Məhkəmə qərarları › İş №1(006)-41/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-41/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-41/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin Nümayəndə nümayəndəsi: Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1994-ci ildə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 221.3-cü, xx.xx.1976-cı ildə Tovuz rayonu, Cobanşıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 16, mənzıl 10-da qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci, xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsi, ev 10-da qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, “20-ci sahə” ərazisində yerləşən “Göyçə” adlı kafedə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək orada nahar edən Zərərçəkmiş şəxs digər şəxslərin gözü qarşısında nalayiq ifadələr işlədərək yaxasından tutub itələdikdən sonra silah qismində istifadə etdiyi, istintaqa məlum olmayan küt əşya ilə onun sifət nahiyəsindən zərbə vuraraq sağ gözaltı nahiyənin və burunun sağ yan çəpərinin, üst dodağın sağ yarısının sıyığları ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində dəmir yolunun “Bakı Yük-Liman” mənzilinin 16 km pk9-da Bakı şəhəri, Nəsimi rayonu, M.Mehdizadə küçəsinin üzərində yerləşən dəmir yolu körpüsü ilə keçən dəmir yolu xətlərinin kənarındakı, “xxxx” QSC-yə məxsus, istifadədə olmuş, üzəri qara rəngli, alt hissəsindən aliminium ekran izolyasiyalı, ümumi diametri 21 mm, cox damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 0,6 mm olan tək simli, iki ədəd hər biri 90 metr olmaqla cəmi 180 metr uzunluğunda, hər metrəsinin dəyəri 10 manat olan 1.800 manat dəyərində “TPP- 200X2x0.4” markalı və istifadədə olmuş, üzəri qara rəngli, alt hissəsindən aliminium ekran və kağız karton izolyasiyalı, ümumi diametri 22 mm, cox damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 1,3 mm olan tək simli, iki ədəd, hər biri 90 metr olmaqla cəmi 180 metr uzunluğunda, hər metrəsinin dəyəri 09 manat olan 1.620 manat dəyərində “MKPAB 4x4x1.2” markalı, dövlət əhəmiyyətli işlək rabitə naqillərini ümumi mərkəzi şəbəkədən birlikdə kəsməklə oğurlayaraq zərər çəkmiş şəxsə ümumilikdə 3.420 manat məbləğində maddi ziyan vurmuşlar. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxslə iki il bundan əvvəl Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Göyçə” adlı kafedə tanış olmuş, bir neçə dəfə orada onunla birlikdə yeyib içmişlər. Kafedə mahnı sifariş verib bir neçə dəfə oynayarkən Paşa onu oynamağa qoymayıb mahnını dəyişdirmiş, buna görə də aralarında narazılıq yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində çay içmək məqsədi ilə həmin kafeyə gəlmiş, bu vaxt orada Paşanın tanımadığı şəxslə yeyib içdiyini görmüşdür. Bir müddət keçdikdən sonra Paşa səbəbsiz yerə ona stəkan atmış və üzərinə gələrək ünvanına nalayiq ifadələr işlədib onu təhqir etmişdir. Paşanın bu hərəkətlərinə qarşılıq olaraq o da onun ünvanına nalayiq ifadələr işlədərək yumruqla sifət nahiyəsinə zərbə vurmuşdur. Paşa zərbənin təsirindən arxası üzərinə yıxılmış, müştərilər və işçilər onları ayırdıqdan sonra o, kafeni tərk etmişdir. Hadisə vaxtı əlində heç bir dəmir parçası və ya digər küt alət olmamşdır. Paşanın üzündəki sıyrıqların isə barmağındakı üzüyün təsirindən əmələ gəlməsini ehtimal edir. Bundan əlavə qeyd edir ki, “20-ci sahə”də yerləşən “Murad” adlı kafedə işləyərkən xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində tanışları Namiq və Fərhad orada oturub pivə içib söhbət etmişlər. Bu zaman Namiq onu öz masalarına dəvət etmiş və dəmir yolunun kənarındakı kabeli oğurlayıb satmaq fikri barədə danışmış, onu bu işə dəvət etmişdir. O da onların təklifinə etiraz etməmişdir. Bundan sonra Fərhad dayısı oğlu Ramazana zəng edib onları metronun “28 May” stansiyası yaxınlığına aparması üçün çağırsa da, sonuncu işinin olduğunu deyərək sonra arxalarınca gələcəyini bildirmişdir. Fərhad kafedən çıxıb kabeli kəsmək üçün kəlbətin almış və onlar birlikdə avtobusla metronun “28 May” stansiyası yaxınlığına, oradan isə piyada köhnə çay fabrikinin yanına gəlmişlər. Ramazan da Fərhada zəng vuraraq bildirmişdir ki, o, hazırda yaxınlıqda yerləşən kafedə əyləşib və nə zaman lazım olacağı təqdirdə gələ bilər. Onlar üçü birlikdə dəmir yolunun kənarında olan kabelləri kəsməyə başlamış, bu zaman kəlbətin onun əlində sınmışdır. X7 yanına kafeyə getmiş və onlar gəldikdən sonra sonuncunun idarə etdiyi “Peugeot Khazar” markalı avtomobil ilə “20-ci sahə”yə getmişlər. Namiq oradan dəmir kəsən mişar götürmüş və kabelin qalan hissələrini kəsmək üçün geri qayıtmışlar. Ramazan isə onları gətirdikdən sonra oradan getmişdir. Mişarla kabelləri kəsib çıxararaq bir yerə toplamışlar və saat 00:30 radələrində Fərhad yenidən zəng edib Ramazanı çağırmış, sonuncu da oraya gəldikdə birlikdə kabelləri onun avtomobilinin baqajına və arxa oturacaqlarına yığmışlar. Namiq Ramazanın maşınında ön oturacaqda oturmuş, o isə Fərhadla birlikdə taksi ilə onların ardınca “Şıxov” adlanan yerdə olan zibilxanaya getmişlər. Ramazan onları düşürüb getmiş, onlar isə birlikdə naqilləri yandırıb misi bir yerə toplamışlar. Bundan sonra Fərhad yenə Ramazanı çağırmış və onlar həmin mis naqilləri sonuncunun avtomobilinə yükləyərək “20-ci sahə”də “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən, Rövşən adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə gəlmişlər. Ramazan ona zəng vurmuş, Rövşən gəldikdən sonra həmin naqilləri 665 manata almışdır. Namiq həmin puldan Ramazana 60 manat, Fərhada 160 manat, ona isə 100 manat vermişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə fəhlə olaraq iş məsələsi ilə bağlı köhnə çay fabrikinin yaxınlığında olarkən oranın arxa tərəfindəki körpünün üzərindən keçən dəmir yolunun kənarında bir qismi çöldə, qalanı isə torpaq və betonun içərisində olan kabel xəttini görmüşdür. xx.xx.2020-ci il tarixdə “20-ci sahə” ərazisində tanışı Fərhad Əhmədovla kafedə pivə içərkən gördüyü həmin kabelləri kəsib içərisindəki misi əlvan metal qəbulu məntəqəsinə satmağı təklif etmişdir. Fərhad da onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yenidən Fərhadla həmin kafedə görüşəndə Varis adlı tanışları da onların yanına gəlmişdir. O, kabel məsələsini ona da danışmış, sonuncu da buna etiraz etməmişdir. Fərhad dayısı oğlu Ramazana zəng vurub onları metronun “28 May” stansiyasının yaxınlığına aparmasını xahiş etmişdir. Ramazan isə işinin olduğu deyib hələlik gələ bilməyəcəyini, lakin sonra onlara qoşula biləcəyini söyləmişdir. Fərhad kafedən çıxıb kəlbətin almış, daha sonra üçü birlikdə metronun “28 May” stansiyasının yaxınlığına, oradan isə piyada köhnə çay fabrikinin yanına gəlmişlər. Bir qədər sonra Ramazan Fərhada zəng edib çay fabrikinin yanındakı kafedə onları gözlədiyini və istədikləri vaxt onların yanına gələ biəcəyini demişdir. O, Fərhad və Varislə həmin kabelin açıq hissələrindən kəsməyə başlamış, bu zaman kəlbətin sınmışdır. Fərhad Ramazanın yanına gedərək sonuncunun idarə etdiyi “Peugeot Khazar” markalı avtomobillə onların yanına qayıtmış və üçü birlikdə həmin avtomobil ilə Varisin işlədiyi kafeyə gələrək oradan dəmir kəsən mişarı götürmüş və kabelin qalan hissələrini kəsmək üçün geri qayıtmışlar. Ramazan onları gətirdikdən sonra oradan getmişdir. Onlar mişarla kabelləri kəsib çıxararaq bir yerə toplamışlar və saat 00:30 radələrində Fərhad Ramazana zəng edərək onu yanlarına çağırmış, sonuncu gəldikdən sonra Fərhad və Varislə bərabər kabelləri onun avtomobilinin baqajına və içərisinə yığmışlar. O, avtomobildə ön oturacaqda oturmuş, arxa oturacaqlara kabel yığdıqlarına görə Fərhadla Varisə oturmaq üçün yer olmamışdır. Onlar da taksi ilə “Şıxov” adlanan ərazidə yerləşən zibilxanaya gəlmişlər. Zibilxanada həmin kebellərin üz izolyasiya örtüklərini yandırıb mis naqilləri bir yerə toplamışlar, saat 05-06 radələrində isə Ramazan gələrək mis naqilləri onun avtomobilinə yükləyərək “20-ci sahə” ərazisindəki “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən, Rövşən adlı şəxsin işlətdiyi əlvan və qara metal qəbulu məntəqəsinə gəlmişlər. 95 kq çəkidə mis üçün onlar 665 manat pul almış, bu puldan Ramazana 60 manat, Fərhada 160 manat, Varisə isə 100 manat verilmişdir. Özünə qalan puldan alimet borcuna görə 300 manat ödəmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Peugeot Khazar” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə, saat 21:50-də bibisi oğlu Fərhad ona zəng edərək metronun “28 May” stansiyasının yaxınlığına gəlməsini xahiş etmişdir. O isə Fərhada hazırda işinin olduğunu və sonradan onları gəlib oradan götürə biləcəyini söyləmişdir. Saat 23 radələrində “Səməd Vurğun” adına parkın yanında olan “Kəhrəba” kafesində olarkən Fərhad oraya gəlib kabeli kəsəndə kəlbətinin qırılıdığını və dəmir kəsən mişar axtardığını deyərək ondan avtomobilində kəlbətinin olubolmadığını soruşmuşdur. Özündə kəlbətin olmadığından Namiq və əvvəllər sadəcə üzdən tanıdığı, adını bilmədiyi bir nəfərlə birlikdə avtomobillə Bayıl qəsəbəsində “20-ci sahə” getmiş və orada olan söküntülərdən Namiq mişar götürmüşdür. Nəmiqdən həmin mişarla hansı kabelləri kəsəcəklərini soruşanda, sonuncu ona rabitə kabellərini kəsdiklərini, lakin kəlbətin qırıldığından işi başa çatdıra bilmədiklərini demişdir. Onları kabelləri kəsdikləri yerə, yəni dəmir yolu körpüsünün altına aparıb yenidən həmin kafeyə qayıdaraq onlardan zəng gözləmişdir. Saat 03:05 radələrində Fərhad zəng edib “X2”nın yaxınlığındakı dəmir yolu körpüsünün altına gəlməsini söyləmişdir. Orada Fərhad, Namiq və adını sonradan bildiyi Varis adlı şəxs onun avtomobilinin baqajına və arxa oturacaqlarına qara rəngli kabelləri yığmışlar. Avtomobildə yer olmadığından təkcə Namiq onunla, Fərhadla Varis isə digər taksi ilə onların ardınca gəlmişlər. Onlar “Şıxov”da yerləşən zibilxanaya gəldikdən sonra avtomobildəki kabelləri yerə düşürmüşlər. Bu zaman Namiq ondan 10 manat borc pul alıb digər taksinin pulunu verdikdən sonra ona zəng edəcəyini demişdir. Saat 04:25 radələrində o, həmin yerə gəlmiş və mis naqilləri avtomobilin baqajına yığmışlar. Sonra Bayıl qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə gəlmiş və Namiqgil bu metalı 665 manata satıb ona 60 manat pul vermişlər. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində işdən çıxdıqdan sonra Bakı şəhəri, Səbail rayonu, “20-ci sahə” ərazisində yerləşən “Göyçə” adlı kafeyə Rüstəm adlı tanışı ilə gələrək yemək yemiş, bir müddət sonra sonuncu digər masada yuxulamışdır. Bu vaxt əvvəllər tanıdığı Varis adlı şəxs içəri daxil olaraq bir neçə saniyə baxdıqdan oradan çıxmış, daha sonra yenidən geri qayıdaraq onun əyləşdiyi masaya yaxınlaşıb əsassız olaraq ünvanına nalayiq ifadələr işlədib onu təhqir etmişdir. Bu zaman o, Varisdən bunun səbəbini soruşanda, sonuncu ondan bayıra çıxmağı tələb etmiş, daha sonra isə yaxasından tutub onu silkələyərək itələmişdir. O da geriyə doğru gedərkən Varis əlində olan, beşbarmağa oxşar dəmir parçası ilə onun üz nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o, ağrı hiss etmiş və üzünün sağ hissəsi qanamağa başlamışdır. Bu zaman kafedə olan digər şəxslər Varisi ondan uzaqlaşdırmağa çalışsalar da, sonuncu kafedən çıxmaq istəməmiş, onu yenidən vurmağa çalışmışdır. Hətta həmin vaxtı kafeni işlədən Tünzalə adlı qadının onun üzünün qanadığını görüb halı pisləşmiş və huşunu itirmişdir. Bundan sonra Rüstəm “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, Varis də oradan qaçıb getmişdir. Əlavə olaraq onu da qeyd edir ki, əvvəllər də dəfələrlə Varis onunla əsassız olaraq mübahisə etmiş, həttə bir dəfə digər kafedə onu bıçaqla öldürəcəyini bildirmişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs “xxxx” QSC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində “Bakı Yük-Liman” mənzilinin 16 km pk9-da Bakı şəhəri, Nəsimi rayonu, M.Mehdizadə küçəsinin üzərində yerləşən dəmir yolu körpüsü ilə keçən dəmir yolu xətlərinin kənarındakı, “xxxx” QSC-yə məxsus, hər biri 90 metr uzunluğunda 1.800 manat dəyərində 02 ədəd “TPP-200X2x0.4” markalı və hər biri 90 metr uzunluğunda 1.620 manat dəyərində 02 ədəd “MKBAP 4x4x1.2” markalı dövlət əhəmiyyətli rabitə naqillərini ümumi mərkəzi şəbəkədən kəsilməklə oğurlanması aşkar edilmişdir. Faktla bağlı polisə məlumat verilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən cəmiyyətə vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onlara qarşı şikayət və tələb yoxdur. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, tanışı Zərərçəkmiş şəxslə birlikdə “20-ci sahə” deyilən ərazidə “Göyçə” kafesində xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində yemək yeyib araq içdikdən sonra digər masada əyləşərək yuxulamışdır. Bir müddət sonra Varislə Paşanın səs-küyünə oyandıqda onların dalaşdığını görmüşdür. Paşa Varisin üzərinə gedərək onun söyməsinin səbəbini soruşanda aralarında mübahisə yaranmış, sonuncu Paşaya yumruqla zərbə endirmişdir. Bu zaman o, Paşanın üz nahiyəsindən qan axdığını görmüş və hadisə barədə dərhal “102” xidmətinə zəng edib məlumat vermişdir. Hadisə bir neçə dəqiqə davam etmiş, bu zaman kafedə onlardan başqa oranı işlədən Tünzalə adlı qadın və bir neçə nəfər müştəri olmuşdur. Varisin əlində beşbarmağın və ya digər dəmir əşyanın olub-olmamasını dəqiq olaraq görməmiş, bu barədə sadəcə Paşadan eşitmişdir. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən “Göyçə” kafesini işlədir. xx.xx.2020-ci il tarixdə, saat 21-22 radələrində tanıdığı Paşa və Rüstəm adlı şəxslər onun işlətdiyi kafeyə gələrək yeyib içmişlər. Bir müddət sonra tanıdığı Varis adlı şəxs də kafeyə gəlmiş və müsiqi mərkəzinə qoşulmuş mahnını dəyişmişdir. O isə Paşa ilə Varisin münasibətinin yaxşı olmadığını bildiyindən, sonuncudan oradan getməyi tələb etmişdir. Lakin Varis onun dediklərinə əhəmiyyət verməmişdir. Onun başı kafedə olan digər müştərilərə qarışarkən Paşa ilə Varisin bir-birlərini söyərək dalaşdıqlarını görmüşdür. Bu zaman o, dərhal kənar stolda mürgüləyən Rüstəmi oyadaraq ondan kömək istəmişdir. Rüstəm də onları ayırmağa çalışarkən Paşanın üz nahiyəsindən qan axdığını görmüş, buna görə onun halı pisləşərək huşunu itirib yerə yıxılmışdır. Özünə gəldikdə isə artıq onların kafedən getdiklərini görmüşdür. Hadisə zamanı Paşanın Varisə stəkan atdığını və ya Varisin əlində beşbarmağa oxşar dəmir parçasının olduğunu bilavasitə görməmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X9 Səbail rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 03/44 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sağ gözaltı nahiyənin və burunun sağ yan çəpərinin, üst dodağın sağ yarısının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixinə uyğun gəlir və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına (burunun sağ yan çəpəri, sağ gözaltı nahiyə və üst dodağın ağız bucağına yaxın sağ yarısı) xəsarətlərin bir-birinə paralel yerləşməsinə, eləcə də müayinə olunanın ilkin olaraq verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşya ilə (alətlə), ola bilsin, beşbarmaqla və ya ona bənzər, onunla eyni konstruktiv xüsusiyyətlərə malik digər əşya ilə (alətlə) vurulma nətcəsində törənə bilinmələri barədə fikir söyləmək mümkündür (İİ cild, i.v.124-126); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/163-9/314 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş kabellərin x xxxxxxxx 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd uzunluğu təxminən 30 sm, istifadədə olmuş, üzəri qara rəngli, alt hissəsindən aliminium ekran izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 21 mm, çox damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 0,6 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintiisndən hazırlanmışdır - 1 metri 10,0 manat; - 01 ədəd uzunluğu təxminən 35 sm, istifadədə olmuş, üzəri qara rəngli, alt hissəsindən aliminium ekran və kağız karton izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 22 mm, çox damarlı, ayrıayrı izolyasiyalı, damarlarının diametri 1,3 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır - 1 metri 09,0 manat. Aparılmış tədqiqatın dəyəri 109,50 manat təşkil edir (İ cild, i.v.153-155); - “Maddi sübut kimi tanımaq haqqında” 10 aprel və xx xxx 2020-ci il tarixli qərarlarla hadisə yerindən götürülən 01 ədəd kəlbətin sınığı və metal qəbulu məntəqəsində quraşdırılmış kameranın görüntülərini əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, kəlbətin sınığı saxlanılması üçün X6 Polis İdarəsinə təhvil verilmiş, 01 ədəd CD disk isə cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, i.v.149, 225); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla hazırkı cinayət işindən X5 barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə cinayət işi ayrılmışdır (İİ cild, i.v.128-141); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-107/2020 və 4(006)-108/2020 saylı, xx.xx.2020-ci il tarixli, 4(006)-234/2020 saylı qərarları ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsetməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs1 isə xx xxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.120-123, 235-238); - xx.xx.2020-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, xx.xx.2020-ci il tarixli qərarla isə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.98-99, 101-102, 106-107); - Şəxsiyyət vəsiqələrinin surətlərindən aydın olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2014-cü il və xx.xx.2016-cı il təvəllüdlü iki yetkinlik yaşına çatmayan övladı var (İ cild, i.v.136-137); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 12, 27 mart və xx xxxx 2020-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə ona 02 il müddətinə sınaq müddəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 isə əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.130-131, İİ cild, i.v.38, 178). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 221.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hərəkətlərində isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərə görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərə qarşı vurulmuş zərərin aradan qaldırılması və onlarla barışıq əldə etməsini, Təqsirləndirilən şəxs2 isə, həmçinin, himayəsində azyaşlı uşaqlarının olmasını onların Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının, həmin Məcəllənin 221.3-cü maddəsinin isə sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə uyğun cəzanın, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq bir günə iki gün hesabı ilə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, ona cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun həbsdə saxlanıldığı müddət də daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə isə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə həbsdə olduğu 28 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə həbsdə olduqları 03 ay müddət isə onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli isə həbsə alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzalarını yaşayış yeri üzrə çəkməli, cəzanın icrası müddətinin əvvəli isə onların hər birinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq X6 Polis İdarəsində saxlanılan, bir ədəd kəlbətin qırığı məhv edilməli, bir ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 109,50 manat pul müştərək qaydada Təqsirləndirilən şəxs3 Ağaməmməd oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 Nəcəf oğlunun hər birinə dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə həbsdə olduğu 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə həbsdə olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 16, mənzil 10-u hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 cəzasının icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə həbsdə olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsi, ev 10-u hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 cəzasının icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq X6 Polis İdarəsində saxlanılan bir ədəd kəlbətin qırığı məhv edilsin, bir ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 50 (əlli) qəpik pul müştərək qaydada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar