Məhkəmə qərarları › İş №1(006)-403/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-403/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-403/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1962-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, ali təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 60 (inzibati bina) qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 47-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20.350 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və hüquqi yardıma görə ödənilmiş 200 manat olmaqla, ümumilikdə 20.580 manat məbləğində pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(006)-767/2019 saylı qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində həmin məhkəmənin 01 fevral 2021-ci il tarixli, 3(006)- 500/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 25 fevral 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirərək borcunu tələbkara ödəməyib qeyd edilən məbləğdə zərər çəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əlilliyə görə aldığı 305 manat və şəhid ailəsi olduğu üçün verilən 500 manat təqaüdlə dolanır. Zərərçəkmiş şəxs sonuncunun atası vasitəsilə 2012-ci ildən tanıyır. 2013-cü ildə oğlu X3 Bakı şəhərində yol-nəqliyyat hadisəsi törətdikdə qarşı tərəfə dəymiş maddi ziyanı ödəmək üçün məcbur qalıb Pirnəzərdən borca pul istəmiş, sonuncu da "xxxx" ASC-dən hər ay faiz olaraq 1.100 manat ödəmək şərtilə 20.000 manat məbləğində pulu götürüb ona vermişdir. O, bir neçə ay faizləri banka ödəməyə başlamış, maddi durumu pisləşdiyindən sonradan qalan faiz borclarını banka ödəyə bilməmişdir. Bir neçə il sonra Pirnəzər vəfat etdiyindən oğlu Vüqar banka ödəməli olduğu məbləği ondan tələb etməyə başlamışdır. O, Vüqardan möhlət istəsə də, sonuncu onunla aralarında borcun etirafı barədə notariat qaydasında müqavilə bağlamağı təklif etmişdir. 04.04.2018-ci ildə Bakı şəhərində yərləşən notariat ofislərinin birində Vüqar Hacıbalayevdən 20.350 manat məbləğində pulu borc almağı barədə onunla aralarında borc müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən Vüqar onun banka olan borcunu tam ödəyib həmin müqavilənin şərtlərinə əsasən bu məbləği ondan tələb etməyə başlamışdır. O, qeyd edilən məbləği ödəyə bilmədiyindən Vüqar Hacıbalayev 2019-cu ilin əvvəllərində onun barəsində məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(006)-767/2019 saylı qətnaməsi ilə ondan 20.350 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və hüquqi yardıma görə ödənilmiş 200 manat olmaqla, ümumilikdə 20.580 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Həmin qətnamədən sonra o, Vüqara olan borcundan 2.715 manat ödəniş etmişdir. Belə ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləğin ondan tutulması əlilliyə görə aldığı 305 manat məbləğində pensiyanın yarısına yönəlmişdir. O, əvvəllər Vüqara borcundan 1.000 manat ödəniş etməyi təklif etsə də, sonuncu bunu qəbul etməmişdir. Hazırda da borcundan hər ay 500 manat ödəyə bilər, lakin Vüqar tam şəkildə pulunu tələb edir. Onun isə maddi durumu yaxşı deyil, əri şəhid olmuş, oğlu Rövşən Əhmədpur Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, özü də İİ qrup əlildir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs atası Pirnəzər Hacıbabayevin vasitəsilə 2010-cu ildən tanıyır. Həmin ərəfələrdə Almaz rəhmətlik oğlu Elşən Əhmədpur yol-nəqliyyat hadisəsi törətdiyindən qarşı tərəfə dəymiş ziyanı ödəmək üçün onun atasından borca pul istəmişdir. Atası da yaşayış evlərini banka girov qoyub "xxxx" ASC-dən hər ay faiz olaraq 1.100 manat ödəmək şərtilə 20.000 manat məbləğində pulu götürərək Almaza vermişdir. Aralarında olan razılaşmaya əsəsən Almaz həmin faiz borcunu banka ödəməyi öz öhdəsinə götürmüşdür. Bir neçə ay Almaz tərəfindən banka ödənişlər olsa da, sonradan borcunu ödəməkdən imtina etməyə başlamışdır. Bununla əlaqədar olaraq onlara borca görə banka girov qoyulan evin bank tərəfindən satılıcağı barədə rəsmi xəbərdarlıq olunmuşdur. Atası da məcbu qalıb evləri satılmasın deyə borc pul taparaq banka olan borcunu ödəmiş, Almaz da onları əmin etmişdir ki, yerinə ödədikləri məbləği qısa müddətə qaytaracaq. Buna baxmayaraq Almaz onlara olan borcunu ödəməkdən yaynmağa başlamışdır. Sonradan atası rəhmətə getdiyindən o, məcbur olub 04.04.2018-ci il tarixdə notariat ofislərinin birində Almazla aralarında sonuncunun ona 20.350,00 manat borcu olduğu barədə müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən Almaz hər ay ona 500 manat ödəməli olsa da, həmin vaxtdan xeyli müddətin keçəməsinə baxmayaraq heç bir ödəniş etməmiş və o da onun barəsində 2018-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(006)- 767/2019 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs 20.350 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və hüquqi yardıma görə ödənilmiş 200 manat olmaqla, ümumilikdə 20.580 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icra olunması üçün icra məmuru tərəfindən müvafiq icra hərəkətlərinin aparılmasına baxmayaraq, Almaz ona olan borcunu ödəməkdən yayınmağa başlamış və ona cəmi 1.300 manat məbləğində ödəniş etmişdir. O, borcun tam şəkildə qısa müddətə ödənilməsini istəyir, bu səbəbdən də icra qurumunun depozit hesabına Almazın pensiyasından aparılan tutmalarla bağlı hər ay yığılan ödənişi qəbul etmir. Eyni zamanda Almaz ona borcuna görə hər ay 500 manat ödəməyi təklif etsə də, bu ona sərf etmir, çünki özünün maddi durumu yaxşı deyil, pula ehtiyacı var. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Şahid1 Əl oğlu ifadəsində göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(006)-767/2019 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs 20.350 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və hüquqi yardıma görə ödənilmiş 200 manat olmaqla, ümumilikdə 20.580 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi 10 aprel 2019-cu il tarixdə icra qurumuna daxil olmuş və həmin tarixdə də icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilmiş, borclu bu barədə məlumatlandırılmışdır. İcra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs ll qrup əlilliyə görə təqaüd aldığı müəyyən olunmuşdur. Borclu Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə dəfələrlə əlaqə saxlanılaraq o, şöbəyə dəvət olunmuş, lakin çağırışlara gəlmədiyindən onun barəsində axtarış qərarı qəbul edilmişdir. Borclu 25 noyabr 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmiş və o, həmin tarixdə izahatında icra sənədi üzrə 500 manat ödəniş etdiyini bildirmiş, 04 dekabr 2019-cu il tarixdə 800 manat məbləğində tələbkara pul ödəmişdir. 19 mart 2020-ci il tarixdə tutmanın borclunun təqaüdünün 50% həcminə yönəlməsinə dair Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə məktub göndərilmiş, tələbkar Zərərçəkmiş şəxs öz hesab nömrəsini təqdim etməkdən imtina etdiyindən təqaüddən tutulan pul vəsaiti icra şöbəsinin depozit hesabina köçürülür. 10 iyul 2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs 500 manat məbləğində tələbkara pul ödəmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 3(006)-500/2021 saylı qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Borclunun pensiyasından 10 fevral 2021-ci tarixədək 1.414,7 manat məbləğində pul vəsaiti tutularaq Nəsimi rayon İcra şöbəsinin depozit hesabına köçürülmüş, bundan başqa borclu müxtəlif vaxtlarda tələbkara 1.300 manat məbləğində pul ödəyərək bu barədə qəbz alınmışdır. İş materiallarında olan:  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2(006)- 767/2019 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 20.350 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və hüquqi yardıma görə ödənilmiş 200 manat olmaqla, ümumilikdə 20.580 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir (İ cild, i.v.10-13);  07.02.2019-cu il tarixli, 2(006)-767/2019 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən 10.04.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs vaxt müəyyən edilmiş və bununla bağlı ona bildiriş göndərilmişdir. Lakin bu müddətdə məhkəmə aktı könüllü icra olunmadığından tələbin borclunun əmlakına yönəldilməsi üçün məcburi icra hərəkətləri həyata keçirilərək müvafiq orqanlara sorğular edilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır (İ cild, i.v.14-16, 21-22, 33);  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin 14.05.2019-cu il tarixli, **********3 saylı məktubundan aydın olur ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs pensiya alır (İ cild, i.v.24-32);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli, 3(006)- 500/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir (İ cild, i.v.106-108);  X1 5 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən verilmiş 11.03.2021-ci il tarixli, **********0 saylı məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs X6 qeydiyyatı aşkar edilməmişdir (İ cild, i.v.93);  Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 25.02.2021-ci il tarixli, 56970/2019- 5-15-015 saylı xəbərdarlıq məktubu ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2(006)-767/2019 saylı icra vərəqəsinin icrası üçün yenidən vaxt müəyyən edilmişdir (İ cild, i.v.90);  “Qətimkan tədbiri seçmək haqqında” müstəntiqin 20.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.164-165);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23.04.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.141);  Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 19.10.2021-ci il tarixli, 1556- 56970/19-5-15 saylı məktuba əsasən bu günə kimi icra qurumunun depozit hesabında borclu Təqsirləndirilən şəxs təqaüdündən tutularaq tələbkara ödənilməli olan 2434,7 manat məbləğində pul vəsaiti mövcuddur. Həmçinin icra şöbəsinin vasitəsilə tələbkara müxtəlif vaxtlarda cəmi 1.300 manat məbləğində pul ödənilmişdir (İİ cild);  Ölüm haqqında şəhadətnamənin və 015091 saylı vəsiqənin surətlərindən görünür ki, X4 13.06.1992-ci ildə güllə yarasından vəfat etmiş, Təqsirləndirilən şəxs şəhid ailələrinə müəyyən edilmiş güzəşt və imtiyazlardan müddətsiz olaraq istifadə hüququ verilmişdir (İ cild, i.v.162-163, İİ cild);  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən Əhmədi-pur Rövşən İbrahim oğlu Azərbaycan Respublikasının Laçın və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsinə görə cinayət məsuliyyətini müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasıicra məmurlarıtərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.10.2012-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.12.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsi) tələbləri şamil edilmir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ondan 20.350 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və hüquqi yardıma görə ödənilmiş 200 manat olmaqla, ümumilikdə 20.580 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(006)-767/2019 saylı qətnaməsini qərəzli olaraq tam icra etməməmiş, nəticədə zərər çəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bu hərəkətlərlə də Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin hal-hazırda cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını və zərər çəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun yaşını və hazırki ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar