Məhkəmə qərarları › İş №1(006)-403/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-403/2022

05.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-403/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X3 və X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə, xx xxxxxx 1997-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Neftkəməri küçəsində nömrəsiz evdə qeydiyyatda olan, ünvan 2nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin əmlakını cibindən çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 iyun 2022-ci il tarixdə saat 00:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58 ünvanında yerləşən “Şamlıq” adlanan əraziyə gəlib aralarında olan rolların bölgüsünə əsasən o, törədəcəkləri qanunsuz əməlin zərərçəkmiş və ya kənar şəxslər tərəfindən aşkar olunacağı təqdirdə Təqsirləndirilən şəxs2 xəbər vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, sonuncu isə həmin vaxt orada dayanan Zərərçəkmiş şəxs yaxınlaşıb tanış olduqdan sonra yaranmış səmimi ünsiyyət əsnasında sonuncunun sərxoş olduğunu bilərək cinayətkar niyyətini həyata keçirmək məqsədilə cinsi ehtirasını təmin etməyi təklif edib razılığını alaraq Zərərçəkmiş şəxs şalvarının düyməsini açıb ağız boşluğu ilə cinsi ehtirasını təmin edən zaman sonuncunun özündə olmamasından istifadə edərək əynindəki şalvarın arxa sağ cibindən 900 manat nağd pulunu çıxarıb gizli olaraq talamaqla ələ keçirdiyi pulu onunla birlikdə xərcləyərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda ilkin olaraq özünü təqsirli bilməyərək sonradan isə əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, 07 iyun 2022-ci il tarixdə saat 00:40 radələrində qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 5 ünvanda “Şamlıq" adlanan ərazidə gəzirmişlər. Pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün Pəri ilə əvvəlcədən razılaşmışlar ki o, bir nəfər şəxsə yaxınlaşsın onunla tanış olsun, həmin şəxsə cinsi əlaqədə olmağı təklif etsin, cinsi əlaqə zamanı cibindəki pulları götürsün. Sonuncunun rolu isə kənardan müşahidə edib Pərini kənar təsirlərdən eyni zamanda cinayətlərinin qurbanı olan şəxsdən qorumaq imiş. Belə ki həmin şəxsin şübhələnəcəyi təqdirdə o, müdaxilə edib kömək edəcəkmiş və ya hər hansı digər kənar şəxs gələrsə eyni qaydada kömək edəcəkmiş. Bu barədə Pəri ilə razılaşdıqdan sonra sonuncudan aralaşmış və kənardan müşahidə etməyə başlamışdır. Pəri "Şamlıq” adlanan ərazidə ağacların yanında duran zaman bir nəfər şəxsi görmüşdür, həmin şəxs Pəriyə yaxınlaşmışdır. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra Pəri ətrafda ağaclıqların arasında hər hansı şəxsin olmamasından əmin olduqdan sonra əyilərək Eldənizin şalvarını açmış və sonuncunun cinsi orqanının çıxararaq qeyri təbii yolla yəni ağız yolu ilə onunla cinsi əlaqədə olmuşdur. Əlaqə zamanı Pəri əlini sonuncunun sağ arxa cibinə salmış və orada olan pulu götürərək əlində saxlamışdır. İşini bitirdikdən sonra Eldənizlə sağollaşmış və irəli onu gözlədiyi tərəfə gəlmişdir. Pəri ilə pulu saymışalr 600 manat pul var imiş, hazırda tam olaraq hansı əskinaslarla olmasını xatırlamır. Biraz piyada getdikdən sonra xatırlamadığı marketə girmişlər orada bir neçə günlük bazarlıq etmişlər, təxminən 200-300 manat pul xərcləmişlər. İsinin evində pulsuz qaldığları üçün sonuncunun evinə həm özləri həm də onun üçün ərzaq almışlar qalan pulu isə Pəri ilə şəhərdə 2-3 gün ərzində gəzərək xərcləmişlər. Daha sonra özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam ödənilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 07 iyun 2022-ci il tarixdə saat 00:40 radələrində qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1la birlikdə ünvan 6 ünvanda “Şamlıq” adlanan ərazidə gəzirmiş. Pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün Kənanla əvvəlcədən razılaşmışlar ki bir nəfər şəxsə yaxınlaşsın onunla tanış olsun, həmin şəxsə cinsi əlaqədə olmağı təklif etsin, cinsi əlaqə zamanı cibirdəki pulları götürsün. Kənanın rolu isə kənardan müşahidə edib kənar təsirlərdən qorunaq imiş. Belə ki həmin şəxsin şübhələnəcəyi təqdirdə Kənan müdaxilə edib kömək və ya hər hansı digər kənar şəxs gələrsə eyni qaydada kömək edəcəkmiş. Bu barədə Kənanla razılaşdıqdan sonra sonuncu aralaşmış və kənardan müşahidə etməyə başlamışdır. "Şamlıq" adlanan ərazidə ağacların yanında duran zaman bir nəfər şəxsi görmüşdür, həmin şəxs ona yaxınlaşmışdır, o yaxınlaşan zaman anlamışdır ki həmin şəxs sərxoşdur. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun adını soruşmuş o, da adının Eldəniz olduğunu bildirmişdir. Eldənizlə arasında səmimiyyət yarandıqdan sonra ona qeyri təbbi yolla cinsi əlaqədə olmağı təklif etmişdir ki, rahatlıqla cibindəki pulları götürə bilsin, Eldəniz sonuncu ilə razılaşmışdır. O ətrafda ağaclıqların arasında hər hansı şəxsin olmamasından əmin olduqdan sonra əyilərək Eldənizin şalvarını açmış və sonuncunun cinsi orqanının çıxararaq qeyri təbii yolla yəni ağız yolu ilə onunla cinsi əlaqədə olmuşdur. Bu zaman o, sonuncunun cinsi orqanını öpən zaman onun ağlı başında olmadığından və eyni zamanda sərxoş olduğundan əlini sonuncunun sağ arxa cibinə salmış və orada olan pulu götürərək əlində saxlamışdır. İşini bitirdikdən sonra Eldənizlə sağollaşmış və irəli Kənanın gözlədiyi tərəfə getmişdir. Kənanla pulu saymışdır, 600 manat pul var imiş, hazırda tam olaraq hansı əskinaslarla olmasını xatırlamır. Biraz piyada getdikdən sonra Kənanla xatırlamadığı marketə girmiş orada bir neçə günlük bazarlıq etmiş, təxminən 200-300 manat pul xərcləmişdir. İsinin evində pulsuz qaldığları üçün sonuncunun evinə həm özü həm də onun üçün ərzaq almışlar qalan pulu isə Kənanla şəhərdə 2-3 gün ərzində gəzərək xərcləmişlər. Daha sonra özünü təqsirli bilməsini, qadın olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam ödənilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 iyun 2022-ci il tarixdə saat təxminən 00:40 radələrində özünə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə “20 yanvar” metrostansiyasından üzü Nəsimi rayonunda, Şamaxinka adlanan əraziyə doğru hərəkət edirmiş. Daha sonra telefonunda batareya bitdiyi üçün avtomaşını “Spero” hospitalın qarşısında saxlamışdır və piyada üzü 20 yanvar metrosuna doğru hərəkət emişdir. ünvan 5 ünvanda “Şamlıq” adlanan ərazidə ağaclıqların yanından keçən zaman bir nəfər qadının ona baxmasını və daha sonra ona yaxınlaşmasını görmüşdür. Həmin qadın onunla bir müddət söhbət etmiş daha sonra siqaret istəmişdir. O, əynində olan şalvarın sağ arxa cibindən siqaretin paçkasını çıxardıb həmin qadına siqaret vermişdir. Həmin vaxtı bir qədər spirtli içki qəbul etmiş və yüngül sərxoş imiş. Həmin qadınla bir müddət söhbət etdikdən sonra o, çıxıb getmiş və biraz irəlidə qızın bir nəfər oğlanla görüşdüyünü görmüşdür. Bir müddət dayanıb siqaret çəkdikdən sonra əlini siqaret olan sağ arxa cibinə salmış və daha öncə qoymuş olduğu 900 manat pulun yerində olmadığını aşkar etmişdir. Həmin vaxtı anlamışdır ki, daha öncə siqaret istəyən qadın sonuncunun başını qataraq cibində olan 900 manat pulu götürmüşdür. O bir müddət ətrafı müşahidə etsə də həmin qadını və daha sonra onunla görüşən oğlanı tapa bilməmişdir və pulunun həmin şəxlər tərəfindən oğurlanması barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı şikayət və tələbin olmamasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, təxminən bir ilə yaxın müddətdir ki Nəsimi rayonunda, Şamaxinka adlanan ərazidə Təqsirləndirilən şəxs1 və onun sevgilisi kimi bildiyi Təqsirləndirilən şəxs2 tanıyır. 2022-ci ilin iyun ayının əvvələrində Kənan ona kirayə qaldığı evdən çıxarıldığlarını bildirdi, digər mənzil tapana qədər onun mənzilində qala bilib bilməyəcəklərini soruşdu. O, Kənanla razılaşmışdır və iyun ayının əvvəlindən təxminən 5- 6 gün müddətində Kənan və Pəri sonuncu ilə yaşamışlar. Onlar həmin müddət ərzində evdə olurmuşlar, bildiyinə görə hər hansı bir işin sahibi deyillər. Sonuncular evdə qaldıqları müddətdə axşam saatlarında evdən çıxırmışlar və evə qayıdanda hər gün demək olar ki ərzaq alırmışlar. Sonuncu dəfə 07 iyun 2022-ci il tarixdə gecə saatlarında Kənanla Pəri bir neçə sellofan torbalarla müxtəlif növ ərzaq alaraq evə gəlmişlər. Həmin vaxtı onların aldıqları ərzaqın sayı əvvəlkkilərdən qat qat çox imiş. Sonuncu da işləmədiyi üçün bu ona böyük kömək imiş. Həmin ərzaqları hansı pulla adlıqlarını ümumiyyətlə onlara sual etməmişdir çünki bu ona maraqlı deyilmiş. Bundan təxminən 1-2 gün sonra Kənanla Pəri ev tapdılarını deyərək sonuncunun mənzilini tərk etmişlər. Artıq həmin müddətdən sonunculardan hər hansı məlumatı olmamışdır. Bir müddət sonra sonuncuya xəbər çatmışdır ki, Kənan və Pəri oğurluq etdikləri üçün tutulublar. Haradan,necə hansı yolla oğurluq etdiklərindən məlumatsızdır, o sonuncuları küçədə qalmasınlar deyə evinə buraxmışdır, sonuncular bunun üçün ona pul ödəməmişlər, onlar ərzaqlarla həmin qaldıqları 5-6 gün müddətində kömək etmişlər.Həmin ərazqları isə o, bir neçə gün içində tükətmişdir. Cinayət işinin 76-cı vərəqəsində olan 13 iyun 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 132-133-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 13 iyun 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 51-ci vərəqəsində olan 13 iyun 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 134-135-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 13 iyun 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 05 və 21 oktyabr 2022-ci il tarixli qərarlarından görünür ki, şahid və zərərçəkmiş şəxslər barəsində məcburi gətirmə qərarı çıxarılmılşdır. Cinayət işinin 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 29 iyun 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağsu Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək 1200 manat cərimə cəzasına məhkum olunmuş və 11 iyun 2018-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 162-163-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 29 iyun 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Nəsimi Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 22 may 2020-ci il tarixdə Xətai Rayon Məhkəməsinin Qərarı ilə cəzadan 5 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 28-ci vərəqəsində olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 1997-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlərlə barışmış və onlara qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin əmlakını cibindən çıxarmaqla gizli olaraq talayıb oğurluq etmə cinayətini törətmələri tamamilə sübuta yetirilmişdir. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələrinə əsasən, oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar olaraq zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünü təqsirli bilməsini və zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, sonuncunun əvvəllərdə eyni tərkibli cinayət əməlinin törətməsini və islah olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 13 iyun 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü təqsirli bilməsini və zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, sonuncunun əvvəllərdə eyni tərkibli cinayət əməlinin törətməsini və islah olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 13 iyun 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri M.Ə.Mehrəliyevə və Q.M.Məmmədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut və ya mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar