Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-415/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, ev 13-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08.06.2021-ci il tarixdə, saat 12 radələrində, ünvan 1 ünvanın qarşısında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs qəsdən saçından tutub idman fəndi işlədərək yerə yıxmaqla ona başın ənsə nahiyəsinin geniş həcmli qançır-şişkinliyi (dərialtı hematoması), sol əlin İİİ barmağının dırnağının sınığı və dırnaq yatağından aralanması işə müşayiət olunan həmin barmağın distal falanqasının qançır-şişkinlik halında əzilməsi kimi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, “World Telecom” mağazalar şəbəkəsində satıcı işləyən Babaşov Turan adlı şəxslə sevgili olmuş, sonradan isə məlumat almışdır ki, Turanın Zərərçəkmiş şəxs adlı qızla münasibəti var. Bu səbəbdən Turandan ayrılmışdır. Buna baxmayaraq Turan onu sosial şəbəkələrində yazıb narahat edirdi. 06.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaxınlaşıb onların sevgili olduğunu bildiyini deyib Turanın onu narahat etməsini ona bildirmişdir. Turan da həmin günü ona mesaj yazaraq onunla görüşmək istədiyini bildirmişdir. 08.06.2021-ci il tarixdə, saat 12 radələrində Turan onun iş yerinə gəlmiş və Aytacı narahat etdiyi üçün ondan üzr istəməyini tələb etmişdir. O buna etiraz edəndə Turan ona demişdir ki, “əgər münasibətə birdəfəlik son qoymaq istəyirsənsə, üzr istə, üzr istəməsən, mənim işimdə problem yaranacaq”. O da onunla razılaşaraq birlikdə ünvan 2 ünvana, “World Telecom” şirkətinin baş ofisinin qarşısına gəlmişlər. X6 zəng vurub onu bayıra çağırmışdır. Aytac da çölə onlara yaxınlaşaraq onun barəsində nəlayiq ifadələr işlətmişdir. O da onun hərəkətinə əsəbləşib Aytacın saçından tutaraq özünə tərəf dartanda Aytac yerində fırlanıb yerə yıxılmış və başı səkiyə dəymişdir. Hazırda zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, əvvəllər “World Telecom” mağazalar şəbəkəsinin baş ofisində nəzarətçi işləmişdir. Bül-bül küçəsində yerləşən şirkətin filialında satıcı işləyən Turan Babaşovla sevgili olmuşdur. Sonradan öyrənmişdir ki, Turanın Sahilə adlı qadın ilə də münasibəti var. Bu səbəbdən Turandan ayrılmışdır. 06.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun iş yerinə gəlib Turanın sosial şəbəkələrdə onu narahat etdiyini bildirmişdir. O da Turandan ayrıldığı üçün onu narahat etməməyi xahiş etmişdir. Sahilə ofisdən çıxıb gedəndən sonra o, Turana zəng vurub Sahilənin onun iş yerinə gəlib narahat etdiyini bildirmişdir. 08.06.2021-ci il tarixdə, saat 12 radələrində Turan onun mobil nömrəsinə zəng vurub işdən bayıra çağırmışdır. ünvan 2 ünvanın qarşısında Sahilə ilə Turanı görub onlara yaxınlaşmışdır. Söhbət zamanı Turan onu sevdiyini bildirdiyi üçün Sahilə onu təhqir edərək saçından tutub idman fəndi işlədərək onu firladıb yerə yıxmışdır. Yerə yıxılan zaman başının arxası yolun kənarında olan səkiyə dəymiş, nəticədə xəsarətlər almışdır. Hazırda onlar barışmış, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Nəsimi rayon şöbəsinin 23.06.2021-ci il tarixli, 4455 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – başın ənsə nahiyəsinin geniş həcmli qançırşişkinliyi (dərialtı hematoması), sol əlin İİİ barmağının dırnağının sınığı və dırnaq yatağından aralanması işə müşayiət olunan həmin barmağın distal falanqasının qançır-şişkinlik halında əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən 08.06.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (İ cild, i.v.38-39); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24.06.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.76). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-415/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-415/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver