Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-409/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1983-cü ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 may 2024-cü il tarixli, 1(007)-310/2024 saylı hökmü ilə üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 noyabr 2023-cü il tarixdə saat 07:34-də ünvan 2 ünvanında yerləşən poçtdaşıma mərkəzinin qarşısına gəlib orada saxlanılmış Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 900 manat dəyərində “Kross evado 3.0” markalı velosipedi kənar şəxslərin onu görmədiyi şəraitdə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2023-cü ilin noyabr ayında ünvanını dəqiq xatırlamadığı Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən poçtun qarşısında bir ədəd “vento 3” markalı velosipedin nəzarətsiz qaldığını görmüşdür. Ətrafda heç kimin olmadığından əmin olduqdan sonra həmin velosipedi götürüb poçtun qarşısındakı pilləkanları aşağı düşmüş və velosipedi sürərək oradan uzaqlaşmışdır. Bundan sonra o, velosipedlə hərəkətdə olarkən ünvanını dəqiq xatırlamadığı bir yerdə iki nəfər tanımadığı şəxsi görmüşdür. Velosipedi həmin şəxslərin yanında saxlayaraq onlara telefonla danışmalı olduğunu, lakin üzərində mobil telefonunun olmadığını bildirərək onlardan telefonlarını istəmişdir. Həmin şəxslərdən biri ona öz telefonunu vermiş, o, orada telefonla bir nəfər tanışına zəng etmiş və ondan qalmağa yer axtardığını soruşmuşdur. Bu müddətdən sonra o, müxtəlif evlərdə gündəlik ödənişlə qalmağa başlamışdır. Onun qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən evi söküldüyündən o, gündəlik evlərdə qalmağa başlamışdır. Hadisə ilə əlaqədar isə o həmin velosipedi sürərək Sabunçu rayon bazarına gəlib çıxmış və velosipedi 100 manata satmaq istəmiş, lakin velosioedi ondan 100 manata alan olmadığından o velosipedi tanımadığı şəxsə 30 (otuz) manat müqabilində satmışdır və həmin pulu öz maddi ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 31 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində işlədiyi AZEDUNET Sistem inteqrasiyası departamentinin yerləşdiyi binanın qarşısına, yəni ünvan 2 ünvanında yerləşən poçtdaşıma mərkəzinin qarşısında özünə məxsus olan “Kross evado 3.0” markalı velosipedi divara söykəmiş və onu heç bir təhlükəsizlik tədbiri görmədən orada qoyub getmişdir. 02 noyabr 2023-cü il tarixdə velosipedini götürmək üçün həmin ünvana geri qayıtdıqda velosipedin yerində olmadığını və ona məlum olmayan şəraitdə oğurlandığını aşkar etmişdir. O, ilkin olaraq bu məsələni özü araşdırmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin binanın mühafizə kameralarına binanın mühafizəçilərinin köməyi ilə baxış keçirmişdir. Bu zaman qara geyimli bir nəfər şəxs 01 noyabr 2023-cü il tarixdə saat 07:34-də poçtdaşıma mərkəzinin arxa giriş hissəsindən oraya daxil olmuş və həyəti gəzərək velosipedi saxladığı binanın qarşısına gəlmişdir. Həmin şəxs ətrafa baxış keçirərək heç kimin onu görmədiyindən əmin olduqdan sonra, yəni 01 noyabr 2023-cü il tarixdə saat 07:38-də velosipedi əlinə götürərək pilləkanlardan aşağı düşürmüş və həmin velosipedi sürərək oradan uzaqlaşmışdır. Bundan sonra o, dərhal 102 zəng mərkəzi xidmətinə zəng edərək hadisə barəsində polisə məlumat vermişdir. Həmin velosipedi təxminən 2 il bundan əvvəl 900 (doqquz yüz) manata almışdır. Hal-hazırda qiyməti 700-800 manat təşkil edir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir, lakin təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. İfadəsinin sonunda təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, iş materiallarına əlavə olunmuş diskdəki videogörüntülərə baxılan zaman müəyyən olunmuşdur ki, diskdəki videogörüntülərdə 01 noyabr 2023-cü il tarixdə ünvan 5 ünvanının qarşısında velosipedin naməlum şəxs tərəfindən oğurlandığı əks olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüləri izləyib həmin şəxsin onun özünün olduğunu, videogörüntülərin 01 noyabr 2024-cü il tarixdə saat 07:34-də oğurluq hadisəsini törədib hadisə yerindən uzaqlaşması anını əks etdirdiyini bildirmişdir. (i/v 8-13). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 66.5-ci maddələri ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasının 06 ay hissəsindən azad edilmişdir. (i/v 93-95). İş materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 1(007)-310/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i/v 112-117). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 iyul 2024-cü il tarixli, 9/4422 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkildə (kserosurət) göstərilən 01 ədəd istifadə olunmuş, 28 ölçülü, “Kross evado 3.0” markalı velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin oktyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri hesablama yolu ilə nəzəri qaydada təxminən 650 (altı yüz əlli) manat müəyyən edilmişdir. (i/v 125-127). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan bir ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (i/v 13-136). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərəçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək, səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-310/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmalı, məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövclət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Bakı şəhəri Nizami rayon məhkəməsinin 1(007)-310/2024 saylı, 23 may 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzaçəkməsi nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-409/2024 saylı, 02 avqust 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş və 05 avqust 2024-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 may 2024-cü il tarixli 1(007)-310/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla, ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 may 2024-cü il tarixli 1(007)-310/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzaçəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövclət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-409/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-409/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver