Məhkəmə qərarları › İş №1(006)-396/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-396/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-396/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi X1 və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1960-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-də böyük mexanik işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 07 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Touareg” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə Vaqif prospekti istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərini pozaraq, yəni yolayrıcı qarşısında həmin üstünlük nişanı qoyulmasına əhəmiyyət vermədən və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib hərəkətini davam etdirməklə yolayrıcına daxil olaraq Bakı şəhəri, Vaqif prospekti ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sağ said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sol əlin İİ barmağının və sol baldırın sıyrıqları, sol qalça nahiyəsinin qançırı kimi dərəcələri təyin olunmayan, sol gicgah nahiyəsinin qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığının yüngül və İİİ döş fəqərəsinin cisminin üst diskogen zonasında kompression sınığı kimi sağlamlığın uzun müddətə pəzulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 07:40 radələrində idarə etdiyi özünə məxsus “Volkswagen Touareg” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsindən Vaqif prospektinin yol ayrıcına “stop” nişanının tələbini pozaraq gözləmədən daxil olan zaman sonradan gördüyü Vaqif prospektində soldan ikinci zolaqla düzünə hərəkətdə olan “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun idarə etdiyi “Volkswagen Touareg” markalı avtomobilin sağ, yan hissəsi ilə toqquşmuşdur. Bundan sonra hadisə yerinə X6 stansiyasının avtomobili gələrək “VAZ 21015” markalı avtomobilin sürücüsünü müayinə olunması üçün 1 saylı KTM-ə aparmışdır. O, təhlükəni baş verdikdən sonra görmüşdür. O, avtomobili həmin vaxt 30 km saat sürətlə idarə etmişdir. Baş vermiş hadisə ilə bağlı heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Hazırda zərər çəkmiş şəxsə dəymiş zərərin əvəzi olaraq 3000 (üç min) manat ödəniş edə bilər. Daha sonra ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf edərək peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 07:40 radələrində etibarnamə ilə idarə etdiyi özünə məxsus “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu ərazisində Vaqif prospektindən Xan Şuşinski küçəsinin yol ayrıcına soldan ikinci zolaqla yaxınlaşarkən ayağını qaz pedalından çəkərək sürətini hər ehtimala görə azaldaraq kəsişməyə daxil olan zaman “Volkswagen Touareg” markalı **- VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcına yaxınlaşdığını görmüş, bundan əlavə yolayrıcına baş yolda hərəkət etdiyindən “Volkswagen Touareg” markalı avtomobilin ona yol verəcəyini düşünərək hərəkətinə davam edərkən qəfildən gözləmədiyi halda “Volkswagen Touareg” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmadan yol ayrıcına daxil olduğundan o, dərhal tormozu işə salmış, lakin toqquşma qaçılmaz olduğundan idarə etdiyi “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə “Volkswagen Touareg” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində onun idarə etdiyi avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşmüş, o isə müxtəlif bədən xəsarətləri almasına baxmayaraq, “Volkswagen Touareg” markalı avtomobilin sürücüsü ona yaxınlaşmayaraq köməklik göstərməmişdir. Bundan sonra yaxınlıqda olan vətəndaşlar ona yaxınlaşaraq köməklik edərək hadisə yerinə X6 avtomobili çağırmışlar. X6 avtomobili onu müayinə olunmağı üçün 1 saylı KTM-ə aparmışdır. 1 saylı KTM-də ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. O, həmin vaxt avtomobili 50 km saat sürətlə idarə etmişdir. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə saat 07 radələrində idarə etdiyi “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avomobillə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ilə hərəkətdə olarkən hazırkı iş üzrə cavabdeh Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Touareg” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomoillə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşiniski küçəsi ilə Vaqif prospekti istiqamətində 30 kmi/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (“Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərini pozaraq, yəni yolayrıcı qarşısında həmin üstünlük nişanı qoyulmasına əhəmiyyət vermədən və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblrə riayət etməyib hərəkətini davam etdiməklə yolayrıcına daxil olaraq, onun idarə etdiyi avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan onun sağ said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sol əlin İİ barmağının və sol baldırın sıyrıqları, sol qalça nahiyəsinin qançırı kimi dərəcələri təyin olunmayan, sol gicgah nahiyəsinin qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığının yüngül və İll döş fəqərəsinin cisminin üst diskogen zonasında kompression sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkət qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Cinayət işi üzrə təyin edilmiş yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü 8/1512 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Volkswagen Touareg” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin 2.5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 502 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - İİİ döş fəqərəsinin cisminin üst diskogen zonasında kompression sınığı, sol gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayət olunan qançır-şişkinliyi, sağ said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sol əlin İl barmağının və sol baldırın sıyrıqları, sol qalça nahiyəsinin qançırı bərk küt əşya (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi-yardım üçün X5 müraciət etdiyi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “az ağır” zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Məhkəmə-tibbi ekspertizasının 502 nömrəli rəyinin xx.xx.2023-cü il tarixli 16 saylı əlavə rəyində göstərilmişir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - İİİ döş fəqərəsinin cisminin üst diskogen zonasının yer dəyişməyən sınığı, sol gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayət olunan qançır-şişkinliyi, sağ said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sol əlin İl barmağının və sol baldırın sıyrıqları, sol qalça nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi-yardım üçün X5 müraciət etdiyi, qərarın təsviri hissəində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd edilən xəsarətlərdən İİİ döş fəqərəsinin cisminin üst diskogen zonasında yer dəyişməyən sınığı kompression sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “az ağır” zərər vurmaya aiddir, sol gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayət olunan qançır-şişkinliyi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddir, sağ said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sol əlin İİ barmağının və sol baldırın sıyrıqları, sol qalça nahiyəsinin qançırı xəsarətləri isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildikərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibb sənədlərə və Birliyin məsləhəçi rentgoloqunun rəyinə əsasən, döş fəqərəsinin cisminin üst diskogen zonasında kompression minimal sınıq təyin edilir, İİ döş fəqərəsinin cisminin üst diskogen zonasının kompressiyası dedikdə, o hal nəzərdə tutulur ki, sıxılmadan və gövdənin qatlanması vəziyyətində bu sınıq baş verir və yerdəyişmə yaranmır. Beləliklə, “Volkswagen Touareg” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomoilin sürücüsü Təqsirləndirilən şəxs Azərbacan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi nəticəsində onun sağlamlığına vurmuş olduğu az-ağır zərər nəticəsində o, müalicə olunmasına görə ümumilikdə 4000 manat olmaqla dərman preparatlarına 659 manat, müayinələrə 1149 manat, 3 ədəd fərqli təyinatlı boyun üçün korset və 1 ədəd xüsusi ortopedik yastıq üçün 197 manat, maqnit terapiyaya 240 manat, tibb bacısına 155 manat və 2 ay müddətinə səhhətində yaranmış problemlər səbəbindən tibb bacısının ev şəraitində mütəmadi ona baxmasına görə 1600 manat pul xərcləmişdir. Bundan sonra da davam olunacaq müalicəsinə (Türkiyənin Memorial hospitalının sağlamlığında yaranmış qüsurların və şiddətli ağrıların aradan qaldırılması üçün tətbiq olunacaq Robotik fizioterapiyaya və digər müalicələrə dair təqdim etdiyi qiymətlər əlavə olunur), əlavə qidalanmağına, dərman alınmasına, sanatoriya-kurort müalicəsilə əlaqədər 16000 (on altı min) manat vəsaitə ehtiyac vardır. Avtomobilinin yararsız hala düşməsi nəticəsində 2500 (iki min beş yüz) manat itirmişdir. Onu da qeyd edir ki, avtomobilin bazar dəyəri orta hesabla 10000-10500 manat idi, indi isə sığortanın verəcəyi 5000 manat və avtomobilin yararsız halda satılmasından əldə olunan məbləğ 2500 manat olarsa, ümumilikdə 7500 manat əldə etmiş olur. İşə getdiyi 4 ay ( iyun, iyul, avqust, sentyabr) ərzində taksiyə 1800 manat (4 ay x 450 manat “1800 manat) xərcləmişdir. Fizioterapiya və müalicə dövründə işdən qalacağı müddətdə 1500 manat qazancını itirmiş olacdır. Bunlardan əlavə ona az ağır dərəcəli bədən xəsarəti yetirildiyindən mənəvi və fiziki iztirablara məruz qalmaqla psixoloji sarsıntı keçirmişdir ki, bu səbəbdən ona 5000 (beş min) manat məbləğdə mənəvi zərər vurulmuşdur. Beləliklə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbacan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi nəticəsində onun sağlamlığına vurulmuş az ağır zərər nəticəsində ona məxsus “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avomobilə vurulmuş ziyana görə 2500 manat, müalicə olunmasına görə çəkdiyi 4000 manat, bundan sonra davam olunacaq müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, sanatoriya-kurort müalicəsinə çəkəcəyi 16000 manat, 4 ay ərazində taksiyə xərclədiyi 1800 manat, müalicə və fizioterapiya dövründə itirəcəyi 1500 manat, mənəvi və fiziki iztirablara məruz qalmaqla psixoloii sarsıntı keçirməsi ilə bağlı 5000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 182,40 manat dövlət rüsumunun cəmi 30982.40 manat pulun cavabdeh Təqsirləndirilən şəxs alınıb ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.124-125); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə Vaqif küçəsinin kəsişməsidir (i.v.4-11); - Məhkəmə-tibbi ekspertizasının 08 may 2023-cü il tarixli, 502 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər — İİİ döş fəqərəsinin cisminin üst diskogen zonasında kompression sınığı, sol gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi, sağ said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sol əlin İİ barmağının və sol baldırın sıyrıqları, sol qalça nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X5 müraciət etdiyi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. (i.v.36-40); - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 16 saylı, 502 saylı rəyə əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər İİİ döş fəqərəsinin cisminin üst diskogen zonasının yerdəyişməyən sınığı, sol gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır- şişkinliyi, sağ said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sol əlin İİ barmağının və sol baldırın sıyrıqları, sol qalça nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X5 müraciət etdiyi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd edilən xəsarətlərdən İİİ döş fəqərəsinin cisminin üst diskogen zonasında kompression sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir; sol gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; sağ said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sol əlin İİ barmağının və sol baldırın sıyrıqları, sol qalça nahiyəsinin qançırı xəsarətləri isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərinə və Birliyin məsləhətçi rentgenoloqunun rəyinə əsasən, İİİ döş föqərəsinin cisminin üst diskogen zonasında kompression minimal sınıq təyin edilir, İİİ döş fəqərəsinin cisminin üst diskogen zonasının kompressiyası dedikdə, o hal nəzərdə tutulur ki, sıxılmadan və gövdənin önə qatlanması vəziyyətində bu sınıq baş verir və yerdəyişmə yaranmır. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i.v.163-168); - Yol-nəqliyyat hadisələri üzrə Məhkəmə Ekspertizasının 16 iyun 2023-cü il tarixli, 8/1512 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən tədqim olunmuş məlumatlara əsasən, “Volkswagen Touareg” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin l-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə “VAZ 21015” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir (i.v.70-73); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə “Volkswagen Touareg” markalı, **-VK-*** və “VAZ 21015” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillər, hadisəni özündə əks etdirən videogörüntü olan bir ədəd DVD disk maddi sübut kimi tanınmış, həmin avtomobillər, yəni “Volkswagen Touareg” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs, “VAZ 21015” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs qaytarılmış və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmışdır (i.v.169-172); - Baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərinin qeydə alındığı diskə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir (i.v.136); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.35). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspert rəylərinə və digər yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduğuna görə məsuliyyət yaradır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını və ilk dəfə cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Volkswagen Touareg” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “VAZ 21015” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında zərər çəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs 3000,00 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Belə ki, zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, o xəstəxanada müayinədən keçməsi və dərmanların alınması üçün 1000 manat vəsait xərcləmişdir. Bundan başqa, zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs avtomobilinə dəymiş ziyanın məbləği "xxxx" ASC tərəfindən 7000 manat müəyyən edilmişdir. Dətmiş zərərdən 5000 manat sığorta məbləği "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs ödəniləcəkdir. Belə olan halda, avtomobilə dəymiş qalan 2000 manat ziyan məbləği də Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edərək bildirir ki, mənəvi zərərin məbləği bir tərəfin müflisləşməsinə, digər tərəfin isə əsassız varlanmasına səbəb olmamalıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkmiş şəxsin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alaraq hesab edir ki, dəymiş mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs davam olunacaq müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, sanatoriyakurort müalicəsinə çəkəcəyi 16000 manat, 4 ay ərazində taksiyə xərclədiyi 1800 manat, müalicə və fizioterapiya dövründə itirəcəyi 1500 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxsdən alınaraq ona ödənilməsini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, Zərərçəkmiş şəxs dəymiş maddi zərərə görə cəmi 3000,00 (üç min) manat və mənəvi zərərə görə 1000,00 (min) manat məbləğində pul vəsaiti, həmçinin mülki iddia qismən təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsnnun mülki iddia ərizəsi qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi zərərə görə cəmi 3000,00 (üç min) manat və mənəvi zərərə görə 1000, 00 (min) manat məbləğində, cəmi 4000 (dörd) min manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumuna görə ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia diğər hissədə təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Volkswagen Touareg” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “VAZ 21015” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar