Məhkəmə qərarları › İş №1(006)-406/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-406/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-406/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1987-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Şamaxı rayonu, Camallı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Müşfiq qəsəbəsi, təzə məhəllə ev 152-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 05 may 2022-ci il tarixdə saat 16 radələrində geriyə dönmənin və geriyə hərəkətin qadağan edildiyi, piyada keçidi ilə nizamlanmış ünvan 1 ünvanının qarşısına düşən yol hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 12-ci və 14-cü hissəsinin tələblərini pozub etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C200D” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili 20 km/saat sürətlə geriyə doğru hərəkət etdirərkən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin vaxt piyada zolağı ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, sol gicgah-təpə-alın nahiyəsinin epidural-subdural hematomaları və baş beyinin orta xətdən sağa doğru dislokasiyası ilə müşayiət olunan başın küt travması, sağ körpücükaltı nahiyənin, sağ əlin 1 barmağının, sağ baldırın, sağ aşıq-baldır oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ saidin, hər iki qasıq nahiyəsinin, sağ baldırın hematomaları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, “Mersedes Benz” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobili icarəyə götürüb sürücülük vəsiqəsi əsasında fərdi qaydada taksi fəaliyyəti məşğul olmuşdur. 05 may 2022-ci il tarixdə 16 radələrində bibisi oğlu Şahid ilə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən bazar tərəfə mağazaya gəlmiş, həmin vaxtı o, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobilini gəldiyi mağazadan təxminən 30 metr aralıda saxladığı üçün avtomobilini arxaya doğru hərəkət etdirmişdir. Həmin vaxt güzgüdən avtomobilin arxasında qadın olduğunu görüb dərhal avtomobilin əyləcindən istifadə edərək avtomobili saxlasa da, avtomobilin arxa tərəfi ilə yolu keçən qadını vurmuş və həmin qadın arxası üstə yerə yıxılmışdır. O, dərhal avtomobildən düşərək həmin qadına yaxınlaşmış, daha sonra bibisi oğlu Şahid və tanımadığı iki nəfərin köməkliyi ilə öz avtomobilinə əyləşdirib dərhal yaxınlıqda olan təcili yardım istiqamətində aparmışdır. Daha sonra oradan şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs təcili yardım avtomobili ilə 1 saylı Klinik Mərkəzə aparmışdır. Həmin qadına xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra onu reanimasiya şöbəsinə qəbul etmişlər. O, xəstəxanada olan zaman avtomobili ilə vurduğu qadının Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs bir neçə gün xəstəxanada koma vəziyyətində müalicə almış və onun sağalması üçün xəstəxananın bütün maddi xərclərini özü ödəmişdir. 21 iyun 2022-ci il tarixdə xəstəxanadan ona məlumat verilərək Zərərçəkmiş şəxs vəfat etməsini bildirmişlər. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi üçün bütün imkanlarından istifadə etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Bacısı Tayira həyat yoldaşı Niyaz adlı şəxslə bir yerdə yaşasa da, onun həyat yoldaşı Rusiya Federasiyasına getmiş və 2022-ci ilin aprel ayından səhhəti ilə əlaqədar olaraq Rusiya Federasiyasının Moskva şəhərində qalmışdır. O və digər bacıları mütəmadi olaraq bacısı Tayirə ilə əlaqə saxlamışlar. 05 may 2022-ci il tarixdə, təxminən saat 17:30 radələrində bacısına 1 saylı Klinik xəstəxanasından zəng edərək Zərərçəkmiş şəxs avtomobil ilə vurulduğunu bildirmişlər. Bu barədə ona bacısı Xanım məlumat verdikdən sonra onlar dərhal 1 saylı Klinik xəstəxanaya getmişlər. Xəstəxanaya gəldikdən sonra bacısı Zərərçəkmiş şəxs 3-cü mikrorayon bazarının yaxınlığında, evinin yanında şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz” markalı avtomobili vurulduğu onlara məlum olmuşdur. Bacısı Zərərçəkmiş şəxs koma vəziyyətində olduğu üçün onu 1 saylı Klinik xəstəxanada saxlayaraq başında olan xəsarətə görə onu əməliyyat etmişlər. Bacısı Zərərçəkmiş şəxs xəstəxanada koma vəziyyətində qaldıqdan sonra 21 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Bacısı Zərərçəkmiş şəxs xəstəxanada olan zaman Təqsirləndirilən şəxs onların xəstəxana xərclərini və yas mərasimi üçün çəkilən xərcləri ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, bu səbəbdən sonuncu barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 05 may 2022-ci il tarixdə dayısı oğlu Təqsirləndirilən şəxs ilə onun idarə etdiyi “Mersedes Benz” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobili ilə Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən bazara tərəf gəlmişlər. Bu zaman zərurət yarandığından Təqsirləndirilən şəxs avtomobili arxa-arxaya idarə edən zaman gözlənilmədən yolu keçmək istəyən şəxsiyyəti sonradan onlara məlum olan Zərərçəkmiş şəxs vurmuşdur. Onlar dərhal avtomobildən düşərək Təqsirləndirilən şəxs avtomobili ilə vurduğu şəxsin yaşlı qadın olduğunu görmüşlər. O, Təqsirləndirilən şəxs və ətrafda olan tanımadığı iki nəfər şəxsin köməkliyi ilə həmin yaşlı qadını Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa tərəfinə əyləşdirib yaxınlıqda olan təcili yardıma getmişlər. Təcili yardımda həmin qadını təcili yardım avtomobilinə əyləşdirilib onu dərhal 1 saylı Kilinik xəstəxanaya aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs xəstəxanada qalmış, o isə xəstəxananı tərk etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X9» X14 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 73 saylı rəyindən görünür ki, 1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar olunmuş xəsarətlər - baş beyin əzilməsi, toxmasına və qişaları altına qansızma, sol gicgah-təpə-alın nahiyyəsinin epidural-subdural hematomaları və baş beyin orta xətdən sağa doğru dislokasiyası ilə müşayiət olunan başın küt travması, sağ körpücükaltı nahiyyənin, sağ əlin 1-ci barmağının, sağ baldırın, sağ aşıq-baldır oynağı nahiyyəsinin əzilmiş-cırılmış yaraları, sağ saidin, hər iki qasıq nahiyyəsinin, sağ baldırın hematomaları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, həyatidirlər, ölümlə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi baş beyin əzilməsi, toxumasına və qişaları altına qansızma, sol gicgah-təpə-alın nahiyyəsinin epiduralsubdural hematomaları və baş beyin orta xətdən sağa doğru dislokasiyası ilə əlaqədar inkşaf edən baş beyinin kəskin ödemi olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə saat 09:45də X13 baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkşaf dərəcəsi ilə inkar olunmur (i/v 56-59). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1339 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara görə, “Mercedes Benz” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yoİ hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 12-ci və 14-cü hissələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i/v 40-42). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur (i/v 33). İş materiallarında olan sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.20224-cü il tarixə kimi etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. “Mercedes Benz C200D” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 adına qeydiyyatdadır (i/v 16-17). İş materiallarında olan 25 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, “Mercedes Benz C200D” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qaytarılmışdır (i/v 50). İş materiallarında olan 20 avqust 2022-ci il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C200D” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır (i/v 77-81). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2/14799 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i/v 13). İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 23 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 110). İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdülü X6 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı iki azyaşlı uşaqğı vardır (i/v 48). İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X7 ilə 23 fevral 2016-cı il tarixdən nikahdadır (i/v 73). Zərərçəkmiş şəxsin hüquqi varisi X1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, dəymiş zərər tam olaraq ödənilmişdir, hal-hazırda ona qarşı heç bir maddi tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 85 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C200D” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi 02 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-406/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərara əsasən 09 sentyabr 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 02 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C200D” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar