Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-411/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1983-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə sonuncunun Sabirabad Rayon Polis İdarəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş əmisi X7 həbsdən azad etdirəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 14 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Montin" adlanan ərazidə Zərərçəkmiş şəxs1 13000 manat və 06 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında 3000 manat pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs1 ümumilikdə 16000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə sonuncunun hərbi xidmətdə olan X8 xidmət yerini dəyişdirəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs4 11 yanvar 2024-cü il tarixdə saat 12:15 və saat 12:20də Qəbələ şəhəri, İ.Qurtqaşınlı küçəsində yerləşən «Şərab evi» mağazasında quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 4098-5844- 6461-1084 nömrəli «Leo bank»a aid bank kartına göndərdiyi 5000 manat və 1550 manat olmaqla ümumilikdə 6550 manat pulu, 13 yanvar 2024-cü il tarixdə saat 15:21-də Qəbələ rayonu Nic qəsəbəsində yerləşən mağazada quraşdırılmış ödəmə terminalı vasitəsilə onun istifadəsində olan həmin bank kartına göndərdiyi 500 manat, 01 mart 2024-cü il tarixdə saat 17:59-da qeyd olunan ünvanda quraşdırılmış ödəmə terminalı vasitəsilə onun istifadəsində olan həmin bank kartına göndərdiyi 450 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 ümumilikdə 7500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə sonuncunun Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş qardaşı Xəyal Salmanovu azad etdirəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə, 2024-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu ərazisində Ali məhkəmənin qarşısında Zərərçəkmiş şəxs2 8000 manat, 2024-cü ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu ərazisində ödəmə terminalı vasitəsilə onun istifadəsində olan «Leo bank»a aid 4098-5844-6461-1084 nömrəli bank kartının hesabına göndərdiyi 2000 manat pulu, 2024-cü ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1000 manat dəyərində 4 baş xırdabuynuzlu heyvanları, 2024-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında Zərərçəkmiş şəxs2 2000 manat pulu, 2024-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qazi” çay evində 300 manat pulu, 07 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 mobil tətbiq vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində onun istifadəsində olan «Leo bank»a aid 4098-5844-6461-1084 nömrəli bank kartına göndərdiyi 700 manat pulu ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 14000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə sonuncuya hərbi bilet alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə, 2024-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu Neftçilər metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs3 250 manat, 2024-cü ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs3 onun istifadəsində olan 4098-5844-6896-4547 nömrəli bank kartının hesabına göndərdiyi 1000 manat, 2024-cü ilin may ayından 2024-cü ilin avqust ayınadək istintaqla müəyyən edilməyən vaxtlarda Elməddin Bayramhdan ümumilikdə 1725 manat və 06 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanda yerləşən X14 həyətində mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan 5411-2498-1305-3993 nömrəli bank kartının hesabına göndərdiyi komissiya haqqı ilə birlikdə 25 manat pulu ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müdətdir ki, ürəyində olan xəstəliklə əlaqədar müalicə almışdır. Zərərçəkmiş şəxs1 onun qohumudur. 2023-cü il ərzində Bakı şəhərində Ali məhkəmənin İşlər İdarəsinin müdirinin sürücüsü işləmişdir. 2022-ci ildə isə Bakı şəhərində Nizami rayonunda yerləşən Ordubad kafesini işlətmişdir. Kafeni işlətdiyi zaman ayrı-ayrı firmalara külli miqdarda borcu yaranmışdır. O, borcun bir hissəsini ödəsə də, borc sahibləri pulunu tələb etdikdə qaytara bilməmişdir. 2024-cü ilin dekabr ayında dəqiq gününü xatırlamadığı tarixdə qohumu Zərərçəkmiş şəxs1 ona zəng vurub əmisinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə şübhəli olduğu üçün həbs edildiyini bildirərək, ondan köməklik istəmişdir. O, Anara bu işlərin həll edilməsi üçün əvvəlcə tanış adam axtaracağını və buna görə 16000 manat pul verməli olmasını bildirmişdir. O, Anarla Bakı şəhəri, Nərimanov rayonunda Montin adlanan ərazidə xx.xx.2023-cü il tarixdə görüşmüşlər. Görüş zamanı Anar özü ilə bərabər gətirdiyi 13.000 manat pulu zərfdə ona vermişdir. Anardan pulu aldıqdan sonra işi həll etmək üçün tanış adam axtardığını demişdir. Aldığı 13000 manat pulu Anardan ayrılan kimi aparıb borclu olduğu şəxslərə paylamışdır. xx.xx.2024-cü il tarixdə o, Anardan qalıq 3.000 manatıda istədikdə sonuncu həmin puluda ona gətirib vermişdir. Həmin gün o, şəhərdə olmadığından tanışı Vüqara verməsini xahiş etmişdir. Vüqarda Anardan aldığı zərfdə olan 3000 manat pulu ona vermişdir. Həmin puluda o zaman onda lizinq əsasında idarə etdiyi avtomobilinin kredit borcuna ödəmişdir. Bir müddət keçdikdən sonra Anar zəng vurub işin nə yerdə olduğunu soruşduqda, artıq Anara yalan danışa bilməyib işi həll etmək üçün adam tapa bilmədiyini və aldığı 16000 manat pulu borclu olduğu şəxslərə verdiyini bildirmişdir. Şikayət etməməsi üçün aldığı puldan qohumlarının köməkliyi ilə topladığı 6200 manatını Anara geri qaytarmışdır. Hazırda Anara 9800 manat borcludur. Anara olan borcunu qısa vaxtda ödəyəcəyini Anara söz versə də, sonuncu onunla razılaşmamışdır. Bundan başqa, o, Ali Məhkəmədə sürücü işləmişdir. Lakin, səhətində yaranmış narahatçılıqla əlaqədar təxminən 5-6 ay olar ki, işdən çıxmışdır. Təxminən 3 il bundan əvvəl Qəbələ rayonu, Uludaş kənd sakini X2 tanımışdır. Belə ki, Ramil Abdukərimov iş yoldaşı olmuş X1 tələbə yoldaşı olmuşdur. Ramil ilə tanış olduqdan sonra ailəsini tanımışdır. Ramil Abdukərimovu və ailəsini tanıyaraq bilmişdir ki, atası Zərərçəkmiş şəxs4 əvvəllər polis əməkdaşı olmuş, təqaüdə çıxmışdır. İşləmədiyindən və qazanc yeri olmadığı üçün pula ehtiyacı olduğundan Ramilə yalandan bildirmişdir ki, onun yaxşı tanışları vardır, onların əli ilə anasına pensiya düzəltdirəcək və atasına köhnə polis əməkdaşı olub veteran olduğu üçün Bakı şəhərində yaşayış evləri paylayırlar adına ev alacaq. Buna görə işi həll edəcək şəxslərə hörmət etmək lazımdır. Ramil bu barədə valideyinlərinə bildirsə də, onlar buna razı olmamışlar. 2023-cü ilin iyun ayında Ramil Abdukərimov təhsil aldığı ali məktəbi oxuyub bitirdikdən sonra Hərbi xidmətə getməli olmuşdur. Ramil ilə 2023-cü ilin dekabr ayında aralarında olan söhbət zamanı Ramil ona səhhətində narahatçılıq olduğunu, bel sürüşməsi olduğundan daha yaxşı hərbi Hissədə xidmət etmək istədiyini demişdir. O, Ramilə yalandan demişdir ki, onun tanışları vardır, onların əli ilə onu Bakı şəhərində yerləşən Hərbi hissələrin birinə yerləşdirə bilər. Ramil ona inanaraq bu barədə atası Zərərçəkmiş şəxs4 bildirmişdir. İkram bu barədə ona zəng vuraraq onunla telefonda danışarkən İkrama yalandan onun yüksək vəzifədə işləyən tanışları olduğunu, onların vasitəçiliyi ilə oğlu Ramili Bakı şəhərində yerləşən istədiyi Hərbi Hissələrin birinə saldıra biləcəyini deyərək bu işin həlli üçün ən azı yeddi-səkkiz min manat pul lazım gəldiyini bildirmişdir. İkram ona inanaraq təklifi ilə razılaşmışdır. Bundan sonra o, özünə məxsus Leo Banka aid pul kartının nömrəsini İkrama vermişdir ki, deyiləcək pulu həmin karta göndərsin. 11 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 onun pul kartına 6550 manat pul göndərmişdir. Bundan təxminən 2-3 gün keçmiş o, İkrama zəng vuraraq yalandan işin həll olunması üçün əlavə 500 manat pul lazım gəldiyini demişdir. Buna görə İkramın oğlu Şamil onun pul kartına 500 manat pul göndərmişdir. Bundan sonra İkram ona zəng vuraraq oğlu Ramilin 2-3 aya yaxındır ki, hərbi xidmətdə olduğunu lakin yerinin dəyişilmədiyini soruşarkən o, müxtəlif bəhanələr gətirib məsələnin artıq həll olunduğunu deyərək İkramı inandırmışdır. 2024-cü ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs4 məsələ ilə maraqlanıb onunla görüşmək üçün Bakı şəhərinə gəlmişdir. Onunla görüşərkən oğlu Ramilin Hərbi Xidmət yerinin dəyişilmədiyini görüb ona verdiyi pulları geri istəmişdir. O, İkrama yalandan aldığı pulları işi həll edəcək şəxsə verdiyini utandığından pulu geri istəyə bilmədiyini, hətta arvadının qızıllarını lombarda qoyub əlavə 450 manat pul götürərək həmin şəxsə verdiyini bir neçə gün səbr etməsini işin artıq həll olunma ərəfəsində olduğunu deyərək İkramı inandırmış və hətta demişdir ki, ona 450 manat pul versin ki, həmin pulu lombarda qoyub arvadının qızıllarını götürsün. Buna görə İkram Qəbələ rayonuna geri qayıdaraq onun pul kartına 450 manat pul göndərmişdir. Bu adla o, Zərərçəkmiş şəxs4 aldadaraq ümumilikdə 7500 manat pul almışdır. Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. X5 Hərbi xidmət yerini dəyişdirmək olmamışdır, niyyəti İkramı bu adla aldadıb pulunu ələ keçirmək olmuşdur. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 təxminən 1 ildir ki, tanıyır, sonuncunun əmisi oğlu Zahiri isə təxminən 7-8 ildir ki, tanıyır. O, özü Ali Məhkəmədə işləmişdir. Daha sonra o, ürəyindən əməliyyat olunmuşdur. Buna görə də işləyə bilməmişdir. Həmçinin də onun şəkər xəstəliyi də vardır. O, işini itirmişdir. 2024cü ilin fevral ayının əvvəllərində o, Zahirdən ət almışdır. Söhbət zamanı Zahir ona demişdir ki, əmisi oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə həbs edilmiş, köməklik edilməsini xahiş etmişdir. O, da demişdir ki, maraqlanıb deyər. Sonra o, Zahirə demişdir ki, ona 8000 manat pul versin. Zahir və Xaliq birlikdə 2024-cü ilin fevral ayının əvvəllərində Ali Məhkəmənin yanında yerləşən parkda ona 8000 manat pul vermişlər. Həmin pulu ona Xaliq vermişdir. Pulu aldıqdan sonra o, bildirmişdir ki, 2-3 ay ərzində qardaşı həbsdən azad olunacaq. Xaliq həbsdə olan Xəyal adlı şəxsin qardaşıdır. Xaliq də Zahirin yanında işlədiyindən ət alarkən tanımışdır. 8 min manat pulu aldıqdan sonra 10-15 gün müddət keçmişdir ki, onun mobil telefonla Xaliqlə danışan zaman qardaşının işinin həlli üçün vəkilə 2000 manat pul vermək lazım olduğuru bildirmişdir. Dəqiq tarixini xatırlamadığı gündə 2024-cü ilin fevral ayının ortalarında Xaliq onun 4098 5844 6461 1084 nömrəli Leo banka məxsus hesab kartına 2000 manat pul göndərmişdir. O, da həmin pulu xatırlamadığı ünvandan nağdlaşdırıb maddi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra o, Xaliqə zəng edərək hakimlər üçün 4 ədəd quzu lazım olduğunu bildirmişdir. Xaliq ona həmin quzuların hazır olduğunu bildirdikdə o, taksi vasitəsi ilə həmin quzuları Xaliqin işlədiyi mağazadan götürmüşdür. Bundan sonra o, Xaliqə qardaşının işində olan prosedurlar üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Xaliqlə 2024-cü ilin fevral ayının sonlarında Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Bravo” marketin içərisində görüşərək 2000 manat pulu almışdır. Bundan sonra Xaliqdən daha 1000 manat pul istəmişdir. Xaliq 700 manat pulu ona 2024-cü ilin mart ayının əvvəllərində Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən Qazi çay evində görüşərək vermişdir. 300 manatı isə xx.xx.2024-cü il tarixdə onun yuxarıda qeyd olunan kart hesabına göndərmişdir. Ümumilikdə o, Xaliqdən 14 min manat pul almışdır. Lakin həmin pulları Xaliqin qardaşının həbsdən azad olunması üçün deyil maddi ehtiyaclarına xərcləmişdir. O, əvvəllər Ali Məhkəmədə olan işindən çıxdığına görə bir müddət işsiz qaldıqdan sonra ehtiyyaclarını ödəyə bilmədiyi üçün ona təcili pul lazım olmuşdur. Bu ərəfələrdə 3 ildir ki tanıdığı Rövşən adlı şəxs Elməddin adlı tanışına hərbi bilet almağa köməklik lazım olduğunu dedikdə, o, köməklik edə biləcəyini demişdir. O, Rövşən və Elməddin ilk öncə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsində yerləşən adını bilmədiyi kafenin qarşısında görüşüb danışıb razılaşmışlar. İlk öncə Elməddin 250 manat beh olaraq götürmüşdür. Bundan sonra hissəhissə 250 manat, daha sonra 800 manat və 200 manat pul almışdır. Bundan başqa Elməddin onun kartına 1000 manat da pul göndərmişdir. Həmçinin, Elməddin ona 725 manat pulu hissə-hissə hərbi bilet məsələsini həll etmək üçün vermişdir. Sonuncu dəfə isə Elməddindən 100 manat pul istəmiş, sonuncu isə ona bildirmişdir ki, 100 manatı yoxdur 25 manat verə bilər. O, da onunla razılaşmışdır. Elməddinə göndərdiyi 5411 2498 1305 3993 nömrəli ona məxsus olan hesab kartına 25 manat göndərmişdir. Lakin Elməddinə vəd etdiyi sənədləri düzəldə bilməmişdir. Onun maddi vəziyəti yaxşı olmadığı üçün xırda-xırda Elməddin pul almağa başlamışdır. Elməddin bir müddət sonra sənədləri hazırlaya bilməyəcəyini başa düşdükdə, ondan pulu geri istəməyə başlamış, o, həmin pulları öz ehtiyyaclarına xərclədiyi üçün Elməddinə geri qaytara bilməmiş, buna görə də, sonuncunun zənglərinə cavab verməmişdir. O, Anara heç bir vəzifəli şəxsin adını çəkməmiş, Anardan aldığı pulu da maddi ehtiyaclarına xərcləmişdir. Vüqara heç bir məbləğdə pul verməmiş, 3 min manat pulu Vüqar gətirib ona vermişdir. Vüqar Ali Məhkəmədə mühafizəçi işləmiş, lakin anket məlumatlarını xatırlamır. O, “Leo” banka məxsus onun adına olan 4098 5844 6461 1084 nömrəli hesabına Zərərçəkmiş şəxs4 tərəfindən pulların göndərilməsini təmin etmişdir. Pərviz Məmmədov onun müdiri olmuş, lakin sonuncunun bu işlərdə ona köməyi dəyməmişdir. O, hissə-hissə olmaqla Elməddin Bayramovdan ümumilikdə 3000 manat pul almışdır. Elməddindən 3000 manat alan zaman sonuncuya hərbi bilet alması üçün sənədlərin düzəltməyi vəd etmişdir. Onun maddi vəziyyətinin yaxşı olmadığı üçün Elməddindən hissə-hissə pul almağa davam etmişdir. O, Elməddin Bayramovdan 3000 manat pulu alıb öz xərclərinə istifadə etmiş və hal-hazırda ödəmək imkanı yoxdur. O, Elməddin Bayramovdan aldığı 3000 manat pul vəsaitindən Rövşən adlı şəxsə heç bir məbləğdə pul verməmişdir. O, Ali Məhkəmədə sürücü işləmiş, heç vaxt Ali Məhkəmədə baş mütəxəssis işləməmişdir. Ola bilsin ki, cinayət işi üzrə Binəqədi RPİ-də, Qəbələ RPŞ-də izahat və ifadə verən zaman onun fikrini tam olaraq başa düşməmişlər. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona dəymiş 16.000 (on altı min) manat maddi ziyandan 7000 (yeddi min) manat ödədiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 dəymiş 3000 manat ziyanı tam ödədiyini, hazırda xəstəlikdən əziyyət çəkdiyini bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. Elnurun 2023-cü ildə Ali Məhkəmədə İşlər İdarəsinin müdirinin sürücüsü olmasını bilmişdir. 2023-cü ilin sentyabr ayında əmisi Azər Əsədov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğundan Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilmişdir. Əmisi Azərin həbsdən azad edilməsi üçün 2023-cu ilin dekabr ayının əvvəlində qohumu Təqsirləndirilən şəxsla zəngləşib əvvəlcə Bakı şəhərində Q.Qarayev adına metrostansiyanın yaxınlığında kafedə oturub görüşmüşlər. Elnura əmisi Azəri həbsdən qurtarmaq üçün kömək etməsini və qarşılığında nə qədər pul lazım olarsa verəcəyini bildirmişdir. Onlar ayrıldıqdan 10 gün sonra Elnur istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub Ali məhkəmədə olan tanışları vasitəsilə əmisini həbsdən qurtaracağına söz vermiş və bunun qarşılığında 30.000 manat pul istədiklərini bildirmişdir. O, Elnura 25.000 manat verə biləcəyini bildirdikdə, Elnur 13.000 manat öncədən qalan 13.000 manatı isə əmisi həbsdən azad edildikdən sonra verməli olduğunu bildirib onu həmin 13.000 manat pulu hazırlayıb Bakı şəhərinə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu "Montin" adlanan ərazidə görüşüb Elnura 13.000 manatı vermişdir. Elnur əmisini 2024-cü ilin aprel ayınadək həbsdən azad ediləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Elnur yenədə özünə məxsus mobil nömrə ilə ona zəng vurub 3.000 manat pul istədiklərini bildirmişdir. O, pulu vermək istəmədikdə Elnur whatsap sosial şəbəkəsi vasitəsilə ona səslər atıb inandırmağa çalışmışdır ki, əgər həmin pulu verməsə iş alınmaya bilər. O da Elnura inanmış, xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə getmiş, Elnur seçki ilə əlaqədar işləri olmasını və onunla görüşə bilməyəcəyini bildirmişdir. Buna görə Ali Məhkəmədə mühafizədə işləyən X3 nömrəsini verib onunla əlaqə saxlamalı olduğunu bildirmişdir. O, Vüqarla əlaqə saxlamış, onunla Bakı şəhərində Q.Qarayev adına metorstansiyasının yaxınlığında görüşmüş və həmin 3000 manat pulu vermişdir. O, pulu Vüqara verdikdən sonra Elnura zəng vurub məlumat vermişdir. Bundan bir neçə ay keçdikdən sonra öyrənmişdir ki, Elnur başqa şəxsləri aldatdığı üçün işdən qovulmuşdur. Bundan sonra o, aldadıldığını başa düşmüşdür. Əmisi Azərin də həbsdən azad edilməsi üçün Elnur heç bir iş görmədiyini sonuncu özü ona etiraf etmişdir. Həmin pulu ondan alıb borclarına verməsini və pulu qaytara bilmədiyini, artıq intihar etmək istədiyini bildirmişdir. O, bu barədə Elnurun qohumlarına məlumat verib şikayət etmək istəmədiyini bildirmişdir. 2024-cü ilin aprel ayının əvvəlində Təqsirləndirilən şəxs qohumları vasitəsilə 6200 manat pulu ona göndərmişdir. Təqsirləndirilən şəxsla Sabirabad şəhərində təsadüfən rastlaşdığı zaman Elnur ona yalvarıb vaxt istəmişdir. O, artıq Elnuru gözləyə bilmədiyi üçün polis şöbəsinə gedib şikayət etmişdir. Onun Elnura 16.000 manat pul verdiyini bütün qohumlar bilirlər, bundan başqa Elnurun ona Whatsappda atdığı səs yazıları vardır və həmçinin fotoşəkillər mövcuddur. Həmin səs yazılarını və şəkilləri CD diskə əlavə edib izahatına əlavə etmişdir. Elnur ondan aldığı pulu Ali Məhkəmədə adını çəkmədiyi 3 nəfərlə görüşüb verməyi bildirmişdir. Lakin konkret adlar göstərməmişdir. Elnur 2024-cü ilin mart ayında artıq hər şeyi etiraf etdiyi zaman heç kimlə iş görmədiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs Pərviz Məmmədovun sürücüsü olduğunu bilir, lakin «Şef» olaraq kimi nəzərdə tutduğunu deyə bilməz. O, Pərviz Məmmədovu tanımır və sonuncuya bu barədə heç bir məlumat verməmişdir. O, Vüqarı əvvəlcədən tanımamışdır. Elnurun dediyi kimi o, pulu Vüqara vermiş, lakin Vüqar ona heç bir vəd verməmişdir. Vüqar Nəcəfquliyevin anket məlumatları barədə heç bir məlumatı yoxdur. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona dəymiş 16.000 (on altı min) manat maddi ziyandan 7000 (yeddi min) manat ödənildiyini, qalan 9000 (doqquz min) manat pulun ödənilmədiyini, dəymiş zərərin tam ödənilməsini tələb etdiyini bildirərək buna görə də, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Sabirabad rayon sakini Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında tanımışdır. Belə ki, X12 hərbi xidmətə getdiyi üçün həyətində məclis təşkil etmiş, Təqsirləndirilən şəxs həmin məclisə gələrək iştirak etmişdir. Təqsirləndirilən şəxs ondan əvvəl X12u tələbə vaxtı olarkən tanımışdır. Oğlu Ramil 2019-cu ildə tam orta məktəbi bitirib dövlət imtahanı verərək Azərbaycan İqtisad Universitetinə qəbul olmuş, orada 4 il təhsil alaraq 2023-cü ilin iyun ayında universiteti bitirmişdir. X12 2024-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə getmişdir. Təqsirləndirilən şəxs oğlu Ramili tanıdıqdan sonra o, veteran olduğu üçün Bakı şəhərində pulsuz ev almağı, eləcə də arvadı Niyar Abdukərimova üçün xəstəliklə bağlı pensiya düzəldəcəyini təklif etmişdir. Bu barədə oğlu Ramil ona bildirdikdə o, bundan imtina etmişdir. Çünki fikirləşmişdir ki, Elnur onları bu adlarla aldadıb pul almaq istəyir. Buna görə bu təkliflərlə razılaşmamışdır. X8 səhətində narahatçılıq olmuşdur. Belə ki, oğlunun bel nahiyyəsində yırtıqlıq olduğundan Təqsirləndirilən şəxs oğluna Hərbi xidmətə getməmişdən əvvəl 2023-cü ilin dekabr ayında təklif etmişdir ki, yuxarı vəzifələrdə işləyən tanışları vardır, onların əli ilə hərbi xidmətə gedəcəyi halda oğlunu Bakı şəhərində yerləşən daha yaxşı Hərbi hissələrin birinə saldıracaqdır, buna görə 7000-8000 manat arası pul verməli olduğunu bildirmişdir. Oğlu Ramil ona bu barədə bildirdikdə o, bununla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs veriləcək pulu özünə çatması üçün onlara özünə məxsus Leo Banka aid 4098-5844- 6461-1084 saylı pul kartının şəklini çəkib göndərmişdir. Bundan sonra o, Qəbələ şəhəri ərazisində Hedər Əliyev prospektində yerləşən Şərab evinin daxilində olan ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə eyni vaxtda iki dəfəyə Təqsirləndirilən şəxs əvvəlcə 5000 manat, daha sonra isə 1550 manat olmaqla ümumilikdə 6550 manat pul göndərmişdir. Bundan 2-3 gün keçdikdən sonra Elnur ona bildirmişdir ki, iş alınmır, buna görə ona əlavə 500 manat pul göndərməlidir. Buna görə o, Elnura inanıb digər oğlu Şahid1 500 manat pul vermişdir ki, həmin pulu Elnurun kartına göndərsin. Oğlu Şamil 2024-cü ilin yanvar ayının ortalarında tam günü və tarixi yadına gəlmir Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində yerləşən mağazaların birində olan ödəmə terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus yuxarıda qeyd olunan pul kartına 500 manat pul göndərmişdir. Bu məsələdən 2 ay keçməsinə baxmayaraq Elnurun oğlu Ramilin hərbi xidmət yerini dəyişmədiyini görüb o, 2024-cü ilin yanvar ayının əvəllərində Elnur ilə görüşmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində Elnur ilə görüşüb ona verdiyi sözə əməl etmədiyini, buna görə verdiyi ümumilikdə 7050 manat pulunu geri qaytarmasını tələb etmişdir. Elnur ona verdiyi pulun üzərinə arvadının qızıl-zinət əşyalarını lombarda qoyub 450 manat pul götürərək işi həll edəcək şəxsə verdiyini, utandığından həmin pulu geri almağa utandığını məsələnin tez bir zamanda həllini tapacağını deyərək onu inandırmışdır. Bundan sonra o, Bakı şəhərindən Qəbələ rayonuna qayıtmışdır. Elnur zəng edərək 450 manat pul istədiyi üçün o, oğlu Şamilə 450 manat pul vermişdir ki, Elnura göndərsin. X18 rayonu, Nic qəsəbəsi ərazisində yerləşən mağazaların birində olan ödəmə terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus yuxarıda qeyd olunan pul kartına 450 manat pul göndərmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs X8 hərbi xidmət yerini dəyişməmiş, eləcədə aldığı 7500 manat pulu bu günə kimi qaytarıb verməyərək onu aldadaraq ələ keçirmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qardaşı X6 təxminən 2 il bundan əvvəl Binəqədi rayonu ərazisində dava-dalaş etdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə həbs edilmişdir. O, əmisioğlu Zahir ilə birlikdə ət bazarında işləyirlər. O, Qəssablıqla məşğul olur. Təqsirləndirilən şəxs müştəriləri olmuşdur. Elnurla normal münasibətləri olmuşdur. X13 Nazirliyində hansısa şöbənin rəisinin sürücüsü vəzifəsində işləmişdir. Elnurla söhbət zamanı əmisioğlu Zahir Elnura demişdir ki, bəs «rəisinə denən bizə torpaq sahəsi versin, mal-heyvan otarmaqla məşğul olaq». Elnur da demişdir ki, rəisi iş yerini dəyişmişdir, hazırda məhkəmə-hüquq şurasında, kadrlar şöbəsinin rəisidir. Bundan sonra əmisioğlu Zahir Elnura demişdir ki, onun qardaşı Xəyal 6 il müddətinə həbs edilmiş, həbsdən azad edilməsini istəyirlər. Elnur da bildirmişdir ki, o, bu məsələni həll edə bilər. Elnur işi həll etmək üçün 17000 manat pul lazım olduğunu bildirmişdir. Onlar da razılaşmışlar. Bundan sonra Elnur demişdir ki, ilkin olaraq 8000 manat pul vermək lazımdır. O, Zahirlə birlikdə 8.000 manat pulu 2024-cü ilin fevral ayının əvvəllərində Ali Məhkəmənin qarşısında Elnura vermişlər. Pulu verən zaman orada o və əmisioğlu Zahir olmuşdur. Təxminən 10-15 gün sonra Xaliq istifadəsində olan ***-***-**-** nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək vəkilə vermək üçün 2000 manat pul lazım olmasını bildirmişdir. O, da Elnurun ona atmış olduğu Leo banka aid 4098 5844 6461 1084 nömrəli karta hazırda xatırlamadığı terminaldan 2000 manat pul göndərmişdir. Həmin pulu səhv etmirsə işlədiyi mağazanın yanında yerləşən terminalların birindən göndərmişdir. Ancaq qəbzi itirmişdir. Həmçinin 2000 manat pulun bir hissəsini də mobil tətbiq vasitəsilə Kapital bank kartından göndərmişdir. Bundan bir neçə gün sonra Elnur ona zəng edərək hakimlər üçün 4 ədəd quzu lazım olduğunu bildirmişdir. O, da razılaşmışdır. Həmin quzuları Elnur avtomobil göndərmiş, o da vermişdir. Quzuların ümumi qiyməti 1000 manat etmişdir. O, həmin quzuları hissə-hissə Elnura vermişdir. Bundan sonra Elnur prosedurlar üçün əlavə 2000 manat lazım olmasını demişdir. Elnur, ona Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən Bravo marketə getməyini bildirmişdir. O, tək getmişdir. Pulu Elnura vermişdir. Sonra isə əmisioğlu Zahir gəlmiş, lakin Zahir onun Elnura pul verməyini bilməmişdir. O, Zahirə bu barədə heçnə deməmişdir. Bundan sonra yenə Elnur ona zəng edərək 1000 manat olmasını bildirmişdir. O, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən “Qazi” çay evinə getmişdir. Orada Elnura 300 manat pul vermişdir. Qalan 700 manat pulu isə Binəqədi rayonu ərazisində işlədiyi yerdən mobil tətbiq vasitəsilə Elnurun ona vermiş olduğu Leobanka aid 4098 5844 6461 1084 nömrəli karta göndərmişdir. Ümumilikdə Elnur ondan 14000 manat pul almışdır. O, dəfələrlə Elnurdan iş barədə soruşduqda sonuncu onu hər dəfə müxtəlif bəhanələrlə aldatmışdır. Elnura konkret olaraq pulları verdiyi dəqiq tarixləri xatırlamır. Ancaq pulları yuxarıda qeyd etdiyi kimi vermişdir. Elnur ondan pulu qardaşı Xəyalı həbsdən azad etdirəcəyi adı ilə almışdır. O, pulun 8000 manatını bütöv şəkildə nağd qaydada, qalan 6000 manat hissəsini isə hissə-hissə kart vasitəsi ilə göndərmiş, həmçinin nağd qaydada vermişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. İttiham aktının siyahısında zərər çəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Elməddin adlı şəxsi tanıyır. 2024-cü ilin mart ayından Elməddin ona hərbi bilet almaq üçün köməklik edə biləcək adam axtarmasını demişdir. O, Elnur adlı şəxsin bu işlərlə məşğul olmasını bilmiş və Elməddin ondan soruşduqda, sonuncuya Elnur adlı şəxsin köməklik edə biləcəyini demişdir. Bundan sonra onlar Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsində yerləşən adını xatırlamadığı kafenin kənarında görüşmüşlər. Onlar bir-birləri ilə danışmışlar və beh kimi Elməddin Elnura 250 manat pul vermişdir. Təxminən 3-4 gün sonra Elməddin ona zəng edərək Elnurun 700 manat pul istəməsini bildirmişdir. O, Elməddin ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmiş, orada Elməddin 700 manat pul götürüb Elnur adlı şəxsin kart hesabına göndərmişdir. Daha sonra təkrar Elnur ona zəng edərək Elməddinin sənədlərinin hazır olmasını lakin, əlavə 700 manata ehtiyac olmasını dedikdə, o, Elməddinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra onlar arasında olan məsələlərdən xəbəri olmamışdır. 2024-cü ilin təxminən aprel ayında Elməddin ona zəng edərək Elnurun onun sənədlərini hazır etmədiyini və onu aldatmasını bildirdikdə, Elnura zəng edərək bu barədə soruşmuş, Elnur ona “sənlik nə var? mən baş idarəynən danışmışam bir həftəyə sənədlər hazır olacaq" demişdir. Həmin vaxtdan sonra Elnur adlı şəxs onun zənglərinə cavab verməmiş, artıq Elnurun Elməddini aldatmasını başa düşdüyü üçün Elməddinə və əmisinə Elnur barəsində şikayət etməyi tövsiyyə etmişdir. Elnur adlı şəxs Elməddin Bayramovdan aldığı puldan ona heç bir məbləğdə pul verməmişdir. O, sadəcə Elməddin Bayramova köməklik etmiş, Elnur adlı şəxsin Elməddinin pulunu ələ keçirəcəyi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində ət mağazası işlədir. Əmisi oğlu Zərərçəkmiş şəxs2 onunla birlikdə işləyir. Təqsirləndirilən şəxs 4-5 ildən çoxdur ki, tanıyır. Onun əmisi oğlu X6 təxminən 2 il bundan əvvəl Binəqədi rayonu ərazisində dava-dalaş etdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə həbs edilmişdir. Təqsirləndirilən şəxs onların müştərisi olmuşdur. Elnurla normal münasibətləri olmuşdur. X13 Nazirliyində şöbə rəisinin sürücüsü vəzifəsində işləmişdir. Elnurla söhbət zamanı o, Elnura bildirmişdir ki, «bəs rəisinə denən bizə torpaq sahəsi versin, mal-heyvan otarmaqla məşğul olaq». Elnur da demişdir ki, rəisi iş yerini dəyişmişdir, hazırda məhkəmə-hüquq şurasında Kadrlar şöbəsinin rəisi işləyir. Bundan sonra əmisioğlu ilə Elnura demişdir ki, onun əmisi oğlu Xəyal 6 il müddətinə həbs edilmiş, həbsdən azad edilməsini istəyirlər. Həmin vaxtı əmisi oğlu Xaliq də yanında olmuşdur. Elnur da demişdir ki, o, bu işi həll edə bilər. Elnur işi həll etmək üçün 17000 manat lazım olduğunu bildirmişdir. Xaliq və o da razılaşmışlar. Bundan sonra Elnur demişdir ki, ilkin olaraq 8000 manat pul vermək lazımdır. Xaliq də 8 min manat pulu hardansa taparaq 2024-cü ilin fevral ayının əvvəllərində Ali Məhkəmənin qarşısında Elnura vermişdir. Pulu verən zaman orada o və əmisioğlu Xaliq olmuşdur. Bundan sonra onlar Elnura pulu verdikdən sonra sonuncu bildirmişdir ki, 3-4 ay ərzində əmisi oğlu Xəyal azadlığa buraxılacaq. Onlar da Elnura inanaraq onunla sağollaşıb oradan ayrılmışlar. Sonradan əmisioğlu Xaliq ona bildirmişdir ki, müxtəlif vaxtlarda Elnur 6000 manat pul da əlavə olaraq qardaşının azadlığa buraxılması üçün almışdır. Lakin Elnur vədinə əməl etmənuş, əmisioğlu Xaliqi aldatmışdır. Elnur ümumilikdə Xaliqə 14000 manat ziyan vurmuşdur. Elnur onlara Əsəd adlı şəxsin adını çəkmişdir ki, guya işi həmin adam həll edir. Lakin onlar həmin şəxsi görməmişlər və tanımırlar. Güman ki, Elnur özündən belə bir şəxs uydurmuşdur. Elnura verilən pullar Xaliqə məxsus olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və araşdırma aparılması üçün icraata qəbul edilmişdir (Cild İ, i.v. 1); Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild İ, i.v. 36-37); “cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və araşdırma aparılması üçün icraata qəbul edilmişdir (Cild İ, i.v. 41); “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (Cild İ, i.v. 46-47); “cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istinaqı aparılan ********* nömrəli cinayət işi icraatda olan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istinaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ibtidai istintaq ********* nömrə altında davam etdirilmişdir (Cild İ, i.v. 57-58); “Baxış keçirilməsi haqqında" 15 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 pulu göndərdiyi yer Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən “ət və ət məhsulları” adlı mağazadır (Cild İ, i.v. 90-91); “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (Cild İ, i.v. 108); “şübhəli şəxsin tutulması haqqında” 03 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə, saat 12:50-də Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İ,i.v. 123-124); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (Cild İ, i.v. 133); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(001)-753/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Shib oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs Shib oğlu barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (Cild İ, i.v. 146-153); “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (Cild İ, i.v. 158); “cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, HK-1/482 saylı material üzrə fakta görə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 159); “cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 01 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələrinə tövsif edilmiş və ibtidai istintaq ********* nömrə altında davam etdirilmişdir (Cild İ, i.v. 168-169); “cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə faktla bağlı Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 171); “hadisə yerinin müayinə olunması haqqında" 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri (Zərərçəkmiş şəxs3 şikayəti üzrə) Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 1 KTM-dir (Cild İ, i.v. 185-186); “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (Cild İ, i.v. 213-214); “tutma haqqında” 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə, saat 17:40-da Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İ,i.v. 253-254); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild İİ, i.v. 1-2); “qətimkan tədbirinin seçilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir (Cild İİ, i.v. 15-16); “qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi və tutulması haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayınması səbəbindən, onun tutulması üçün haqqında axtarış elan olunması və tutulduğu halda Nəsimi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (Cild İİ, i.v. 20); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır (Cild İİ, i.v. 21); “cinayət işinin icraata qəbul edilməsi və təzələnməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat təzələnərək icraata qəbul edilməklə ibtidai istintaq davam etdirilmişdir (Cild İ, i.v. 22); “cinayət işinin icraata qəbul edilməsi və təzələnməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 sentyabr 2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir (Cild İ, i.v. 27-28); “qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi və tutulması haqqında” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayınması səbəbindən, onun tutulması üçün haqqında axtarış elan olunması və tutulduğu halda Nəsimi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (Cild İİ, i.v. 42-43); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır (Cild İİ, i.v. 44-45); “axtarışda olan şəxsin tutulması barədə” 04 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə, saat 23:00-da Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İİ, i.v. 50); “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat təzələnərək icraata qəbul edilməklə ibtidai istintaq davam etdirilmişdir (Cild İİ, i.v. 47-48); “cinayət işlərinin birləşdirilməsi haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CİM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatda Azərbaycan Respublikası CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir (Cild İİ, i.v. 51-53); “eManat” məxsus xx.xx.2024-cü il tarixli, 85397 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus kart hesabına 5000 manat göndərilmişdir (Cild İİ, i.v. 67); “eManat” məxsus xx.xx.2024-cü il tarixli, 85398 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus kart hesabına 1550 manat göndərilmişdir (Cild İİ, i.v. 68); “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (Cild İ, i.v. 142-143); “şübhəli şəxsin tutulması və axtarışının elan edilməsi haqqında” 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbycan Respublikası CM-nin 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilindiyindən tutulması üşün barəsinə axtarış elan edilməsi və axtarışın keçirilməsi Qəbələ Rayon Polis Şöbəsin həvalə edilməsi qərara alınmışdır (Cild İİ, i.v. 151); “axtarışda olan şəxsin tutulması barədə” 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri ərazisində tutulmuş və həmin tarixdə Qəbələ RPŞnin X9 təhvil verilmişdir (Cild İİ, i.v. 155); “şübhəli şəxsin tutulması barədə” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qərarla xx.xx.2024-cü il tarixdə, saat 23:55-də tanış olmuşdur. (Cild İİ,i.v. 156-157); “şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:55-də Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İİ,i.v. 156-157); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild İİ, i.v. 175-176); “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs qərarla xx.xx.2024-cü il tarixdə, saat 19:30-da tanış olmuşdur (Cild İİ, i.v. 184-185); Sabirabad RİHB-nın Şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmamışdır (Cild İİİ, i.v. 66); “CD formatlı diskdə yerləşdirilmiş məlumatlara baxışın keçirilməsi haqqında" 08 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 4098-5844- 6461-1084 saylı “Leo Banka” aid pul kartı vasitəsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək aparılan maliyyə əməliyyatları barədə 1 (bir) ədəd CD formatlı diskə yerləşdirilmiş məlumallara baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus 4098-5844- 6461-1084 saylı «Leo Bank”a aid bank kartına xx.xx.2024-cü il tarixdə saat 12:22:01 radələrində 1550 (bir min beş yüz əlli) manat, xx.xx.2024-cü il tarixdə saat 12:19:45 radələrində 5000 (beş min) manat, xx.xx.2024-cü il tarixdə saat 15:21:22 radələrində 500 (beş yüz) manat və xx.xx.2024-cü il tarixdə saat 17:59:08 radələrində isə 450 (dörd yüz əlli) manat pul mədaxil edildiyi və qeyd olunan məbləğlərdə olan pulların Zərərçəkmiş şəxs4 tərəfindən mədaxil edildiyi müəyyən olunmuşdur (Cild İİİ, i.v. 73); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (Cild İİİ, i.v. 95-96) “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraat müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə təzələnmişdir (Cild İİ, i.v. 97-98); “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən yeni məzmunlu ittiham elan edilmişdir (Cild İİİ, i.v. 109-110); “DVD diskə baxış keçirilməsi haqqında" 06 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskin içərisində Təqsirləndirilən şəxs Whatsapp proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 göndərdiyi 03 ədəd səs yazıları əks olunmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyi səs yazılarına baxış zamanı 1-ci 1 dəqiqə, 49 saniyəlik səs yazısında Təqsirləndirilən şəxs deyir ki, “Anar mən səni başa düşürəm. Bu əvvəlki adamlardan deyil. Tamam başqa bir adamdır. Həmin adam mənə dedi ki, mən sənə demişdim ki, apar vaxtında pulu ver. Sonra iş burular alınmaz. Mənə düşən payı apar ver dedi ora. Mən əlimdən nə gəlir onu da edirəm. And olsun Allaha mənim bu işdə xeyirim yoxdu”. 2-ci 54 saniyəlik səs yazısında Təqsirləndirilən şəxs bildirir ki, Anar ikimizin canı mənim qorxduğum işin burulmağıdı. Mənim qorxduğum odur. Mənə deyər ki, mən sənən demişdim pulu apar ver filankəsə. Niyə verməmisən. Mən indi gedib onnan sporlaşası deyiləm ki. Mən də narahatam. 3-cü 27 saniyəlik səs yazısında Təqsirləndirilən şəxs bildirir ki, Anar sənə nömrə atıram. Adı Vüqardı, polisdi. Bizim yanımızda işləyir. 3 min pulu apar ver Vüqara. Ola bilər mən seçkilərə görə orda olmayım. Nömrəni atıram sənə. Apar o pulu çatdır Vüqara. Baxışda iştirak edən Təqsirləndirilən şəxs səs yazılarının ona məxsus olmasını və onların Zərərçəkmiş şəxs1la öz arasında olmasını təsdiqləmişdir (Cild İİİ, i.v. 126); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-82/2025 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay həddində - 04 may 2025-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 04 fevral 2025-ci il tarixdən, saat 23:00-dan hesablanması qərara alınmışdır (Cild İİİ, i.v. 138-141); Zərərçəkmiş şəxs3 Əsgər oğlu tərəfindən verilmiş qəbzdən görünür ki, ona dəymiş 3000 manat ziyan tam ödənilmişdir (Cild İİİ, i.v. 153); “sübutların qiymətləndirilməsi haqqında” 28 aprel 2025-ci il tarixli qərardan görünür ki, İş üzrə Zərərçəkmiş şəxs4 təqdim etdiyi 02 ədəd ödəmə qəbzlərinin, ‘'Unibank" ASCnin məktubuna əlavə edilmiş 01 ədəd diskin, Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində səs yazıları olar 01 ədəd diskin maddi sübut kimi tanınması və cinayət işi materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır (Cild İİİ, i.v. 193-207); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayo Məhkəməsinin 4(006)-279/2025-ci il saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni 24 may 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən eyni əməllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlləri səmimi etiraf edərək peşman olmasını, dəymiş ziyanın bir hissəsini (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona dəymiş 16.000 manat maddi ziyandan 7000 manat ödəməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 dəymiş 3000 manat ziyanı tam ödəməsini) ödəməsini, nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 avqust 2024-cü il tarixdən – 30 avqust 2024-cü il tarixədək, 14 sentyabr 2024-cü il tarixdən – 16 sentyabr 2024-cü il tarixədək tutma altında saxlanıldığı 4 (dörd) gün müddət və 03 oktyabr 2024-cü il tarixdən – 03 yanvar 2025-ci il tarixədək “ev dustaqlığında” saxlanıldığı 3 (üç) ay müddət, ümumilikdə 3 (üç) ay 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən, yəni 04 fevral 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs4 təqdim etdiyi 02 ədəd ödəmə qəbzlərinin, ‘'Unibank" ASC-nin məktubuna əlavə edilmiş 01 ədəd diskin, Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində səs yazıları olar 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 avqust 2024-cü il tarixdən – 30 avqust 2024-cü il tarixədək, 14 sentyabr 2024-cü il tarixdən – 16 sentyabr 2024-cü il tarixədək tutma altında saxlanıldığı 4 (dörd) gün müddət və 03 oktyabr 2024-cü il tarixdən – 03 yanvar 2025-ci il tarixədək “ev dustaqlığında” saxlanıldığı 3 (üç) ay müddət, ümumilikdə 3 (üç) ay 4 (dörd) gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs4 təqdim etdiyi 02 ədəd ödəmə qəbzlərinin, ‘'Unibank" ASC-nin məktubuna əlavə edilmiş 01 ədəd diskin, Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində səs yazıları olar 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-411/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-411/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver