Məhkəmə qərarları › İş №1(006)-4/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-4/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-4/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Ağsu şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və 27 iyun 2018-ci il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə saat 22:00 radələrində «Kubinka» adlanan yerdən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd «gümüşü» siqaret kağızı bükümlərində, hər birində təmiz çəkiləri 0,055 qram, 0,059 qram, 0,064 qram və 0,063 qram, ümumi təmiz çəkisi 0,241 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10 manata əldə edərək üstündə saxlamış və həmin günü Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi 97 saylı binanın qarşısında Nəsimi RPl-nin 21-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirildikdə, orada hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən qanunsuz yolla satış məqsədi ilə əldə etmiş olduğu dörd ədəd gümüşü siqaret kağızı bükümlərində qeyd olunan narkotik vasitə aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi təqsirləndirilən şəxsin xx.xx.2018-ci il tarixdə ölməsini və onun hüquqi varisini müəyyən etmək mümkün olmamasını bildirərək Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün istintaq zamanı verdiyi etirafı ilə yanaşı, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin 14-cü vərəqəsində olan xx.xx.2007-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 44-cü vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2007-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 73-cü vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətinə, 09 dekabr 2007-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 116-cı vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2007ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 127-129-cu vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2007-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyətini müəyyən etmək üçün 1-566/2007 saylı cinayət işi üzrə stasionar qaydada təkrar məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. Cinayət işinin 132-134-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2008-ci il tarixli 30 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin (hərəkətinin) faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əmələ anlaqlı hesab edilməlidir. Hal-hazırki müayinənin təhlili göstərir ki, cinayət törətdikdən sonra istintaqın gedişində uzun müddət azadlıqdan məhrumedilmə şəraitində keçirdiyi gərginlik nəticəsində onda olan psixopatonbənzər davranış pozuntuları dekompensasiya halına keçmişdirş Bununla əlaqədar yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan şəxs kimi Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür və ona qarşı X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi zəruridir. Cinayət işinin 147-150-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasinonarlarında məcburi müalicə təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında daimi müşahidə altında məcburi müalicəyə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Cinayət işinin 165-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli respublika Psixiatriya xəstəxanasının xx.xx.2009-cu il tarixli, 345 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən X2 məcburi müalicəyə qəbul olunmuş, xx.xx.2009-cu il tarixdə xəstə həkim məsləhət komissiyasına təqdim edilmiş, xəstədə “yüngül dərəcəli kəmağıllılıq müalicəyə və nəzarətə ehtiyacı olan, davranış pozuntuları ilə” diaqnozlu xəstəlik müəyyən edilmiş, psixi vəziyyəti müalicəyə rezident olmaqla, xroniki ruhi xəstəliyə düçar olan xəstə kimi məcburi müalicəsinin davam etdirilməsi məsləhət görülmüşdür. Cinayət işinin 170-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli respublika Psixiatriya xəstəxanasının xx.xx.2009-cu il tarixli, 1476 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən X2 məcburi müalicəyə qəbul olunmuş, xx.xx.2009-cu il tarixdə xəstə həkim məsləhət komissiyasına təqdim edilmiş, xəstədə xroniki ruhi xəstəlik müəyyən olunaraq xəstəliyi xroniki gedişli xüsusiyyətli olduğundan barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 78.1-ci maddəsi şamil olduğu istisna olmadığından məcburi müalicəsinin davamı haqda vəsatətlə Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən təqdimat təmin edilmişdir və xəstə Təqsirləndirilən şəxs hal-hazırda müalicəsi davam etdirilir. Cinayət işinin 182-183-cü vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının təqdimatı təmin edilmiş, xəstəxananın X1 məcburi müalicə alan Təqsirləndirilən şəxs X1 məcburi müalicəsi davam etdirilmişdir. Cinayət işinin 188-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2009-cu il tarixli, 2245 saylı məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən təqdimat təmin edilmiş və xəstə Təqsirləndirilən şəxs hal-hazırda müalicəsi davam etdirilir. Cinayət işinin 192-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2010-cu il tarixli, 129 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən X2 məcburi müalicəyə qəbul olunmuş, xx.xx.2009-cu il tarixdə xəstə həkim məsləhət komissiyasına təqdim edilmiş, xəstədə psixi xəstəliyinin uzungedişli, fasiləsiz və aparılmış müalicələrə qarşı rezident olduğundan, xroniki ruhi xəstəlik müəyyən olunmuşdur. Aşkar edildiyi həmin xəstəlik nəticəsində onun hal-hazırda öz əməlinə faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək yaxud idarə etmək iqtidarında olmadığı və xəstənin hal-hazırki psixi vəziyyətini nəzərə alaraq X18 stasionarına keçirilməsi barəsində Sabunçu Rayon Məhkəməsi qarşısında vəsatət qaldırılmışdır. Cinayət işinin 195-196-cı vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının vəsatəti təmin edilmiş, xəstəxananın X18 stasionarında məcburi müalicə alan Təqsirləndirilən şəxs məcburi ambulatoriya müşahidəsinə və psixiatr müalicəsinə keçirilmişdir. Cinayət işinin 202-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2010-cu il tarixli, 3935 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli qərarı əsasında X18 stasionarında məcburi müalicəsi dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilmişdir. Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsini yaşayış yeri üzrə keçməsi üçün xx.xx.2010-cu il tarixdə Mingəçevir X4 yazılmışdır. Cinayət işinin 213-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2011-ci il tarixli, 166 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli qərarı əsasında X18 stasionarında məcburi müalicəsi dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilmişdir. Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsini yaşayış yeri üzrə keçməsi üçün xx.xx.2010-cu il tarixdə Mingəçevir X4 yazılmışdır. Cinayət işinin 215-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası rayonlararası Psixo-nevroloji dispanserinin xx.xx.2011-ci il tarixli, 33 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aid olan tibbi sənədləri 1 saylı Respublika Psixiatriya Xəstəxanasından Mingəçevir Psixo-nevroloji Dispanserinə göndərilmişdir. Təqsirləndirilən şəxsi dispanserə dəvət etmək üçün Ağsu RPŞ ilə telefon əlaqəsi yaradılmışdır. Rəis müavinin məlumatına əsasən Babayevlərin evi qıfıllıdır, orada yaşayan yoxdur, ailə Bakıda məskunlaşıb, Təqsirləndirilən şəxs görənlər deyir ki, onun psixi vəziyyəti qənaətbəxşdir və məhkəmənin iclasında iştirak etməsi mümkündür. Bununla yanaşı məktubda təqsirləndirilən şəxsi məhkəmənin iclasına cəlb etmək Mingəçevir Psixo-nevroloji Dispanserinin imkankalarının daxilində olmadığı bildirilmişdir. Cinayət işinin 222-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2011-ci il tarixli, 4324 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli qərarı əsasında X18 stasionarında məcburi müalicəsi dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilmişdir. Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsini yaşayış yeri üzrə keçməsi üçün xx.xx.2010-cu il tarixdə Mingəçevir X4 yazılmışdır. Cinayət işinin 226-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası rayonlararası Psixo-nevroloji dispanserinin xx.xx.2012-ci il tarixli, 38 saylı məktubundan görünür ki, məcburi ambulator müalicəsi təyin edilmiş Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə Mingəçevir PND-nə anası ilə birgə müraciət etmiş və onun ambulator müalicəsi başlanmışdır. Cinayət işinin 229-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası rayonlararası Psixo-nevroloji dispanserinin xx.xx.2012-ci il tarixli, 28 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs haqqında Ağsu RPŞ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşı ilə şəxsən o, Rafael Zeynalov maraqlanmış, onun verdiyi məlumata görə Babayevlər ailəsi Bakıda məskunlaşıblar. Təqsirləndirilən şəxs də gününü tüfeyli həyat sürərək Bakıda keçirir və Mingəçevir PND-nə nə özü, nə də qohumları müraciət etmir və onun axtarılıb tapılması bu təşkilatın imkanları xaricindən kənardır. Onun hazırki psixi vəziyyətini, sağalıb-sağalmamasını Təqsirləndirilən şəxs Mingəçevir PND-nə gətirildikdən sonra müayinə edib məhkəməyə göndərilməsi bildirilmişdir. Cinayət işinin 232-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ş.T.Quliyev adına Ağsu rayon mərkəzi xəstəxanasının xx.xx.2012-ci il tarixli, 89 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi - əsəb və narkomaniya xəstəliyinə görə diaqnozla dispanser qeydiyyatda dayanır. DZ: Debillik psixopatabənzər gedişli kompensasiya vəziyyəti ilə. Cinayət işinin 234-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası rayonlararası Psixo-nevroloji dispanserinin xx.xx.2012-ci il tarixli, 47 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə anası ilə birlikdə müraciət etmiş və “yüngül kəmağıllılıq, davranış pozuntuları ilə” diaqnozu ilə məcburi ambulator müalicəsi başlanmışdır. Hazırda onun psixi vəziyyəti stabil deyil, bir neçə ay müalicəsi davam etdiriləcək və bu barədə məlumat məhkəməyə veriləcəkdir. Cinayət işinin 244-245-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2012-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 246-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası rayonlararası Psixo-nevroloji dispanserinin xx.xx.2012-ci il tarixli, 492 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012ci il tarixdən başlanmış müalicə və müşahidəsini xx.xx.2012-ci il tarixdən bitmiş hesab etmək olar. Psixi vəziyyəti stabildir, produktiv psixopatoloji əlamətlər müəyyən edilmir. Cinayət işinin 261-263-cü vərəqələrində Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, sonuncu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, tutma protokolunun surəti məhkəməyə göndərilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsinə dair məhkəməyə məlumat verilməsi qərara alınmış və iş üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Cinayət işinin 297-302-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2012-ci il tarixli 1196 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin (hərəkətinin) faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdur. Buna görə də o, ittiham olunan əmələ anlaqsız hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21.1 və 21.2-ci maddələrinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında deyil. Yoxlanılan şəxsin hazırki vəziyyəti və təkrar cinayət törətməyə meylli olması nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 97.3-cü maddəsinə əsasən onun barəsində ümumi X1 məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsləhət görülür. Cinayət işinin 310-312-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyətini müəyyən etmək üçün 1(006)-2/2013 saylı cinayət işi üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Cinayət işinin 322-324-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2014-cü il tarixli 245 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli törədərkən onda olan psixopatabənzər davranış kompensasiya vəziyyətində olmuşdur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə törətdiyi əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Eyni zamanda qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs onda olan kəmağıllılıq nəticəsində ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs psixi vəziyyəti sonradan pisləşdiyindən onda qeyd olunan davranış pozuntuları kəskinləşərək dekompensasiya vəziyyətinə gəlmiş, həmin pozuntularl onun dəfələrlə cinayətlər törətməsinə səbəb olmuş, həmin cinayətlərin istintaqı zamanı keçirilən məhkəmə psixiatrik ekspertizalarının nəticələrinə əsasən məhkəmə tərəfindən anlaqsız hesab edilərək ixtisaslaşdırılmış psixiatriya stasionarlarına məcburi müalicəyə göndərilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs SN 1 saylı RPX-nin ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicəsini davam etdirir. Təqsirləndirilən şəxs psixi vəziyyəti xx.xx.2007-ci il tarixdə törətdiyi cinayət əməlindən sonra pisləşdiyindən onun əməli Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Yoxlanılan şəxsin halhazırda məcburi müalicəyə ehtiyacı var. Onun barəsində təyin olunmuş X1 psixiatr müalicəsi növündə məcburi tədbirlən davam etdirilməsi məsləhət görülür. Cinayət işinin 326-cı vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 330-331-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində X1 məcburi müalicə təyin edilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında daimi müşahidə altında məcburi müalicəyə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmiş, iş üzrə icraat Təqsirləndirilən şəxs sağalanadək dayandırılmışdır. Cinayət işinin 335-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2015-ci il tarixli, 1648 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı əsasında xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının X1 məcburi müalicəyə qəbul olunmuş və hal-hazırda məcburi müalicəsini davam etdirir. Cinayət işinin 339-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2017-ci il tarixli, 1037 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən AR CM-nin 21.3-cü maddəsinin təsiri altına düşərək xx.xx.2008-ci il tarixdə AR SN 1 nömrəli RPX-nın X1 məcburi müalicəyə qəbul olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən X18 Stasionarında məcburi müalicəyə keçirilmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı əsasında X18 Stasionarında məcburi müalicəsi dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinı keçirildiyi üçün xx.xx.2010-cu il tarixdə evə yazılmışdır. Təkrar olaraq Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3, 181.2.2, 181.2.5, 234.1 və 326.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı əsasında AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşərək xx.xx.2013-cü il tarixdə AR SN-nin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X1 məcburi müalicəyə qəbul olunmuş və hal-hazırda məcburi müalicəsi davam etdirilir. Cinayət işinin 345-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2017-ci il tarixli, 7300 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən AR CM-nin 21.3-cü maddəsinin təsiri altına düşərək xx.xx.2008-ci il tarixdə AR SN 1 nömrəli RPX-nın X1 məcburi müalicəyə qəbul olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən X18 Stasionarında məcburi müalicəyə keçirilmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı əsasında X18 Stasionarında məcburi müalicəsi dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinı keçirildiyi üçün xx.xx.2010-cu il tarixdə evə yazılmışdır. Təkrar olaraq Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3, 181.2.2, 181.2.5, 234.1 və 326.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı əsasında AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşərək xx.xx.2013-cü il tarixdə AR SN-nin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X1 məcburi müalicəyə qəbul olunmuş və hal-hazırda məcburi müalicəsi davam etdirilir. Cinayət işinin 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2007-ci il tarixli 9875 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdə içərisində dörd büküm gümüşü siqarət kağızına bükülmüş, ağımtıl rəngli, maddələr ayrı-ayrılıqda xalis çəkiləri 0,050 qram, 0,057 qram, 0,058 qram, 0,058 qram ümumi xalis çəkisi 0,223 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan- heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,223 qram, tədqiqata sərf edildi- 0,01 qram, qalıq -0,213 qramdır. Cinayət işinin 49-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 20 (iyirmi) manat müəyyən edilmişdir. Cinayət işinin 51-ci vərəqəsində olan xx.xx.2007-ci il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, 85213 nömrəli cinayət işi üzrə xx.xx.2007-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının 9875 nömrəli rəyi ilə tanınmış 0,055 qram, 0,059 qram, 0,064 qram və 0,063 qram ümumi təmiz çəkisi 0,241 qram olan heroin maddi sübut kimi tanınmış, maddi sübut kimi tanınmış ümumi təmiz çəkisi 0.241 qram olan heroinin 0,213 qram qalığı məhkəmə baxışınadək Nəsimi RPİ-da saxlanılmışdır. Cinayət işinin 53-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanseri X5 xx.xx.2007-ci il tarixli, 1392 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoloidlərinin tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə barəsində tibbi xarakterli psixiatrik stansionar məcburi müalicə təyin edilmiş; 2) Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə barəsində tibbi xarakterli ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicə təyin edilmiş; 3) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinə əsasən barəsində psixi xəstəxanada daimi müşahidə altında məcburi stasionar müalicə təyin edilmiş; 4) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərar ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 181.2.2, 181.2.5, 234.1 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilmiş, Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən barəsində ixtisaslaşdırılmış psixi stasionar məcburi müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir. Cinayət işinin 56-cı vərəqəsində olan xx.xx.2007-ci il tarixli, 7195/509/981 saylı Bakı şəhər İcra Hakimiyyətinin Baş Səhiyyə İdarəsi X3 məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1998-ci ildən “affektiv tipli psixopatiya” diaqnozu ilə RƏXD-də stansionar müayinədə olub (Hərbi komissarlıqdan). Cinayət işinin 123-cü vərəqəsində olan xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X17 Şəhər Mərkəzi Xəstəxanasının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü tarixədək həmin xəstəxanada “Debillik dərəcəsində oliqofreniya, psixotobənzər davranışla” diaqnozu ilə məcburi müalicə almışdır. Cinayət işinin 63-cü vərəqəsində olan xx.xx.2007-ci il tarixli, 2829 saylı Psixiatriv xəstəxanasının arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək və xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək kimi “Debillik dərəcəsində oliqofreniya, psixotobənzər davranışla” diaqnozu ilə məcburi müalicə almışdır. Cinayət işinin 67-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2007-ci il tarixli 690 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Eyni zamanda qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs onda olan kəmağıllılıq nəticəsində ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 45-ci vərəqəsində olan Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 4725 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, Füzuli küçəsi, 9 saylı evdə qeydiyyatdadır və ailə tərkibi atası X13, anası X7, bacıları X9, X12, X10 və qardaşları X14, X15 ibarətdir. Cinayət işinin 46-cı vərəqəsində olan Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhəri üzrə nümayəndəsi tərəfindən 12 sentyabr 2007-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət qiymətləndirilir və onun barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. Cinayət işinin 349-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2020-ci il tarixli, 386 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2000xx.xx.2000-ci il və xx.xx.2003-xx.xx.2004-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Təkrar Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən xx.xx.2008-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxananın X1 məcburi müalicəyə qəbul olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən X18 Stasionarında məcburi müalicəyə keçirilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı əsasında X18 Stasionarında məcburi müalicəsi dəyişdirilərək məcburi amoulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün xx.xx.2010-cu il tarixdə evə yazılmışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı əsasında xx.xx.2013-cı il tarixdə X1 məcburi müalicəyə qəbul olunmuş və Sabunçu Rayon Məhkoməsinin xx.xx.2018-ci il tarixli qərarı əsasında X18 Stasionarında məcburi müalicəsi dəyişdirilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün xx.xx.2018-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. Cinayət işinin 357-ci vərəqəsində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ş.T.Quliyev adına Ağsu Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2020-ci il tarixli, 1875 saylı məktublarından görünür ki, 1) Təqsirləndirilən şəxs “Ağsu RMX” PHŞ-nin psixiatriya kabinetində xx.xx.2001-ci il tarixdən dispanser qeydiyyatdadır. Tibbi sənədlərə əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi 1 saylı Ruhi Xəstəxanada stasionar müalicə alıb. DZ: Debillik psixopatabənzər gedişli kompensasiya vəziyyəti. xx.xx.2001-ci il tarixdən hal-hazıra kimi aşağıdakı diaqnozla dispanser qeydiyyatdadır, lakin ambulator müalicə almamaışdır. DZ: Debillik dərəcəsində olan oliqofreniya kəskin ifadə olunmuş davranış pozuntuları ilə. Tez-tez özünə qəsd etmələrlə. Bir neçə dəfə narkotik maddənin istifadəsi nəticəsində yaranan psixi dəyişiklik. 2) Təqsirləndirilən şəxs, “Ağsu RMX” PHŞ-in psixiatriya kabinetində xx.xx.2001-ci il tarixdən dispanser qeydiyyatdadır. Tibbi sənədlərə əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi 1 saylı Ruhi Xəstəxanada stasionar müalicə alıb. DZ: Debillik psixopatabənzər gedişli kompensasiya vəziyyəti. xx.xx.2001-ci il tarixdən hal-hazıra kimi aşağıdakı diaqnozla dispanser qeydiyyatdadır, lakin ambulator müalicə almamaışdır. DZ: Debillik dərəcəsində olan oliqofreniya kəskin ifadə olunmuş davranış pozuntuları ilə. Tez-tez özünə qəsd etmələrlə. Bir neçə narkotik maddənin istifadəsi nəticəsində yaranan psixi dəyişiklik. Dəfələrlə ambulator müalicələr aparılmasına baxmayaraq effekti olmamış, sağalma ilə nəticələnməmişdir. Qeyd: Göstərilən xəstəlik sağalan olmadığı üçün ömürlük müalicə tələb edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ş.T.Quliyev adına Ağsu Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli, 108 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs “Ağsu RMX” PHŞ-nin psixiatriya kabinetində xx.xx.2001-ci il tarixdən dispanser qeydiyyatdadır. Tibbi sənədlərə əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi 1 saylı Ruhi Xəstəxanada stasionar müalicə alıb. DZ: Debillik psixopatabənzər gedişli kompensasiya vəziyyəti. xx.xx.2001-ci il tarixdən hal-hazıra kimi aşağıdakı diaqnozla dispanser qeydiyyatdadır, lakin ambulator müalicə almamaışdır. DZ: Debillik dərəcəsində olan oliqofreniya kəskin ifadə olunmuş davranış pozuntuları ilə. Tez-tez özünə qəsd etmələrlə. Bir neçə narkotik maddənin istifadəsi nəticəsində yaranan psixi dəyişiklik. Dəfələrlə ambulator müalicələr aparılmasına baxmayaraq effekti olmamış, sağalma ilə nəticələnməmişdir. Qeyd: Göstərilən xəstəlik sağalan olmadığı üçün ömürlük müalicə tələb edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ş.T.Quliyev adına Ağsu Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli, 273 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs “Ağsu RMX” PHŞ-də psixiatrik kabinetdə debillik dərəcəsində olan oliqofreniya, kəskin ifadə olunmuş davranış pozuntuları ilə. Tez-tez özünə qəsd cəhdləri ilə. Bir neçə narkotik maddələrinin istifadəsi nəticəsində yaranan psixi və davranış pozğunluğu. Sonuncu dəfə psixiatrik kabinetə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 vəsatətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə ittiham aktı xx.xx.2007-ci il tarixdə tərtib edilməklə xx.xx.2007-ci il tarixdə təsdiq edilib, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə saat 22:00 radələrində «Kubinka» adlanan yerdən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd «gümüşü» siqaret kağızı bükümlərində, hər birində təmiz çəkiləri 0,055 qram, 0,059 qram, 0,064 qram və 0,063 qram, ümumi təmiz çəkisi 0,241 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10 manata əldə edərək üstündə saxlamış və həmin günü Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi 97 saylı binanın qarşısında Nəsimi RPl-nin 21-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirildikdə, orada hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən qanunsuz yolla satış məqsədi ilə əldə etmiş olduğu dörd ədəd gümüşü siqaret kağızı bükümlərində qeyd olunan narkotik vasitə aşkar edilib götürülmüşdür. xx.xx.2007-ci il tarixdə cinayət işi məhkəmə baxışına təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə baxışının gedişində müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş təkrar stasionar məhkəmə - psixiatrik ekspertizasının xx.xx.2008-ci il tarixli 30 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətdiyi dövrdə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab olunur. Cinayət törətdikdən sonra istintaqın gedişində uzun müddət azadlıqdan məhrumedilmə şəraitində keçirdiyi gərginlik nəticəsində onda olan psixopatobənzər davranış pozuntuları DEKOMPENSASİYA halına keçmişdir. Bununla əlaqədar, o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür və ona X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruridir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra psixi xəstəliyə tutulmuş Təqsirləndirilən şəxs barəsində X1 məcburi müalicə təyin edilmiş, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında daimi müşahidə altında məcburi müşahidəyə göndərilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmaqla, cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs sağalanadək dayandırılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs X18 stasionarında məcburi müalicəyə keçirilmişdir. Sabunçu Rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı əsasında X18 Stasionarında məcburi müalicəsi dəyişdiliərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə evə yazılmışdır. Təyin edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2014- cü il tarixli 245 saylı rəyi ilə Təqsirləndirilən şəxs cinayət əməli törədərkən onda olan psixopatobənzər davranış kompensasiya vəziyyətində olmuşdur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs onda olan kəmağıllıq nəticəsində ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs 08 09 2007-ci il tarixdə törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs psixi vəziyyəti sonradan pisləşdiyindən onda qeyd olunan davranış pozuntuları kəskinləşərək DEKOMPENSASİYA halına keçmişdir. Həmin pozuntular onun dəfələrlə cinayət törətməsinə səbəb olmuşdur. Həmin cinayətlərin istintaqı zamanı keçirilən məhkəmə-psixiatrik ekspertizalarının nəticələrinə əsasən məhkəmə tərəfindən anlaqsız hesab edilərək, X2 məcburi müalicəyə göndərilmişdir. Hazırda Təqsirləndirilən şəxs SN 1 saylı Respublika Psixiatriya Xəstəxananasının ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi mülacəsini davam etdirir. Təqsirləndirilən şəxs psixi vəziyyəti xx.xx.2007-ci il tarixdə törətdiyi cinayət əməlindən sonra pisləşdiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür, o, hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil, məcburi müalicəyə ehtiyacı var, onun barəsində təyin olunmuş X1 psixiatr müalicəsi növündə məcburi tədbirlərin davam etdirilməsi məsləhət görülür. Nəsimi Rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində X1 məcburi müalicə təyin edilmiş, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında daimi müşahidə altında məcburi müşahidəyə göndərilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmaqla, cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs sağalanadək dayandırılmışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən xx.xx.2013-cü il tarixdə X1 məcburi müalicəyə qəbul edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı əsasında X18 Stasionarında məcburi müalicəsi dəyişdirilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün xx.xx.2018-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. Ağsu RMX PHŞ-in Nəsimi Rayon məhkəməsinə ünvanlanmış xx.xx.2020 və xx.xx.2022-ci il tarixli məktublarından məlum olur ki, Təqsirləndirilən şəxs Ağsu RMX PHŞ-in psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Qoyulmuş diaqnoz: Debillik Psixotabənzər gedişli kompensasiya vəziyyəti. Göstərilən xəstəlik ömürlük müalicə tələb edir. Ağsu RMX PHŞ-in Nəsimi rayon məhkəməsinə ünvanlanmış xx.xx.2022- ci il tarixli məktubundan məlum olur ki, ünvan 4-da qeydiyyatda olan, xx.xx.1977-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs “Ağsu RMX’ PHŞ-də psixatrik kabinetdə aşağıdakı diaqnozla dispanser qeydiyyatdadır. DZ:Debillik dərəcəsində olan olqofreniya, kəskin ifadə olunmuş davranış pozulmaları ilə. Taz-tez özünə qəsd cahdlari ila. Bir necə narkotik maddələrin İstifadəsi nəticəsində yaranan psixi va davranış pozğunluğu. Sonuncu dəfə psixatrik kabinatə xx.xx.2018-ci il tarixd. müraciət etmişdir. Əsas: “Ağsu RMX” PHŞ-in 976 nömrəli ambulator tibbi kartası. Azərbaycan Respublikası DİN-nin BƏSİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi cinayət əməlinin törədildiyi vaxtdan sonra, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-nin 177.2.3, 181.2.2, 181.2.5, 234.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilərək barəsində ixtisaslaşdırılmış psixiatriya statsionarında məcburi müalicə təyin edilmişdir. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq olunan cinayət işi xx.xx.2013-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir.Göründüyü kimi iş üzrə icraatın dayandırılması tarixindən uzun müddət keçmişdir. Hazırda cinayət işi üzrə icraatın dayandırılması üçün əsas olmuş halların aradan qalxıb-qalxmamasını məhkəmə istintaqı aparılmaqla müəyyən etmək və müvafiq qərar qəbul etmək məqsədilə icraatın təzələnməsi zəruridir. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnməsi xahiş edilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə qərarı çıxarılaraq məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Cinayət işinə əlavə edilmiş Ağsu RPŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan və xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ailə üzvlərinə ünvanlanmış bildirişdən görünür ki, Ağsu rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-64/2-6231/2023 saylı məktubundan və ona əlavə edilmiş Ağsu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Cinayət işinin növbəti məhkəmə baxışı 05 may 2023-cü il tarixə, saat 10:00-a təyin olunmuşdur. Təyin olunmuş məhkəmə iclasında Təqsirləndirilən şəxs yaxın qohumlarından (ata, ana, bacı, qardaş,həyat yoldaşı) biri onun hüquqi varisi qismində tanınmalıdır. Göstərilən tarixdə təyin olunmuş məhkəmə iclasında yaxın qohumlarından birinin iştirak etməsi xahiş edilmişdir. Cinayət işinə əlavə edilmiş Müdafiəçi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə ölmüşdür və onun hüquqi varisini müəyyən etmək mümkün olmamışdır. Ona görə də Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, Müdafiəçi ərizəsini və cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə vəfat etmiş, məhkəmə tərəfindən onun ailə üzvülərinə hüquqi varis qismində tanınmaları ilə əlaqədar bildiriş göndərilsə də, Təqsirləndirilən şəxs hüquqi varisinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət daxil olmamış, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə razılıq ərizəsi təqdim edilərək Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edilmişdir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Nəsimi RPİ-də saxlanılan 0,213 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 20 (iyirmi) manat dövlətə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsində saxlanılan 0,213 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 20 (iyirmi) manat təşkil edən ekspertiza xərci dövlətə aid edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar