Məhkəmə qərarları › İş №1(006)-40/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-40/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-40/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçilər Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 03 may 2023-cü il tarixdə saat 03 radələrində ünvan 3 ünvanının qarşısında olan zaman Təqsirləndirilən şəxs2 orada saxlanılmış X7 məxsus “Toyota Prius” markalı, **-TJ- *** qeydiyyat nişanlı avtomobilin qapılarını yoxlayıb açıq olmasını dəqiqləşdirdikdən sonra aralarında olan rolların bölgüsünə əsasən o, ətrafda şübhə yaratmamaq üçün həmin yeri tərk etmiş, Təqsirləndirilən şəxs2 isə avtomobilin arxa oturacaqlarında və yük yerində olan 2000 manat dəyərində “Canon 6D MARK İİ” markalı fotoaparatı, 400 manat dəyərində ”Canon” markalı 24-105 mm ölçülü lensi, 1000 manat dəyərində ”DJİ RONİ-RS2” markalı stabilizatoru, 100 manat dəyərində ”Godox markalı”,”TT600” modelli işıq cihazını, 250 manat dəyərində çantası ilə birlikdə ”Tripo” markalı softbox-u, 70 manat dəyərində qara rəngli xüsusi fotoaparat çantasını, 15 manat dəyərində ”Borfone”markalı, “B04” modelli qulaqlığı, 15 manat dəyərində ”Kakusiga” markalı blutuz ötürücüsünü, 50 manat dəyərində ”Maranello” markalı yeni vəziyyətdə olan 41 ölçülü bir cüt ayaqqabını, 30 manat dəyərində ”Rodrygo” markalanma yazıları olan “S” ölçülü yaşıl-qara rəngli gödəkçəni gizli olaraq talayıb yaşadığı ünvan 2 ünvanına apardıqdan sonra həmin gün saat 06 radələrində aralarında olan razılaşmaya əsasən qeyd olunan əşyaları yaşadığı mənzildən götürüb onun idarə etdiyi “Honda İnsight” markalı avtomobilə yükləməklə onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanına aparıb orada saxlayaraq zərərçəkmiş şəxs Təbriz Şixbabayevə ümumilikdə 3930 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5,033 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımışdır. X7 məxsus əmlakı ələ keçirmiş şəxslərin müəyyən edilməsi istiqamətində Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri çərçivəsində xx.xx.2023-cü il tarixdə saat 20:00-da 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,783 qram və 01 ədəd gümüşü rəngli kağızın içərisində təmiz çəkisi 0,250 qram olmaqla ümumi təmiz çəkisi 5,033 qram təşkil edən çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 03 may 2023-cü il tarixdə saat 03 radələrində ünvan 3 ünvanının qarşısında olan zaman orada saxlanılmış X7 məxsus “Toyota Prius” markalı, **-TJ-*** qeydiyyat nişanlı avtomobilin qapılarını yoxlayıb açıq olmasını dəqiqləşdirdikdən sonra aralarında olan rolların bögüsünə əsasən Təqsirləndirilən şəxs1 ətrafda şübhə yaratmamaq üçün həmin yeri tərk etmiş, o isə avtomobilin arxa oturacaqlarında və yük yerində olan 2000 manat dəyərində “Canon 6D MARK İİ” markalı fotoaparatı, 400 manat dəyərində ”Canon” markalı 24-105 mm ölçülü lensi, 1000 manat dəyərində ”DJİ RONİ-RS2” markalı stabilizatoru, 100 manat dəyərində ”Godox markalı”,”TT600” modelli işıq cihazını, 250 manat dəyərində çantası ilə birlikdə ”Tripo” markalı softbox-u, 70 manat dəyərində qara rəngli xüsusi fotoaparat çantasını, 15 manat dəyərində ”Borfone”markalı, “B04” modelli qulaqlığı, 15 manat dəyərində ”Kakusiga” markalı blutuz ötürücüsünü, 50 manat dəyərində ”Maranello” markalı yeni vəziyyətdə olan 41 ölçülü bir cüt ayaqqabını, 30 manat dəyərində ”Rodrygo” markalanma yazıları olan “S” ölçülü yaşıl-qara rəngli gödəkçəni gizli olaraq talayıb yaşadığı ünvan 2 ünvanına apardıqdan sonra həmin gün saat 06 radələrində aralarında olan razılaşmaya əsasən qeyd olunan əşyaları yaşadığı mənzildən götürüb Təqsirləndirilən şəxs1 idarə etdiyi “Honda İnsight” markalı avtomobilə yükləməklə sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanına aparıb orada saxlayaraq zərərçəkmiş şəxs Təbriz Şixbabayevə ümumilikdə 3930 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı taksi fəaliyyəti ilə məşğul olurdu. Təqsirləndirilən şəxs2 2009-cu ildən tanıyır və onunla dostluq münasibətindədirlər. xx.xx.2023-cü il saat 00:30-da Mirismayıl ona zəng edib “Baku İnn” otelinin qarşısından onu evə aparmağını bildirmişdir. O, həmin otelin qarşısına getmiş və orada Mirismayıl və Aydan adlı qadın olmuşdur. Mirismayılı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrarayon, Cavadxan 29 ünvanının qarşısına özünün idarə etdiyi “Honda” markalı avtomobillə aparmış və orada idarə etdiyi nəqliyyat vasitəsinin ön buferini bərkitmək üçün Mirismayılgilin həyətinə salmaq istəmiş, lakin onun həyətinin qarşısında “Toyata Prius” markalı, **-TJ-*** qeydiyyat nişanlı avtomobil dayandığından avtomobili həyətə sala bilməmişdir. Bu zaman Mirismayılın əmisi oğlu Mirqadir həmin avtomobilin sürücüsü öz mobil nömrəsini avtomobilin ön şüşəsinin qarşısına qoyduğu üçün həmin nömrəyə zəng etmiş, lakin telefona cavab verən olmamışdır. Bundan sonra, o, Aydanı aparıb “Gənclik” metrostansiyasının yaxınlığında yaşadığı evə düşürmüşdür. 03 may 2023-cü il saat 06:00 radələrində Mirismayıl zəng edib rayona gedəcəyi üçün gəlib onu avtovağzala aparmasını xahiş etmiş, o, təxminən 30 dəqiqəyə həmin yerə getmiş və orada Mirismayıl sonuncunun avtomobilinin baqaj hissəsinə “Canon 6D Mark İİ” markalı fotoaparat, foto aparatın ştativi, işıq qurğusu, lenz, “Maranello” markalı 1 cüt ayaqqabı, qulaqcıq, simulyator, gödəkçəni və bir ədəd çantanı yerləşdirmişdir. Mirismayıl Amerika səfirliyinin yanından tanışından pul götürməli olduğu üçün əvvəl ondan onu həmin yerə aparmasını xahiş etmiş, onlar Amerika səfirliyinin yanına getmiş, lakin Mirismayıl tanışından pulu götürə bilməmiş, bundan sonra onlar yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 75C-də yerləşən evə getmişlər. Avtomobilinin qapısı xarab olduğu üçün Mirismayılın əşyalarını da evə qaldırmışlar. O, Mirismayıldan bu əşyaların nə olduğunu soruşduqda sonuncu evin qarşısında dayanan “Toyata Prius” markalı, **-TJ-*** qeydiyyat nişanlı avtomobilin qapısı açıq olduğu üçün oğurlamasınlar deyə həmin əşyaları avtomobildən götürdüyünü, sahibinə zəng etdiyini, lakin sonuncunun telefona cavab vermədiyini və günorta sahibinə qaytaracağını bildirmişdir. Evə qalxdıqdan sonra onlar yorğun olduqları üçün yatmış, saat 16:00-17:00 radələrində qapının səsinə ayılmış və o, qapını açdıqda polis əməkdaşlarının gəldiyini görmüşdür. Gələn polis əməkdaşları ondan Mirismayılın orada olub-olmamasını soruşmuş, o da sonuncunun orada olduğunu bildirmişdir. Polis əməkdaşları Mirismayıldan qonşusunun avtomobilindən götürdüyü əşyalar barəsində soruşmuş, sonuncu da həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları izahatlarını almaq üçün onları polis şöbəsinə dəvət etmiş və onlar da onlarla birlikdə polis bölməsinə getmək üçün aşağı düşmüşlər. Evdən çıxarkən o, qoluqısa köynəkdə olmuş, həyətə düşdükdə havanın soyuq olduğunu görüb gödəkçəsini götürmək üçün evə qayıtmaq istəmiş, lakin polis əməkdaşları ona evə qalxmasına icazə verməmişdir. O da avtomobilində olan gödəkçəni götürüb geyinmişdir. Həmin gödəkçə ona məxsus olmamış, hansısa müştəri onu avtomobilində yadından çıxardıb qoymuşdur. Onlar 19-cu polis şöbəsinə getmiş və orada üzərinə şəxsi axtarış aparılan zaman həmin gödəkçənin cibindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Onun gödəkçənin cibində marixuana olmasından xəbəri olmamış, ümumiyyətlə həmin gödəkçə və cibindəki narkotik vasitə ona məxsus olmamışdır. O, 2013-cü ildə narkotik vasitə qəbul etməyə başlamış, lakin ona pis təsir etdiyi üçün daha sonra istifadə etməmişdir. Hazırda da xəstə olduğu üçün narkotik vasitə qəbul etmir. Polis şöbəsində olarkən gödəkçənin ona məxsus olmadığını bildirsə də, bunu sübut edə bilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə boş zərfin içərisinə qoyularaq möhürlənmişdir. Daha sonra onun oğurluqdan xəbəri olmadığını, əynində olan gödəkçənin və cibindəki narkotik vasitə marixuananın ona məxsus olmadığını nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 03 may 2023cü ildə saat 00:00-da “Baku İnn” otelindən dostu Təqsirləndirilən şəxs1 zəng edərək onu otelin qarşısından götürməsini istəmişdir. Bu zaman onun yanında Aydan adlı xanım olmuşdur. Saat 00:30-da dostu Təqsirləndirilən şəxs1 idarə etdiyi və taksi fəaliyyəti ilə məşğul olduğu “Honda” markalı avtomobil ilə onları aparmağa gəlmiş və onlar birlikdə onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi 29-da yerləşən evin qarşısına gəlmişlər. Evin həyət qapısının qarşısında “Toyota Prius” markalı, **-TJ-*** qeydiyyat nişanlı avtomobilin saxladığını görmüş, həmin maşın evin darvazasının düz qarşısında dayanmış və darvazanın açılmasına mane olurmuşdur. Təqsirləndirilən şəxs1 avtomobilinin qabaq buferini bərkitmək üçün maşını həyətə salmaq istəmiş, lakin darvazanın qarşısında avtomobil olduğuna görə bu, mümkün olmamışdır. O, əlini avtomobilin qapısına atdığında qapının açıq olduğunu görmüş və qapını açıb içəri baxdıqda güzgünün qabağında telefon nömrəsi olduğunu görmüşdür. Həmin vaxt əmisi oğlu Şahid3 onlarda olmuş və onları görüb sonuncu da çölə çıxmışdır. O, əmisi oğlu Mirqadirdən avtomobilin sahibinin nömrəsinə zəng etməsini istəmiş, əmisi oğlu 2 dəfə əlaqə saxlamasına baxmayaraq telefona cavab verən olmamışdır. Bundan sonra Rauf Aydanı sonuncunun yaşadığı “Gənclik” metrostansiyası yaxınlığında yerləşən evinə aparmaq üçün onunla birlikdə çıxıb getmişdir. O və əmisi oğlu Mirqadir evə daxil olmuş, yarım saatdan sonra isə əmisi oğlu çıxıb getmişdir. Daha sonra o, rayona getməli olduğu üçün 3 may 2023-cü il saat 06 radələrində Raufa zəng edərək gəlib onu avtovağzala aparmasını xahiş etmişdir. Həyətə düşərkən “Toyota Prius” markalı avtomobilin hələ də orada olduğunu görmüş və qapısı açıq olduğu üçün oğurlamasınlar deyə avtomobilin arxa oturacağında və baqajında olan əşyaları götürmüşdür. Götürdüyü əşyalar “Canon 6D Mark İİ” markalı foto aparat, “Canon” markalı lenz, “DJİ Roni-rs2” markalı stabilizator, “Godox” markalı işıq cihazı, “Triopo” markalı softbox, qara rəngli foto aparat çantası, “Borfone” markalı qulaqlıq, “Kakusiga” markalı blutuz ötürücü, “Maranello” markalı ayaqqabı və “Rodrygo” markalı yaşıl gödəkçə olmuşdur. Əşyaları götürməkdə məqsədi daha sonra sahibinə qaytarmaq olmuşdur. Raufa zəng etdikdən təqribən yarım saat sonra sonuncu onun yaşadığı evin qarşısına gəlmişdir. O, “Toyota Prius” markalı avtomobildən götürdüyü əşyaları Raufun avtomobilinin baqaj hissəsinə yerləşdirmişdir. Onlar birlikdə əvvəlcə Amerika səfirliyinin yaxınlığına getmişlər, belə ki, o, Zaman adlı dostundan pul götürməli idi. Lakin pulu götürə bilməmiş və sonra birlikdə Raufun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 7 ünvanında yerləşən evinə getmişlər. Evə qalxarkən avtomobilin qapısı xarab olduğu üçün onlar baqaja qoyduqları əşyaları da evə qaldırmışlar. Rauf həmin əşyaların nə olduğunu soruşduqda o, həmin əşyaları oğurlamasınlar deyə yaşadığı evin darvazasının qarşısında dayanan “Toyota Prius” markalı avtomobildən götürdüyünü, sahibinə zəng etdiyini, lakin telefona cavab verən olmadığını bildirmiş və özü qaytara bilməsə Raufdan həmin əşyaları sahibinə qaytarmasını xahiş etmişdir. Daha sonra onlar əşyaları da götürüb evə qalxmış, həmin vaxt evdə heç kim olmamışdır. Onlar yorğun olduqları üçün yatmışlar. Saat təxminən 15:00-16:00 radələrində qapı döyülmüş və Rauf qapını açdıqda polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları Raufdan onu soruşmuş, sonuncu da onun orada olduğunu bildirmişdir. Polis əməkdaşları ondan avtomobildən götürülmüş əşyalar barədə soruşmuş, o da həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları izahatlarını almaq üçün onları 19-cu polis şöbəsinə aparmışlar. Avtomobildən götürülən əşyalar zərər çəkmiş şəxsə qaytarılmışdır. Daha sonra əşyaları götürməkdə məqsədinin yalnız kömək etmək olduğunu, əşyaları başqa şəxslər oğurlamasın deyə sonradan sahibinə qaytarmaq üçün götürdüyünü, oğurluq etmək niyyətinin olmadığını bildirərək məhkəmədən ona bəraət verilməsini, eyni zamanda 44 günlük Vətən müharibəsində iştirak etdiyinin və medallarla təltif olunduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən Xəzər TV-də operator vəzifəsində işləyir. Bundan əlavə toy və digər məclislərdə sifariş əsasında şəxsi foto avadanlıqları ilə videoqraf fəaliyyəti ilə məşğul olur. Buna görə də təxminən 1 il 6 ay əvvəl 2500 manata “Canon 6D Mark İİ” markalı fotoaparatı, 900 manata “Canon” markalı 24-105 ölçülü lenzi, 2200 manat “DJİ Roni-rs2” markalı stabilizatoru, 250 manata “Godox” markalı işıq cihazını, 250 manat “Triopo” markalı softbox-u,100 manata dəyərində qara rəngli qara rəngli xüsusi foto aparat çantasını, 30 manata “Borfone” markalı qulaqlığı, 20 manat dəyərində “Kakusiga” markalı blutuz ötürücüsünü almışdır. Əlavə olaraq 50 manata “Maranello” markalı ayaqqabıları və 60 manat dəyərində “Rodrygo” markalı yaşıl gödəkçəni almışdır. Bu sadaladığı əşyaları özünə məxsus “Toyota Prius” markalı, **-TJ-*** qeydiyyat nişanlı avtomobilin baqajında saxlamışdır. 02 may 2023-cü il tarixdə saat 14 radələrində işlədiyi Xəzər TV dən yaşadığı ünvan 8 ünvanına özünə məxsus avtomobillə getmişdir. Məhəllənin içərisində yer tapmadığı üçün qonşu binanın arxa tərəfində darvazanın qarşısında saxlamışdır. Yorğun olduğu üçün avtomobilin qapılarını bağlayıb bağlamadığını yoxlamamışdır. Həmin gün saat 18 radələrində avtomobildən göy gödəkçəsini götürmüş, yenidən avtomobilin qapısını bağlayıb bağlamadığını yoxlamamışdır. Saat 22 radələrində evdə yataraq telefonu səssiz rejimə qoymuşdur. 03 may 2023-cü il tarixdə saat 08 radələrində yuxudan oyanmışdır, telefona tanımadığı nömrədən saat 00.12 radələrində zəng gəldiyini görmüşdür. Həmin nömrəyə zəng etsə də cavab verən olmamışdır. Saat 09 radələrində avtomobilə yaxınlaşdıqda və əyləşdikdə telefonu blutuz ötürücüsünə taxmaq istəmiş, lakin ötürücünün yerində olmadığını görmüşdür, həmin ötürücünü axtararkən arxa oturacaqda gödəkçənin də olmadığını aşkar etmişdir. Avtomobilin yük yerini açmış, orada özünə aid fototexnikanın da yerində olmadığını görüb bu barədə DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 6370 manat maddi ziyan dəymişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olmadığını bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 Rasim oğlu ifadəsində göstərmişdir ki, 03 may 2023-cü il tarixdə gecə saatlarında ünvan 9 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq cinayəti törətməkdə şübhəli olan Rauf və Mirismayıl adlı şəxsləri 03 may 2023-cü il tarixdə saat 20:00 radələrində Yasamal rayonu, H.ünvan 10 ünvanının qarşısında şöbənin əməliyyat müvəkkili Şahid1la birlikdə görərək onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, bundan sonra sonuncuları polis şöbəsinə dəvət etmişlər, onlar buna etiraz etməmişlər. Həmin şəxslər Polis Şöbəsində gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışlar, məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Daha sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə və ya psixotrop maddə saxlaması, qəbul etməsində şübhələr ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin raportun icrası PŞ-nin təhqiqatçısı Elxan Qasımova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Elxan Qasımovun xidməti iş otağına aparmışlar. Təqsirləndirilən şəxs2 isə oğurluq hadisəsi ilə bağlı şöbənin təhqiqatçısı Elvin Qənizadəyə təqdim edilmişdir. X11 tərəfindən vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Daha sonra şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarışda vəkilin və şübhəli şəxsin istəkləri ilə vəkil iştirak etməmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir, həmin şəxsi axtarışda o da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və 01 ədəd gümüşü rəngli kağızı çıxararaq masanın üzərinə qoymuş, həmin bükümləri öz istifadəsi üçün bir neçə gün əvvəl Lənkəran rayonundan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlər zərfə qoyularaq ekspertiza təqdiqatına göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 Rasim oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X2 doğma əmisi oğludur. 02 may 2023-cü il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 9 ünvanındaki evinə qonaq getmişdir. 03 may 2023-cü il tarixdə saat 00.30 radələrində pəncərədən Mirismayılın Honda markalı qeydiyyat nişanını xatırlamadığı avtomobillə məhəlləyə gəlməsini görmüş və aşağı düşmüşdür. Aşağı düşən zaman Mirismayılın tanışı Təqsirləndirilən şəxs1 avtomobilini həyətin içərisinə salmaq istədiyinin şahidi olmuşdur. Lakin evin önündə dayanmış, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota Prius” markalı avtomobil yolu kəsdiyindən, sonuncu maşını ora verə bilməmişdir. Bu zaman kömək etmək məqsədi ilə o, həmin avtomobilin ön hissəsində qoyulmuş hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə iki dəfə əlaqə saxlamağa çalışsa da avtomobilin sahibi telefona cavab verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobildə olan adını bilmədiyi qızla həmin ünvandan çıxıb getmişlər. O, Mirismayılla evə qalxmışdır, təxminən yarım saat sonra saat 01 radələrində çıxaraq yaşadığı ünvana getmişdir. Sonradan nə baş verdiyini bilmir, hər hansı məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.19-20); - “Materialların cinayət işinə əlavə edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK-1/1323 nömrəli material ********* nömrəli cinayət işinə əlavə edilmiş və ibtidai istintaq ********* nömrə altında davam etdirilmişdir (İ cild, i.v.71-72); - “Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir (İ cild, i.v.102-103); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İ cild, i.v.182-183); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.186-187); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4cü maddəıəri ilə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.116-117); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İ cild, i.v.184-185); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.191-192); - Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qırmızı rəngli gödəkcəsinin cibindən 01 ədəd şəffaf rəngli sellofana və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (İ cild, i.v.42-47); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş oğurluq hadisəsi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 29 ünvanının arxasında baş vermişdir (İ cild, i.v.81-85); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 11 ünvanda oğurluq etdiyi ərazini sərbəst şəkildə göstərmişdir (İİ cild, i.v.50-51);. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7/647 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər marixuana ......” yazı və imza olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,250 qram və 4,783 qram olmaqla, ümumi çəkisi 5,033 qram bitki mənşəli kütlələr (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir (İ cild, i.v.53-55); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X3 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3366 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan (aslılıq sindromu) narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.7-8); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/35380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs avtomobildən oğurlanmış “Canon 6D MARK İİ” markalı fotoaparatın dəyəri 2000 manat, ”Canon” markalı 24-105 mm ölçülü lensin dəyəri 400 manat, “DJİ RONİ-RS2” markalı stabilizatorun dəyəri 1000 manat, “Godox markalı”, “TT600” modelli işıq cihazının dəyəri, 100 manat, “Tripo” markalı çantası ilə birlikdə softbox-un dəyəri 250 manat, qara rəngli xüsusi fotoaparat çantasının dəyəri 70 manat, “Borfone”markalı, “B04” modelli qulaqçığın dəyəri 15 manat, “Kakusiga” markalı blutuz ötürücüsünün dəyəri 15 manat, “Maranello” markalı yeni vəziyyətdə olan 41 ölçülü ayaqqabının dəyəri 50 manat, “Rodrygo” markalanma yazıları olan, S ölçülü yaşıl-qara rəngli gödəkçənin dəyəri 30 manat göstərilməklə ümumi əşyaların dəyəri 3930 manat göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.9-13); - “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1 və 234.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,250 qram və 4,783 qram olmaqla, ümumi çəkisi 5,033 qram bitki mənşəli kütlələr (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 4,933 qram narkotik vasitə marixuana saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs avtomobilindən oğurlanmış “Canon 6D MARK İİ” markalı fotoaparat, “Canon” markalı 24-105 mm ölçülü lens, “DJİ RONİ-RS2” markalı stabilizator, “Godox markalı”, “TT600” modelli işıq cihazı, “Tripo” markalı çantası ilə birlikdə softbox,qara rəngli xüsusi fotoaparat çantası, “Borfone” markalı, “B04” modelli qulaqçığ, “Kakusiga” markalı blutuz ötürücüsü, “Maranello” markalı yeni vəziyyətdə olan 41 ölçülü ayaqqabı, “Rodrygo” markalanma yazıları olan, S ölçülü yaşıl-qara rəngli gödəkçə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və məhkəmə istintaqınadək saxlanması üçün zərərçəkmiş şəxs X7 verilmişdir (İİ cild, i.v.55-66); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (İİ cild, i.v.28); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (İİ cild, i.v.27); - İş üzrə zərər çəkmiş şəxs X9 tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə edilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2017-ci il təvəllüdlü X1 adında 1 azyaşlı övladı var; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs2 Vətən müharibəsi iştirakçısıdır. Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs1 hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki qırmızı rəngli gödəkcəsinin cibindən 01 ədəd şəffaf rəngli sellofana və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitəyə bənzər maddəni çıxarıb masanın üstünə qoyur, o, narkotik maddəni Lənkəran rayonundan tanımadığı şəxsdən 25 manata aldığını bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələti iş materialları, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-cü maddələri və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlunun ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ondan şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, digər zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını habelə təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsin Ambulator X3 Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3366 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və Vətən müharibəsi iştirakçısı olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 01 (bir) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 4,933 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq ümumilikdə 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınmış “Canon 6D MARK İİ” markalı fotoaparat, “Canon” markalı 24-105 mm ölçülü lens, “DJİ RONİ-RS2” markalı stabilizator, “Godox markalı”, “TT600” modelli işıq cihazı, “Tripo” markalı çantası ilə birlikdə softbox,qara rəngli xüsusi fotoaparat çantası, “Borfone” markalı, “B04” modelli qulaqçığ, “Kakusiga” markalı blutuz ötürücüsü, “Maranello” markalı yeni vəziyyətdə olan 41 ölçülü ayaqqabı, “Rodrygo” markalanma yazıları olan, S ölçülü yaşıl-qara rəngli gödəkçə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şami oğluna geri qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış digər məhkəmə ekspertizası tədqiqatının xərci olaraq – 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 4,933 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş digər məhkəmə ekspertizasının xərci – 50,00 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Canon 6D MARK İİ” markalı fotoaparat, “Canon” markalı 24-105 mm ölçülü lens, “DJİ RONİ-RS2” markalı stabilizator, “Godox markalı”, “TT600” modelli işıq cihazı, “Tripo” markalı çantası ilə birlikdə softbox,qara rəngli xüsusi fotoaparat çantası, “Borfone” markalı, “B04” modelli qulaqçığ, “Kakusiga” markalı blutuz ötürücüsü, “Maranello” markalı yeni vəziyyətdə olan 41 ölçülü ayaqqabıt, “Rodrygo” markalanma yazıları olan, S ölçülü yaşıl-qara rəngli gödəkçə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şami oğluna geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar