Məhkəmə qərarları › İş №1(006)-408/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-408/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-408/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Xüsusi ittihamçı: X3 Xüsusi ittihamçının Müdafiəçi Məmmədhüseyin oğlunun nümayəndəsi: Barəsində xüsusi ittiham X2 qaydasında şikayət verilmiş şəxs: iştirakları ilə xx.xx.1983-cü il tarixdə Ağcabədi rayonu, Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 1U5K5BL), evli, Ağcabədi rayonu, Aran ərazi dairəsi, Aran kəndində qeydiyyatda olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 Elməddin Eyvaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, X4 tərəfindən 2022-ci ilin avqust ayının 01-i və 13-ü tarixlərində “Kanal-24” İnternet Televiziyasında canlı olaraq fəaliyyət göstərdiyi “123” avtomobil salonunun qarşısında bilərəkdən böhtan xarakterli, o da daxil olmaqla dörd nəfər tərəfindən onun döyülməsinə dair məlumat yaymışdır. Kütləvi nümayiş etdirilən internet informasiya kanalında ona “25250 manat pul verməli olması” kimi həqiqətə uyğun olmayan ifadələrlə şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, yəni rəhbərlik etdiyi avtosalonun kollektivi və alıcıların qarşısında barəsində yalan məlumat verməklə adını bilərəkdən dəfələrlə səsləndirməklə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymağa, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa yönələn hərəkətlər etmişdir. Ardınca canlı efirdə “bu dörd nəfər mütəşəkkil cinayətkar dəstə dələduzlar Azərbaycan Respublikasında “atmadıqları”, “fırlatmadıqları” adam qalmayıb” kimi həqiqətə uyğun olmayan onun şərəf və ləyaqətini alçaldan, rəhbəri olduğu avtosalonun nüfuzuna ləkə salan yalan məlumatlar yaymışdır. Şəxsinə və rəhbəri olduğu avtosalona qarşı yayılan bu məlumatlar böhtan xarakterlidir. X4 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymağa, yəni şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa yönələn hərəkətlər etmişdir. Göstərilənləri nəzərə alaraq X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edərək məhkəmə baxışına təyin edilməsinə dair qərar qəbul olunması xahiş edilir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə edərək onun icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Müdafiəçi Məmmədhüseyin oğlu bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. X4 öz hərəkəti ilə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində yalan olduğunu bilə-bilə X3 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymağa və təhqirə, yəni şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa yönələn hərəkətlər etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 şikayətlə razı olmadığını bildirərək onun icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, X2 Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə müvafiq olaraq şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3-cü maddə) məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Lakin hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittihamçı tərəfindən tam riayət olunmamış, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittihamçını təhqir etdiyi qeyd olunsa da, böhtan xarakterli məlumatların məhz xüsusi ittihamçı E.Eldarlı barəsində yayıldığı dəqiq göstərilməmişdir. Şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəldilməlidir. Əgər böhtanın konkret ünvanı yoxdursa (şikayətdə “bu dörd nəfər mütəşəkkil cinayətkar dəstə dələduzlar Azərbaycan Respublikasında “atmadıqları” “fırlatmadıqları” adam qalmayıb” qeyd olunmuşdur) belə olan halda cinayət məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan hesab olunur. Göründüyü kimi, böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkəyən və ya onu nüfuzdan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar