Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-400/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X11, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və onun müdafiəçisi “Fides” vəkil bürosunun vəkili X5 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X11 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X25 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X12 cavabdehlər X16 və X13 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 21700 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh X6 işlədiyi obyektdə onun idarə etdiyi “Mersedes E-klass” markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobili almaq üçün görüşmüş, sövdələşməyə uyğun olaraq ona 13000 (on üç min) manat vermiş, 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 22:00 radələrində 8700 (sərkiz min yeddi yüz) manat, cəmi 21700 (iyirmi bir min yeddi yüz) manat pul vermişdir. Avtomobilin mülkiyyətçisi X2 Şöhrət Şəmil oğlunun tapşırığı ilə adına baş etibarnamə sənədləşdirmişdir. Avtomobilin sövdələşməsində, pulların verilməsində X25, X14, X22 və X9 iştirak etmişlər. Səhəri günü yəni xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində avtomobili anasının mülkiyyətinə keçirmək üçün İmişli qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getmiş, lakin sözü gedən avtomobilin başqasının mülkiyyətinə verilməməsi üçün tapşırıq gəldiyini bildirmişlər. Şöhrətə və Qəşəmə zəng vurmuş, cavabında Şöhrət bildirmişdir ki, Bakıya qayıt gəl, başqa söhbətimiz var. Anası özünü çox pis hiss etdiyindən və xəstə olması səbəbindən onu evə düşürmüş, Gülşənə zəng vuraraq təcili Şirvan şəhərinə gəlməsini xahiş etmişdir. Təcili Şirvan şəhərinə gəlmiş, Gülşənlə görüşmüş və birlikdə Şirvan qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getmişlər, avtomobili Gülşənin adına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, ona verilən baş etibarnamə ləğv edilmişdir. Bakı şəhərinə qayıdıb Şöhrəti axtarmış, lakin tapa bilməmişdir. Qəşəm isə bildirmişdir ki, Şöhrət ona gecə saat 04:00 radələrində zəng vurmuş, etibarnaməni ləğv etdirməyi tapşırmış, səhər açılandan sonra onu iş yerində tapmış, telefonlarını əlindən zorla almış, hədələmiş və etibarnaməni ləğv etdirməyə məcbur etmişdir. DİN-in 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Nizami RPİ- nin İŞ-də cinayət işi başlamış, lakin nə qədər absurd olsa da, onun özünü cinayət məsuliyyətinə cəlb etmişlər. Anası nazir cənab V.Eyvazoun şəxsən qəbulunda olduqdan sonra nazirlikdə ətraflı araşdırılma aparılmış, cinayət işi bəraətverici əsaslarla xitam olunmuşdur. Sonradan iddiaçı əsl olmayan cavabdeh X10 əsl cavabdeh X25 ilə əvəz edilməsini xahiş etmişdir. Saatlı rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 8 iyul 2024-cü il tarixli protokol qərardadına əsasən ərizə təmin olunaraq, əsl olmayan cavabdeh X21 əsl cavabdeh X25 ilə əvəz edilmişdir. Saatlı Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2(055)-770/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı X1 Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2(055)-770/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını iddianın təmin olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-215/2025 nömrəli, xx.xx.2025-ci ii tarixli qətnaməsi ilə iddiaçı X12 və onun vəkili, eyni zamanda nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2(055)-770/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həm birinci instansiya və həm də apellyasiya instansiyası məhkəməsində iddiaya etiraz edərək eyni məzmunlu izahat verərək bildirmişdir ki, həm iddiaçı Fariz Abbaszadəni, həm də cavabdeh Şöhrət Qafarovu uzun müddətdir ki, tanıyır. “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı X10 adına olsa da, həmin avtomobili öz şəxsi vəsaiti hesabına aldığından faktiki olaraq ona məxsus olmuşdur. 2022-ci ilin dekabr ayında həmin avtomobili aramızdakı şifahi razılığa əsasən 24200 manata Şöhrət Qafarova satsa da, avtomobil Şöhrətin adına rəsmiləşdirilməmişdir. 2023-cü ilin sentyabr ayında Şöhrət Farizin çay evini ona 50000 manata satdığını, “Mercedes-Benz E220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili isə 21700 manat qiymətləndirib Farizə verdiyini bildirmiş, həmin avtomobilə görə Farizə etibarnamə verilməsini tapşırmışdır. O da notariat kontoruna gedib Farizə etibarnamə vermişdir. 29 sentyabr 2023-cü il tarixdə Şöhrət ona zəng edib etibarnaməni ləğv etməyi tapşırmış, o da etibarnaməni ləğv elətdirmişdir. Şöhrətlə görüşdükdə isə sonuncu Farizin onu aldadıb çay evini ona təhvil vermədiyinə görə etibarnaməni ləğv elətdirdiyini demişdir. Bildirir ki, Şöhrətin avtomobilə dair etibarnamə vermək səlahiyyəti olmadığından o, Farizə etibarnamə vermişdir. Həm birinci instansiya və həm də apellyasiya instansiyası məhkəməsində iddiaya etiraz edərək eyni məzmunlu izahat verdiyinə və ümumiyyətlə Fariz Abbaszadənin “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili Şöhrət Qafarovdan 21700 manata almasını təsdiq etməyib, həmin halı ümumiyyətlə inkar etmədiyinə görə və onun izahatı Fariz Abbaszadənin lehinə olmadığına görə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-215/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 və onun vəkili, eyni zamanda nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməmişdir. Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(055)-770/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlandıqdan sonrakı gün, yəni 13 fevral 2025-ci il tarixdə “@elizadeeliyev” adlı profil açaraq “Tik-tok” səhifəsində onun şərəf və ləyaqətini nalayiq formada alçaldaraq onu təhqir etmişdir. Belə ki, X12 13 fevral 2025-ci il tarixdə açdığı “elizadeeliyev” adlı profillə “Tik-tok” səhifəsinə daxil olaraq onu söyüb təhqir edərək ifadə etmişdir ki, “Sənin varını-yoxunu ..., qəh..., sənin hər şeyini ...., Sənin ananı-bacını..., toxumunuzu .... bıy üzünü ..., peysər” və sair fikirlər ifadə edərək, onun şərəf və ləyaqətini nalayiq formada təhqir etmişdir. Bir daha göstərir ki, həmin X4 13 fevral 2025-ci il tarixdə açdığı “@elizade-eliyev” adlı profillə “Tik-tok” səhifəsində yayılmış nalayiq söyüşləri, onu tanıyan çoxsaylı şəxslər də, habelə qohumlar da eşitmişlər və ona çoxsaylı zənglər edərək ona söyülən həmin söyüşləri eşitdiklərini bildirmişlər. Beləliklə, F.Abbaszadənin onu yaydığı məlumatlar qeyri-müəyyən şəxslər dairəsini əhatə etmişdir. Beləliklə, F.Abbaszadənin onun şərəf və ləyaqətini nalayiq formada alçaldaraq onun barəsində ifadə etdiyi fkirlər olmaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi ilə ifadə olunmuşdur. F.Abbaszadə həmin hərərkətləri xx.xx.2025-ci il tarixdə və sonrakı günlərdə davam etdirmişdir. Bu barədə F.Abbaszadənin müdirinə bildirdikdən sonra müdirinin tələbi ilə F.Abbaszadə onun barəsində yaydığı şərəf və ləyaqətini ləkələyən məlumatları “Tik-tok” səhifəsindən yığışdırmışdır. Həmçinin foto şəkillərini yayaraq üzərində “Qəşəmin arvadını .... daldan” yazmışdır. Fərdi sahibkardır. İşi ilə əlaqədar onu və ailə üzvlərini çoxsaylı sakinlər tanıyırlar. Himayəsində yeniyetmə və eyni cinsdən olmayan (oğlan, qız) uşaqları vardır. Onları layiqli vətəndaş kimi tərbiyə edir. Cəmiyyətdə (qohum-qonşular, el arasında və onu tanıyanlar arasında) sakit və tərbiyəli şəxs kimi hörmətə malikdir. Göründüyü kimi, Fariz Abbaszadənin onun barəsində yaydığı və onun şərəf və ləyaqətini ləkələyən məlumatlar “Tik-tok’' səhifəsində yayılmış və həmin məlumatların əhatə etmə dairəsinə görə sakinlər arasında, qohumlar, tanışlar arasında yayılmaqla çoxsaylı şəxslər dairəsini əhatə etmişdir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqinda Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il №-li qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. X4 açdığı “@elizade-eliyev” adlı profillə “Tik-tok” səhifəsinə daxil olaraq onun barəsində ifadə etdiyi “Sənin varını-yoxunu ..., qəh..., sənin hər şeyini ...., Sənin ananı-bacını ..., toxumunuzu ..., bıy üzünü ..., peysər” və sair fikirlər onun barəsində əxlaqi prinsiplər, cəmiyyət və ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaradılmasına doğru yönəldilmiş fikirlərdir. Bununla da ona qarşı Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Belə ki, Azərbaycan Respublikası CMnin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - təhqir hesab edilir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqinda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il №-li Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir; məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Həmin Qərarın 5-ci bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılsın ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxslərin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarili 3 nömrəli qərarının 2-ci bəndinə əsasən, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyriqanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar) Mahmudov. Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından insan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübut standartları tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Kravçenko Rusiya Federasiyasına» qarşı 02 aprel 2009-cu il tarixli qərarında hüquqi mövqeyini belə bildirmişdir ki, əgər tələb təbiətinə görə «maddi» məna kəsb edirsə və mübahisənin yaranmasından asılı olmayaraq həm də maddi məna daşıyan və ehtimal olunan hüquq pozuntularına əsaslanırsa, konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu kimi qəbul edilməlidir. X7 açdığı “@elizade-eliyev” adlı profillə “Tik-tok” səhifəsinə daxil olaraq ifadə etdiyi "Sənin varını-yoxunu ..., qəh..., sənin hər şeyini ..... Sənin anam-bacını ..., toxumunuzu ..., bıy üzünü ..., peysər” və sair fikirlər əxlaqi prinsiplər, cəmiyyət və ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaradılmasına doğru yönəldilmiş fikirlərdir. Göstərilənlərə əsaslanaraq 01 iyul 1977-ci il tarixdə İmişli rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasına dair xüsusi ittiham qadasında şikayətlə müraciət edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri) göstərilməlidir. Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Hazırkı şikayətində göstərir ki, şikayət edən şəxs kimi öz statusunu xüsusi ittiham qaydasında şikayət edən şəxs statusunda qeyd etmişdir. Hazırkı şikayətin tərtib edildiyi tarix - xx.xx.2025-ci il, şikayətin tərtib edildiyi yer isə Bakı şəhəridir. X4 açdığı “@elizade-eliyev” adlı profillə “Tik-tok” səhifəsinə daxil olaraq onun barəsində ifadə etdiyi “Sənin varını-yoxunu qəh..., sənin hər şeyini...., Sənin ananı-bacını..., toxumunuzu ..., bıy üzünü ..., peysər” və sair fikirlər təhqirdir. Bununla da, F.Abbazadənin əməlində CM-nin 148-ci maddəsinin tərkibi yaranmışdır. Beləliklə, şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi üçün əsaslar yoxdur. Buna görə də şikayəti icraata qəbul edilməlidir. F.Abbaszadənin onun barəsində ifadə etdyi təhqirlər ünvan 1 ünvanından yayılmışdır. Həmin ünvan isə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Həmçinin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Odur ki, F.Abbaszadənin ona qarşı törətdiyi Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ərazi və məhkəmə aidiyyətinə görə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə aiddir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. CM-nin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-nin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Azərbaycan Respublikası CPM-nin 67.2-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar. CPM-nin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Göstərilənlərə əsasən X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Göstərilənlərə əsasən AR Cinayət Məcəlləsinin 148-ci maddəsini rəhbər tutaraq X4 cinayət məsuliyyətə cəlb edilməsi barədə hokm çıxarmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X25 xüsusi ittiham qaydasında verdiyi şikayətə uyğun izahat verib əlavə olaraq, təqdim etdiyi diskdə onun təhqir olunması barədə məlumatların olduğunu və bunu təsdiq edən şahidlərin mövcud olduğunu, həmçinin yalançı şahidlik etmədiyi üçün məqsədli şəkildə ona qarşı qeyd olunan ifadələrin şikayət verdiyi şəxs tərəfindən yayıldığını, Farizin müdiriyyətinə bu barədə məlumat verdikdən sonra bir çox təhqiramiz şəkil və videoların silindiyini, sonradan 24-cü X19 işçisi olan şəxsin həmin təhqiramiz çəkilişləri guya onun yaydığını bildirsə də, əslində həmin şəxsin onunla heç bir əlaqəsinin olmadığını və həmin çəkilişləri Farizin yaydığına əmin olduğunu bildirərək barəsində şikayət verilmiş şəxs X4 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 barəsində xüsusi ittiham qaydasında şikayət vermiş X17 qarşı cinayət törətmədiyini, onun qeyd olunan profillərlə hər hansı əlaqəsinin olmadığını, şikayət vermiş şəxsin onun işlətdiyi obyekti onu “gözdən salaraq” ələ keçirmək niyyətinin olduğunu, onun əleyhinə ifadə vermiş qızın sonradan qeyd etdiklərinin yalan olması barədə ifadə verdiyini, prokurorluğa onun barəsində şikayət verildiyini və araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini bildirərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 vəkili X18 xüsusi ittiham qaydasında şikayətin tələblərinə əməl olunmadığını, qeyd olunan profillərlə barəsində şikayət verilmiş şəxsin əlaqəsinin olmadığını bildirərək, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayətdən, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən və CD diskdəki görüntülərdən şikayətdə göstərilən cinayətin harada, nə vaxt və necə törədilməsi, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər mötəbər sübutlarla təsdiq edildiyi əks olunmamışdır. Buradan da aydın olur ki, X25 tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə ünvanlanmış şikayət ərizəsi cinayət-prosesual qanunvericiliyində nəzərdə tutulmuş xüsusi ittiham qaydasında şikayət ərizəsinin tərtib olunmasına dair tələb olunan forma və məzmunun tələblərinə riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isətəqsirləndirilən şəxs qismində tanınırlar. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Tərəflər arasında mübahisə predmeti olan paylaşımlarda X20 Əliyev barəsində təhiqiramiz ifadələrdən istifadə etməsinə gəlincə, məhkəmə hesab edir ki, həmin epizodlarla bağlı cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin mövcudluğu barədə məsələ ilə bağlı hazırkı işin hallarından asılı olaraq, mahiyyəti üzrə məhkəmə baxışı keçirilmədən, tərəflər dinlənilmədən və digər sübutlar tədqiq edilmədən birmənalı hüquqi mövqe nümayiş etdirilməsi mümkün deyildir. Ancaq müvafiq şikayət ərizəsində sadalanan nöqsanlara yol verilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün əsasların yaranması artıq istinad edilən xüsusatların mahiyyəti üzrə araşdırılması zərurətini istisna edir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-400/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 hüquqlarının müdafiəsi Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X18 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 göstərilmiş 03 (üç) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X8 göstərilmiş hüquqi xidmətə görə dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi “Fides” Vəkil bürosunun hesabına 33 (otuz üç) manat məblğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-400/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-400/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver