Məhkəmə qərarları › İş №1(006)-397/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-397/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-397/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirərək yol nəqliyyat hadisəsi yerindən qaçmılşdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küçəsi ilə 3-cü mikrorayon dairəsindən “Memar Əcəmi" metrosu istiqamətində hərəkətdə olarkən avtomobili yolun hərəkət hissəsində saxladıqdan sonra avtomobili 10 km/saat sürətlə geriyə hərəkət etdirən zaman “X11" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin geriyə hərəkətinə icazə verilən şərtlərinə (təhlükəsiz manevr etməklə hərəkətin digər iştirakçılarına mane yaratmamaq, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etmək) əməl etməyərək və hadisənin qarşsını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi avtomobilin arxa hissəsi ilə həmin vaxt yolu soldan sağa keçən piyada X5 ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun baş beyinin əzilməsi, toxumasına, qişaları altına qansızma, alın-təpə sümüklərinin yerdəyişməyən xətti sınığı, sağ tərəfli hemoftalmiya (gözün şüşəyəbənzər cisminə qan toplanması), sağ tapa-alın nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin və sağ saidin qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bundan başqa «Toyota Prius» markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisədən sonra “X11" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yol-nəqliyyat hadisəsi baş verdikdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım" maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və hadisə yerinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləməli olduğu halda bu tələblərə riayət etməyərək yol hərəkəti qaydasını pozması səbəbindən Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci il istehsallı, universal tipli, boz metallik rəngində “Toyota Prius (Hibrid)” minik markalı, AZ **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil AC № 024723 seriyalı qeydiyyat şəhadətnaməsi ilə X8 mülkiyyətindədir. Həmin “Toyota Prius (Hibrid)” minik markalı, AZ **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili o, xx.xx.2023-cü il tarixinədək hüquqi qüvvəsi olan “B” və”C” dərəcəli, AD 024723 seriyalı sürücülük vəsiqəsi və xx.xx.2023 tarixli etibarnamə əsasında idarə etmişdir. xx.xx.2023-ci il tarixdə saat 05:30 radələrində “Uber” xidmətindən Nəsimi rayonu, “Memar Əcəmi” ərazisində bir nəfər şəxsin ünvana aparılması üçün sifariş gəlmişdir. O. həmin sifariş üçün gedərkən Nəsimi rayonu. S.C.Pişəvəri küçəsi ilə 3-cü mikrorayon dairəsindən üzü “M.Əcəmi” istiqamətinə hərəkət edirmiş. Həmin vaxt “Rahat market”in qarşısında avtomaşını yolun hərəkət hissəsində saxlamış və arxa küçədən sağa dönmək üçün avtomaşını geriyə hərəkət etdiyi anda arxadan nəsə tappıltı səsini eşitmişdir. Lakin yan güzgülərdən geriyə baxdıqda heçnə görmədiyi üçün yoluna davam edib getmişdir. O piyada Zərərçəkmiş şəxs əvvəllər tanımırmış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Həmin vaxt piyadanı vurduğunu görmədiyi üçün hadisə yerindən uzaqlaşmışdır. Sonradan polis tərəfindən çağırılarkən hadisə törətdiyini və yolu piyada yolu keçən vətəndaş Zərərçəkmiş şəxs vurduğunu bilmişdir. O, həmin vaxt avtomaşını təxminən yolun hərəkət hissəsindən əks istiqamət üzrə 3 metr geriyə hərəkət etdiyi anda hadisə baş vermişdir. Lakin piyada yolu keçən şəxsi görmədiyi üçün avtomaşını geriyə hərəkət etdikdə avtomaşının arxa hissəindən gələn səsi eşitsə də güzgüdə heçnə görmədiyi üçün yoluna davam etmiş və arxa küçəyə dönməyərək qarşıya hərəkətini davam etmişdir. Video görüntüyə baxıb hadisənin neçə baş verdiyini görmüş və buna görə hadisə yerindən yayındığı üçün etdiyi hərəkətdən səmimi peşman olmuşdur. Həmin vaxt hava qaranlıq və yağışlı olmuşdur. Onun sürəti isə saat 10 km surət olmuşdur. Verilən suallara cavab olaraq hadisə xx.xx.2023-ci il tarixdə saat 05.30 radələrində Nəsimi rayonu S.C.Pişəvəri küçəsində yerləşən “Rahat market”in qarşısında baş verdiyini, Nəsimi rayonu S.C.Pişəvəri küçəsi ilə 3- cü mikrorayon dairəsi istiqamətində geriyə hərəkətdə zaman həmin hadisənin baş verdiyini, avtomobili təxminən saat 10 km surətlə idarə etdiyini, baş vermiş hadisə zamanı vuraraq xəsarət yetirdiyi kişini daha öncə görmədiyini və onunla heç bir düşmənçiliyi olmadığını, o həmin piyadanı görmədiyindən əyləcdən istifadə etmədiyini, avtomobili arxaya hərəkət etdirən zaman hadisə baş verdiyindən o piyadanı gorə bilmədiyini, məlum hadisə zamanı hava qaranlıq olsa da küçə işıqlandırılmış və asfalt örtüyü yağış yağdığından yaş olduğunu, piyadanın hərəkət surətini görmədiyini, məlum hadisə zamanı avtomobilin arxa sağ hissəsinin piyadaya dəydiyini, hadisə zamanı spirtli içki təsiri altında olmadığını bildirmişdir. Özünü təqsirli bilməsini, hadisənin ehtiyatsızlıq zəmnində baş verməsini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, həmçinin sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ailəli olmaqla himayəsində iki az yaşlı övladının olmasını və ailəni tək dolandıran şəxs olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-ci il tarixdə saat 05:30 radələrində alış veriş etmək üçün 3-cü mikrorayon bazarına gedirmiş. Həmin vaxt Nəsimi rayonu, S.C.Pişəvəri küçəsində, Əcəmi parkından üzü “Rahat market”ə doğru piyada adi yerişlə yolu keçirmiş. Həmin vaxt hava yağışlı və müəyyən qədər sulu qar yağırmış. Hava isə az qaranlıq olmuşdur. Yol işıq dirəkləri ilə işıqlandırılmışdı. Həmin vaxt o yolun bir hissəsini keçmişdir. Orta qoşa xətdən sonra yolun digər hisəsinə keçərkən həmin istiqamətdə geriyə hərəkətdə olan sonradan bildiyi "Toyota" markalı, "Prius" modelli, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil sol tərəfinfən zərblə vurmuşdur. Həmin zərbənin nəticəsində o, asfalt üzərinə çırpılaraq xəsarət alıb huşumu itirmişdir. O, bir neçə dəqiqə sonra ayılıb özünə gəldikdə görmüşdür ki, asfaltda yerdədir. Çətinliklə səkinin kənarına gəlib ətrafa baxdıqda heç kəsin olmadığını, onu vuran avtomobilin hadisə yerindən qaçdığını bilmişdir. O, dərhal 102 xidmətinə və 103 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları və həkimlər kömək edib onu xəstəxanaya gətirmişdilər. Hadisə nəticəsində bədəninin müxtəlif nahiyyələrindən ağır xəsarət aldğını bilmişdir. Hal hazırda onun müalicəsi davam edir. Avtomaşının onu vurduğunu həmin an görməmişdir, həmin avtomobil geriyə səssiz hərəkət edib onu vurmuşdur. Çünki o yolu keçəndə sol tərəfdən üzü 3-cü mikrorayona gedən maşınları buraxmış və təhlükəsiz olduğunu düşünüb yolu keçdiyi vaxt yolun əsas hissəini keçdiyi anda həmin istiqamətdə hərəkətdə olan avtomaşın əks istiqamətə doğru çeriyə hərəkət etdikdə onu vurmuşdur. O təxminən 10-15 dəqiqə sonra ayılıb dövlət orqanlarına məlumat verdikdə hadisəni törədən sürücü orada olmamışdır. Cinayət işinin 102-106-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 154-155-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 18-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ QİŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AC024723 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B,C dərəcəli sürücülük hüququ vardır və xx.xx.2023-cü il tarixədək etibarlıdır. Cinayət işinin 19-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ BB251089 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius (Hibrid) Minik” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdən X1 mülkiyyətindədir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli X6 tərəfindən verilmiş çıxarışdan görünür ki, “Toyota Prius (Hibrid) - minik” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncu tərəfindən idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işinin 27-30-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli 241 saylı sağlamlığa zərər vurmanın təyini ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - baş beyinin əzilməsi, toxumasına, qişaları altına qansızma, alın-təpə sümüklərinin yerdəyişməyən xətti sınığı, sağ tərəfli hemoftalmiya ( gözün şüşəyəbənzər cisminə qan toplanması), sağ təğə alın nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin və sağ saidin qançırları bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardın üçün X10 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təklükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Sonuncunun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Cinayət işinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/893 saylı məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Toyota Prius (Hibrid) Minik” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X11’' Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “X11’' Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 112-119-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış və vətəndaş Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi, “Toyota Prius (Hibrid)” minik markalı, AZ **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmışdır. Cinayət işinin 72-73-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müddətində sürücülük hüququndan məhrum edilməklə 02 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 32-ci vərəqəsində DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 05:54 radələrində Nəsimi rayonu, S.C.Pişəvəri küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətində geriyə hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin arxa hissəsi ilə piyada yolu keçən bir nəfərin vurulduğunu, sonra oradan uzaqlaşdığını və həmin videogörüntüdə yol-nəqliyyat hadisəsi törətmiş “Toyota Prius” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi yerindən qaçması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. “X11” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü - yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Həmin Qanunun 42-ci maddəsinin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «X11» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 12 və 13-cü bəndlərinə əsasən bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X11» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, hadisənin ehtiyatsızlıq zəmnində baş verməsini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, həmçinin sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ailəli olmaqla himayəsində iki az yaşlı övladının və ailəni tək dolandıran şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini, dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius (Hibrid) minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili S.G.Hüseynova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar