Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-413/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Xüsusi ittihamçı: X2 Xüsusi ittihamçının 14 saylı Vəkil Bürosunun vəkili nümayəndəsi: Nümayəndə Müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Barəsində xüsusi ittiham Kərimli Əli Əmirhüseyn oğlunun qaydasında şikayət verilmiş şəxs: iştirakları ilə xx.xx.1965-ci il tarixdə Saatlı rayonu, Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN 0SZSX5S), evli, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 138, mənzil 24-də qeydiyyatda olan Kərimli Əli Əmirhüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə materiallara Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kərimli Əli Əmirhüseyn oğlu sosial şəbəkələr vasitəsi ilə “YouTube” video paylaşma sistemində (https://youtu.be/rclW3DCOj00?si=-PPY37ieum5JiKun): 21 sentyabr 2023-cü il tarixdə “...Sənədləri üzərimizə qaytarıblar ki, yox biz nəticələri qəbul etmirik. Nəyə görə? Deməli, partiyanın bir üzvü siyasi mövqeyini dəyişdiyinə görə partiyanın Rəyasət Heyətinin qərarı ilə partiyadan xaric edilmişdir. ... Siyasi mövqeyini dəyişmək nə deməkdi - hökumətpǝrǝst siyasətə yuvarlandığı üçün, yumşaq ifadə edirəm mən bunları. Hökumət məhkəmənin vasitəsilə həmin şəxsi partiyaya qaytardı. Yəni biz partiyanın üzvünü xaric etmişik ki, sən artıq Xalq Cəbhəsinin siyasətinə sədaqətli deyilsən və hökumətin mövqeyini paylaşırsan, hökumət də məhkəmə vasitəsilə həmin adamı yenidən məcbur edir ki, bu adam sizin üzvünüzdür. İndi belə bir adamın vasitəsilə şikayət olunur. Həmin adam, yəni məhkəmənin Xalq Cəbhəsinə zorla bərpa elədiyi şəxs indi müraciət edir ki, yox Qurultay düzgün keçirilməyib, Qurultayın nəticələri ləğv olunmalıdır”; “Sevinc Osmanqızı” TV-də (https://www.youtube.com/live/YgPP3eGvlmc?si=TX56coPK8XWOODXm): 13 oktyabr 2023-cü il tarixdə “...09 sentyabrda Xalq Cəbhəsinin reyestrlə bağlı sənədlərini qəbul ediblər, heç üstündən 02 həftə keçməmiş məktub göndəriblər ki, bizim Qurultayla bağlı sənədləri geri qaytarıblar. Təsəvvür eləyin ki, məhkəmə qərarı ilə bizim üzv kimi bərpa etdikləri öz adamlarının şikayəti ilə mənim sədrliyimi tanımırlar”; “Azərbaycan saatı” TV-də (https://youtu.be/3ZACOWS7qXc?si=rR90k3Q3Vq89q310): 05 noyabr 2023-cü il tarixdə “...Partiyanın sıralarından etimadını itirdiyinə görə xaric olunmuş bir şəxs sonradan şikayət verir ki, Qurultayda seçkilər düzgün keçirilməyib. Azərbaycan hakimiyyəti görün nə deyir: “Məhkəmə yolu ilə bizim sıralarımıza zorla qaytardığı şəxsin şikayəti var deyə bizim Qurultay sənədlərimizi qeydə almır. Başqa sözlə, öz aləmlərində məni AXCP sədri kimi tanımırlar”; AXCP Ali Məclisi sessiyasında 13 iyul 2024-cü il tarixdə olan çıxışında (https://youtu.be/WbstE1EİKUQ?si=KLpBVVGffzWLVTİ): “...05 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə 24 iyun 2023-cü il tarixdə keçirdikləri Qurultayın nəticəsi etibarsız hesab olunmuşdur. Nəyə görə etibarsız sayır, bilirsiniz? Partiyanın siyasi xəttindən kənara çıxıb hakimiyyətlə əməkdaşlıq etdiyinə görə partiyadan xaric olunmuş keçmiş NTK sədri Aydın Əliyev məhkəmə qərarı ilə Partiyamıza bərpa edilib. Həmin adamın şikayəti ilə 01 nəfər 288 nəfərə qarşı” çıxışlarında yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X2 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmışdır. İttiham tərəfinin dəlilləri: Xüsusi ittihamçı X6 bildirir ki, Kərimli Əli Əmirhüseyn oğlu sosial şəbəkələr vasitəsi ilə “YouTube” video paylaşma sistemində (https://youtu.be/rclW3DCOj00?si=- PPY37ieum5JiKun): 21 sentyabr 2023-cü il tarixdə “...Sənədləri üzərimizə qaytarıblar ki, yox biz nəticələri qəbul etmirik. Nəyə görə? Deməli, partiyanın bir üzvü siyasi mövqeyini dəyişdiyinə görə partiyanın Rəyasət Heyətinin qərarı ilə partiyadan xaric edilmişdir. ... Siyasi mövqeyini dəyişmək nə deməkdi - hökumətpǝrǝst siyasətə yuvarlandığı üçün, yumşaq ifadə edirəm mən bunları. Hökumət məhkəmənin vasitəsilə həmin şəxsi partiyaya qaytardı. Yəni biz partiyanın üzvünü xaric etmişik ki, sən artıq Xalq Cəbhəsinin siyasətinə sədaqətli deyilsən və hökumətin mövqeyini paylaşırsan, hökumət də məhkəmə vasitəsilə həmin adamı yenidən məcbur edir ki, bu adam sizin üzvünüzdür. İndi belə bir adamın vasitəsilə şikayət olunur. Həmin adam, yəni məhkəmənin Xalq Cəbhəsinə zorla bərpa elədiyi şəxs indi müraciət edir ki, yox Qurultay düzgün keçirilməyib, Qurultayın nəticələri ləğv olunmalıdır”; “Sevinc Osmanqızı” TV-də (https://www.youtube.com/live/YgPP3eGvlmc?si=TX56coPK8XWOODXm): 13 oktyabr 2023-cü il tarixdə “...09 sentyabrda Xalq Cəbhəsinin reyestrlə bağlı sənədlərini qəbul ediblər, heç üstündən 02 həftə keçməmiş məktub göndəriblər ki, bizim Qurultayla bağlı sənədləri geri qaytarıblar. Təsəvvür eləyin ki, məhkəmə qərarı ilə bizim üzv kimi bərpa etdikləri öz adamlarının şikayəti ilə mənim sədrliyimi tanımırlar”; “Azərbaycan saatı” TV-də (https://youtu.be/3ZACOWS7qXc?si=rR90k3Q3Vq89q310): 05 noyabr 2023-cü il tarixdə “...Partiyanın sıralarından etimadını itirdiyinə görə xaric olunmuş bir şəxs sonradan şikayət verir ki, Qurultayda seçkilər düzgün keçirilməyib. Azərbaycan hakimiyyəti görün nə deyir: “Məhkəmə yolu ilə bizim sıralarımıza zorla qaytardığı şəxsin şikayəti var deyə bizim Qurultay sənədlərimizi qeydə almır. Başqa sözlə, öz aləmlərində məni AXCP sədri kimi tanımırlar”; “Meydan” TV-də (https://www.instagram.com/p/C5TEcqBİC8P/?igsh=MXq0NGc1Y3BlaDNmYg): 03 aprel 2024-cü il tarixdə “Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Əli Kərimlini təşkilatın sədri kimi tanınmaması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, hazırda dövlət başçısı İlham Əliyevin birbaşa göstərişi ilə Ədliyyə Nazirliyi saxta bir şikayət təşkil edərək Əli Kərimlini təşkilatın sədri kimi tanımaqdan imtina edir”; AXCP Ali Məclisi sessiyasında 13 iyul 2024cü il tarixdə olan çıxışında (https://youtu.be/WbstE1EİKUQ?si=KLpBVVGffzWLVTİ): “...05 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə 24 iyun 2023-cü il tarixdə keçirdikləri Qurultayın nəticəsi etibarsız hesab olunmuşdur. Nəyə görə etibarsız sayır, bilirsiniz? Partiyanın siyasi xəttindən kənara çıxıb hakimiyyətlə əməkdaşlıq etdiyinə görə partiyadan xaric olunmuş keçmiş NTK sədri Aydın Əliyev məhkəmə qərarı ilə Partiyamıza bərpa edilib. Həmin adamın şikayəti ilə 01 nəfər 288 nəfərə qarşı” çıxışlarında yalan olduğunu bilə-bilə onun barəsində şərəf və ləyaqətini alçaldan böhtan xarakterli məlumatlar - yəni “partiyanın bir üzvü siyasi mövqeyini dəyişdiyinə görə”, hökumətpǝrǝst siyasətə yuvarlandığı üçün”, “bizim üzv kimi bərpa etdikləri öz adamlarının”, “partiyanın siyasi xəttindən kənara çıxıb, hakimiyyətlə əməkdaşlıq etdiyinə görə partiyadan xaric olunmuş keçmiş AXCP NTK-nin sədri Əliyev Aydın məhkəmə qərarı ilə zorla partiyamıza bərpa edilib. Hökumət neçə illərdi çalışıb, sizin kimi əqidəli adamları ələ ala bilməyib, bu qədər adamın içərisindən məhkəmə yolu ilǝ təşkilata zorla bərpa elətdirdikləri adamın şikayətini əsas götürərək, 01 nəfər əlehinə, 287 nəfər lehinə olaraq, xx.xx.2023-cü il tarixdə keçirilmiş Qurultayın nəticəsini Nəsimi rayon məhkəməsi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə etibarsız hesab etmişdir” kimi fikirləri səsləndirməklə ona böhtan atmış, onun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol vermişdir. Bildirir ki, o, 30 ildən artıq AXCP sıralarında olmaqla siyasətlə məşğul olmuş, partiyanın X10 Komissiyasının sədri vəzifəsini tutmuş, heç vaxtı əqidəsindən dönməmiş, partiyanın siyasi xəttindən kənara çıxıb barışmaz mövqedə olan hakimiyyətlə əməkdaşlıq etməmişdir. Əli Kərimlinin istəyinə əsasən partiya sıralarından əsassız xaric olunduğuna görə o hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Lakin, Əli Kərimli tərəfindən bu kimi fikirlərin səsləndirilməsi onu bir müxalifət partiyasının üzvü və məsul vəzifəli şəxsi kimi partiya yoldaşları arasında nüfuzdan salmış, onun bu yöndə siyasi fəaliyyətinə xələl gətirmiş, nəticədə o və ailə üzvləri iztirab və güclü mənəvi sarsıntılar keçirmişdir. Səsləndirilən fikirlər heç bir fakta söykənməmiş, sadəcə olaraq şəxsi mülahizələrə əsaslanmışdır. Eyni zamanda, “X3” İctimai Birliyi ilə bağlı qeyd edir ki, bu qurum yaranarkən əsas hədəfləri kimi milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətləri zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul vermək və s. göstərdiyi üçün ona qoşulmuş, lakin sonradan həmin təşkilatın bəyan etdiyi mərama uyğun fəaliyyət göstərmədiyini görüb onun sıralarını tərk etmiş və bu barədə partiyanı məlumatlandırmışdır. Ona böhtan atıldığından Kərimli Əli Əmirhüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını xahiş edir. Məhkəməyə təqdim edilmiş: • Diskdə olan görüntülərdə Kərimli Əli Əmirhüseyn oğlunun çıxışlarında aşağıdakı ifadələr əks olunub (cild İ, i.v.34):
1. 21.09.2023-cü il tarixdə “YouTube” video paylaşma sistemində (https://youtu.be/rclW3DCOj00?si=-PPY37ieum5JiKun): “...Sənədləri üzərimizə qaytarıblar ki, yox biz nəticələri qəbul etmirik. Nəyə görə? Deməli, partiyanın bir üzvü siyasi mövqeyini dəyişdiyinə görə partiyanın Rəyasət Heyətinin qərarı ilə partiyadan xaric edilmişdir. ... Siyasi mövqeyini dəyişmək nə deməkdi - hökumətpǝrǝst siyasətə yuvarlandığı üçün, yumşaq ifadə edirəm mən bunları. Hökumət məhkəmənin vasitəsilə həmin şəxsi partiyaya qaytardı. Yəni biz partiyanın üzvünü xaric etmişik ki, sən artıq Xalq Cəbhəsinin siyasətinə sədaqətli deyilsən və hökumətin mövqeyini paylaşırsan, hökumət də məhkəmə vasitəsilə həmin adamı yenidən məcbur edir ki, bu adam sizin üzvünüzdür. İndi belə bir adamın vasitəsilə şikayət olunur. Həmin adam, yəni məhkəmənin Xalq Cəbhəsinə zorla bərpa elədiyi şəxs indi müraciət edir ki, yox Qurultay düzgün keçirilməyib, Qurultayın nəticələri ləğv olunmalıdır” (08:00-09:05 dəqiqələr);
2. 13.10.2023-cü il tarixdə “Sevinc Osmanqızı” TV-də (https://www.youtube.com/live/YgPP3eGvlmc?si=TX56coPK8XWOODXm): “...09 sentyabrda Xalq Cəbhəsinin reyestrlə bağlı sənədlərini qəbul ediblər, heç üstündən 02 həftə keçməmiş məktub göndəriblər ki, bizim Qurultayla bağlı sənədləri geri qaytarıblar. Təsəvvür eləyin ki, məhkəmə qərarı ilə bizim üzv kimi bərpa etdikləri öz adamlarının şikayəti ilə mənim sədrliyimi tanımırlar” (42:00-42:23-cü dəqiqələr);
3. 05.11.2023-cü il tarixdə “Azərbaycan saatı” TV-də (https://youtu.be/3ZACOWS7qXc?si=rR90k3Q3Vq89q310): “...Partiyanın sıralarından etimadını itirdiyinə görə xaric olunmuş bir şəxs sonradan şikayət verir ki, Qurultayda seçkilər düzgün keçirilməyib. Azərbaycan hakimiyyəti görün nə deyir: “Məhkəmə yolu ilə bizim sıralarımıza zorla qaytardığı şəxsin şikayəti var deyə bizim Qurultay sənədlərimizi qeydə almır. Başqa sözlə, öz aləmlərində məni AXCP sədri kimi tanımırlar” (01:37-02:27ci dəqiqələr);
4. 03.04.2024-cü il tarixdə “Meydan” TV-də (https://www.instagram.com/p/C5TEcqBİC8P/?igsh=MXq0NGc1Y3BlaDNmYg)“Az ərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Əli Kərimlini təşkilatın sədri kimi tanınmaması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, hazırda dövlət başçısı İlham Əliyevin birbaşa göstərişi ilə Ədliyyə Nazirliyi saxta bir şikayət təşkil edərək Əli Kərimlini təşkilatın sədri kimi tanımaqdan imtina edir” (42:00-42:23-cü dəqiqələr);
5. 13.07.2024-cü il tarixdə AXCP Ali Məclisi sessiyasında olan çıxışında (https://youtu.be/WbstE1EİKUQ?si=KLpBVVGffzWLVTİ): ...05 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə 24 iyun 2023-cü il tarixdə keçirdikləri Qurultayın nəticəsi etibarsız hesab olunmuşdur. Nəyə görə etibarsız sayır, bilirsiniz? Partiyanın siyasi xəttindən kənara çıxıb hakimiyyətlə əməkdaşlıq etdiyinə görə partiyadan xaric olunmuş keçmiş NTK sədri Aydın Əliyev məhkəmə qərarı ilə Partiyamıza bərpa edilib. Həmin adamın şikayəti ilə 01 nəfər 288 nəfərə qarşı” (07:30- 10:20-ci dəqiqələr); • Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) X11 Heyətinin ümumi yığıncağının protokolundan 10 iyun 2019-cu il tarixli çıxarışa əsasən AXCP X10 Komissiyasının sədri Aydın Əliyev partiyanın siyasi iradəsinə, onun müxalifət mövqeyinə zidd olan siyasi hərəkətlər, AXCP Nizamnaməsinin uyğun maddələrini pozaraq onun məqsəd və vəzifələrini həyata keçirməkdən imtina etdiyi üçün partiya sıralarından xariş edilmişdir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 2187/2020 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Azərbaycan Xalq Cəbhəsi Partiyasına və Kərimli Əli Əmirhüseyn oğluna qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması” tələbinə dair iddiası təmin olunmuş, Azərbaycan Xalq Cəbhəsi X7 Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddiaçı X6 AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunmuşdur; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 208/2021 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh Kərimli Əli Əmirhüseyn oğluna qarşı “fəaliyyətinə törədilən maneçiliyin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunaraq X2 Azərbaycan Xalq Cəbhəsi X4 Komissiyasının sədri kimi fəaliyyət göstərməsinə Kərimli Əli Əmirhüseyn oğlu tərəfindən törədilən maneçiliyin aradan qaldsırılması qət edilmişdir. Müdafiə tərəfinin dəlilləri: Təqsirləndirilən şəxs Kərimli Əli Əmirhüseyn oğlu qeyd edir ki, bu işin hüquqi baxımdan heç bir əsası yoxdur. O, çıxışlarında Aydın Əliyev barəsində “əqidəsiz”, “satılmış” və s. kimi ifadələr işlətməmiş, sadəcə olaraq AXCP-nin qurultayının qərarında əks olunmuş fikirləri səsləndirmişdir. Aydın Əliyev uzun illər AXCP-də işləsə də, o, partiyanın xəttindən kənara çıxmış, partiyanın siyasi iradəsinə, müxalifət mövqeyinə zidd olan hərəkətlər etmiş, hakimiyyəti təbliğ edən “X3” İctimai Birliyində departament müdiri təyin olunmuşdur. Həmin birlik öz qərargahında Heydər Əliyev və İlham Əliyev adına muzey yaratmışdır. Heç hakimiyyət partiyası olan Yeni Azərbaycan Partiyasında belə bir muzey yoxdur. Hakimiyyətə xidmət etmək, hakimiyyətpərəst olmaq bu deyilsə, bəs nədir?! Bunlardan sonra kim deyə bilər ki, Aydın Əliyev hakimiyyətlə əməkdaşlıq etməmişdir. Eyni zamanda, “zorla partiyaya qaytarılmış” sözləri ilə bağlı qeyd etmək istəyir ki, dövlətin bir gücü də zordur. Onlar məhkəmənin Aydın Əliyevi partiyaya bərpa etməsi barədə qəbul etdiyi qərarı qanunsuz hesab etmiş, bu qərarı icra etməmək üçün 03 il mübarizə aparmışlar. İcra məmurlarının xəbərdarlıq məktublarında qərarın onlar tərəfindən icra edilmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb ediləcəkləri qeyd edilmiş və məhkəmə qərarının icra edilməsi tələb olunmuşdur. Sonda icra məmurları tərəfindən onlara bu məhkəmə qərarı zorla icra etdirilmişdir. Bundan əlavə, böhtan atmaq nə deməkdir? Birincisi, şəxsin, yəni onun dedikləri bilə-bilə yalan olmalıdır. Lakin söylədikləri ilə bağlı, yəni Aydın Əliyevin partiyaya bərpa olunmasına dair üç məhkəmə qərarı var. İkincisi, o, öz çıxışlarında insanın şərəf və ləyaqətini alçaltmalıdır. Ancaq o, siyatsətçidir və işlətdiyi hər bir ifadələri düzgün və korrekt seçir, heç vaxtı Aydın Əliyevin şərəf və ləyaqətini alçaltmamışdır. Ona qarşı qaldırılmış əsassız ittiham üzrə icraata xitam verilməsini bildirir. Məhkəməyə təqdim edilmiş X1 “facebook” sosial şəbəkəsində 04 oktyabr 2018-ci il tarixli paylaşımı kimi qeyd olunan səhifədən olan çıxarışda əks olunmuş yazılara görə “İNK-nın sıraları sürətlə genişlənir: müxalifətçilər və hüquqşünaslar üzv oldular. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət-Təftiş Komissiyasının sədri, 1988-ci ildən milli-azadlıq hərəkatına qoşulan Aydın Əliyev X3na könüllü üzv yazılaraq bu gün İNK Siyasi Partiyalar və QHT-lərlə İş üzrə Departamentinin sədri seçildi...... Bu gün həm də başqa dəyərli üzvlərimiz də İNK-ya könüllü üzv oldular: aralarında gənclər, qaçqınlar, xanımlar və gənclər çoxluq təşkil edir. .... 01 oktyabr 2018-ci il tarixində İNK-nın yenilənmiş Mərkəzi Qərərgahında Bakı Heydər Əliyev - X15 - ictimai guşəsi və yenilənmiş qərərgahın açılışı və növbəti illik konfrans baş tutdu. ....Eləcə də yenicə açılmış İNK İNK Bakı və paytaxtətrafı rayon, eləcə də respublikamızın şəhər, rayon və qəsəbələrindəki yerli şöbələrinin sədrlərinin, nümayəndələrinin iştirakıyla geniş yubiley tədbirləri baş tutdu. Konfransda İNK-nın keçdiyi mürəkkəb, amma cəmiyyət üçün faydalı tarixə nəzər salındı, Azərbaycanın hər tərəfini əhatələyən regionda nümayəndəliklər və rayon və şəhər şöbələri, kənd və qəsəbə bölmələrinin fəaliyyətini yüksək qiymətləndirilidi, qarşıdakı ildə görülməsi vacib əsas planları dəqiqləşdirildi. Daha sonra İNKının Bakıdakı yenilənmış Mərkəzi Qərəgahının, eləcə də onun yenidanə formalaşdırılmış, təşkil olunmuş, yaradılmış strukturların - Hüquq, Multikulturalizm, Psixologiya, Qaçqın və Məcburi Köçkünlər üzrə, Sahibkarlarla İş üzrə, Ərizə və Şikayətlər, TV, KİV və Sosial Şəbəkələr üzrə, Siyasi Partiyalar və QHT-lər üzrə, İctimai Nəqliyyat üzrə departamentləri, Qadınlar Şuraları, Gənclər Təşkilatları, İNK TV-nin yeni studiya-pavilyonu, “Dövlət və Qanun” qəzetinin, DAMM.az, http://xn--ictimaixeber-m4g.az/, http://xn--inktv-7fd.az/ portallarının eyni zamanda, sosial mediya redaksiyalarının ofislərinin, həmçinin Konfrans Zalının açılışı və onlarla ictimai tanışlıq baş tutdu. İNK baş katibi X16, İNK sədr müavinləri Asif Mərzili, Zahid Teymurov, Yasəmən Möhübbətqızı, İNK QŞ-nın sədri Gözəl Bayramova, DAMMİB QŞ-nin sədri Flora Kərimova, İNK HŞ-nın sədri Hacı Quliyev, SİMİB QŞ-nin rəhbəri Ceyran Axundova və başqa rəsmi şəxslər, eləcə də bəzi departament rəhbərləri, İNK Cənub Regional Nümayəndəliyinin sədri X12, başqa şöbə sədrləri təkliflərlə çıxış etdilər, müzakirələr apardılar.....Yeri gəlmişkən, İNK-nın yaranmasının 3 illiyi ilə bağlı yubiley tədbirlərinə start ilin sonuna qədər davam edəcək. X3 haqqında. X3 - Dünya Azərbaycanlılarının Mədəniyyət X8, Sabitlik və İnkişaf” X8, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu), onların yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsullarını tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəfimiz millimənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir (cild İ, i.v.52-55). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hazırki işin halları ilə bağlı məhkəmədə tədqiq edilmiş dəlillərə görə barəsində şikayət edilən Kərimli Əli Əmirhüseyn oğlu AXCP-nin rəhbəridir, xüsusi ittihamçı X6 isə partiyanın üzvü olmaqla X10 Komissiyasının sədri vəzifəsini tutmuşdur. A.Əliyevin partiyanın siyasi iradəsinə, onun müxalifət mövqeyinə zidd olan hərəkətlərin etməsi əsas gətirilərək o, partiya sıralarından xaric edilmişdir. Bununla razılaşmayan A.Əliyev hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərarı ilə onun iddiası təmin olunmuşdur. Ə.Kərimli “YouTube” video paylaşma sistemində 21 sentyabr 2023-cü il tarixdə, 13 oktyabr 2023-cü il tarixdə “Sevinc Osmanqızı” TV-də, 05 noyabr 2023-cü il tarixdə “Azərbaycan saatı” TV-də, habelə AXCP Ali Məclisi sessiyasında 13 iyul 2024-cü il tarixdə etdiyi çıxışlarında “partiyanın bir üzvü siyasi mövqeyini dəyişdiyinə görə, hökumətpǝrǝst siyasətə yuvarlandığı üçün”, “bizim üzv kimi bərpa etdikləri öz adamlarının”, “partiyanın siyasi xəttindən kənara çıxıb, hakimiyyətlə əməkdaşlıq etdiyinə görə”, “...Qurultayın nəticəsi etibarsız hesab olunmuşdur. Nəyə görə etibarsız sayır, bilirsiniz? Partiyanın siyasi xəttindən kənara çıxıb hakimiyyətlə əməkdaşlıq etdiyinə görə partiyadan xaric olunmuş keçmiş NTK sədri Aydın Əliyev məhkəmə qərarı ilə Partiyamıza bərpa edilib” və s. bu kimi ifadələr işlətmişdir. Məhkəmədə Ə.Kərimli bu çıxışlarında qeyd olunan fikirlərin təsdiqini A.Əliyevin hakimiyyəti təbliğ edən “X3” İctimai Birliyində departament müdirinin olması, habelə onun AXCP sıralarından xaric olunmasına baxmayaraq dövlətin zoru ilə, yəni məhkəmə və onun qərarının icrası vasitəsilə bərpa olunması ilə əsaslandırmışdır. Aydın Əliyevin bildirdiyinə görə isə bu məlumatlar yalandır, onların yayılması bir müxalifət partiyasının üzvü və məsul vəzifəli şəxsi kimi onu partiya yoldaşları arasında nüfuzdan salır, onun bu yöndə siyasi fəaliyyətinə xələl gətirir, nəticədə o, iztirab və güclü mənəvi sarsıntılar keçirir. Qeyd edir ki, o, 30 ildən artıq müxalifət partiyası olan AXCP sıralarında olmuş, partiyanın X10 Komissiyasının sədri vəzifəsini tutmuş, heç vaxtı partiyanın siyasi xəttindən kənara çıxıb hökümətyönümlü təsisatlarla əməkdaşlıq etməmişdir. Eyni zamanda vurğulamışdır ki, Ə.Kərimlinin hökümətyönümlü kimi təqdim etdiyi “X3” İctimai Birliyinə qoşulduqdan sonra bu təşkilatın yaranması ilə bağlı bəyan etdiyi məqsədə uyğun fəaliyyətində uyğunsuzluğunu görüb onun sıralarını tərk etmişdir. Məsələ ilə bağlı ilkin olaraq qeyd olunmalıdır ki, hər-hansı bir şəxsin iqtidar və ya müxalifət partiyasında olması, onların siyasətini dəstəkləməsi, hansısa siyasi təşkilata rəğbət bəsləməsi və s. bu kimi fəaliyyəti və buna görə də onun barəsində səsləndirilən fikirlər heç də hər zaman şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab oluna bilməz. Ancaq hazırki işin mübahisəli halı xüsusi ittihamçının üzvü olduğu AXCP sədri tərəfindən onun barəsində “partiyanın bir üzvü kimi siyasi mövqeyini dəyişən”, hökumətpǝrǝst”, “hakimiyyətlə əməkdaşlıq edən” və s. ifadələr səsləndirilməsi və xüsusi ittihamçının bu fikirləri iqtidarı daim tənqid edən, onun siyasəti ilə razılaşmayan bir müxalifət partiyasının üzvü kimi özünə qarşı böhtan, onu nüfuzdan salan, şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qəbul etməsidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası fıkir və söz, məlumat azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Həm Konstitusiyaya, həm də ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlərə (BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası) əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə görə siyasətçinin fəaliyyəti ilə bağlı səsləndirilmiş ixtiyarı bəyanatlar ictimai maraq məqsədi daşımalıdır. Əgər bu cür ifadələrin heç bir faktiki əsası yoxdursa və ya sübut olmadan nüfuzdan salmağa yönəlibsə, bu, fərdi hüquqların pozulması kimi qiymətləndirilə bilər (“Karaçon və başqaları Macarıstana qarşı” iş); hətta siyasi mübarizə kontekstində belə ittihamlar əsaslandırılmalıdır (“Polanski Polşaya qarşı” iş); qiymətləndirici fikirlər o zaman Konvensiyanın 10-cu maddəsinin müdafiəsi altındadır ki, onlar fakta əsaslansın (“Lingens Avstriyaya qarşı” iş). Məhkəmə, həmçinin qeyd etmişdir ki, şəxsin nüfuzu onun fəaliyyətini və psixoloji simasının bir hissəsini təşkil edir və hətta şəxs barəsində tənqidi fikirlər ictimai müzakirələrin kontekstində ifadə edilsə belə, milli məhkəmələr şəxsin nüfuzunun müdafiəsini təmin etməlidirlər (“Pfayfer Avstriyaya qarşı” iş); nüfuzun qorunması hüququ şəxsi həyata hörmət hüququnun tərkib hissəsi olaraq Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunur (“Aksel Şpringer AG Almaniyaya qarşı”, “Şovi və başqaları Fransaya qarşı” işlər). Göründüyü kimi, Avropa Məhkəməsinin ümumi prinsipləri ondan ibarətdir ki, siyasi tənqidə icazə verilir, lakin bu faktlara əsaslanmalıdır. Məhkəmə söz azadlığı hüququnu qoruyur, lakin reputasiyaya xələl gətirən saxta ittihamlara dözmür. Məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna görə belə nəticəyə gəlmək olar ki, AXCP-nin sədri Əli Kərimli tərəfindən kütləvi çıxışlarda və internet informasiya ehtiyatında partiyanın üzvü və X10 Komissiyasının sədri olmuş xüsusi ittihamçı Aydın Əliyev barəsində səsləndirilmiş yuxarıda göstərilmiş ifadələr şəxsin mülahizələrini əks etdirən fikirlərdir, bunlar heç bir sübuta əsaslanmır və faktı təsdiq etmir. O cümlədən, şəxsin AXCP-nin fəaliyyətinə zidd olan hansısa hərəkətlərin və partiyanın əleyhinə çıxışların etməsi və s. ilə bağlı tutarlı dəlillər də yoxdur. O da nəzərə alınmalıdır ki, məhkəməyə təqdim edilmiş məlumata görə “X3” İctimai Birliyi qeyri-hökumət təşkilatı olmaqla onun əsas hədəflərinə milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətləri zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirmək və s. aiddir, onun üzvləri sırasında yazıçılar, ictimai xadimlər, o cümlədən müxalifət nümayəndələri də var. Butün bu sadalanan hallar da ona dəlalət edir ki, xüsusi ittihamçı A.Əliyev özünü müxalifət partiyası olan AXCP-nin üzvü, o cümlədən partiyada məsul vəzifə tutmaqla daima qurumun siyasətinə uyğun fəaliyyət göstərdiyi, heç vaxtı əqidəsindən dönmədiyi, partiyanın siyasi xəttindən kənara çıxmadığı halda, Ə.Kərimli tərəfindən barəsində onu partiya yoldaşları arasında nüfuzdan salmasına, fəaliyyətinə xələl gətirməsinə səbəb olan belə əsassız məlumatların yayılmasını qəbul edə bilməməsi, onun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab etməsi əsaslıdır. Belə olan halda, o cümlədən Ə.Kərimlinin rəhbərlik etdiyi partiyanın müxalifətdə olmasına baxmayaraq, partiyanın üzvü olmuş A.Əliyevin “X3” İctimai Birliyində departament müdiri olması və bu təsisatın hakimiyyəti təblig etməsini bildirməsi bəyanatlarını məhkəmə həmin şəxsin A.Əliyev barəsində şəxsi mülahizələrinin olması və heç bir fakta söykənməməsi, xüsusi ittihamçı barəsində bilə-bilə belə çıxışlar etməklə partiya üzvü kimi onun partiya daxilində nüfuzuna xələl gətirmək məqsədinin güdülməsi və bununla da fərdi hüquqların pozulması kimi qiymətləndirir. Bu zaman məhkəmə şikayətin dəlillərinə xüsusi ittihamçı A.Əliyevin üzvü olduğu partiyanın iqtidara müxalif olub onun siyasətini tənqid edən, xüsusi ittihamçının bildirdiyinə görə 30 ildən artıq bu partiyaya daim xidmət edib onun X10 Komissiyasının sədri vəzifəsinə kimi yüksələn və heç vaxt aqidəsindən dönməyən, lakin həmin müddətdən sonra tutarlı dəlil olmadan onu daim barışmaz mövqedə olduğu hakimiyyətlə əməkdaşlıq etməkdə ittiham olunmaqla partiya üzvləri arasında nüfuzdan salınması kontekstindən yanaşılmalı olduğunu zəruri hesab edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür (2-ci bənd); fıkri ifadə etmək azadlığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər (4-cü bənd). Eyni zamanda, xüsusi ittihamçının partiyaya məhkəmə yolu ilə zorla bərpa olunmasının və bu işdə Hökumətin əlinin olmasının Ə.Kərimli tərəfindən söylənilmiş fikir ilə bağlı məhkəmə onu bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə uyğun olaraq hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İşin hallarından da göründüyü kimi, xüsusi ittihamçı da üzvü olduğu partiyadan xaric olunması ilə bağlı partiyanın hərəkətlərindən öz hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək hüququndan istifadə etmiş və onun iddiası təmin edilmişdir. Xüsusi vurğulanmalıdır ki, məhkəmə qərarlarının icrasının məcburiliyi Konstitusiyanın 129-cu maddəsinin İ hissəsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində əks olunmuşdur. Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (“Hornsbi Yunanıstana qarşı” iş). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Bu normada nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərər çəkmiş şəxsin şərəf və ləyaqətinin ləkələyən və ya onu nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Həmin maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti etibarı başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür (5-ci bənd); Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (“De Haes və Gijsels Belçikaya qarşı” iş). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (“Jerusalem Avstriyaya qarşı” iş) (6-cı bənd); xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olubolmamasına diqqət yetirsinlər (7-ci bənd). Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Kərimli Əli Əmirhüseyn oğlu heç bir mötəbər sübutu olmadan X2 şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, onun ictimai həyatına və siyasi fəaliyyətinə təsir edən məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında və kütləvi çıxışda yaymaqla sonuncuya böhtan atmışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Kərimli Əli Əmirhüseyn oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Kərimli Əli Əmirhüseyn oğlu məhkum edilməmişdir (İ cild, i.v.92-93). Məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Kərimli Əli Əmirhüseyn oğluna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə, həmçinin Kərimli Əli Əmirhüseyn oğlu barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır və hal-hazırda da onun barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsas görmür. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Kərimli Əli Əmirhüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən, Hakim Babək Pənahov