci vərəqəsində olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də mühafizə rəisi işləyir və təxminən 3 ildir ki, müqavilə əsasında “Univerium” tələbə şəhərciyinin mühafizəsini təşkil edir. 15 mart 2022-ci il tarixdə saat 08 radələrində işçiləri Ruslan və Cəlil ona zəng edərək, özlərinə məxsus olan və tələbə şəhərciyinin həyətində saxladıqları velosipedlərin oğurlandığını bildirmişdirlər. Bundan sonra o işlədiyi “Univerium” tələbə şəhərciyinə getmişdir. Şəhərciyin mühafizə kameralarına baxdıqda 03 ədəd velosipedin naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmiş, həmçinin, ətrafa baxdıqda şəhərciyin arxa tərəfində köhnə tikililərin olduğu sahə ilə şəhərciyi ayıran qapının qıfılının da sındırıldığının şahidi olmuşdur. Bu səbəblə həmin yerdən şəhərciyə girilərək velosipedlərin oğurlandığını fikirləşmiş və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilmişdir. Həmçinin, o, bildirmişdir ki, videogörüntüləri sonradan silinməsi səbəbilə yenidən təqdim etmək mümkün deyil, sadəcə videogörüntülərdə olan velosipedlərin olduğu yeri göstərən kameranın saatı düz deyil, əsasən şəhərciyin həyətini göstərən kamera düzgündür, yəni ki, videogörüntülərdə sonuncu velosipedin oğurlanması saatı əsas kamerada 06:48 göstərilmişdir, vaxtı səhv göstərən kamerada isə saat 07:09 göstərilmişdir, həmin velosipedin oğurlanması eyni hadisədir, sadəcə sonuncu kamera səhv olduğundan yanlış anlaşıla bilər, 05:47-dən sonra 05:58-də velosipedlərdən biri də oğurlanmışdır, çünki həmin vaxtlarda o, videogörüntülərə dəfələrlə baxmışdır və saatları bu səbəbdən tam xatırlayır, “Univerium” tələbə şəhərciyi mühafizəçilər və müşahidə kameraları vasitəsilə mühafizə edilir, həmin şəhərciyə yalnız şəhərciyin yataqxanasında yaşayan tələbələr və işçilərin giriş-çıxışına icazə verilir, kənar şəxslərin girişi qəti qadağandır, qeyd olunan videogörüntü kameralarının saatı ilə real saat arasında fərq yoxdur. Müşahidə kameralarına sadəcə o baxmış, mühafizəçilərin kameralara baxdığını xatırlamır, müşahidə kameralarına baxdıqda görüntünün bir yerində həyətə 2 nəfərin daxil olduğunu görmüş, sadəcə olaraq həmin videogöriintülər də silindiyindən təqdim edə bilmir. Həmin şəxslərdən birinin velosipedləri oğurlaması aşkar surətdə görünürdü, lakin, digər şəxsin velosipedləri oğurlaması tam şəkildə görsənmirdi. Cinayət işinin 2-ci cild 108-109-cu vərəqəsində olan 16 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 2-ci cild 198-202-ci vərəqlərində olan Nəsimi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 16 mart 2022-ci il tarixdən 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 102-105-ci vərəqlərində olan Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 06 iyul 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 158-160-cı vərəqlərində olan Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 15 avqust 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 275-278-ci vərəqlərində olan Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 04 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 24-cü vərəqəsində olan 17 iyun 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 3-cü cild 144-148-ci vərəqlərində olan Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 17 iyun 2022-ci il tarixdən 02 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 271-274-cü vərəqlərində olan Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 06 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 233-235-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli 9/2064 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan velosipedlərin istifadə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına orta bazar qiyməti ümumi dəyəri təxminən 1070 manat müəyyən edilir. O cümlədən: - 01 ədəd “BMW” markalı velosiped - 550,0 manat, - 01 ədəd “Vista” markalı velosiped - 240,0 manat, 01 ədəd “Crolan Alman” markalı velosiped - 280,0 manat. Cinayət işinin 2-ci cild 234-cü vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyərləri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 214-216-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1,127.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə sonuncunun cəzası 2 ilə endirilmiş və xx.xx.2007-ci ildə cəzasının sonu ilə azad olunmuş, 2) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 2-ci cild 226-232-ci vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 3-cü cild 149-150-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 1) ACDİÜ AR Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2) ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5, 181.3.2, 181.3.3, 326.2, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 3-cü cild 162-173-cü vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(101)-735/2008 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5, 181.3.2, 181.3.3, 326.2, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 2-ci cild 76-cı vərəqəsinə əlavə edilmiş 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, başında papaq, üz nahiyyəsində tibbi maska və əlində əlcək olan Təqsirləndirilən şəxs1 “Univerium” tələbə yataqxanasının həyətində müxtəlif vaxtlarda 03 ədəd velosipedi götürərək oradan çıxması öz əksini tapır. Belə ki, həmin şəxs xx.xx.2022-ci il tarixdə saat 05:47-də 01 ədəd, saat 06:48-də 01 ədəd və saat 07:13-də 01 ədəd velosipedi götürərək oradan uzaqlaşır. Həmin vaxt ətrafda baş hər hansı şəxs görsənmir. Cinayət işinin 2-ci cild 207-208-ci vərəqlərində olan 18 mart 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd “BMW” markalı, 01 ədəd “Vista” markalı və 01 ədəd “Crolan Alman” markalı velosipedlər maddi sübut kimi tanınmışdır. Cinayət işinin 2-ci cild 245-ci vərəqəsində olan qəbzdən görünür ki, 01 ədəd “BMW” markalı, 01 ədəd “Vista” markalı və 01 ədəd “Crolan Alman” markalı velosipedlər sahibləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş və cinayət işinin 2-ci cild 246-248-ci vərəqələrində olan zərərçəkmiş şəxslərin ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş zərər tam ödənilmiş, hazırda təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətləri, tələbləri və mülki iddiaları yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar olaraq binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətlərini törətmələri özlərinin etiraf edici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin şübhəli şəxsi tutma, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və Nəsimi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 barəsində və 18 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərarlardan görünür ki, təqsirləndirilən şəxslər könüllü olaraq həmin məhkəmə iclasında törətdiyi əməli tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri könüllü olaraq imzalamış və onlara istinad edilən əməli tam etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, başında papaq, üz nahiyyəsində tibbi maska və əlində əlcək olan Təqsirləndirilən şəxs1 “Univerium” tələbə yataqxanasının həyətinə müxtəlif vaxtlarda daxil olaraq 03 ədəd velosipedi götürərək oradan çıxır. Belə ki, sonuncu xx.xx.2022-ci il tarixdə saat 05:47-də 01 ədəd, saat 06:48-də 01 ədəd və saat 07:13-də 01 ədəd velosipedi götürərək oradan uzaqlaşır. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsini yalanlayaraq sonuncunun bilavasitə həmin cinayətlərin törədilməsində təqsirli olmasını bildirmişdir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar olaraq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talayıb zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki idddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və 02 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq altı il keçmədən 15 mart 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 16 mart 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki idddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ACDİÜ AR Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, 2) ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5, 181.3.2, 181.3.3, 326.2, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmsaına və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmasına baxmayaraq qeyd edilmiş həm birinci həm də ikinci hökmlər üzrə cəzasını çəkib qurtardığı gündən az ağır cinayət üzrə iki il və ağır cinayət üzrə altı il keçmədən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda 15 mart 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 17 iyun 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “BMW” markalı, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Vista” markalı və Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Crolan Alman” markalı velosipedlər onlara qaytarıldığından istifadələrinə verilmiş hesab edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkilləri R.B.Muxtarova və F.Ç.Əliyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 № Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 2 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2. və 177.2.3-cü maddələri təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “BMW” markalı, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Vista” markalı və Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Crolan Alman” markalı velosipedlər qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-396/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-396/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver