Məhkəmə qərarları › İş №1(006)-405/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-405/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-405/2025 21.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Xüsusi ittihamçısı X21, Müdafiəçi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X14 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X43 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X15 Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, X22 2016-cı ildən tanıyır, münasibətləri normal olmuşdur. Hər ikisi ünvan 2 ünvanında yerləşən “Heydər” parkının ərazisində çay evi işlədir. Onun obyektinin adı “Avand”, Farizin obyektinin adı isə “Çay sarayı” olmuşdur. Çay evləri biri-birinə yaxın məsafədə yerləşir, Fariz söhbət əsnasında işlətdiyi çay evini 50000 manata satmaq istədiyini bildirmiş və onun almağını təklif etmişdir. O isə həmin vaxt maddi imkanının aşağı olması səbəbindən həmin çay evini ala bilməyəcəyini demişdir. 2023-cü ilin sentyabr ayında Farizlə söhbət edərkən sonuncu təkrarən çay evini ona satmaq istədiyini, yad adama qismət olmasını istəmədiyini demişdir. O da həmin pulu birdəfəlik verə bilməyəcini bildirib Farizə başqa bir təklif irəli sürmüşdür. Belə ki, Farizin ona əvvəlcədən 3300 manat borcunun olmasını və özünün “Mercedes- Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilini 21700 manat qiymətləndirib Farizə verəcəyini, əlavə olaraq 15000 manat verəcəyini, qalan 10000 manatı isə 2024-cü ilin avqust ayında ödəyəcəyini demişdir. Yəni yekun olaraq Farizin istədiyi 50000 manat düzələcəkdi. Fariz onun təklifi ilə razılaşmışdır. İlk növbədə “Mercedes-Benz K-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Farizə etibarnamə verilmişdir. Maşını 29 sentyabr 2023-cü il tarixində X23 təhvil vermişdir. Gecə saat 02:00 radələrində “Çay sarayı”na getmiş, X36 orada olmamış, qardaşı X24 demişdir ki, “Çay sarayı”nı təhvil verər. X1 harada olduğunu soruşmuş, daha sonra F.Abbaszadəyə zəng edərək demişdir ki, gəlsin, pulu verib hesablaşsınlar. Gecə saat üçə on iki dəqiqə işləmişə qədər Farizə zəng etmiş, Farizə zəng edəndə küləyin səsindən maşının sürüldüyünü bilmişdir. Harada olduğunu soruşduqda demişdir ki, buruqların arasındadır və telefonu söndürmüşdür. Ondan sonra isə Farizə zəng çatmamışdır. Daha sonra Farizin evinə Türkan qəsəbəsinə getdikdə görmüşdür ki, maşın orada yoxdur. X23 maşını təhvil verdikdən sonra gecə axtarmaqda məqsədi restoranın ona təhvil verilməməsi idi. Restorana qardaşından təhvil götürməyə yaxınlaşmış, lakin qardaşı restoranı təhvil verməmiş və demişdir ki, özü bilər. Daha sonra iddiaçıya zəng edərək demişdir ki, gəl hesablaşaq. Bundan əvvəl Fariz ondan maşını istəmişdir ki, hüquqşünasla görüşəcək. Fariz öz maşınını sürməsi üçün ona vermiş, özü isə onun maşınını sürmüş, o da razılaşmışdır. O da restoranı kimin təhvil verəcəyini soruşduqda qardaşını çağıraraq ona demişdir ki, “Çay sarayı”nı təhvil verər. Həmin vaxtı Farizin ona 4670 manat borcu var idi. 50 manat etibarnaməyə vermişdi. Həmin günü pul saydığı yerdə 100 manat da çəkib demişdir ki, bunu da gələrsən borcun üstünə. X46 restoranı almaq məqsədi ilə pul əvəzi verirdi. Sadəcə maşının etibarnaməsini ona görə ləğv etdirmişdir ki, restoran ona təhvil verilməmişdi. Gecə saat 04:00-da Qəşəm Əliyevə zəng etmişdir ki, etibarnaməni ləğv etdirsin. Q.Əliyev onun xahişi əsasında etibarnaməni ləğv etdirmişdir. F.Abbaszadənin onu aldatması ilə bağlı Nizami Rayon Polis İdarəsinə şikayət etmiş, avtomobilinin F.Abbaszadənin qanunsuz sahibliyindən geri qaytarılmasına nail olmuşdur. F.Abbaszadə barəsində cinayət işi başlanmış və sonradan cinayət işinə xitam verilmişdir. Bundan sonra X36 ona və X37 qarşı 21700 manat pulun alınıb ona ödənilməsi barədə “pul“ tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2(055)-770/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı X3 Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2(055)-770/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Şirvan Apellyasiva Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-215/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X36 və onun vəkili, eyni zamanda nümayəndəsi X7 apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(055)-770/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləlikə, X36 ona məxsus olan avtomoblili ələ keçirə bilmədiyinə və bundan sonra ona qarşı 21700 manat məbləğində əsassız iddiası rədd edildiyinə görə istintaq və məhkəmə mübahisələrinin getdiyi dövrdə və sonralar onun barəsində yalan olduğunu bilə-bilə uydurma şayiələr yayaraq ona böhtan atmış, həmçinin onun şərəf və ləyaqətini nalayiq formada alçaldaraq onu təhqir etmişdir. Belə ki, X36 telefonunda olan statusda və “@farizabbaszadeh” adlı “Tik-lok“ sosial şəbəkəsində onun barəsində foto şəkillərini yerləşdirərək üzərində “məni şərləmək istəyənlər", “Şəkildəki epizod: Şöhrət Malikə deyir ki, be Farizi necə məhv edə bilərik, onu məhv etməsək X73 X20”. “Malik fikirləş gör Farizi necə ləkələyib işlətdiyi obyekti əlindən alaq?” və sair yalan olduğunu bilə-bilə barəsində həqiqətə uyğun olmayan fikirlər ifadə etmişdir. Həmçinin “Sən arvadını və qızını kimlərin qucağına qoymusansa elə onlar X69 duş altında çimizdircəklər”, “Yadında saxla kı, ay X109, o yediyin ... görə X88 verəcəksən, X132 zaman Xəyal da arvadının yanında olacaq”, “Mənim qarşımı heç X99, arvadı ... . Özün də sübut edəcəksən. Hələ ki, arvadının gizli X100. Yaxşımı”, “X101 X34 Səkinə kimdir? Neftçilər metrosu tərəfindən X19 nəçidir? MƏŞHURLARDANDİR”, “Su idarəsi borca görə suyu dayandırıb, X137 müdaxilə edir”, “X141 X122 o X65 dəstəsinin darmadağın olunmasına”, “Arvadı onun bunun qucağından düşməyən, sənə demişdim axı mənə ilişmə. X118 ləkələnəcəksən. Ay boynuyoğun. X139 eləmişdimsə, adamlıqdan da salan mən olacam. Səndən Allah da imtina edib”, “Nəyi isə bura qoymağa qorxuram. Fikirləşirəm ki, qızı fahişə deyər ki, bu bağı da X120 Fariz. Səkinə ay Səkinə, sənə qoysin Vosmoy d...ə”, “X111 bu aralarda peşimandı ki, X133 ərə getmişəm inanın səmimiyyətimə.. Hələ bu harasıdır, konsert X90!". “X74 və X41 21700 azn pul ödəmişəm”, “Gör bu yekə qarın nə qədər axmaqdır ki, mən tutulanda gəlib qardaşıma deyib ki, Farizin buraxılmağını istəyirsənsə obyekti mənə təhvil verin!", “X43. İmişli rayonu. Mənə öz avtomobilini 21700 mülki etibarnamə əsasında satmış, lakin adıma keçirtmək istəyəndə məlum oldu ki, etibarnaməni DƏLƏDUZLUQ məqsədi ilə ləğv etdirmişdir, pulumu da mənimsəmişdir. X130”, “8-ci km bazarında 1 nömrə pul qatlayan Şöhrət Qafarov”, “Məndən aldığın o 21700 azn gec tez qaytaracaqsan özü də qan şəkilində" və sair şərəf və ləyaqətini ləkələyən fikirlər ifadə etmişdir. Bir daha göstərir ki, həmin X14 telefonunda olan statusda və “@fariz_abbaszadeh” adlı “Tik-tok” sosial şəbəkəsində yayılmış nalayiq söyüşləri, onu tanıyan çoxsaylı şəxslər də, habelə qohumlar da eşitmişlər və ona çoxsaylı zənglər edərək onu söyülən həmin söyüşləri eşitdiklərini bildirmişlər. Beləliklə, F.Abbaszadənin onun barəsində yaydığı böhtan və təhqirlər, məlumatlar qeyri-müəyyən şəxslər dairəsini əhatə etmişdir. F.Abbaszadənin onun şərəf və ləyaqətini nalayiq formada alçaldaraq onun barəsində ifadə etdiyi fkirlər olmaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi ilə ifadə olunmuşdur. F.Abbaszadə həmin hərəkətləri mütəmadi olaraq davam etdirmişdir. F.Abbaszadənin göstərilən hərəkətləri ilə bağlı Bakı şəhəri Nizami rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətə baxılarkən Fariz Abbaszadə izahatında “@fariz_abbaszadeh” adlı “Tik-tok” sosial şəbəkəsində mövcud olan hesabın ona məxsus olduğunu, Şöhrət Qafarov barədə paylaşılan məlumatların onun tərəfindən paylaşıldığını bildirmişdir. Bakı şəhəri Nizami rayon prokurorluğunun 953-Ş-23 saylı məktubu ilə ona xüsusu ittiham qaydasında məhkəməyə müraciət elmək huququnun olması izah edilmişdir. Fərdi sahibkardır. İşi ilə əlaqədar onu və ailə üzvlərini çoxsaylı sakinlər tanıyırlar. Himayəsində yeniyetmə uşağı vardır. Onu layiqli vətəndaş kimi tərbiyə edir. Həmçinin ailə başçısıdır, qudaları və kürəkəni vardır. Cəmiyyətdə (qohum-qonşular, el arasında və onu tanıyanlar arasında) sakit və tərbiyəli şəxs kimi hörmətə malikdir. Göründüyü kimi, Fariz Abbaszadənin onun barəsində yaydığı və onun şərəf və ləyaqətini ləkələyən məlumatlar onun statusunda “@fariz_abbaszadeh” adlı “Tik-tok” sosial şəbəkəsində yayılması, X6 verdiyi izahatında “@fariz_abbaszadeh" adlı “Tik-tok” sosial şəbəkəsində mövcud olan hesabın ona məxsus olması və barəsində paylaşılan məlumatların onun tərəfindən paylaşıldığını bildirilməsi ilə etiraf olunmuşdur. Həmin məlumatların əhatə etmə dairəsinə görə sakinlər arasında, qohumlar, tanışlar arasında yayılmaqla çoxsaylı şəxslər dairəsini əhatə etmişdir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqinda Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. X14 telefonunda olan statusda və “@fariz_abbaszadeh” adlı “Tik-tok" sosial şəbəkəsində onun barəsində foto şəkillərini yerləşdirərək üzərində “məni şərləmək istəyənlər”, “Şəkildəki epizod: Şöhrət Malikə deyir ki, be Farizi necə X125, X126 X73 X20”. “Malik fikirləş gör Farizi necə ləkələyib işlətdiyi obyekti əlindən alaq?” və sair ifadə etdiyi fikirlər yalan olduğunu bilə-bilə barəsində həqiqətə uyğun olmayan məlumatların yayılmasından ibarətdir. Həmin tikirləri yaymaqla ona qarşı Azərbaycan Respublikası CMnin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - böhtan hesab edilir. Həmçinin “'Sən arvadını və qızını kimlərin qucağına qoymusansa elə onlar X69 duş altında çimizdircəklər", "Yadında saxla ki, ay boynuyoğun peysər, o yediyin .. görə X88 verəcəksən, X132 zaman Xəyal da arvadının yanında olacaq", "Mənim qarşımı heç X99, arvadı ... . Özün də sübut edəcəksən. Hələ ki arvadının gizli X100. Yaxşımı”, “X101 X34 Səkinə kimdir? Neftçilər metrosu tərəfindən X19 nəçidir? MƏŞHURLARDANDİR'", "Su idarəsi borca görə suyu dayandırıb, X137 müdaxilə edir", "Az qaldı, çox X122 o X65 dəstəsinin darmadağın olunmasına", "Arvadı onun bunun qucağından düşməyən sənə demişdim axı mənə ilişmə. X118 ləkələnəcəksən. Ay boynuyoğun. X139 eləmişdimsə, adamlıqdan da salan mən olacam. Səndən Allah da imtina edib”, "Nəyi isə bura qoymağa qorxuram, fikirləşirəm ki, qızı fahişə deyər ki, bu bağı da X120 Fariz. Səkinə ay Səkinə, sənə qoysin Vosmoy d...ə", “X111 bu aralarda peşimandır ki, X133 X103 səmimiyyətimə.. Hələ bu harasıdır konsert X90!", "X74 və X41 21700 azn pul ödəmişəm", "Gör bu yekə qarın nə qədər axmaqdır ki, mən tutulanda gəlib qardaşıma deyib ki, Farizin buraxılmağını istəyirsənsə obyekti mənə təhvil verin!", "X43. İmişli rayonu. Mənə öz avtomobilini 21700 mülki etibarnamə əsasında satmış, lakin adıma keçirtmək istəyəndə məlum oldu ki, etibarnaməni DƏLƏDUZLUQ məqsədi ilə ləğv etdirmişdir, pulumu da mənimsəmişdir. X130", "8-ci km bazarında 1 nömrə pul qatlayan Şöhrət Qafarov", "Məndən aldığın o 21700 azn gec tez qaytaracaqsan, özü də qan şəklində” və sair şərəf və ləyaqətini ləkələyən fikirlər isə onun barəsində əxlaqi prinsiplər, cəmiyyət və ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaradılmasına doğru yönəldilmiş fikirlərdir. Bununla da ona qarşı Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - təhqir hesab edilir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqinda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu ii 7№-li Qəranının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Həmin Qərarın 5-ci bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılsın ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. X2 və “@fariz_abbaszadeh” adlı “Tik-tok" sosial şəbəkəsində onun barəsində yalan olduğunu bilə-bilə yaydığı, barəsində ifadə etdiyi şərəf və ləyaqətini ləkələyən fikirlər əxlaqi prinsiplər, cəmiyyət və ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaradılmasına doğru yönəldilmiş fikirlərdir. Göstərilənlərə əsaslanaraq 01 iyul 1977-ci il tarixdə İmişli rayonunda anadan olmuş, ünvan 3 ünvanında yaşayan X14 Azərbaycan Respublikası CM-nin 147.1, 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasına dair xüsusi ittiham qadasında şikayətlə müraciət etmişdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. 1. Hazırkı şikayətində göstərir ki, şikayət edən şəxs kimi öz statusunu xüsusi ittiham qaydasında şikayət edən şəxs statusunda qeyd etmişdir. 2. Hazırkı şikayətin tərtib edildiyi tarix xx.xx.2025-ci il, şikayətin tərtib edildiyi yer isə Bakı şəhəridir. 3. X14 telefonunda olan statusda və “@fariz_abbaszadeh” adlı “Tik-tok” sosial şəbəkəsində onun barəsində foto şəkillərini yerləşdirərək üzərində “məni şərləmək istəyənlər”, “Şəkildəki epizod: Şöhrət Malikə deyir ki, be Farizi necə X125, X126 X73 X20”, “Malik, fikirləş gör Farizi necə ləkələyib işlətdiyi obyekti əlindən alaq?” və sair ifadə etdiyi fikirlər yalan olduğunu bilə-bilə barəsində həqiqətə uyğun olmayan məlumatların yayılması böhtandır. Bu isə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin tərkibini varadır. 4. Həmçinin statusda və “@fariz_abbaszadeh” adlı “Tik-tok” sosial şəbəkəsində onun barəsində ifadə etdiyi “Sən arvadını və qızını kimlərin qucağına qoymusansa elə onlar X69 duş altında çimizdircəklər”, “Yadında saxla ki, ay boynuyoğun peysər o yediyin ... görə X88 verəcəksən, X132 zaman Xəyal da arvadının yanında olacaq”, “Mənim qarşımı heç X99, arvadı .... Özün də sübut edəcəksən. Hələ ki arvadının gizli X100. Yaxşımı”, “X101 X34 Səkinə kimdir? Neftçilər metrosu tərəfindən X19 nəçidir? MƏŞHURLARDANDİR”, “Su idarəsi borca görə suyu dayandırıb, X137 müdaxilə edir”, “X141 X122 o X65 dəstəsinin darmadağın olunmasına”, “Arvadı onun bunun qucağından düşməyən sənə demişdim axı mənə ilişmə. X118 ləkələnəcəksən. Ay boynuyoğun. X139 eləmişdimsə, adanmlıqdan da salan mən olacam. Səndən Allah da imtina edib.” “Nəyi isə bura qoymağa qorxuram. Fikirləşirəm ki, qızı fahişə deyər ki, bu bağı da X120 Fariz. Səkinə ay Səkinə, X110 d...ə.” X111 bu aralarda peşimandı ki, X133 X103 səmimiyyətimə.. Hələ bu harasıdır, konsert X90!”, “X74 və X41 21700 azn pul ödəmişəm.” “Gör bu yekə qarın nə qədər axmaqdır ki, mən tutulanda gəlib qardaşıma deyib ki, Farizin buraxılmağını istəyirsənsə obyekti mənə təhvil verin!”. “X43. İmişli rayonu. Mənə öz avtomobilini 21700 mülki etibarnamə əsasında satmış, lakin adıma keçirtmək istəyəndə məlum oldu ki, etibarnaməni DƏLƏDUZLUQ məqsədi ilə ləğv etdirmişdir, pulumu da mənimsəmişdir. X130”, “8-ci km bazarında 1 nömrə pul qatlayan Şöhrət Qafarov”, “Məndən aldığın o 21700 azn gec tez qaytaracaqsan özü də qan şəkilində” və sair şərəf və ləyaqətini ləkələyən fikirlər isə təhqirdir. Bu isə CM-nin 148-ci maddəsinin tərkibi yaradır. Beləliklə, şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi üçün əsaslar yoxdur. Buna görə də şikayəti icraata qəbul edilməlidir. F.Abbaszadənin onun barəsində ifadə etdyi təhqirlər ünvan 3 ünvanından yayılmışdır. Həmin ünvan isə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Həmçinin Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Odur ki, F.Abbaszadənin ona qarşı törətdiyi Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli ərazi və məhkəmə aidiyyətinə görə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə aiddir. Göstərilənlərə əsasən 01 iyul 1977-ci il tarixdə İmişli rayonunda anadan olmuş, ünvan 3 ünvanında yaşayan X14 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarilmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X43 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, X14 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X36 özünü Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şöhrət Qafarov, Qəşəm Əliyev və Şahid1 artıq 2 ilə yaxındır ki, bu prosesə başlamışlar. Qəşəm Əliyev də ona qarşı xüsusi ittiham qaydasında şikayət vermiş, lakin uduzmuşdur. Şöhrət Qafarov ona maşın satmış, maşın söhbətindən sonra bu adamlar hamısı meydana çıxmağa başlamışlar. Şöhrət Qafarov 2 ildən çoxdur ki, onuntelefonunda blokdadır. Həmçinin, Qəşəm və Gülşən də blokdadırlar. Onun iki “TikTok” səhifəsi olmuşdur. O, Nizami rayon prokurorluğunda da qeyd etmişdir ki, son zamanlar istifadə etdiyi “TikTok” səhifəsi “Fariz Abbaszadeh” adlı səhifə olmuşdur, oğlu da onun “TikTok” səhifəsinə tez-tez girmiş, o da istifadəçi olmuşdur. Onun səhifəsində ola bilər ki, həmin şəkillər paylaşılsın, lakin amma xüsusi ittihamçının dediyi sözlər yazılmamışdır. O Nizami rayon prokurorluğunda da bildirmiş, hazırda da bildirir və bununla bağlı 3 disk də təqdim edir ki, həmin disklərdə xüsusi ittihamçının şəkilini və videolarını paylaşmışdır, lakin orada təhqir və böhtan xarakterli heçnə olmamışdır. “Fariz Abbaszadə” səhifəsi 2-3 ilin səhifəsi olmuşdur, hazırda o səhifə yoxdur. Xüsusi ittihamçının təqdim etdiyi şəkillərin çoxu “TikTok”da süni yaradılmış səhifədir, “Whatsapp” statusları isə saxta profillərdə qoyulmuşdur, heç nömrə də yoxdur. Onun “TikTok” səhifəsində həmin şəkillər indi də var və şəkilləri oradan götürüb saxta səhifə açıb onların üstünə nə isə yazıla bilər. Şəkillər onun “Whatsapp” tətbiqində olan şəkillərdir. Oradan götürələrək süni olaraq səhifələr yaradılmışdır. Heç birisi sübuta yetirilmir və heç biri də ona aid deyildir. Ona qarşı qaldırılan ittiham əsassız olduğuna görə barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 1996-cı ildə Naxçıvan MR-dan gəlmişdir. H.Əliyev adına parkın müdiri işləmiş, ondan sonra başqa işə getmişdir. Hal-hazırda Yaşıllaşdırma İdarəsində işləyir. H.Əliyev adına park Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşir. Parkın içərisində obyektlər var. Fariz Abbaszadə və Şöhrət Qafarovun orada obyektləri olmuşdur. Hər ikisini orada tanımışdır. Fariz Abbaszadə ilə daha yaxın münasibəti olmuş, Fariz onu qohumunun, dostunun toyuna da dəvət etmişdir. Aralarında heç bir problem, düşmənçilik olmamışdır. Şöhrətlə Farizin arasında avtomobil məsələsi olanda da nə polis orqanında, nə prokurorluqda, nə də məhkəmədə iştirak etmişdir. Birinci dəfədir ki, məhkəmədə iştirak edir. Yalan danışmamış, həqiqətin və ədalətin tərəfində durmuşdur. Farizlə Şöhrətin arasında avtomobil söz-söhbəti olmuşdur. Fariz sosial şəbəkələrdə, stutuslarda müəyyən şeyləri qoymuşdur. Ona bir neçə dəfə də demişdir ki, bu, yolverilməzdir. Ailəsini, arvadını, uşağını bu işə qatma, yəni bu işlə məşğul olmasın. “Whatsapp” statuslarında görmüşdür. Bunlardan biri Şöhrətin yoldaşı Səkinənin adını sözlərlə yazmışdır ki, “konsert qabaqdadır, gözəlim” olmuşdur, biri də “yoldaşı məşhurlardandır”, o da ona bu hərəkəti etməməsini demiş, etiraz etmişdir ki, onun arvadını bu işə qatmasın, paylaşmasın, əgər problemi varsa onun özü ilə danışsın, etməsin, bu ona baş ağrısı verəcəkdir, məsuliyyət yaradacaqdır, çörək kəsdiyinə görə ona bu barədə xəbərdarlıq etmişdir. Həmin statusları saxlamışdır ki, onun özünə göstərsin ki, belə şeyləri etməsin. Statusda Şöhrətin arvadının şəklini görməmişdir. Adını yazmışdır, heç Şöhrətin arvadını tanımır. Statusda Şöhrətə başqa sözlər yazmışdır, ardınca da onun arvadına həmin sözləri ünvanlamışdır. Telefonunda da bu statuslar var, ona göndərmişlər, yəni statusdan surətini götürüb saxlamışdır. Yazılmışdır ki, “kim istəyir İmişliyə getsin, Səkinəni soruşsanız kimdir, nəçidir, bildirəcəklər ki, Səkinə məşhurlardandır”. Ondan başqa onun statuslarında da adamlar vardır, onlar da onun statusuna baxırlar. Bir də yazmışdır ki, “X111 bu aralarda peşimandır ki, mən belə çumoya ərə getmişəm, inanın səmimiyyətimə, hələ bu harasıdır, konsert qabaqdadır”. Əvvəlki statuslarda isə “mən bu arvadına, qızına yalandan söydürənə 21.700 manat pul ödəmişəm” yazmışdır. F.Abbaszadənin 3 telefon nömrəsi - ***-***-**-**, ***-***-**-**, ***-***- **-** olmuş, paylaşımları həmin nömrələrdən etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X36 Şahid4 ifadəsinə münasibətdə bildirmişdir ki, ***-***-**-**, ***-***-**-** olan nömrələr ona məxsus olmuş, lakin hazırda həmin nömrələr işləmir, lakin ***-***-**-** nömrəsi isə ona məxsus olmamışdır. Həmçinin şahidin guya ona yaxınlaşıb Şöhrətin haqqında paylaşımlar etməməsini deməsi ilə bağlı bildirdikləri yalandır, belə bir şey olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Avand” adlı çay evində administrator işləyir, Şöhrət Qafarovun işçisidir. Fariz Abbaszadə “Whatsapp” tətbiqinin status bölməsində Şöhrət Qafarov barəsində şəkillər paylaşmışdır. Həmin şəkilləri görmüşdür. Fariz Abbaszadə ona zəng vurub Şöhrətə həmin şəkillərini onun göstərib-göstərmədiyini soruşmuş, o isə Şöhrətə heç bir şəkil göstərmədiyini və onun nömrəsini siləcəyini bildirmiş və daha sonra Farizin nömrəsini telefonundan silmişdir. Daha sonra şəkilləri görməmişdir. Fariz özü də onun nömrəsini telefonundan silmişdir. Fariz Abbaszadənin statusu hansı tarixdə paylaşdığını dəqiq bilmir, amma təxminən bir il yarım, iki ilə yaxındır ki, həmin paylaşımları görmüşdür. Şöhrət Qafarovun fotoşəkilləri üzərində onun haqqında təhqiramiz, insanın şəxsiyyətini alçaldan sözlər – cındır, peysər kimi sözlər yazılmışdır. Daha sonra Fariz Abbaszadə ona zəng vurmuş və aralarında danışmışıb razılığa gəlmişlər ki, telefonlarından bir-birilərinin nömrəsini silsinlər və o, bir daha onun paylaşdığı şəkilləri görməsin. Farizin nömrəsini tam bilmir, amma sonuncu rəqəmləri 93 olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X36 Şahid2 ifadəsinə münasibətdə bildirmişdir ki, onun sonuncu rəqəmləri 93 olan nömrəsi olmuş, lakin 2022-2023-cü illərdə həmin nömrəni o yox, Ləman Xanbabayeva adlı tanışı işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Fariz Abbaszadənin yanında 2015-ci ildən 2023-cü ilin dekabrın 21-nə, Şöhrət Qafarov ilə aralarında mübahisə olana qədər işçi olaraq işləmiş, həmçinin Farizlə 9 il qeyri-rəsmi münasibətdə olmuşdur. Fariz Abbaszadənin və Şöhrət Qafarovun parkın içərisində obyektləri olmuşdur. Şöhrət Qafarov “Avand” adlı çay evini, Fariz Abbaszadə isə “Çay sarayı” adlı obyekti işlətmişdir. Onların söz-söhbəti olan zaman o, Farizin yanında olmuş, Fariz onun yanında “TikTok” sosial şəbəkəsində, “Whatsapp” tətbiqinin statusunda paylaşımlar etmişdir. Şöhrət Qafarovun arvadı və qızı haqqında yazmış və bildirmişdir ki, elə edəcəm ki, onun qızını heç kim almasın. Bundan başqa bildirmişdir ki, Şöhrətin arvadının yanında gedirəm, 15 manat endirim edirəm, onun puluna Şöhrət arvadına alt paltarları alır. O, Farizə Şöhrətin arvadı və qızı haqqında paylaşımlar etməməsini, əgər problemləri varsa Şöhrət ilə aralarında həll etmələrini bildirmişdir. Fariz onun yanında gizli nömrələrdən hesablar açıb paylaşımlar etmiş, xarici və saxta hesablardan sosial şəbəkələrdə paylaşımlar etmiş, hətta onun da şəkillərini paylaşıb təhqir etmiş və qardaşının da adını çəkmişdir. Fariz onu şahid tutmuşdur ki, guya o, Şöhrətə maşına görə 8.700 manat pul vermişdir. O da istintaqda Şöhrətə 8.700 manat vermədiyini bildirmiş və bundan sonra bu söz-söhbət başlamışdır. Axırıncı məhkəmə fevralın 12-si olmuş, o, məhkəməyə getmədiyinə görə Fariz onun şəkillərini də paylaşmışdır. Həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, o, Farizin təkidi ilə Ləman Xanbabayeva adlı qadının onun evindən guya 1850 manat pul oğurlaması ilə bağlı polis orqanında və məhkəmədə yalan ifadə vermişdir. Şöhrət barəsində də yalan ifadə verməyə məcbur etmək istəmiş, lakin o, bunu etməmişdir. O, Farizin obyektindən rəsmi olaraq 2023-cü ilin oktyabr ayında çıxsa da, dekabr ayının 21-nə qədər orada işləmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X36 Şahid1 ifadəsinə münasibətdə bildirmişdir ki, şahid bildirir ki, o guya onu yalançı şahid tutmuşdur. Haradan bilinsin ki, o, burada da yalançı şahidlik roluna girməmişdir. Həm də şahid bildirmişdir ki, 2023-cü ilin dekabr ayının 21-dən işdən azad olunmuşdur, lakin o, oktyabr ayının 09-da öz ərizəsi ilə artıq işdən azad olunmuşdur. Həmçinin notariusa gedib bildirmişdir ki, istintaqda yalan ifadə vermişdir. Şahid yalan və böhtanla həyatını qurmuşdur, hamısının sübutları da vardır. Bundan öncə də Nizami rayon prokurorluğuna onun haqqında sosial şəbəkələrə görə şikayət etmiş, lakin bu, öz təsdiqini tapmamışdır. Həmin müstəntiq də işi düzgün aparmadığına görə işdən azad olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şöhrət Qafarovun işlətdiyi “Avand” restoranında ofisiant işləyir. Fariz Abbaszadə müdiri Şöhrət Qafarovun “TikTok” səhifələrində neçə dəfə şəkilləri, videoları təhqiramiz sözlərlə paylaşmış və canlı açıb Şöhrət Qafarov barəsində təhqiramiz sözlər işlətmişdir. Onun “TikTok” səhifəsi var və həmin paylaşımları özü də görmüşdür. Paylaşımlar 2024 və 2025ci illərdə olmuşdur. Videoları “TikTok” hesabında Qismət Xəlilov adlı şəxs paylaşmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X36 Şahid3 ifadəsinə münasibətdə bildirmişdir ki, o, “TikTok” sosial şəbəkəsində heç vaxt canlı yayım açmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X54 ifadəsində bildirmişdir ki, Goranboy rayonunda avtomobili vardır və yük daşıma ilə məşğul olur. 5-6 il əvvəl Fariz Abbaszadənin yanında, parkın içərisində olan obyektdə, çayçıda ofisiant işləmişdir. Şöhrət Qafarovu da tanımışdır. X39 Qafarovu və ya başqa şəxsləri, eyni zamanda Şöhrət Qafarovun da Fariz Abbaszadəni təhqir etdiyini, sataşdığını, söydüyünü görməmişdir. Hər ikisi ilə də münasibəti olmuş, onların hər ikisinin də telefon nömrələri onda olmuşdur. Onların aralarında olan münasibəti eşitmişdir, belə ki, aralarında maşın məsələsi olmuşdur. Fariz Abbaszadə ilə bir yerdə olarkən onun Şöhrət Qafarovun arxasınca danışdığını görməmişdir. Maşın barədə aralarında pul haqq-hesabları olmuş, o barədə danışdığını eşitmiş, ancaq söyüş söydüyünü eşitməmişdir. X47 söyməsi ilə bağlı hər hansı bir videonu Şöhrətə göndərməmişdir. Onun “TikTok” səhifəsi olmamış, “Whatsapp” tətbiqindən istifadə etmiş, lakin orada da Fariz Abbaszadənin statusunda Şöhrət Qafarovla bağlı video görməmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X43 şahid X30 ifadəsinə münasibətdə bildirmişdir ki, şahid yalan danışır, o, Farizin onu söyməsi ilə bağlı səs yazısını ona və başqa şəxsə atmışdır, həmçinin şahidin onunla münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X44 ifadəsində bildirmişdir ki, Fariz Abbaszadə qonşusudur, uşaqlıqdan bir yerdə böyümüşlər. Farizin telefon nömrəsi onda var, onun “Whatsapp” tətbiqində paylaşdığı statuslar onda görünür. “TikTok” səhifəsindən də istifadə edir. Farizin “TikTok” səhifəsi onda vardır, onun paylaşımlarını görür. O, “Whatsapp” statuslarında Farizin kimi isə təhqir etdiyini, söydüyünü görməmişdir. Fariz ilə Şöhrətin arasında nə problemlərinin oldunu eşitməmişdir. Şöhrət ilə onun arasında münaqişənin şər-xəta üstündə olduğunu bilmişdir. Fariz ilə Şöhrətin əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Lakin o, münasibətlərinin nə üstündə porzulduğunu bilməmişdir. O, 6 ildir ki, Farizin yanındadır, ümumiyyətlə onun ağzından söyüş çıxdığını eşitməmişdir. Farizin “Whatsapp” statusunda kimi isə təhqir etdiyini görməmiş, statusda paylaşımlarını, canlı yayımlarını görməmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X43 şahid X25 ifadəsinə münasibətdə bildirmişdir ki, şahidin Fariz haqqında danışdıqları barədə onda səs yazıları vardır və həmin səs yazılarını şahid özü ona göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xüsusi ittihamçı tərəfindən təqdim edilmiş fotoşəkillər aşağıdakı kimidir: “Yeni Ömresi F...” adlı istifadəçi tərəfindən paylaşılmı Fariz Abbaszadənin əlində avtomobil dövlət qeydiyyat nişanını tutduğu fotoşəkil və fotoşəklin altında “X48 dandıqı X17” sözləri yazılmışdır; “Fariz C Saray” adlı istifadəçi tərəfindən paylaşılmış Fariz Abbaszadənin və daha iki nəfər şəxsin fotoşəkli və fotoşəklin altında “Güc Birlikdədir!” sözləri yazılmışdır; Fariz Abbaszadənin fotoşəkli və yanında “X96 tamamilə məhf etməyincə Səndən əl çəkməyəcəm” sözləri yazılmışdır; Əlində şəxsiyyət vəsiqəsi tutmuş qadın fotoşəkli və şəklin altında “Bu “xanım” Şahid1 (el arasında Gülü çağırılır) şöhrətin yanında ofisiant işləyir. X11 Virusu Daşıyıcısıdır və Keçicidir. Ehtiyatlı Olun!” sözləri yazılmışdır; Əlində Şahid1 şəxsiyyət vəsiqəsini tutmuş qadın fotoşəkli və şəklin altında “X97 Həvəsə Düşmüşdülər, X123 X59, Ən Aşaqısı 7 il Həbs Gözləyir, Çay Sarayı şöhrətlə mən 50/50 işlədəcəyik” sözləri yazılmışdır; “@fariz_abbaszadeh” adlı istifadəçi tərəfindən paylaşılmış Fariz Abbaszadənin avtomobillərinin yanından keçərkən çəkilmiş fotoşəkli və fotoşəklin altında “X142 Olunan Avtomobillər” sözləri yazılmışdır; Fariz Abbaszadə adlı istifadəçinin sosial şəbəkə şəhifəsinin fotoşəkli; Yolda gedən qara rəngli bir avtomobilin arxa tərəfdən çəkilmiş fotoşəkli və altında “X98 X49 Görən Olmasın” sözləri yazılmışdır; “Fariz təzə park” adlı istifadəçi tərəfindən paylaşılmış əlində Şahid1 şəxsiyyət vəsiqəsini tutmuş qadın fotoşəkli və şəklin altında “X78 Olun! Əslən Saatlı Rayonundan X140 X12 Quraraq,X40 X86” sözləri yazılmışdır; “X131” adlı istifadəçi tərəfindən paylaşılmış altlarında Qafarov Şöhrət, Əkbərov Taleh, Nəsibli Əlizamin, Əliyev Qəşəm adları yazılmış 4 ədəd fotoşəkil və həmin fotoşəkillərin altında “X87 X32” sözləri yazılmışdır; “Fariz 055” adlı istifadəçi tərəfindən “X108 X109 O X116 X88 Verəcəksən, X132 X60 Yanında Olacaq!” statusu paylaşılmışdır; “Fariz 055” adlı istifadəçi tərəfindən “Sən Arvadını və X50 X68 X69 X27” statusu paylaşılmışdır; “Fariz 055” adlı istifadəçi tərəfindən “X124 X99, Arvadı Qəhbə. X61. X79. X70 X100. Yaxşımı” statusu paylaşılmışdır; Rəngli fonda “Şöhrətin mənimlə yersiz düşmənçilik fikrinə düşməsinin səbəbi onun yanında vaxtı ilə işləmiş İrina adlı xanımla 1 ildən yuxarı müddətə Sevqili olmaları və Şöhrəti külli miqdarda borca saldıqı üçün mən tərəfdən Şöhrəti ayıldaraq İrinadan ayırmaqım olub. Hətda İrina ilə Şöhrət 1 yerdə olduqları zaman İrina Türkiyəyə yüksək səviyyədə yola salınması və onun Türkiyədə bütün xərclərinin Şöhrət tərəfdən qarşıladığı zaman məndəndə ümumilikdə 16000 manat pul götürmüşdür. Şöhrətin mənimlə bu qün Qisas almaq fikrinə düşməsinin səbəbi İrina ilə Şöhrəti ayırmaqımdır. Şöhrət İrina ilə ayrıldıqdan sonra mənimlə dəfələrlə yüksək dərəcədə Söz mübahisəsi edərək məni qünahlandırmışdır” sözləri yazılmışdır; Rəngli fonda “Məni günahlandırarkən İrinasız qala bilmirəm kəlmələrinin işlədməsi olmuşdur. Şöhrət İrina ilə birlikdə olan zaman xəstəlik səviyyəsinə az qala qəlib çatmışdır. X117 qəsəbəsinə qardaşı evinə qedən zaman Şöhrət ona inanmayaraq Səhər açılana qədər mənim avtomobilimlə hərəkət edərək onun qapısında yatırdı. İrinaya qörə onun yanında vaxtı ilə kəbabçı işləmiş Pərvizidə qisqanclıq mənasında dəfələrlə oradan uzaqlaşdırmaq istəmişdir. Axrıncı dəfədə Şöhrət İrinanı döymək istəyərkən İrina kömək üçün qaçaraq Xətai rayon polis bölməsinə özünü soxmuşdur. Bütün bu baş verənləri mən qördükdə Şöhrəti ayıldaraq ondan qurtulmasını və uçuruma qetdiyini başa saldım. X33 Oldu...” sözləri yazılmışdır; Rəngli fonda “X101 X34 Səkinə Kimdir? X18 X19 Nəçidir? MƏŞHURLARDANDİ” sözləri yazılmışdır; “Abbasov Fariz” adlı istifadəçi tərəfindən paylaşılmış kişi şəkli və altında “X62 X89 İdarəsi Borca Görə Suyu Dayandırıb, X137 X71” sözləri yazılmışdır; Rəngli fonda “Arvadı onun bunun qucaqından düşməyən Sənə demişdim Axı Mənə ilişmə, X118 Ləkələnəcəksən. AY Boynuyoğun! X139 Eləmişdimsə, X72 Olacam. X80 Edib!” sözləri yazılmışdır; Həyətdə hasara alınmış yerdə ev quşlarının olduğu fotoşəkil və altında “X102 Qorxuram, X51 X119 X120 Fariz. SƏKİNƏ ay SƏKİNƏ, X110 D.......Ə” sözləri yazılmışdır; Rəngli fonda “X111 X63, X133 X103 Səmimiyyətimə.. Hələ bu Harasıdır, konsert X90!” sözləri yazılmışdır; “Fariz Malim” adlı istofadəçi tərəfindən paylaşılmış Şöhrət Qafarovun və kişi cinsli başqa bir şəxsin fotoşəkli və fotoşəklin altında “Şəkildəki epizod: X81, X138 X125, X126 X73 X20” sözləri yazılmışdır; Rəngli fonda “X74 və X41 21700 azn pul ödəmişəm” sözləri yazılmışdır; “Fariz Abbaszadeh” adlı istifadəçi tərəfindən sosial şəbəkədə “X10 bildirmək istəyirəmki, 2017-ci ildə özümə Şərik kimi qətirdiyim və əlini çörəyə çatdırdıqım İmişli rayonu Rəsullu kənd sakini X43 2023-cü ilin Oktyabr ayında 6 nəfər şəxsi ətrafına toplayıb X87 Elətdirmək İstəyirdi. Cinayət İşi açılıb 2 dəfə X82 seçilsə də 6 ay sürən araşdırmadan sonra Mənə BƏRAƏT verilmişdir. X127 Nazirliyi və Baş Prokurorluq Rəhbərliyindən X91 edirəmki Sizə ünvanladıqım Məktublarım Nəzarətinizə alınsın və bu Şəxslər Həyata keçirmək istədikləri ÇİRKİN əməllərinə görə X13 Cəlb Olunsunlar” sözləri yazılmışdır; Şöhrət Qafarovun fotoşəkli və fotoşəklin altında “Qafarov Şöhrət – Vosmoy Bazar ərazisində vaxtı ilə X64 ilə məşqul olan 1 nömrəli Şəxs. Hal hazırda isə insanların malına, mülkünə göz tikən 1 nömrəli DƏLƏDUZ-dur” sözləri yazılmışdır; “Fariz təzə park” adlı istifadəçi tərəfindən paylaşılmış bir nəfər kişi və bir nəfər qadının fotoşəkli və fotoşəkillərin altında “Şöhrətin 18.. m.pul X35, Polis İdarəsinin Podvalında 1 X134 X105 X135 Fəxr Edir!” sözləri yazılmışdır; “Fariz Abbaszadə” adlı istifadəçi tərəfindən sosial şəbəkədə “Yasamalda “Palmera” restoranı yanında Məhəmməd Xiyabani küçəsində yerləşən 9 mərtəbəli binada yaşayan X5 Ailəsi başda qızı Ayşə olmaqla məni 30 qündə 10 dəfə 102 xidmətinə şikayət ediblər. Səbəbisə Bunların mənə söylədiyi Ağılaqəlməz təklifləridi və sanki qızları Ayşənin PanikAtak xəstəliyinə düçar olmasıdır. Söyüş, Təhqir Hədələridəki demək istəmirəm...” sözləri paylaşılmışdır; Fariz Abbaszadənin fotoşəklinin altında “X75 1% Sizdə Olsaydı” sözləri yazılmışdır; “Fariz C Saray” adlı istifadəçi tərəfindən paylaşılmış Fariz Abbaszadənin əlində avtomobil dövlət qeydiyyat nişanı olan fotoşəkli və fotoşəklin altında “X121 X8” sözləri yazılmışdır; “Fariz Abbaszadeh” adlı istifadəçi tərəfindən sosial şəbəkədə Fariz Abbaszadənin fotoşəkli və yanında “HESAB: 4-2 X112 Davam Edir” sözləri paylaşılmışdır; Rəngli fonda “X141 X122 O X65 X9!” sözləri yazılmışdır; Rəngli fonda “X128 Olacaq!” sözləri yazılmışdır; “Fariz təzə park” adlı istifadəçi tərəfindən paylaşılmış bir nəfər kişi cinsli şəxsin fotoşəkli və fotoşəklin altında “X52 Utanmazda gəlib X53 Mühafizəçilərdən ayda 300 m. alıram. Burnundan gələcək!” sözləri yazılmışdır; “Fariz təzə park” adlı istifadəçi tərəfindən paylaşılmış bir nəfə kişi cinsli şəxsin fotoşəkli və fotoşəklin altında “Adı Taleh. X66 Baxın, X113. X28, xx.xx.2024 tarixdə Nizami Rayon Polis İdarəsində Mənə Şər və Böhtan Ataraq, X106 bundan 15000 m. yuxarı pul almışamki Müdürü olduqum “Çay Sarayı”nı və Şöhrətdən 21700 m. aldıqım Mersedesidə buna verəcəm. Gülməlidi, Amma Təəssüfki X57” sözləri yazılmışdır; +994 55 911 00 12 nömrəli istifadəçi tərəfindən paylaşılmış altında X43 və X67 adları yazılmış iki ədəd fotoşəkil və altında “Əlbir olub mənim 21700 manatımı yeyənlər” sözləri yazılmışdır; - Bakı şəhəri Nizami rayon prokurorluğunda X21 müraciət əsasında toplanmış 892Ş- 23 nömrəli materialdan görünür ki, X4 rayon prokurorluğunda verdiyi izahatında bildirmişdir ki, X31 2017-ci il tarixdən müştəri qismində tanımışdır. Belə ki, o, Bakı şəhəri, Nizami rayonunda yerləşən Heydər Əliyev parkında özünə məxsus “Çay Sarayı” adlı kafeni işlətmişdir. Həmin vaxtı Şöhrət qeyd edilən kafeyə tez-tez gəlmişdir. Bu səbəbdən onunla münasibətləri yaranmışdır. Qeyd edir ki, 2023-cü ilin sentyabr ayının ortalarında Şöhrət özünə məxsus “Mercedes E clas” markalı avtomaşını satmaq istədiyini bildirmişdir. Bu zaman o, ona maşını ala biləcəyini bildirmişdir. Qeyd edilən avtomaşının pulunu o, Şöhrətə hissə-hissə vermişdir. Pulu verilənə kimi Şöhrət avtomaşını ona ümumi etibarnamə əsasında vermişdir. Pul tam verildikdən sonra Şöhrət avtomaşının etibarnaməsini ləğv etmişdir. Bundan sonra o, onun əməlləri barədə Nizami RPİ-yə şikayət vermişdir. Hazırda Nizami RPİ-də qeyd edilən məsələ ilə bağlı araşdırma aparılır. Bildirmişdir ki, Şöhrət ona avtomaşını və sənədlərini təhvil versə də, qeyd edilən avtomaşını adına keçirtmir. Qeyd edilən məsələ ilə bağlı dəfələrlə Şöhrətlə aralarında sözlü mübahisələr olmuşdur. Qeyd edilən mübahisə dövründə Şöhrət İmişli rayonuda yaşayan anası haqqında təhqiramiz ifadələr işlətmişdir. Həm Şöhrətin onun anasına qarşı nalayiq ifadələr işlətməsi, həm də Şöhrətin avtomaşını adına keçirməsinə təsir olacağını düşündüyü üçün bir iki dəfə “fariz_abbaszadeh” adlı tiktok sosial şəbəkəsində Şöhrətin şəklini paylaşaraq, onun ona etibarnamə əsasında avtomaşını satması, etibarnaməni ləğv edərək pulunu ələ keçirməsi barədə paylaşım etmişdir. Bundan sonra da, Şöhrət istifadəsində olan 070- ***-**-** saylı mobil nömrəsindən onun şəklini status bölməsində paylaşaraq onu təhqir etmişdir. Qeyd edilən statuslarda onun şəkillərini paylaşmışdır. O, həmin şəkilləri araşdırmaya təqdim edəcəkdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, araşdırma materiallarına əlavə edilmiş Tik tok sosial şəbəkəsində “@fariz_abbaszadeh” adlı tik tok şəbəkəsindən paylaşılmış 3 ədəd video görüntü onun tərəfindən hazırlanaraq paylaşılmışdır. O, qeyd edilən videoları hansı səbəbdən paylaşdığını qeyd etmişdir. Araşdırma materiallarına əlavə edilmiş fotoşəkillər ola bilər ki, onun tərəfindən paylaşılmışdır. Lakin Şöhrət barəsində şəkillərin altında yazılan təhqiramiz şəkillər ona aid deyildir. Həmin yazıları yəqin ki, Şöhrət qərəzli şəkildə yazaraq özü sonradan paylaşmışdır. O, onun barəsində təhqir yazmamışdır. Əlavə olunmuş şəkillərdən rəngli fon üzərində yazılmış yazılar ona məxsus deyildir. Tərəfindən yazılmamışdır. O, onun həyat yoldaşının adını belə bilmir. Onun ailə üzvləri barəsində ümumiyyətlə hər hansı təhqiramiz fikir bildirməmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-400/2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsulliyyətinə cəlb olunmasına dair X38 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-405/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. “Tik-Tok” sosial şəbəkəsində “@fariz_abbaszadeh” adlı hesabdan 21 dekabr 2023-cü il tarixdən xüsusi ittiham qaydasında şikayətin verildiyi 08 may 2025-ci il tarixinə qədər olan dövrdə X21 foto şəkillərini yerləşdirərək üzərində “məni şərləmək istəyənlər”, “Şəkildəki epizod: Şöhrət Malikə deyir ki, be Farizi necə X125, X126 X73 X20”. “Malik fikirləş gör Farizi necə ləkələyib işlətdiyi obyekti əlindən alaq?”, “'Sən arvadını və qızını kimlərin qucağına qoymusansa elə onlar X69 duş altında çimizdircəklər", "Yadında saxla ki, ay boynuyoğun peysər, o yediyin .. görə X88 verəcəksən, X132 zaman Xəyal da arvadının yanında olacaq", "Mənim qarşımı heç X99, arvadı ... . Özün də sübut edəcəksən. Hələ ki arvadının gizli X100. Yaxşımı”, “X101 X34 Səkinə kimdir? Neftçilər metrosu tərəfindən X19 nəçidir? MƏŞHURLARDANDİR'", "Su idarəsi borca görə suyu dayandırıb, X137 müdaxilə edir", "Az qaldı, çox X122 o X65 dəstəsinin darmadağın olunmasına", "Arvadı onun bunun qucağından düşməyən sənə demişdim axı mənə ilişmə. X118 ləkələnəcəksən. Ay boynuyoğun. X139 eləmişdimsə, adamlıqdan da salan mən olacam. Səndən Allah da imtina edib”, "Nəyi isə bura qoymağa qorxuram, fikirləşirəm ki, qızı fahişə deyər ki, bu bağı da X120 Fariz. Səkinə ay Səkinə, sənə qoysin Vosmoy d...ə", “X111 bu aralarda peşimandır ki, X133 X103 səmimiyyətimə.. Hələ bu harasıdır konsert X90!", "X74 və X41 21700 azn pul ödəmişəm", "Gör bu yekə qarın nə qədər axmaqdır ki, mən tutulanda gəlib qardaşıma deyib ki, Farizin buraxılmağını istəyirsənsə obyekti mənə təhvil verin!", "X43. İmişli rayonu. Mənə öz avtomobilini 21700 mülki etibarnamə əsasında satmış, lakin adıma keçirtmək istəyəndə məlum oldu ki, etibarnaməni DƏLƏDUZLUQ məqsədi ilə ləğv etdirmişdir, pulumu da mənimsəmişdir. X130", "8-ci km bazarında 1 nömrə pul qatlayan Şöhrət Qafarov", "Məndən aldığın o 21700 azn gec tez qaytaracaqsan, özü də qan şəklində” kimi paylaşımlar edilmişdirmi? 2. Qeyd olunan paylaşımlar ***-***-**-**, ***-***-**- **, ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin “WhatsApp” hesabında paylaşılmışdırmı? - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-5/1213/2025 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, 1(006)-405/2025 №-li iş üzrə 26 noyabr 2025-ci il tarixdə təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizasının aparılması və rəyin verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Məlumat üçün bildirilir ki, ekspert qarşısında qoyulmuş suallarda qeyd olunan “TikTok” sosial şəbəkəsi və “WhatsApp” proqram təminatına aid istifadəçi profilləri üzrə xx.xx.2023-xx.xx.2025-ci il tarixlərini əhatə edən zaman intervalında hansı paylaşımların edildiyinin dəqiq müəyyən olunması hazırda Məhkəmə Ekspertiza Mərkəzinin texniki imkanları xaricindədir. Ekspert qarşısında qoyulmuş suallarda qeyd olunan “TikTok” sosial şəbəkəsi və “WhatsApp” proqram təminatına aid istifadəçi profilləri üzrə göstərilən zaman intervalında edilmiş paylaşımların müəyyən edilməsi yalnız həmin sosial şəbəkələrə məxsus serverlərdə saxlanılan, müvafiq istifadəçi profillərinə aid texniki qeydlər əsasında mümkündür. Lakin hazırda qeyd olunan serverlər ölkə hüdudlarından kənarda yerləşdiyindən və həmin serverlərə qoşulma mövcud texniki imkanlar çərçivəsində mümkün olmadığından, bu səbəbdən ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat işinin aparılması hazırda mümkün deyildir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Məhkəmə iclasında proses iştirakçıları tərəfindən təqdim olunmuş 10 ədəd diskə baxış keçirilmişdir. Təqdim olunan birinci diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə “AUDİO_TS” və “VİDEO_TS” adlı iki fayl vardır, “AUDİO_TS” adlı faylı açdıqda həmin faylın boş olduğu görünür, “VİDEO_TS” adlı faylı açdıqda isə orada 06 ədəd fayl olduğu görünür. Həmin fayllardan üçünün açılmadığı və üçündə isə 37 saniyəlik eyni videogörüntünün olduğu müəyyən olunur. Həmin videogörüntüdə müşahidə olunur ki, bir nəfər kişi cinsli şəxs canlı yayımda kamera qarşısında əyləşmiş, yalnız səsi eşidilən başqa bir kişi cinsli şəxs isə “Hələ Şahid1 da məhkəməyə veriləcək, Qəşəm (sonra deyilən söz aydın başa düşülmür) də məhkəməyə veriləcək, Şöhrət (sonra deyilən söz aydın başa düşülmür) də məhkəməyə veriləcək. İkincisi də ki, məhkəməni unuda bilərlər, amma qeyrət, namusları əldən gedib də, çox əfsuslar olsun. Bütün Azərbaycan onları tanıyır, hansı qeyrətin, namusun yiyələridirlər” sözlərini deyir. Kamerada görünən şəxs “Qanun qüvvədədir, narahat olma” bildirir, digər şəxs isə “Bu kimdirsə qanmaz adamdır, denən qanun hələ qüvvədə deyil, qabaqda hələ Ali Məhkəmə var” deyir. Təqdim olunan ikinci diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə iki ədəd fotoşəkil və bir ədəd videogörüntü vardır. Fotoşəkillərdən birində yolda gedən bir maşının arxa tərəfindən çəkilmiş fotoşəkli, altında isə “X98 X49 Görən Olmasın” yazısı yazılması, digər fotoşəkildə həyətdə hasara alınmış yerdə ev quşlarının olduğu fotoşəkil, altında isə “X102 Qorxuram, X51 X119 X120 Fariz. SƏKİNƏ ay SƏKİNƏ, X110 D.......Ə” sözləri yazılmış, videogörüntüdə isə 30 saniyəlik görüntünün olduğu və həmin görüntüdə yolda avtomobilin getdiyi müşahidə olunur. Təqdim olunan üçüncü diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 08 ədəd fayl vardır. Birinci faylda 30 saniyəlik videogörüntünün olduğu və həmin görüntüdə yolda avtomobilin getdiyi müşahidə olunur. İkinci faylda “TikTok” sosial şəbəkəsində “@fariz_abbaszadeh” adlı istifadəçi tərəfindən Şöhrət Qafarovun fotoşəkilinin paylaşıldığı və fotoşəklin üzərində “X43. İmişli rayonu. Mənə öz avtomobilini 21700 mülki etibarnamə əsasında satmış, lakin adıma keçirtmək istəyəndə məlum olduki, etibarnaməni DƏLƏDUZLUQ məqsədi ilə ləğv etdirmişdir, pulumuda mənimsəmişdir” sözlərinin yazıldığı müşahidə olunur. Üçüncü faylda “TikTok” sosial şəbəkəsində “@fariz_abbaszadeh” adlı istifadəçi tərəfindən Şöhrət Qafarovun fotoşəkilinin paylaşıldığı və fotoşəklin üzərində “Qafarov Şöhrət – Vosmoy Bazar ərazisində vaxtı ilə X64 ilə məşqul olan 1 nömrəli Şəxs. Hal hazırda isə insanların malına, mülkünə göz tikən 1 nömrəli DƏLƏDUZ-dur” sözlərinin yazıldığı müşahidə olunur. Dördüncü faylda ikinci faylda olan görüntünün olduğu görünür. Beşinci faylda 01 dəqiqə 22 saniyəlik videogörüntünün olduğu və videonu çəkən şəxslə Fariz Abbaszadənin mübahisə etdiyi və bir-birini təhqir etdikləri müşahidə olunur. Altıncı faylda 12 saniyəlik video görüntünün olduğu və həmin görüntünün arxası kameraya tərəf olan şəxsin gəzə-gəzə telefonla danışdığı görünür. Yeddinci faylda 03 dəqiqə 38 saniyəlik videogörüntünün olduğu, həmin videoda başqa bir telefonun görüntüsünün çəkildiyi və həmin görüntüdə “Fariz M” adı ilə qeyd edilmiş şəxsin status paylaşımları görünür. Həmin paylaşımda Şöhrət Qafarovun uzanmış vəziyyətdə telefonla danışdığı və videonun altında “8inci km bazarında 1 nömrə Pul qatlayan Şöhrət Qafarov”, “Quya bu Qızla Danışır”, “Bu Mənim 21700 mənimsəyən dələduz deyirki mən Şəbnəm Tovuzlunu saxlayıram. Bunun vid fasonuna bax, danışdıqı sözə bax. Bunun özünü saxlayan lazımdır”, “Dünən telefonda buna X93 Göndərdim Qaçdı 102 ni yığdı”, “Deyir Avand kafesində yayda 15 nəfər ara uşağını Cip-cip Cücələrimə oynadmışam. Yalansa sənin oturub işiyənini.......”, “Gəncə təndurində İşləyən çörək bişirəni yolundan çıxarır” sözlərini və butulka şəklinin yanında “Ay Arvadını ona buna hədiyyə edən X136 gözləyir! X129!” sözlərinin yazıldığı müşahidə olunur. Səkkizinci faylda isə “TikTok” sosial şəbəkəsində “@fariz_abbaszadeh” adlı istifadəçi tərəfindən Fariz Abbaszadənin avtomobillərinin yanından keçərkən çəkilmiş fotoşəklinin paylaşıldığı və fotoşəklin altında “X142 Olunan Avtomobillər” yazısının olduğu görünür. Təqdim olunan dördüncü diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə bir ədəd fayl vardır. olduğu və faylı açdıqda Fariz Abbaszadənin fotoşəklinin üzərində “Əla Etdin! Şöhrət Qafarov mənə 21700 manata baş etibarnamə ilə öz maşınını satmış. Pulu tam ödədikdən sonra etibarnaməni ləğv etdirmişdir. Hal hazırda bu işlə bağlı Nizami RPİdə dələduzluq maddəsi ilə araşdırma aparılır” yazısının olduğu müşahidə olunur. Məhkəmə iclasında Fariz Abbaszadə həmin görüntünün onun tərəfindən paylaşıldığını bildirir. Təqdim olunan diskə baxış zamanı diskdə bir ədəd videofaylın olduğu görünür. Fayldakı 16 saniyəlik videogörüntüdə Fariz Abbaszadə ilə Şöhrət Qafarovun nərd oynadığı görünür və videonun fonunda “A kişi, insanlar başa düşmür ki, deyirəm ki, ətrafındakı adamı dəyişməlisən sən, dəyişmək istəyirsənsə, başa düşürsən? Deyir uşaqlıq dostumdur. Qardaş, uşaqlıq dostundur, ya dostunu dəyişginən, ya da ki, ümumiyyətlə dəyiş. Yəni iki dənə mənası var bu sözün. Dostunu da dəyişə bilərsən və onu dəyişə bilərsən” sözlərinin səsləndiyi müşahidə olunur. Məhkəmə iclasında Fariz Abbaszadə həmin görüntünün onun tərəfindən paylaşıldığını bildirir. Təqdim olunan diskə baxış zamanı diskdə bir ədəd videofaylın olduğu və həmin faylda 59 saniyəlik videogörüntünün olduğu görünür. Həmin videogörüntüdə Şöhrət Qafarovla kişi cinsli bir şəxsin rəqs etdiyi və videonun üzərində “Sağole Rafiq əmi Rafiq və X29” yazısının olduğu müşahidə olunur. Məhkəmə iclasında Fariz Abbaszadə həmin görüntünün onun tərəfindən paylaşıldığını bildirir. Təqdim olunan diskə baxış zamanı diskdə ekranda “İşverən oqlu işverən burda uje bilirki üstü açılıb zadniyə atmaq istəyir” sözlərinin yazıldığını və 03 dəqiqə 11 saniyəlik danışıqların olduğu, həmin danışıqların hazırkı işə aidiyyəti olmadığı müəyyən olunur. Təqdim olunan diskə baxış zamanı diskdə 43 saniyəlik danışıqların olduğu, həmin danışıqların hazırkı işə aidiyyəti olmadığı müəyyən olunur. Təqdim olunan diskə baxış zamanı diskdə 3 dəqiqə 43 saniyəlik səs yazısının olduğu və həmin səs yazısının hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb etmədiyi müəyyən olunur. Təqdim olunan diskə baxış zamanı diskdə 03 dəqiqə 47 saniyəlik danışıqların olduğu, həmin danışıqların hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb etmədiyi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X36 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa insan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Azərbaycan Respublikası CPM-nin 397.1 -ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə araşdırması zamanı xüsusi ittihamçı X23 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Belə ki, xüsusi ittihamçının təqdim etdiyi sənədlərdən görünür ki, “Yeni Ömresi F...”, “Fariz C Saray”, “Fariz təzə park”, “X131”, “Fariz 055” və “Fariz Malim” adlı istifadəçi tərəfindən “Whatsapp” tətbiqinin statusunda müəyyən fotoşəkillər və yazılar paylaşılmışdır. Lakin həmin istifadəçilərin məhz X36 olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin həmin yazıların bəzilərində Şöhrət Qafarovun adı ümumiyyətlə çəkilməmiş, həmin paylaşımların məhz Şöhrət Qafarov və onun ailəsi barəsində olmasını ehtimal edilmişdir. Bundan başqa, xüsusi ittihamçının təqdim etdiyi rəngli fonda yazılmış yazılarla bağlı məhkəmə qeyd edir ki, həmin yazıların ümumiyyətlə kim tərəfindən yazıldığı məlum deyil, sadəcə rəngli fonda yazılmış yazılardır ki, həmin yazıların kompüter vasitəsilə yazılması istisna edilmir. Beləliklə, məhkəmə iclasında, xüsusi ittihamçı X21 təqdim etdiyi paylaşımların məhz X36 tərəfindən edilməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bundan başqa, xüsusi ittihamçı tərəfindən təqdim edilən disklərdəki videogörüntülərin tədqiqi zamanı təqsirləndirilən şəxs sadəcə 3 ədəd videogörüntünün onun tərəfindən paylaşıldığını bildirmişdir. Həmin görüntülərin birində Fariz Abbaszadənin fotoşəklinin üzərində “Əla Etdin! Şöhrət Qafarov mənə 21700 manata baş etibarnamə ilə öz maşınını satmış. Pulu tam ödədikdən sonra etibarnaməni ləğv etdirmişdir. Hal hazırda bu işlə bağlı Nizami RPİ-də dələduzluq maddəsi ilə araşdırma aparılır” yazılarının olduğu, digər görüntüdə Fariz Abbaszadə ilə Şöhrət Qafarovun nərd oynadığı, üçüncü görüntüdə isə Şöhrət Qafarovla kişi cinsli bir şəxsin rəqs etdiyi və videonun üzərində “Sağole Rafiq əmi Rafiq və X29” yazısının olduğu müşahidə olunmuşdur. Qeyd olunan görüntülərdə böhtan və təhqir xarakterli paylaşımlara rast gəlinməmişdir. Xüsusi ittihamçının təqdim etdiyi digər görüntülərin isə məhz X36 tərəfindən paylaşılması təqdim olunmuş sübutlarla təsdiq edilmir. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, Şahid4 məhkəmə iclasında Fariz Abbaszadənin “Whatsapp” statuslarında “kim istəyir İmişliyə getsin, Səkinəni soruşsanız kimdir, nəçidir, bildirəcəklər ki, Səkinə məşhurlardandır”, “X111 bu aralarda peşimandır ki, mən belə çumoya ərə getmişəm, inanın səmimiyyətimə, hələ bu harasıdır, konsert qabaqdadır” yazılarını gördüyünü bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin paylaşımlarda yazılanların məhz Şöhrət Qafarova aidiyyəti olduğu müəyyən olunmur, belə ki, həmin paylaşımlarda Şöhrət Qafarovun adı çəkilməmişdir. Digər Şahid2 Fariz Abbaszadənin “Whatsapp” statuslarında sonuncunun Şöhrət Qafarovun fotoşəkilləri üzərində təhqiramiz, insanın şəxsiyyətini alçaldan sözlər – cındır, peysər kimi sözlər yazdığını bildirmiş, lakin həmin statusların məhz nə vaxt, hansı tarixdə və hansı nömrədən paylaşılması ilə bağlı konkret bir söz deyə bilməmişdir. Həmçinin məhkəmə X16 Şöhrət Qafarovun işçisi olmasını və onun tabeliyində işləməsini nəzərə alaraq məhkəmədə Şöhrət Qafarovun xeyrinə ifadə verməsini də istisna etmir. Digər Şahid1 Fariz Abbaszadənin onun yanında “TikTok” sosial şəbəkəsində və “Whatsapp” tətbiqinin statusunda Şöhrət Qafarov və onun ailəsi haqqında paylaşımlar etməsi ilə bağlı verdiyi ifadəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Şahid1 özü də ifadəsində etiraf etmişdir ki, o, əvvəllər polis orqanında və məhkəmədə yalan ifadə vermişdir. Həmçinin şahid bildirmişdir ki, onun əvvəllər Fariz Abbaszadə ilə münasibətləri normal olsa da, sonradan aralarındakı münasibətlər pozulmuşdur və Fariz onun barəsində də sosial şəbəkədə paylaşımlar etmişdir. Bu səbəbdən onun hazırda doğru və qərəzsiz ifadə verməsi şübhə altındadır. Digər Şahid3 ifadəsində bildirmişdir ki, X39 Qafarov haqqında sosial şəbəkədə etdiyi paylaşımlar 2024 və 2025-ci illərdə olmuşdur. Hazırkı işdə isə ittihamın predmeti 2023-cü ildə edilən paylaşımlarla bağlıdır. Həmçinin məhkəmə Şahid3 Şöhrət Qafarovun işçisi olmasını və onun tabeliyində işləməsini nəzərə alaraq məhkəmədə Şöhrət Qafarovun xeyrinə ifadə verməsini də istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə həmin şahidlərin ifadələrini təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət edən sübutlar kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək, Cinayət Prosessual Məcəllənin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X23 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən X23 istinad edilən ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X23 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 56 (əlli altı) saata görə 616 (altı yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 42.1.2, 42.2.2, 344-350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. X23 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 56 (əlli altı) saata görə 616 (altı yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar