Məhkəmə qərarları › İş №1(006)-409/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-409/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-409/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)- 339/2025 saylı hökmü ilə 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəmsinin 4(008)- 755/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 06 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Babək prospektində yerləşən “SRJ Motors” avtomobillərin alqı-satqısı salonuna gedib orada tanış olduğu Zərərçəkmiş şəxs özünü kreditə avtomobil almaq istəyən vətəndaşlara köməklik göstərən şəxs kimi təqdim edib sonuncuya salonda satışda olan dəyəri 32000 manat təşkil edən “Toyota Corolla” markalı avtomobil üçün 8000 manat ilkin ödəniş verəcəkləri təqdirdə qalan 24000 manat pulun özü tərəfindən ödəniləcəyini və avtomobil alındıqdan sonra aylıq ödənişlərin aylıq qrafikə əsasən ona ödəniləcəyinə dair razılıq əldə edib etibarından suiistifadə etməklə aldadaraq, bu adla həmin gün saat 12:18-də Zərərçəkmiş şəxs ilə birlikdə avtomobilin sənədləşdirilməsi adı ilə getdikləri ünvan 3 ünvanda yerləşən «SRJ Motors» şirkətinin ofisində sonuncudan 8000 manat pul alıb guya avtomobilin ödənişini etmək üçün qalan 24000 manat pulu bankomatdan çıxarıb qayıdacağı adı ilə oradan uzaqlaşaraq verdiyi vədə əməl etməyib özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 06 noyabr 2024cü il tarixdə, saat 11 radələrində tək olaraq Bakı şəhəri Babək prospektində yerləşən “SRJ Motors" avtomobil satış məntəqəsinə gedərək özünü bank işçisi kimi təqdim edərək və adının Zaur olduğunu deyərək satıcıya bildirmişdir ki, kreditlə avtomobil almaq istəyən olarsa ona desin. Həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs və yanında olan ikiüç nəfər şəxs avtosalonun içərisində onun satıcı ilə danışdığını, bank işçisi olmağı və kreditlə avtomobil almağa köməklik göstərə biləcəyini dediklərini eşidərək ona yaxınlaşmışlar və tanış olduqdan sonra bəyəndikləri 32000 manat dəyərində olan “Toyota Corolla” markalı avtomobili ilkin ödəniş 8000 manat ödəməklə almaq istədiklərini bildirmişlər. O da bunun mümkün olduğunu deyib razılaşmış və sənədləşmə işlərinin aparılması üçün onlarla birlikdə Zərərçəkmiş şəxs idarə etdiyi adını bilmədiyi avtomobillə “SRJ Motors” şirkətinin Nəsimi rayonu ərazisində yerləşən filialına getmişlər. Avtomobil salonunun içərisində Zərərçəkmiş şəxs 8000 manat pulu çıxarıb ona vermiş və guya ki, qalan 24000 manat pulu o, özü ödəyəcəyini və avtomaşını nağd şəkildə alıb onlara aylıq 450 manat ödəməklə satacağı görüntüsünü yaradıb Zərərçəkmiş şəxs aldadaraq guya ki, 24000 manat pulun bank kartında olduğunu və çıxarıb avtomaşının pulunu tam şəkildə ödəyəcəyini bildirmiş, Zərərçəkmiş şəxs da ona inanıb avtosalonda əyləşib onu gözləməli olmuşdur. O, Rəsmiyyənin həyat yoldaşı Şahid1la birlikdə Şahid1 idarə etdiyi avtomaşınla Nəsimi rayonu “Qış" parkı deyilən yerin yanına getmişlər və o, Cəlal Məmmədova burada gözləməsini və pulu bankomatdan çıxarıb qayıdacağını söyləmiş, Cəlal Məmmədov idarə etdiyi avtomaşında qalmış və o da oradan naməlum istiqamətə gedərək geri qayıtmamışdır. Onun məqsədi Zərərçəkmiş şəxs pulunu ələ keçirmək olmuş və nəticədə 8000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır, lakin Zərərçəkmiş şəxs aldadaraq aldığı 8000 manat pulu qaytarmağa maddi imkanı yoxdur. Daha sonra törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qohumu Ceyhun adlı şəxsə avtomobil almaq üçün 06 noyabr 2024-cü il tarixdə, saat 11 radələrində o, həyat yoldaşı Cəlal Məmmədov, qohumu Ceyhun və sonuncunun dostu Ceyhun adlı şəxslə ona məxsus “Kia Corento” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə, o idarə edərək Bakı şəhəri Babək prospektində yerləşən “SRJ Motors” avtomobil satış məntəqəsinə getmişlər. Orada “Toyota Corolla" markalı avtomobili bəyənmişlər, ancaq lizinq vasitəsi ilə 32000 manat təşkil etdiyi üçün nağd şəkildə həmin məbləği verməyə imkanları olmamış və ilkin ödəniş olaraq 8000 manat ödəyib avtomobilin qalan məbləğini də lizinq və yaxud kredit vasitəsi ilə aylıq ödəməklə almaq istəmişlər. Adını sonradan bildiyi satıcı Şahid4lə bu barədə söhbət aparmışlar və sonuncu kənarda avtosalonun içərisində bir nəfər şəxsi göstərib demişdir ki, orada dayanan şəxs bank işçisidir və həmin şəxs deməsinə görə istənilən şəxsə avtomobili lizinq və yaxud kreditə almağa köməklik göstərə bilir. O da həyat yoldaşı ilə birlikdə həmin şəxsə yaxınlaşmış və tanış olmuşlar. Həmin şəxs adının Zaur olduğunu demiş və özünü adını demədiyi bank işçisi kimi təqdim edərək onlara bu işdə köməklik göstərə biləcəyini bildirmişdir. O, Zaur adlı şəxsə demişdir ki, onun hazırda 8000 manat pulu vardır, ilkin ödəniş edərlər, qalan məbləği də kreditə sala bilərlər, Zaur da demişdir ki, bu iş mümkündür və ilkin ödəniş 8000 manat pulu ona versələr qalan 24000 manat pulu da o, özü nağd şəkildə qoyub 32000 manata həmin avtomobili alıb onlara aylıq 450 manat ödəməklə bir neçə illiyə kreditə verəcək. Onlar soruşmuşlar ki, üzərində əlavə nə qədər pul verməli olacaqlar, Zaur demişdir ki, təxminən 10000 manat artıq pul verəcəklər, onlar razılaşmışlar və Elminə yaxınlaşaraq demişlər ki, bəyəndikləri “Toyota Corolla” avtomobilini almaq istəyirlər və sənədləşmə aparmasını xahiş etmişlər. Elmin də onları avtomobilin sənədləşməsi üçün Nəsimi rayonu, A.Səhhət küçəsi 40 ünvanında yerləşən «SRJ Motors»un baş ofisinə göndərmişdir. O, həyat yoldaşı Cəlal, Zaur və Ceyhun adlı şəxslər onun idarə etdiyi “Kia Corento” markalı avtomobilə əyləşib Nəsimi rayonu, A.Səhhət küçəsi 40 ünvanına qeyd olunan avtosalona gəlmişlər və orada Zaur adlı şəxs avtosalonun içərisində olan adını bilmədiyi şəxsə yaxınlaşıb nə isə demiş və sonra onlara yaxınlaşıb demişdir ki, 8000 manatı ona təqdim etsin, qalan 24000 manat məbləğ də onun bank kartındadır, Zaur ona demişdir ki, «siz burada gözləyin, mən sizin həyat yoldaşınız Cəlal ilə bir yerdə gedib bankomatdan pulu çıxarıb geri qayıdacağıq». O, üzərində olan 8000 manat pulu çıxarıb sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi Zaur adlı şəxsə təqdim etmiş və o, avtosalonun içərisində gözləmiş, Zaur, yəni Təqsirləndirilən şəxs onun həyat yoldaşı Calal ilə bir yerdə ona məxsus "Kia Sorento“ markalı avtomobillə pulu bank kartından çıxarmaq üçün getmişlər. Təxminən yarım saat sonra Calal geri qayıtmış, lakin Zaur, yəni Təqsirləndirilən şəxs yanında olmamışdır. O, Zaur adlı şəxsin harada olmasını soruşmuş, Calal isə demişdir ki, Zaur, yəni Təqsirləndirilən şəxs Nəsimi rayonu, “Qış" parkı deyilən yerin yaxınlığında ona demişdir ki, «sən avtomobildə gözlə, mən 24000 manat pulu bankomatdan çıxarıb gəlirəm». Calal da orada gözləsə də Əsgər geri qayıtmamış, eyni zamanda hara getməsini də görməmişdir. Bundan sonra aldadıldıqlarını bilmişlər və daha sonra o, bu barədə DİN-in "102'‘ xidməti-zəng mərkəzi sisteminə məlumat vermiş və sonra da Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə gedib orada şikayət ərizəsi yazmışdır. O, pulu Təqsirləndirilən şəxs verəndə şahid həyat yoldaşı Şahid1 və qohumu Ceyhun adlı şəxsin dostu Ceyhun adlı şəxs olmuşdur. Qohumu Ceyhun adlı şəxs isə həmin vaxtı bayırda olmuşdur. Zaur adlı şəxsə 8000 manat pulu nağd şəkildə vermişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, qohumu Ceyhun adlı şəxsə avtomobil almaq üçün həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə 06 noyabr 2024cü il tarixdə Bakı şəhəri Babək prospektində yerləşən «SRJ Motors» şirkətinə getmişlər, orada “Toyota Corolla" markalı avtomobili bəyənmişlər, ancaq avtomobilin qiyməti lizinq vasitəsi ilə 32000 manat təşkil etmişdir. Həmin məbləği ödəməyə gücləri çatmadığını satıcı Şahid4 bildirəndə, sonuncu həmin vaxtı avtosalonun içərisində bir nəfər tanımadıqları 30- 35 yaşlı şəxsi göstərib demişdir ki, bu şəxs bank işçisi olduğunu və avtomobilin alınmasında köməklik göstərə biləcəyini bildirmişdir. O da həyat yoldaşı Zərərçəkmiş şəxs ilə həmin şəxsə yaxınlaşıb tanış olmuşlar və həmin şəxs adının Zaur olduğunu, adını söyləmədiyi bank işçisi olduğunu və onlara köməklik göstərə biləcəyini bildirmiş və onlar onunla söhbət zamanı hansı şəraitdə onlara köməklik göstərə biləcəyini soruşduqlarında Zaur adlı şəxs sual vermişdir ki, «sizin nə qədər pulunuz var və avtomobili necə almaq istəyirsiniz». Onlar da avtosalonda olan dəyəri 32000 manat olan “Toyota Corolla” markalı avtomobili bəyəndiklərini və cəmi 8000 manat pullarının olduğunu söylədiklərində, Zaur adlı şəxs demişdir ki, «siz mənə 8000 manat pulu verəcəksiniz və qalan 24000 manat pulu da özüm həmin pulun üzərinə qoyub nağd şəkildə avtomobili alıb aylıq 450 manat pul ödəməklə sizə bir neçə il müddətində kreditlə verəcəyəm». Onlar razılaşmış və bu barədə satıcı Elminə demişlər, Elmin də demişdir ki, avtomobilin sənədləşməsi üçün Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi 40 ünvanında yerləşən baş ofisə getməli olacaqlar və sənədləşmə işi orada olacaqdır. O, həyat yoldaşı Rəsmiyyə, qohumu Ceyhun adlı şəxs, sonuncunun dostu Ceyhun adlı şəxs və özünü Zaur kimi təqdim edən şəxslə birlikdə həyat yoldaşı Rəsmiyyənin idarə etdiyi “Kia Sorento” markalı avtomobillə həmin ünvana getmişlər və ofisdə demişlər ki, onlar Babək prospektində yerləşən satış mərkəzində olan bəyəndikləri avtomobili almaq istəyirlər. Orada olan işçilər də sənədləşmə işlərini aparmış, onlarla bir yerdə gedən Zaur adlı şəxs də orada canfəşanlıq etmiş, Zaur adlı şəxs ilkin 8000 manat ödənişi istəmiş və həyat yoldaşı Rəsmiyyə də üzərindən çıxarıb həmin məbləği Zaura vermişdir. Zaur demişdir ki, onunla gedib bank kartında olan 24000 manat pulu bankomatdan çıxarıb gəlsinlər və avtomaşını alsınlar. Həyat yoldaşı və Ceyhun adlı şəxslər ofisdə qalmışlar. O, Zaur adlı şəxslə birlikdə həyat yoldaşının idarə etdiyi “Kia Sorento" markalı avtomaşını özü idarə edərək birlikdə metronun 28 May stansiyasının yaxınlığında olan “Qış” parkı deyilən yerin yanına getmişlər, Zaur adlı şəxs ona demişdir ki, «sən burada gözlə, mən üzərimdə olan bank kartından 24000 manat pulu bankomatdan çıxarıb gəlirəm». Zaur avtomaşından düşüb getmiş və o isə bir neçə dəqiqə Zaur adlı şəxsi orada gözləsə də, sonuncu geri qayıtmamış və o, avtomaşından düşüb Zaur adlı şəxsi axtarsa da, tapa bilməmişdir. Bundan sonra ofisə qayıtmış və məcbur olub polisə şikayət etmişlər. Həmin şəxs bildiklərinə görə kiməsə avtomaşın almaq üçün ora müştəri kimi gəlmişdir. Elmin demişdir ki, həmin şəxs müştəri və bank işçisi kimi gəlmişdir, onu tanımır. Zaur adlı şəxs onlara hər hansı bir anket məlumatlarını bildirməmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs 8000 manat pulu Zaura ofisdə vermişdir. Zaur adlı şəxs onlara hər hansı bir mobil nömrəsini təqdim etməmişdir. Zaur adlı şəxsə cəmi 8000 manat pul verilmiş və həmin məbləği də həyat yoldaşı Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi 40 ünvanında yerləşən “ SRJ Motors”un baş ofisində vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəməyədək istinaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin yanvar ayına kimi Bakı şəhəri Babək prospektində yerləşən “SRJ Motors” avtomobil şirkətində aylıq maaş alaraq satıcı işləmişdir. xx.xx.2024-cü il tarixdə həmin qeyd etdiyi avtosalonda işdə olarkən iş vaxtı saat təxminən 10:40 radələrində tanımadığı şəxs salona daxil olaraq ona yaxınlaşıb demişdir ki, onun müştərisi gələcək və müştərisinə hansı avtomobili bəyənsə alıb verəcək, eyni zamanda həmin şəxs adını bildirmədiyi bankın işçisi kimi özünü təqdim edərək adının Zaur olduğunu bildirmiş və ona demişdir ki, kimsə lizinq və kredit yolı ilə avtomobil almaq istəsə köməklik edə bilər, bir neçə dəqiqədən sonra avtosalona bir nəfər qadın və üç nəfər kişi birlikdə daxil olaraq avtomaşınlara baxıb, 32000 manat dəyərində olan ağ rəngli “Toyota Corolla” markalı avtomobili bəyənmişlər və demişlər ki, nağd şəkildə 8000 manat pulları vardır və qalan pulu kredit vasitəsi ilə ödəyəcəklər, hesablamışlar, onlar isə kreditin uzun müddətə və artıq çox pul ödəyəcəklərini bildirmişlər və o, onlara salonun içərisində olan Zaur adlı şəxsi göstərib demişdir ki, həmin şəxs onlara bank işçisi kimi özünü təqdim etmiş, istəyirlərsə həmin şəxsə, yəni Zaura yaxınlaşsınlar və həmin şəxs bəlkə onlara köməklik edə bilər. Həmin şəxslər, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs və həyat yoldaşı Şahid1, eləcə də onlarla birlikdə gələn Ceyhun adlı şəxslər Zaur adlı şəxsə yaxınlaşıb öz aralarında danışdıqdan sonra ora yaxınlaşıb avtomobili nağd şəkildə alacaqlarını bildirmişlər. O soruşmuşdur ki, «necə olacaq?», Rəsmiyyə xanım demişdir ki, 8000 manat pulu Zaur adlı şəxsə verəcəklər, Zaur adlı şəxs də qalan 24000 manat pulu özü nağd şəkildə verəcək və onlar da avtomobili nağd şəkildə alıb kreditini Zaur adlı şəxsə ödəyəcəklər və ona demişlər ki, bəyəndikləri ağ rəngli “Toyota Corolla” markalı avtomobili almaq istəyirlər. O demişdir ki, sənədləşmə işi burada aparılmır, sənədləşmə işi üçün Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi 40 ünvanında yerləşən “SRJ Motors”un baş ofisinə getməli olacaqlar. O, həmin avtomobilin tranzit nömrələrini Zaur adlı şəxsə vermiş, onlar da bir yerdə getmişlər. Bir neçə saatdan sonra o, ofislə və Calal adlı şəxslə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuş, onlar demişlər ki, Zaur adlı şəxs Zərərçəkmiş şəxs aldadaraq 8000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Calal və Rəsmiyyə adlı şəxslər ondan soruşmuşlar ki, Zaur adlı şəxsin anket məlumatlarını bilirmi? O, demişdir ki, Zaur adlı şəxsi tanımır, birinci dəfə salona özünü bank işçisi kimi və avtomobil almaq istəyənlərə lizinq və kredit yolu ilə almağa köməklik gəstərmək üçün gəldiyini bildirmişdir, həmin şəxsin mobil nömrəsini də bilmədiyini söyləmişdir. Zaur adlı şəxs ona avtomobil satışında köməklik edəcəyi təqdirdə hər hansı bir məbləğdə pul verəcəyini deməmişdir. Zaur adlı şəxsə hər hansı bir məbləğdə pul verməmişdir. Rəsmiyyə və Şahid1 ona hər hansı bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs pulu verəndə o, şahid olmamışdır. Zaur adlı şəxs avtosalona tək gəlmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-755/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 dekabr 2024-cü il tarixdən saat 14:00-dan hesablanmışdır (i.v.93-99); - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla 06 may 2025-ci il tarixədək uzadılmışdır (i.v.100-103); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.76); - “Qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (i.v.104); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən «SRJ MOTORS» şirkətidir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.10-12); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "SRJ Motors” avtomobil satış mərkəzinin baş ofisində quraşdırılmış müşahidə kameralarındakı görüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntülərdə 06 noyabr 2024-cü il tarixdə saat 12:18-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi 40 ünvanında yerləşən “SRJ Motors” şirkətinin ofisində Zərərçəkmiş şəxs və Şahid1 ilə danışmaları, daha sonra Zərərçəkmiş şəxs masanın üzərinə pul qoyması və Təqsirləndirilən şəxs həmin pulu sayaraq götürməsi, daha sonra isə Şahid1la ofisdən çıxmaları müşahidə olunur (i.v.15-16); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, içərisində hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması nəzərə alınmışdır (i.v.141-151; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə 06 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən barəsində CM-nin 185.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 03 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2025-ci ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır (i.v.106-108); - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-339/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)- 1472/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-214/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v.79-83); Məhkəmə iclasında "SRJ Motors” avtomobil satış mərkəzinin baş ofisində quraşdırılmış müşahidə kameralarındakı görüntülərin əks olunduğu diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə olan 01 ədəd faylda 06 dəqiqə 06 saniyə müddətində olan görüntülər vardır. Görüntülərdə Təqsirləndirilən şəxs “SRJ Motors” şirkətinin ofisində Zərərçəkmiş şəxs və Şahid1 ilə danışmaları, daha sonra Zərərçəkmiş şəxs masanın üzərinə pul qoyması və Təqsirləndirilən şəxs həmin pulu sayaraq götürməsi, daha sonra isə Şahid1la ofisdən çıxmaları müşahidə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf etməsini və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-339/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-1472/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-214/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-339/2025 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq qaydasında qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-339/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-339/2025 saylı hökmünə əsasən barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 1(008)-339/2025 saylı hökmü ilə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut içərisində hadisənin videogörüntülərinin, yəni "SRJ Motors” avtomobil satış mərkəzinin baş ofisində quraşdırılmış müşahidə kameralarındakı görüntülərin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-339/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 1(008)-339/2025 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut içərisində hadisənin videogörüntülərinin, yəni "SRJ Motors” avtomobil satış mərkəzinin baş ofisində quraşdırılmış müşahidə kameralarındakı görüntülərin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 (otuz iki) saata görə 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar