Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-411/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olan və ünvan 2a yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun oğlu Şahid2 üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2020-ci ilin iyun ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən xalça sexində 800 manat pulunu alıb verdiyi vədə əməl etməyərək ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, vahid niyyətlə əhatə olunan qəsdlə təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun oğlu X4 üçün Bakı şəhəri, Nizami rayonu ərazisində inşa edilən sosial mənzilin verilməsini təşkil edəcəyinə dair yalan vəd verib 2020-ci ilin iyul ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən xalça sexində 3500 manat pulunu, daha sonra Şahid2 üçün Xırdalan şəhəri ərazisində inşa edilən sosial mənzilin verilməsini təşkil edəcəyinə dair Zərərçəkmiş şəxs yalan vəd verib 2020-ci ilin iyul ayının ortalarında ünvan 3 ünvanda yerləşən xalça sexində 2500 manat pulunu və Zərərçəkmiş şəxs üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial mənzilin verilməsini təşkil edəcəyinə dair sonuncuya yalan vəd verib aldadaraq 2020-ci ilin iyul ayının ortalarında ünvan 3 ünvanda yerləşən xalça sexində 04 ədəd hər birinin qiyməti 360 manat təşkil edən ümumilikdə 1440 manat dəyərində 583 əyarlı 6 qramlıq qızıl qadın üzüklərini, 01 ədəd dəyəri 360 manat olan 583 əyarlı 6 qramlıq qızıl kişi üzüyünü, 01 ədəd dəyəri 480 manat olan qədimi 5-lik sikkəni, 02 ədəd hər birinin qiyməti 360 manat olmaqla ümumilikdə 720 manat dəyərində 583 əyarlı 6 qramlıq qızıl sırğaları və eyni adla həmin gün ünvan 5 ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısında Zərərçəkmiş şəxs məxsus dəyəri 800 (səkkiz yüz) manat olan təzə vəziyyətdə “X17 10 Lite 6/64 GB” markalı mobil telefonu ələ keçirərək verdiyi vədlərə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 9.800 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X2 2019-cu ildən tanıyır. Həmin ərəfələrdə 3-cü mikrorayon bazarında süpürgəçi və arabaçı kimi işləmişdir. Zərərçəkmiş şəxs ona gündəlik yemək bişirib verir və o, bunun əvəzində Bahara ərzaq pulu olaraq 2-3 manat pul verirdi. Zərərçəkmiş şəxs ilə xoş münasibətləri yaranan ərəfədən maddi durumu pis olduğuna görə Baharı aldadaraq pulunu ələ keçirmək niyyəti yaranmış, buna görə də Zərərçəkmiş şəxs əvvəllər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işlədiyini və problemləri yarandığı üçün oradan işdən çıxdığını söyləmişdir. Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirmək niyyəti yarandıqdan sonra paltarlarına diqqət etməyə və səliqəli geyinməyə başlamışdır. Zərərçəkmiş şəxs bunun səbəbini soruşan zaman ona yenidən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işə bərpa olunduğunu və artıq bazarda işləməyəcəyini söyləmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs oğlu üçün pensiya düzəldəcəyinə, onlar üçün sosial ev verilməsində köməklik edəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs aldadaraq pullarını və qızıllarını ələ keçirmişdir. Daha sonra əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını və zərər çəkmiş şəxsin ondan şikayətinin olmadığını, vurulmuş zərəri hissə-hissə ödəyəcəyi ilə bağlı zərər çəkmiş şəxslə razılığa gəldiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə 3-cü mikrorayon bazarına süpürgəçi və arabaçı kimi “İmran” adlı şəxs gəlmiş, gələndə anasının olmadığını, yetim uşaq olduğunu bildirmişdir. İmran toz-torpağın içində gəzirdi. Onun İmrana yazığı gəldiyindən sonuncuya yemək bişirib verirdi. Söhbət edən zaman İmran ona bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işləyib, hazırda isə şəxsi problemləri olduğuna görə işdən çıxıb, yenidən işə düzələcək. 2020-ci ilin may-iyun aylarında İmran pal-paltarına diqqət etməyə başlamış və səbəbini ondan soruşan zaman yenidən Prezident Administrasiyasına işə çağırıldığını və buna görə də bazarda işləməyəcəyini bildirmişdir. İmran bir neçə dəfə ona sənədlər gətirmiş və vətəndaşlara sosial ev almağa və sosial yardım almalarına köməklik etdiyini demişdir. Buna görə də söhbət əsasında o, İmrandan ona da köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O, İmrana oğlu Nərimanın bir-neçə il əvvəl fəhlə işləyən zaman sağ əlinin 4 barmağının kəsildiyini demiş, İmran isə ona oğlu Nərimana pensiya düzəldə biləcəyini bildirmiş və bunun üçün İmrana 500 manat pul vermişdir. Bir qədər sonra İmran ona uşaqlara sosial yardım düzəldə biləcəyini demiş, o da razılaşmış və bunun üçün İmrana 300 manat pul vermişdir. Daha sonra oğlu Əfqana Bakı şəhəri, Nizami rayonunda tikiləcək sosial evlərdə ev ayrılması üçün 3.500 manat pul istəmiş, o da ona inanıb həmin pulu vermişdir. Bundan sonra oğlu Nəriman üçün də Xırdalan şəhərində tikiləcək sosial evlərdən ev almaq üçün 2.500 manat pul istəmiş, həmin pulu da vermişdir. İmran pulları ondan hissə-hissə almışdır. Əlavə olaraq onun özü üçün də sosial ev almaq üçün pul istəyəndə o, pulu olmadığını demiş, İmran isə ona qızıllarını verməsini demiş, o da vermişdir. Verdiyi qızılların dəyəri təxminən 3.800 manat olardı. Nəticədə isə İmran heç bir iş görməmiş, o da polisə şikayət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs heç bir şikayəti olmadığını, ona vurulmuş maddi ziyanın hissə-hissə ödənilməsi barədə Təqsirləndirilən şəxs yaxın qohumları ilə razılığa gəldiyini, Təqsirləndirilən şəxs həbs edilməsinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin tərəfdarı olmadığını bildirmiş, göstərilənlərə əsasən Təqsirləndirilən şəxsa yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiə tərəfi şahid X7 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən şahid X7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində şahid X14 göstərmişdir ki, 2020-ci ilin avqust ayının sonlarında “20 yanvar” metrostansiyasının qarşısında olan zaman bir nəfər daha əvvəllər tanımadığı və adını alış-veriş zamanı şəxsiyyət vəsiqəsini təqdim edən zaman öyrəndiyi Təqsirləndirilən şəxs Zülfıqar oğlunun X17 10 Lite 6/64 GB markalı mobil telefon satdığını görmüşdür. Öz istifadəsi üçün mobil telefona ehtiyacı olduğundan həmin şəxslə söhbət edərək mobil telefonun qiymətini öyrənmiş və Təqsirləndirilən şəxs həmin mobil telefonu 350 (üç yüz əlli) manata satması ona məlum olmuşdur. Mobil telefon istifadə edilmiş olsa da, Təqsirləndirilən şəxs həmin mobil telefonun qutusunu da ona təqdim etmişdir, bundan sonra gələcəkdə mobil telefonla bağlı suallar olan zaman kimdən almasını bilməsi üçün həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs ona şəxsiyyət vəsiqəsini təqdim etmiş və bu zaman ona həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. İmrana 350 manat pul verərək, mobil telefonu ondan almışdır. İmran həmin telefonun özünə məxsus olmasını və yeni telefon alacağı üçün satdığını söyləmişdir. Mobil telefonu aldıqdan sonra Təqsirləndirilən şəxs bir daha görməmişdir. Həmin mobil telefonun onda olmasını və buna görə də mobil telefonu könüllü olaraq istintaqa təqdim etdiyini, İmran Məstəlivevlə heç bir əlaqəsinin olmadığını və onu daha əvvəllər tanımadığını, mülki iddiasının olmadığını bildirmişdir (i.v 154-156). Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X3 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs ünvan 6 ünvanda yerləşən xalça sexində əvvəllər xalçaçı işləmişdir. Atası Fərhad isə orada mühafizəçi işləmişdir. Daha sonra həmin xalça sexi fəaliyyətini dayandırdığından və boş olduğundan orada yaşamağa başlamışlar. Yaşadıqları xalça sexi 3-cü mikrorayon bazarının içərisində olduğundan bazarda olan şəxslərlə yaxşı münasibətləri yaranmışdır. 2019-cu ildə 3-cü mikrorayon bazarına süpürgəçi və arabaçı kimi “İmran” adlı şəxs gəlmişdir. Həmin ərəfələrdə İmran adlı şəxslə heç bir münasibəti olmamışdır. 2020-ci ilin may-iyun aylarında isə onunla yaxın münasibətləri yaranmışdır. İmran ilə söhbət edən zaman o, əvvəllər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işlədiyini, hazırda isə şəxsi problemləri olması səbəbindən işdən çıxdığını bildirmişdir. 2020-ci ilin may-iyun aylarında İmran yenidən Prezident Administrasiyasına işə çağırıldığını və bundan sonra bazarda işləməyəcəyini demişdir. Bir neçə il əvvəl fəhlə işləyən zaman sağ əlinin 4 barmağı kəsildiyindən anası İmrandan onun üçün pensiya düzəltməsini xahiş etmişdir. İmran isə anasına pensiya düzəldə biləcəyini, lakin bunun üçün 800 manat pul tələb olunduğunu demişdir. 2020-ci ilin iyun ayının əvvəllərində anası yaşadıqları evdə İmrana 800 manat pul vermiş, İmran da yaxın zamanlarda onun üçün pensiya düzəldəcəyini anasına söz vermişdir. Anası pulu İmrana verən zaman onların yanında olmasa da, həmin gün axşam anası ona bu barədə məlumat vermişdir. O, özü də həmin ərəfələr bir-neçə dəfə İmrandan məsələnin nə yerdə olmasını soruşduqda, İmran ona məsələni tezliklə həll edəcəyini bildirmişdir. 2020-ci ilin iyul ayının axırlarında anası Baharın İmrana onun üçün, qardaşı Əfqan üçün və anası üçün sosial ev ayrılmasını təmin etmək məqsədilə pul və qızıl verdiyini, əlavə olaraq İmran üçün kreditə mobil telefon götürərək ona verməsini də öyrənmişdir. Bu barədə anası Bahar ona məlumat verən zaman o, İmran ilə əlaqə saxlamaq istəsə də, İmran onun zənglərinə cavab verməmişdir. Bir müddət keçdikdən sonra isə Təqsirləndirilən şəxs dələduzluq edərək, pullarını ələ keçirməsi onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs verilən pulların bir hissəsini, yəni iki dəfə olmaqla 3500 və 2500 manat pulu anası Baharın qohumları Şahid3 borca götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, zərər çəkmiş Zərərçəkmiş şəxs onun qudasıdır. 2020-ci ilin yay aylarında qudası Zərərçəkmiş şəxs ilə söhbət edən zaman yaşadıqları evin yaxınlığında yerləşən bazarda işləyən və daha əvvəllər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işləmiş İmran adlı şəxsin olmasını öyrənmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs İmran adlı şəxsin Administrasiyada işlədikdən sonra bazarda necə işləməsi barədə suallar vermişdir. Zərərçəkmiş şəxs isə ona İmranın şəxsi problemlərinin olduğu üçün həmin yerdən işdən çıxdığını və işsiz qaldığından bazarda işləmək məcburiyyətində olduğunu bildirmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs ona tanışları İmran adlı şəxsin 3500 manat müqabilində Əfqan üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən sosial ev ayrılmasını təmin edə bilmək üçün ondan borca 3500 manat pul istəmişdir. O, Bahara yaşadığı evdə 3500 manat borc pul vermişdir. Pulu verdikdən sonra mobil telefonla Bahar ilə danışan zaman Bahar pulu İmrana verdiyini ona bildirmişdir. Bir neçə dəfə onun özünün də İmran ilə görüşmək istəməsini Bahara desə də, İmran kənar heç kəslə görüşmək istəmədiyini bildirmişdir. 2020-ci ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxsn yenidən onun yaşadığı evə gələrək digər oğlu Nəriman üçün də Xırdalan şəhərində sosial ev ayrılması məsələsini həll etmək üçün borca 2500 manat pul verməsini ondan xahiş etmişdir. O da etiraz etməyərək Bahara 2500 manat pul vermişdir. Bir müddət sonra isə İmranın qohumu Baharı aldadaraq pullarını ələ keçirməsini öyrənmişdir. Buna baxmayaraq Bahar ondan borca aldığı pulları ona geri qaytarmışdır. İş materiallarında olan: - “Axtarışda olan şəxsin yaxalanması” və “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 07.06.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (i.v. 120, 134- 135); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 22.07.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i.v. 200-203); - DİN-nin BƏSİİ-dən daxil olmuş 10.03.2021-ci il tarixli tələbnamədən, Nəsimi Rayon Məhkəməsinin 07.03.2018-ci il tarixli hökmündən və 20 aprel 2021 -ci il tarixli Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 07.03.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2000 manat cərimə cəzası təyin edilmişdir. (i.v 78-79, 92-95, 102). - 13.12.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza İdarəsinin 04 may 2021-ci il tarixli, 9/2701 nömrəli rəyindən görünür ki, təzə vəziyyətdə “X17 10 Lite 6/64GB markalı mobil telefonun qiyməti 800 manat, 583 əyarlı hər birinin çəkisi 6 qram olan 4 ədəd qızıl qadın üzüklərinin hər birinin qiyməti 360 manat, 583 əyarlı 6 qram çəkisi olan qızıl kişi üzüyünün qiyməti 360 manat, qədim 5-lik sikkənin qiyməti 480 manat, 583 əyarlı hər birinin çəkisi 6 qram olan 2 ədəd qızıl sırğaların hər birinin qiyməti 360 manat və adı çəkilən əşyaların ümumi qiyməti 3800 manat kimi müəyyən edilmişdir. Tədqiqatın dəyəri: 50 manat (i.v 115-117). - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 18 mart 2021-ci il tarixli 14/691 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işləməmişdir (i.v 89). - 16 aprel 2021-ci il tarixli 04-04/12/50 nömrəli Azərbaycan Respublikası Mənzil X6 16 aprel 2021-ci il tarixli 04-04/12/50 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs güzəştli şərtlərlə mənzil alması üçün “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq ona elektron kabinetin verilməsi faktı aşkar edilməmişdir (i.v 112). - Azelcell Telekom MMC-nin 28 aprel 2021-ci il tarixli 8773 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs aldadaraq ələ keçirdiyi 01 ədəd “X17 10 Lite 6/64 GB” markalı mobil telefon xx xxxx 1997-ci il təvəllüdlü X10 məxsus 050 *** ** ** saylı mobil telefon nömrəsində istifadə edilmişdir (i.v 118). - 11 iyun 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 01 ədəd “X17 10 Lite 6/64 GB” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v 207-209). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, ona vurulmuş maddi ziyanın hissə-hissə ödənilməsi barədə Təqsirləndirilən şəxs yaxın qohumları ilə razılığa gəlmişdir. O, Təqsirləndirilən şəxs həbs edilməsinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin tərəfdarı deyil. Təqsirləndirilən şəxsa daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan zərər çəkmiş şəxsin məhkəməyə ünvanlandığı ərizəyə əsasən o, təqsirləndirilən şəxslə barışmış, sonuncudan şikayəti yoxdur, ona dəymiş zərərin hissəhissə ödənilməsi ilə bağlı razılığa gəlinmişdir. Məhkəmə əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslə barışıq əldə edilməsini və vurulmuş zərərin hissə-hissə ödənilməsi ilə bağlı zərər çəkmiş şəxslə razılığa gəlməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, vurulmuş zərərin hissə-hissə ödənilməsi ilə bağlı zərər çəkmiş şəxslə razılığa gəlməsini, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 07.06.2021-ci il tarixdən 24.12.2021-ci il tarixədək, yəni 06 (altı) ay 17 (on yeddi) gün həbsdə saxlama müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “X17 10 Lite 6/64 GB” markalı **********78830 və **********78848 imei kodlu mobil telefonun saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat pul ödənilməlidir. Ekspertiza tədqiqinə sərf olunmuş 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdən 24.12.2021-ci il tarixədək, yəni 06 (altı) ay 17 (on yeddi) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd “X17 10 Lite 6/64 GB” markalı **********78830 və **********78848 imei kodlu mobil telefonun saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-411/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-411/2021
24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver