Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-412/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiһamçı X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan X6 “Azərbaycan Reallığı” İnformasiya Agentliyinə müraciət edərək dələduzluğun qurbanı olduğunu bildirərək qarşılaşdığı hallara dair açıqlamasında bir neçə ay öncə Nihad Əliyev adlı şəxslə tanış olduğunu və ona, xaricdən satış məqsədi ilə avtomobil gətirməyə söz verən Nihad Əliyevin onun 140-150 min manat dəyərində olan evini ələ keçirdiyini və bu məqsədində Nihad Əliyevə digər dələduzların əməlinin olduğunu bildirib və həmin dələduzlardan biri olaraq da o, X5 olduğunu bildirmişdir. Guya, Tamam Nəbiyeva evini girov qoyub və ondan 55000 manat faizlə pul götürmüşdür. Hətta 3-4 ay ona faiz ödəmişdir. “Azərbaycan Reallığı” İnformasiya Agentliyinə olunan bu müraciət sonradan “Patrul Az”-ın xəbər portalında “Onlar hələ də azadlıqdadırlar. İnsanların pul və mülkiyyətini ələ keçirən dələduz şəbəkə haqqında sensasion faktlar” adlı manşetində yer almışdır. Bununla da, hesab edir ki, X6, onun barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumat yayaraq onu ağır cinayətlərdə ittiham və təhqir etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edir ki, X1, bu müraciəti 2000 nəfərdən artıq şəxs tərəfindən izlənilmişdir. Qeyd edir ki, o keyfiyyətlərinə, dövlətə, cəmiyyətə olan münasibətinə görə cəmiyyətdə öz mövqeyini tutmuş, insanlar arasında tanınmış, müəyyən nüfuza sahib vətəndaşdır. Məlumdur ki, hər kəsin şərəfi, ləyaqəti birbirilə əlaqəli olan, insan hüquqları nöqteyi-nəzərdən önəmli sosial dəyərlər olduğundan dövlət tərəfindən müdafiə olunur. Lakin, X6 “Azərbaycan Reallığı" İnformasiya Agentliyinə müraciətində, “Patrul.Az”-ın xəbər portalında “Onlar hələ də azadlıqdadırlar. İnsanların pul və mülkiyyətini ələ keçirən dələduz şəbəkə haqqında sensasion faktlar” adlı manşetində barəsində yaydığı şər və böhtan xarakterli məlumatında onu ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə onu cinayətkar şəbəkənin üzvü kimi tanıtmaqla, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2-ci maddəsi ilə tövsif olunan əməli törətməyində ittiham edərək şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Halbuki, qeyd olunanlar hamısı şər və böhtan xarakterli məlumatlardır. Bu cür məlumatların yayılmasının məqsədli surətdə olunduğuna da şübhə etmir. Belə ki, X6 müraciətində Nihad Əliyevin onun 140-150 min manat dəyərində olan evini əlinə keçirdiyini bildirir. Ola bilsin ki, istiqamətləndirən kiminsə fikrinə görə ona satdığı evinin müqabilində ondan aldığı 110000 manatı bu cür saxta məlumat verməklə geri alacağını, və yaxud evinin geri qaytarılacağını ümid edir. Onu dələduzluq əməlini törədən, cinayətkar şəbəkənin üzvü kimi tanıtmağa çalışan X6 bu qanunsuz hərəkəti ilə cəmiyyət, kollektiv və ayrı-ayrı şəxslər arasında barəsində mənfi rəy yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Birləşmiş Millətlər 14 Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, "İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququna görə, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. CM-nin 147.1-ci maddəsinə görə böhtan yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. CM-nin 147.2-ci maddəsində cinayət əməlirin tövsifedici əlaməti kimi böhtan atmanın ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Xüsusi ittiham qaydasında şikayət verilərkən mütləq qaydada bu məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Belə ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərof və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, on azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmçinin sözügedən Plenum qərarını 7-cı bəndində qeyd edilir ki, Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilərn təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri. §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı. §57). Eyni zamanda Plenum Qərarının 12-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməkdə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənləri nəzərə alaraq, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmasına dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiһamçı X9 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, əlavə olaraq bildirmişdir ki, Tamam Nəbiyevanı onunla makler tanış etmiş və alqı-satqı əsasında evi almışdır. Tamam Nəbiyevanın şikayət ərizəsində qeyd etdiyi Nihad adlı şəxsi nişanlısı kimi tanımış, lakin X10nın himayəsində iki uşaq olmasını və Nihad adlı şəxsdən 10 yaş böyük olduğunu bilmişdir. X7 böhtan atmış və şərəf və ləyaqətini nüfuzdan salmışdır. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs “Azərbaycan Reallığı” İnformasiya Agentliyində və “Patrul.az” saytında onun barəsində böhtan xarakterli məlumatlar yaymaqla onun cəmiyyət içərisində nüfuzuna ləkə gətirmişdir. Qeyd olunanları nəzərə alaraq, şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 bildirmişdir ki, “Patrul.az” saytında xüsusi ittihamçının barəsində mahiyyəti üzrə qeyd edilmiş məlumaların onun sifarişi əsasında verilməsi öz təsdiqini tapmır. Bundan əlavə, xüsusi ittihamçı ilə onun arasında olan “Whatsapp” tətbiqi vasitəsilə səs yazıları və telefon vasitəsilə qeydə alınmış 20 dəqiqəlik səs yazıları Qabil Abbasovun barəsində yayılmış məlumatların böhtan olmadığını sübut edir. Qeyd olunanları nəzərə alaraq, barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin icraat qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi X8 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraat qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, böhtan hesab edilən məlumatlar “Patrul.az” internet saytında yerləşdirilmişdir. Həmin internet saytının hüquqi ünvanı ünvan 2ayətin ərazi aidiyyatı Sabunçu Rayon Məhkəməsidir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış vergi ödəyicilərinin məlumatlarından görünür ki, “Patrul.az” internet portalının hüquqi ünvanı ünvan 3an isə Sabunçu rayonunun ərazisinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Beləliklə, hazırkı vəziyyətdə “Patrul.az” saytının hüquqi ünvanı ünvan 5əşdiyindən və həmin ünvan isə Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisinə aid olduğundan, hazırkı şikayətə Nəsimi Rayon Məhkəməsində baxıla bilməz və buna görə də, şikayət aidiyyatı üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-412/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X3 göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-412/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-412/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver