Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-411/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçin iştirakları ilə, xx.xx.1978-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edib, guya həmin əlaqələri vasitəsilə sonuncunun Türkiyə Respublikasından idxal etdiyi şokolad məhsulları və qida əlavələrinin gömrük rəsmiləşdirilməsini həll edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətə əhatə olunan qəsdlə 2021-ci ilin dekabr ayında ünvan 2 ünvanında yerləşən mağazada Zərərçəkmiş şəxs 2000 manat, 2022-ci ilin aprel ayında həmin ünvanda 3000 manat, 2022-ci ilin iyun ayı ərzində həmin ünvanda hissə-hissə olmaqla ümumilikdə 1600 manat və 2022-ci ilin avqust ayında həmin ünvanda 2000 manat pul alıb ələ keçirərək verdiyi vodə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 8600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 57C ünvanında kirayə götürdüyü mağazada çap xidmətlərinin göstərilməsi ilə məşğul olmuşdur. Bundan əlavə 2020-ci ildən xx.xx.2023-cü il tarixədək "Ulu Zirvə" İnformatika agentliyində baş redaktorun müavini vəzifəsində çalışmışdır. 2015-ci ildən Zərərçəkmiş şəxs ilə tanışlığı yaranmış, sonuncu ilə normal münasibətləri olmuş, aralarında düşmənçilik, ədavət olmamışdır. Zərərçəkmiş şəxs onun mağazasının yanında dönər dükanı olmuş, lakin sonradan bağlamışdır. Buna baxmayaraq, Zərərçəkmiş şəxs hər gün onun mağazasına getmiş, xeyli vaxt bir yerdə oturmuşlar. 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs onunla söhbət edərkən Türkiyədən müxtəlif şokolad məhsulları və məcunlar idxal etdiyini, lakin həmin məhsulların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən sertifikatı olmadığından, Bakı şəhərində yerləşən "İpək yolu" gömrük postunda saxlanıldığını, özünü gömrük əməkdaşı kimi təqdim edən başqa bir şəxsin həmin malları gömrükdən buraxdıracağını vəd edərək ondan hansısa məbləğdə pul alaraq ələ keçirdiyini demişdir. Bundan sonra, o da Zərərçəkmiş şəxsla birlikdə Yasamal RPİ-yə müraciət etmiş, həmin şəxsin qanunsuz əməllərinə hüquqi qiymət verilmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs mallarını özünün gömrükdən buraxdıra biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs gömrük xidmətinin hazırda xatırlamadığı əməkdaşının nömrəsini ona vermiş və o, həmin əməkdaşla əlaqə saxlamışdır. Həmin əməkdaş malların gömrükdən buraxılması üçün zəruri olan sənədlərin siyahısını ona bildirmiş, həmçinin malların son istifadə tarixinin bitməsinə az qaldığını, həmçinin Vidadinin anbara 3.000 manat borcunun yarandığını ona demişdir. Bu barədə Zərərçəkmiş şəxs dedikdən sonra, sonuncu malların istifadə müddətinə az qaldığına görə həmin malları normal qiymətə sata bilməyəcəyini, buna görə də onu aldadan şəxsə qarşı Yasamal rayon məhkəməsində baxılan iş üzrə ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı iddia qaldırmaq qərarına gəlmişdir. O da Zərərçəkmiş şəxs bu məsələdə köməklik edəcəyini bildirmişdir. Beləliklə 2021-ci ilin dekabr ayında məhkəmədə yuxarıda göstərilənlərlə bağlı maddi ziyanın ödənilməsi ilə bağlı iddia qaldırılması və onun təmin edilməsi haqqında qərar qəbul edilməsinə köməklik göstərəcəyi vədi ilə Zərərçəkmiş şəxs 2.000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarında yerləşən "City Mall" ticarət mərkəzi ilə üzbəüz yerləşən mağazasında almışdır. Həmin pulu özünü hüquqşünas olaraq təqdim etmiş Şahid vermişdir. Bundan bir neçə ay sonra, yəni 2022-ci ilin aprel ayında Vidadidən anbarın borcunu ödəyəcəyi adı ilə 3.000 manat tələb etmiş və 2022-ci ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarında yerləşən "City Mall" ticarət mərkəzi ilə üzbəüz yerləşən mağazasında əlavə 3.000 manatı da Vidadidən almışdır. Lakin gömrüyə və ya digər dövlət müəsisəsinə araşdırması aparılan məsələ ilə əlaqədar hər hansı ödəniş etməmiş, aldığı 3.000 manatı tam şəkildə şəxsi ehtiyaclarına sərf etmişdir. Təxminən 2022-ci ilin iyun ayı ərzində Yasamal RPİ-də aparılan iş üzrə hüquqi xidmət göstərilməsi və digər xərclər adı ilə Zərərçəkmiş şəxs əlavə olaraq 1.500 manat pul götürmüş, lakin həmin pulu da Şahid vermişdir. Həmin tarixdən hazırki dövrədək Zərərçəkmiş şəxs mallarının gömrükdən çıxarılması ilə bağlı heç bir real iş görməmişdir. Zərərçəkmiş şəxs mallarının gömrükdən buraxılmasına köməklik göstərəcəyi vədi ilə sonuncudan cəmi 3000 manat pul almışdır. Qalan pullar isə onun tərəfindən dələduzluq yolu ilə ələ keçirilməmiş, Şahid onun tərəfindən hüquqi məsələlərin həll edilməsi üçün verilmişdir. Lakin buna baxmayaraq, 3000 manat pul onun tərəfindən dələduzluq yolu ilə ələ keçirilsə də, ittiham üzrə qeyd edilmiş bütün məbləği ödəmişdir. İfadəsinin sonunda, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, hadisə vaxtı xəstəlikdən əziyyət çəkdiyini bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə Türkiyədən şokolad və şokolad məhsulları, güc-qüvvət məcunları idxal edərək ölkə ərazisində satışını təşkil etmək istəmişdir. Bununla bağlı Bakı şəhərində tanış olduğu "X5 Projelendirme TİC LTD” şirkətinin rəhbəri olan Hacı Vaqif adlı şəxslə görüşüb söhbət etmişdir. Hacı Vaqif malların adlarını və kəmiyyətini deməsini, həmin malların Türkiyədən alınaraq Bakıya göndərilməsini təşkil edəcəyini bildirmişdir. O da Hacı Vaqiflə razılaşmış, hansı məhsuldan nə qədər alınmalı olduğunu Hacı Vaqifə bildirmiş və 2021-ci ilin may ayında aldığı məhsullar Bakı şəhərində yerləşən "İpək yolu" gömrük postuna gətirilmişdir. Gömrükdə olan zaman həmin məhsullara dair Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən sertifikat gömrüyə təqdim edilməli olduğu, əks halda məhsulların sənədləşdirilərək ölkə ərazisinə buraxıla bilməyəcəyi məlum olmuşdur. Onun da bu məsələdən məlumatı olmadığı üçün tanışları ilə bu barədə söhbət edərək, kiminsə ona köməklik edə bilib-bilməyəcəyi ilə maraqlanmağa başlamışdır. Təxminən 10 ildir tanıdığı Təqsirləndirilən şəxs bu barədə onunla söhbət edərkən özünün əslində Xarici Kəşfiyyat Xidmətində Katibliyin rəisi vəzifəsində çalışdığını, rütbəsinin kapitan olduğunu, həmin xidmətin rəhbərliyi ilə çox yaxın münasibətinin olduğunu demiş və mallarının gömrükdən buraxılması məsələsinin həll edilməsi ilə bağlı xidmətin rəhbərliyi ilə danışacağını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs xidmətin rəhbərliyi ilə məsələni danışdığını bildirərək ilkin olaraq 2.000 manat verməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs inanaraq təxminən 2021-ci ilin dekabr ayında sonuncuya ilkin olaraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarında yerləşən "City Mall" ticarət mərkəzi ilə üzbəüz yerləşən ofisdə 2.000 manat pul vermişdir. Bundan bir neçə ay sonra, yəni 2022-ci ilin aprel ayında Ramin onunla əlaqə saxlayaraq, təcili görüşməli olduqlarını bildirmiş və Raminlə görüşdüyü zaman əlavə olaraq 3.000 manat verməli olduğunu bildirmişdir. O da Raminlə razılaşmış və 2022-ci ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarında yerləşən "City Mall" ticarət mərkəzi ilə üzbəüz yerləşən ofisdə əlavə 3.000 manatı da Raminə vermişdir. Ümumilikdə 5.000 manat pulu verdiyi zaman Raminlə ortaq tanışları olan Şahid da orada olmuş, buna şahidlik etmişdir. Təxminən 2022-ci ilin iyun ayı ərzində Təqsirləndirilən şəxs malların gömrükdən rəsmiləşdirilərək buraxılması vədi ilə yuxarıda göstərilənlərdən əlavə olaraq, hissə-hissə olmaqla ümumilikdə 1.600 manat pulu yuxarıda göstərdiyi eyni ünvanda ondan almışdır. Həmin ilin avqust ayında isə Təqsirləndirilən şəxs eyni vədlərlə ondan əlavə olaraq 2.000 manatı həmin ünvanda almışdır. Ondan sonra hazırki dövrədək o, mütəmadi olaraq Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq məsələnin nə yerdə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə hər dəfə Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə danışdığını, məsələnin qaydasında olduğunu, yaxın vaxtlarda məsələni həll ediləcəyini bildirmişdir. Lakin heç bir iş görülməmiş, malları rəsmiləşdirilməmiş, hələ də gömrüyün anbarında qalmış, pulu da qaytarılmamışdır. Buna görə şikayət etmək qərarına gəlmişdir. Sonradan ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs ona 3000 manat, məhkəmə istintaqı dövründə isə 5600 manat ödəniş etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona ittiham üzrə qeyd edilmiş 8600 manat ödənilsə də ona qarşı şikayətçidir, verdiyi mülki iddianın təmin edilməsini, mülki iddiada göstərdiyi məbləğin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 4-5 il olarki tanıyır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2021-ci ildə Zərərçəkmiş şəxs Türkiyə Respublikasından müxtəlif şokolad məhsulları və məcunlar idxal etdiyini, lakin həmin məhsulların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən sertifikatı olmadığından, Bakı şəhərində yerləşən "İpək yolu" gömrük postunda saxlanıldığını bilmişdir. Ümumi tanışları olan Təqsirləndirilən şəxs həmin məhsulları gömrük postundan çıxara biləcəyini deyərək, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanovun yaxını olduğunu və Zərərçəkmiş şəxs mallarını gömrükdən buraxılması məsələsinin həll edilməsi ilə bağlı xidmətin rəhbərliyi ilə danışacağını bildirmişdir. Həmin məsələnin üstündən bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs Vidadiyə xidmətin rəhbərliyi ilə məsələni danışdığını, ilkin olaraq 2.000 manat pul vermək lazım olduğunu bildirmişdir. Vidadi də Təqsirləndirilən şəxslə razılaşaraq 2021-ci ilin dekabr ayında sonuncuya ilkin olaraq 2.000 manat pulu onun yanında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarında yerləşən "City Mall" ticarət mərkəzi ilə üzbəüz yerləşən Təqsirləndirilən şəxs ofisində vermişdir. Bundan bir neçə ay sonra, yəni 2022-ci ilin aprel ayında Ramin əlavə olaraq 3.000 manat da vermək lazım olduğunu Vidadiyə bildirmiş, Vidadi də razılaşaraq 2022-ci ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarında yerləşən "City Mall" ticarət mərkəzi ilə üzbəüz yerləşən ofisdə onun yanında əlavə 3000 manatı da Raminə vermişdir. Ümumilikdə 5.000 manat pulu Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs vermişdir. Sonradan məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs Vidadiyə məxsus malları gömrükdən çıxarmaq üçün pul alıb verdiyi vədə əməl etməyərək sonuncunu aldatmışdır. Hər dəfə Ramin və Vidadi görüşəndə o, sonuncuların yanlarında olmadığına görə qalan verilən məbləğlərinin şahidi olmamış, lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlavə olaraq 1.600 manat və 2000 manat da olmaqla ümumilikdə 8.600 manat pul verdiyini eşitmişdir. Yalnız bir dəfə Zərərçəkmiş şəxs tərəfindən 400 manat hüquqi məsələlərin həll edilməsi üçün ona pul verilmiş, lakin Təqsirləndirilən şəxs həmin pulun 200 manatını Zərərçəkmiş şəxsla tanış etdiyinə görə ondan almışdır. Sonradan Təqsirləndirilən şəxs ümumiyyətlə, Xarici Kəşfiyyat İdarəsində işləmədiyi ona məlum olmuşdur. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Baş Prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə başlanılmışdır (i/v 1). İş materiallarında olan 26 aprel 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ağabala Cəfərovun icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdiirilmişdir. (i/v 34). İş materiallarında olan 01 may 2024-cü il tarixdə tərtib edilmiş "diskə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə aralarında olan səs yazılarını özündə əks etdirən 06 ədəd DVD disklərinə həmin tarixdə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, bütün disklərdə olan səs yazılarını Təqsirləndirilən şəxslə aralarında olan telefon danışıqları zamanı qeydə almışdır. Lakin səs yazılarını müxtəlif disklərə qarışıq formada köçürərək şikayət ərizələrinə əlavə edib aidiyyəti üzrə göndərmişdir. Cinayət işinə əlavə edilmiş diskə baxış zamanı (1-ci disk 16-cı səs yazısı) müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla danışarkən bildirir ki, “Anar müəllimlə danışmışam, deyir gəl götür pulu”. Həmin diskdə olan sonuncu səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs deyir ki, “bəs deyirdin Türkiyədən gələn malı çıxartmışam?” Diskdə olan digər bir səs yazısında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs DTX-dan ona zəng edib-etmədiklərini soruşur, Təqsirləndirilən şəxs isə cavabında deyir ki, “yox, xəstəyəm deyə mənə zəng etmirlər”. Zərərçəkmiş şəxs da deyir ki, "məni yığsınlar”. Təqsirləndirilən şəxs isə dərhal mövzunu dəyişərək söhbətdən yayınmağa çalışır. Digər bir səs yazısında isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs soruşur ki, "Orxan müəllim sənə zəng etməyib?” Təqsirləndirilən şəxs də cavabında deyir ki, “yox, yoxdur burada 2 aydır, mənə demirlər hara gedib". Bundan başqa diskdə olan 38-ci səs yazısında Təqsirləndirilən şəxs Orxan müəllimi tənbeh etdiyini bildirir. Bundan başqa, diskdə olan səs yazılarının əksəriyyətində Təqsirləndirilən şəxs idarənin birazdan açılacağını, çeki verdiyini, Orxan müəllimin tapşırdığını, bugün onların növbəsi olduğunu bildirir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs səs yazılarında Orxan müəllim deyə bəhs etdiyi şəxs Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovdur. Lakin Təqsirləndirilən şəxs əslində Orxan Sultanovla əlaqəsi və ya münasibəti yoxdur, sadəcə olaraq Təqsirləndirilən şəxs onu inandırmaq üçün Orxan Sultanovun adından istifadə etmişdir. Həmçinin, baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, guya Təqsirləndirilən şəxs onun Türkiyədən gətirdiyi məhsulların istifadəyə yararsız olanlarını, yəni artıq istifadə müddəti keçənləri gömrük məntəqəsindən rəsmiləşdirib götürdükdən sonra aparıb “Balaxanı” zibilliyi adlanan yerdə yandırıb məhv etməli olmuşdur. Buna görə səs yazılarının əksəriyyətində “Balaxanı” zibilliyində nəsə yandırmaq barədə söhbət getmişdir. (i/v 47). Məhkəmə baxışı zamanı da iş materiallarında olan DVD disklərə baxış keçirilmiş və 01 may 2024-cü il tarixdə tərtib edilmiş "diskə baxış keçirilməsi haqqında" protokolda göstərilənlər öz əksini tapmışdır. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i/v 72). İş materiallarında olan vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Ağayev X2 RPİ-nin MSY-dən azad edilmişdir. (i/v 106-107). İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 108-109). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 09 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və 25 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (i/v 52). İş materiallarında olan 11 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (i/v 82-84). İş materiallarında olan təqdim etmə və götürülmə barədə 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyandan Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə ödənilməsi məqsədi ilə istintaqa təqdim olunmuş 3000 manat pul məbləği müstəntiq tərəfindən sayılaraq götürülmüşdür. (i/v 126). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə dəymiş zərər üzrə 3000 manat pulu Nəsimi RPİ-nin müstəntiqi Ağabala Cəfərovdan təhvil almışdır (i/v 127). Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs tərəfindən 10 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 3600 manat pul ödəmişdir. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs tərəfindən 16 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 2000 manat pul ödəmiş və ödənilən ümumi məbləğ 8600 manat təşkil etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 sentyabr 2009-cu il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, həmçinin zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 70000 (yetmiş min) manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası CPM-nn 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə, hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsini işin halları və Təqsirləndirilən şəxs həmin hallar barəsində verdiyi ifadələri ilə müqayisəli tədqiq edib hesab edir ki, onun iddiası hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan kənara çıxdığından təmin edilə bilməz. Əks halda məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittihamın həcmini ağırlaşdırmış olardı. Bu səbəbdən də məhkəmə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ona dəymiş, ümumilikdə 70000 (yetmiş min) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsi barədə iddia ərizəsini baxılmamış saxlanılmasını və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olmasının izah edilməsini əsaslı sayır. Bundan əlavə, mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu zərərçəkmiş şəxsə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. İş üzrə maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın və 291 (iki yüz doxsan bir) manat məbləğində ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-411/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-411/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver