Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-403/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,640 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis İdarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 21 aprel 2025-ci il tarixdə saat 17:00-da ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,640 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, yəni təqribən 15 ildir müəyyən vaxtlarda mütəmadi olaraq narkotik vasitələrdən və patı adlanan psixotrop maddələrdən istifadə etmişdir, lakin daimi istifadə etməmiş və 15 il ərzində mütəmadi olaraq 2 il 3 il ara verib yenidən istifadə etməyə başlamışdır. Narkotik vasitə və psixotrop maddələri müxtəlif yerlərdə tanımadığı şəxslərdən 10-20 manat ödəniş etməklə şəxsi istifadəsi üçün əldə edib təkbaşına istifadə etmişdir. 2015-ci ildən Nəsimi rayonu ərazisində yerləşən X9 dövlət proqramı əsasında qeydiyyatdadır və ağrılarına görə mütəmadi olaraq 1-2 gündən bir həmin xəstəxanaya gedərək resept və icazə əsasında ağrılarına və narkotik vasitə istifadəçisi olduğuna görə verilən metadon adlı opioidi alaraq istifadə edir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu ərazisində qeyd etdiyi xəstəxanaya piyada təkbaşına metodon içməyə gedən zaman, səhər saatlarında Nəsimi rayonu ərazisində Papanin adlanan ərazidə tanımadığı və adını bilmədiyi şəxsdən 20 manat müqabilində 01 ədəd bükümdə şəxsi istifadəsi üçün patı adlanan psixotrop maddə metamfetamini alaraq şərait yarandıqda istifadə etmək məqsədilə əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra həmin xəstəxanaya gedib metodon qəbul etdikdən sonra təkbaşına piyada xəstəxanadan qayıdan zaman xx.xx.2025-ci il tarixdə saat 17.00-da ünvan 2 ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və əllərində mobil telefonla çəkiliş apararaq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. O, ad, soyad, ata adı və digər məlumatlarını bildirmiş və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək ona üzərində narkotik vasitə və yaxud psixotrop maddə olub-olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Bu barədə sorğu edilmiş və bildirmişdir ki, həmin maddə metamfetamindir, şəxsi istifadəsi üçün almışdır. Daha sonra üstü yoxlanılmış və yoxlama zamanı əynindəki kostyumunun sağ yan cibindən özünə məxsus olan 01 ədəd Samsung 0168 markalı mobil telefondan başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi metamfetamin boş zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Üzərindən başqa hər hansı qanunsuz əşya predmet və yaxud maddə aşkar edilməmiş, bundan sonra üzərindən çıxan metamfetaminin qablaşdırıldığı zərflə mobil telefonu götürülməklə çəkilişin başa çatdığı bildirilmiş və Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində olarkən saxlandığı yerdə təqdim etdiyi bükümə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Müvafiq sənədləşmədən sonra ona dövlət hesabına müdafiəçi verilmiş və hüquq vəzifələri izah olunmuşdur. Polis Şöbəsində ona verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş kütlənin psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi məqsədi ilə Nəsimi rayonu ərazisində Papanin adlanan yerdə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat qarşılığında əldə etdiyini bildirmişdir. Sonradan həmin bükümün içərisindəki maddənin 0,640 qram çəkidə psixotrop maddə metamfetamin olduğu məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən ona elan olunmuşdur. Psixotrop maddə olan metamfetamini polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan bir neçə saat əvvəl, yəni xx.xx.2025-cü il tarixdə Nəsimi rayonunda Papanin adlanan ərazidə üzdən tanıdığı, özünün kim olduğunu bilmədiyi şəxsdən 20 mana: müqabilində şəxsi istifadəsi üçün almış və satış məqsədi olmamışdır, əldə etdiyi psixotrop maddəni təkbaşına istifadə etmiş və kiməsə də istifadə etməsi uçun təmənnəsız və ya pjl qarşılığında verməmişdir. Əvvəllər də narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olmuşdur ki, həmin vaxt da cinayət məsuliyyətinə cəlb edilərək cəzasını çəkmiş və sonuncu dəfə də yalnız özü üçün psixotrop maddəni tanımadığı şəxsdən pul qarşılığında alaraq imkan olduqda təkbaşına istifadə etmək məqsədilə üzərində saxlamışdır. Nə evində, nə də başqa yerdə narkotik vasitə və psixotrop maddə gizlədib saxlamamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman, polis şöbəsinə və polis idarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Heç bir xəsarət almamış və döyülməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru X10, digər üzvü isə özü olmuşdur. Bununla əlaqədar 21 aprel 2025-ci il tarixdə saat 17:00-da Nəsimi rayonu, C.Səlimov küçəsi 7 ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özülərini ona təqdim etmişlər və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan tərəflərindən saxlandığını elan etmişlər. Daha sonra 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru X5 videoçəkiliş aparması və özününiştirakı ilə Təqsirləndirilən şəxs üstünü yoxlamaq zərurətini bildirmişdir. Bununla əlaqədar ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə isə bu təklifi ilə əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, bundan sonra onun üstünü şəxsən yoxlamış və üzərindən, yəni kostuyumunun sağ yan cibindən 01 ədəd Samsung 0168 markalı arxa qapağı olmayan mobil telefondan başqa üzərindən əlavə hər hansı əşya, predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs şalvarının cibindən çıxardığı bükümün nə olduğunu soruşduqda o, bükümün içərisində "patı” adlandırılan psixotrop maddə olduğunu, onu tanımadığı şəxsdən 1 neçə saat əvvəl öz istifadəsi məqsədi ilə aldığını etiraf etmişdir. Həmin büküm tərəflərindən qablaşdırılaraq götürüldükdən sonra çəkiliş yekunlaşmış və onlar birlikdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasına getmişlər. Orada müvafiq qaydada tərəflərindən əməliyyat axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair Rəvan Əliyev tərəfindən protokol tərtib edilmiş, bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın davam etdirilməsi Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X6 tapşırılmış və o, Təqsirləndirilən şəxs təqdim etdiyi, tərəfindən götürülərək qablaşdırılmış bükümə özü, əməliyyat müvəkkili Rəvan Əliyev və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. X8 həmin bükümün içərisində ağ rəngli kristallik psixotop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən etdikdən və Təqsirləndirilən şəxs həmin bükümü özünün təqdim etdiyini təsdiqləməsindən sonra sözügedən bükümü ekpertizaya göndərmək məqsədi ilə yenidən qablaşdırmaqla götürmüş, o, və iştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində şübhəli olduğundan Bakı şəhəri Xəzər Konsaltinq Vəkil bürosundan müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmin psixotrop maddəni saxlanılmazdan 1 neçə saat əvvəl Nəsimi rayonu ərazisində Papanin adlanan ərazidən, xx.xx.2025-ci il tarixdə tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamışdır, bu sahədə hər hansı bir sübut və ya dəlil mövcud deyil və hazırda tərəfimizdən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən, eləcə də şöbəyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir göstərilməmişdir. “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanımasına dair” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, barəsində əməliyyataxtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxs-xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məkhum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində istifadəsi ilə məşğul olması və satması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı 21 aprel 2025-ci il tarixdə, saat 17:00 dəqiqədə ünvan 4 ünvanında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başladıq. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə şəffaf selofana bükülmüş psixotrop maddəyə bənzər maddəni təqdim etdi. Yoxlama zamanı sonuncunun əynində olan qara rəng pencəyin sağ yan cibindən mobil telefon, həmin pencəyin sol iç cibindən ona məxsus şəxsiyyət vəsiqəsi aşkar edildi. Gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən İstintaq Şöbəsinə təhvil verilməsi üçün tərəfimizdən götürüldü. Ardınca aşkar olunan psixotrop maddəyə bənzər maddələr ayrı-ayrı zərflərdə qablaşdırıldı, saxlanılan şəxslər tərəfindən imzalandı və götürüldü. Həmin şəxsə verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş maddənin narkotik vasitə “Metamfetamin” olması və istifadə etmək məqsədi ilə əldə etməsini bildirmişdir. Üstünü yoxlama ünvan 4 ünvanında keçirildi. Üstünü yoxlama zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparıldı (i.v. 9-10); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 21 aprel 2025-ci il tarixdə, saat 17:00 dəqiqədə ünvan 5 ünvanın qarşısında saxlanılaraq yerində üstü yoxlanılan zamanı üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə bir ədəd “Samsunq 0168” markalı mobil telefon və onun adına olan şəxsiyyət vəsiqəsi bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Qeyd olunanlar protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərində olan zərfdən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olundu. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürləndi. Daha sonra bir ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı «ipone» markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1 (bir) ədəd DVD əlavə olundu (i.v. 16); “şübhəli şəxsin tutulması haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixdə, saat 18:50-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 21 aprel 2025-ci il tarixdən, saat 17:00-dan tutulmuş hesab edilmişdir (i.v. 27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 6/1480 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,640 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (i.v. 51-52); “Diskə baxış keçirilməsi barədə” 22 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 20-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid özünü və çəkiliş aparan Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru X7 təqdim edərək 21 aprel 2025- ci il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs əvvəldən daxil olmuş məlumat əsasında narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlandığını bildirir. Baş əməliyyat müvəkkili Şahid saxlanılan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Repsublikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulan hüquq və azadlıqlara malik olduğunu bildirməklə, ondan saxlanılarkən ona qarşı hər hansı zorakılıq tətbiq olunub-olunmadığını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona qarşı hər hansı zor tətbiq olunmadığını bildirir. Daha sonra əməliyyat müvəkkili şübhəli şəxsə üzərində hərhansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Əməliyyatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb göstərməklə təqdim edir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən şəxsin üzəri yoxlanılır və üzərində hər hansı əşya və ya predmet aşkarlanmır. Əməliyyat müvəkkili şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və hansı məqsədlə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bükümün “patı” adlandırılan maddə olduğunu, şəxsi istifadəsi məqsədi ilə tanımadığı şəxsdən aldığını bildirir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən sözügedən büküm bir ədəd zərfə qoyularaq qablaşdırıldı və üzərində şübhəli şəxslə birlikdə müvafiq imzalar imzalar çəkildi və şəxsin üzəri yoxlanılarkən əynindəki kostyumunun sağ cibindən 01 ədəd Samsung 0168 markalı mobil telefon aşkar edilərək götürülür. Nəsimi RPİ-nin 20-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid tərəfindən araşdırmanın davam etdirilməsi üçün şübhəli şəxs Təqsirləndirilən şəxs polis şöbəsinə aparılacağını bildirməsindən sonra çəkiliş yekunlaşdı. iş üzrə təqdim edilmiş ikinci diskə baxış zamanı orada bir ədəd videogörüntü olduğu müəyyən edildi. Həmin faylın “20250421_184704” adında 10 dəqiqə 58 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Nəsimi RPİ- nin 20-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Rasim Əliyev özünü təqdim etməklə Nəsimi RPİ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 aprel 2025- ci il tarixdə ünvan 2 ünvanının qarşısında AR CM- nin 234.1 -ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə həmin yerdə yoxlanış keçirilərkən içərisində metamfetaminə bənzər maddə olan bir ədəd bükümün götürülüb qablaşdırıldığı bildirirlir. Həmin büküm olan zərfin açılaraq içərisinə özü tərəfindən baxış keçirildiyi elan edilir və həmin zərfi açmaqla qeyd olunan şəffaf bükümün içərisinə baxır və psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən edir. Təhqiqatçı ilkin videogörüntüdən həmin bükümün Təqsirləndirilən şəxs götürüldüyünün aydın olduğunu bildirir, həmçinin Təqsirləndirilən şəxs bunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd Samsung 0168 markalı mobil telefonla həmin şəxsə məxsus olan 01 ədəd şəxsiyyət vəsiqəsi zərfdə qablaşdırılmış vəziyyətdə təqdim edilir. Ardınca isə təhqiqatçı tərəfindən həmin büküm yenidən başqa boş zərfə qoyularaq, “186” nömrəli möhürlə möhürlənib qabşaldırılır. iştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş bitir. Cinayət işinin istintaqı ilə əlaqədar olaraq təqdim edilmiş 02 ədəd BİNGO 16X CMC formatlı disk maddi sübut əhəmiyyətinə malik olduğu üçün cinayət işinin materiallarına əlavə edildi (i.v. 61-62); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X1 dair 22 aprel 2025-ci il tarixli, 2266 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 63-64); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 66); “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Surət Hüseynzadənin 23 aprel 2025-ci il tarixli vəsatəti təmin edilməmiş və o, Nəsimi RPİ-in MSY-dən azad edilmişdir (i.v. 84-85); “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan” tədbiri seçilmişdir (i.v. 86-87); “maddi sübut kimi tanıma haqqında” 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,640 qram çəkidə psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınmış və qalıq çəkisi 0,590 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Nəsimi RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir (i.v. 93-94); “mobil telefona baxış keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd ağ rəngli Samsung 0168 markalı mobil telefona baxış keçirdim. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd ağ rəngli arxa qapağı olmayan Samsung 0168 markalı mobil telefona baxış zamanı həmin mobil telefonda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar foto, video və audio yazı, habelə iş üçün sübut əhəmiyyəti kəsb edəcək digər hər hansı bir məlumat aşkar edilmədi (i.v. 102); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 105-107); “sübutların qiymətləndirilməsi haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən 21 aprel 2025-ci il tarixdə aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,640 qram çəkidə psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınması və qalıq çəkisi 0,590 qram olan psixotrop maddə metamfetaminin saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmışdır (i.v. 111- 118); Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə şəffaf selofana bükülmüş ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən metamfetaminin təmiz çəkisi 0,640 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiya məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,590 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-403/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-403/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver