Məhkəmə qərarları › İş №1(006)-397/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-397/2025

22.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-397/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Seyidli Ə/D, Seyidli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29,177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, təkrarən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 yanvar 2025-ci il tarixdə saat 13:30-da ünvan 1 ünvanında yerləşən “On Off Service” mağazasının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub mağazada olan şəxslərin hiss etmədiyi şəraitdə oradan Zərərçəkmiş şəxs2 məxsus 01 ədədinin qiyməti 275 manat olmaqla ümumilikdə 1925 manat dəyərində 07 ədəd "Lexar NVMe SSD" markalı, NM620 modelli, 2 ТВ yaddaşa malik yaddaş qurğusunu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1925 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 yanvar 2025-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında yerləşən “Strix Computers” mağazasının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub mağazada olan şəxslərin hiss etmədiyi şəraitdə oradan Zərərçəkmiş şəxs1 məxsus 01 ədədinin qiyməti 499 manat olmaqla ümumilikdə 780 manat dəyərində 02 ədəd "Samsung Portable SSD T7 Shield" markalı, PE2TOS/EU moddeli, 2TB yaddaşa malik yaddaş qurğularını gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs1 ümumilikdə 998 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,806 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 22 yanvar 2025-ci il tarixdə saat 16:50-də ünvan 3 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,806 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən özgənin əm akını gizli olaraq talama məqsədilə 29 yanvar 2025-ci il tarixdə saat 10 radələrində ünvan 4 ünvanında yerləşən “Strix Computers” mağazasının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub mağazada olan şəxslərin hiss etmədiyi şəraitdə oradan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 765 manat dəyərində “Samsung 870 EVO 4 ТВ” markalı, 01 ədəd 399 manat dəyərində “Samsung 870 EVO 2TB” markalı, 01 ədəd 425 manat dəyərində “Samsung PRO 980 ТВ" markalı yaddaş qurğularını gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşarkən Zərərçəkmiş şəxs1 tərəfindən aşkar olunaraq saxlanıldığından bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1589 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, və 29,177.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olduğuna görə məhkum olunmuş və 2023-cü ilin dekabr ayında azadlığına buraxılmışdır. O, həbsdən çıxdıqdan sonra heç bir yerdə işləməmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonunda “28 Mall" ticarət mərkəzindən yuxarı küçəyə qalxdıqda orada yerləşən “On Off Service” mağazasına müştəri qismində daxil olub oradakı elektron avadanlıqlara baxmış və həmin vaxtı mağazada olan satıcının başının qarışıq olmasından istifadə edib 6 ədəd “Lexar NVMe SSD” markalı yaddaş qurğusunu satıcının qarşısında olan paketin içərisindən oğurlayıb həmin mağazadan uzaqlaşmışdır. O, həmin oğurladığı əşyaları aparıb “On Off Service” mağazasından bir qədər aralıda yerləşən "Noutbooklar.az” mağazasına 2 ədəd yaddaş qurğusunu hər birini 120 manata satmaq istədiyini bildirmişdir. Həmin şəxs ondan həmin yaddaş qurğularını hardan əldə etdiyi soruşulmuş və o, satıcıya həmin yaddaş qurğularını dostlarının ona Dubay şəhərindən gətirdiyini bildirmişdir. Satıcı həmin yaddaş qurğularını ondan hər birini 110 manata almağa razılaşıb ümumilikdə ona 220 manat pul vermişdir. Həmin şəxs ondan yaddaş qurğusunu alan zaman ağ vərəqəyə məhsulun ona aid olması barədə imza elətdirmiş və şəxsiyyət vəsiqəsinin surətini ondan almışdır. O, növbəti gün yenidən həmin mağazaya gedib onda qalan 4 ədəd yaddaş qurğusunu da həmin satıcıya 100 manatdan satmışdır. Satıcı onun əvvəl yazdığı vərəqəyə məhsulun ona aid olması barədə yenidən onun iştirakı ilə qeydlər yazdırmışdır. Daha sonra əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisinə səhər saatlarında metro vasitəsi ilə gedib 28 may metrostansiyasının ikinci çıxışından aşağı düşüb bir qədər hərəkət edib oradakı elektron avadanlıqlar olan mağazalardan yenidən eyni üsulla oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat 10-11 radələrində “Strix computers” mağazasına daxil olmuş və içəridə olan satıcının başının qarışıq olmasından istifadə edib orada vitrində olan 2 ədəd “Samsung Portable SSD T7 Shield” markalı yaddaş qurğularını oğurlayıb mağazanı tərk etmişdir. Daha sonra o, həmin oğurladığı 2 ədəd yaddaş qurğusunu ilk dəfə satdığı mağazaya yenidən aparıb hər birini 200 manat olmaqla 400 manata satmışdır. Həmin şəxs sonuncu 2 ədəd yaddaş qurğusunun mağazaya satmağı barədə yenidən eyni vərəqədə öz xətti ilə qeydlər aparmağını bildirmişdir. O, həmin vərəqədə öz xətti ilə və imzası ilə qeydlər aparmışdır. Daha sonra əldə etdiyi bütün pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir və təxminən 2 il olar ki, narkotik vasitə heroindən istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitə heroini tanımadığı və şəxsiyyətləri haqqında məlumatı olmayan şəxslərdən əldə etmişdir. 22 yanvar 2025-ci il tarixdə, saat 16:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında piyada hərəkət edən zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək onu saxlamışlar və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Lakin, polis əməkdaşları ona narkotik vasitə təqdim edərək, həmin narkotik vasitəni cibinə qoymasını və videoçəkilişdə cibində olan narkotik vasitəni çıxararaq ona məxsus olması barədə etirafedici ifadə verməsini tələb etmişlər. Buna görə də, o, polis əməkdaşlarının təqdim etdikləri narkotik vasitələrin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir. Lakin, həmin narkotik vasitə ona məxsus olmamışdır. Saxlanılan və polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki təsir olmamışdır. Bundan başqa o, xx.xx.2025-ci il tarxdə saat 10 radələrində yenidən Bakı şəhəri Nəsimi rayonu, S.Rəhimov küçəsində kompüter avadanlıqları olan mağazalardan oğurluq etmək qərarına gəlmiş və o, orada olan "Strix Computers” adlı mağazasına daxil olmuş, lakin həmin mağaza ilk səfər oğurluq etdiyi mağaza olmamışdır. O, həmin mağazada bir qədər satılan mallara baxdıqdan sonra oradan 13 manat dəyərində səs ucaldıcı götürmüş və kassaya yaxınlaşıb həmin səsucaldıcını satıcıya işləməsini yoxlamasını bildirmişdir. O, satıcının başının qarışdığına əmin olduqdan sonra oradan 3 ədəd yaddaş qurğusu oğurlayıb əynində olan gödəkcənin yan cibinə qoyub mağazanı tərk etmişdir. O, həmin vaxtı şübhə yaranmasın deyə səsucaldıcının pulunu verib almışdır. Daha sonra o, mağazanı tərk edib oradan uzaqlaşırmış ki, bir nəfər şəxs ona yaxınlaşıb mağazadan oğurluq etdiyini bildirmişdir. Onu mağazaya dəvət etmiş və o, orada etdiyi oğurluğu boynuna almışdır. O, həmin şəxsə götürdüyü 3 ədəd yaddaş qurğularını təhvil vermiş və həmin şəxs onun oğurluq etməyi barədə polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra polis əməkdaşları mağazaya yaxınlaşıb onu polis bölməsinə dəvət etmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməllərindən səmimi peşmançılıq çəkməsini bildirərək həmin epizodlar üzrə barəsində mümkün qədər yüngül cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında "xxxx" MMC şirkətinə məxsus olan “On Of sevrice” adlı mağazasını 2019-cu il tarixdən istifadə edir və həmin mağazanın müdiridir. O, təxminən 13 ildir ki, kompüter və onun komplektlərinin satışı ilə məşğul olur. O, xx.xx.2025-ci il tarixdə işlədiyi mağazada müştəriyə seçib kənara qoyduğu 30 ədəd "Lexar NVMe SSD” markalı, NM620 modelli, 2 ТВ yaddaşa malik yaddaş qurğularının 7 ədədinin paketin içərisində olmadığını aşkar etmişdir. Daha sonra o, mağazanın kamera görüntülərinə baxdıqda xx.xx.2025-ci il tarixdə, saat 13:30 radələrində bir nəfər müştərinin mağazaya daxil olduğunu, həmin şəxsin mağazada olan məhsullara baxdığını, daha sonra mağazanın kassasının qarşısında olan zaman onun diqqətinin yayınmasından istifadə edib ani olaraq oradakı paketin içərisindən oğurluq etdiyini aşkar etmişdir. O, həmin şəxsi əvvəllərdə mağazanın ətrafında olan küçələrdə gördüyü üçün onu üzdən xatırlamışdır. O, bu səbəbdən həmin şəxsi yenə görəcəyini düşünüb bu barədə polisə məlumat verməmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə onların mağazasının yaxınlığına yerləşən “Strix Computers” mağazasında oğrunun tutulduğunu eşitmiş və o həmin şəxsi gördükdə onların mağazasından oğurluq edən şəxs olduğunu bilmişdir. O, bu səbəbdən bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Ona oğurlanmış əşyalara görə 1428 manat maddi ziyan dəymiş, həmin əşyaların hər birini 204 manata almış, lakin onların hər birinin satış qiyməti 230-240 manat olmuş, həmin oğurluq hadisəsi ünvan 10 ünvanında yerləşən “On Off” mağazasında baş vermiş, xx.xx.2025-ci il tarixdə ona məxus 7 ədəd hər biri 204 manat dəyərində ümumilikdə 1428 manatlı “Lexar NVMe SSD” markalı, NM620 modelli, 2 ТВ yaddaşa malik yaddaş qurğuları oğurlanmış, həmin yaddaş qurğularını 2024-cü ilin aprel ayında Dubay şəhərindən almışdır. Bütün bu əşyaların hər biri istifadə olunmamış, təzə qablaşdırılması pozulmamış halda olmuş, mağazadan başqa əşya oğurlanmamış, həmin şəxs onun işlədiyi mağazaya müştəri qismində daxil olub oğurluq etmiş, həmin mağazada elektrik şəbəkəsində nasazlıq olduğundan video kameralardakı görüntülər silinmişdir. İş üzrə təyin olunmuş ekspertiza rəyində göstərilən qiymətlərlə razıdır, etirazı yoxdur. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin qismən ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi oluğunu bildirdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 7 ünvanında yerləşən “Strix Computers” mağazasını 2023cü il tarixdən işlədir və həmin mağazada kompüter, kompüterə məxsus elektron avadanlıqlar satır. xx.xx.2025-ci il tarixdə, saat təxminən 10:30 radələrində mağazadan bir nəfər şəxsin çıxdığını görmüş və həmin şəxsin üzərində olan kurtkanın cibində onların mağazada satılan “Samsung 870 EVO 4 ТВ” markalı yaddaş qurğusunu üzərində satış etiketi ilə olması onun diqqətini çəkmişdir. O, bu səbəbdən içəri girib mağazadakı satıcı Salehdən həmin şəxsin aldığı məhsulunun ödəniş etməsini bildirdikdə Saleh ona həmin şəxsin bir ədəd 13 manat dəyərində səs ucaldıcı aldığını bildirmişdir. O, həmin şəxsin mağazadan “Samsung 870 EVO 4 ТВ” oğurladığı başa düşmüş və bu səbəblə həmin şəxsin arxasınca gedib onu saxlamışdır. Daha sonra həmin şəxsi mağazaya dəvət etmiş və onun üzərində 1 ədəd “Samsung 870 EVO 4 ТВ” markalı dəyəri 726 manat, 1 ədəd “Samsung 870 EVO 2TB” dəyəri 340 manat, 1 ədəd “Samsung PRO 980 ТВ” markalı dəyəri 350 manat təşkil edən yaddaş qurğularının üzərində olmasını aşkar etmişdir. Həmin şəxs əşyaları könüllü olaraq ona təhvil vermişdir. Daha sonra həmin şəxsdən onların mağazasından əvvəllər oğurluq etməsi barəsində soruşduqda o, ünvan 2 ünvanında ona məxus olan digər “Strix Computers” eyni adlı mağazasından da 2 ədəd hər biri 390 manat olan “Samsung Portable SSD T7 Shield” markalı, 2TB yaddaşa malik, PE2TOS/EU moddeli qurğuları oğurladığını bildirmişdir. O, daha sonra həmin şəxs barəsində polis əməkdaşlarına məlumat vermişdir Həmin şəxs ona ümumilikdə 780 manat maddi ziyan vurmuşdur. İş üzrə təyin olunmuş ekspertiza rəyində göstərilən qiymətlərlə razıdır, etirazı yoxdur. Sonda zərərçəkmiş şəxs X13 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənildiyini, lakin təqsirləndirilən şəxsdən şikayətçi oluğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “Noutbooklar.az" mağazasında 2023-cü il tarixdən rəsmi olaraq işləyir və xx.xx.2025-ci il tarixdə bir nəfər əvvəlcədən tanımadığı şəxs gətirib ona 2 ədəd “Lexar NVMe SSD” markalı, NM620 modelli, 2 ТВ yaddaşa malik yaddaş qurğusunu gətirib 120 manatdan birini təklif etmişdir. O, həmin şəxslə həmin yaddaş qurğularının bir ədədini 110 manatdan almağa razılaşıb ümumilikdə həmin şəxsə 220 manat pul vermişdir. Həmin şəxs ona satdığı əşyaları qardaşının Dubay şəhərindən əldə etdiyini, ziyan elədiklərini bu səbəblədə yaddaş qurğularını satdığını bildirmişdir. Həmin şəxsdən o, şəxsiyyət vəsiqəsini surətini almışdır və həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. O Nicata öz xətti ilə yaddaş qurğularını ona könüllü şəkildə satması ilə bağlı 1 ədəd vərəqədə ona qeydlər yazdırmışdır. Daha sonra növbəti gün həmin şəxs yenidən onun işlədiyi mağazaya gəlmiş və bu səfər Təqsirləndirilən şəxs ona 4 ədəd “Lexar NVMe SSD” markalı, NM620 modelli, 2 ТВ yaddaşa malik yaddaş qurğusunu almağı təklif etmişdir. O, 4 ədəd yaddaş qurğusunu Təqsirləndirilən şəxs bir ədədini 100 manata almış və ümumilikdə ona 400 manat pul vermişdir. Daha sonra üçüncü dəfə Nicat mağazaya gəlib ona 2 ədəd “Samsung Portable SSD T7 Shield” markalı, 2TB yaddaşa malik, PE2TOS/EU modeli qurğunu hər birini 250 manatdan satmağı təklif eləmiş və o, Nicatdan həmin qurğuların bir ədədini 200 manata ümumilikdə 400 manat ödəməklə almışdır. O, Təqsirləndirilən şəxs əşyaların sonuncuya aid olması barədə yenidən kağıza qeydlər aparıb imza elətdirmişdir. O, Təqsirləndirilən şəxs əşyaların özünə aid olması və imzası olan vərəqəni təhqiqata təqdim etmişdir. O, Təqsirləndirilən şəxs aldığı qurğuların hər birini özü üçün almış və həmin qurğuların oğurluq olması barəsində heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən "Strix Computers” mağazasında təxminən 5 aydır ki, satıcı işləyir. xx.xx.2025-ci il tarixdə saat təxminən 9-10 radələrində bir nəfər şəxs mağazaya daxil olub içəridəki yaddaş qurğularına baxmış və həmin vaxtı mağazada başqa müştərilərdə olduğundan o, digər müştərilərə mallar haqqında məlumat vermişdir. Həmin şəxs bir müddət sonra ona yaxınlaşıb 13 manat dəyərində səs ucaldıcı barəsində maraqlanmışdır. O, mağazada digər yaddaş qurğularına baxdıqdan sonra gəlib 13 manata həmin səs ucaldıcının pulunu ödəyib mağazanı tərk etmişdir. Həmin şəxs mağazadan çıxdıqdan sonra qısa müddətdə mağazanın müdiri İmamməddin içəri girib mağazadan çıxan şəxsin nə aldığını ondan soruşmuşdur. O, həmin şəxsin 1 ədəd 13 manata səsucaldıcı aldığını bildirdikdə İmamməddin həmin şəxsin mağazadan oğurluq etdiyini deyərək mağazadan çıxıb həmin şəxsin arxasınca getmişdir. Daha sonra İmamməddin həmin şəxslə mağazaya gəlmiş və həmin şəxs onun mağazada ani diqqətsizliyindən istifadə edib 3 ədəd yaddaş qurğusunu vitirinin üzəndən oğurlamışdır. Həmin şəxs mağazadan 1 ədəd “Samsung 870 EVO 4 ТВ” markalı dəyəri 726 manat, 1 ədəd “Samsung 870 EVO 2TB" dəyəri 340 manat, 1 ədəd ”Samsung PRO 980 ТВ” markalı dəyəri 350 manat təşkil edən yaddaş qurğularını cğurlamışdır. O, həmin şəxsi mağazada oğurluq edərkən görməmişdir. Həmin şəxs həmçinin ünvan 8 ünvanında yerləşən İmamməddinə məxsus digər “Strix Computers” mağazasındanda oğurluq etdiyini oradan da 2 ədəd yaddaş qurğusunu oğurladığını onlara etiraf etmişdir. Daha sonra İmamməddin hadisə barəsində 22-ci Polis Şöbəsinin əməkdaşlarına məlumat vermişdir. İttiham aktının siyahısında şahidlər qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış fakta görə Azərbaycan Respubikası CM-in 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 1); “hadisə yerinə baxış keçirilməsi barədə” 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs X2 məxsus yaddaş qurğularını gizli talamağa cəhd etdiyi yer ünvan 9 ünvanıdır. (Cild İ, i.v. 7-9); “baxış keçirilməsi haqqında” 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs X2 məxsus yaddaş qurğularını gizli taladığı yer ünvan 8 ünvanıdır. (Cild İ, i.v. 10-12); “baxış keçirilməsi haqqında” 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus yaddaş qurğularını gizli taladığı yer ünvan 10 ünvanıdır (Cild İ, i.v. 16-18); “götürmə aparılması və baxış keçirilməsi haqqında” 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi 2 ədəd “Samsung Portable SSD T7 Shield” markalı, 2 ТВ yaddaşa malik yaddaş qurğularına, 6 ədəd “Lexar NVMe SSD” markalı, NM620 modelli, 2 ТВ yaddaşa malik yaddaş qurğuları və şəxsiyyət vəsiqəsinin surətinə, qeydlər olan vərəqəyə baxış zamanı müəyyən edilmişdir ki, həmin əşyalar 06 ədəd “Lexar NVMe SSD” markalı, NM620 modelli, 2 ТВ yaddaşa malik yaddaş qurğuları təzə istifadə olunmamış şəkildə qutunun içərisindədir, 02 ədəd “Samsung Portable SSD T7 Shield” markalı, 2TB yaddaşa malik, PE2TOS/EU moddeli qurğu yaddaş qurğuları təzə istifadə olunmamış şəkildə qutunun içərisindədir və bir ədəd şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsinin surəti Təqsirləndirilən şəxs məxsus olmaqla AA seriyalı ******* nömrəlidir, qeydlər aparılmış vərəqədə “Təqsirləndirilən şəxs, Mən könülü olaraq Lexar MH620 SSD 2TB-6 əd,110 AZN, Samsung SSD “Ti 2 ədəd 400” sözləri əlyazma ilə yazılaraq imza çəkilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid3 tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin surətinin ona məxus olmasını, üzərində qeydlər olan vərəqdə yazıların onun tərəfindən yazıldığını və 2 ədəd "Samsung Portable SSD T7 Shield” markalı, 2 ТВ yaddaşa malik yaddaş qurğularını xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, S.Rəhimov 197 ünvanında yerləşən "Stric Computers” mağazasından, 6 ədəd “Lexar NVMe SSD” markalı, NM620 modelli, 2 ТВ yaddaşa malik yaddaş qurğularını xx.xx.2025-ci il Bakı şəhəri, Nəsimi rayonu, Süıeyman Rəhimov 178 ünvanında yerləşən “On оf mağazasından oğurlamışdır. Baxışda iştirak edən X5 2 ədəd “Samsung Portable SSD T7 Shield” markalı, 2 ТВ yaddaşa malik yaddaş qurğularının ona məxsus olduğunu və Nəsimi rayonu, S.Rəhimov 197 ünvanında yerləşən “Strix Computers” mağazasından oğurlandığını bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 6 ədəd “Lexar NVMe SSD” markalı, NM620 modelli, 2 ТВ yaddaşa malik yaddaş qurğularının ona məxsus olduğunu Bakı şəhəri, Nəsimi rayonu, Süıeyman Rəhimov 178 ünvanında yerləşən “On of service” mağazasından bildirmişdir. (Cild İ, i.v. 26-27); “şübhəli şəxsin tutulması haqqında” 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2025-ci il tarixdə, saat 21:00-da Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İ, i.v. 50); “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 29 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild İ, i.v. 67-68); “baxış keçirilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 02 ədəd videofayl vardır ki, 1-ci videofayla 47 saniyədən ibarətdir və həmin görüntüdə əynində tünd rəngli gödəkcə, şalvar və qara rəngli ayyaqqabı olan olan, ortaboylu şəxsin sol əlində göy rəngli sellofan paket olan şəxs 02-ci saniyəsində qarşısındakı vitirinə əyilərək oradan bir ədəd tünd rəngli qutu götürərək əlindəkipaketin arxasında gizlətməsi, daha sonra ətrafa baxaraq heç kimin onu görmədiyini dəqiqləşdirdikdən sonra həmin qutunu paketin içərisinə atması müşahidə olunur. 2-ci videofaylda 23 saniyədən ibarətdir və həmin görüntüdə əynində tünd rəngli gödəkcə, şalvar və qara rəngli ayyaqqabı olsn olan, ortaboylu şəxsin sol əlində göy rəngli sellofan paket olan şəxs videonun 10-cu saniysəində qarşsındakı vitirinə əyliərək oradan bir ədəd qutu götürüb kənara çəkilərək yəmin qutunu paketə atması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntülərdə olan şəxsin onun özünün olduğunu, həmin vaxt ifadəsində qeyd etdiyi kimi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov 197 ünvanında yerləşən "Strix computers” mağazasında oğurladığı 2 ədəd yaddaş qurğusunu göy rəngli paketə qoyub daha sonra isə hadisə yerini tərk etdiyini bildirmişdir (Cild İ, i.v. 70); “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 Sərvər oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild İ, i.v. 80-81); “götürmə aparılması və baxış keçirilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi 01 ədəd "Samsung 870 EVO 4 ТВ" markalı, 1 ədəd “Samsung 870 EVO 2TB”, 1 ədəd “Samsung PRO 980 ТВ” yaddaş qurğularının hər üçü işlənməmiş təzə şəkildə, öz qutularındadır. Baxışda iştirak edən Baxışda iştirak edən İmaməddin Firuddinlinin təqdim etdiyi əşyaları iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 15 A ünvanında yerləşən “Strix Computers” mağazasından oğurlamağa cəhd etdiyi 3 ədəd yaddaş qurğusu olduğunu bildirmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs İmaməddin Firuddinlinin təqdim etdiyi əşyaları xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 15 A ünvanında yerləşən “Strix Computers” mağazasından oğurladıqdan sonra öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyib İmaməddin Firuddinliyə geri qaytardığını bildirmişdir. (Cild İ, i.v. 91); “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.2ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 29,177.2.2-ci maddələrinə tövsif edilmişdir. (Cild İ, i.v. 104-105); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 29,177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild İ, i.v. 106-107); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 4(006)-70/2025 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, Azərbaycan Respublikası CM-in 177.2.2 və 29,177.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) həddində müəyyən edilməsi, həbsdə saxlanılma müddətinin əvvəlinin 29 yanvar 2025-ci il tarixdən, saat 21:00-dan hesablanması qərara alınmışdır (Cild İ, i.v. 133-137); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 03 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (Cild İ, i.v. 141-142); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-535/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (Cild İ, i.v. 144-155); “cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə isintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 29,177.2.2-ci maddələri ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrəsi altında davam etdirilməsi, iş üzrə əməlin Azərbaycan Respublikası CM-nin 177.2.2 və 29,177.2.2-ci maddələrindən, həmin Məcəllənin 177.2.2, 29,177.2.2 və 234.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır (Cild İ, i.v. 144-155); “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 154); təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun CM-in 177.2.3-cü maddəs ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilmiş, iş üzrə əməl CM-in 177.2.2, 29,177.2.2 və 234.1-ci maddələrinə tövsif edilərək istintaq ********* stastikstik nömrəsi ilə davam davam etdirilmişdir (Cild İ, i.v. 156-157); “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxin üstünün yoxlanması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitə və ya psixotrop maddələri saxlayaraq gəzdirməkdə şübhəli olan Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə, saat 16:50 radələrində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq videoçəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümdə qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar edilərək götürülmüşdür (Cild İ, i.v. 165); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edib saxlaması və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 22 yanvar 2025ci il tarixdə, saat 16:50 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, saat 17:00 dəqiqədə üstü yoxlanılmış, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək 01 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür (Cild, i.v. 170); “şübhəli şəxsin tutulması haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə, saat 18:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 yanvar 2025-ci il tarixdən, saat 16:50-dən tutulmuş hesab edilmişdir (Cild, i.v. 189); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2025-ci il tarixli, 6/341 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Saxlanılan şəxs: (imza) R. Nicat..” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,806 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (Cild İ, i.v. 206-207); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild İ, i.v. 221-222); “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İstintaq Şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir (Cild İ, i.v. 236-238); “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (Cild İ, i.v. 239); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2025-ci il tarixli, 9/1360 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və təqdim edilməyən malların 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 06 ədəd “Lexar NVMe SSD" markalı, NM620 modelli, 2 ТВ yaddaşa malik yaddaş qurğusu-1650,0 manat (06 ədəd x 275,0 manat); 02 ədəd "Samsung Portable SSD T7 Shield" markalı, 2TB yaddaşa malik, PE2TOS/EU moddeli qurğu yaddaş qurğusu 998,0 manat (02 ədəd x 499,0 manat); 01 ədəd "Samsung 870 EVO 4 ТВ" markalı yaddaş qurğusu - 765,0 manat; 01 ədəd "Samsung 870 EVO 2TB" markalı yaddaş qurğusu - 399,0 manat; 01 ədəd "Samsung PRO 980 ТВ" markalı yaddaş qurğusu - 425,0 manat; Ekspertza tədqiqatına təqdim edilməyən: 01 ədəd "Lexar NVMe SSD" markalı, NM620 modelli, 2 ТВ yaddaş qurğusu nəzəri qaydada 275,0 manat müəyyən edilir (Cild İİ, i.v. 16- 20); “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Rzayev X11 Respublikası CM-in 29, 177.2.2, 177.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (Cild İİ, i.v. 34- 35); “maddi sübut kimi tanınma haqqında” 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs2 məxsus 06 ədəd “Lexar NVMe SSD" markalı yaddaş qurğuları və zərərçəkmiş şəxs X3 məxsus oğurladığı 2 ədəd “Samsung Portable SSD T7 Shield” markalı yaddaş qurğuları, oğurlamağa cəhd etdiyi 1 ədəd “Samsung 870 EVO 4 TB” markalı, 1 ədəd “Samsung 870 EVO 2TB”, 1 ədəd “Samsung PRO 980 TB” markalı yaddaş qurğuları maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 ilə X3 qaytarılmışdır (Cild İİ, i.v. 53); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X4 08 aprel 2025-ci il tarixli, 1959 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.VSİSndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhəri NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır (Cild İİ, i.v. 59-60); “sübutların qiymətləndirilməsi haqqında” 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,806 qram çəkidə olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatdan sonra qalığı qalmış 0,756 qram psixotrop maddə metamfetamin ibtidai istintaqın yekununda saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd “Samsung 870 EVO 4 ТВ” markalı, 1 ədəd “Samsung 870 EVO 2TB” markalı, 1 ədəd “samsung PRO 980” markalı yaddaş qurğuları və Şahid3 təqdim etdiyi 06 ədəd “Lexar NVMe SSD” markalı, 2 ədəd “Samusung Portable SSD T7 Shield” yaddaş qurğularının, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, üzərində Təqsirləndirilən şəxs aid əlyazma olan vərəqənin maddi sübut kimi tanınması və yaddaş qurğularının zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınması, iş üzrə hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd diskin xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxta görə, üzərində hadisənin izlərini saxladığına görə maddi sübut kimi tanınması, 01 ədəd diskin isə cinayət işi materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır (Cild İİ, i.v. 62-79); Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroinə bənzər kütlənin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin ümumi təmiz çəkisi 0,806 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29,177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini qismən, yəni törətdiyi oğurluq əməllərini etiraf edərək əməlindən peşmançılıq çəkməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-535/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-535/2022 saylı hökmü) hazırkı cinayət əməllərini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun cəzasının sonu ilə azad edilməsindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlinin birinci epizodunu 17 yanvar 2025-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 29,177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29,177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2022-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzdə (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut – iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd “Samsung 870 EVO 4 ТВ” markalı, 1 ədəd “Samsung 870 EVO 2TB” markalı, 1 ədəd “samsung PRO 980 TB” markalı yaddaş qurğularının və Şahid3 təqdim etdiyi 06 ədəd “Lexar NVMe SSD” markalı, 2 ədəd “Samusung Portable SSD T7 Shield” yaddaş qurğularının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, üzərində Təqsirləndirilən şəxs aid əlyazma olan vərəqə və iş üzrə hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29,177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29,177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsi 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu ümumi 2 (iki) gün müddət ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2022-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzdə (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut olan - Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,756 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd “Samsung 870 EVO 4 ТВ” markalı, 1 ədəd “Samsung 870 EVO 2TB” markalı, 1 ədəd “Samsung PRO 980 TB” markalı yaddaş qurğularının və Şahid3 təqdim etdiyi 06 ədəd “Lexar NVMe SSD” markalı, 2 ədəd “Samusung Portable SSD T7 Shield” yaddaş qurğularının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, üzərində Təqsirləndirilən şəxs aid əlyazma olan vərəqə və iş üzrə hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc cəmi 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar