Məhkəmə qərarları › İş №1(006)-401/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-401/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-401/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs talama məqsədi olmadan xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 2 ünvanda yerləşən «Golden Baku» şadlıq sarayının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Vaz-21099» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edib sükanı arxasına əyləşərək avtomobili mühərrikin köməyi ilə apara bilməməsi səbəbindən əli ilə itələməklə Bakı şəhəri, Nəsimi rayonu, 3-cli mikrorayon ərazisində bazarın qarşısına hərəkət etdirib Zərərçəkmiş şəxs1 məxsus «Vaz- 21099» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirməklə qaçırmışdır. Daha sonra, o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Vaz-21013» markalı **-RC- *** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edib sükanı arxasına əyləşərək salonda olan açar vasitəsilə hərəkətə gəlirib idarə etməklə Zərərçəkmiş şəxs2 məxsus «Vaz-21013» markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinə keçən gecə saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən «Çinar» kafesindən çıxıb yemək yemək üçün «50 qəpik» adlı restoranına getmiş və orada yemək yedikdən sonra restorandan çıxmışdır. Həmin vaxt «50 qəpik» restoranının yaxınlığında Vaz-21099 markalı avtomobil olduğunu görmüşdür. O, avtomobili qaçırıb sürmək qərarına gəlmiş, restoranın yaxınlığında olan qara rəngli Vaz-21099 markalı 08- BE-990 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, həmin vaxt ətrafa nəzər salıb onu görən olmadığına əmin olduqdan sonra avtomobilin qapılarını yoxlamış və qapılarının açıq olduğunu görmüşdür. Sonra avtomobilin dövlət qeydiyyat nişanlarını çıxarıb onları avtomobilə qoymuş və avtomobildə açar olmadığı üçiin onıı işə sala bilməmişdir. Sonra ətrafa baxıb restorandan bir nəfər tanımadığı şəxsin çıxdığını görmüşdür. Həmin şəxsə yaxınlaşıb avtomobili itələməkdə ona köməklik etməsini xahiş etmişdir. Həmin şəxsə avtomobilin özünə məxsus olduğunu demişdir. Həmin şəxs etiraz etməmiş və onlar birlikdə itələyib avtomobili dayandığı yerdən tərpətmişlər. Həmin vaxt avtomobilin arxa qanadı yolun kənarında dayanan Qazel markalı avtomobilə dəyərək əzilmiş, lakin o, həmin şəxsə heç bir problem olmadığını deyib avtomobili itələməkdə ona kömək etməsini xahiş etmişdir. Onlar avtomobili itələməyə davam edib, həmin avtomobili durduğu yerdən 3-cü mikrorayon ərazisində yerləşən bazarla üzbəüz yerə gətirmişlər və avtomobili saxlamışlar. Bundan sonra o, həmin şəxsə təşəkkür etmiş və həmin şəxs çıxıb getmişdir. O, nə qədər çalışsa da avtomobili işə sala bilməmiş və avtomobili həmin yerdə qoyub oradan uzaqlaşmışdır. Bundan başqa, mahnı oxumağa həvəsi olduğu üçün «Çinar» adlı restoranda gecə saatlarına kini olub, orada mahnı oxuyur, sonra gecə saatlarında evinə qayıdır. xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində «Çinar» adlı restorandan çıxıb evinə gedən zaman Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsindən keçən zaman qırmızı rəngli «Vaz-21013» markalı, 1Ö-RC-913 dövlət qeydiyyat nişanlı avtomobil görüb, həmin avtomobili qaçırmaq qərarına gəlmişdir. O, avtomobilə yaxınlaşmış və avtomobilin qapısını yoxladıqda görmüşdür ki, açıqdır. O, avtomobilin sükanı arxasında oturub, avtomobilin mühərrikini işə salan yerində açar olduğunu görmüş və açarla avtomobili işə salıb Göyçay rayonu istiqamətində yola düşmüşdür. Yolda olarkən Göyçay rayonu ərazisində avtomobil öz- özünə sönmüş və bir daha işə düşməmişdir. O, məcbur olub yoldan keçən başqa avtomobilin sürücüsündən xahiş etmişdir ki, avtomobili buksir edib Göyçay şəhərinə aparsınlar. Həmin şəxs də etiraz elməmiş və buksir yolu ilə avtomobili Göyçay şəhərinə aparmışdır. Göyçay şəhərində «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanında avtomobili təmiri sexlərinin yanında o, Vaz-21013 markalı avtomobili buksirdən ayırmış və orada avtomobili saxlayıb, yaşadığı ünvaııa getmiş, fikirləşmişdir ki, növbəti gün gəlib, avtomobili ustaya aparar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, avtomobilin yanına gəldikdə bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşmış və avtomobil qaçırmaqda şübhəli olduğıı üçün onu Bakı şəhər Nəsimi RPl-nin 20-ci PB-nə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə PB-nə gəlmişdir. Polis bölməsində olarkən izahat vermiş və hər şeyi olduğu kimi etiraf etmişdir. Onun avtomobili oğurlamaq fikri olmamış, Göyçayda işi olduğu üçün avtomobillə gedib növbəti gün qayıdıb avtomobili götürdüyü yerə qoyacaqdı, lakin avtomobil yolda xarab olduğu üçün və polis əməkdaşları tərəfindən saxlanıldığı üçün avtomobili geri qaytara bilməmişdir. Yuxarıda qeyd olunan avtomobilləri talamaqda məqsəd yalnız onları idarə etmək olmuşdur. Qeyd olunan cinayətlərdən başqa heç bir cinayət törətməmişdir. Qeyd olunan avtomobillərin sahiblərini tanımır, onlarla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. “Vaz-21099” markalı avtomobili itələməkdə ona köməklik etmiş şəxsi tanımır, həmin şəxs onun avtomobili qaçırmaq istədiyini bilməmiş və avtomobilin ona məxsus olduğunu düşünmüşdür. Daha sonra özünü təqsirli bilməsini, törtətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, gənc olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs R.E.Abdullayeiun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:00 radələrində Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “Golden Baku" şadlıq sarayının yanında yolun kənarında təxminən 3 aya yaxındır ki, saxladığı etibarnamə ilə idarə eldiyi “Vaz 21099” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxıb kirayə yaşadığı ünvan 4 ünvana getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 10:00 radələrində taksilik elədiyi digər avtomobili ilə Nəsimi rayonunda yerləşən 3 mkr bazarı ilə üzbə-üz yerdən keçdiyi zaman yolun kənarında dövlət qeydiyyat nişanları olmayan “Vaz 21099” markalı avtomobili görmüş və öz avtomobilinə oxşatdığı üçün idarə etdiyi avtomobili saxlayıb ona gedib baxdığında ona məxsus olan “Vaz 21099” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğunu müəyyən etmişdir. Orada avtomobilinin içərisinə baxdıqda avtomobilinin **-BE-*** dövlət qeydiyyat nişanlarının avtomobilin salonunda olduğunu aşkar etmişdir. Daha sonra bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişdir. Hadisə xx.xx.2023-cü il tarixdə təxminən saat İ0:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 3 mkr bazarı ilə üzbə-üz olmuşdur. “Vaz 21099” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 2000 manat təşkil edir. “Vaz 21099” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə azca ziyan dəymişdir, həmin ziyan ümumilikdə 300 manat təşkil edir. İdarə etdiyi “Vaz 21099” markalı avtomobilinin sığortasının müddəti qurtardığı üçün və digər avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu üçün avtomobilini idarə etmədiyinə görə Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “Golden Baku” şadlıq sarayının yanında yolun kənarında saxlamışdır Hazırki ifadəsinin doğru olmasını nəzərə almağı xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir, hazırda sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12.00 radələrində o, evə gələn zaman yenədə özünə məxsus olan qırmızı rəngli “Vaz 21013” markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobilini yaşadığı ünvan 5 ünvanın qarşısında saxlamaq istəmişdir. Lakin həmin zaman yaşadığı ünvanda mağar qurulduğundan, o, məcbur qalıb özünə məxsus olan qırmızı rəngli “Vaz 21013” markalı avtomobilini yaşadığı ünvan 5 ünvanın qarşısında yox, ünvan 6arşısında saxlayaraq evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:50 radələrində küçəyə çıxıb mağarın söküldüyünə baxıb, avtomobilini yaşadığı ünvanın qarşısına gətirmək istəmişdir. Lakin həmin zaman mağarın tam olaraq sökülmədiyini və artıq gec olduğunu görərək özünə məxsus olan qırmızı rəngli "Vaz 21013” markalı avtomobilini ünvan 6arşısından götürməmiş və avtomobilinin gecə saatlarında həmin ünvanda qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 08:15 radələrində o, avtomobilinə yaxınlaşan zaman, özünə məxsus olan qırmızı rəngli “Vaz 21013” markalı avtomobilini ünvan 6arşısından qaçırıldığını aşkar etmişdir. O, həmin zaman baş vermiş hadisə ilə bağlı olaraq DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin hadisə ünvan 6arşısında baş vermişdir. ünvan 6arşısından ona məxsus olan 1981-ci il buraxılışlı bir ədəd qırmızı rəngli “Vaz 21013” markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobili qaçırılmışdır. Onun idarə etdiyi “Vaz 21013” markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobili 1981-ci il buraxılışlı olduğundan, həmin avtomobil artıq köhnəldiyindən deyə bilər ki, həmin hadisə zamanı ona 2000 (iki min) manat ziyan dəymişdir. Hadisədən sonra polis əməkdaşları tərəfindən avtomobilini qaçıran şəxs tutulmuş və avtomobil həmin şəxs tərəfindən ona qaytarılmışdır. Daha sonra zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxslə barışmış, sonuncu tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Cinayət işinin 48-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16-00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-78-ci vərəqələrində olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi O.Vəlixanlının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18-00 dan hesablanmaqla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 123-130-cu vərəqələrində olan xx.xx.2023-cu il tarixli sübutların qiyməyləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Vaz-21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil və digər Zərərçəkmiş şəxs2 Ağa oğluna məxsus “Vaz-21013” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin 122-123-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tamamilə ödənilmişdir, hazırda sonuncuya qarşı heç bir şikayətləri, tələbləri və mülki iddiaları yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə onun təkrarən avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırma cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən təkrarən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə(qaçırma) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, törtətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və mülki iddialarının olmamasını, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasına cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, törtətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və mülki iddialarının olmamasını, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 185.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göyçay rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Göyçay rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini, dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 məxsus “Vaz-21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin və digər Zərərçəkmiş şəxs2 Ağa oğluna məxsus “Vaz- 21013” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarıldığında nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Göyçay rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 məxsus “Vaz-21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin və digər Zərərçəkmiş şəxs2 Ağa oğluna məxsus “Vaz-21013” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar